Imtahan suallari cavabi


'\n' yeni sətir simvolu. '\t'



Yüklə 304,46 Kb.
səhifə8/15
tarix05.06.2023
ölçüsü304,46 Kb.
#125243
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Imtahan sualların cavabı yeni

'\n' yeni sətir simvolu.
'\t' tabulyasiya simvolu.
'\0' sətrin sonunu bildirmək üçün istifadə olunan simvol.

Əgər simvolları təkdırnaq işarəsi arasına almasaq onda həmin simvollar müvafiq mənalarına uyğun qəbul ediləcəklər, yəni simvol deyil, dəyişən, ədəd, operator v.s. kimi. Misal üçün:


'A' – böyük a simvolu, A dəyişəni
'+' – üstəgəl simvolu, + operatoru
'1'– bir rəqəmi simvolu, 1 ədədi v.s.
Əgər təkdırnaq arasında simvolların sayı birdən çox olarsa onda kompilyator ilk simvoldan sonra gələn simvolları inkar edəcək və xəbərdarlıq mesajı bildirəcək.
Simvol tipinə aid nümunə proqramlarla tanış olaq.
Çalışma. Simvol tipli bir neçə dəyişən elan edin və onları çap edin.
Həlli. Nümunə kod aşağıdakı kimi olar:
#include
using namespace std;
int main (){
char s, t;
s = 'A';
t = 'z';
cout << "s deyisheninin qiymeti = " << s << "\n"
<< "t deyisheninin qiymeti = " << t << "\n";
}
Nəticə:
s deyisheninin qiymeti = A
t deyisheninin qiymeti = z

C++ dilində müxtəlif məqsədlər üçün xüsusi simvol adlandırılan simvollardan istifadə olunur. Bu xüsusi simvolların hər-biri birincisi arxaya bölmə olmaqla müxtəlif digər simvolların birləşməsindən əməl gəlir. C++ dilində aşağıdakı xüsusi simvollar təyin olunub:


\"
\'
\\
\n
\t
\0

Gördüyümüz kimi bu simvolların hər-biri birincisi arxaya bölmə yəni \ simvolu olmaqla cütdırnaq - ", təkdırnaq - ' , təkrar arxaya bölmə - \ və digər simvollardan əmələ gəlir. Xüsusi simvolları tərtib edərkən birinci arxaya bÖlmə

simvolu ilə ikinci simvol arasında məsafənin olmamasına diqqət yetiməliyik. Yəni misal üÇün yeni sətir simvolunda \n arxaya bölmə \ ilə n arasına məsafə yerləşdirsək
\ n artıq yeni sətir simvolunu itirmiş olarıq.

Nədir bu simvolları xüsusi edən?


Adi halda biz bu simvolların hər birinin nə məqsəd daşıdığını bilirik: " – Sətri açır və ya bağlayır
' – Simvolu açır və ya bağlayır

\ – Xüsusi simvolun başladığını bildirir n – n simvolunu bildirir t – t simvolunu bildirir


5. – Sıfır simvolunu bildirir
Elə ki bu simvolların hansısa birinin əvvəlinə (arada məsafə olmadan) arxaya bÖlmə simvolu yerləşdirildi, onda vəziyyət təmamilə dəyişir və bu simvollar tam fərqli məna daşımağa başlayır.
\"
\'
\\
\n
\t
\0
19.Məntiq tip verilənlər.
Cavab:Məntiq tipə Bool aidir. Bool tipli dəyişən ancaq iki qiymət alır. True (doğru) və false (yalan). Sıfıra bərabər olmayan istənilən qiymət true kimi interpretasiya olunur və tam tipə çevrilmə zamanı 1 qiymətini alır. False qiyməti yaddaşda sıfır kimi təsvir olunur. #include "stdafx.h"
#include
using namespace std;
int main(int argc, char* argv[])
{
bool boolean = 25; 
if ( boolean ) 
cout << "true = " << boolean << endl;
 else
cout << "false = " << boolean << endl;
}
20.Sətir tipli verilənlərin strukturu.
C++ dilində iki cür sətrilərdən istifadə edə bilərik: simvollar cərgəsi şəklində elan olunan sətirlərdən və string sinfinə mənsub olan təkmilləşdirilimiş sətir obyektlərindən.
Ilk olaraq simvollar cərgəsi kimi elan olunan sətirlərlə tanış olaq.
10.1 C Sətirləri
Qeyd edim ki bu tip sətirlər əsasən C dilində istifadə olunduğundan və C++ dilinə də C dilindən keçdiyindən onları çox vaxt C sətirləri də adlandırırlar.
Mahiyyət etibarilə C sətirləri sadəcə char tipindən olan cərgələrdir.
char ad [10];
Yuxarıdakı nümunədə 10 simvoldan ibarət ad sətri elan etdik. Sətirlərə qiymət mənimsətməyin müxtəlif yolları var. Misal üçün elan vaxtı, aşağıdakı kimi:
char ad[10] = "Ahmed";
Əgər cout operatoru ilə ad sətrini çap etsək onda ekranda onun qiyməti yəni "Ahmed" sözü çap olunar(cüt dırnaq işarəsi olmadan). Nümunə koda baxaq:
#include
using namespace std;
int main() {
char ad[10] = "Ahmed";
cout << ad;
}
Nəticə:
Ahmed
Sətirlərə cin operatoru ilə də qiymət mənimsədə bilərik. Nümunəyə baxaq:
#include
using namespace std;
int main() {
char ad[10];
cout << "Zehmet olmasa adinizi daxil edin: \n"; cin >> ad;
cout << "Salam " << ad;
}
Nəticə:
Zehmet olmasa adinizi daxil edin:
Ahmed
Salam Ahmed


Yüklə 304,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin