Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix23.12.2016
ölçüsü1,29 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   45

                                                                                           Azərbaycan Respublikası Səhiyyə Nazirinin

                                                                                           19 sentyabr 2012-ci il tarixli 70 nömrəli

                                                                                           əmri ilə təsdiq edilmişdir.

TİBB  MÜƏSSİSƏLƏRİNDƏ ÇALIŞAN

TİBB, ƏCZAÇILIQ VƏ DİGƏR İXTİSASLAR ÜZRƏ

İŞÇİLƏRİN NÜMUNƏVİ  VƏZİFƏ TƏLİMATLARI

I. 

   BÖLMƏ: MÜƏSSİSƏ RƏHBƏRLƏRİ VƏ ONLARIN MÜAVİNLƏRİ

 

 

  Tibb müəssisəsinin rəhbərinin  nümunəvi

(baş direktor, direktor, baş həkim, rəis)  vəzifə

T Ə L İ M A T I

I. Ümumi müddəalar

1.

Bu vəzifə təlimatı   tibb müəssisəsinin rəhbərinin (baş direktor, direktor, 



baş həkim, rəis) vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.

2. 


Tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və 

direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il 

iş stajı olan şəxs  təyin edilir.

3. 


Tibb   müəssisəsinin   rəhbəri   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə əsasən  yuxarı səhiyyə idarəetmə  orqanının və ya tabelikdən asılı 

olaraq  yuxarı idarəetmə orqanı tərəfindən  vəzifəyə təyin və vəzifədən azad edilir.

4. 


Tibb müəssisəsinin rəhbəri aşağıdakıları bilməlidir:

4.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları;

4.2.  sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını;

4.3.   səhiyyədə əməyin idarə edilməsi və təşkili sistemini;

4.4.  tibb müəssisələrinin təsərüffat və maliyyə fəaliyyətinin təşkilini;

4.5.  əhalinin   sağlamlıq   vəziyyətinin   statistikasını   və   əhalinin   sağlamlıq 

vəziyyətini xarakterizə edən meyar və göstəriciləri;

4.6.  tibbi-sosial ekspertizanın təşkilini;

4.7.   müvafiq sahə üzrə xəstələrin sosial və tibbi reabilitasiyasının təşkilini;

4.8.   etik   davranış   qaydalarının,   tibbi   etikanın,   əmək   qanunvericiliyinin 

əsaslarını;

4.9.   idarəetmənin   əsaslarını,   mülki   və   əmək   müqavilələrinin   bağlanması   və 

icrası üsullarını;

4.10.  tibbi sığortanın əsaslarını;

4.11.  dərman təchizatının təşkilini;

4.11.  əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları.

1


II. Vəzifə öhdəlikləri

5. 


Tibb müəssisənin rəhbəri aşağıdakı öhdəlikləri yerinə yetirir:

5.1.  müəssisənin   fəaliyyətinə   rəhbərliyi   həyata   keçirir,   əhaliyə   keyfiyyətli 

müvafiq   sahə   üzrə   tibbi   xidmət   göstərilməsini,   inzibati-təsərrüfat   və   maliyyə 

fəaliyyətini təşkil edir;

5.2.   müəssisənin fəaliyyətinin təhlilini həyata keçirir və onun əsasında   işin 

forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görür;

5.3.  müvafiq   sahə   üzrə   müasir     diaqnostika,   müalicə   və     profilaktika 

metodlarının tətbiqini təmin edir;

5.4.  digər   müalicə-profilaktika   müəssisələri   arasında   əhalinin   müayinə   və 

müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin edir;

5.7.  müəssisənin struktur bölmələri üzrə  planlı və növbədən kənar yoxlamaları, 

müəssisənin   fəaliyyəti   ilə   bağlı   məsələlərin       müzakirəsini   aparır,   tibbi   yardımın 

təşkilində   aşkar   olunmuş   nöqsanların   aradan   qaldırılması   üçün   tədbirləri   həyata 

keçirir;


5.6.  müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını  təsdiq edir;

5.8.  kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini 

təmin edir;

5.9.  müəssisənin

 

təşkilati-idarəetmə



 

strukturunu,

 

fəaliyyətin 



planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirir;

5.10.  kadrların   seçilməsi,   onların   ixtisaslarına   uyğun   yerləşdirilməsi   və 

istifadəsini həyata keçirir, onların peşə ixtisaslarının artırılması üçün şərait yaradır;

5.11. işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə 

tədbirlər görür;

5.12.  qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir; 

5.13.  daxili   intizam,   əməyin   mühafizəsi   üzrə,   cihaz,   avadanlıq,   alətlər   və 

mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət edir;

5.14.  müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə  əlaqələndirir.



III. Hüquqlar

6. 


Tibb müəssisənin rəhbərinin aşağıdakı hüquqları vardır:

6.1.    qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar 

vermək, onların icrasına nəzarəti həyata keçirmək;  

6.2.  kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirmək,  onları müəyyən 

olunmuş qaydada vəzifəyə təyin və azad etmək;

6.3.


müəssisənin işçilərini həvəsləndirmək və tənbeh etmək;

6.4.  müəssisənin adından çıxış etmək,  onu təmsil etmək;

6.5.  əhaliyə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi üzrə təkliflər vermək;

6.6.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri əldə etmək  və istifadə etmək; 

2


6.7.  müəssisənin   fəaliyyəti   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu 

konfranslarda və müşavirələrdə iştirak etmək;

6.8.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq;

6.9.  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək 

hüquqlarından istifadə etmək. 

IV.  Məsuliyyət

7. 


Tibb müəssisəsinin rəhbəri aşağıdakılara görə məsuliyyət daşıyır: 

7.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə; 

7.2.  normativ-hüquqi aktların və rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının 

vaxtında və peşəkar  səviyyədə yerinə yetirilməsinə;

7.3.  maddi,   maliyyə   və   kadr   ehtiyatlarından   səmərəli   və   effektiv   istifadə 

edilməsinə;

7.4.  daxili intizam, sanitariya və əksepidemik rejimə, yanğın təhlükəsizliyi və 

təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;

7.5.  mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

7.6.  müəssisənin   fəaliyyəti   barədə   statistik   və   digər   hesabatların   vaxtında 

təqdim olunmasına;

7.7.  tibb heyəti tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə 

öhdəliklərinin yerinə yetirilməsinə;

7.8.  göstərilən tibbi yardımın keyfiyyətinə görə;

8. 


Tibb müəssisənin rəhbəri əmək intizamının, qanunvericilik və normativ-

hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsinin asılı olaraq  intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə 

bilər.   



Tibb müəssisənin  rəhbərinin (baş direktor, direktor, baş həkim, rəis) 

müavininin nümunəvi  vəzifə

TƏLİMATI

3


I. Ümumi müddəalar

1. 


Bu vəzifə təlimatı   tibb müəssisənin   rəhbərinin (baş direktor, direktor, 

baş həkim, rəis)   müavininin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən 

edir.

2. 


Tibb   müəssisənin     rəhbərinin   (baş   direktor,   direktor,   baş   həkim,   rəis) 

müavini   vəzifəsinə   ali   tibb   təhsili   (geniş   profilli   və   yüksək   ixtisaslı   tibb 

müəssisələrində bu vəzifəni iqtisadi və hüquq təhsili olan mütəxəssis tuta bilər) və 

ixtisası üzrə ən azı 3 il iş stajı olan şəxs təyin edilir.

3. 

Tibb   müəssisənin     rəhbərinin   (baş   direktor,   direktor,   baş   həkim,   rəis) 



müavini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, həmin 

müəssisənin   rəhbərinin     rəyi   nəzərə   alınmaqla   yuxarı   səhiyyə   təşkilatının   rəhbəri 

tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

4.  


Tibb müəssisənin  rəhbərinin müavini  aşağıdakıları bilməlidir: 

4.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,  

  Azərbaycan 

Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları;

4.2.   sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını;

4.3.   tibb müəssisələrinin təsərrüfat və maliyyə fəaliyyətinin təşkilini;

4.4.    əhalinin   sağlamlıq   vəziyyətinin   statistikasını   və     əhalinin   sağlamlıq 

vəziyyətini xarakterizə edən meyar və göstəriciləri;

4.6.  əmək   qabiliyyətinin   müvəqqəti   itirilməsinin   ekspertizasının   və   tibbi-

sosial ekspertizanın təşkilini;

4.7.   xəstələrin sosial və tibbi reabilitasiyasının təşkilini;

4.8.   fəlakətlərdə tibbi xidmətin təşkilinin əsaslarını;

4.9.   dövlət sanitariya-epidemioloji nəzarətinin əsaslarını;

4.10.  əhalinin dərman təchizatının təşkilini;

4.11.  dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını; 

4.12.  sanitar-maarifləndirmənin təşkilini;

4.13.  gigiyenik tərbiyə və sağlam həyat tərzinin təbliğini;

4.14.  etik davaranış qaydalarının, tibbi etikanın və deontologiyanın əsaslarını;

4.15.  əmək qanunvericiliyinin əsaslarını; 

4.17.  yanğın təhlükəsizliyi üzrə qaydaları. 



II. Vəzifə öhdəlikləri

5. 


Tibb   müəssisənin     rəhbərinin   müavini     aşağıdakı   öhdəlikləri   yerinə 

yetirir:


5.1.   müalicə-diaqnostika   bölmələrinə,   kabinetlərə   və   laboratoriyalara 

rəhbərlik edir.

5.2.  müalicə-diaqnostika   prosesinin   keyfiyyətini   və   xəstələrin   müayinə, 

müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin edir.

5.3.  müalicə-diaqnostika   prosesinin   vəziyyətinin   planlı   və   plandankənar 

yoxlamalarını   aparır,   onların   nəticələrinə   görə   çatışmazlıqların   aradan   qaldırılması 

üzrə zəruri tədbirlər görür. 

4


5.4.  tibb müəssisəsinin fəaliyyətinin keyfiyyət göstəricilərinin təhlilini həyata 

keçirir. 

5.5.  tibbi   sənədləşdirmənin,   onların   aparılmasının   keyfiyyətinin,   xəstələrin 

müayinə   və   müalicəsi   metodlarının   düzgünlüyünün   və   məqsədəuyğunluğunun 

yoxlamalarını həyata keçirir.

5.6.   klinik və səhər konfranslarını təşkil edir və keçirir.

5.7.  həkimlərin   və   orta   tibb   heyətinin   ixtisaslarının   artırılmasını,   klinik 

araşdırılmaları, məsləhətləşmələri və konsiliumları təşkil edir.

5.8.  profilaktika,  diaqnostika  və müalicənin  səmərəli  metod  və vasitələrini, 

müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada 

tətbiq edir.

5.9.   tibbi yardım göstərilməsinin  ardıcıllığını təmin edir.

5.10.  müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib edir.

5.11.  qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir.

5.12.  daxili   əmək   rejimi,   təhlükəsizlik   texnikası   və   əməyin   mühafizəsi 

qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət edir.

III.

Hüquqlar

6. 


Tibb müəssisənin  rəhbərinin  müavini  aşağıdakı hüquqları vardır:

6.1.  qanunvericiliyə uyğun olaraq icrası məcburi  olan sərəncamlar vermək, 

onların icrasına nəzarəti həyata keçirmək;

6.2.  kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək;

6.3.  işçilərin həvəsləndirilməsi və tənbeh edilməsi ilə bağlı rəhbərliyə təkliflər 

vermək;


6.4.  tibbi yardım göstərilməsinin inkişafı və təkmilləşdirilməsi üzrə rəhbərliyə 

təkliflər vermək; 

6.5.   öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; 

6.6.  müəssisənin   fəaliyyəti   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu 

konfranslarda və müşavirələrdə iştirak etmək;

6.7.   müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;

6.8.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

7. 

Tibb   müəssisənin     rəhbərinin   müavini     Azərbaycan   Respublikasının 



Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV.

Məsuliyyət

8. 


Tibb müəssisənin  rəhbərinin müavini:

8.1.   ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

5


8.2.   öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

8.3.   maddi-texniki   və   kadr   ehtiyatlarından   səmərəli   və   effektiv   istifadə 

edilməsinə;

8.4.  daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi 

və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;

8.5.   mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

8.6.   öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

8.7.   ona tabe işçilərin nizam-intizam qaydalarına riayət eedilməsi və vəzifə 

öhdəliklərinin yerinə yetirilməsinə;

8.8.   fövqəladə hallar şəraitində işə hazırlığa görə məsuliyyət daşıyır.

9. 


Tibb müəssisənin   rəhbərinin müavini əmək intizamının, qanunvericilik 

və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, 

təqsirin   ağırlıq   dərəcəsindən   asılı   olaraq,   intizam,   maddi,   inzibati   və   ya   cinayət 

məsuliyyətinə cəlb edilə bilər.



II. BÖLMƏ: MÜƏSSİSƏLƏRİN STRUKTUR BÖLMƏLƏRİNİN 

RƏHBƏRLƏRİ

Laboratoriya müdirinin nümunəvi vəzifə 

TƏLİMATI

6


I. Ümumi müddəalar

1. 


Bu vəzifə təlimatı laboratoriya müdirinin vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir.

2. 

Laboratoriya müdiri vəzifəsinə ali tibbi təhsili və ixtisası üzrə ən azı 3 il 



iş stajı olan şəxs təyin edilir. 

3. 


Laboratoriya   müdiri   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb təşkilatı rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 


Laboratoriya   müdiri   bilavasitə   tibb   təşkilatının   rəhbərinə   və   ya   onun 

müavininə tabe olur.

5. 

Laboratoriya müdiri aşağıdakıları bilməlidir:



5.1.  Azərbaycan Respublikasının Konstitusiyasını; 

5.2.


Azərbaycan Respublikasının səhiyyə və əhalinin sanitariya-epidemioloji 

salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını;

5.3.  peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədləri;

5.4.  əməyin təşkili prinsiplərini;

5.5.  tibb təşkilatının plan-iqtisad və maliyyə fəaliyyətinin əsaslarını; 

5.6.  təsərrüfat və əmək müqavilələrinin icrası qaydasını; 

5.7.

əhalinin gigiyenik təlim və tərbiyəsinin təşkilinin forma və metodlarını;



5.8.  ilkin uçot-hesabat sənədləşdirməsinin aparılması qaydasını;

5.9.  etik davranış qaydalarınn, tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasının 

əsaslarını;

5.10.  əmək   qanunvericiliyinin   əsaslarını;   əməyin   mühafizəsi   və   yanğın 

təhlükəsizliyi üzrə qaydaları bilməlidir.

II. Vəzifə öhdəlikləri

6. 


Laboratoriya müdiri müalicə-profilaktika müəssisələrinin laboratoriyanın 

fəaliyyətinə rəhbərliyini, işin mütərəqqi   formalarının, tədqiqatların yüksək analitik 

dəqiqlik və diaqnostik etibarlılığa malik yeni metodlarının tətbiqini həyata keçirir.

7. 


Laboratoriya   işinin   forma   və   metodlarını,   laboratoriyanın   fəaliyyətinin 

planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun 

istifadəsini təmin edir.

8. 


Tibb təşkilatının digər struktur  bölmələri ilə laboratoriyanın fəaliyyətini 

koordinasiya edir, onların işdə qarşılıqlı əlaqəsini təmin edir.

9. 

Laboratoriyanın həkimlərinin, orta və kiçik tibb heyətinin işinə müntəzəm 



nəzarəti həyata keçirir.

10. 


Laboratoriyanın   işçilərinin   əmək   qanunvericiliyinin   və   əməyin 

mühafizəsinin tələblərinə riayət etməsini təmin edir. 

11.

Laboratoriyanın işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək 



intizamı   qaydalarının,   tədqiqatların,   ölçmələrin,   sınaqların   standartlaşdırılması   və 

7


metroloji təmin olunma tələblərinin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər 

görür.


12. 

Laboratoriyanın işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu 

planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

13. 


Laboratoriyanın   rüblük,   yarımillik   və   illik   işini   təhlil   edir,   iş   barədə 

müəyyən olunmuş qaydada hesabat təqdim edir.

14. 

Tibbi   sənədləşdirmənin   aparılmasının   keyfiyyətinə   nəzarəti   həyata 



keçirir.

15. 


Laboratoriyanın   işçilərinin   əməyinin   əsaslarının   və   peşə   ixtisaslarının 

artırılmasına imkan yaradır.

          16. 

Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

          17. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

    


III. Hüquqlar

18. 


Laboratoriya müdirinin aşağıdakı hüquqları vardır:

18.1. laboratoriyanın işçiləri üçün icrası məcburi olan sərəncamlar vermək;

18.2. laboratoriyanın kadrlarının seçilməsi və yerləşdirilməsində iştirak etmək; 

18.3. laboratoriyanın   işçilərinin   həvəsləndirilməsi   və   tənbeh   edilməsi   üzrə 

rəhbərliyə təkliflər vermək;

18.4. laboratoriyanın fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər 

vermək;

18.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 



və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; 

18.6. laboratoriyanın işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda 

və müşavirələrdə iştirak etmək;

18.7.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsini almaq.

19. 

Laboratoriya   müdiri   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə 



uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV. Məsuliyyət

20. 


Laboratoriya müdiri aşağıdakılara məsuliyyət daşıyır:

20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə; 

20.3. maddi,   maliyyə   və   kadr   ehtiyatlarından   səmərəli   və   effektiv   istifadə 

edilməsinə;

20.4. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi 

və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;

20.5. mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

8


20.6. laboratoriyanın   fəaliyyəti   barədə   statistik   və   digər   informasiyanın 

müəyyən olunmuş qaydada təqdim edilməsinə;

20.7. laboratoriyanın   işçiləri   tərəfindən   nizam-intizam   qaydalarına   riayət 

edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;

20.8. fövqəladə hallar şəraitində laboratoriyanın işə hazırlığına görə məsuliyyət 

daşıyır.


21. 

Laboratoriya   müdiri   əmək   intizamının,   qanunvericilik   və   normativ-

hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

Şöbə (bölmə) müdirinin nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

9


1. 

Bu vəzifə təlimatı şöbə (bölmə) müdirinin vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir.

2. 


Şöbə (bölmə) müdiri vəzifəsinə ali tibbi təhsili və ixtisası üzrə ən azı 3 il 

iş stajı olan şəxs təyin edilir. 

3. 

Şöbə   (bölmə)   müdiri   Azərbaycan   Respublikasının   qüvvədə   olan 



qanunvericiliyinə uyğun olaraq tibb təşkilatı rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Şöbə   (bölmə)   müdiri   bilavasitə   tibb   təşkilatının   rəhbərinə   və   ya   onun 



müavininə tabe olur.

5. 


Şöbə (bölmə) müdiri aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan

 

Respublikasının



 

Konstitusiyasını,Azərbaycan 

Respublikasının   səhiyyə   və   əhalinin   sanitariya-epidemioloji   salamatlığı   sahəsində 

tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını;

5.2.  müvafiq peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədləri;

5.3.  əməyin təşkili prinsiplərini;

5.4.  tibb təşkilatının plan-iqtisad və maliyyə fəaliyyətinin əsaslarını;

5.5.  təsərrüfat və əmək müqavilələrinin icrası qaydasını;

5.6.  əhalinin gigiyenik təlim və tərbiyəsinin təşkilinin forma və metodlarını; 

5.7.  ilkin uçot-hesabat sənədləşdirməsinin aparılması qaydasını;

5.8.  etik davranış qaydalarının, tibbi etikanı; peşəkar ünsiyyət psixologiyasını;

5.9.  əmək   qanunvericiliyinin   əsaslarını,   əməyin   mühafizəsi   və   yanğın 

təhlükəsizliyi üzrə qaydaları bilməlidir.

II. Vəzifə öhdəlikləri

6. 


Şöbə (bölmə) müdiri şöbənin (bölmənin), funksiya və vəzifələrinə uyğun 

olaraq, fəaliyyətinə rəhbərliyi həyata keçirir.

7. 

Müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika 



və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək.

8. 


Şöbədə   (bölmədə)   müalicə-diaqnostika   prosesinin   keyfiyyət   və 

səmərəliliyinin   artırılmasına   yönəldilmiş   işin   təşkilati   forma   və   metodlarını 

təkmilləşdirmək.

9. 


Tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının 

alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə 

yetirmək.

10. 


Əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək.

11. 


İşin   forma   və   metodlarını,   şöbənin   fəaliyyətinin   planlaşdırılmasını, 

işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin 

edir. 

12. 


Səhiyyə müəssisəsinin  digər struktur   bölmələri ilə şöbənin fəaliyyətini 

koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir.

13. 

Şöbənin  (bölmənin)  həkimlərinin,  orta və  kiçik  tibb  heyətinin  işinə,  o 



cümlədən   diaqnozların   düzgünlüyünə,   aparılan   müalicənin   keyfiyyətinə   müntəzəm 

nəzarəti həyata keçirir.

10


14. 

Tibb   müəssisəsinin   növbətçilik   cədvəlinin   tərtibatında   aidiyyəti   üzrə 

iştirak edir.

15. 


Şöbənin   (bölmənin)   işçilərinin   əmək   qanunvericiliyinin   və   əməyin 

mühafizəsinin tələblərinə riayət etməsini təmin edir.

16. 

Şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili 



əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür.

17. 


Şöbənin(bölmənin)  iş planını işləyib hazırlayır, onun yerinə yetirilməsinə 

nəzarəti həyata keçirir. 

18. 

Şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil edir, şöbənin 



fəaliyyəti barədə  müəyyən olunmuş qaydada hesabat təqdim edir. 

19. 


Tibbi   sənədləşdirmənin   aparılmasının   keyfiyyətinə   nəzarəti   həyata 

keçirir.


20. 

Şöbənin   (bölmənin)   işçilərinin   peşə   hazırlığının   artırılmasına   imkan 

yaradır.

21. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

22. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



    



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə