Microsoft Word 27 Hekim mama ginekoloq telimat



Yüklə 133,78 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix02.01.2022
ölçüsü133,78 Kb.
#2519
1   2   3   4
 

II. Vəzifə öhdəlikləri 

 Stasionar 

xidməti üzrə  

 6. 


 

Həkim mama-ginekoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir 

profilaktika, diaqnostika, müalicə  və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.  

 7. 

 

Müvafiq 



qaydalara 

və standartlara uyğun olaraq xəstənin stasionar 

şəraitində aparılması taktikasınını (anamnezin  toplanması, klinik-laborator 

tədqiqatların, müayinə  və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 

fizioloji və patoloji doğuşları aparır.  

 8. 


 

Zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, 

o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirir. 

 9. 


 

 

Stasionarda 



xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 

olaraq müalicə planına dəyişiklik edir və  əlavə müayinə metodlarının zəruriliyini 

müəyyən edir.  

 10. 


 

Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz 

ixtisası üzrə məsləhət verir. 

 11. 


 

Ginekoloji 

xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdansonrakı 

dövrün  fəsadlarının qarşısının alınması  və azaldılması üzrə profilaktik tədbirlərin 

keçirilməsində iştirak edir. 

 12. 


 

Ailə planlaşdırılması  və reproduktiv sağlamlıq məsələləri üzrə  işi təşkil 

edir.  

 13. 


 

Orta 


və kiçik tibb personalının işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

 14. 

 

Diaqnostik 



və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, reaktiv və  dərman preparatlarının səmərəli istifadəsinin 

düzgünlüyünə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası  və  əməyin 

mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. 

 15. 

 

Orta 



və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir. 

 

16.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 



 17. 

 

Tibbi 



və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.  

 18. 

 

Sanitar-maarifləndirmə işini aparır.  



 

19.   Etik davranış qaydalarına riayət edir.  

 20. 

 

Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, peşəkar  



səviyyədə və vaxtında icra edir. 

 21. 


 

Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

 22. 


 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

 

23. 


 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 



qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.  

 

Ambulator-poliklinika xidməti üzrə  



 24. 

 

Həkim mama-ginekoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir 



profilaktika, diaqnostika, müalicə  və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə ambulator tibbi yardım göstərir.  

 25. 

 

Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin 



ambulator aparılması taktikasını  və müayinə planını hazırlayır. Anamnezə, klinik  

müşahidə  və müayinəyə, həmçinin klinik-laborator tədqiqatların nəticələrinə  əsasən 

diaqnozu müəyyənlişdirir.  

 

26.    Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni 



təyin edir və nəzarət edir, diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. 

 27. 

 

Hamilələrə antenatal xidməti göstərir, onların vaxtlı-vaxtında patronaj 



olunmasına nəzarət edir. Zərurət yarandığı hallarda patronajı özü həyata keçirir. 

 28. 


 

Müəyyən olunmuş hestasiya müddətində hamilələrə dəyişmə vərəqəsi və 

hamiləlik və doğum zamanı  əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı hamilə 

qadınlara əmək qabiliyyəti olmamaq vərəqəsi verir.  

 29. 

 

Ginekoloji 



xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdansonrakı 

dövrün  fəsadlarının qarşısının alınması  və azaldılması    üzrə profilaktik tədbirlərin 

keçirilməsində iştirak edir. 

 30. 


 

Hamilələri aşkar edir (hamiləliyin 12 həftəsinədək) və onların dispanser 

müşahidəsini təşkil edir.  

 31. 


 

Hamilələrin doğuşa fiziki və psixoprofilaktik hazırlığı üzrə məşğələləri və 

onların “analar məktəbi”ndə təlimləndirilməsini keçirir, döşlə əmizdirmənin üstünlüyü 

barədə məlumat verir. Pəhriz qidalanması üzrə məsləhətlər verir.  

 32. 

 

Doğum evlərinin və  xəstəliyin profili üzrə başqa müalicə-profilaktika 



müəssisələrinin patologiya şöbələrində hospitallaşdırılmaya ehtiyacı olan hamilələri 

aşkar edir.  

 33. 

 

Müasir 



müalicə metodlarından istifadə etməklə ginekoloji xəstəliklərin 

erkən aşkarlanması  və müalicəsi  məqsədi ilə qadınların profilaktik ginekoloji 

baxışının təşkili və aparılmasını həyata keçirir.  

 34. 


 

Ginekoloji 

xəstələrin vaxtında dispanser qeydiyyatına götürülməsini və 

dinamik müşahidəsini, onların sanator-kurort müalicəsi, eləcə  də başqa müasir 

müayinə və müalicə vasitə və metodlarından istifadə  etməklə, müalicə-sağlamlaşdırıcı 

tədbirlər kompleksinin və dispanserləşdirilməsinin səmərəliliyinin təhlilinin 

aparılmasını həyata keçirir.  

 

35.   Stasionar müalicəyə ehtiyacı olan ginekoloji xəstələri aşkar edir.  



 36. 

 

Ailə planlaması və reproduktiv sağlamlıq məsələləri üzrə işi təşkil edir.  



 37. 

 

Orta 



və kiçik tibb personalının işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

 38. 

 

Diaqnostik 



və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 




tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir. 

 39. 


 

Orta 


və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir. 

 

40.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 



 41. 

 

Tibbi 



və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.  

 42. 

 

Sanitar-maarifləndirmə işini aparır.  



 

43.   Etik davranış qaydalarına riayət edir.  

 44. 

 

Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, peşəkar  



səviyyədə və vaxtında icra edir. 

 45. 


 

Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

 46. 


 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

 

47. 


 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. 



Yüklə 133,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə