Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə10/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   6   7   8   9   10   11   12   13   ...   86
12 
 
 
 
 
 
 
 
I HİSSƏ 
 
HİRKAN BİOSFER REZERVATININ  
SOSİAL-İQTİSADİ VƏ TARİXİ ƏSASLARI 
 
 
 
 
 
 
 
 
 
I Bölmə. Hirkan və onunla bağlı sözlərin etimologi-
yası haqqında 
 
II Bölmə. Biosfer Rezervat konsepsiyası haqqında 
 
 III Bölmə. Hirkan Biosfer Rezervatının tarixi 
əsasları haqqında 
 
IV Bölmə. Hirkan Biosfer Rezervatının botaniki 
tədqiqatlarının tarixi haqqında 
 
 
 
 
 
 


 
13 
I BÖLMƏ 
 
Hirkan və onunla bağlı sözlərin etimologiyası haqqında 
 
Hirkan  –  qədim  qaynaqlarda  Hirkaniya  kimi  qeyd  edilən  ərazi  – 
Xəzər  dənizinin  cənub  sərhədlərində,  şimaldan  Xəzər  dənizi, 
cənubdan  Elburs  dağları  arasında  məskunlaşmış  çox  qədim  yerli 
(avtoxton) tayfa olan hirkanlıların adı ilə bağlıdır.  
Bu  ərazilər  haqqında  ilk  məlumatlara  qədim  Assuriya 
mənbələrində  rast  gəlinir.  Qədim  Assuriya  lövhələrindən  və  digər 
tarixi  salnamələrdən  məlum  olur  ki,  eramızdan  əvvəl  VIII  əsrdə 
Xəzərin cənub-qərb hissəsində Kaspiana,  cənubunda Midiya,  cənub-
şərqində isə Hirkaniya dövlətləri yerləşirdi 
(Всемирная История, том. 
II).  
Hirkan  ərazisi  Zərdüşt  dininin  müqəddəs  kitabı  olan  «Avesta»da 
«Vrkana» (Vehrkana) formasında baş allah  olan Hörmüzdün şəxsən 
yaratdığı  «gözəl  torpaqlar  və  ölkələr»  sırasında  qeyd  edilir. 
«Videvdat»  kitabında  Ahura  Mazdanın  16  ölkə  yaratdığı  bildirilir  ki, 
Hirkanıya  bu  sırada  9-cu  ölkə  sırasında  durur
(Avesta,  Videvdat,  I 
farqard).  Maraqlı  faktlardan  biri  də  budur  ki,  burada  xeyir  allahı 
Hörmüzdün birinci müqəddəs torpağı Araz çayının sahilində yaratdığı 
bildirilir. Mütəxəssislərin fikrincə bu Azərbaycan ərazisidir. 
Ksenofont  öz  əsərində  paytaxtı  Zadrakarta  şəhəri  olan 
Hirkaniyanın  və  Midiyanın  qonşu  dövlətlər  olduğunu,  onların  Qədim 
İran  dövləti  ilə  ittifaq  bağlayaraq  Assuriyaya  qarşı  uğurlu 
müharibələrindən  yazır.  Əsərin  bir  yerində  İran  hökmüdarı  Böyük 
Quruşun (559 – 530) Hirkan hökmüdarına təşəkkür etdiyi və onunla 
fəxr  etdiyi  bildirilir
  (History of the Persian Empire. Cyropedia. The 
Life of Kurosh The Great. Wrote by Xenophon. Book 4.-  4.5.23). 
Lakin növbəti Əhəməni hökmüdarı Daranın dövründə Hirkaniya işğal 
edilərək Qədim İran İmperiyasının bir hissəsinə – satraplığına çevrilir. 
Qədim  İran  hökmüdarı  I  Daranın  həkk  etdirdiyi  «Bisütun 
Kitabələri»nin  mixi  yazılarında  Hirkaniyanın  fəthindən  bəhs  edən 
lövhələr mövcuddur. Hirkaniyanın paytaxtı Zadrakarta isə satraplığın 
mərkəzi olub Əhəməni hökmüdarlarının yay rezidensiyasına çevrilir.  
Hirkaniya haqqında növbəti məlumatları Herodot verərək buranın 
zəngin  torpaqlara  və  irriqasiya  sistemlərinə  malik  olduğunu  bildirir. 
Nəhayət,  Hirkaniya  haqqında  sonuncu  məlumatlar  Makedoniyalı 
İsgəndərin  bu  əraziləri  işğal  etməsi  ilə  bağlıdır.  Əfsanəyə  görə 


 
14 
Makedoniyalı İsgəndər burada sədd inşa etmişdir. İndi də bu yerlər 
«Səddi İsgəndər» - «İsgəndərin səddi» adlandırılır.  
Hirkan, hirkaniya və hirkanlılar adlarına demək olar ki, bütün antik 
yunan  müəlliflərinin  əsərlərində  rast  gəlinir.  Arrian  «III  Aleksandrın 
yürüşü» (III  Kitab)  əsərində  hirkanlıların  atlı  süvarilərinin  Dara 
ordusunun  tərkibində  Makedoniyalı  İsgəndərə  qarşı  şücaətlə 
döyüşdüklərini  bildirir.  Arrian  həmçinin  Hirkaniyanın  iri  şəhər  və 
kəndlərə  malik  olduğunu,  şah  sarayının  isə  ən  böyük  şəhər  olan 
Zadrakartada  yerləşdiyini  göstərir.  Plutarx  Makedoniyalı  İskəndərin 
Hirkanaya  və  Hirkan  körfəzini  seyr  etməyə  gələrkən  hökmüdarın 
başına qəribə bir əhvalat gəldiyini qeyd edir. O, yazır: «bu yerlərdə 
yaşayan  barbarlar  ata  baxanlara  hücum  edərək  şahın  Bukefal  atını 
oğurlayırlar.  İsgəndər  qəzəblənərək  çapar  vasitəsi  ilə  atı 
qaytarmayacaqları təqdirdə bütün yerli sakinləri qadın və uşaqları ilə 
birlikdə  qılıncdan  keçirəcəyini  bildirdi.  Atı  qaytardıqdan  və  şəhərlər 
könüllü  təslim  olduqdan  sonra  İsgəndərin  qəzəbi  soyudu,  hətta 
oğrulara atı qaytardıqlarına görə ənam da verdi…» 
(Плутарх, 1990). 
Hirkan  adı  Xəzər  ətrafındakı  ərazilərin  ən  qədim  və  geniş  yayılmış 
adlarından biridir. Ptolomey, Strabon, Plutarx, Böyük Plini, Arrian və 
s. antik müəlliflərin əsərlərində Xəzər dənizinin adı Hirkan dənizi kimi 
çəkilir.  
Sonrakı  dövrlərdə  ərəb  mənbələrində  bu  yerlər  Təbəristan  və 
Curcaniyyə,  paytaxt  şəhəri  isə  Curcan  kimi  qeyd  edilir.  Məşhur 
azərbaycan  coğrafiyaçısı  və  səyyahı  Əbdürrəşid  İbn-Saleh  İbn-Nuri 
Əl-Bakuvi  (1402-1473)  özünün  məşhur  «Təlxisül  –  əsər  fi  əcaibil  – 
əqtar» («Abidələrin  xülasəsi  və  qüdrətli  hökmüdarının  möcüzələri») 
əsərində  Curcanın  Təbəristan  vilayətinin  məşhur  və  böyük  şəhəri 
olduğunu,  orada  gəmilərin  üzdüyünü,  quru  və  su  quşlarının 
məskunlaşdığı ərazi olduğunu qeyd edir 
(Абд ар-Рашид аль-Бакуви, 
1971).  İranda,  Xəzər  dənizi  sahilində  uzunluğu  təqribən  80  km,  eni 
isə 40 km olan Gürgan (Qorqan) düzənliyi mövcuddur. 
 İran-fars  mənbələrində  adı  Qorqan  (azərbaycanca  Gürgan)  kimi 
çəkilən,  Xəzər  dənizinin  cənub-şərq  sahilində  yerləşən  tarixi  vilayət 
olmuşdur.  Mənbələrdə  Xəzərin  qədimdə  «Gürgan  dənizi», «Cürcan 
dənizi», «Hirkan dənizi» adlanması Gürganla əlaqədar olduğu bildiri-
lir.  Orta  əsrlərdə  Gürgan  vilayətinin  paytaxtı  olan  Gürgan  limanı 
mühüm  ticarət  mərkəzi  və  şimala  gedən  ipək  karvanlarının  əsas 
dayanacaq məntəqəsi idi. 1930-cu ilədək Astrabad adlanan bu şəhər 


 
15 
İran İslam Respublikasının Gülüstan vilayətinin mərkəzi olub bu gün 
də Gürgan (farsca Qorqan) adı ilə yaşayır.  
Güman  etmək  olar  ki,  qədim  dövrlərdə  Xəzərin  bütün  ətrafı 
Gürgan  əraziləri  olmuşdur.  Belə  ki,  Abşeron  yarımadasında,  Zirə 
qəsəbəsindən  təqribən  5  km  şərqdə  Azərbaycanda  qədim  yaşayış 
məskəni  olan  Gürgan  ərazisi  yerləşir.  Yerli  əhali  buranı  «Şəhri 
Gürgan»  adlandırır.  Deyilənlərə  görə  Xəzər  dənizi  səviyyəsinin 
qalxması ilə əlaqədar ərazi suyun altında qalmış, əhalisi isə indiki Zirə 
kəndinə  köçmüşdür.  Sonralar  dəniz  səviyyəsinin  enməsi  nəticəsində 
bu  yaşayış  məskəni  yenidən  üzə  çıxmışdır.  Zirədən  şərqə  doğru 
gedən  qədim  yol  xalq  arasında  «Gürgan  yolu»,  yaxınlıqdakı 
üzümlüklər isə «Gürgan bağları» adlanır. Gürganda aşkar edilmiş daş 
qutu  qəbirlərdən  ibarət  qəbristan  burada  hələ  Dəmir  dövrünün 
əvvəllərindən  yaşayış  məskəni  olduğunu  göstərir 
(Асланов  Г.М., 
Голубкина Т.И., 1973). 1941-ci ildə Abşeron yarımadasını Pir-Allahı 
adası  ilə  birləşdirən  dambanın  (torpaq  bənd)  inşası  zamanı  bir  sıra 
arxeoloji obyektlər üzə çıxmışdır. Görkəmli alim xanım Aşurbəyli S.A. 
göstərir  ki,  yerli  əhali  tərəfindən  «Gürgan»  və  ya  «Əfşəran» 
adlandırılan  qədim  yaşayış  məskəni  ilə  Abşeron  mayakı  arasındakı 
ərazidə  daş  yeşiklərdə  dəfn  edilmiş  qəbirlər  tapılmışdır 
(Ашурбейли 
С.А., 1992).  Qəbirlərdən  tapılmış  boz  və  qırmızı  gildən  hazırlanmış 
qablar,  muncuqlar,  daş  lövhələrdəki  vəhşi  keçi  konturları,  obsidian 
parçaları,  bürünc  ox  ucluqları  və  digər  məişət  vasitələri  hələ 
eramızdan bir neçə min il əvvəl bu ərazilərin yüksək inkişaf səviyyəli 
həyat  məskənlərindən  olduğunu  göstərir.  Bakı  şəhəri,  Əzizbəyov 
rayonu  ərazisində  Şüvəlandan  18  km  cənub-şərqdə  Bakı-Artyom 
dəmir  yolunun  kənarında,  Xəzər  dənizi  sahilində  Gürgan  (Gürgən) 
qəsəbəsi  mövcuddur.  Abşeron  yarımadasının  şərqində,  Artyom 
adasından  cənubda  Abşeron  yaşlı  əhəngdaşılardan  təşkil  olunmuş 
Gürgan burnu yerləşir. 
L.N.Qumilyova  görə  Deyləm  sonralar  Gilan  vilayətinə  çevrilmiş, 
Hirkan  isə  öz  müstəqilliyini  XI  əsrə  qədər  qoruyub  saxlamışdır 
(Гумилев  Л.Н., 1991).  Azərbaycan  Səfəvilər  dövlətinin  dövründə 
Hirkan və Şirvan əraziləri bir canişinliyin tərkibində olmuşdur. Səfəvi 
dövlətinin  canişini  Abdulla  xan  Ustaclı  tərəfindən  İngiltərəyə  ipək 
ixracı ilə məşğul olan ingilis taciri Antoni Cenkinsona təqdim olunmuş 
1562-ci  il  fərmanında  canişin  «göyün  və  yerin  yaradıcısı  Allahın 
qüdrəti ilə təyin olunmuş və indi də səltənət sürən Şirvan və Gürgan 
hakimi» kimi təqdim olunur 
(Əfəndiyev O.Ə., 1993). 


 
16 
Beləliklə  tarixi  qaynaqların  xronoloji  analizi  bu  sözün  etimoloji 
dinamikasının Vrkan-Varkan-Qorqan-Gürgan şəklində, ərəbcə cürcan-
cürcaniyyə,  latınca 
hyrcania,  qədim  yunan  transkripsiyasında  isə 
hrcania  formasında  olduğunu  göstərir.  Onu  da  qeyd  etmək  lazımdır 
ki,  Hirkan  sözünün  çox  maraqlı,  yerli  etimoloji  izahı  da  mövcuddur. 
Bir sıra mütəxəssislər bu sözün talış dilində “hırkan” – “dumanlı yer” 
mənasını  daşıdığını  bildirirlər.  Həqiqətən  də  rütubətli  subtropik 
əraziyə aid olan bu yerlər ilin əksər günləri dumanlı olur. 
Talış  meşələri,  talış  ərazisi  və  talış  sözlərinin  etimologiyasına 
gəldikdə  bu  haqda  çox  müxtəlif  fikirlər  mövcuddur.  Bir  sıra  tarixi 
mənbələr və müasir tədqiqatçıların fikirlərinə əsasən 
(Гумилев Л.Н., 
1991.,  Миллер  Б.В., 1953) demək  olar  ki,  eramızdan  əvvəl  I 
minillikdə  Xəzərin  cənub  bölgəsində  qərbdən  şərqə  doğru  kaspilər, 
kadusilər,  gellər,  deyləmlər  və  hirkanlılar  məskunlaşmış,  sonrakı 
dövrlərdə  burada  üç  ərazi  formalaşmışdır:  kadusilər,  gellər  və 
deyləmlərin  yaşadığı  Deyləm  (təxminən  indiki  İRİ  Gilan  vilayəti), 
Təbəristan (təxminən indiki İRİ Mazandaran vilayəti) və «canavarlar 
ölkəsi»  olan  Gürgan  (təxminən  indiki  İRİ  Gülüstan  vilayəti).  Elmi 
mənbələr  kadusi,  gel  və  deyləm  tayfalarından  müasir  gilanlıların 
yarandığını  bildirir.  Hal-hazırda  İRİ  Gilan  vilayətinin  qərb  hissəsində 
kompakt yaşayan talışların dili gilan dilinə (gilaki dilinə) çox yaxındır. 
Cənubi  Azərbaycanda  talışların  başlıca  məskənlərinin  Gilan  vilayəti, 
onun  Xəmsəyi  Təvaleş  adlandırılan  əraziləri  olduğu,  buradakı 
Kəngərud,  Əsalem,  Talış,  Dolab,  Şəmdərmin  və  Masal 
məntəqələrində  talışların  əhalinin  xeyli  hissəsini  təşkil  etdiyi  bildirilir 
(Cavadov  Q.C., 2004).  Bir  çox  mütəxəssislər  talış  sözünün  qədim 
Deyləmin  «Tabalis»  adlı  ərazisindən  yarandığını  bildirirlər.  Seyid  Əli 
ibn 
Kazımbəy 
«Cəvahirnameyi-Lənkəran» 
əsərində 
yazır: 
«…«Qamus»  kitabında  talış  sözü  «Təyalisə»  şəklində  qeyd  edilir. 
Talış  Təyalis  formasından  ixtisara  düşərək  «Talıs»  şəklini  almış  və 
yerə  görə  uyğunlaşdırılmışdır.  Buradan  məlum  olur  ki,  Təbalis  Gilan 
ərazisindədir.  Doğrudan  da,  Gilan  Deyləm  ölkəsinin  şimalında 
yerləşir.  Talış  da  onun  bir  hissəsidir…».  Hal-hazırda  İRİ  Gilan 
vilayətində  talışların  yaşadığı  Tavaliş  adlı  ərazi  (rayon)  mövcuddur. 
Ərəb  mənbələrində  Talış  ərazisi  «Tablistan»  adlandırılır.  Digər 
tərəfdən talışların dağda və aranda məskunlaşması və talış ərazisinin 
dağ  və  ovalıq  hissələrə  şamil  edilməsi  bu  əhalinin  qədim  dövrlərdə 
mövsümdən asılı olaraq yarım-köçəri, sonralar isə oturaq həyat tərzi 
keçirdikləri bildirilir.  


 
17 
Talış  ərazisinin  coğrafi,  iqtisadi  və  siyasi  tarixi  barədə  dəyərli 
məlumatlar verən əsərlərdən biri yuxarıda qeyd edildiyi kimi XIX əsr 
görkəmli  azərbaycan  tarixçisi  Seid  Əli  ibn  Kazımbəyin  1869-cu  ildə 
fars  dilində  yazdığı  «Cəvahirnameyi-Lənkəran» («Lənkəran 
cəvahirinə  aid  kitab»)  əsəridir.  Əsərdə  Talışın  mahalları,  təbii 
sərvətləri,  iqlimi,  tarixi  abidələri,  talış  xanlarının  şəcərəsi  haqqında 
maraqlı məlumatlar verilir.  
Sonralar Gilan əyalətinə qatılan Talış Şah İsmayıl Xətai dövründə 
(XVI  əsrin  əvvəlləri)  Səfəvi  dövlətinin  əsas  əyalətlərindən  biri 
olmuşdur. Talış feodalları şaha ən yaxın və etibarlı arxa olduqlarından 
sarayda böyük nüfuza malik idilər.  
Mənbələrdə Şah İsmayıl Xətainin ustaclu, rumlu, şamlı, zülqədər, 
əfşar, qacar və təkəli tayfalarından olan nüfuzlu türk-qızılbaş əmirləri 
ilə yanaşı talış tayfasından olan Dədə bəy Talışın (Əbdüləli bəy Dədə) 
da  adı  çəkilir.  Şahın  ən  sevimli  müəllimi  də  bu  yerlərdən  idi.  Şah 
İsmayıl  Xətainin  ətrafında  olan  talış  əmirləri  Bayandur  xan,  saray 
əmiri  Həmzə  Soltan,  Hacı  Üveys  Soltan,  Şuragöl  və  Alaşkert  hakimi 
Qara  xan  və  Alpaut  İbrahim  xəlifə  olmuşlar.  I  İsmayılın  Gilanda 
olduğu  dövrlərdə  onun  həyatını  xilas  etmiş, «Səfəviyyə»  təriqətinin 
yayılmasında  böyük  xidmətləri  olmuş  Hüseyn  bəy  Lələ  sonralar  şah 
tərəfindən «vəkalət-i nəfs-i nəfis-i hümayun» yəni «əlahəzrətin şəxsi 
müavini»  vəzifəsinə  təyin  olunmuş,  Mövlana  Şəmsəddin  Gilani  isə 
Səfəvilər dövlətinin ilk sədri – dini idarə rəhbəri olmuşdur. Bəzi tarixi 
məlumatlara  əsasən  Şah  İsmayıl  Xətainin  ulu  babası-sülalənin 
yaradıcısı  olan,  müasirləri  tərəfindən  «pir-i  türk»  adlandırılan  Şeyx 
Səfiəddin  də  özünün  gənclik  illərini  Talışda  keçirmiş,  müəllimi  Şeyx 
İbrahim  Zahidə  olan  ehtiramını  daim  saxlamışdır.  Qaynaqlar  onun 
oğlu Şeyx Heydərin (1460-1488) ilk müdafiəçilərinin məhz rum, talış 
və qaracadağ tayfalarının olduğunu bildirir (Əfəndiyev O.Ə., 1993).  
Sonralar  Şah  hökuməti  buraya  milliyətcə  talış  olan  Sarı  Xanı 
göndərir və bu vilayəti ona bağışlayır.  
Nadir  Şah  Əfşarın  dövründə  Talışı  vilayət  hakimi  idarə  edirdi. 
Tarixi məlumatlara görə, talış xanları sülaləsinin banisi Səfəvi nəslinə 
mənsub  olan  Ərdəbilli  Seyid  Abbas  olmuşdur.  Nadir  şah  rəsmi 
fərmanla Seyid Abbası talışın nəsli hakimi elan etmişdir. 1747-ci ildə 
Nadir  şah  öldürüldükdən  sonra  Talış  digər  xanlıqlar  kimi  müstəqil 
xanlıq olmuşdur.  
Mirzə  Əhməd  Mirzə  Xudaverdi  oğlu  «Əxbərnamə  (Talış  xanlığı 
tarixindən)»  əsərində  bildirir  ki,  ilk  Talış  xanının  atası  ehtiyac 


 
18 
üzündən İranın Xalxal ərazisindən Şirvana gedərkən yüklə dolu eşşəyi 
bu  ərazidə  palçığa  batdığından  gecəni  orada  qalmalı  olur.  Yuxuda 
ona  vəhy  gəlir  ki  «ey  alicənab  seyid,  sənin  övladın  Talış  vilayətinin 
hakimi  olacaqdır».  Onun  iki  övladı  olur.  Nadir  şahın  vilayətə  hakim 
təyin etdiyi əslən Şirazlı olan İbrahim xanın əyyaşlıqla məşğul olması 
yerli dindar əhalini çox narahat etdiyindən onlar bu məsələnin həllini 
subay  xana  seyid  qızı  almaqda  görürlər.  Xalqın  rəğbətini  qazanan 
xanın  qaynı  Seyid  Abbas  tez  bir  zamanda  faktiki  hakimiyyətə  sahib 
olur,  sonradan  isə  özünün  Talış  hakimi  təyin  edilməsi  barədə  şah 
fərmanı alır 
(Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə, 1975). 
Sonrakı  dövrlərdə  Mir  Mustafa  xanın  səyləri  nəticəsində  Talış 
Xanlığı  1800-ci  ildə  Çar  Rusiyasının  himayəsinə  qəbul  edilmişdir. 
Onun  oğlu  Mir  Həsən  xan  Rusiyanın  razılığı  ilə  İran  şahı  tərəfindən 
zəhərlənərək  öldürüldükdən  sonra  isə  1826-cı  ildə  Çar  hökumətinin 
fərmanı ilə Talış Xanlığı ləğv edilmiş, bu ərazi 1840-cı ildə Lənkəran 
qəzası formasında mərkəzi Şamaxı olan Kaspi vilayətinə, 1859-cu ildə 
isə  Bakı  Quberniyasının  tərkibinə  daxil  edilmişdir.  Çar  Rusiyası 
tərəfindən  istila  edilən  vaxt  Talış  Xanlığının  40 000 əhalisi  olduğu 
bildirilir 
(Məhəmməd Həsən Vəliyev (Baharlı), 1993). Xanlıq dövrünün 
torpaq  sahibliyi  əsasən  aşağıdakı  kimi  olub  üç  kateqoriyaya 
bölünürdü: 
Birinci  tip  torpaqlar  –  otlaqlardan  və  meşələrdən  ibarət  idi  və 
xanın şəxsində hökumətə məxsus olub şəxsi adamlara müvəqqəti və 
ya  ömürlük  istifadəyə  verilə  bilərdi.  Meşələrdən  isə  istənilən  adam 
sərbəst və pulsuz istifadə edə bilərdi. İcma torpaqları isə kəndlilərin 
tabeliyində  idi.  Xanlar  bu  torpaqlarda  bəylərə  kəndlilərin  gəlirlərinin 
müəyyən  hissəsindən  istifadə  etmək  hüququ  verirdilər.  Bu  cür 
idarəetmə hüququ varislik əsasında keçsə də mütləq hər dəfə xanın 
xüsusi  razılığı  (fərmani-təliqə)  əsasında  müəyyən  olunurdu.  Bəyin 
torpaq satmaq hüququ yox idi. 
1841-ci  ildən  «Əlahəzrətin  reskripti»nə  görə  xanlar,  bəylər  və 
ağalar  kəndləri  idarə  etməkdən  kənar  edildilər  və  bunun  əvəzində 
onlara  ömürlük  pul  təminatı  təyin  olundu. 1846-cı  il  tarixli 
«Əlahəzrətin  reskripti»nə  görə  isə  ilk  dəfə  olaraq  Azərbaycanda 
torpağa xüsusi mülkiyyət hüququ verildi. Həmin reskriptə görə xan-
lar,  bəylər  və  ağaların  torpaqları  onların  nəsillərinin  ömürlük  əmlakı 
elan  edildi. 1917-ci  il  Zaqafqaziya  Diyar  Komitəsinin  və  1915-ci  il 
Torpaq  və  Dövlət  Əmlakı  İdarəsinin  məlumatına  görə  Bakı 
quberniyasının  meşələrinin  ümumi  sahəsi  382 023 desyatin  (1 156 


 
19 
550  d),  o  cümlədən  əlverişli  meşə  sahələri  252 500 (818 000 d) 
desyatin, meşəliyi isə 11.0% (14.45) olmuşdur
(1 desyatin = 1.0925 
ha-dır.  Mötərizədə  o  dövr  Azərbaycan  üzrə  olan  göstəricilər 
verilmişdir). 1914-cü ilin məlumatlarına görə, ümumi meşə sahəsinin 
848.24  min  desyatini  və  ya  72.2%-i  dövlətə,  qalan  308.3  min 
desyatini  yaxud  27.8%-i  şəxsi  və  hüquqi  sahibkarlara  məxsus  idi. 
Aşağıdakı  cədvəldə  bu  göstəricilərin  quberniyalar  üzrə  paylanması 
verilmişdir. 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin