ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə5/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   2   3   4   5   6   7   8   9   ...   48

Əxlaqı  və  xasiyyəti:  əxlaqı və xasiyyəti yaxşı idi. Namazını boş ke-

çirməzdi.  İdarəsi  və  intizamı  fövqəladə  dərəcədə  yaxşı  idi.  Maliyyə  hesab-

larını çox əla bilirdi. Vilayətində onun xəbəri olmadan bir dirhəm və ya bir 

dinar  belə  sərf  edilə  bilməzdi.  Adamlarının  iaşəsi  heç  bir  zaman  əskik  ol-

mazdı.  Məclisi,  bəxşişi,  ziyafət  və  süfrəsi  fövqəladə  yaxşı  idi.  Hamısı  da 

qaydalı və nizamlı olurdu. Tərtib və düzəni o qədər gözəl təmin eləmişdi ki, 

nə əsgəri,  nə də təbəəsi buna heç bir zaman təcavüz edə bilməzdi. 

Əvvəlcə quş ovuyla çox məşğul olurmuş. Sonralar da şahınlə çox ov 

edirdi. Zülm və fəsada çox düşkün idi, durmadan şərab içir və çoxlu çöhrə 

saxlayırdı. Hökmü altındakı yerlərdə gözəl və üzü tüksüz bir oğlan olsa, ne-

cə olursa-olsun, gətirdib özünə çöhrə edirdi. Bəylərinin oğullarını və oğulla-

rının (26  a) bəylərini, hətta süd qardaşlarını özünə çöhrə eləmişdi. Bu işdə 

öz  süd  qardaşının  xidmətçisindən  də  istifadə  edirdi.  Bu  uğursuz  adət  onun 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



44 

zamanında o qədər yayılmışdı ki, çöhrəsi olmayan adam bəlkə də heç yoxdu. 

Çöhrə bəsləməyi bir hünər sayır və çöhrəsi olmayanı qınayırdılar. Bu zülm 

və fəsadın uğursuzluğundan bütün uşaqları gənc yaşda öldülər. 

Şeir söyləyir, divan tərtib edirdi, ancaq şeiri çox zəif və dadsızdı. Elə 

şeir söyləməkdənsə, söyləməmək daha yaxşıdır. 

Zəif etiqadlı bir adamdı. Xoca Übeydullah həzrətlərinə ehtiram bəslə-

mirdi. Ürəksiz və həyasız bir adamdı. Ətrafında bir neçə masqara və üzsüz 

vardı, divan başında və xalq önündə çirkin və alçaq hərəkətlər edirdilər. 

Nitqi aydın deyildi və sözünü dərhal anlamaq qeyri-mümkündü. 



Meydan  müharibələri:  hər  ikisi  Sultan  Hüseyn  [Bayqara]  Mirzə  ilə 

olmaq üzrə iki meydan müharibəsi elədi. Birincisi Əstərabadda, ikincisi Ən-

dəxud  civarında  Çikmən  deyilən  yerdə  oldu.  İkisində  də  məğlubiyyətə  uğ-

radı. İki kərə də Bədəxşanın cənubunda Kafiristana gedərək savaşdı, ona gö-

rə də  (26 b) fərmanlarının tuğrasında «Sultan Mahmud Qazi»

1

 yazırdı. 



Torpaqları:  [atası] Sultan Əbu Səid Mirzə ona Əstərabadı vermişdi. 

İraq  hadisəsində

2

 Xorasana  gəldi.  O  zaman  Hisar  hakimi  Qənbər  Əli  bəy 



Sultan  Əbu  Səid  Mirzənin  əmrilə  Hindistan  əsgərini  alaraq  Mirzənin  arxa-

sından  İraqa  getməkdə  idi  və  Xorasana  gələndə  Sultan  Mahmud  Mirzəyə 

qoşuldu.  Sultan  Hüseyn  [Bayqara]  Mirzənin  yaxınlaşdığını  eşidən  Xorasan 

əhalisi hücuma keçərək Sultan Mahmud Mirzəni Xorasandan çıxardı. Sultan 

Mahmud  Mirzə  də  bu  üzdən  Səmərqəndə  Sultan  Əhməd  Mirzənin  yanına 

getdi. 


Bir  neçə  ay  sonra  isə  Əhməd  Müştaq  komandanlığında  Seyid  Bədr, 

Xosrov şah və digər bəzi igidlər Sultan Mahmud Mirzə ilə birlikdə qaçaraq 

Qənbər Əli bəyin yanına Hisara gəldilər. O gündən sonra da Kuhqa və Kuh-

tən  dağlarının  cənubundakı  Termiz,  Çağanyan,  Hisar,  Xutlan,  Qunduz  və 

Bədəxşan kimi vilayətlər Hinduquş dağına qədər Sultan Mahmud Mirzənin 

idarəsində idi. Böyük qardaşı Sultan Əhməd Mirzə öldükdən sonra onun vi-

layəti də Mahmud Mirzənin əlinə  keçmişdi. 

UĢaqları:    Sultan  Mahmud  Mirzənin  beş  oğlu  və  on  bir  qızı  vardı. 

Oğullarının  ən  böyüyü  Sultan  Məsud  Mirzə  idi,  anası  (27  a)  Mir  Büzürg 

Termizinin qızı idi. 

İkinci oğlu Baysunqur Mirzənin anası Pəşşə bəyim di. 

Üçüncü oğlu Sultan Əli Mirzənin anası Zəhra Bikə ağa adlı özbək bir 

cariyə idi. 

                                                           

1

 O  dövrdə  müsəlman  olmayan  şəxslərin  idarə  etdiyi  torpaqlara  hərbi  səfərlərdə  və  sa-



vaşlarda iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.  

2

 Qaraqoyunlu  Cahan şahın ölümündən  sonra  Ağqoyunlu Uzun  Həsən İraqda və  Azər-



baycanda güclənmiş, Cahan şahın oğlu Hüseynəli Əbu Səiddən kömək istəmişdi. Əbu Səid 

Azərbaycana girdikdən sonra ordusuyla Qarabağda qışlarkən qıtlıq baş vermiş, Uzun Həsən 

onu yaxalayıb öldürmüşdü (rəcəb 873=1469-un əvvəli).  

  


BABURNAMƏ 

 

45 



Dördüncü  oğlu  Sultan  Hüseyn  Mirzənin  anası  Mir  Büzürgün  nəvəsi 

Xanzadə bəyim idi. O, on üç yaşında, atası həyatda ikən Allahın rəhmətinə 

qovuşdu. 

Sultan Veys Mirzənin anası Yunus xanın qızı və mənim anamın kiçık 

bacısı olan Sultan Nigar xanımdı. 

Bu dörd mirzənin vəqayeləri bu kitabda müvafiq illərin olayları içində 

nəql ediləcək. 

Üç qızı Baysunqur Mirzənin doğma bacısı idi və bunların ən böyüyü 

Sultan  Mahmud  Mirzənin  əmisi  Mənuçöhr  Mirzənin  oğlu  Məlik  Məhəm-

məd Mirzəyə ərə verilmişdi. 

Digər beş qızı Mir Büzürgün [Termizi] nəvəsi Xanzadə bəyimdən idi. 

Böyüyünü Sultan Mahmud Mirzənin ölümündən sonra Əba Bəkr Kaşğariyə 



(27 b) verdilər. 

İkinci qızı Bikə bəyim idi. Sultan Hüseyn [Bayqara] Mirzə Hisarı mü-

hasirə edəndə bu qızı Sultan Əbu Səid Mirzənin qızı Payəndə Sultan bəyim-

dən olan Heydər Mirzə adlı oğluna almış və sülh bağlayaraq Hisardan çəkil-

mişdi. 

Üçüncü qızı Ağ bəyim idi. 



Dördüncü qızı Ay bəyim idi; Sultan Hüseyn [Bayqara] Mirzə Qunduz 

üzərinə  gəldiyi  və  Ömər  Şeyx  Mirzənin  də  kömək  üçün  Əndican  əsgərilə 

birlikdə  oğlu  [Baburun  kiçık  qardaşı]  Cahangir  Mirzəni  göndərdiyi  zaman 

Cahangir Mirzə ilə nişanlanmışdı. [Xosrov şahın kiçık qardaşı] Baqi Çağan-

yani  910-cu  ildə  [1504/5]  Amu-Dərya  sahilində  gəlib  mənə  qoşulanda  bu 

bəyimlər də anaları ilə birlikdə Termizdə idilər və onlar da Baqi Çağanyani-

nin  köçü  ilə  gəldilər.  Biz  Gahmərdə  çatanda  da  Ay  bəyim  Cahangir  Mirzə 

ilə ailə qurdu və ondan yalnızca bir qızı oldu. İndi nənəsi Xanzadə bəyimlə 

birlikdə Bədəxşan vilayətində yaşayırlar. 

Beşinci  qızı  Zeynəb  Sultan  bəyim  idi.  Kabili  aldığım  zaman  anam 

Qutlu  Nigar  xanımın  israrı  ilə  onunla  evlənmişdim,  yaxşı  keçinə  bilmədik, 

iki-üç il sonra çiçək xəstəliyindən vəfat etdi. 

Qızlarından biri də Məxdumə (Məxdum) Sultan bəyimdir, Sultan Əli 

Mirzənin doğma böyük bacısıdır, hazırda Bədəxşan vilayətində olur. 

Cariyələrindən  də  iki  qızı  olmuşdu.  Birinin  (28  a)  adı  Rəcəb  Sultan, 

digərinin adı Mühib Sultan xanımdır. 



Qadınları:  böyük  arvadı  Mir  Büzürg  Termizinin  qızı  olan  Xanzadə 

bəyim idi. Mirzə onu dəlicəsinə sevirdi. Sultan Məsud Mirzənin anasıydı. O 

öləndə Mirzə çox matəm tutdu. 

Bundan sonra Mir Büzürgün nəvəsi və Xanzadə bəyimin əmisi qızını 

aldı. Ona da Xanzadə bəyim deyirdilər. Beş qızının və bir oğlunun anasıydı. 

[Digər arvadı olan] Pəşşə bəyim qaraqoyunlunun baharlı oymağı türk-

mən bəylərindən Əli Şir (Şükür) bəyin qızıydı. Əvvəlcə baranlı qaraqoyun-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



46 

lularından Cahan Şah Mirzənin oğlu Məhəmməd (Məhəmmədi) Mirzəyə ərə 

getmişdi. Ağqoyunlu Uzun Həsən Azərbaycanı və İraqı Cahan Şah oğulla-

rının  əlindən alanda Əli  Şir (Şükür) bəyin  oğulları da beş-altı  min qaraqo-

yunlu  türkmən  ailəsi  ilə  birlikdə  gəlib  Sultan  Əbu  Səid  Mirzəyə  bağlan-

mışdılar. Sultan Əbu Səid Mirzənin məğlub olmasından sonra bir müddət də 

bu vilayətlərdə qaldılar, sonra Sultan Mahmud Mirzə Səmərqənddən Hisara 

gələndə gedib onun xidmətinə girdilər. Sultan Mahmud Mirzə Pəşşə bəyimi 

elə o vaxt almışdı, Bu qadın onun bir oğlunun və üç qızının anasıydı. 

Digər  arvadı  olan  Sultan  Nigar  xanımın  nəsəbi  xanlar  sırasında  açıq-

lanmış və ondan bəhs edilmişdir. 

Xeyli məşuqəsi (28 b) və cariyəsi də vardı. Ancaq ən mötəbəri özbək-

lərdən Zöhrə Bikə ağa idi və onu Sultan Əbu Səid Mirzə həyatda ikən gənc-

liyində almışdı. Bir oğlunun və bir qızının anasıydı. 

Digər cariyələri də  çoxdu. Onların ikisindən,  yuxarıda adı  çəkilən iki 

qızı olmuşdu. 



Əmirləri: Xosrov Ģah türküstanlı qıpçaqlardandı. Gəncliyində tarxan 

bəylərinə yaxın xidmətlərdə olmuşdu. Bəlkə də çöhrə idi. Sonra Məzid bəy 

Arğunun xidmətinə girdi, o da ümumən ona iltifat göstərmişdi. İraq məğlu-

biyyətində  Sultan  Mahmud  Mirzəyə  qoşulub  yolda  gələrkən  şücaət  göstər-

diyi  üçün  Sultan  Mahmud  Mirzə  də  ona  iltifat  etmişdi.  Sonralar  fövqəladə 

böyümüş və Sultan Mahmud Mirzə həyatda ikən əsgəri hardasa beş-altı mi-

nə  çatmışdı.  Bədəxşanı  çıxmaqla,  Amu-Dəryadan  Hindıquş  dağına  qədər 

olan vilayətlər bütünlüklə ona aid idi. 

Ziyafətləri və cömərdliyi yaxşı idi. Əlində olanı yeməkdən çəkinməz-

di. Mala qiymət verib onu əldə etməyi bacardığı kimi bol-bol da sərf edirdi. 

Sultan  Mahmud  Mirzədən  sonra,  onun  oğullarının  zamanında  da  çox  yük-

səlmiş və əsgəri iyirmi minə yaxınlaşmışdı. 

Namaz qılması və haram yeməməsi ilə birlikdə batil və fasiq, axmaq, 

anlayışsız (29 a) və nankor bir adamdı. Beş günlük fani dünya üçün özünün 

böyütdüyü, vəlinemətinin oğullarından birini kor elədi, digərini isə öldürdü. 

Allah nəzdində asi və xalqın gözündə rədd edilmiş oldu, qiyamətə qədər lə-

nətlənməyə və nifrətə layiq biri oldu. Bu müvəqqəti dünya üçün belə pis iş-

lər gördü. 

Bu  qədər  abad  vilayətə,  bu  qədər  çox  və  silahlı  əsgərə  sahib  olduğu 

halda bir toyuğa qarşı belə müharibə eləmədi. Bu kitabda yeri gəldikcə on-

dan təkrar bəhs ediləcəkdir. 

Başqa  bir  əmiri  Məhəmməd  Elçi-Buğa:  koçindi.  Sultan  Əbu  Səid 

Mirzənin bir davası zamanı, Bəlx qapısında həzarə müharibəsində, qovğaya 

qarışmış və yumruq atmışdı. Cəsur bir adamdı. Mirzəyə hər zaman xidmət 

edirdi  və  Mirzə  də  onun  fikrinə  görə  hərəkət  edirdi.  Sultan  Hüseyn  [Bay-

qara]  Mirzə  Qunduzu  mühasirə  edəndə,  Xosrov  şaha  paxıllığı  üzündən  az 



BABURNAMƏ 

 

47 



əsgərlə  və  zirehsiz  olduğu  halda  bir  gecə  basqına  getdi,  ancaq  heç  bir  şey 

edə bilmədi. O qədər çox əsgərə qarşı nə edə bilərdi ki? Arxasından təqibçi 

göndərildi, axırda özünü çaya atdı və boğuldu. 

Başqa bir əmiri Əyyub  [Bəyçik] Sultan Əbu Səid Mirzənin  yanında, 

Xorasan çöhrə bölüyündə xidmət edirdi. Cəsur bir adamdı. [Sultan Mahmud 

Mirzənin  oğlu]  Baysunqur  Mirzənin  bəy-atəkəsiydi.  Yeməyi  və  geyinməsi 

qəribə  idi.  Lağlağıydı.  Sultan Mahmud  Mirzə  (29  b)  ona  bihəya (utanmaz) 

deyə xitab edirmiş. 

Başqa bir əmiri Vəli Xosrov şahın kiçık qardaşıydı. Adamlarına yaxşı 

baxırdı.  [Sultan  Mahmud  Mirzənin  oğulları  olan]  Sultan  Məsud  Mirzənin 

gözünə  mil  çəkilməsinə  və  Baysunqur Mirzənin  öldürülməsinə səbəb oldu. 

Hamının qiybətini edirdi. Pis və əxlaqsız, özündən bədgüman, bəd fikirli və 

alçaq bir adam idi. Özündən başqa heç kimi heç bir işdə bəyənməzdi. Mən 

Qunduz vilayətindən gələrək Duşi civarında Xosrov şahı adamlarından ayı-

randa, özünə də getməsi üçün izin verəndə Vəli də özbək təhlükəsindən qaç-

maq üçün Əndərab və Siraba gəlmişdi. O civardakı aymaqlara hücum edib 

yağmaladıqdan sonra bizə qoşulmaq üzrə Kabilə gəldi. Daha sonra Məhəm-

məd Şeybani xanın yanına getdi və Səmərqənd şəhərində başı kəsildi. 

Başqa bir əmiri ġeyx Abdullah Barlas idi. Əba Bəkr Mirzə ilə Sultan 

Mahmud xanın bibisi olan Şah Sultan Məhəmmədin qızıyla evli idi. Çox dar 

paltar geyinirdi. Həlim və əsalətli bir adamdı. 

Başqa bir əmiri Mahmud Barlas Nundaqlı barləslardandı. Sultan Əbu 

Səid  Mirzənin  yanında  bəy  idi.  Sultan  Əbu  Səid  Mirzə  İraq  vilayətini  ələ 

keçirdikdən  sonra  [=1468]  Kirmanı  Mahmud  Barlasa  vermişdi.  [Sultan 

Mahmud  Mirzənin  kiçik  qardaşlarından  və  eynı  zamanda  Baburun  əmilə-

rindən biri  olan] Əba Bəkr Mirzə (30  a)  Məzid  bəy Arğun və  qaraqoyunlu 

türkmən  bəylərilə  birləşərək  Sultan  Mahmud  Mirzənin  üzərinə  Hisara 

hücuma keçəndə Sultan Mahmud Mirzə Səmərqəndə böyük qardaşınin yanı-

na  getdi  [=1469],  ancaq  Mahmud  Barlas  Hisarı  təslim  etməyərək  yaxşı 

müdafiə etdi. Şairdi və divan tərtib etmişdi. 

 

BAYSUNQUR MĠRZƏNĠN SƏMƏRQƏND TAXTINA ÇIXMASI 

 

Sultan  Mahmud  Mirzənin  ölümündən  sonra  Xosrov  şah  bu  hadisəni 



əhalidən  gizləyərək  xəzinəyə  əl  uzatdı.  Belə  bir  xəbər  heç  gizli  qalarmı? 

Dərhal bütün şəhər xalqına yayıldı. Səmərqənd əhalisi üçün o gün böyük bir 

bayramdı. Əsgər və xalq Xosrov şaha hücum etmək istədi. Əhməd Hacı bəy 

və  tarxan bəyləri qovğanı  yatışdıraraq Xosrov şahı  şəhərdən  çıxarıb Hisara 

göndərdilər. 

Sultan Mahmud Mirzə həyatda ikən Hisarı böyük oğlu Sultan Məsud 

Mirzəyə, Buxarayı isə Baysunqur Mirzəyə vermiş və oğullarını oralara gön-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



48 

dərmişdi. Buna görə də öldüyü zaman heç biri yanında deyildi. 

Xosrov şahı çıxardıqdan sonra Səmərqənd və Hisar bəyləri birləşib or-

taq qərara gəldilər: adam göndərərək Buxarada olan Baysunqur Mirzəni gə-

tirdib Səmərqənd taxtına oturtdular. Baysunqur Mirzə padşah olanda on sək-

kiz yaşında idi. 

Bu əsnada [Baburun dayısı] Sultan Mahmud xan Sultan Cüneydin(30 

b) Barlasın və digər bəzi Səmərqənd böyüklərinin sözünə uyub əsgərini top-

ladı və Səmərqənd taxtını istəyərək Kənbay civarına gəldi. 

Səmərqənddəki Baysunqur Mirzə də çox qüvvətli və təchizatlı qoşunla 

onun qarşısına çıxdı. Kənbay civarında meydan müharibəsi oldu. Moğol əs-

gərinin ən mühüm bölümünü idarə edən Heydər Göyəldaş önçü idi və əsgə-

rinin hamısı atdan enərək ox atırdı. Ancaq adlı-sanlı və qeyrətli Səmərqənd 

və  Hisar  igidləri  qrubu  atlarını  onların  üstünə  sürəndə  Heydər  bəyin  ko-

mandanlığında olanların hamısı atların ayaqları altında qaldı. Bunlar yenil-

diyinə görə digərləri də savaşmayaraq yenildilər. Moğolların çoxu tələf oldu 

və Baysunqur Mirzənin hüzurunda bir çoxunun başı kəsildi. Ölülərin çoxlu-

ğundan üç dəfə onun çadırının yerini dəyişdirmək məcburiyyətində qaldılar. 

 

BABURUN ĠSFƏRANI MÜHASĠRƏYƏ ALMASI 

 

Manlıq elindən olan İbrahim Saru kiçıkliyindən bəri atamın xidmətin-



də  çalışaraq  bəylik  rütbəsinə  qədər  yüksəlmiş,  sonra  bir  qəbahəti  üzündən 

qovulmuşdu.  O  bu  əsnada  İsfəra  kurqanına  girib  Baysunqur  Mirzə  adına 

xütbə oxudaraq mənə müxalifət etdi. 

Şaban ayında [=1495 aprel-may] İbrahim Sarunun fitnəsini dəf etmək 

niyyətilə (31 a) qoşuna hərəkət əmri verildi. Həmin ayın sonlarında İsfəranı 

mühasirəyə  almağa  başladıq.  O  gün  igidlər  öz  başlarına  hərəkət  etdilər  və 

oraya çatar-çatmaz kurqanın bayır tərəfində hələ tamamlanmamış bir isteh-

kamı ələ keçirdilər.  

Seyid Qasım eşik-ağa o gün hamıdan daha yaxşı hərəkət edərək qılınc 

çalmaqda  başqalarını  geridə  qoydu.  Orada  Sultan  Əhməd  Tənbəl  və  Mə-

həmməd  Dost  Əli  Tağayi  də  qılınc  çaldı,  ancaq  bahadırlıq  payəsini

1

 Seyid 



Qasım  aldı.  Bahadırlıq  payəsi  moğollarda  əski  bir  adətdir.  Hər  bayram  və 

ziyafətdə  daha  yaxşı  qılınc  işlədən  adama  bahadırlıq  payəsi  verilir.  Şahru-

xiyyəyə  dayım  Sultan  Mahmud  xanı  görməyə  gedəndə  bahadırlıq  payəsini 

yenə Seyid Qasım almışdı.  

                                                           

1

 Bahadırlıq  payəsi:  çuldu,  yaxud  bahadurluq  ülüşü:  savaşda  göstərilən  şücaətə  görə  



hökmdarın hüzurunda verilən maddi mükafat üçün işlənən termin.  

BABURNAMƏ 

 

49 



Müharibənin  ilk  günündə  ata-əkəm  Xudaverdi  bəyə  zəmbərək

1

 oxu 



dəyib  öldürdü.  Zirehsiz savaşdığı  üçün  bəzi  igidlər  öldü,  bir  çoxu  da  yara-

landı,  İbrahim  Sarunun  yanında  zəmbərək  atan  bir  adam  vardı,  fövqəladə 

dərəcədə yaxşı atırdı. Onun kimi yaxşı zəmbərək atan görünməmişdir. Xal-

qın çoxunu yaralayan o idi. Kurqanı alandan sonra mənim xidmətimə girdi. 

Mühasirə uzanınca üç-dörd yerdə divarlar ucaldılması, lağımlar qazıl-

ması (31 b) və qalanın alınması üçün lazımi işlərlə ciddi şəkildə məşğul ol-

mağa dair əmrlər verildi. Mühasirə qırx gün qədər sürdü. Nəhayət, İbrahim 

Saru aciz qaldı. Xoca Mövlana qazının vasitəçiliyi ilə qulluğu qəbul edərək, 

şəvval ayında [=1495 iyun] qılınc və oxdanını boynuna asaraq gəlib xidmə-

timizə girdi və kurqanı təhvil verdi. 

 

BABURUN XOCƏNDĠ GERĠ ALIB 

SULTAN MAHMUD XANLA GÖRÜġMƏSĠ 

 

Xocənd uzun müddətdən bəri Ömər Şeyx Mirzənin idarəsində idi. An-



caq bu xaos zamanı və orada iş başındakıların maymaqlığı üzündən [Ömər 

Şeyx  Mirzənin  böyük  qardaşı,  Baburun  ən  böyük  əmisi]  Sultan  Əhməd 

Mirzəyə keçmişdi. Bu qədər yaxınında olduğumuz üçün onun üstünə də yü-

rüdük. Xocənddə Mir Moğulun atası Əbdülvəhhab Şiğavul vardı. Yaxlaşan 

kimi şəhəri problemsiz təhvil verdi. 

Bu  zaman  Sultan  Mahmud  xan  Şahruxiyyəyə  gəlmişdi.  Bundan  bir 

müddət öncə Sultan Əhməd Mirzə Əndican civarına gələndə, yuxarıda bəhs 

edildiyi üzrə, xan da gəlib Axsini mühasirəyə almışdı. «Madam aradakı mə-

safə bu qədər  yaxındır, xan da atamın və böyük qardaşımın  yerindədir, ge-

dib ziyarət edərək ehtiram göstərsəm, bu surətlə həm keçmişdəki incikliklər 

ortadan qalxar, həm də uzaqda və yaxında bunu eşidən və görənlər üçün də 

yaxşı olar» deyə düşündüm. 

Beləcə  gedib  Şahruxiyyənin  kənarında  Heydər  bəyin  [Göyəldaş]  sal-

dırdığı bağda onu ziyarət etdim. Bağın ortasına qurulmuş (32  a) böyük bir 

çadırda oturmuşdu. Çadıra  girincə  üç dəfə  yükündüm.  Xan da sayğı  göstə-

rərək  yerindən  qalxdı.  Salamlaşıb  dönərək  təkrar  yükündükdən  sonra  məni 

yanına çağırdı, çox şəfqət və mehribanlıq göstərdi.  

Bir-iki gün sonra Kəndirli keçidi üzərindən Axsi və Əndican tərəfə hə-

rəkət etdim. Axsiyə gəlib atamın məzarını ziyarət etdim. Axsidən cümə na-

mazı vaxtı çıxdım və Bəndi-Salar yolu üzərindən axşam namazıyla yatsı na-

mazı arasında Əndicana gəldim. Bu Bəndi-Salar yolu doqquz ağacdır. 

Əndican vilayətinin köçərilərindən olan çuğraq çox iri, beş-altı min ai-

                                                           

1

 Zəmbərək: holuqlu taxtaya bağlı qurma yaydan və dörd guşəli, baş barmaq qalınlığın-



da, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan oxdan meydana gələn atəşsiz 

silah növü. Əsgərin zirehlərini dələcək gücdədir. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



50 

ləlik bir eldir. Fərqanə ilə Kaşğar arasındakı dağlarda  yaşayırlar. At və qo-

yunları çoxdur. O dağlarda öküz yerinə kutas

1

 bəsləyirlər. Kutasları da çox-



dur. Dağları sarp və sınırda olduğu üçün vergi verməyə çox da istəkli görün-

mürlər.  Əsgərin  komandasını  Qasım  bəyə  [Koçin]  verərək  oralardan  mal 

alıb əsgərə bəzi şeylər gətirməsi üçün çuğraqların üstünə göndərdim. İyirmi 

minə yaxın qoyun, min-min beş yüz də at alıb əsgərə payladı. 

Əsgər çuğraq sərəfindən qayıdan kimi Ura-Təpə üzərinə yürüdük. (32 

b)  Bura  bir  müddət  Ömər  Şeyx  Mirzənin  idarəsində  olmuş,  Mirzənin  ölə-

cəyi il əlindən çıxmışdı. İndi isə orada Baysunqur Mirzə adından onun kiçık 

qardaşı Sultan Əli Mirzə vardı. Sultan Əli Mirzə gəlişimizi xəbər alınca Pel-

qar  və  Məsiha  dağlarına  çıxmış,  Ura-Təpədə  ata-əkəsi  Şeyx  Zünnunu  [Ar-

ğun] qoymuşdu. 

Xocənddən keçib yarı yola gələndə Xəlifə [Nizaməddin Əli Barlas] el-

çi olaraq Şeyx Zünnunun yanına göndərildi. O axmaq və alçaq adam müsbət 

bir  cavab  vermək  bir  yana,  Xəlifəni  həbsə  ataraq  öldürülməsini  əmr  etdi. 

Əcəli gəlmədiyi üçün Xəlifə qurtularaq, min cür məşəqqət və əzab çəkərək 

piyada və çılpaq bir halda iki-üç gün sonra yanımıza gəldi. 

Ura-Təpə civarına çatdıq. Qış yaxınlaşdığı üçün əhali çöldəki məhsul-

larını tamam yığmışdı. Bu üzdən bir neçə gün sonra Əndicana qayıtdıq. 

Bizim geri qayıtmağımızın ardından [Sultan Mahmud] xanın adamları 

Ura-Təpənin  üstünə  yürüdülər.  Ura-Təpəlilər  müqavimət  göstərə  bilmədən 

şəhəri buraxıb çıxdılar. Xan da Ura-Təpəni [Baburun xalası oğlu] Məhəm-

məd Hüseyn Gürgana [Duğlat] verdi. Ura-Təpə o gündən etibarən 908-ci ilə 

[=1502/3] qədər Məhəmməd Hüseyn Gürganın idarəsində qaldı. 

     


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                           

1

 Kutas: bir dağ öküzü növü. 



BABURNAMƏ 

 

51 



 

 

 



 

 

 



 

 

 



FƏRQANƏ - 901 (21 SENTYABR 1495 – 9 SENTYABR 1496) 

 

DOQQUZ YÜZ BĠRĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ 

 

SULTAN HÜSEYN MĠRZƏNĠN HĠSARI 

MÜHASĠRƏ ETMƏSĠ VƏ GERĠ ÇƏKĠLMƏSĠ 

 

Sultan Hüseyn [Bayqara] Mirzə qışda Xorasandan Hisara (33 a) qoşun 



çəkərək Termiz [çayının] qarşı sahilinə gəldi. Sultan Məsud Mirzə də əsgə-

rini  toplayaraq  Termizin  digər  sahilinə  gəlib  yerləşdi.  Xosrov  şah  Qunduz 

kurqanının müdafiəsini qüvvətləndirdi və kiçık qardaşı Vəlini qoşuna başçı 

qoyaraq Sultan Məsud Mirzənin yanına göndərdi. [Hər iki ordu] qışın xeyli 

hissəsini çay kənarında keçirdi və sudan keçə bilmədi. 

Sultan  Hüseyn  Mirzə  iş  bilən  və  təcrübəli  bir  padşah  idi.  Qunduza 

doğru, çayın yuxarı tərəfinə getdi. Qarşısındakı əsgərin diqqətini yayındırıb 

Əbdüllətif  Bəxşi  komandanlığında  beş-altı  yüz  seçmə  adamını  Kilif  keçi-

dinə göndərdi. Qarşı tərəfdəki əsgərlər bu işdən hali olana qədər Əbdüllətif 

Bəxşi  adamlarıyla  birlikdə  Kilif  keçidini  keçərək  çayın  qarşı  kənarını  zəbt 

etdi. Bu barədə Sultan Məsud Mirzəyə xəbər çatanda Xosrov şahla Vəli dər-

hal onların üstünə hücum çəkməyi israrla təklif etdilər. Ancaq Sultan Məsud 

Mirzənin cəsarətsizliyindən və ya Vəlinin müxalifi olan Baqi Çağanyaninin 

fikrinə uymasından çayı keçən bu adamların üstünə getməyərək məğlub ki-

mi Hisar tərəfinə qayıtdılar. 

Sultan Hüseyn Mirzə çayı keçərək [oğulları] Bədiüzzaman Mirzə, İb-

rahim Hüseyn [Mirzə], Məhəmməd Vəli bəy və Zünnun bəy Arğunu Xosrov 

şahın  üstünə  ilqar

1

 olaraq  göndərdi,  Müzəffər  [Hüseyn]  Mirzə  (33  b)  ilə 



Məhəmməd Burunduq Barlası Xutlan üzərinə yolladı, özü isə Hisar üzərinə 

gəldi. Hisara yaxınlaşanda Hisardakılar bundan xəbərdar oldular. 

Sultan Məsud Mirzə Hisarda qalmağa imkan tapa bilmədi və Kəmrud 

çayını yuxarı tərəfindəki Siprə-Tağ yolu ilə Səmərqəndə, kiçık qardaşı Bay-

                                                           

1

 İlqar/ilgər: bu terminlə çox sürətli hərəkət edən yüngül silahlı bölük, yaxud kiçik hərbi 



dəstə və ya hissə nəzərdə tutulmuş olmalıdır. Bax: Qeydlər və izahlar. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



52 

sunqur Mirzənin yanına getdi. Vəli də Xutlana doğru çəkildi. Hisar kurqanı-

nı isə Baqi Çağanyani, Mahmud Barlas və Qoç Bəyin babası Sultan Əhməd 

bəy  gücləndirdi.  Bir  neçə  il  bundan  əvvəl  Şeybani  xandan  ayrılıb  Sultan 

Mahmud  Mirzənin  xidmətinə  girən  Həmzə  Sultan  ilə  Mehdi  Sultan  bütün 

özbəkləri ilə birlikdə, Məhəmməd Duğlat ilə Sultan Hüseyn Duğlat isə Hisar 

vilayətindəki  moğollarla  birlikdə  bu  qarışıqlıq  zamanı  Qara-Təkinə  doğru 

çəkildilər.  Sultan  Hüseyn  Mirzə  bu  xəbərləri  eşidən  kimi  [oğlu]  Əbülmöh-

sün Mirzə ilə bəzi igidlərini Sultan Məsud Mirzənin arxasından Kəmrud də-

rəsinin  yuxarısına  göndərdi.  Dərəyə  girdikləri  vaxt  arxadan  çatdılar,  ancaq 

heç bir şey  eləyə bilmədilər. Mirzə bəy Frəngibaz [orada] qəhrəmancasına 

qılınc çaldı. 

Sultan Hüseyn Mirzə əlavə olaraq İbrahim Tarxanı və Yaqub Əyyubu 

da bir qədər əsgərlə birlikdə Həmzə Sultanın və moğollarm üstünə Qara-Tə-

kinə  göndərmişdi.  Bunlar da [onların] arxalarından  yetişərək  Qara-Təkində 

vuruşdular, Sultan Hüseyn Mirzənin (34 a) axınçılarını məğlub edərək bəy-

lərin çoxunu ələ keçirdilər, ancaq təkrar azad elədilər. 

Belə olduqda Həmzə Sultan, Mehdi Sultan, Həmzə Sultanın oğlu Ma-

maq  Sultan,  sonralar  Məhəmməd  Duğlat  Hisari  adıyla  tanınacaq  Məhəm-

məd  Duğlat,  Sultan  Hüseyn  Duğlat  və  bu  sultanların  idarəsindəki  özbəklər 

ilə  Hisar  vilayətində  yaşayan  və  Sultan  Mahmud  Mirzənin  adamları  olan 

moğollar bizim xidmətimizə girmək istəyərək ramazan ayında [=1946 may-

iyun] Əndicana gəldilər. O zaman teymurilərin adətinə uyğun olaraq döşək 

üstündə otururdum. Həmzə Sultan, Mehdi Sultan və Mamaq Sultan gəlincə 

bunlara hörmət əlaməti olaraq ayağa qalxıb döşəkdən endim və onlarla gö-

rüşdüm.  Sultanlara  sağ  tərəfimdə  bağdaş  qurdurdum.  Məhəmməd  Duğlat 

Hisarinin komandanlığındakı bütün moğollar gəldilər və xidmətimə girmək 

istədilər. 

Sultan  Hüseyn  Mirzə  gəlib  Hisar  kurqanını  mühasirəyə  aldı.  Lağım 

açmaq,  kurqana  hücum  etmək,  daş  atmaq  və  qazan

1

 qurmaq  işləriylə  gecə-



gündüz durmadan uğraşırdı. Dörd-beş  yerdə lağım açıldı. Şəhər tərəfindəki 

qapıda açılan lağım xeyli irəliləmişdi. Kurqan içində olanlar da öz lağımla-

rını açıb bu lağımı tapdılar və (34 b) yuxarıdan buraya tüstü buraxdılar. Am-

ma Mirzənin adamları öz lağımlarını bağlayanda tüstü yuxarı, kurqanı qoru-

yanların  özünə  qayıtdı.  Kurqanı  qoruyanlar  can  hövlünə  düşərək  qaçdılar. 

Axırda su gətirib tökərək bayırdan girənləri lağımla qaçmağa məcbur etdilər. 

Bir dəfə də bir neçə ürəkli igid yuxarı çıxıb lağımın yanındakıları qaçırtdı. 

Bir  dəfə  isə  Mirzənin  olduğu  şimal  tərəfdən  qazan  qurub  çoxlu  daş 

ataraq  qalanın  bir  bürcünü  zədələmişdilər.  Yatsı  namazı  vaxtı  bürc  yıxıldı. 

Bəzi  igidlər  dərhal  hücum  etmək  istədilər.  Ancaq  Mirzə  gecə  olduğu  üçün 

izin vermədi. Kurqandakılar isə sabaha qədər bürcü tamamilə təmir etmişdi-

                                                           

1

 Qazan: əslində böyük tava mənasına gələn bu söz böyük top anlamında da işlənir. 



BABURNAMƏ 

 

53 



lər. Ertəsi gün də müharibə olmadı. Bu iki-iki ay yarımda bütün iş lağım aç-

maq,  qalacıqlar  qurmaq  və  daş  atmaqdan  oyana  keçmədi.  Əsaslı  bir  savaş 

olmadı. 

Bədiüzzaman Mirzənin idarəsində Xosrov şahın üstünə göndərilən qa-

filə Qunduzdan üç-dörd ağac qədər aşağıda bir yerə gələndə Xosrov şah bü-

tün  adamlarını  döyüş  qaydasında  düzərək  Qunduzdan  çıxdı  və  ertəsi  gün 

Bədiüzzaman Mirzənin əsgərinin üstünə yürüdü. O qədər mirzənin və sərdar 

bəyin (35  a)  adamları Xosrov şahın adamlarının  iki misli qədər olmasa da, 

bir  yarım  misli  olduğu  halda  ehtiyat  edərək  səngərdən  çıxmadılar.  Xosrov 

şahın  əsgəri  yaxşı-pis,  böyük-kiçık  dörd-beş  min  qədər  idi.  Xosrov  şah  bu 

fani dünya üçün və bivəfa nökər-naibi üçün bunca zülm və ədalətsizliyi özü-

nə adət etmiş, bunca böyük vilayətlər almış və bu qədər çox adam saxlamaq 

yolunu  seçmiş  (ömrünün  sonuna  doğru  adamlarının  sayı  təqribən  iyirmi-

otuz  minə  çıxmışdı,  torpaqları  isə  öz  padşahının  və  mirzələrin  torpağından 

daha  çox  idi)  bir  adam  idi.  Bu  iş  onun  həyatında  gördüyü  yeganə  iş  oldu. 

Xosrov şah və onun tabeliyindəkilər bu iş sayəsində sərdarlıq və cəsarətdə 

nam  qazandılar,  səngərdən  çıxmayanlar  isə  öz  qorxaqlığı  və  cəsarətsizliyi 

ilə bədnam oldular. 

Bədiüzzaman  Mirzə  oradan  çəkilərək  çox  çətinliklə  Taliqanın  böyük 

bağına  gəldi.  Xosrov  şah  özü  Qunduz  kurqanında  idi,  kiçık  qardaşı  Vəlini 

isə Mirzəni narahat edəcək bəzi qarışıqlıqlar çıxarmaq üçün bir dəstə seçmə 

igidlə birlikdə İşkəmiş, Fülula və ətraf dağların ətəklərinə göndərmişdi. Mü-

hib Əli Qurçu da bir dəstə yaxşı igidlə birlikdə gəlmişdi və Xutlan çayının 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin