American Petroleum Institute (api amerika Neftİnstitutu)



Yüklə 20,97 Kb.
tarix29.10.2022
ölçüsü20,97 Kb.
#66769
Sənaye 16 - 20


16

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvüdür və bu qurumların əməyin təhlükəsizliyi və işçilərin sağlamlığı ilə bağlı bir çox razılaşma və tövsiyələrini icra edir. Azərbaycan Respublikası 1992-ci ildən bəri BƏT-in tam hüquqlu üzvü olmuşdur.Eyni zamanda, BƏT-in nümayəndələri son illərdə Azərbaycan Respublikasına dəfələrlə rəsmi səfərlər etmişdir.


Məhz BƏT ilə səmərəli əməkdaşlıq nəticəsində 2002-ci ildə Azərbaycanda BƏT-in yerli nümayəndəliyi açılmışdır. Azərbaycan 50-dən çox Beynəlxalq Konvensiyada BƏT-lə tərəfdaşlıq etmiş və nəticədə milli əmək qanunvericiliyi ən mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Azərbaycan Respublikası 1992-ci il oktyabrın 2-də ÜST-ə qəbul olunmuşdur. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı Təşkilatın Mərkəzi binası və Avropa Regional İdarəsi vasitəsilə həyata keçirilir. Bununlada yanaşı, ÜST-in ölkəmizdə nümayəndəliyi də fəaliyyət göstərir.

17

Hazırda dünyada İSG idarəetmə sistemləri ilə əlaqədar qanunları və normativ sənədləri hazırlayan əsas təşkilatlardan bəziləri bunlardır:


- American Petroleum Institute (API - Amerika Neftİnstitutu);
- Protection Association (NFPA - ABŞ Milli Xilasetmə Təşkilatı);
- American Society of Mechanical Engineers (ASME – Amerika Mexanika Mühəndisləri Cəmiyyəti);
- British Standards Institute (BSI - İngilis Standartlar İnstitutu);
- Occupational Safety and Health Administration (OHSA – Amerika İş Sağlamlığı və Təhlükəsizliyi İdarəsi);
- International Organization for Standardization (ISO - Beynəlxalq Standartlaşdırma Təşkilatı).
Sağlamlıq və təhlükəsizlik sahəsində tətbiq olunan başlıca beynəlxalq standartlar BƏT-in Sağlamlıq və Təhlükəsizlik İdarəetmə Sisteminə daxil olur: ISA 2000, NPR 5001, OSHA AS / NSZ 4804, OHSAS 18001, OHSAS 18002
İş Sağlamlığı və Təhlükəsizliyi sahəsində ilk addımlar 1952-1972 –ci illər arasında atılmışdır. Belə ki, AKPB çərçivəsində ümdə məqsəd kömür mədənlərində partlayış və yanğınlar zamanı qəzaların azaldılmasına yönəldilmişdi. Sonrakı illərdə kömür mədənlərində görülən tədbirlərin digər hasilat sənayesi müəssisələrində mənimsənilməsi və yayılmasına nail olundu. Daha sonra ABŞ-da İST ilə əlaqədar tənzimləmələr, Avropa Atom Enerjisi Birliyi (AAEB) ilə nüvə stansiyalarının etibarlılığının yüksəldilməsi digər sənaye sahələrində işçilərin sağlamlıq və təhlükəsizliyinin qorunması səyləri davam etdirildi.
Qeyd edək ki, Aİ-nin sosial siyasəti əsasən Avropa İqtisadi Birliyini (AİB) təsis edən 1957-ci il Roma Sazişinə əsaslanır.Roma Sazişinin əsas maddələrindən olan 117-ci maddə işçilərin yaşayış və iş şəraitinin yaxşılaşdırılmasına ciddi ehtiyac olduğunu vurğulayırdı. Lakin Saziş üzv ölkələr arasında peşə xəstəlikləri və iş yerlərində sağlamlığın qorunmasında AB-də ümumi siyasətin həyata keçirməsinə icazə vermirdi. Bu dövrdə iqtisadi inkişafa daha çox prioritet verildiyi üçün sosial siyasət qaydaları arxa plana keçmişdi.
İş Sağlamlığı və Təhlükəsizliyi üzrə Proqramlaşdırılmış dövrə keçid 1970- 1987-ci illərə təsadüf edir. Belə ki, 1972-ci ildə AB tərəfindən keçirilən Paris Sammitinin yekun bəyannaməsində sosial siyasətin iqtisadi və maliyyə siyasəti ilə eyni məna və dəyərə malik olması ifadə edildi. Bəyannamənin nəticəsi olaraq müstəqil Avropa sosial siyasəti meydana çıxmağa başladı və 1978-ci ildə ilk Sosial Fəaliyyət Proqramı həyata keçirildi. 1978-ci ildə 78 / C 165/1 saylı qərarıla qəbul edilmiş İş Sağlamlığı və Təhlükəsizliyi üzrə Fəaliyyət Proqramı (1978-1982) İST-nin fəaliyyətinə aid dörd əsas məsələyə diqqət yetirir:
- işlə bağlı qəza və xəstəliklərin qarşısının alınması;
- işçilərin təhlükəli maddələrdən qorunması;
- maşınların təhlükəli və zərərli təsirlərinə qarşı tədbirlər;
- iş yerlərində İST-ə yanaşmaların təkmilləşdirilməsi.

18

Məlumdur ki, XXI əsr 4-cü sənaye inqilabı əsri adlandırırlar. Hər keçən il elm və texnologiyaların sürətli inkişafı nəticəsində yeni iş yerləri açılması və bu da öz növbəsində, yeni biliklər əldə olunmasına tələblər irəli sürür. Araşdırmalar təsdiqləyir ki, dünyada son təbii və texnogen qəzaların sayı və onların vurduğu zərər durmadan artır. Ən təhlükəli qəzalar atom elektrik stansiyalarında baş verə biləcək qəzalardır. Bu qəzaların miqyası, çox böyük olar, bütöv regionuvə bəzən bütöv bir qitəni əhatə edə bilir və çox vaxt heç bir günahı olmayan digər dünya dövlətləri də da zərər görürlər. Belə qəzaların fəsadları külək və buludlarla yayılır, ixrac və idxal olunan məhsullar zəhərlənir və s. Buna baxmayaraq, bir çox inkişaf etməkdə olan ölkələrdə qəzalara dair statistikanın gizlədilməsi, işçi ölümlərinin ictimaiyyətə çatdırılmaması, beynəlxalq standartlara uyğun iş şəraitinin yaradılmaması, təhlükəsizliyin maddi-texniki təchizat imkanlarının olmaması, əməyin keyfiyyətinin aşağı olması, insan əməyinin ucuz olması görülən tədbirlərin səmərəliliyini azaldır. Müasir dövrdə də inkişaf etnəkdə olan ölkələrdə işçilərin 12 saatdan çox işləməyə məcbur edilməsi və işçi əməyindən sui istifadə edilməsi iş yerlərində qəzaların artmasına gətirib çıxarır. Məhz bu səbəblərə görə bütün dünyada əməyinin mühafizəsi üzrə beynəlxlaq normalar tam gücü ilə işləmir və beynəlxalq səviyyədə görülən işlərin səmərəliliyi azalir.



19

Hazırda dünya təcrübəsində sənaye təhlükəsizliyi sahəsində idarəetmə sistemləri daim inkişaf etdirilir. Burada məqsəd iş qəzası və peşə xəstəlikləri kimi hadisələrə qabaqlayıcı tədbirlər görmək, bu sahədə mövcud vəziyyəti təhlil etmək, mümkün riskləri müəyyən etmək, bu riskləri aradan qaldırmaq üçün qanunvericiliyə uyğun proqramlar yaratmaq və tətbiq etməkdir. Başqa sözlə, əməyin və ətraf mühitin qorunması sahəsində bütün maraqlı tərəflərin fəaliyyətini birləşdirən bir sistem yaratmaqdır. Bu sistemlərə "İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemləri" adı verilə bilər.Hazırda dünyada İSG idarəetmə sistemləri ilə əlaqədar qanunları və normativ sənədləri hazırlayan əsas təşkilatlardan bəziləri bunlardır:


- American Petroleum Institute (API - Amerika Neftİnstitutu);
- Protection Association (NFPA - ABŞ Milli Xilasetmə Təşkilatı);
- American Society of Mechanical Engineers (ASME – Amerika Mexanika Mühəndisləri Cəmiyyəti);
- British Standards Institute (BSI - İngilis Standartlar İnstitutu);
- Occupational Safety and Health Administration (OHSA – Amerika İş Sağlamlığı və Təhlükəsizliyi İdarəsi);
- International Organization for Standardization (ISO - Beynəlxalq Standartlaşdırma Təşkilatı).
Sağlamlıq və təhlükəsizlik sahəsində tətbiq olunan başlıca beynəlxalq standartlar BƏT-in Sağlamlıq və Təhlükəsizlik İdarəetmə Sisteminə daxil olur: ISA 2000, NPR 5001, OSHA AS / NSZ 4804, OHSAS 18001, OHSAS 18002
Bütün təhlükələr və risklər yazılı qiymətləndirilməli və sənədləşdirilərək saxlanmalıdır. İş yerinin sağlam mühiti yönəlmiş bir risk xəritəsi tərtib olunmalıdır. Risklər yüngül, orta və ağır kimi dərəcələnə və ya 1, 2,3,4,5 rəqəm sırası şəklində ballar verilməklə qiymətləndirilə bilər. Bu təsnifat əsasında təhlükələrin miqyası, təhlükənin ehtimalı, təhlükənin buraxıla bilən həddə və ya yol verilməz olmasına dair qərar verilir.
Riskin qiymətləndirilməsi aparıldıqdan sonra müəyyən vaxt keçdikdə, iş yerində qəza baş verdikdə,yeni maşın və mexanizm alındıqda, iş yeri planlaması dəyişdikdə və yeni şəraitlər meydana çıxdıqda,iş yerlərinin təhlükəlilik riski yenidən qiymətləndirilməlidir.

20

Qardaş Türkiyə G-20 ölkələri arasında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 8 Təməl Konvensiyasının hamısını ratifikasiya edən 10 ölkədən biridir. Bu ölkələr sırasına yüksək gəlir səviyyəsi və sosial standartlara malik İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya kimi Aİ ölkələri daxildir.


1. No.29-Məcburi Əmək Konvensiyası (1930).
BƏT tərəfindən indiyədək qəbul edilmiş 8 əsas Konvensiyalar bunlardır:
Konvensiya hər hansı bir icbari və ya məcburi əməyin dayandırılmasını nəzərdə tutur. Ancaq hərbi xidmət və məhbusların müəyyən nəzarət altında işləməsi istisna edilir, bu isə ancaq müharibə, yanğın və zəlzələ şəraitində tələb oluna bilər.
2. No.87-Assosiasiyalar azadlığı və təşkilatlanma hüququnun müdafiəsi haqqında Konvensiya (1948).
Konvensiya nəzərdə tutur ki, bütün işçi və işəgötürənlərin, əvvəldən icazə almadan və sərbəst öz təşkilatlarını yaratmaq və bu təşkilatlara qoşulmaq haqqlarına zəmanət verilir, bu təşkilatların fəaliyyətinə rəsmi vəzifəlilərin müdaxilələri yolverilməzdir, onların müstəqil fəaliyyətinə təminat verilir.
3. No.98-Təşkilatlanma və sərbəst Toplanma haqqı Konvensiyası (1949).
Bu konvensiya peşə ayrı-seçkiliyinə, fərqli seqmentlərin təşkilatlarının bir- birlərinin işlərinə müdaxilə etmələrinə qarşı və toplanma azadlığının inkişaf etdirilməsi istiqamətində tədbirləri nəzərdə tutur.
4. No.100-Bərabər Ödəniş Müqaviləsi (1951). Bu konvensiya dünyada kişi və qadınların, bərabər işlərdə bərabər ödəniş və sosial hüquqlara malik olmalarını nəzərdə tutur.
5. No.105-Əmək fəaliyyətində məcburiyyətlərin tətbiqinin qadağan edilməsi Konvensiyası (1957).
Konvensiya əməyin hər hansı bir formasının (siyasi məcbur etmə və ya öyrətmə, siyasi və ya ideoloji baxışlara görə cəzalandırma) zorla ya da məcburi tətbiq edilməsini, iş yerlərində ayrı-seçkilik yaradılmasını və tətilə çıxan işçilərin cəzalandırılmasını qadağan edir.
6. No.111- Məşğulluq və Peşə Müqaviləsi (1958).
Konvensiya işə götürmə, təhsil və iş şərtlərinin tənzimlənməsi zamanı irq, rəng, cinsiyyət, din, siyasi əqidə, milli və sosial mənşəyinə görə ayrı-seçkilik edilməsinin milli siyasətlərlə qarşısının alınması, fürsət və tətbiqi sahəsində bərabərliyi inkişaf etdirməyi nəzərdə tutur.
7.No138-Minimum Yaş Müqaviləsi (1973). Bu müqavilə işə qəbul zamanı minimum yaş məhdudiyyəti və icbari orta təhsilin tamamlandığı yaşdan daha aşağı yaşda işə götürməyi məhdudlaşdırır və uşaq əməyinin aradan qaldırılmasını nəzərdə tutur.
No.182-Uşaq əməyinin Ən pis Formaları Konvensiyası (1999).
Konvensiya uşaq əməyinin ən pis formalarının təcili və təsirli şəkildə aradan qaldırılmasını təmin edəcək tədbirlərin görülməsini nəzərdə tutur. Uşaq əməyinin ən pis formalarına arasında köləlik və oxşar şərtlərdə işlədilmək, silahlı qarşıdurmalarda istifadə edilmək, zorla hərbi xidmətəcəlb edilmək, fahişəlik və pornoqrafiya məqsədilə və qeyri-qanuni işlərdə istifadə edilmə və uşaqların sağlamlığına, təhlükəsizliyinə və əxlaqi dəyərlərinə zərər verəcək işlər aid edilir.
Yüklə 20,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin