Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XVIII Mövzu II Dünya müharibəsindən sonra Azərbaycanda



Yüklə 1,63 Mb.
səhifə19/23
tarix07.09.2017
ölçüsü1,63 Mb.
#29197
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23

XVIII Mövzu

II Dünya müharibəsindən sonra Azərbaycanda

sosial-iqtisadi və siyasi vəziyyət

PLAN
1. Müharibədən sonra Azərbaycanda sosial–iqtisadi və siyasi vəziyyət.

2. Azərbaycan–Ermənistan münasibətləri. Azərbaycanlıların Ermənistandan

kütləvi surətdə deportasiyası.

3. Müharibədən sonra Cənubi Azərbaycanda demokratik və milli-azadlıq

hərəkatı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi .VII cilddə, VII cild, Bakı,2003,səh.200-297

2. Məmmədov İ. Məmmədov C.Azərbaycan tarixi .Bakı, 2009. səh.176-200.

3. Mustafazadə T.Umumi tarix, IV cild. Bakı,1997.

4. Siyasi tarix (dərs vəsaiti) II hissə. Bakı,1998 səh. 86-100

5. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir. I,II,cildlər. Bakı, 1997.

6. Əliyev H.Ə. “1948-1953-cü-illərdə azərbaycanlıların Ermənistandan kütləvi

surətdə deportasiyası haqqında” 18 dekabr, 1997-ci il fərmanı

“Azərbaycan”qəzeti, 19 dekabr 1997-ci il .

7. Rəhimli Ə. Güney Azərbaycanda milli demokratik hərəkat (1941-1946), Bakı,

2003.


8. Didərginlər. Bakı,1990.

Müharibə Azərbaycanın da sosial-iqtisadi durumuna güclü zərər vurmuşdu. Sənaye məhsulu 1945-ci ildə 1940-cı ilə nisbətən 22 faiz, neft istehsalı təqribən yarıbayarı azalmışdı. Kənd təsərrüfatındada ciddi geriləmə baş vermişdi. Pambıq istehsalı 1940-cı ilə nisbətən təqribən 3 dəfə, xam ipək istehsalı 2 dəfə azalmışdı. Əhalinin sayı 1940-cı ildəkindən (3304,1min) 17,65 faiz fəhlə və qulluqçuların sayı 60 mindən çox azalmışdı.

Müharibədən sonra Azərbaycanda təsərrüfatın bərpa və inkişaf etdirilməsinə başlandı. Tezliklə təsərrüfatın bütün sahələri dinc quruculuq müstəvisinə keçiril- məli və sonra inkişaf etdirilməli idi. Bu vəzifələr 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik planda öz əksini tapmışdı. Həmin plana görə sənaye məhsulu istehsalı müharibədən əvvəlikinə nisbətən18 faiz, kənd təsərrüfatı istehsalı isə 28,2 faiz artmalı idi.

1946-cı ildə xalq təsərrüfatının dinc quruculuq müstəvisinə keçirilməsi vəzifəsi həyata keçirdi. 1948-ci ildə isə Azərbaycanda sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdırdı. 1946-1950-ci illərdə Buzovna, Maştağa (1945), Gürgan-dəniz, Hövsan və Umbakı (1948-1950), Neft daşları (1950)yeni neft və qaz yataqları kəşf edirdi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft- mədən estakadaları quruldu. 1949-cu il noyabrın 7-də Xəzərdə qazılan neft quyusu fontan vurdu.

Xəzər nefti SSRİ-yə xidmət etməyə başladı. İndi Bakı–Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin başa çatması ilə o, dünyaya xidmət edir.1950-ci ildə estakadaların uzunluğu 18,9 km-ə çatdırıldı.

Müharibədən sonrakı ilk onilliyin axırında (1945-1955-ci illər) neft hasilatı 116,6 milyon tona çatdırdı. 1946-1950-ci illərdə neft emalı zavodları yenidən qu-ruldular. 1946-1950-ci illərdə respublikada sənayenin ümumi məhsulu 78 faiz artdı. Neft hasilatı 28 faiz, qaz çıxarılması 26 faiz çoxaldı. 1946-1950-i illərdə neft emalının həcmi 1,3 dəfə artdı.

Həmin illərdə polad əridilməsi 89 faiz, prokat istehsalı 70 faiz, elektirik enerjisi hasilatı 76 faiz, sement istehsalı 48 faiz artdı. Müharibədən sonra Sumqayıt, Mingəçevir, Daşkəsən kimi sənaye şəhərləri yaradıldı. Sumqayıtda kimya və metallurgiya, Mingəçevirdə energetika sənaye sahələri inkişaf etdirilməyə başladı. Daşkəsəndə isə dəmir filizi yataqları istifadəyə verildi. Daşkəsən filiz saflaşdırma kombinatı yaradıldı.

Ümumən, müharibədən sonrakı on il ərzində Azərbaycanda 108 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Onlardan Bakı asbest-şifer zavodunu (1948), Qaradağ sement zavodunu (1951), Yeni neftayırma zavodunu (1953) və b.göstərmək olar.

Kənd təsərrüfatının bərpa və inkişafına diqqət artırılmışdı. ÜİK(b)P MK-nın fevral (1947-ci il) Plenumu "Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını yüksəltmək tədbirləri haqqında" qərar qəbul etdi. Əkin sahələrinin genişləndirilməsi, dənli və texniki bitkilərin məhsuldarlığının yüksəldilməsi, heyvandarlığın məhsuldarlığının artırılması, MTS və sovxozların işinin yaxşılaşdırılması, kənd təsərrüfatı maşınları istehsalının artırılması barədə tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd təsərrüfatının istehsalat-texniki bazası xeyli möhkəmləndirildi.

İrriqasiya tikintisi genişləndi. Kür-Araz ovalığının, Samur-Dəvəçi kanalı zonasının və respublikanın digər regionlarının suvarılmasının həyata keçirilməsi üçün mühüm tədbirlər görüldü. Salyan düzənliyində və Şimali Muğanda suvarma sistemlərinin yenidən qurulması və tikintisi əsasən başa çatdırıldı. Bunun nəticəsində əkinə yararlı torpaqların sahəsi genişləndi.

Kənd təsərrüfatının inkişafında kolxozların təşkilat-təsərrüfatca möhkəmləndirilməsi mühüm əhəmiyyətə malik idi. "Kolxozlarda kənd təsərrüfatı arteli Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında" SSRİ XKS və 81 ÜİK(b)P MK-nın 1946-cı il 19 sentyabr tarixli qərarına uyğun olaraq kolxozların ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqlardan istifadə edilməsini nizama salmaq, kolxozçuların əməyini səmərəli təşkil etmək, artelin Nizamnaməsinin prinsiplərinə riayət etmək sahəsində mühüm işlər görüldü. Bunun nəticəsində kolxozlara 20667 hektar torpaq, 5583 baş iribuynuzlu və 21266 baş xırdabuynuzlu mal-qara, 779 baş at və s. qaytarıldı. Kolxozların 16797 nəfər inzibati işçisi ixtisara salınaraq istehsalata göndərildi. Kolxozlara 3588 min manat borc ödənildi. Bütün bunlar təsərrüfatların ictimai mülkiyyətinin daha da inkişafına və kolxozçuların əmək fəallığının artmasına kömək etdi.

1946-1950-ci illərdə dövlətin və kolxozçuların bu sahəyə qoyduqları əsaslı vəsait 109,6 milyon manat idi. Bu müddət ərzində respublikaya 4200 traktor (15 at gücündə), 273 taxıl kombaynı və çoxlu miqdarda digər kənd təsərrüfatı maşını gətirilmişdi. 1945-ci ildən 1950-ci ilədək traktorların sayı 5100-dən 9400-ə, yük avtomobillərinin sayı 900-dən 3700-ə qədər artmışdı.40 MTS-lərin şəbəkəsi genişlənmiş, 12 MTS və 3 MHS (MaşınHeyvandarlıq Stansiyası) yaradılmışdı.

Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və kolxozçuların təşkilattəsərrüfatca möhkəmləndirilməsi üçün 1950-ci il iyunun 7-də SSRİ Nazirlər Soveti "Xırda kolxozların iriləşdirilməsi haqqında" qərar qəbul etdi. 1951-ci il fevralın 1-nə respublikanın kənd təsərrüfatında 3136 artel 1044 təsərrüfatda birləşdirildi.46 Kolxozların sayı 1950-ci ildəki 1615-dən 1951-ci ildə 1359-a qədər azaldı.47 Kənd təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da mühüm yer tuturdu. 1950-ci ildə Azərbaycanda 46 sovxoz var idi ki, bu da 1940-cı ildəkinə nisbətən 4 sovxoz az idi.48 Lakin kənd təsərrüfatına rəhbərlikdəki nöqsanlar kolxoz və sovxozların üstünlüklərindən, onların daxili ehtiyat və imkanlarından istifadə etməyə mane olurdu. Geridə qalan təsərrüfatların sayı çox idi. Kolxozlardan dövlət anbarlarına tədarükü artırmağı tələb edirdilər. Kənd təsərrüfatı məhsullarının təhvili planlaşdırılarkən kəndin imkanları yox, dövlətin tələbləri əsas götürülürdü. Kənd təsərrüfatının texniki təchizatı aşağı səviyyədə qalırdı. Kənd təsərrüfatının idarə olunması sistemi dəyişmişdi. Yerli rəhbərlər kolxoz əmlakına göstəriş verməklə təsərrüfatlara hökm etməkdə, öz mülahizələrinə görə, istədikləri kimi fəaliyyət göstərməkdə davam edirdilər. Həm şəxsi, həm də ictimai təsərrüfatlar maliyyə məngənəsinin əsarəti altında idi. Kolxozçunun öz həyətində saxladığı hər şeyin üzərinə o qədər vergi qoyulurdu ki, mal-qara saxlamaq, meyvə ağacı yetişdirmək sadəcə olaraq sərfəli deyildi. Kolxoz və sovxozların məhsullarının satınalma qiymətləri isə o qədər aşağı idi ki, kolxozçuların və fəhlələrin əməyinin haqqını çox vaxt ödəmək mümkün olmurdu.
Kənddə həyata keçirilmiş tədbirlər nəticəsində kolxozlar xeyli möhkəmləndi və iri çoxsahəli təsərrüfatlara çevrildi. Azərbaycanda 1950-ci ildəki 1615 kolxoz müqabilində 1970-ci ildə 992 kolxoz var idi. Kolxozların sayının azalmasına onların iriləşdirilməsi və bəzi kolxozların sovxozlara çevrilməsi səbəb olmuşdu.154 Azorbaycanda sovxoz quruculuğu müvəffəqiyyətlə inkişaf edirdi. Sovxozların sayı 1950-ci ildə 46-dan 1970-ci ildə 406-ya, onların işçilərinin sayı isə müvafiq olaraq 12,7 mindən 169,5 nəfərə qədər artmışdı.155 50-60-cı illərdə Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək sahəsində həyata keçirilən tədbirlər kolxoz və sovxozların maddi-texniki bazasını nisbətən möhkəmləndirdi. Kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü artdı. Həmin illərdə kənd təsərrüfatının ümumi məhsulu 1,9 dəfə çoxaldı.

Buna baxmayaraq, kənd təsərrüfatı, xüsusən əkinçilik bitkilərinin əkin sahələri və məhsuldarlığının həcmi (taxıl,bostan məhsulları, meyvə və s.) aşağı düşmüşdü. 1951-ci ildə kolxozların iriləşdirilməsi tədbirləri də vəziyyətdən çıxmağa kömək etmədi. Kənd təsərrüfatınıda geriləmənin başlıca səbəbini işçi qüvvəsinin, texnikanın çatışmaması ilə yanaşı, kolxozçuların maddi marağının olmaması da təşkil edirdi. Bu da zorakılıqla yaradılmış kolxoz quruluşunun ciddi qüsurlarından soraq verirdi. Rentabelliliyin aşağı olması, aqrotexniki qaydaların ciddi pozulması, kompleks mexanikləşdirmənin, elmin nailiyyətlərinin və qabaqcıl təcrübənin istehsalata ləng tətbiqi bu vəziyyəti daha da ağırlaşdırırdı.

Bu illərdə əhalinin sosial vəziyyətində də dəyişikliklər baş verdi. 1947-ci ilin dekabrında ərzaq və sənaye mlları satışındakı kartoçka sistemi ləğv olundu. Ölkədə pul islahatı keçirildi. 1948-ci ildən etibarən ərzaq və sənaye mallarının qiymətləri ardıcıl olaraq aşağı salınmağa başladı. 1950-ci ildə ümumi qiymətlər 1947-ci ilə nisbətən 43, o cümlədən ərzaq mallarının qiymətləri 47 faiz, sənaye mallarının qiymətləri 35 faiz aşağı salınmışdı. 1951-1954-cü illərdə də hər il qiymətlərin aşağı salınması davam etdirilmişdi.

Müharibədən sonra da əsas siyasi hakimiyyət Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin Siyasi Bürosunun, xüsusən partiyanın rəhbəri İ.Stalinin əlində cəmləşmişdi.

Müharibədən sonra 1946-cı ilin martında Xalq Komissarları Sovetləri Nazirlər Sovetləri adlandırıldı. İ.Stalin ÜİK (b) PMK Siyasi Bürosunun sədri, Kommunist Prtiyasının rəhbəri olmaqla yanaşı SSRİ Nazirlər Sovetinin sədri təsdiq edildi. O, həm partiyanın, həm də hökumətin başçısı oldu. Bu struktur respublikada da tətbiq olundu.

Müharibədən sonra da Azərbaycanda 1937-ci il və müharibə abı- havası davam edirdi. İ.Stalinin şəxsiyyətinə pərəstiş daha da güclənmişdi. Ölkədə yenidən repressiyalar başlandı. İlk növbədə alman əsirliyindən qayıdanlara nəzarət artdı. Onlara inamsızlıq hökm sürməyə başladı. Onlardan çoxları məhkum və ya sürgün olundular. Kadr siyasətində qeyri millətlərin nümayəndələrinə, xüsusilə ermənilərə yaşıl işıq yandırıldı. Gənclərin milli ruhunu boğmaq üçün tədbirlər görüldü. Hələ ikinci dünya müharibəsi illərində (1942-1943-cü illərdə) ali məktəb tələbə və aspiratlarından İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, (Hüseynoğlu), Hacı Zeynalovun başçılığı ilə yaradılmış “İldırım”təşkilatına və onun üzvləri olan Azər Ələsgərova, Kamal Əliyeva, Aydın Vahidova və Musa Abdullayeva divan tutuldu. 1948-ci ilin yazında təlşkilatın üzvləri mühakimə olundular.Onlardan 3-ü 25-il müddətinə konslagerə göndərildi, 4-ü 10 il və biri isə 7 il həbs cəzasına məhkum edildi.

Müharibədən sonra totalitarizmin güclənməsini şərtləndirən cəhtlərindən biri də, hakim ideologiasının inhisarının gücləndirilməsi oldu. 1947-1951-ci illərdə fəlsəfə (1947) biologiya (1948) fiziologiya (1950) dilçilik (1950) siyasi iqtisad (1951) elmləri üzrə keçirilən diskussiyalar buna misal ola bilər. Bu zaman bir sıra açıq fikirli görkəmli alimlər gözümçıxdıya salındılar. Bakı Dövlət Universitetinin biologiya fakultəsində çalışan professor genetik M.Ə. Axundov tutduğu vəzifələrdən uzaqlaşdırıldı.

Fəlsəfə və tarix elmlərində bu özünü daha qabarıq göstərdi. Bu dövrdəki ədəbiyyatda Qafqazın o cümlədən, Azərbaycanın Rusiya tərəfindən işğal olunması saxtalaşdırıldı. XIX əsrin əvvəllərində Azərbaycanın işğalı onun guya könüllü olaraq, Rusiyanın tərkibinə daxil olması kimi qələmə verilirdi. Azərbaycan Cümhuriyyətinin tarixi saxtalaşdırılırdı. Bu illər Azərbaycan tarixinə “musavat dövrü” kimi təqdim olunurdu. Bu dövr təhsil müəssələrində tədris olunmurdu.Sanki, Azərbaqycan tarixində belə dövr olmamışdı.

Türk dünyasının unudulmaz abidəsi “Kitabi Dədə Qorqud” irticaçı xan – bəy eposu kimi qiymətləndirilir, onun tətqiqatçıları, o cümlədən Həmid Araslı təqib olunurdu. Məşhur Azərbaycan tarixçisi, pedaqoqu A.A.Bakıxanov idealizimində fanatizmndə Mirzə Kazımbəy “Çarızmın sadiq qulu” olmaqda günahlandrılırdı. Akademik M.A.Dadaşzadə “Türkiyənin casusu ” kimi damğalanmış, akademik yazıçısı Mirzə İbrahimov SSRİ Elmlər Akademiyasının müxbir üzvu, professor A.O. Makolevski sayıqlığını itirməkdə, Məmməd Rəfili “Kosmopolitizmdə” təqsirləndirilirdi.Yazıçı Süleyman Vəliyev sürgün edilmişdir. Görkəmli filosof, akademik Heydər Hüseynov “XIX əsir Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinə görə kəs-kin tənqid olunmuş və “ingilis casusu” adlandırımışdı.O, bu haqsızlığa dözməyərək intihar etmişdi.

Neftçi alimlərdən Prof. Ələşrəf Əlizadə, prof. Baxşıbəy Sultanov, Əli Muradbəyli, Yusif Səfərov, Filosoflarda Əli Əlizadə, yzıçılarda Əbülhəsən Ələkbərzadə şair Səməd Vurğun, Bəstəkar Ü.Hacıbəyov və b. hələ də təqib olunurdular.

1947-ci il iyunun əvvəllərin də verilmiş cinayət fərmanına əsasən Azərbay-canda Sovet rejiminə qarşı sədaqətlə xidmət edən müxtəlif təbəqələrdən olan 10 minlərlə adamlar represiya qurbanları olmuşlar. Cəmiyyətin ən dəyərli kapitalı olan insan sosialist mülkiyyətinə məxsus adi bir alət, əşya, quzu, çəpiş və danadan ucuz olmuşdur.

Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparan M.Ə.Rəsulzadənin xalqı bu ruhda marifləndirmək məqsədilə 1949-cu ildə Ankara da yaratdığı “Azərbaycan Kültür dərnəyi” antisovet, antiazərbaycan və müntəce qurum kimi lənətlənirdi. 1953-cü il martın 5-də İ.Stalinin vəfatından sonra Azərbaycanda da siyasi abı-hava dəyişdi. M.C. Bağırov tutduğu vəzifəsindən (Nazirlər Sovetinin sədri) çıxarıldı. Bir müddət Uralda, Kuybşev neft birliyində müavin işlədi. Sonra, 1953-cü ildə həbs olundu və mühakimə (1956 cı il 12- 26 apreldə) olunaraq ölümə məhkum edildi.

M.C.Bağırovun rəhbərliyi vaxtında güc orqanlarına başçılıq etmiş Sumbatov-Toprudze, X. Qriqoryan, R.Marqaryan, T.Barşov, S.Yemelyanov, A.Atakişiyev və b.da mühakimə olundular. Onlardan ilk 4-ə güllələnmə kəsildi. Digərləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.

1954-cü ilin fevralında İ.D.Mustafayev AKP MK-nın Birinci katibi seçildi. Onun başçılığı ilə Azərbaycanda yeni rəhbərlik formalaşdırıldı. O, Azərbaycanda müla­yim, demokratik ab-havanın, milli meyllərin dirçəlişi, yeni sənaye şəhərlərinin yaradılması, sənaye və kənd təsərrüfatının inkişaf etdirmək istiqamətində xeyli təqdirə layiq tədbirlər həyata keçirdi.

Qonşularından qopardığı və güzəşt edildiyi ərazilər hesabına müstəqil dövlət olmuş Emənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O,Türkiyədən Şərqi Türkiyə torpaqlarına, Azərbaycan-dan Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsinə nail olmaq üçün mikoyanın təşəbbüsü və moskvanın dəstəyi ilə gizli olaraq xüsusi “Qarabağ komiyəsi” yaratmışdılar.Ermənistan başçıları Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payıında rəsmi olaraq SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə məsələ qaldırmışdılar.Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR iləbağlı idi.Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq,onunla bağlı,onun he­sabına yaşayırdı.

Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya vermişdi.ÜİK(b)P MK-nın katibiY.H.Malenkovun imzası ilə bu barədə Azərbaycan K(b)P MK-nın Birinci ka­tibi M.C.Bağırova yazılı məlumat verilmiş və ondan öz rəyini bildirmək təklif olunmuşdu.

M.C.Bağırov həmin məktuba cavab olaraq, 1945-ci ildekabrın 10-da MK-ya yazdığı məktubda bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağa əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur.Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdər və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırovun cavab məktubunda bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana bu şərtlə güzəştə gedə bilər ki, müxtəlif vaxtlarda Ermənistana , Gürcüstana və sovet Rusiyasına verilmiş ərazilərAzərbaycan SSR-ə qaytarılsın.Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planını puç etdi. Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anlatdı. Məhz buna görə də, Mərkəzi hökumət məsələsinin “arxivə verilməsini” vacib saydı.

Mərkəz azərbaycanlılara etibar etmirdi, mühüm vəzifələrin çoxuna, xüsusən güc orqanlarına başqa millətlərin, əsasən rus və ermənilərin nümayəndələrini cəlb edirdi. Bu şovinist münasibətdən erməni millətçiləri azərbaycanlı kadrlara qarşı hiyləgərcəsinə istifadə edirdilər. Ermənilər Cənubi Qafqazda özlərinə yer elədikdən sonra zaman–zaman azərbaycanlıların öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar. 1905-1920-ci illərdə yüzlərlə azərbaycanlılar yaşayan kəndlər dağılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma ocaqlarından pərən-pərən edilmişdilər. Onlar sovet rejimi şəraitində də, bu iyrənc şovinst niyyətlərindən əl çəkməmişdilər. Azərbaycan torpaqları hesabına Əzizbəyov, Ararat, Artaşat Qafan, Noyamberyan, Mikoyan, Dilican, Mehri və b. rayonları yarat-mışdılar.

Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də iyrənc niyyətini davam etdirmişdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç mütləq dövlət (ABŞ, SSRİ,Böyük Britaniya ) başçılarının Tehran konfransında (28 noyabr-1dekabr 1943-cü il) SSRİ İran münasibətləri məsələssssinin müzakirəsindən istfadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə Ermənistana köçürülməsi razılığını almışdılar. Hətta, onlar xaricdə yaşayan ermənilərin Ermənstan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Hüyətinin 1946-cı il 19 oktyab rfərmanı verməsinə nail olmuşdular. Bu fərman əsasən SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovlağına köçürülməsi haqqında”qərarını vermişdi. Həmin qərarıhəyata keçirmək məqsədilə SSRİ Nazirlər Soveti 1948-ci il mart ayının 10—da “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıəhalinin Azərbaycan əhalinin Azərbaycan SSR-inKür-Araz ovlağına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında qərarını” qəbul etmişdi.

Depotasiya tədbirləri Ermənistanın 22 rayonunu ,əsasən Basarkeçər, Zəngibasar, Noyanberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan, Vedi rayonlarını əhatə etmişdi .Dağlıq və dağətəyiyerlərdə yerləşən bu rayonlar azərbaycanlıların kompakt və ya er-mənilərlə qarışıq halda yaşadıqları rayonlar idi.

Əslində xaricdən, əsasən İrandan, Suriyadan, Livandan, Misirdən Ermənstan SSR-ə gələn ermənilər azərbaycanlılardan boşaldlmış kənd yerlərdə deyil, özlərinin təkidi ilə şəhər qəsəbələrdə yerləşdirilirdilər. Bu da Ermənistan rəhbərliyinin bəhanəsinin əsassız və uydurma olduğundan soraq verirdi.

Öz doğma yurdlarından zorla deportasiyaya məruz azərbaycanlılar əsasən Kür-Araz ovlağında, Jdanov (indiki Beyləqan), İmişli, Saatlı, Sabirabad, Salyan, habelə Yevlax, Ucar, Xaldan, Kürdəmir və s. aran rayonlarında yerləşdirildilər. Bu da onların yarıdan çoxunun isti iqlim şəraitinə dözməyərək yələf olması ilə nəticələnmişdi.

1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki Tərtər), İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15276 adam köçürülmüşdü. 1950-ci il martın 14-də və avqustun 25-də Azərbaycan və Ermənistan respublikalarının Nazirlər Sovetləri həmin ilin yazında və payızında müvafiq olaraq Azərbaycana 3419 təsərrüfatın və 14361 nəfər adamın köçürülməsi barədə qərar qəbul etmişdilər. Lakin köçürülmə, daha doğrusu, mütəşəkkil deportasiya planı erməni millətçilərin istədikləri sürətlə həyata keçirilmirdi. Bu, qeyri-insani tədbirin planlaşdırılmış şəkildə həyata keçirilməsinə bir sıra obyektiv və subyektiv səbəblər mane olurdu. Deportasiya olunanların sosial və məişət problemləri lazımınca həll edilmirdi (respublikanın qısa müddətdə bu yerlərdə kifayət qədər mənzil tikmək imkanı yox idi). Yerlərdə buna süni maneələr də yaradılırdı. Bunun nəticəsi olaraq, 1950-ci ildə Azərbaycandan Ermənistana - öz keçmiş yaşayış yerlərinə qayıtma prosesi başlanmışdı. Köçkünlər içərisindən çıxılmaz vəziyyətə düşənlərin bəziləri əlacsız qalaraq Mərkəzi hökumətə şikayət və etiraz məktubları göndərirdilər. Lakin bu şikayət və etirazlar heç bir nəticə vermirdi.

1952-53-cü illərdə Ermənistandan daha 3155 təsərrüfat və 1376 nəfər azərbaycanlı deportasiya edildi. Lakin geri qayıdanların sayı da artdı. 1954-cü ildə 113 Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini M.Poladovun rəhbərliyi ilə Ermənistana ezam edilmiş xüsusi komissiya müəyyən etdi ki, köçürülənlərin geriyə qayıtmalarının başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında elementar yaşayış şəraitinin olmamasıdır. Bu səbəbdən də Azərbaycandan Ermənistana 1115 ailə geri qayıtmışdı. Geri qayıdanlar Ermənistanda qeydə alınmır və adi vətəndaş hüquqlarından məhrum edilirdilər.

Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirildi. 1954-1956-cı illərdə 1316 təsərrüfat və 5876 nəfər Ermənistandan deportasiya olunmuşdu. Ümumiyyətlə, Ermənistan SSR-də etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir.

Bu hadisə əvvəllər sovet tarixçünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin “xeyirxah” addımı kimi qiymətləndirilmişdi. Lakin, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi mənasını almışdır.Bu faciəli hadisə əsl siyasi qiymətini ilk dəfə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən “1948-1953-cü illərdə azər-baycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr fərmanında almışdı. O, xain xislətli qonşumuz olan ermənilərin SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqrımı kimi qiymətləndirilmişdi.

Bu dövr Bakıya Azərbaycanda yeni yaradılmış sənaye mərkəzlərinə qeyri millətlərin,o cümlədən ermənilərin axını ilə də səciyyələnmişdi.

Bütünbunlarla kifayətlənməyən ermənilər keçən əsrin 50-60 cı ilərində Dağlıq Qarabağ məsələsini yenidən qabartmışdılar. 50-ci illərin sonlarında fitnəkar Mikoyanın və onu dəstəkləyən Suslovun təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi yenidən gündəliyə çıxarıldı. Hətta, məsələ Sov.İKPMK-damüzakirəyə çıxarıldı. Lakin,nəticəsiz qaldı.

1964-cü ildə A.Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri olarkən bu məsələnin yenidən gündəliyə gətirilməsinə cəhd göstərildi.Lakin,müəyyən səbəblər üzündən Mərkəzi rəhbərlik,xüsusən,N.Xruşşov buna imkanverməmişdi.

Buna baxmayaraq antitürk,antiazərbaycan əhvali-ruhiyyəsi güclənməkdə davam edirdi. “Qarabağ Komitəsi”nin fəaliyyəti aşıq hal almışdı. Ermənistanda millətçilik tüğyan etməyə başlamışdı.1965-ci il aprelin 23-də qondarma “erməni genosidi”nin 50 illiyi,türklərin,o cümlədən azərbaycanlıların genetik düşməni olan,cəllad Andronikin isə 100 illiyi qeyd olunmuşdu.Hətta,onların şərəfinə İrəvanda və digər yerlərdə abidələr də ucaldılmışdı.1967-ci ildə Xankəndində (Stepanakertdə) bir neçə azər­baycanlı qətlə yetirilmişdi.

Bu dövrdə Azərbaycanda çox güclü erməni lobisi formalaşmışdı.Onların bir çoxu Azərbaycan rəhbərliyində yuva salmışdılar.Onlar,Aərbaycanın milli inkişafın a əngəlliklər törədirdilər.Mərkəzin dəstəyi ilə onlar bir çox kəndlərə,şəhərvə qəsəbələrə,küçələrəerməni adlarının verilməsinə nail olmuşdular.Azərbaycanda isə iki rayona S.Şamuyanın adı verilmişdi.

Moskvanın təzyiqi ilə Azərbaycanın bir çox əzəlitorpaqları”xalqlar dostluğunu möhkəmləndirmək “ naminə ermənilərəbəxş olunmuşdu.Azərbaycan SSR Ali soveti Rəyasət Heyyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Laçın ,Qubadlı, Kəlbəcər,Qazax və b.rayonlarıdan iki min hektar yararlı torpaqlar Ermənistana bəxşiş olunmuşdu. Lakin, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbər-liyinə gəlməsi ilə onun həyata keçirilməsi saxlanılmışdı.

1941-ci il avqustun 25-də Sovet müqaviləsinə əsasən (6-cı maddə) İran sərhəddini keçərək Ərdəbil və Təbriz istiqamətində irəlilədilər. Sovet qoşunları ilə eyni vaxtda İngilislər İranın cənubundan ölkəyə daxil oldular.

Sovet qoşunlarının İranda keçirdiyi hərbi əməliyyatlarda Azərbaycandan da xüsusi bir qrup iştirak edirdi. Bu zaman, Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvi Əziz Əliyev rəhbərlik edirdi. Həmin qrupa Süleymanov, Rəhimov, Mirzə İbrahimov, Mustafa Quliyev və başqaları daxil idilər.1941-ci ilin sonunadək Bakıdan Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda və s.ərzaq məhsulları yardım olaraq göndərilirdi.

1941-ci il oktyabrın 11-dən Azərbaycan dilində “Vətən yolunda” qəzet nəşr olundu.Urmiyədə azərbaycan dilində “Qızıl əsgər” qəzeti buraxıldı.Cənubi Azərbaycanlılar da öz növbəsində şimalda gedən Proseslərə ehtiramla yanacaq,onlara yardım edirdilər.Onlar 416-cı Toqanroq diviziyasına pul vəsaiti toplayaraq yardım etmişdilər.Təbrizdə bir sıra fabriklərin fəhlələri bir günlük əmək haqlarını həmin diviziyanın fonduna vermişdilər.

Lakin Sovet hökumətinin burada yeritdiyi siyasət İngiltərə və ABŞ hökumət-lətini narahat edirdi. 1943-cü il noyabrrın 28-də başlanan Tehran konfransında qəbul edilmiş “İran haqqında Bəyannamədə” bütün tərəflər İranın ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildirdilər. Bundan sonra Sovet hökuməti İranda fəaliyyətini bir qədər zəiflətdi. Azərbaycandan İrana göndərilmiş siyasi işçilərin çoxu geri çağrıldı.

Sovet hökuməti 1944-cü il martın 6-da “Cənubi Azərbaycan əhatəsinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında “ məsələ müzakirə edərək qərar qəbul etdikdən sonra ora diqqət yenidən artdı.Qərarda diplomatik orqanlarda çalışan azərbaycanlıların sayının artırılması, Azərbaycan dilində ordu qəzetinin nə-şr ediləsi, Təbrizdə Azərbaycan dilində pulsuz onillik məktəb, kitabxana , yazıçı və şairlərin nəşri və əhali arasında yayılması məsələləri irəli sürülürdü.

1944-cü ilin yaz və yayında 1000 nəfərdən çox işçi səfərbər edilərək Cənubi

Azərbaycana göndərilmişdi.Onların qarşısında duran əsas vəzifə otaydakı azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadıqlarını təbliğ etməkdən ibarət idi.

1945-ci ilin yayında Cənubi Azərbaycanda vəziyyət gərginləşdi.İran hökuməti: ABŞ və İngiltərənin hərbi-siyasi yardımına arxalanaraq ,azərbaycanda təqib və terrora başladı.Bunlara qarşı özünümüdafiə məqsədilə fədaidəstələri təşkil olundu.

Belə bir şəraitdə vətəndaş müharibəsinə yol vermədən ictimai-siyasi hadisələrə başçılıq etməyə qadir olan siaysi təşkilatın yaradılmasına ehtiyac var idi.

1945-ci il sentyabrın 3-də S.C.Pişəvərinin başçılığı ilə milli-azadlıq və demokratik hərakata rəhbərlik edən Azərbaycan Demokratik Partiyası (ADP) yaradıldı.1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADP-nin I qrultayı keçirildi. Qrultayda qəbul edilmiş proqramda milli məsələ barədə deyilirdi.:” İran məmləkəti daxilində yaşayan hər bir millətin muxtariyyatı və öz müqəddəratını təyin etmək hüququ əyalət və vilayət əncümənləri vasitəsilə təmin edilməlidir”.

Lakin İran hökuməti Azərbaycan xalqının tələblərini eşitmədi. Hətta İran höku-məti suni surətdə Azərbaycanda qıtlıq yaratdı, çoxlu ərzaqı Azərbaycandan kənara daşıtdırdı, azərbaycanlı tacirlərin 15 milyon tümən pulunu Tehran banklarına köçürərək vəziyyəti ağırlaşdırmağa çalışdı.

1945-ci il sentyabrın 10-da Marağa, oktyabrın 2—də Ərdəbil şəhərində hərbi vəziyyət elan edildi. Azərbaycan xalqının qəti ehtirazına baxmayaraq sentyiabrın 12-də qatı irticaçı C.M.Fərrux Azərbaycana vali təyin olundu.Onun nə məqsədi ADR komitə üzvlərinin həbs edilərək Tehrana göndərilməsi idi.

Bu vəziyyəti görən Sovet Hökuməti vəziyyətin ciddiliyini nəzərə alaraq Cənubi Azərbaycanda möhkəmlənmək barədə qərar qəbul etdi.Buraya göndərmək üçün çoxlu silah ayırdı.

1945-ci il noyabrın 20-21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq Konqrensinə Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin seçilməsi üzrə kompaniya başladı.Lakin noyabrın 18-də Tehrandan İran qoşunları Qzvinə tərəf hərəkətə başladı. Fədailər hökumətin silahlı qüvvələrinə noyabrın 17-18-də Marağa, Mərənd, Miyanə , Sərab və Ərdəbil istiqamətində ilk zərbəni vurdular.

1945-ci il noyabrın 26-dək Azərbaycanın böyük şəhərlərində hökumət qan tökülmədən xalqın əlinə keçdi. Azərbaycan Xalq Konqrensi özünü Müəssislər məclisi elan etdi və tərkibində milli Heyət seçdi. Müəssislər Məclisinin bəyannaməsində Azərbaycana İran hökuməti daxilində milli muxtariyyat verilməsi tələb olunurdu.

1945-ci il noyabrın 27-dən dekabrın 1-dək məclisə ümumi seçkilər keçirildi.12 de-kabr Milli Məclisin açıldığı gün Azərbaycan müxtariyyatının yarandığı gün oldu.

Tehran hökuməti 1946-cı il iyunun 13-də Az.Milli Məclisin Azərbaycan Əyalət əncüməsini kimi tanımağa məcbur oldu.

Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli tədbirlər həyata keçirdi. 1946-cı il fevralın 16-da qəbul edilmiş “Müsadirə haqqında” qanuna əsasən Dövlət kəndlərinin torpaq və suları əvəzsiz olaraq kəndlilər arasında bölünürdü. Sənayedə fəhlə nəzarəti yaradıldı.Əmək qanununa görə 8 saatlıq iş günü ,əməkçilərin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulurdu.

1946-cı il fevralın 6-dan Xalq qoşunları yaradılmasına başlanıldı. Hərbi məktəb açıldı.və az müddət ərzində 250 nəfərdən çox zabit hazırlandı.

1946-cı il yanvarın 6-da Milli Hökumət “Dil haqqında” qərar qəbul etdi.Qərar görə Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.

İyunun 12-də Təbriz Universiteti fəaliyyətə başladı.Aprelin 7-də Azərbaycan radiosu fəaliyyətə başladı.Əhalinin vəsaiti hesabına bir ildə 2000 –dən artıq məktəb açıldı.Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başladı.1946-cı ilin martından başlayaraq Sovet qoşunları İrandan çıxarılmağa başlandı (1942-ci il 29 yanvar Sovet –İran –İngiltərə arasında müqaviləyə əsasən ).

1946-cı il aprelin 4-də SSRİ –ilə İran hökuməti arasında sazişə əsasən bütün qoşunların çıxarılması haqqında saziş bağlandı.Bu sazişdə deyilirdi.”Azərbaycan məsələsi İrananın daxili işi olduğundan mövcud qanunlara görə hökümətlə Azər-baycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda is-lahat keçirməyin dinc yolu tapılacaqdır”

Beləliklə Azərbaycan məsələsinin taleyi artıq həbs olunmuşdu. Hələ 1942-ci ildən İranın Bütün silahlı qüvvələrinin ixtiyarını öz əlinə almış ABŞ 21 Azərbaycan hərəkatının əvvəlindən İranın silalıqüvvələrini Azərbaycana qarşı hücuma hazırlayırdılar.ABŞ İrana 20 milyon dollarlıq silah və hərbi sursat, 40 bombarmançı təyyarə vermişdi.

1946-cı il sentyabrın 1-də Azərbaycan Xalq hakimiyyəti üzərinə ümumi silahlı hücuma başlayan İran hökuməti 1946-cı ilin noyabrında 50 minlik qoşunla Cənubi Azərbaycana hücuma keçdi.Əməliyyata İran şahı Məmməd Rza Pəhləvi özü rəhbərlik edirdi.O, İran əsgərlərinə deyirdi: Gedin, Azərbaycanı atəşə tutun, oranı yerləyeksan edin”. Bu böyük qüvvəyə qarşı cəmi 18 min nəfərlik silahlı qüvvə var idi. Lakin şah ordusuna qarşı inadlı müqavimət göstərdi. Qısa müddət ərzində milli –demokratik hərakat qan içində boğuldu. 30 minə qədər adam öldürüldü, 300 min adam isə sürgün olundu. 1947-ci ildə S.C.Pişəvəri Gəncə yolunda avtomobil qəzasında həlak oldu.

1945-46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli –demokratik hərakat xalqımızın azdlıq mübarizəsi tarixinin mühüm və şanlı səhifələrindən biridir.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin