Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə11/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   7   8   9   10   11   12   13   14   ...   86
 
Cədvəl 1 
 
 
İnzibati ərazilər 
Dövlət 
mülkiyyətində 
Xüsusi mülkiyyətdə 
sahə, 
(desyatin) 
sahə, 

sahə 
(desyatin) 
sahə, 

 
Bakı quberniyası 
 
278 877 
 
73.0 
 
103 146 
 
27.0 
 
Gəncə quberniyası 
 
500 210 
 
78.0 
 
141 088 
 
22.0 
 
Zaqatala quberniyası 
 
40 058 
 
38.8 
 
63 171 
 
61.2 
 
Naxcıvan quberniyası 
 
29 100 
 
97.0 
 
0.900 
 
3.0 
 
Azərbaycan  üzrə 
cəmi 
 
848 245 
 
72.2 
 
308 305 
 
27.8 
 
Sonralar  Talış  xanlarının  irsi  varisləri  (Talışinskilər  və 
Talışxanovlar)  Talış  meşələrinin  bir  hissəsini  milyonçu  H.Z.Tağıyevə 
və  rus  sənayeçisi  A.İ.Putilova  satmışlar.  Mənbələr  bir  fransız 
şirkətinin Lənkəran qəzasının Astara rayonunun meşələrindən istifadə 
üçün  konsessiya  aldığını  bildirir.  Meşələrdən  əsasən  kibrit,  taxta, 
fayton-çarvadarlıq  işlərində,  süngü,  şpal  və  toxucu  dəzgahlar  üçün 
oymaq  hazırlanmasında  istifadə  edilirdi.  Bundan  əlavə,  Lənkəran 
qəzasında  Lənkəran  şəhəri  yaxınlığında  tikinti  daşı  istehsal  edildiyi, 
qəzanın  Prişib  (ilıq),  Alaşin  (soyuq),  Ərkivan  (isti),  Astara  (isti), 
Miankun,  Əndəcin  və  İbadsuda  (isti  və  soyuq),  Qotursu  (isti) 
ərazilərində kükrdlü mineral su bulaqlarının olduğu bildirilir. Sonralar 


 
20 
Azərbaycan  İnqilab  Komitəsinin  1920-ci  il  5  may  tarixli  dekretinə 
əsasən bu torpaqlar müsadirə edilərək milliləşdirilmişdir.  
Lənkəran  sözünün  mənası  hələ  də  tam  açılmayaraq  elmi 
mübahisə  mənbəyi  olaraq  qalmaqdadır.  Hal-hazırda  Lənkəran 
sözünün  etimologiyasının  iki  versiyası  –  fars  və  talış  versiyaları 
mövcuddur.  Əvvəla,  onu  demək  lazımdır  ki,  öz  dövrünün  məşhur 
ziyalılarını yetişdirən Lənkəran böyük mədəniyyət mərkəzi olmuş, çox 
böyük  elmi  və  dini  xadimlər,  generallar  yetişdirmişdir.  Dövrünün 
tanınmış  həkimi  Ramazan  ibn  Şeyx  Əli  Lənkərani  məşhur  tibb  əsəri 
olan «Fərrux-namə Cəmali» tibb traktatının müəllifidir. «Fərrux–namə 
Cəmali»  əsəri  müəllif  tərəfindən  ərəb  dilində  1409-cu  ildə  yazılmış, 
digər tanınmış həkim Məhub Əli ibn Əhməd Ləngərkərani tərəfindən 
1504-cü  ildə  fars  dilinə  tərcümə  edilmişdir.  Əsər  3  hissədən  ibarət 
olub  bir  sıra  üzvi  və  qeyri–üzvi  maddələrin  insan  orqanizminə 
təsirindən  və  bir  sıra  xəstəliklərin  diaqnostikasından,  dərman 
bitkilərinin  müalicəvi  xüsusiyyətlərindən  yazaraq  bitki  köklərinin 
şəfaverici əhəmiyyətindən bəhs edir. Məhub Əli Ləngərkərani isə ilk 
dəfə  olaraq  bədənin  arzuolunmaz  tüklərdən  təmizlənməsində 
auripiqment (zırnıx) metodunu tətbiq etmişdir ki, bu da sonralar tibbi 
ədəbiyyata  «azərbaycan  palçığı» («vacibi»)  kimi  daxil  olmuşdur. 
Ləngərkərani  həmçinin  «azərbaycan  sabunu»  kimi  məşhur  olan 
gilabini  bərpa  etmişdir.  Hər  iki  vasitə  uzun  illər  boyu  istifadə 
edilməklə  yanaşı,  ölkə  xaricinə  da  ixrac  edilmişdir.  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  aurpiqment  Azərbaycanda  hələ  çox  qədim 
dövrlərdən  –  Atropatena  dövründən  məlum  idi.  Lakin  o  dövr  bu 
maddə  gigiyenik  məqsədlər  üçün  yox,  ancaq  dəriçilik  və  gön 
istehsalında istifadə edilirdi.  
Rus  səyyahı  və  diplomatı  Brexov  I  Şah  Abbasla  Qızılağacdan 
Lyanqarana gəldiyini göstərir.  
Lənkəran  sözünün  mənası  haqqındakı  bir  versiyaya  görə 
«Lənkəran»  sözü  farsca  «Ləngər-kəran»  -  «lövbər  salan»  mənasını 
daşıyır. Liman şəhəri olduğundan buraya gəmilər yan alaraq, ləngər 
vurur,  lövbər  salırmış.  Digər  versiyaya  görə  «Lənkəran»  talışca 
«lənəkan»  sözündən  yaranaraq  «qamış  evlər»  mənasını  daşıyır. 
Burada  yaxın  dövrlərə  qədər  evlərin  üstünün,  çəpərinin,  bəzən 
divarlarının  da  qamışdan  quraşdırıldığını  bir  sıra  səyyahlar  da  qeyd 
etmişlər 
(Həsənov  B.H.,  Talışlı  M.M., 1990).  Üçüncü  versiyaya  görə 
bu  yerlər  bol  yağıntılı  yerlər  olduğundan  daim  palçıqlı,  hərəkətin 
çətinləşdiyi  və  ləngidiyi  («ləng-kəran»)  ərazi  hesab  edilirmiş  və 


 
21 
«Ləngəkəran» – «ləngidən yer» deməkdir. Onu da demək lazımdır ki, 
bu  ərazidə  «kəran»  sonluqlu  adlar  çoxdur:  Səpinəkəran,  Şıxəkəran, 
Gilokəran, Sufridkəran, Seydəkəran və s. Digər yerli versiya Lənkəran 
sözünün  «lankon»  ləngimək  (farsca  «ləng  konət»,  talışca  «lanq 
kon»)  mənasını  daşıdığını  bildirir.  Bu  baxımdan  əsas  landşaftı 
qumsallıq,  bataqlıq,  qamışlıq  və  çəltiklik  elementlərindən  olan,  isti 
iqlim  və  dənizdən  gələn  ifrat  rütubət  ilə  xarakterizə  olunan  Astara 
adının da «asta hərəkət»dən yaranması kimi yozulmasına əsas verir. 
Bəzi  mütəxəssislər  «talış»  sözünün  mənasını  da  ərazinin  bu 
xüsusiyyəti ilə bağlayırlar. Bu fikrə görə «talış» talış dilində - «toloş, 
tülüş» - torpaq, zığ sözündən yaranmışdır. «Kəran» sonluğu isə çox 
güman ki, «yer», «oba» mənasını daşıyır. 
Bəzi  qaynaqlar  indiki  Lənkəranın  yaxınlığında  Lankon  adlı  kəndin 
olduğunu,  Lənkəranın  böyüdükcə  həmin  kəndin  şəhərə  qarışdığını 
bildirir.  İndiki  Lənkəranın  tarixinə  gəldikdə  isə  Nadir  Şahın 
ölümündən  sonra  Talış  Xanı  Qaraxanın  xanlıq  mərkəzini  Astaradan 
Lənkərana-indiki yerə köçürməsi ilə yaranmışdır. 
Lənkəran  Gülüstan  sülh  müqaviləsi  əsasında  1813-cü  ildə 
Rusiyaya  qatılmışdır.  O, 1840-cı  ildən  Talış  uyezdinin  mərkəzi  kimi 
Kaspi  vilayətinə, 1846-cı  ildən  Şamaxı  quberniyasına, 1859-cu  ildən 
isə Bakı quberniyasına daxil idi. 12 may 1843-cü ildə Kaspi vilayətinin 
digər  uyezdləri  kimi  Talış  uyezdinin  də  gerbi  təsdiq  edilir.  Gerbin 
konturu  qalxan  formasında  olub  yuxarı  hissəsinin  fonu  qızılı,  aşağı 
hissəsininki isə yaşıl rəngdədir. Qızılı fon iki hissəyə bölünərək soldakı 
hissədə  pələng,  sağdakı  hissədə  isə  üç  ədəd  alovdan  ibarət  yanar 
torpaq  təsvir  edilmişdir.  Yaşıl  fonda  gümüşü  rəngli  mala  (tarla 
dırmıxı)  
Talış  torpaqlarının  məhsuldar  olduğunu,  qıvrılmış  ilanlar  burada 
ilanların  çoxluğunu  göstərir  (Gerb  bütün  vilayəti  əhatə  etdiyindən 
ilanlar  daha  çox  Muğan  düzünə  aiddir). 1876-cı  ildə  Lənkəran 
şəhərinin  yeni  gerbi  tərtib  edildi.  Qalxanın  ortasında  əks 
istiqamətlərdə  gərilmiş  iki  balıq  təsvir  edilmişdir.  Qalxanın  yuxarı 
hissəsində Bakı quberniyasının gerbi, «müqəddəs Aleksandr» lenti ilə 
bir-birinə  bağlanmış  qızılı  rəngli  iki  ədəd  çarpaz  lövbər  təsvir 
edilmişdir. 
Azərbaycanda  yeni  rus  hakimiyyətinin  yaranması  ilə  Avropanın 
müxtəlif  xalqlarının  bu  ərazilərə,  o  cümlədən  Talışa  gəlməsi  prosesi 
başlanmışdır.  Bunlar  əsasən  almanlar,  ruslar  və  ukraynalılar  idilər. 
Lənkəran  qəzasına  gələn  koloniyalar  əsasən  ruslardan  ibarət  idi. 


 
22 
Bunlar  «andı,  kilsəni,  dini  mərasimi  və  ali  hakimiyyəti  qəbul 
etməyən»  insanlar  kimi  çar  hökuməti  tərəfindən  buraya  sürgün 
edilmiş  müxtəlif  xristian  təriqətçiləri  (molokanlar,  duxoborlar, 
yəhudipərəstlər,  babtistlər,  subbotniklər  və  s.)  idilər.  Lənkəran 
qəzasına sürgün edilənlər subbotniklər olub Andreyevka, Astraxanka, 
Novoqolskoye, Pravoslavnoe, Privolnoe, Prişib, Vel və Nikolayevkada 
məskunlaşdırılmışdılar. 1914-cü  ildə  Bakıda  çap  olunmuş  «Очерк 
сельского  и  лесного  хозяйства  Ленкоранского  уезда  Бакинской 
губернии» əsərində burada 13 rus kəndinin olduğunu; Privolnoyenin 
1838-ci  ildə,  Andreyevka,  Petrovskoe  və  Prişibin  1840-cı  ildə, 
Nikolayevkanın  1841-ci  ildə,  Astraxankanın  1842-ci  ildə, 
Novoqolkanın  1844,  Vel  kəndinin  1862,  Pravoslavnoyenin  1864, 
Aleksyevka,  Qriqoryevka  və  Pokrovkanın  1904,  Burcalı  kəndinin  isə 
1905-ci  ildə  yaradıldığını  bildirir.  Əsərdə  ərazinin  etnik 
rəngarəngliyinə  toxunularaq  qəza  əhalisinin  sayının  154 443 nəfər, 
onlardan 14 317 nəfərin rus, 77 066 nəfərin talış, 63 060 nəfərin isə 
azəri  türkü  olduğu  bildirilir,  qəzanın  başlıca  torpaq  sahibkarlarının 
Talışinskilər  və  Talışxanovların  olduğu  qeyd  edilir 
(Cavadov  Q.C., 
2004). 


 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin