ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

a) geri qayıtdıq. 

Xocənd kiçık bir yerdir. Bir bəyin həyatı orada sıxıntıyla keçər. İl ya-

rımdır adamlarımız və ailələrimizlə oradaydıq.  Bu müddət ərzində oradakı 

müsəlmanlar imkan daxilində xərac verməkdə və xidmətdə qüsur etmədilər. 

Oraya təkrar nə üzlə getmək olar və oraya gedən insan nə edə bilərdi? 

Varmağa nə məskən müyəssər,  

Durmağa nə dövlət müqərrər. 

Axırda  belə  tərəddüdlər  içində  Ura-Təpənin  cənubundakı  yaylalara 

getdik.  Öz  halımıza  şaşmış  bir  vəziyyətdə  gedəcək  və  qalacaq  bir  yer  bil-

mədən bir neçə günü o civarda avara keçirdik. Orada ikən bir gün bizim ki-

mi vətənindən sürülərək şaşqın bir halda olan Xoca Əbülməkarim məni gör-

məyə  gəldi.  Haraya  gedəcəyimizi  və  nə  edəcəyimizi  soruşdurub  mütəəssir 

oldu və halımıza acıyaraq dua edib getdi. Bu mənə çox təsir etdi.  

 

BABURUN MƏRGĠNANI YENĠDƏN ƏLƏ KEÇĠRMƏSĠ 

 

O gün ikindi namazı vaxtında dərənin aşağı tərəfindən bir atlı göründü. 



Əli  Dost  Tağayinin  Yulçuq  adlı  adamı  imiş  və  bu  xəbərlə  göndərilmişdi: 

«Gərçi  mənim  tərəfimdən  çox  böyük  günahlar  işləndi,  lakin  ümid  etdiyim 

kimi  inayət  edib  günahlarımı  bağışlayaraq  (60  b)  buraya  gəlsə,  Mərginanı 

təslim  edərək  ona  elə  bir  qulluq  və  xidmətkarlıq  edəcəyəm  ki,  günahım 

təmizlənib utancım keçsin». 

Bu  qədər  şaşqın  bir  halda  olduğum  əsnada  belə  bir  xəbər  gəldiyinə 

görə heç əndişələnmədən və dayanmadan gün batarkən iti bir yürüşlə dərhal 

Mərginana  doğru  hərəkət  etdim.  Ora  ilə  Mərginanın  arası  təxminən  iyirmi 

dörd-iyirmi beş ağaclıq bir yoldur. O gecə sabaha və ertəsi gün günorta na-

mazına  qədər  heç  bir  yerdə  durmadan  yürüdük.  Günorta  namazı  vaxtında 

Xocəndin  Tənük-ab  adlı  kəndinə  endik.  Atlar  dincini  alıb  yemləndikdən 


BABURNAMƏ 

 

79 



sonra gecə yarısı nağara vaxtında Tənük-abdan hərəkət etdik. O gecə sabaha 

və ertəsi gün günəş batıncaya qədər və ondan sonra gələn gecə boyunca yol 

getdik. 

Sabahdan bir  az  əvvəl  Mərginandan bir ağac məsafəyə  gələndə  Veys 

bəy ilə bir neçə adam  tərəddüd edərək dedi:  «Əli Dost necə  pisliklər etmiş 

bir adamdır. Arada bir-iki dəfə elçi gedib-gəlmədən, danışıq, əhd və şərt ol-

madan ona necə etimad edə bilərik?» Gerçəkdən də tərəddüdləri  yersiz de-

yildi. Bir az durduq və vəziyyəti müzakirə etdik. Axırda buna qərar verdik: 

«Gərçi  bu  tərəddüdlər  yerindədir,  lakin  (6l  a)  bunu  daha  əvvəl  düşünmək 

gərəkdi. Üç gün-üç gecə durub-dincəlmədən iyirmi dörd-iyirmi beş ağac yol 

yürüdük.  Artıq  nə  adamlarda,  nə  də  atlarda  taqət  qalmışdır.  Buradan  necə 

qayıdaq,  qayıtsaq  belə  hara  gedək.  Bu  qədər  gəldikdən  sonra  gedəcəyimiz 

yerə  varmaq  lazımdır.  Heç  bir  şey  Tanrının  təqdirindən  başqa  şəkildə  ola 

bilməz». Belə qərar verib qədərimizə razı olaraq yolumuza davam etdik. 

Sübh namazı vaxtında Mərginan kurqanının qapısına gəldim. Əli Dost 

Tağayi qapının arxasında duraraq qapını açmadan əhd istədi. Əhd və şərtdən 

sonra  qapını  açıb  qapı  arasında  bağlılığını  bildirdi.  Əli  Dostu  gördükdən 

sonra kurqanın  içində uyğun bir  yerə  endim. Mənimlə birlikdə olanlar bö-

yük-kiçık iki yüz qırx adamdı. 

Uzun  Həsən  və  Sultan  Əhməd  Tənbəl  vilayət  əhalisinə  çox  zülm  və 

pis rəftar etmişdilər. Vilayət əhalisinin hamısı məni istəyirdi. Mərginana gə-

lişimizdən iki-üç gün sonra Qasım bəy, pəşağarlılar, yeni nökər

1

 olanlar və 



Əli  Dost  bəyin  adamlarından  yüz  nəfər  Əndicanın  cənub  tərəfindəki  dağ 

qəbilələrindən (61 b) aşpariyan, turuq-şaran, çəgrək və bütün o civara bu ca-

maatı xoşluqla və ya zorla itaətə gətirmələri üçün göndərildi. İbrahim Saru, 

Veys Lağari və Seydi Qara da yüz nəfərə yaxın bir qüvvə ilə Xocənd çayını 

keçərək o tərəfdəki kurqanlarla dağ xalqlarını, nə şəkildə olursa-olsun, bizə 

tabe etmək üçün Axsi tərəfinə göndərildi. 

Bir  neçə  gün  sonra  yanlarına  [Baburun  kiçık  qardaşı]  Cahangir  Mir-

zəni  də  alan  Uzun  Həsən  ilə  Sultan  Əhməd  Tənbəl  əlindəki  sipahiləri  və 

moğolları toplayıb Əndican və Axsinin əsgər ola biləcək adamlarını yığaraq, 

Mərginanı mühasirə məqsədilə Mərginanın bir şəri şərqində yerləşən Sapan 

adlı kəndə endilər. Bir-iki gün sonra da qüvvələrini qaydaya salıb Mərgina-

nın məhəllələrinə gəldilər. 

Qasım  bəy,  İbrahim  Saru  və  Veys  Lağari  komandanlığı  altında  olan 

qüvvələr iki tərəfə  göndərilmiş  olduğu üçün mənim  yanımda  çox az qüvvə 

qalmışdı.  Buna baxmayaraq igidlər qüvvələrini qaydaya salaraq qarşı çıxdı-

lar  və  düşməni  məhəllələrdən  daha  irərli  buraxmadılar.  O  gün  Xəlil  Çöhrə 

dəstar-piç cəsur hərəkət etdi və çox şücaət göstərdi. Düşmənlər gəlib heç bir 

                                                           

1

 Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, sıravi əsgər-



dən başlayaraq bəyə qədər çeşidli dərəcəli hərbi və mülki adamlar üçün işlənən termin. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



80 

şey edə bilmədilər və bir daha (62 a) da kurqana yaxınlaşmadılar. 

Qasım bəy Əndicanın güney dağlarına getmişdi. Aşpariyan, turuq-şa-

ran, çəgrək ilə o civarın dağlarında və ovalarında oturan əhali tamamən bi-

zim  hakimiyyətimiz  altına  girdi.  [Düşmən  tərəfindəki]  sipahilər  də  bir-bir, 

iki-iki  qaçıb  bizə  qoşulmağa  başladılar.  İbrahim  Saru  və  Veys  Lağarinin 

başçılığı altıında olanlarsa Axsi tərəfinə gedib  çayın qarşı sahilinə keçmiş-

dilər. Bab kurqanı və daha bir-iki kurqan bizə keçdi. 

Uzun Həsən ilə Tənbəl zalım, fasiq və kafir adamlardı. Vilayət əhalisi 

bunlardan çox zülm görmüşdü. Axsinin böyüklərindən olan Həsən Dikcə ilə 

adamları,  oranın  bəzi  alt  təbəqəsi  də  üsyan  edərək  şəhərin  dış  kurqanında 

olanları ərkə  sığınmağa  məcbur elədilər, sonra  İbrahim Saru, Veys  Lagarı, 

Seydi  Qara başçılığı  altıında olan qüvvələrimizi Axsinin dış  kurqanına ça-

ğırdılar. 

[Baburun dayısı] Sultan Mahmud (Məhəmməd) xan Heydər Göyəlda-

şın oğlu Bəndə Əli və bu sıralarda Şeybani xandan qaçıb xanın yanına gəl-

miş  olan  Hacı  Qazi  Manqıtı  barın  tümən  bəyləri  ilə  birlikdə  bizə  köməkçi 

təyin etmişdi. Onlar da tam bu əsnada gəldilər. 

Uzun Həsən bundan xəbər tutub çox dilxor oldu  və  güvəndiyi  (62 b) 

nökərləri  ilə  ən  yaxşı  igidlərini  kömək  üçün  Axsi  ərkinə  göndərdi.  Bunlar 

səhər  vaxtı  çay  kənarına  çatdılar.  Bizim  əsgərlə  moğol  əsgəri  bunu  xəbər 

alıb bir qisim adamları yalın atla sudan keçirdilər. Köməyəa gələnlər şaşıra-

raq, gəmini yuxarıya doğru çəkə bilməyib olduğu yerdə buraxdılar. Gəmilər 

kurqan tərəfinə keçmədən aşağı getdi. Bizim əsgərlə moğol əsgəri hər tərəf-

dən yalın atla suya girməyə başladı. Gəmidə olanlar vuruşa bilmədi. [Uzun 

Həsənin  adamlarından]  Qarluğaç  Bəxşi  moğolların  bəy  oğullarından  birini 

çəkib əlindən tutaraq qılıncla öldürdü. Lakin artıq iş işdən keçmişdi. Gəmi-

dəkilərin  çoxunun  ölümünə  onun  bu  hərəkəti  səbəb  oldu  və  suda  olanların 

hamısını yaxalayıb doğradılar. Qarluğaç Bəxşi, Xəlil Divanə və Qazı Qulam 

Uzun  Həsənin  seçkin  adamlarından  idi.  Bunlardan  yalnız  Qazı  Qulam  qul-

luq  bəhanəsi  ilə  qurtula  bildi.  Digər  seçkin  igidlərindən  olan  Heydərqulu, 

Qulikə  Kaşğari  və  bugün  mənim  yanımda  da  etibarlı  olan  Seyid  Əli  [xan] 

qurtuldular. Yetmiş-səksən seçkin igiddən  yalnızca beş-altısı (63  a) qurtula 

bildi. 


Düşmən bu xəbəri eşidincə Mərginan civarında qala bilməyib nizam-

sız halda Əndicana doğru köç etdi. Bunlar Əndicanda Uzun Həsənin yeznəsi 

Nasir bəyi qoymuşdular. Nasir bəy onun adamları arasında ikinci olmasa da, 

mütləq  üçüncü  dərəcədə  təcrübəli,  cəsur  bir  adam  idi.  Bu  işləri  öyrənincə 

Əndican kurqanını bağladıb artıq onların məğlub olmağa üz tutduqlarını bil-

dirərək mənə adam göndərdi. 

Uzun Həsən Əndicana gələndə kurqanın bağlandığını öyrəndi və yez-

nəsi ilə dil taba bilməyib köçünün olduğu Axsi tərəfə çəkildi. Sultan Əhməd 



BABURNAMƏ 

 

81 



Tənbəl  isə  öz  vilayəti  olan  Oşa  getdi.  Cahangir  Mirzənin  içkilərindən  və 

igidlərindən bir neçəsi Uzun Həsənin yanından qaçdılar və Tənbəl Oşa çat-

madan gedib ona qoşuldular. 

 

BABURUN ƏNDĠCANI YENĠDƏN ƏLƏ KEÇĠRMƏSĠ 

 

Əndicanın  düşmənin  üzünə  bağlandığı  xəbəri  gələndə  Mərginandan 



günəş doğarkən dərhal hərəkət edərək günorta vaxtı Əndicana çatdım. Nasir 

bəyi, oğulları Dost bəy ilə Mirim [Nasir] bəyləri gördüm. Xatirlərini soruş-

dum,  inayət  və şəfqət  göstərdim.  İki  il vardı ki,  ata vilayəti əldən  çıxmışdı 

(63  b),  ancaq  904-cü  ilin  zilqədə  ayında  [=1499  iyun-iyul]  tanrı  təalanın 

inayəti ilə təkrar geri aldıq. 

Sultan  Əhməd  Tənbəl  isə  Cahangir  Mirzə  ilə  birlikdə  Oşa  doğru  çə-

kilmişdi. Oşa girincə orada da xalq ona qarşı üsyan edərək onu Oşdan qovdu 

və  kurqanı  bizim  üçün  qoruyaraq  bizə  adam  göndərdi.  Cahangir  Mirzə  ilə 

Tənbəl  öz  tərəfdarlarından  bir  neçə  adamla  birlikdə  şaşqın  bir  halda  gedib 

Özgəndə girdilər. 

Uzun  Həsən  də  Əndicana  girə  bilməyincə  Axsi  tərəfinə  getmişdi  və 

Axsi  ərkinə  girdiyi  xəbəri  gəldi.  Bütün  bu  fitnələrin  başı  Uzun  Həsən  ol-

duğu üçün bu xəbər gələn kimi Əndicanda dörd-beş gündən artıq qalmaya-

raq  Axsiyə  hərəkət  etdik.  Oraya  çatanda  çarəsiz  qalıb  aman  dilədi  və  əhd 

edib kurqanı təhvil verdi. 

Bir neçə gün Axsidə qaldım. Axsi, Kasan və o yurdun işlərini sahman-

layıb köməyə gələn moğol bəylərinə izin verdikdən sonra Uzun Həsəni köçü 

və adamları ilə birlikdə alaraq Əndicana gəldik. Axsinin idarəsini müvəqqəti 

olaraq  Qasım  Əcəbə  verdim.  O,  əvvəlcə  içki  dərəcəsində  idi,  sonra  mənim 

yanımda bəylik dərəcəsinə yüksəlmişdi.  

Uzun  Həsənlə  əhd  bağlandığı  üçün  canına  və  malına  zərər  və  ziyan 

vurulmadan Qara Təkin yoluyla Hisar tərəfinə (64 a) getməsinə izin verildi. 

Bir  neçə  adamıyla  Hisara  getdi.  Qalan  adamları  isə  ondan  aynlaraq  yanı-

mızda qaldılar. O qarışıq günlərdə bizim və Xoca [Mövlana] qazının  adam-

larını ələ keçirib soyan şəxşlər bunlar idi. Bəzi bəylərlə görüşüldükdən sonra 

bunlar haqqında bu qərar verildi: «Bütün bu fəsad və fitnələri çıxaran, bizə 

tabe bunca mömini və müsəlmanı tutub soyanlar bunlardır. Öz bəylərinə nə 

vəfa etdilər ki, bizə nə sədaqət göstərsinlər. Bunları yaxalayıb mallarını zəbt 

etdirsək nə olar? Bunların gözümüzün önündə, bizim atlarımıza minib bizim 

paltarımızı  geyib  bizim  yeməyimizi  yemələrinə  kim  dözə  bilər.  Onları  ya-

xalayıb  mallarını  əllərindən  almaq  yerinə  onlara  mərhəmət  etsək,  yalnızca 

qazaxlıqlarda və möhnətlərdə bizimlə birlikdə olanların mallarını geri alma-

larına izin versək, bu qədərlə qurtula bildiklərinə şükr etmələri lazımdır». 

Nəticədə bu qərar  çox məqbul  göründü və  bu  adamların  yalnızca öz-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



82 

lərinə aid əşyaları almaları əmr edildi. Gərçi bu qərar məqbul və doğru olsa 

belə bir az tələsik verilmişdi. Cahangir Mirzə kimi bir düşmən yaxınımızda 

ikən bu adamları (64 b) bu şəkildə ürkütməyin heç bir mənası yoxdu. Məm-

ləkətlər alıb idarə edərkən bəzi işlər görünüşdə məqbul və doğru görünə bi-

lər, lakin qərarların üzərində yüz min dəfə diqqətlə düşünmək lazımdır, yax-

şı düşünmədən verdiyimiz bu qərardan çox qarışıqlıq və fitnələr çıxar. Nəti-

cədə  Əndicandan  ikinci  dəfə  çıxmamıza  düşünmədən  verdiyimiz  bu  qərar 

səbəb oldu. Bu üzdən də moğollar öz aralarında qarışıqlıq  yaradıb qorxuya 

qapıldılar  və  iki  su  arası  dedikləri  Ribatək-Örçümdən  Özgənd  tərəflərinə 

köç edərək Tənbələ adam göndərdilər. 

Anamın yanında min beş yüz-iki minə yaxın moğol vardı. Həmzə Sul-

tan, Mehdi Sultan və Məhəmməd Duğlat ilə birlikdə yenə bu miqdarda mo-

ğol da Hisardan gəlmişdi. Pislik və xaos daim moğol ulusundan törəmişdir. 

İndəyə qədər mənimlə beş dəfə  düşmən oldular. Düşmən olmalarının səbəbi 

mənimlə  dil  tapa  bilməmələri  deyildi.  Öz  xanlarına  qarşı  da  bir  neçə  dəfə 

eyni şəkildə hərəkət etmişdilər. 

Bu  xəbəri  mənə  Sultanqulu  Çanaq  gətirdi.  Bu  yaxınlarda  vəfat  edən 

atası  Xudaverdi  Buqaqa  (65  a)  moğollar  içində  çox  hörmət  etmişdim.  O, 

moğollarla  birlikdə  olurdu.  Öz  xalqından  və  ulusundan  ayrılaraq  mənə  bu 

xəbəri gətirdi. Gərçi bu dəfə  yaxşı hərəkət etdi, lakin sonra elə qəbahətlərə 

yol verdi ki, bunun kimi yüz min xidmət eləsə də onu ört-basdır edə bilməz-

di.  Bu barədə  sonra danışacağam.  Sonradan etdiyi  qəbahətlər də  moğol  ol-

masından qaynaqlanırdı. 

Xəbər gəlincə bəyləri toplayıb vəziyyəti müzakirə etdik. Bəylər bunun 

əhəmiyyətsiz bir məsələ olduğu, padşahın səfərə çıxmasına gərək olmadığı 

və  bütün  bəylərin  Qasım  bəy  komandanlığında  hərəkət  etməsinin  kifayət 

olacağı fikrində həmrəy oldular. Buna qərar verildi. Bunu asan sandılar, la-

kin bu fikir yanlış imiş. O gün Qasım bəy bəyləri və əsgəri alıb yola çıxdı. 

Bunlar gedincəyə qədər  Tənbəl  də  gəlib moğollara qoşulubmuş. Ertəsi  gün 

sabah  tezdən  Aylamış  çayının  Yastı  keçid  adlı  keçidini  aşınca  birdən-birə 

onlarla  qarşılaşır  və  yaxşıca  vuruşurlar.  Qasım  bəy  Sultan  Məhəmməd  Ar-

ğun  ilə  şəxsən  qarşılaşaraq  iki-üç  dəfə  qılıncla  vuruşduğu  halda  başa  çıxa 

bilmir. Bir çox igidimiz qılıncla vuruşur, lakin axırda məğlub olurlar. (65 b) 

Qasım bəy, Əli Dost Tağayi, İbrahim Saru, Veys Lağari və Seydi Qara 

ilə  bəylərdən  və  içkilərdən  üç-dörd  adam  qurtuldu.  Digər  bəy  və  içkilərin 

çoxu ələ keçdi. Əli Dərviş bəy, Mirim Lağari, Tuka bəy və [atası] Şirim bəy 

Tağayi, Məhəmməd Dost, Əli Dost, Mirşah Koçin və Mirim Divan da onla-

rın arasındaydı. 

Bu müharibədə iki igid qılıncla gözəl vuruşdu. Bizim tərəfdən İbrahim 

Sarunun kiçık qardaşlarından Səməd adlı biri ilə qarşı tərəfdən Hisar moğol-

larından Şahsuvar adlı biri qarşılaşır. Şahsuvar elə bir vuruş vurur ki, qılınc 



BABURNAMƏ 

 

83 



dəbilqəni  yararaq Səmədin başına işləyir. Səməd yaralı olmasına baxmaya-

raq  Şahsuvarın  başına  elə  bir  zərbə  endirir  ki,  qılınc  Şahsuvarın  başından 

ovuc qədər bir sümük parçasını alıb götürür. Şahsuvarın dəbilqəsi yox imiş, 

başını  sarıdılar  və  yaxşı  oldu.  Səmədin  başını  sarıyacaq  adam  yox  idi,  üç-

dörd gün sonra bu yaradan öldü. 

Qazaxlıq və fəlakətlərdən qurtularaq vilayəti  yenicə aldığımız bir əs-

nada gerçəkləşən bu məğlubiyyət  çox vaxtsız oldu. Mənə  böyük bir dəstək 

olan  Qənbər  Əli  Moğul  [Səllah]  Əndican  alındığı  zaman  vilayətinə  getmiş 

olduğundan (66 a) burada yox idi. Vəziyyət belə ikən [Sultan Əhməd] Tən-

bəl də Cahangiri yanına alaraq Əndicanın bir şəri məsafəsində yerləşən Eyş 

təpəsinin  önündəki  çayıra  gəldi.  Bir-iki  dəfə  Çihil  Doxtəran  üzərindən  əs-

gərini düzərək Eyş təpəsinin ətəyinə qədər irəlilədi, ancaq bizim igidlər qüv-

vələrini bir araya gətirib məhəllə və bağların arxasına qədər irəliləyərək on-

lara qarşı çıxdıqları üçün daha artıq irəli gedə bilmədilər və təpənin ətəyin-

dən geri qayıtdılar. 

Tənbəl bu tərəfə gələndə ələ keçirdiyi bəylərdən Mirim Lağari ilə Tu-

kayı öldürdü. Bir aya yaxın bu ətrafda oturdu, lakin heç bir iş edə bilmədən 

Oş tərəfinə qayıtdı. Oş İbrahim Saruya verilmişdi və orada onun adamı var-

dı. Oşu Tənbələ qarşı bağladılar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



84 

 

 



 

 

 



 

 

 



 

FƏRQANƏ - 905 (8 AVQUST 1499 - 28 İYUL 1500) 

 

DOQQUZ YÜZ BEġĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Vilayətlərin atlı və piyada əsgərlərinə təcili xəbərçilər və tədarükçülər 

göndərildi. Qənbər Əliyə və öz vilayətlərinə getmiş olan əsgərlərə də xəbər-

çilər yollayıb qalxan, qazma, balta və əsgərin silahlandırılmasına lazım olan 

digər  şeylər  üçün  tədbirli  tədarükçülər  təyin  edildilər.  Vilayətdən  əsgər  ola 

biləcək atlıları, piyadaları və hər tərəfə işlə bağlı getmiş olan adamları və si-

pahiləri toplayaraq Tanrıya təvəkküllə məhərrəm ayının (66 b) on səkkizin-

də  [=25  avqust  1499]  Hafiz  bəyin  [Məhəmməd  Dulday]  çarbağına  hərəkət 

etdim. Bir-iki gün çarbagda qalıb çatışmayan paltar və sursatı hazırlayıb ta-

mamladıqdan sonra atlı və piyada əsgərin sağ qol, sol qol, mərkəz və önçü 

hissələrini düzənləyib səf halında Oş tərəfə müxaliflərin üstünə yürüdük. 

Oşa yaxınlaşanda müxaliflərin o civarda dura bilməyərək oranın şima-

lında  yerləşən  Ribati-Sərhəng  tərəfinə  getdikləri  xəbəri  gəldi.  O  gecə  Lat-

kənd kəndinə endik. Sabah tezdən hərbi bir nizamla Oşdan keçərkən müxa-

liflərin Əndican tərəfinə getdiyini xəbər aldıq. Biz də Özgənd üzərinə yürü-

dük və bizdən öncə o civarı yağmalaması üçün axınçı göndərdik. 

Əndicana getmiş olan müxaliflər ora çatıb gecə ikən xəndəyə girərək 

divarlara nərdivan qoyarkən kurqandakılar bunu eşidir, müxaliflər də heç bir 

şey edə bilmədən geri qayıdırlar. Bizim axınçılarımız da Oş civarını yağma-

lamaqla birlikdə ciddi bir şey ələ keçirmə bildən dönüb gəldilər. 



 

MADU KURQANININ ALINMASI 

 

Oş  vilayətinin  kurqanlarından  olan  Madu  kurqanı  o  zaman  öz  möh-

kəmliyi ilə məşhur idi. [Sultan Əhməd] Tənbəl kiçık qardaşı Xəlili iki yüz-

iki  yüz  əlli  adamla  orada  qoymuş  (67  a)  və  Xəlil  kurqanı  bağlamışdı.  Biz 

gəlib savaşaraq Madu kurqanını almağa çalışdıq. 

Madu kurqanı  çox sağlam bir kurqandır. Şimal tərəfində bir çay var. 

Kurqan olduqca yüksəkdə yerləşir. Çaydan ox atılırsa, bəlkə də divarına çat-


BABURNAMƏ 

 

85 



maz. Su yolu da o tərəfdədir. Bu yolu kurqandan aşağıya doğru küçə şəklin-

də iki tərəfinə divar tikərək nəhrə qədər gətirmişlər. Təpə tərəfləri xəndəkdir. 

Çay yaxın olduğu üçün buradakı daşlardan qazan qədər böyük olanları 

alıb kurqana çıxarmışlar. Madu kurqanından o qədər böyük daşlar atdılar ki, 

bu  qədər  kurqan  müharibəsi  olduğu  halda  heç  bir  kurqandan  belə  daşlar 

atılmamışdır. Katda bəyin böyük qardaşı Əbdülqüddüs Kuhbər divarın dibi-

nə qədər çıxmışdı. Divardan üzərinə o qədər daş atdılar ki, Əbdülqüddüs heç 

bir  yerə  toxunmadan  havadan  birbaşa  uçaraq  bu  qədər  yüksək  yerdən 

kurqan bayırının dibinə qədər yuvarlana-yuvarlana gəldi. Lakin heç bir şey 

olmadı,  dərhal  atına  minib  getdi.  Su  yolunda  Yarəli  Bilala  bir  daş  ataraq 

başını partlatdılar. Bir çox adam bu daşlardan (67 b) öldü. 

Sabah  tezdən  təkrar  müharibəyə  başlandı  və  günortada  əvvəl  su  yolu 

alındı. Savaş axşama qədər davam etdi. Artıq su yolu alındığı üçün bir şey 

edə bilmədilər və ertəsi sabah aman diləyib kurqandan çıxdılar. Tənbəlin ki-

çık qardaşı Xəlilin dəstəsindəki yetmiş-səksən və ya yüz adam əsir edilərək, 

yaxşı mühafizə edilmələri üçün Əndicana göndərildi. Bizim də bəylərimiz, 

içkilərimiz və yaxşı adamlarımız onların əlinə  düşmüşdü. Bu iş yaxşı oldu. 

Madu alındıqdan sonra Oş kəndlərindən olan Ünçü-Töbə adlı yerə en-

dik.  Digər  tərəfdən  Tənbəl  də  Əndicandan  dönərək  Ribati-Sərhəng  kəndlə-

rindən  Abi-Xan  deyilən  yerə  gəldi.  Bu  iki  ordunun  arasındakı  məsafə  bir 

ağac idi. Bu arada Qənbər Əli xəstələnərək Oşa getdi. Bir ay və ya qırx gün 

qədər orada qaldıq, lakin müharibə olmadı. Yalnız bizim ərzaqçılarla onların 

ərzaqçılan arasında kiçık çarpışmalar baş verirdi. 

Bu müddət  ərzində  gecələr ordugahın  ətrafında  çox  yaxşı  ehtiyat  tər-

tibatı  alındı: xəndəklər qazılır və xəndək olmayan  yerlərə  ağac qazıqlardan 

əngəllər qoyulur, mövcud sipahilər də tam silahlı olaraq xəndək kənarına çı-

xarlardı. (68  a) Bu qədər ehtiyatlı davrandığımız halda, hər üç-dörd gündə 

bir gecələr əsgərlər silah başına çağırılırdı. 

Bir  gün  ərzaqçıların  başında  Seydi  bəy  Tağayi  getmişdi.  Düşmənin 

adamları üstün qüvvələrlə gələrək ani bir vuruşma əsnasında Seydi bəyi əsir 

aldılar.  

 

BAYSUNQUR MĠRZƏNĠN XOSROV ġAH 

TƏRƏFĠNDƏN ÖLDÜRÜLMƏSĠ 

 

Xosrov şah bu il Bəlx üzərinə yürümək düşüncəsi ilə Baysunqur Mir-

zəni  çağırıb  Qunduza  gətirtdi  və  Bəlx üzərinə  yürüdü. Uyaca  gəldiklərində 

xain və kafir Xosrov şah səltənət davasıyla -belə insaniyyətsiz, hünərsiz, də-

yərsiz, qorxaq, insafsız və ədalətsiz bir adama səltənət nəsib olarmı?- Bay-

sunqur Mirzəni bəyləri ilə birlikdə həbs etdi və onu kirişlə boğdurub məhər-

rəm  ayının  onunda  [=17  avqust  1499]  bu  xoş  təbiətli,  çox  fəzilətli,  dəyərli 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



86 

və əsil şahzadəni şəhid etdi. Bəylərini və içkilərindən bəzilərini də öldürdü.  



 

BAYSUNQUR MĠRZƏ 

 

Doğumu və nəsəbi: Baysunqur Mirzə 882-ci [=1477] ildə Hisar vila-

yətində  doğulmuşdur. [Teymur bəyin  nəvəsi  Əbu Səid  Mirzənin  oğlu] Sul-

tan Mahmud Mirzənin ikinci oğludur. Sultan Məsud Mirzədən kiçık, Sultan 

Əli Mirzə və Sultan Hüseyn ilə Xan Mirzə adıyla bilinən Sultan Veys Mir-

zədən böyük idi. Anası Pəşşə bəyim idi. (68 b) 

ġəkil  və  görkəmi:  böyük  gözlü,  yuvarlaq  üzlü,  orta  boylu,  türkmən 

çöhrəli və gözəl bir igiddi. 



Əxlaqı və xasiyyəti: adil, insaniyyətli, xoş təbiətlı və fəzilətli bir şah-

zadə  idi.  Ustadı  Seyid  Mahmud  şiə  olduğu  üçün  Baysunqur  Mirzə  də  şiə-

liklə ittiham edilirdi. Sonradan anlatdıqlarına görə, Səmərqənddə bu pis eti-

qadı buraxaraq, təmiz etiqadlı (sünni) olmuşdur. Şəraba çox düşkündü, şə-

rab içmədiyi vaxtlarda namaz qılardı. Cömərdliyi və ehsanı orta dərəcədə idi. 

Nəstəliq  yazısını  çox  yaxşı  yazırdı.  Nəqqaşlıq  qabiliyyəti  də  fəna  deyildi. 

Şeiri də yaxşı söylərdi, təxəllüsü Adil idi. Şeiri divan tərtib edəcək qədər de-

yildi. Bu mətlə onundur: 

Sayəvar əz natəvani cabəca miəftəm, 

Gər nəgirəm ruyi-divari zi pa miəftəm. 



Zəifliyimdən kölgə kimi oraya-buraya düşürəm,  

Əgər bir divar tapmasam yıxılaram. 

Səmərqənddə  Baysunqur  Mirzənin  qəzəlləri  o  qədər  yayılmışdı  ki, 

Mirzənin şeirləri olmayan ev çox az idi. 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin