Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XIX mövzu Azərbaycan 1970-1980-ci illərdə



Yüklə 1,63 Mb.
səhifə20/23
tarix07.09.2017
ölçüsü1,63 Mb.
#29197
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23

XIX mövzu

Azərbaycan 1970-1980-ci illərdə
PLAN
1. Respublikanın ictimai-siyasi həyatı.

2. 70-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər.

3. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ

ƏDƏBIYYAT
1. Azərbaycan tarixi.VII cild, Bakı,2008, səh.445-584.

2. Siyasi tarix (Mühazirə kursu) II hissə, Bakı,1995, səh.123-135.

3. Məmmədov T, Məmmədovç.Siyasi tarix, Bakı,2004, səh.251-257.

4. Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı,1998, səh.291-296.

5. Az.KP. MK-nin Plenumlarının materialları.Bakı, 1969-82-ci illər.

1969-cu ilin iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi. AZ.KP MK-nin Plenumunda H.Ə.Əliyev MK-nin birinci katibi seçildi. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində, fəhlə ailəsində anadan olmuşdu. Naxçıvanda orta təhsil almış, Pedaqoji Texnikumu bitirmişdi. 1939-1941-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxumuşdu. H.Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarlığı Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik orqanlarında işləmişdi. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Ağılı və işgüzarlığı sayəsində H.Əliyev general-mayor rütbəsinədək yüksəlmişdi. 1956-1965-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi Əks-Kəşfiyyat İdarəsinin rəisi, 1965-ci ildən bu Komitə sədrinin müavini, 1965-ci ildən isə sədri olmuşdu.

Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Avqust plenumunda Heydər Əliyev çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji isdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi.

Avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada mədəni-psixoloji iqlimini sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.

O, 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi və bu vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə məharətlə istifadə etdi. Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi. H.Əliyev qısa müddətdə respublikada idarəçəlik sistemini xeyli möhkəm-ləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.

H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu. O, 1978-ci il AZ,SSP Konsti-tusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də AZSSP-nin Konstitusiyası qəbul edildi. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəti-cəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.

H.Əliyevin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik faliyyəti sahəsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artdı. 14 ildə (1969- 1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehsalını malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı.

H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyin Cavidin cəsədininn qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan divizyasının böyük qələbəsinə xa-tirə ansanblı, Sevastopolda 77-ci divizyanın şərəfinə böyük abidə ucaldılmışdı.

H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verildi. Minlərlə Azərbaycanlı gənc digər şəhərlərdə aparıcı təhsil və elm ocaqlarına oxumağa göndərildi. 70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.

H.Əliyevin təşəbbüsü ilə milli özünədərk prosesi xeyli gücləndirildi. “Gəncə ”sözü yasaq edildiyi vaxt, “Yeni Gəncə” qəsəbəsi yaradıldı. Bakı rayonlarına “Nizami”, “Nəsimi” adları verildi. Naxçıvanda “Babək”, Yuxarı Qarabağda “Əsgəran” adlarının verilməsi bu yerlərin əzəli azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi. O, “İran Azərbaycanı ” terminini “Cənubi Azərbaycan” terminilə əvəz etdi.

Heydər Əliyev erməni millətçilərinin niyyətini yaxşı dərk edirdi, sərhəd rayonlarının iqtisadi və sosial-mədəni inkişafına böyük əhəmiyyət verir, qayğı göstərirdi. Belə ki, 70-ci illərdə mərkəz ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların isə yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Buna qarşı H.Əliyev 1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri hazırlanmasına və həyata keçirilməsinə nail oldu. İqtisadiyyat xeyli dirçəldi və Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu

Beləliklə H.Əliyevin çoxcəhtli partiya və dövlət idarəçiliyi sayəsində Azərbay­canın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət orqanlarının ictimai təşkilatların işində fəaliyyəti artdı. Dövlət və ictimai təşkilatla-rın mədəni tərəqqisi xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırıl-masına yönəldildi və səmərəli nəticələr verdi.

H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.

XX- əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçidiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə daxil olub.

Heydər Əliyevin təşəbbüsü ilə SSSR hökuməti Azərbaycanda sənayenin və kənd təsərrüfatının intensiv inkişafı üçün xüsusi qərar qəbul etdi və xeyli vəsait ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70- ci illərin ilk ilindən sürətlə başladı. Kapital qoyuluşunun həcmi 1970 -85 –ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da Sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.

Bu kapitalın 45% -dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti materialları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.

Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənərək iqtisadiyyatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirildi. Əlvan və qara metalugiyanın yeni istehsal sahələri yaranırdı.

Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni müəssələrin yaradılması sahəsində ciddi işlər görüldü.

Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14milyard kubmetr təbii qaz istehsal edilmiş-di.70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırılır. 70-ci illərdə Əli Bayramlı-Astara, Yevlax-Şəki, Dəvəçi-Xaçmaz, Yevlax-Xankəndi-Gorus-Naxçıvan, 80-ci illərdə Naxçıvan-Culfa-Ordubad, Qazıməmməd Qazax qaz kəmərləri çəkildi.

1970-80 –ci illərdə yeni müəssələr sənayenin təkmilləşməsi və məhsul isteh-sallarının artırılmasında əhəmiyyətli rol oynamışdur. Bu dövrdə 218 yeni sənaye mü­əssəsi istifadəyə verildi.

Mingəçevirdə elektrik stansiyası, Şəmkir Ses, Bakı Kondisioner zavodu, Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça, qənnadı, çini –saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.

Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir. 1970-85-ci illərdə yaradılan yeni sənaye müəssələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi sahələrində istifadəyə verildi.

70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi. Geoloji kəşfiyyat işləri genişləndi. 22 yeni neft və qaz yatağı kəşf olundu. Neft mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.

Üzən buruqlardan “Azərbaycan”, “Xəzər” vastəsilə dənizin dərinliyində 6000 metrə çatan quyular qazıldı. 70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlandı və zavod 1986–cı ildə fəaliyyətə başladı. Respublikada energetika sənayesi sürətlə inki­şaf edirdi.Araz çayı üzərində İran ilə birlikdə SES –sı tikildi. Yüngül sənaye, yeyinti sənaye müəssləri şəbəkəsi xeyli genişləndi.

Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqilyatın da inkişaf etdirilməsi vacib strateji məsələlərindən biri idi. 70-80 –ci illərdə yeni dəmir yolu –Ağdam –Xankəndi, Akstafa –İrəvan, Yevlax- Balakən xətləri istifadəyə verildi. 1985-ci ildə 2067 kmə çatan dəmir yolu xətti var idi.

Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Av­to­mobil yollarının uzunluğu 1985 –ci ildə 22,4 min km -ə çatırdı.

70-80-ci illərdə metro tikintisi sahəsində böyük uğur əldə olundu. 1970-ci ildə “Ulduz ” stansiyası istifadəyə verildi. 1972-ci ildə Bakının mərkəzini “8-ci km” qəsəbəsi ilə birləşdirən metro xətti “Bak Soveti” “Neftçilər” metro xətt işə düş­dü.1985-ci ildə “Memar Əcəmi ” stansiyasına, 1979 –cu ildə “Əhmədli ” stansiyasına qədər yeraltı dəmiryol xətləri istifadəyə verildi.

Azərbaycanın dəniz nəqilyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxstan, Sibir, İtalya, Əlcəzair, Pol­şa, Ruminiya və s. ölkələrə mal daşınırdı.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə ən mühüm iqtisadi nəticələrdən birini kənd təsərrüfatının dinamik inkişaf etməsi, ölkənin və respublikanın bütün iqtisadiyyatında onun rolunun artması təşkil edir. Bu dövrdə istehsalın elmi əsaslarla intensivləşdirilməsi və təkmilləşdirilməsi kənd təsərrüfatında nailiyyətlərin artmasında mühüm rol oynadı. 1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının güclən­dirilməsi­nə xüsusi diqqət yetirilirdi.

Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud miqdardadır. Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrin mümkün ehtiyatlarından tam və hərtərəfli istifadə edilməsi vacib idi. Lakin bu vacib məsələdə bütün əvvəlki dövrlərdə onun düzgün həllində elə bir əsaslı dönüş əldə edilməmişdi. Bunun üçün, ilk növbədə respublikada kənd təsərrüfatının ayrı-ayrı sahələrini onların hər birinə daha çox münasib olan əlverişli torpaq-iqlim şəraitində yüksək səviyyədə inkişaf etdirmək yolu ilə əkinçilik və heyvandarlığın müxtəlif təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və təmərküzləşməsi tələb olunurdu. Məhz 70-80-ci illərdə Azərbaycan kənd təsərrüfatında qazanılan uğurların təməlində, birinci növbədə onun inkişafının bu başlıca şərtinin tələblərinin düzgün qiymətləndirilib istifadə edilməsində mühüm addımlar atıldı. Bundan başqa, kənd təsərrüfatının böyük nailiyyətlərində Azərbaycan şəraitində müstəsna əhəmiyyət kəsb edən suvarılan torpaq sahələrinin artırılmasının da böyük rolu oldu. Respublikada mühüm əhəmiyyətə malik çoxlu su təsərrüfatı qurğusu yaradıldı və kanallar çəkildi. 70-80-ci illərdə bir çox hidrotexniki komplekslər və dəryaçalar, o cümlədən Tərtərçay və Yuxarı Xanbulançay su təsərrüfatı kompleksləri, Araz, Şamxor, Arpaçay, Nurs, Sirab, Bənənyar, Aşağı Köndələnçay dəryaçaları, Baş Mil, Lənkəran kanalları, Yuxarı Şirvan kanalının Ağsu qolu və başqa obyektlər istifadəyə verilmişdi. Bu tədbirlər nəticəsində suvarılan əkin sahələri təqribən 30 faizə qədər artdı.63 1970-1985-ci illərdə respublikada kənd təsərrüfatı təyinatlı torpaqlar həcmcə az dəyişmişdi. Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 4032 min hektardan 4327 min hektara (artım 285 m.h.) qalxmışdı. Onlardan şum yerləri 1320 min hektardan 1454,3 min hektara (artım 134,3 m.h.), biçənək sahələri 112 mindən 124 min hektara, otlaqlar və örüşlər isə 1089 min hektardan 2245 min hektara qədər artmışdı. Yeni texnika və texnologiyanın, səmərəli əkinçilik sistemlərinin tətbiqi, növbəli əkinçilik sisteminin geniş mənimsənilməsi, kənd təsərrüfatına yararlı torpaqların, xüsusilə də əkin yerlərinin istifadəsi vəziyyətə əhəmiyyətli təsir göstərdi. Əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mədən gübrələrinin, bitkiləri xəstəlikdən və ziyanvericilərdən qoruyan kimyəvi vasitələrin tətbiqi genişlənməyə başlayır. Geniş şoran torpaqların, quru iqlimi və az suyu olan Azərbaycan üçün meliorasiya tədbirlərinin çox mühüm iqtisadi və sosial əhəmiyyəti vardır. Bu baxımdan respublikada müəyyən işlər görülmüşdü. 1975-1985-ci illərdə 192 min hektardan çox yeni suvarılan, 381 min hektardan çox sahə meliorasiya cəhətdən 158 yaxşılaşdırılmış, 493 min hektara qədər əsaslı surətdə hamarlanmış torpaq istifadəyə verilmiş, 989 min hektar otlağa su çıxarılmışdı.

Elmi-texniki tərəqqi gücləndikcə, təsərrüfatlar nisbətən daha mükəmməl texnika və mexanizmlərlə təchiz olunduqca, istehsalın və əməyin enerji ilə silahlanma səviyyəsi artırdı. Lakin kənd təsərrüfatında əməyin enerji ilə silahlanma səviyyəsinin artmasına görə respublika ölkə üzrə orta göstəricilərdən hələ geri qalırdı.

1970-1980-ci illərdə yeni maddi-texniki bazaya və sənaye xarakterli texnologiyalara əsaslanaraq, kənd təsərrüfatının tərəvəzçilik, çayçılıq, tütünçülük, meyvəçilik, quşçuluq və digər sahələri dinamik inkişaf etmişdir.

70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşməsi prosesi sürətləndi. Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi.18 rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə, Ağcəbədi, Beyləqan, Sabirabad idi. 1985-ci ildə pambıq əkin sahələri 295,5 min hektara çatmışdı.

Başqa sahələrdə də təmərküzləşmə gedirdi. Tərəvəzin 92 faizindən çoxu Lənkəran, Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara, taxılçılıq mərkəzi aran, Şəki İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçülük bütün təbii iqtisadi zonalarda yetişdirilirdi.

Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-85 –ci illərdə orta hesabla 1966-70 –ci illərə nisbətən 2,6 dəfə çoxaldı

1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona, tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.

XX əsrin 70-ci və 80-ci illərinin birinci yarısı Azərbaycan iqtisadiyyatının xüsusi tarixi mərhələsini, onun bütün sahələrinin ona qədərki inkişafının ən yüksək zirvəsini təşkil edir. Əsas sosial-iqtisadi göstəricilərə görə geridə qalan Azərbaycan az vaxt içərisində, inkişafın başlıca keyfiyyət ölçülərinə görə, müttəfiq respublikalar içərisində nəinki ön sıralara, hətta çoxlarına görə birinci yerə çıxdı. Bu illərin misli görünməmiş inkişafı nəticəsində heç zaman Azərbaycan iqtisadiyyatı o mərhələdə olduğu qədər öz təbii sərvətinin ehtiyatlarından və çoxlu başqa istehsal imkanlarından belə dolğun istifadə etmək şəraitinə malik olmamışdı. Respublika xalq təsərrüfatının istehsal yönümünün çoxcəhətliyi, quruluşun təkmilliyi və daha çox mükəmməlliyi baxımından özünün keçdiyi tarixi mərhələlərinin heç birində bu qədər yüksək səviyyəyə qalxmamışdı. Məhz iqtisadiyyatının daha çox hərtərəfli kompleks inkişafı nəticəsində Azərbaycanın ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların həcminə görə rolu xeyli genişləndi. 80-ci illərin sonunda Azərbaycandan ixrac edilən məhsullar onun istehsalının ümumi həcminin 27,1 faizini, idxal olunan məhsullar isə 21,3 faizini təşkil edirdi

Beləliklə, 70-80-ci illərdə azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi. Əsas sosial iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları içərisində ön sıraları keçdi. Azərbycanın ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların istehsal həcminə görə rolu xeyli genişləndi.

Akademik Cəmil Quliyev yazır: “1969-cu ilin yayından H.Əliyevin respubli-kaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial –iqtisadi və ictimai-siyasi həyatında dönüş başlandı. H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi. Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu”.


Respublikanın 70-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaşdırılmasına şərait yaratmışdı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci illərdə 1,3 dəfə, kolxozçuların orta aylıq əmək haqqı isə 1,5 dəfə artmışdı. Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı.

70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə ar-tmışdı. Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və qəsəbələr salınmış, çoxmərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 35 mln kv-metr mənzil sahəsi tikilmişdi. 3 milyona qədər əhalinin mənzil şəraiti yaxşılaşdırılmışdı.

Beləliklə, 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda, məişətində, rifahında mühüm dəyişikliklər baş vermişdi, gəlirlər, alıcılıq qabiliyyəti, ticarət, ictimai iaşə, tibb, rabitə, məişət xidmətlərinin səviyyəsi yüksəlmiş, yaşayış məntəqələrinin su, qaz, kanalizasiya sistemləri ilə təchizi yaxşılaşmışdı.

Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, Fəvvarələr meydanı, yaradılmışdı. 70-ci illərdə Baku Dəniz Vağzalı, Respublika Sarayı, Gülüstan sarayı, Velotrek tikildi. Həmin illərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılaraq, Kür su kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti inkişaf etdikcə təhlükəsizlik texnologiyasına ciddi əməl olunmaması, təmiz-ləyici qurğulardan istifadə edilməməsi respublikada ekoloji mühitin gündən–günə pozulmasına gətirib çıxardı.

Bakı, Sumqayıt, Gəncə, Əli bayramlı şəhəri ekoloji cəhətdən daha çox çirklənmişdi. Bakıda çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi həddən çox çirklənmişdi. Kimya zavodları Sumqayıt şəhərini “ölü şəhərə” çevrilmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarına çirkab və zəhərli maddələrin axıdıl­ması böyük problem yaradırdı.

70-80- ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı. Hər min nəfərə, təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil edirdi. Əhalinin sosial–sinfi strukturu da yeniləşmişdi. 1989-cu ildə əhalinin 86,8 faizini fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi. Əhalinin milli tərkibində də mühüm dəyioşikliklər baş vermişdi. 1989-cu il siyahıya alınmasına görə 7 milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min nəfərini ruslar, 390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə respublikada 82 xalqın nümayəndəsi məskunlaşmışdı.

Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycanın iqtisadiyyatında ciddi geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi rejimində baş verən gərgin və təlatümlü hadisələr onu sarsıdaraq, iqtisadiyyatın tənəzzülünü sürətləndirdi. Mühüm, kənd təsərrüfatı məhsulları istehsalında ciddi geriləmə baş verdi.

Azərbaycanın ictimai-siyasi həyatının təsərrüfat sisteminin ahəngi 1987-ci ildə erməni millətçilərinin “Dağlıq Qarabağ” ətrafında başladıqları fitnəkarlıqlıa pozuldu. Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini ge-nişləndirirdilər. İlk növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adl altında respublikadaböyük gəlir verə üzüçülüyün ləğv edilməsinə çalışırdılar. 1990-cı ildə 107 min hektar üzüm sahəsi ləğv edilmişdi.

1988-ci ildə Gəncə avtomobil zavodunun, AKTİ-nin tələ şəhərciyinin tikintiləri dayandırıldı.

Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə azaldıldı. Əsas fondların istifadəyə verilməsi 1990-cı ildə 1985-ci ilə nisbətən 50 faiz aşağı düşdü. Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1milyon tona, qaz hasilatı isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad, dəmir, sement, yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmişdi.

Kimya sənayesi müəssisələrinin çoxu öz imkanlarından aşağı səviyyədə işləyirdi. Məhsul istehsalı və satışı planları yerinə yetirilmirdi, istehsalın artım sürəti plandan iki dəfə aşağı idi. Neft sənayesi üçün boru istehsalı planı yerinə yetirilmirdi. Dəmir filizi və polad borular istehsalı həcmi azalmışdı.

1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətli, çox çətin və ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma, millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi iqtisadi inkişafa mane olurdu.

70-80-ci il illər azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatinda mühüm irəliləmələr dövrü olmuşdur. Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki təhsil bazası möhkəmlənmiş, tədrisin səviyyəsi xeyli yüksəlmişdi .

Bu illərdə respublikada 101 min nəfərlik məktəbəqədər uşaq müəsssəsi tikilib istifadəyə verilmişdir. Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdi. Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı. Bu məktəblərdə müəllimlərin sayı 132-min nəfərə qədər artmışdı.

Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəəaliyyət göstə­rir­di. Azərbaycanda milli hərbi, kadrlar yeyişdirilməsini təmin etmək məqsdilə H.Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəb, təşkil olundu.

80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri, o cümlədən 91 niioner məktəblilər sarayı, 1593 nioner düşərgəsi, 240-dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.

Peşə təhsili sistemi inkişaf edirdi. 70-80-ci illərdərespublikada 100 yeni texniki –peşəməktəbi təşkil edilmişdi. 1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər şagirdtəhsil alırdı. Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, məişət xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər. Təsərrüfat, maarif ,mədəniyyət, səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70min tələbə təhsil alırdı. Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı Pedaqoji, Gəncə tikinti-inşaat texnikumları, Şuşa pedoqoji məktəbinin, Mingəçevir və Naxçıvan politexnikumlarının, Şəki pedoqoji məktəbinin yeni tədris binaları və yataqxanaları tikilərək istifadəyə verildi. Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.

70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1971-ci ildə Rus dili və Ədəbiyyati (Slavyan Universiteti) və Pedoqoji xarici dillər Unstititları yarandı.Azərbaycan Dövlət Pedaqoji institutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə Xankəndi Pedoqoji instititları , 1976-cı ildə Gəncə Texnologiya İnstitutu təşkil edildi.

1980-ci ilərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi. Bu ali məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor, akademik, 3021nəfər dosent dərs deyirdi. Ali məktəblərdə hər il 100 min nəfər tələbə təhsil alırdı. Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.

Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi. Azərbaycan tarixinin tədrisi artırıldı.1988-ci ildən bütün ali və orta ixtisas məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illərin sonlarında hər 1000 nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta təhsilli idi.

İnsanların biliyinin, mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.

70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066 klub və mədəniyyət, 111 kinoteatr istifadəyə verilmişdi.

Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və jurnalların sayı 45,3 milyon nüxsəyə çatdırılmışdı. Hər 100 nəfərə 6,4min nüxsə kitab və jurnal düşürdü. Respublikada 87 yeni muzey-1972-ci ildə Azərbaycan xalçası və tətbiqi sənət muzeyi” Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə U.Hacıbəyovun və S.Vurğunun, 1981-ci ildə Naxçıvanda H.Cavidin, 1982-ci ildə Bakıda C.Cabbarlının, Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-diyarşünaslıq muzeyləri təşkil olundu.

Həmin dövrdə Gəncədə “Nizami “təsviri sənət qaleriyası, “Nizami dövrü və yaradıcılığı” muzeyi açıldı.

70-80-ci illərdə respublikada 8 yeni dövlət teatırı açıldı və onların sayı 20-yə qədər olmuşdur.

Kütləvi informasiya vastələri şəbəkəsi artmaqda idi.1990-ci ildə 256 qəzet, jurnal və məcumə çap olunurdu.Dövri nəşrlərin illik tirajı 49 milyon nüsxədən çox idi.

1976-88-ci illərdə 10 cildlik “Azərbaycan Sovet Ensklopediyası ” çapdan çıxdı. Bu dövrdə 20 cildlik”Azərbaycan Ədəbiyyatı Kitabxanası” 50 cildlik “Dünya Uşaq ədəbiyyatı Kitabxanası”, 100 cildlik “Dünya Ədəbiyyatı kitabxanası”, “Molla Nəsrəddin” 12 cildlik toplusu nəşr edildi (1-ci cild).

70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə olunmuşdu.Elmi müəssisəərin sayı 151-ə , o cümlədən elmi-tədqiqat istitutlarının sayı 85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3 nəfərdən artmıdı.

1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə başladı. 1975-ci ildən “Xəzər” elmi Mərkəzində respublikanın təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı. 1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elm-istehsalat Birliyi fəaliyyətə başladı.

1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə, 3300 elmi işçi fəaliyyət göstərirdi.

Azərbaycan alimlərinin bir çox işləri, xüsusən neft sənayesi ilə bağlı tədqiqatları, neft-kimya, geologiya, riyaziyyat və biologiya sahəsindəki araşdırmaları respublikanın hüdudlarından kənarda da tanınırdı. Onların elmi nailiyyətlərinin tətbiqi coğrafiyası genişlənərək keçmiş SSRİ-nin bütün əsas iqtisadi rayonlarını əhatə edirdi.

Bakı həmin dövrdə “Neft Akademiyası”adlanırdı. Bu sahədə görməkli alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqaları görkəmli araşdırmalar aparırdılar. O dövrdə Fərman Salmanovun rəhbərliyi altında Qərb Sibirin neft və qaz yataqları kəşf olunmuşdu.

Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi. Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov, Tofiq Köçərli, Qaraş Mədətov, Mahmud İsmayılov və b. Azərbaycan tarixinə, Məmmədağa Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov, Əlövsət Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə, Əziz Şərif, Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Azadə Rüstəmova və b. Azərbaycan ədəbiyyatına, Aslan Aslanov, Firudin Köçərli, Fuad Qasımzadənin fəlsəfəyə, Əhməd Mahmudov, Asəf Nadirov, Ziyad Səmədzadə, Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və b. iqtisadiyyata dair tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə böyük rol oynamışdı.

Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu. M.Dilbazi, Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışlar.

Bədii nəşrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Balayevanın əsərləri çox maraqla oxunulurdu.

Xalqda milli şüurun oynamasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi. Mirzə İbrahimovun “Pərvanə”, “Cənub hekayələri” maraqla qarşılanırdı.

Respublikada musiqi, ifaçılıq teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi. Rəşid Behbudov, Müslüm Maqomayev (nəvə), Zeynəb Xanlarova, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar, Rauf Atakişiyev, Rübabə Muradova, Fərhad Bədəlbəyli, Vaqif Mustafazadə, Habil Əliyev, Həbib Bayramov, Hacı Məmmədov, Ramiz Quliyevin ifaçılıq sənəti özünəməxsus zəngin koloriti və təkrarsızlığı ilə seçilirdi.

Fikrət Əmirovun “1001 gecə”, Aqşin Əlizadənin “Babək” baletləri musiqi sənətinin ən mühüm naliyyətləri idi. Şərqdə ilk olaraq bir qadın kimi Şəfiqə Axundova “Gəlin Qayası” operasını yazdı.

Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. “Azərbaycanfilm” kinostudiya­sında “Şərikli çörək” “Yeddi oğul istərəm”, “Ulduzlar sönmür”, Babək”, “Tütək səsi”, “İstintaq”, “Axırıncı aşırım”, “Dədə Qorqud” və başqa filmlər çəkildi.

Görkəmli aktyorlar Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Möhsün Sənani, Rza Əfqanlı, Mustafa Mərdanov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məlik Dadaşov, Əli Zeynalov, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev, Sofya Bəsirzadə və onlarla başqaları Azərbaycan səhnəsində yüzlərlə orijinal və parlaq obrazlar yaratmışdılar. Azərbaycan səhnəsinə Həsən Turabov, Amaliya Pənahova, Səməndər Rzayev, Fuad Poladov, Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırov, Arif Quliyev, Hamlet Xanızadə, Əliabbas Qədirov, Mikayıl Mirzə və başqalarının təmsil etdiyi yeni, istedadlı bir nəsil gəlmişdi.

Azərbaycan memarlığı daha çox tərəqqi etmişdi. Yaşayış binalarının kütləvi inşası ilə yanaşı, orijinal layihələr üzrə şəhərləri bəzəyən iri ictimai binalar da tikilmişdi. Memarlar M.Hüseynovun, H.Ələsgərovun, Ə.Hüseynovun və b. layihələri ilə Bakıda və respublikanın digər şəhərlərində milli memarlıq elementlərini əks etdirən layihələr üzrə onlarla bina inşa olunmuşdu. Bakıda "Bakı" (1970), "Moskva" (1978), "Azərbaycan" (1970), "Qarabağ" (1970), "Abşeron" (1985) mehmanxanaları, "Respublika" (o zaman Lenin adına) sarayı (1972), "Gülüstan" sarayı (1978), Gəncədə "Kəpəz", Şəkidə "Şəki", Şuşada "Şuşa" mehmanxanaları tikilmişdi.

Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr oldu. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elmi, mətbuat, ədəbiyyat və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı. Respublikanın mənəvi sərvətləri, kadr potensialı daha da artdı. Xalqın mədəni irsinin , tarixinin , dilinin öyrənilməsi və təbliği genişləndi.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin