Microsoft Word 54 Hekim terapevt telimat



Yüklə 124,35 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix02.01.2022
ölçüsü124,35 Kb.
#2517
  1   2   3   4


Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-terapevtin nümunəvi vəzifə  

TƏLİMATI 

 

I.



 

Ümumi müddəalar 

 

1.  



Bu  vəzifə  təlimatı  həkim-terapevtin vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  

Həkim-terapevt vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.  



Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarda), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada “terapiya”  ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası üzrə 

ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir.  

3.    Həkim-terapevt Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərininəmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  


Həkim-terapevt bilavasitə  şöbə müdirinə, onun olmadığı halda isə tibb 

müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  

Həkim-terapevt aşağıdakıları bilməlidir: 



5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   terapiya  xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı 

məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.  həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  




5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.  sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.  daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 



Yüklə 124,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə