Zayidov azərbaycana qarşI


Ərizəçi barəsində cinayət işinin başlanılması



Yüklə 39,69 Kb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü39,69 Kb.
#1855
1   2   3   4   5   6   7   8   9   ...   12
Ərizəçi barəsində cinayət işinin başlanılması

7. 7 Noyabr 2007-ci il tarixində Bakıda nəşriyyat evinin qarşısında olan zaman ərizəçinin onu “təhqir etməkdə” ittiham edən qadınla (S.Q) şifahi mübahisəsi olmuşdur. Həmin an S.Q ilə tanışlığı olan bir nəfər (V.H) onlara yaxınlaşıb mübahisəyə müdaxilə etdi. V.H-nin müdaxiləsindən sonra onlar arasındaki şifahi mübahisə ərizəçi və V.H arasında davaya çevrildi və digər insanların müdaxiləsindən sonra dayandırıldı.

8. Həmin gün ərizəçi mətbuatda məlumat verərək qeyd etdi ki, ona jurnalist fəaliyyətinə görə hücum edilmiş və tələ qurulmuşdur.

9. 7 noyabr 2007-ci il tarixində V.H nəşriyyat evinin qarşısında tanımadığı bir şəxs tərəfindən döyüldüyü və təhqir edildiyini iddia edərək Yasamal Rayon Polis İdarəsinə şikayət etmişdir. Polisə verdiyi ifadəsində V.H bildirmişdir ki, 7 noyabr 2007-ci il tarixində o, S.Q-ni maşınla nəşriyyat evinə aparmışdır. Ora çatanda, o, maşını nəşriyyat evinin qarşısında saxlayıb. S.Q ilk olaraq yolu keçmişdir və V.H onun arxasınca keçmişdir. Həmin an o müəyyən etmişdir ki, bir nəfər S.Q-ni təhqir edir və onlar arasında şifahi mübahisə baş verir. O, dərhal həmin şəxsə yaxınlaşmış və normal şəkildə ondan S.Q-ni niyə təhqir etdiyini soruşmuşdur, lakin, həmiş şəxs onu təhqir etməyə başlamışdır. O cavab verəndə isə, həmin şəxs ilk olaraq şillə vuraraq ona hücum etmiş, daha sonra isə ona kəllə və yumruq vurmuşdur. Ətrafdakı insanlar onları ayırmışlar.

10. Müstəntiq tərəfindən həmin gün dindirilən S.Q V.H-nin ifadəsini təsdiq etmişdir. Xüsusilə o qeyd etmişdir ki, 7 noyabr 2007-ci il tarixində nəşriyyat evinin qarşısındakı küçədə olan zaman həmin şəxs onun görünüşünə söz atmışdır. O, həmin şəxsə onun tayı olmadığını deyərək cavab vermişdir və həmin şəxs onu fahişə adlandıraraq təhqir etməyə başlamışdır. Həmin an o və həmin şəxs arasında şifahi mübahisə baş vermişdir. V.H yaxınlıqda idi və o, həmin şəxsə yaxınlaşaraq xanımı niyə təhqir etdiyini soruşmuşdur. Həmin şəxs həmçinin V.H-ni də təhqir etməyə başlamışdır və şifahi mübahisə həmin şəxs və V.H arasında davaya çevrilmişdir. O, ilk öncə V.H-yə şillə vurmuşdur, daha sonra ona kəllə atmış və yumruq vurmuşdur.

11. 7 noyabr 2007-ci il tarixində yuxarıda qeyd edilən hadisə ilə əlaqədar Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə (xuliqanlıq) əsasən cinayət işi başlanılmışdır.

12. 8 noyabr 2007-ci il tarixində V.H polisə bildirmişdir ki, o, 7 noyabr 2007-ci il tarixində dava etdiyi şəxsi tanıya bilər. V.H bildirdi ki, həmin şəxs ərizəçidir və o, ərizəçinin şəklini Yeni Müsavat qəzetində görərək tanıya bilmişdir.

13. Həmin gün işi aparan müstəntiq ərizəçi ilə əlaqə saxlamış və ondan polis şöbəsinə gəlməsini xahiş etmişdir. Ərizəçi ona bildirmişdir ki, o, hazırda Bakı şəhərində deyil, lakin 10 noyabr 2007-ci il tarixində polis şöbəsinə gəlib özünü təqdim edəcək.

14. 9 noyabr 2007-ci il tarixində S.Q və V.H məhkəmə-tibb eksperti tərəfindən müayinə ediliblər. S.Q-yə münasibətdə ekspertlər onun bədənində heç bir zədə əlamətlərinin olmaması nəticəsinə gəliblər. V.H-yə gəldikdə isə ekspertlər onun burnunda, sol qulağında və üst dodağında qançırlar və zədələr olduğunu qeyd ediblər. Ekspert həmçinin V.H-nin baş ağrısından əziyyət çəkdiyini qeyd edərək, onun sağ almacıq sümüyündə natamam sınıq olduğunu müşahidə etmişdir. Son olaraq ekspert zədələrin uzunmüddətli təsirlərinin olduğunu qeyd edərək, “sağlamlığa az ağır zərər” vurulduğu qənaətinə gəlmişdir.

15. 10 noyabr 2007-ci il tarixində müstəntiq iki şahidi (A.İ və V.R) dindirdi və onlar 7 noyabr 2007-ci il tarixində nəşriyyat evinin qarşısında iki şəxs arasında davanın şahidi olduqlarını təsdiqlədilər. Onlar qeyd etdilər ki, kişilərdən daha yaşlı olan və eynək taxanı digərini ağzından yumruqla vurdu.

16. 10 noyabr 2007-ci il tarixində günorta saatlarında ərizəçi özünü Yasamal Rayon Polis İdarəsinə təqdim etdi. O, 7 noyabr 2007-ci il tarixində baş vermiş hadisə ilə əlaqədar müstəntiq tərəfindən şahid qismində dindirildi. Ərizəçi həmin gün V.H ilə dava etdiyini təsdiq etdi. O, bildirdi ki, nəşriyyat evinin girişinə yaxınlaşarkən küçədə olan və telefonla danışan bir xanım onu təhqir etdi. Xanım daha sonra ərizəçini onu təhqir etməkdə günahlandıraraq qışqırmağa və onu təhqir etməyə başladı. O, xanımdan onu təhqir etməsini dayandırmasını xahiş etdi və xanımı təhqir etmədiyini bildirdi. O anda bir şəxs onlara yaxınlaşdı və onunla xanım arasındaki şifahi mübahisəyə müdaxilə etdi. Həmin şəxs onu təhqir etdi və daha sonra onu yumruqla və təpiklə vurmağa çalışdı. Ərizəçi həmin şəxsi itələyərək özünü müdafiə etdi, o, dizləri üstə yıxıldı. Ərizəçi bildirdi ki, o həmin şəxsə nə şillə, nə kəllə vurub, nə də yumruq atıb.

17. Həmin gün ərizəçi ilə V.H və ərizəçi ilə S.Q arasında üzləşdirmə həyata keçirildi. Ərizəçi, S.Q və V.H ilkin ifadələrini təsdiqlədilər. Müstəntiq həmçinin işə qarışmış insanların şəxsiyyətlərinin müəyyən etdi və ərizəçi, A.İ və V.R tərəfindən yaşlı və eynək taxan və mübahisə zamanı digər şəxsə yumruq atan adam kimi müəyyən edildi.

18. On noyabr 2007-ci il tarixində müstəntiq ərizəçinin və onun vəkilinin iştirakı ilə ərizəçi barəsində qırx səkkiz saatlıq tutma protokolu tərtib etdi. Ərizəçi Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda şübhəli bilindi.

19. 10 noyabr 2007-ci il tarixində ərizəçi 9 noyabr 2007-ci il tarixli ekspert rəyinin nəticələrini mübahisələndirərək müstəntiqdən yenidən məhkəmə-tibbi ekspertizasının təyin edilməsini xahiş etdi. Həmin gün müstəntiq ərizəçinin tələbini təmin etdi və ekspertiza təyin edildi.

20. 23 noyabr 2007-ci il tarixində V.H yenidən məhkəmə-tibb eksperti tərəfindən müayinə edildi. Ekspert onun burnunda, sol qulağında və üst dodağında müxtəlif qançırların və zədələrin olduğunu və eyni zamanda sağ almacıq sümüyündə natamam sınıqların olduğunu, baş ağrısını və bu xəsarətlərin 7 noyabr 2007-ci il tarixə uyğun gəldiyini təsdiqlədi. Ekspert eyni zamanda sağ yanaq sahəsinə zərbənin və sağ almacıq sümüyündəki natamam sınığın uzunmüddətli təsirlərinə əsasən “sağlamlığa az ağır zərər” və digər zədələrinin qısamüddətli təsirlərinə görə “sağlamlığa yüngül zərər” vurulduğu qənaətinə gəldi.




  1. Yüklə 39,69 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin