Zayidov azərbaycana qarşI


Ərizəçinin barəsində həbs qətimkan tədbiri



Yüklə 39,69 Kb.
səhifə3/12
tarix02.01.2022
ölçüsü39,69 Kb.
#1855
1   2   3   4   5   6   7   8   9   ...   12
Ərizəçinin barəsində həbs qətimkan tədbiri

21. 21 noyabr 2007-ci il tarixində ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (sağlamlığa qəsdən az ağır zərər vurma), 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürüldü.

22. Həmin gün prokuror ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədəYasamal Rayon Məhkəməsinə müraciət edib. Bu tədbirin zəruriliyini əsaslandırmaq üçün prokuror ərizəçinin istintaqdan gizlənməsi və istintaqa mane olması və ittiham edildiyi cinayət əməllərinin xarakteri kimi səbəbləri göstərmişdir.

23. 11 noyabr 2007-ci il tarixində Yasamal Rayon Məhkəməsinin hakimi ərizəçiyə qarşı irəli sürülən ittihamları və prokurorun təqdimatını nəzərə alaraq ərizəçi barəsində iki aylıq həbs qətimkan tədbirinin tətbiq olunmasını qərara aldı. Hakim bu tədbirin zəruriliyini aşağıdakı kimi əsaslandırdı:

Təqsirləndirilən şəxs Qənimət Səlim oğlu Zayidovun gələcəkdə istintaqdan gizlənməsi və məhkəmə baxışının normal gedişinə əngəl törətmə, yenidən cinayət törətmə ehtimallarını ……və onun cəmiyyətə təhlükə yaratması faktını nəzərə alaraq təqdimat təmin olunmalıdır və onun barsində həbs qətimkan tədbiri tətbiq edilməlidir”

24. 14 noyabr 2007-ci il tarixində ərizəçi bu qərardan apellyasiya şikayəti verdi. O, cinayət əməli törətdiyinə dair kifayət qədər sübutun olmadığından şikayət etdi. Ərizəçi daha sonra hakimin onun sosial statusunu, ailə vəziyyətini, yaşayış yerinin olmasını və digər şəxsi hallarını nəzərə almadan, yalnız prokurorun dəlillərinə istinad etdiyini qeyd edərək həbs qətimkan tədbirinin tətbiq edilməsi üçün əsasların olmamasından şikayət etdi. O, eyni zamanda qeyd etmişdir ki, hakim onun məhkəmədə iştirakını təmin etmək üçün heç bir alternative qətimkan tədbirini nəzərdən keçirməmişdir.

25. 22 noyabr 2007-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi həbs haqqında qərarı əsaslı hesab edərək ərizəçinin apellyasiya şikayətini rədd etdi. Apellyasiya Məhkəməsinin qərarının müvafiq hissəsində deyilir:



Müstəntiqin izahatını, eyni zamanda vəkilin dəlillərini və prokurorun əks dəlillərini dinlədikdən sonra məhkəmə kollegiyası hesab edir ki, qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır və şikayət əsassız olduğundan rədd edilməlidir.

Məhkəmə kollegiyası qeyd etdi ki, birinci instansiya məhkəməsi həbs qətimkan tədbiri tətbiq edən zaman təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iki ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan az ağır cinayət törətməkdə ittiham edilməsi faktını və onun istintaqdan gizlənməsi və istintaqın normal gedişinə mane ola bilməsi ehtimalını nəzərə almışdır.


  1. Yüklə 39,69 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin