“xocaliya ədaləT”


“Xocalı qətliamının soyqırım aktı kimi tanınması bir-iki günün məsələsi deyil”



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

“Xocalı qətliamının soyqırım aktı kimi tanınması bir-iki günün məsələsi deyil” 
 
QƏNĠRƏ PAġAYEVA: “BUNUN ÜÇÜN HƏLƏ ÇOX ÇALIġMALI, ƏLĠMĠZDƏN GƏLƏNĠ 
ƏSĠRGƏMƏMƏLĠYĠK” 
 
Məlum olduğu kimi, qarĢıdan Xocalı soyqırımının 18-ci ildönümü gəlir. Qeyd edək ki, hər il istər dövlət, 
istərsə  də  qeyri-dövlət,  hökumət  təĢkilatları  səviyyəsində  Xocalı  soyqırımının  ildönümü  ilə  bağlı  ən  müxtəlif 
tədbirlər təĢkil olunur. Bu tədbirləri keçirən təĢkilatlar arasında isə Heydər Əliyev Fondu xüsusilə fərqlənir. Bəs, 
görəsən, bu il bu Fond tərəfindən Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı hansı tədbirlərin  keçirilməsi 
gözlənilir, nəzərdə tutulur? Bununla bağlı, “525”ə açıqlamasında bitərəf millət vəkili Qənirə PaĢayeva ilk öncə 
bildirib  ki,  prinsipcə,  Heydər  Əliyev  Fondu  ötən  illər  ərzində  Xocalı  soyqırımının  dünya  ictimaiyyətinə, 
beynəlxalq aləmə çatdırılması istiqamətində həddindən artıq böyük iĢlər görüb. Millət vəkilinin sözlərinə görə, 
ümumiyyətlə,  Xocalı  soyqırımının,  Azərbaycan  həqiqətlərinin  tanıdılması  istiqamətində  sözügedən  Fondun 
rəhbəri,  millət  vəkili  Mehriban  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  çox  böyük  iĢlər  sərgilənib:  “Ġndiyə  qədər 
dünyanın,  Avropanın  onlarla  ölkəsində  Xocalı  soyqırımının  ildönümlərində  tədbirlərin,  sərgilərin  keçirilməsi, 
filmlərin  nümayiĢ  olunması  və  sair  bu  qəbildəndir.  Bildiyiniz  kimi,  Xocalı  soyqırımına  dair  müxtəlif  dillərdə 
Fond tərəfindən filmlər hazırlanıb, həmin filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soyqırımı ilə bağlı foto-
sərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xarici kütləvi informasiya 
vasitələrinin əməkdaĢları, jurnalistlər bu günə qədər nələri yazmıĢdı, onların sərgiləri keçirilib. Bununla yanaĢı, 
“Xocalı  uĢaqların  gözü  ilə”  rəsm  sərgisi  və  sair  böyük  tədbirlər  təĢkil  olunub.  Bunlar  hamısı  Fondun  və 
ələlxüsus  Mehriban  xanımın  Xocalı  soyqırımının  tanıdılması  istiqamətində  çox  böyük  xidmətləridir.  Özü  də 
nəinki  Xocalı  soyqırımının,  ümumilikdə  bütün  Azərbaycan  həqiqətlərinin  təbliği  istiqamətində  bu  xidmətlər 
ölçüyəgəlməzdir.  Eyni  zamanda  onu  da  nəzərinizə  çatdırmaq  istəyirəm  ki,  Leyla  xanım  Əliyevanın  uzun 
müddətdən  bəri  baĢlatdığı  bir  kampaniya  –  “Xocalıya  ədalət!”  kampaniyası  var  ki,  artıq  dünyada  bu 
kampaniyaya  qoĢulan  insanların  sayı  günü-gündən  çoxalmaqdadır.  Bu  kampaniya  daha  da  geniĢlənməkdədir. 
Bu  baxımdan  çox  güman  ki,  bu  kampaniya  və  təbii  ki,  bu  istiqamətdə  görülən  iĢlər  bundan  sonra  da  davam 
edəcək.  Amma  söhbət  ondan  gedir  ki,  bizim  hər  birimiz  bu  kampaniyalara  dəstək  verməliyik.  Harada 
yaĢamağından  asılı  olmayaraq  –  Azərbaycanda  da,  Azərbaycandan  kənarda  da.  Hərənin  gücü  nəyə  çatırsa, 
Azərbaycan  həqiqətlərinin,  Xocalı  həqiqətlərinin  təbliğ  edilməsi,  bütövlükdə  Qarabağ  savaĢında  Ģəhid,  əlil 
olmuĢ, yaralanmıĢ qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının baĢına gətirilən bütün müsibətlərin təbliğ 
edilməsi,  erməni  yalanlarının  qarĢısının  alınması  istiqamətində  öz  fəaliyyətini  ortaya  qoymalıdır.  Burada  hər 
kəsin üzərinə düĢən bir məsuliyyət payı var və hər kəs də, o məsuliyyəti baĢa düĢməli, yerinə yetirməlidir. Heç 
kəs  gözləməməlidir  ki,  kimsə  baĢqaları  bunu  etməlidir,  o,  heç  nə  gözləmədən  bu  iĢə  əlindən  gələn  dəstəyi 
verməlidir.  Amma  bir  daha  vurğulayıram,  Fondun  –  Mehriban  xanımın  təĢəbbüsü  ilə  Xocalı  soyqırımının 
tanıdılması,  dünyaya  çatdırılması  istiqamətində  çox  böyük  layihələr  var  və  bu  layihələr  də,  təbii  ki,  gələcəyə 
doğru daim davam edəcək”.  
Onu da qeyd  edək ki, Xocalı soyqırımının  növbəti  ildönümü  yaxınlaĢan ərəfədə  hər zaman bu  məsələ  – 
sözügedən faciənin soyqırımı aktı kimi Türkiyə Böyük Millət Məclisində (TBMM) tanınması məsələsi gündəmə 
gəlir.  Belə  olan  təqdirdə,  görəsən,  nəhayət,  TBMM  Xocalı  qətliamını  soyqırım  aktı  kimi  tanıya  bilərmi  və 
tanıyacağı təqdirdə, bu vandalizm aktının dünya dövlətləri tərəfindən də soyqırım aktı kimi tanınması prosesinə 
hansısa bir təsir göstərərmi? Millət vəkilinin  qeyd  etdiyinə görə, Xocalı soyqırımının ildönümləri  ilə bağlı bir 
neçə dəfə Türkiyədə, TBMM-də olub. Burada bir neçə millət vəkili Xocalı soyqırımı ilə bağlı çıxıĢlar edir, bu 
qətliamın baiskarlarının, günahkarlarının pislənməsi, məsuliyyətə cəlb olunması tələbləri irəli sürülür. Bununla 
belə,  hər bir  Azərbaycan  vətəndaĢının,  hamımızın arzusu odur ki, TBMM-də Xocalı soyqırımı  ilə bağlı  geniĢ 
dinləmələr təĢkil olunsun və bu dinləmələrin yekun olaraq Xocalı qətliamının soyqırım aktı kimi tanınması ilə 
bağlı sənəd qəbul edilsin: “Bilirsiniz, bir atalar məsəlində deyildiyi kimi, uman yerdən küsərlər. Türkiyə bizim 
ən  yaxın  dostumuz,  qardaĢ  dövlətimizdir.  Biz  iki  dövlət,  bir  millətik.  Eyni  zamanda,  onu  da  qeyd  edim  ki, 
Türkiyə xalqı və dövləti daim Qarabağ məsələsində Azərbaycanın yanındadır. Bununla belə, hamının könlündə 
olan  istək budur ki, Türkiyə parlamenti  də Xocalı soyqırımını soyqırım aktı  kimi tanısın. Ancaq bu  məsələdə 
təkcə Türkiyə ilə kifayətlənmək olmaz. Biz də Xocalı soyqırımının soyqırım aktı kimi tanınması ilə bağlı təkcə 
Türkiyədən,  Türkiyə  parlamentindən  ummamalıyıq.  Bunun  üçün  dünyanın  ən  müxtəlif  ölkələrində  iĢlər 
aparmalı, məhz həmin dövlətlərdə Xocalı soyqırımının soyqırım aktı kimi tanınmasına nail olmalıyıq. Bu iĢdə, 
heç  Ģübhəsiz  ki,  diplomatik  korpuslarımızla,  səfirliklərimizlə  yanaĢı,  həmin  ölkələrdəki  diaspor 
təĢkilatlarımızın, diasporumuzun, xaricdə yaĢayan azərbaycanlılarla bağlı əlaqələndirici rolunu oynayan dövlət 
qurumlarının  üzərinə  çox  böyük  iĢlər  düĢür.  Lakin  bu  yerdə  onu  da  nəzərinizə  çatdırım  ki,  xaricdəki 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
53 
 
diasporumuzda, diaspor təĢkilatlarımızda da vəziyyət heç də arzuolunan səviyyədə deyil. Onların özlərində də 
bir sıra problemlər var. Yəni, diasporumuzun, diaspor təĢkilatlarımızın özündə də milli məsələlərə sahiblənmək 
prosesi  hələ  yeni-yeni  baĢlamaqdadır.  Əgər  xaricdəki  diasporumuz,  diaspor  təĢkilatlarımız  milli  məsələlərə, 
davalara tezliklə sahiblənsə, eyni zamanda, fəaliyyətimizi  geniĢləndirməyə, iĢlərimizi sürətləndirməyə  nail  ola 
bilsək,  onda təbii  ki,  haçansa bütövlükdə  dünya tərəfindən  yaxın  keçmiĢimizdə baĢ vermiĢ,  özü  də  gerçəkdən 
yaĢanmıĢ  Xocalı  qətliamının  soyqırım  aktı  kimi  tanınmasına  nail  ola  bilərik.  Onu  da  qeyd  edim  ki,  bu  iĢləri 
həyata keçirmək üçün xeyli müddət, vaxt, zaman tələb olunur. Bunlara bir-iki ilin içində nail olmaq çətindir və 
qeyri-mümkündür.  Ermənilər  də  öz  uydurma  “erməni  soyqırımını”  tanıtmaq  üçün  uzun  illərdən  bəri  fəaliyyət 
göstəriblər  və  bu  fitnəkar  əməllərini  bu  gün  də  davam  etdirməkdədirlər.  Yəni,  demək  istəyirəm  ki,  Xocalı 
qətliamının  soyqırım  aktı  kimi  tanınması  bir-iki  günün  məsələsi  deyil.  Bunun  üçün  hələ  çox  çalıĢmalıyıq, 
əlimizdən  gələnləri  və  gəlməyənləri  əsirgəməməliyik.  Bu  yerdə  qeyd  edim  ki, Xocalı faciəsinin soyqırım aktı 
kimi  TBMM  tərəfindən  indiyənədək  tanınmamasının  da  müəyyən  səbəbləri  var.  Türkiyəli  dostlarımızla, 
siyasətçilərlə  bu  yöndə  söhbətlər  apararkən  onlar  bildirirlər  ki,  bu  məsələ  onların  da  ürəyindən  keçir.  Onlar 
vurğulayırlar  ki,  biz  də  istəyirik  elə  günü  sabah  Xocalı  faciəsini  müzakirə  edək  və  onu  soyqırım  aktı  kimi 
tanıyaq.  Ancaq  onlar  Türkiyənin  dünyanın  müəyyən  reallıqları  ilə  üz-üzə  qaldığını  qeyd  edərək,  TBMM-in 
Xocalı faciəsini rəsmən soyqırım aktı kimi tanımasına çətinlik çəkdiyini dilə gətirirlər. Hesab edirəm ki, burada 
Türkiyə dövlətini də, Türkiyə parlamentini də, türkiyəli dostlarımızı da baĢa düĢmək olar. Ancaq biz istərdik ki, 
Türkiyə parlamenti, Türkiyə dövləti Xocalı faciəsini soyqırım aktı kimi tanıyan ilk parlament, ilk dövlət olsun”. 
 
Kamil HƏMZƏOĞLU   
 
“525-ci qəzet”.-2010.-19 yanvar.-N.10.-S.4. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
54 
 
"Xocalının" genosid aktı kimi beynəlxalq tanınması baĢlandı 
 
Ġlk tarixi sənəd Uqandadan gəldi 
 
Leyla Əliyeva"Siyasi baxımdan lobbiçilik imkanlarımızı artırmalıyıq və bundan maksimum səmərəli 
istifadə etməyə çalışmalıyıq. Bu yöndə neft amilindən yaxşı mənada istifadə etməliyik" 
 
Məhərrəm  Zülfüqarlı:  "Xarici  ölkələrin  qurumları  ilə,  ölkəmizdəki  səfirliklərlə  və  beynəlxalq 
qurumlarla sistemli şəkildə iş aparılmasına ehtiyac var"  
 
Bu günlərdə Ġslam Konfransı TəĢkilatı Uqandada keçirilən toplantıda Xocalı faciəsilə bağlı xüsusi 
sənəd  qəbul  edib.  Həmin  sənəddə  ermənilərin  bəĢəriyyətə  qarĢı  cinayət  törətdiyi  xüsusi  olaraq  qeyd 
olunub  ki,  bu  da  olduqca  böyük  əhəmiyyətə  malikdir.  Ən  azı,  Azərbaycan  həqiqətlərinin  beynəlxalq 
ictimaiyyətdə tanınması baxımından.  
    
Ümumilikdə ĠKT zaman-zaman Azərbaycana dəstək verən beynəlxalq təĢkilatdır. Azərbaycan torpaqları 
erməni  iĢğalına  məruz  qalandan  sonra  bu  qurum  Ermənistanı  iĢğalçı  dövlət  kimi  tanıyıb.  Azərbaycanın  ərazi 
bütövlüyü  məsələsilə  bağlı  hər  il  BMT-nin  BaĢ  Assambleyasında  keçirilən  səsvermədə  də  ĠKT  üzvləri 
yekdilliklə ölkəmizin lehinə səs veriblər. Xocalı soyqırımı  ilə bağlı qəbul  olunan sənədi də bu obyektiv xəttin 
davamı kimi qəbul etmək olar. Ümumilikdə beynəlxalq aləmdə bu yöndə daha tutarlı nəticələrə nail olmaq üçün 
hansı iĢlər görülməlidir?  
    
Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı bu istiqamətdə ardıcıl uğurlara nail olmaq üçün aidiyyəti 
qurumların  davamlı  iĢ  aparmasına  ehtiyac  olduğunu  bildirdi:  "Xüsusən  də  Xarici  ĠĢlər  Nazirliyinin  üzərinə 
böyük  iĢ  düĢür.  Xarici  ölkələrin  qurumları  ilə,  ölkəmizdəki  səfirliklərlə  və  beynəlxalq  qurumlarla  sistemli 
Ģəkildə iĢ aparılmasına ehtiyac var. Bütün bunlardan sonra ortalığa real nəticə qoymaq mümkün olacaq. Bu iĢdə, 
bütün  hallarda,  əsas  məsuliyyət  Azərbaycanın  üzərinə  düĢür.  Hansısa  dövlət  gəlib  Azərbaycanın  yerində  iĢ 
görən deyil. Müsəlman dövlətlər və digər ölkələr Xocalı faciəsi barədə ətraflı məlumata malik olsalar və yaxud 
da biz yetərincə həmin dövlətləri məlumatlandıra bilsək, ən azından, bizə mənəvi dəstək vermiĢ olacaqlar. Onu 
da  qeyd  edim  ki,  bu  səpkili  sənədlər  beynəlxalq  rəyə  təsir  etmək  gücünə  malik  olduğundan,  yeri  gəldikcə 
Azərbaycanın  haqq iĢinin  dünyaya çatdırılmasında, Qarabağ məsələsinin həll  olunmasında yardımçı  olacaq. O 
cümlədən  onu  da  unutmamalıyıq  ki,  Ġslam  Konfransı  TəĢkilatı  Azərbaycanın  ərazi  bütövlüyünü  tanıyan, 
Ermənistanı iĢğalçı dövlət elan edən bir qurumdur. Yadda saxlamaq lazımdır ki, Avropa ġurası, Avropa Ġttifaqı 
kimi,  ĠKT  də  beynəlxalq  təĢkilatdır.  Bu  səpkili  təĢkilatların  verdiyi  bəyanatların  beynəlxalq  rəyə  ciddi  təsiri 
olur. Amma praktiki iĢə gəldikdə, bu cür bəyanatlardan sonra Azərbaycan özü fəaliyyətini geniĢləndirməli və öz 
haqq  iĢini  müdafiə  etməlidir. Həmçinin, öz torpaqlarını azad  etmək uğrunda  mübarizəyə  qalxmalıdır. Bir  daha 
qeyd  edim  ki,  bu  bəyanatlar  bizə  dəstək  üçündür.  Lakin  heç  bir  dövlət  verdiyi  bəyanatdan  sonra  əvəzimizə 
problemlərimizi  həll  etmək  üçün  addım  atmır  və  atmayacaq  da.  Ona  görə  də  biz  daha  fəal  və  sistemli  iĢ 
aparmalıyıq".  
    
Politoloq  Leyla  Əliyeva  sözügedən  sənədi  müsbət  dəyərləndirsə  də,  ümumilikdə  bununla 
kifayətlənməyin  doğru  olmadığını  bildirdi:  "Biz  davamlı  olaraq  dünyanın  bütün  aparıcı  dövlətlərilə  bu 
istiqamətdə iĢ aparmalıyıq. Ġlk növbədə Avropa Birliyinə inteqrasiyamızı gücləndirməliyik. Unutmamalıyıq ki, 
bugünkü dünyada əsas aparıcı güc və təsir mərkəzi məhz Qərbdədir. Ona görə də kompleks iĢ görməyə ehtiyac 
var.  ĠKT  müsəlman  dünyasında  nüfuzlu  bir  təĢkilatdır.  Ancaq  həmin  təĢkilatın  imkanları  da  müəyyən  çərçivə 
daxilindədir və  həlledici əhəmiyyətə  malik  deyil. Bu amili  də nəzərə almalıyıq. Müqayisə üçün qeyd  edim  ki, 
bir vaxtlar Rusiya dünyanın aparıcı  güc  mərkəzlərindən biri  olsa da, indi bu belə  deyil. Ona görə də Qarabağ 
həqiqətlərinin  əsasən  Qərb  ölkələrində  tanınması  bizim  üçün  daha  vacibdir.  Bu  yöndə  davamlı  uğurlara  nail 
olmaq  üçün  birinci  növbədə  demokratik  ölkə  qurmaq  lazımdır.  Həmçinin,  çox  güclü  institutlar  və  digər 
təsisatların  yaradılmasına  ehtiyac  var.  Xüsusən  də  Xarici  ĠĢlər  Nazirliyinin  rəhbərliyi  altında  səfirliklər  və 
konsulluqlar  daha  aktiv  Ģəkildə  öz  iĢini  qurmalıdır.  Siyasi  baxımdan  lobbiçilik  imkanlarımızı  artırmalı  və 
bundan  maksimum  səmərəli  istifadə  etməyə  çalıĢmalıyıq.  Bu  yöndə  neft  amilindən  yaxĢı  mənada  istifadə 
etməliyik. Hesab edirəm ki, qeyd etdiyim faktorlar reallaĢdırılsa, ortalıqda nəticə də olacaq".  
    
Xatırladaq  ki,  Ġslam  Konfransı  TəĢkilatının  Parlament  Birliyi  "Xocalıya  Ədalət"  beynəlxalq 
kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edib.  
    
ĠKT  Gənclər  Forumunun  Ġstanbulda  yerləĢən  baĢ  qərargahından  APA  -  ya  verilən  məlumata  əsasən, 
Uqandanın paytaxtı Kampala Ģəhərində keçirilən 6-cı sessiyaya 51 dövlətin parlament rəhbərləri və nümayəndə 
heyətləri  qatılıb.  Konfransda  qurumun  Gənclər  Forumunun  (ĠKGF)  təĢəbbüsü  ilə  "ĠKGF  ilə  ĠKT  PB  arasında 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
55 
 
əməkdaĢlıq" haqqında qətnamə qəbul olunub. ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ koordinatoru Leyla 
Əliyevanın təĢəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən 
qətnamədə  Xocalı  faciəsinə  "Erməni  silahlı  qüvvələri  tərəfindən  dinc  əhalinin  kütləvi  qətliamı"  və  "insanlığa 
qarĢı  cinayət"  kimi  qiymət  verilib.  Qətnamədə  "Xocalıya  Ədalət"  kampaniyasına  tam  dəstək  ifadə  olunub, 
quruma üzv olan 51 dövlətin parlamenti bu faciəni insanlığa qarĢı cinayət kimi tanımağa və kampaniyaya həm 
milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağırılıb.  
    
Qətnaməni  Ģərh  edən  ĠKGF  baĢ  katibi,  səfir  ElĢad  Ġsgəndərov  bildirib  ki,  bu,  beynəlxalq  təĢkilatlar 
tərəfindən  Xocalı  faciəsini  insanlığa  qarĢı  cinayət  kimi  tanıyan  ilk  sənəddir:  "Nəzərə  alsaq  ki,  ĠKT  PB  öz 
sıralarında  dünya  parlamentlərinin  dörddə  birini  cəmləĢdirir  və  dünyanın  ən  böyük  parlamentlərarası 
beynəlxalq  qurumlarındandır,  sözügedən  termin  Xocalı  faciəsinin  erməni  millətçiləri  tərəfindən 
Azərbaycan  xalqına  qarĢı  aparılan  soyqırım  siyasətinin  tərkib  hissəsi  kimi  beynəlxalq  səviyyədə 
tanınması  və  bu  cinayəti  törədənlərin  hüquqi  məsuliyyətə  cəlb  edilməsi  üçün  keyfiyyətcə  yeni  mərhələ 
açacaq".  
     
Vidadi OrdahallI 
 
“Bakı Xəbər”.-2010.-2 fevral.-№282.-S.7. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
56 
 
Əlli bir ölkənin parlamentinin nümayəndələri Xocalı faciəsini 
insanlığa qarĢı cinayət kimi qiymətləndirmiĢlər 
 
Bununla əlaqədar Ġslam Konfransı TəĢkilatı “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək 
çərçivəsində xüsusi qətnamə qəbul etmiĢdir 
 
Yanvarın  31-də  Ġslam  Konfransı  TəĢkilatına  üzv  dövlətlərin  Parlament  Ġttifaqının  (ĠKT  PĠ) 
Uqandanın  paytaxtı  Kampala  Ģəhərində  keçirilən  VI  sessiyasında  Azərbaycan  üçün  çox  mühüm  hadisə 
baĢ  vermiĢdir.  Əlli  bir  ölkənin  parlament  heyətləri  baĢçılarının  iĢtirak  etdiyi  tədbirdə  Ġslam  Konfransı 
Gənclər  Forumunun  (ĠKGF)  təĢəbbüsü  ilə  “ĠKGF  ilə  ĠKT  PĠ  arasında  əməkdaĢlıq”  haqqında  qətnamə 
qəbul edilmiĢdir. Bu barədə məlumatı ĠKGF-nin baĢ qərargahı yaymıĢdır. 
 
Məlumatda  deyilir  ki,  ĠKGF-nin  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım 
Əliyevanın təĢəbbüsü ilə  həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən 
qətnamədə  Xocalı  faciəsinə  “Erməni  silahlı  qüvvələri  tərəfindən  dinc  əhalinin  kütləvi  qətliamı”  və  “Ġnsanlığa 
qarĢı cinayət” kimi qiymət verilmiĢdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm 
də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmıĢdır.  
Sənədi  Ģərh  edən  Ġslam  Konfransı  Gənclər  Forumunun  baĢ  katibi  ElĢad  Ġsgəndərov  bildirmiĢdir  ki, 
qətnamə  beynəlxalq  təĢkilatlar  tərəfindən  Xocalı  faciəsini  “Ġnsanlığa  qarĢı  cinayət”  kimi  tanıyan  ilk  sənəddir. 
Nəzərə  alsaq  ki,  ĠKT  Parlament  Ġttifaqı  öz  sıralarında  dünya  parlamentlərinin  demək  olar  ki,  dörddəbirini 
cəmləĢdirir  və  dünyanın  ən  böyük  parlamentlərarası  beynəlxalq  qurumlarındandır,  həmin  qətnamədə  Xocalı 
qətliamının beynəlxalq hüququn normalarına əsasən insanlığa qarĢı cinayət adlandırılması Xocalı soyqırımının 
dünya  səviyyəsində  tanınmasına,  eyni  zamanda,  bu  cinayəti  törədənləri  məsuliyyətə  cəlb  etmək  üçün 
keyfiyyətcə yeni bir mərhələ açacaqdır.  
Qətnamə  Ermənistana  da  çatdırılacaqdır.  Çünki  Kampalada  keçirilən  sessiyada  beynəlxalq  təĢkilatların 
nümayəndələri, o cümlədən Ermənistanın da üzv olduğu Qara dəniz Ġqtisadi ƏməkdaĢlıq TəĢkilatının Parlament 
Birliyinin  nümayəndələri  də  iĢtirak  etmiĢlər.  Qətnamənin  digər  bir  bəndində  Leyla  xanım  Əliyeva  tərəfindən 
irəli sürülmüĢ “Xocalıya ədalət” kampaniyasına tam dəstək verilmiĢdir.  
Uqandada  keçirilən  tədbirdə  iĢtirak  edən  dövlətlərin  nümayəndələri  qətnamənin  qəbul  edilməsinə 
yekdilliklə səs vermiĢlər. Sənədin qəbul olunmasında ĠKT ölkələri parlamentlərinin 10-dan çox sədri və təqribən 
100 deputat, mötəbər qurumların nümayəndələri iĢtirak etmiĢlər.  
ĠKGF-nin  baĢ  katibi  E.  Ġsgəndərov  xüsusi  vurğulamıĢdır  ki,  bu,  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə 
artıq bir ildir ki, fəaliyyət göstərən “Xocalıya ədalət” kampaniyasının üçüncü ciddi uğurudur.  
Birinci uğuru biz kampaniyaya baĢlayandan az sonra ĠKT xarici iĢlər nazirləri tərəfindən Xocalı faciəsini 
kütləvi  qırğın  kimi  qiymətləndirmək  barədə  qətnamənin  qəbuluna  nail  olduq.  Keçən  ilin  iyul  ayında  isə  ĠKT 
Gənclər Forumu ilə ĠSESKO arasında imzalanmıĢ anlaĢma nəticəsində Xocalı faciəsi haqqında məlumatın ĠKT 
ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunmuĢdur. Bundan əlavə, ötən ilin dekabrında 
BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi dünya tərəfindən 
tanınmıĢ  soyqırımları  ilə  yanaĢı,  Ġnsan  Haqları  Günündə  gündəmə  gətirilmiĢ  və  bununla  əlaqədar  BMT-də 
konfrans keçirilmiĢdir. “Xocalıya ədalət” kampaniyası davam etməkdədir.  
Qətnamənin qəbul olunması ilə bağlı ideya ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi 
Leyla  xanım  Əliyeva  tərəfindən  keçən  il  Bakıda  kampaniyanın  milli  əlaqələndiricilərinin  görüĢü  zamanı  irəli 
sürülmüĢ  və  ötən  müddətdə  kampaniyanın  ĠKT  ölkələrindəki  fəallarının  milli  parlamentlərinə  yönəlmiĢ 
lobbiçilik  fəaliyyəti  nəticəsində  uğurla  qəbul  edilmiĢdir.  Bu  prosesə  ĠKGF-nin  bir  sıra  ĠKT  ölkələri 
parlamentləri  və ilk  növbədə  Azərbaycan Respublikası Milli Məclisi  və  onun Katibliyi  ilə əməkdaĢlığı xüsusi 
dəstək vermiĢdir. 
“Xocalıya  ədalət”  kampaniyasının  təĢəbbüskarı  Leyla  xanım  Əliyevadır.  Bu  kampaniyaya  2009-cu  ilin 
fevralında  start  verilmiĢdir  və  hazırda  30-dan  artıq  ölkədə  yüzlərlə  könüllünün  iĢtirakı  ilə  uğurla  davam 
etdirilməkdədir.  Kampaniyanın  məqsədi  beynəlxalq  ictimaiyyəti  Xocalı  faciəsi  ilə  bağlı  məlumatlandırmaq, 
qətliama  beynəlxalq  aləmdə  mənəvi-siyasi  qiymət  verilməsinə  və  bu  qanlı  qırğının  qurbanlarının  xatirəsinin 
anılmasına nail olmaqdır. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org internet saytı 
vasitəsilə aparılır. 
 
Xalq qəzeti”.-2010.-2 fevral.-N 25.-S.1.
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
57 
 
Xocalı soyqırımı: pessimizmdən ictimai strategiyaya doğru 
 
Ermənilər  tərəfindən  bəĢəriyyətə  qarĢı  ən  alçaldıcı,  qanlı  qırğın  olan  Xocalı  soyqırımı  barədə 
mətbuatımızda  çox  yazılıb,  bu  haqda  efir  məkanında  çox  söhbətlər  edilib,  insanın  tükünü  ürpədən,  insan 
tərəfindən törədilməsi qətiyyən inanılmaz olan dəhĢətli qırğın səhnəsi, fotolar çox göstərilib. Hamısı da  1992-ci 
ilin 25 fevralından 26 fevralına keçən günün ildönümü ilə əlaqədar qan yaddaĢımızın,  soy təəssübkeĢliyimizin 
ötəri  canlanması,  düĢmənə  nifrət  emosiyamızın  keçici  aĢıb-daĢması  nəticəsində…    Bəli,  həmin  gecə  xalqın 
tarixinə  qara  hərflərlə  yazıldı.  Xocalı  yerlə  bir  edildi,  məsum  körpələr  belə  amansızca  qətl  edildi.  Rəsmi 
məlumatlar da hamımıza bəllidir: erməni qatillərinin törətdikləri bu yeni kütləvi qırğın 613 nəfərin, o cümlədən 
106 qadın, 63 uĢaq, 70 qocanın xüsusi qəddarlıqla məhvinə səbəb oldu. Qırğın həm də 487 nəfərin yaralanması, 
1275  dinc  sakinin  amansız  iĢgəncələr  məqsədi  ilə  əsir  götürülməsi,  150  nəfərin  itkin  düĢməsi,  8  ailənin 
tamamilə məhv edilməsi ilə nəticələndi… “Xocalı soyqırımı bu gün Xatın, Liditsa, Oradur soyqırımları ilə bir 
sırada durur” - tez-tez belə oxĢar ifadələr iĢlədirik. Dururmu? Əslində fakt olaraq Ģübhəsiz. Bəs biz bunu hansı 
səviyyədə qəbul etdirə bilmiĢik?  Bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan 
soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarĢı beynəlxalq müstəvidə 
təzyiq  kimi    istifadə  edilməsi,  soyqırımda  əsas  təĢkilatçı  və  cinayətkarların  beynəlxalq  məhkəmə  tərəfindən 
cəzalandırılması    və  sair  məsələlər  həllini  gözləyir.  Amma  Xocalı  soyqırımı  ilə  bağlı  Azərbaycan 
cəmiyyətindəki  əhval-ruhiyyə  daha  çox  “dünyanın  ədalətsiz  olması”,  “beynəlxalq  təĢkilatların  səsimizi 
eĢitməməsi” kimi kəlmələrlə ifadə olunan pessimizm aĢılayır.  
Elə  isə  dünyanı  ədalətli,  beynəlxalq  təĢkilatları,  superdövlətləri  obyektiv  davranmağa,  ikili 
standartlardan çəkindirməyə məcbur etməyin mexanizmi necədir? Bu yolda maneələr, çətinliklər nədir? Xocalı 
ilə  bağlı  giley-güzar  mövqeyimizdən  cəmiyyət  olaraq  imtina  etmək,  ən  yeni  tarixin  bu  ən  dəhĢətli  soyqırım 
faktına informasiya savaĢı kontekstində yanaĢmaq üçün nə etməliyik? Unudulmamalıdır ki, ermənilər bizə qarĢı 
Xocalı qətliamını törədərkən buna öz emosiyalarından daha çox soyuqqanlı və məqsədli bir məkrlə yanaĢıblar - 
bizi qırmaqla bərabər bizə qarĢı informasiya müharibəsi aparıblar. Meyitlərin xüsusi, soyuq qəddarlıqla eybəcər 
hala  salınması,  əzalarının  kəsilməsi,  skalplarının  soyulması,  hamilə  qadınların  qarınlarının  yırtılması  və  sair 
faktlar əslində informasiya müharibəsinin xüsusi növü olan psixoloji müharibəyə hesablanıb. Elmi ədəbiyyatda 
belə müharibələrin, insanları qırılan tərəfdə qorxu, vahimə yaratmaq, mübarizə və döyüĢ əzmini qırmaq, həmin 
tərəfin  əsgərlərini  fərariliyə  sövq  etmək  məqsədilə  törədildiyi  bildirilir.  Deməli,  ermənilər  çoxdandır,  iki 
cəbhədə - həm hərbi, həm də informativ cəbhədə üstünlük üçün çalıĢırlar. Daha çox bunun nəticəsidir ki, ABġ, 
Rusiya, Fransa və BMT-nin Təhlükəsizlik ġurası bu məsələdə Azərbaycanın haqlarını, Ermənistanın təcavüzünü 
görməkdə tərəddüd edir, ikili standartlarla çıxıĢ edirlər. Bu isə bizim üçün dəhĢətli bir məqamdır. Ona görə də 
məsələnin ənənəvi müzakirəsindən, beynəlxalq təĢkilatların hazırkı mövqeyinin təfərrüatlı Ģərhi kimi məsələləri 
qeyd  etməkdən  vaz  keçib,  bu  yazıda  bir  qədər  fərqli  mövqe  nümayiĢ  etdirməyə  çalıĢdıq.  Məqsəd  budur  ki, 
dünyada Xocalı ilə bağlı dolğun və obyektiv informasiyaların çatdırılması, dünya ictimaiyyətinin mahiyyətdən 
xəbərdar olması təmin edilsin, beləliklə də an azından məsələyə qərəzli yanaĢan beynəlxalq təĢkilatlar, dövlətlər 
geniĢ  miqyasda  və  kəskin  Ģəkildə  ifĢa  edilsin,  bununla  da  onlara  soyqırımı  məsələsində  təzyiq,  imkan  və 
manevrlərimiz artmıĢ olsun. Beləliklə, Xocalı soyqırımı ilə bağlı ictimai strategiyamız necə olmalıdır? Ən çox 
cəmiyyətin  aparmalı  olduğu  informasiya  müharibəsi  çərçivəsində  bu  məsələ  necə  diqqətə  götürülməlidir?   
Mövzu  ilə  bağlı  informasiya  savaĢını  aparmaqda  avanqard  sayılmalı  olan  institutların  fəaliyyətini,  onların 
nümayəndələrinin  təkliflərini  öyrəndik.  Elmi-institusional  aspekt  Öncə  qeyd  edək  ki,  Xocalı  soyqırımını  elmi 
müstəvidə dünyaya tanıtmaq və buna dünya alimlərinin, tarixçilərinin diqqətini geniĢ miqyasda cəlb etmək ciddi 
effekt verə bilər. Belə ki, dünya elmi ictimaiyyətinin ermənilər tərəfindən çağdaĢ dövrdə törədilmiĢ soyqırımın 
tarixi  və  antibəĢəri  mahiyyəti  barədə  təfərrüatlı  Ģəkildə  məlumatlanması  dünyaya,  Qərb  dairələrindəki  ictimai 
rəyə  ciddi  təsir  imkanı  yarada  bilər.  Bəs  alimlərimiz  bu  sahədə  nə  iĢ  görürlər?    Onların  bu  soyqırım  faktını 
dünyada geniĢ miqyasda tanıtmaq üçün hansı təklifləri var? Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) 
Tarix  Ġnstitutunun  direktor  müavini,  professor  Cəbi  Bəhramov  belə  deyir:  “Ġnstitutda  ermənilərin 
azərbaycanlılara  qarĢı  soyqırım  problemlərini  araĢdıran  elmi  mərkəz  fəaliyyət  göstərir.  Burada  iki  Ģöbə  var: 
azərbaycanlılara qarĢı soyqırım tarixi Ģöbəsi  və Qarabağ tarixi Ģöbəsi. Bu Ģöbələrdə sırf  ermənilərlə  münaqiĢə 
problemlərinin  tarixi,  onların  meydana  gəlməsi,  ümumi  nəticələri  elmi  baxımdan  araĢdırılır.  Tarix  Ġnstitutu 
tədqiq edib ortaya qoyduğu araĢdırmaları üç dildə nəĢr etdirir. Məsələn, biz 2003-cü ildə ingilis və rus dillərində 
"Ermənilərin  Azərbaycan  torpaqlarında  törətdikləri  cinayətlər  haqqında"  kitab  nəĢr  etdik.  Burada  institutun 
aparıcı alimlərinin əsərləri  nəĢr olunub. Bu, yenidən çapa hazırlanır, bəzi əlavələrlə  yenidən  iĢıq üzü görəcək. 
Onu  da  deyim  ki,  bu  mövzu  ilə  bağlı  çoxsaylı  namizədlik,  doktorluq  müdafiələri  olub.  Həmçinin  Qərbi 
Azərbaycan  tarixi,  ermənilərin  iddiaları,  ekspansiya  siyasəti  ilə  bağlı  ciddi  araĢdırmalar  aparılıb.  Avropa 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
58 
 
mətbuatına  çıxmaq  və  Xocalı  soyqırımını  elmi  Ģəkildə  avropalılara  təqdim  etmək  üçün  həm  maliyyə  vəsaiti, 
həm də böyük səylər tələb olunur”. Alim qeyd edir ki, bu məsələyə bir çox hallarda avropalılar tərəfindən siyasi 
yönümdən  yanaĢıldığı  üçün,  Xarici  ĠĢlər  Nazirliyinin,  Diasporla  iĢ  üzrə  Dövlət  Komitəsinin  xətti  və  digər 
qurumlar tərəfindən  müəyyən  dəstəyə  ehtiyac  var. Qeyd  edir ki, humanitar sahədə çalıĢan alimlər  elmi  dərəcə 
almaq üçün attestasiya komissiyasının qərarı ilə xaricdə üç məqalə çap etməlidirlər: “Doktorluq üçün isə 6-ya 
qədər məqalə xaricdə çap edilməlidir. Amma qeyd edim ki, məsələn, Rusiyada və MDB məkanında bu səpkidə 
verilmiĢ  məqalələri  çap  etmirlər,  “siyasi  məsələ  olduğunu”  əsas  gətirib  geri  qaytarırlar.  Elə  Avropada  da 
məsələyə belə münasibət bəsləyirlər. Bütövlükdə götürdükdə bizim bu məsələyə münasibətimiz də qənaətbəxĢ 
deyil. Belə ki, beynəlxalq ictimai rəyin diqqətini cəlb etmək üçün mütəmadi olaraq iĢ aparmalıyıq. Amma biz 
cəmiyyət olaraq müəyyən bir tarixi hadisəyə daha çox ildönümünü keçirmək baxımından diqqət ayırırıq, sonra 
isə  həmin  hadisələrlə  bağlı  iĢ  aparılmır”.  Alimin  bildirdiyinə  görə,  bunun  nəticəsində  ermənilərlə  ideoloji-
informativ  mübarizə  effektli  olmur.  Ermənilərin  isə  bu  baxımdan  daha  bir  üstünlüyü  ondadır  ki,  müəyyən  iri 
dövlətlər  öz  siyasi  məqsədlərini  reallaĢdırmaq  üçün  onlardan  yararlanır,  onların  diasporunu  stimullaĢdırır: 
“Onlar üçün bu məsələdə supergüclərin qapıları açıqdır. Həmçinin bu məsələyə xristian-müsəlman qarĢıdurması 
kontekstindən yanaĢılır. Bu baxımdan Azərbaycan bütün səylərini birləĢdirməlidir. Dövlət baĢçımız çıxıĢlarında 
vurğulayır  ki,  bu  məsələdə  ermənilərə  qarĢı  total  hücuma  keçməliyik.  Xocalı  soyqırımını  dünyaya  tanıtmaq 
məsələsində  də  mütləq  ümumi  koordinasiya  olmalıdır”.  Alimin  fikrincə,  bu  məsələnin  təbliğat  və  təĢviqatını 
təĢkil  etmək  üçün  tarixçi  alim  və  mütəxəssislərdən  istifadə  etmək  lazımdır.  Bu  soyqırımı  faktını  dünyaya 
yaymaq  üçün  rus,  ingilis,  alman  və  sair  dilləri  bilən  alimlərin  mütəmadi  olaraq  xaricə  ezam  edilməsi,  onların 
maliyyə cəhətdən təmin edilməsi gərəkdir. Xocalı soyqırımı ən yeni tarixdə baĢ vermiĢ, kifayət qədər faktları, 
fotoları,  sənədləri  ortada  olan  aydın  soyqırımı  faktıdır.  Amma  bu  faktı,  eləcə  də  digər  həqiqətlərimizi 
professional  bir  Ģəkildə  təqdim  etmək  üçün  çox  iĢlər  görmək  lazımdır:  “Alimlərin  bilavasitə  məsləhəti  ilə 
sənədli filmlər çəkmək lazımdır.  
Xarici  KĠV-lərə  yol  tapıb  qısa  çarxları  nümayiĢ  etdirmək  lazımdır.  Uzun  yox,  5-10  dəqiqəlik 
qısametrajlı filmlər ərsəyə gətirmək lazımdır ki, dünyaya nümayiĢ etdirilsin. Həmçinin bülleten və kitabçalar da 
tərtib  edilməlidir.  Bütün  bu  kimi  məsələlərdə  tarixçi  alimlərdən  istifadə  edilməlidir.  Məsələ  burasındadır  ki, 
Qərb  ölkələrində,  Avropada  bir  tədbir  keçiriləndə  ora  alimimiz  getmir.  Ġstər  Xocalı,  istərsə  də  ümumiyyətlə 
erməni vəhĢiliklərini, fitnəkarlıqlarını ifĢa və mühakimə etməyə hesablanmıĢ digər tədbirlərə tarixçi alimlərimiz 
də mütləq qatılmalıdır. Bunun üçün Ģərait yaradılmalıdır. Çox vaxt bu cür tədbirlərə jurnalist, parlamentin üzvü 
olan,  amma  ixtisasca  tarixçi  olmayanı  və  sair  zümrə  və  ixtisas  sahiblərini  göndərirlər.  Belə  halda  isə  onlar 
problemin  mahiyyətini  qlobal  və  aktual  səviyyədə  izah  edə  bilmirlər,  nəticədə  ermənilərin  qarĢısında  çaĢırlar. 
Çünki  ermənilər  belə  tədbirlərə  həmiĢə  çox  yüksək  səviyyədə  hazırlaĢmıĢ,  tarixi  peĢəkarca  saxtalaĢdırmaq 
qabiliyyətinə malik olan adamlarını göndərirlər”. Professor qeyd edir  ki, tarix elmi strateji sahə olduğuna görə 
milli tariximizi tədqiq  edən bir institut bu ideoloji  mübarizədə ən  güclü silahdır. Xocalı soyqırımını tanıtmaq, 
dünyaya  qəbul  etdirmək  və  beynəlxalq  aləmdə  ermənilər  üzərində  ideoloji  qələbəni  təmin  etmək  üçün  tarixçi 
alim  və  mütəxəssislərin  potensialından  istifadə  olunmalıdır.  Onu  da  qeyd  edək  ki,  soyqırımı  ilə  bağlı, 
ümumiyyətlə  isə  erməni  fitnəkarlıqlarının  qarĢısının  alınması  və  onlara  qarĢı  daha  effektiv  hücum 
strategiyasının  həyata  keçirilməsi  üçün  daimi  beyin  mərkəzlərinin  formalaĢdırılması  və  bu  mərkəzlərdə  ciddi 
tədqiqatlar,  informasiya  savaĢı  müstəvisində  hücum  eksperimentləri  keçirmək,  bununla  bağlı  xüsusi  qruplar 
hazırlamaq çox  əlveriĢli  olardı. Nəzərə alınmalıdır ki, torpaqlarımız hələ  iĢğaldadır, barıĢıq  yoxdur, soyqırımı 
isə  artıq  baĢ  verib  və  heç  bir  zaman  inkar  oluna  bilməz.  Bu  halda,  əsas  diqqət  erməniləri  ciddi  informasiya 
məğlubiyyətinə uğratmağa verilməlidir ki, bu da daha sonra onlar üzərində qəti qələbə əldə etmək üçün zəmin 
yaradar.  Hökumət  qurumları  nə  iĢ  görür?  Müvafiq  hökumət  qurumlarının  bu  sahədə  hansı  tədbirlər  həyata 
keçirdikləri, nələr planlaĢdırdıqları ilə maraqlandıq. Diasporla ĠĢ üzrə Dövlət Komitəsindən bu barədə məlumat 
ala bildik. Komitənin Təbliğat və ictimaiyyətlə əlaqələr Ģöbəsinin müdiri ElĢad Miraləm belə bildirir: “Getdikcə 
Xocalı soyqırımı ilə bağlı tədbirlərin intensivləĢməsinə daha çox diqqət yetirilir. Əsas məqsəd odur ki, Xocalı 
hadisəsinin  azərbaycanlılara  qarĢı  düĢünülmüĢ,  planlaĢdırılmıĢ  və  törədilmiĢ  bir  soyqırımı  aktı  olduğunu 
beynəlxalq ictimaiyyətə daha əhatəli Ģəkildə çatdıraq. Ona görə də ildən-ilə müxtəlif ölkələrdə çeĢidli formatda 
tədbirlərin, konfransların, fotosərgilərin, etiraz aksiyalarının keçirilməsi daha miqyaslı xarakter alıb. Soyqırımla 
bağlı  müxtəlif  ölkələrin  parlamentlərinə,  QHT-lərinə,  ictimaiyyət  nümayəndələrinə,  dövlət  qurumlarına, 
beynəlxalq  təĢkilatlara  diaspor  təĢkilatlarımız  tərəfindən  müraciətlər  ünvanlanır.  Müraciətlərdə  soyqırımı  ilə 
bağlı faktlar, sənədlər əksini tapır. O cümlədən, bu il keçiriləcək belə tədbirlər həm kütləvilik, həm də ĠKT-nin 
tətbiqi baxımından bir qədər fərqlənəcək. Bu  məsələdə ənənəvi  metodlardan bir qədər kənara durmaq,  müasir 
üsullardan  yararlanmaq  planlaĢdırılır.  Qeyd  edim  ki,  həmin  tədbirlərdə  Heydər  Əliyev  Fondunun  hazırladığı 
əyani vəsaitlərdən, təbliğat materiallarından da geniĢ istifadə ediləcək. O da məlum olduğu kimi, Heydər Əliyev 
Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın baĢçılığı ilə dünyanın müxtəlif ölkələrində 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
59 
 
dünya  miqyasında  “Xocalıya  ədalət”  kampaniyası  həyata  keçirilir.  Kampaniyaya  diaspor  təĢkilatları  da  aktiv 
Ģəkildə  qoĢulurlar”.  Komitə  sözçüsünün  bildirdiyinə  görə,  diaspor  təĢkilatları  soyqırımı  tanıtmaqla  bağlı 
müxtəlif  təĢəbbüslərlə  çıxıĢ  edirlər:  “Bizsə  onlara  bu  yolda  tövsiyələr  və  dəstək  veririk.  Bu  sıradan  qeyd 
edilənlərdən əlavə soyqırımı tanımaqla bağlı imzatoplama kampaniyaları keçirilir. Bu, bir neçə il öncə baĢlayıb 
və indi də davam edir”. Türk və yəhudi diasporları ilə birgə iĢ Ģəraitində Xocalı soyqırımının dünya miqyasında 
tanıdılması üçün  hansı iĢlər görülür? E. Miraləm  deyir ki, 2007-ci ilin 9  martında Bakıda Azərbaycan  və türk 
diaspor  təĢkilatlarının  forumu  keçirilib:  “Həmin  ilin  noyabrında  isə  türk  dövlət  və  cəmiyyətlərinin  dostluq, 
əməkdaĢlıq və qardaĢlıq qurultayı keçirildi. Bu tədbirlər zamanı qəbul olunmuĢ sənədlərdə Xocalı soyqırımı və 
ümumiyyətlə  türklərə  qarĢı  ermənilər  tərəfindən  törədilmiĢ  digər  soyqırım  aktlarının,  türk  xalqlarının  məruz 
qaldıqları  haqsızlıq  və  ədalətsizliklərin  tanıdılması  istiqamətində  bütün  türk  dövlət  və  xalqlarının  birgə 
fəaliyyəti öz əksini tapmıĢdı”. Məsələ burasındadır ki, bu strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi 
üçün sarsılmaz və məqsədli Ģəkildə birgə əməli iĢ olmalıdır. Eləcə də Azərbaycana dost münasibəti olan bütün 
xalqların  diaspor  təĢkilatlarının,  həmçinin  yəhudi  lobbisinin  əməkdaĢlığından  faydalanmaq  günün  tələbidir. 
Əsas məqsəd bu olmalıdır ki, digər təĢkilatlarla sıx əməkdaĢlıq münasibətlərindən istifadə edib ermənilərə qarĢı 
informasiya  savaĢında,  xüsusilə  Xocalı  soyqırımı  faktından  düĢmənə  qarĢı  yararlanılmasında  tam  qələbə  əldə 
olunsun.  
Diaspor  nümayəndələrinin  məsələ  ilə  bağlı  ciddi  hazırlığına  və  maarifləndirilməsinə  də  ehtiyac  var. 
Belə  ki,  onlar  soyqırım,  onun  miqyası,  mahiyyəti  və  baĢ  verməsi  ilə  bağlı  tam  təfərrüatına  qədər  məlumatlı 
olmalıdırlar.  Daha  sonra  diaspor  nümayəndələri  üçün  yaĢadıqları  ölkələrdə  soyqırımı  tanıtma  aksiyalarını 
aparmaları  məqsədi  ilə  ciddi  təlimlər  təĢkil  edilməsi,  onların  “e-mail  attack”  və  sair  formalı  ĠKT  aksiyaları 
keçirməyə alıĢdırılması, əyani vəsaitlərlə təmin olunması, yaĢadıqları ölkələrdə lobbiçilik yollarının öyrədilməsi 
ciddi  önəm  kəsb  edir.    VətəndaĢ  cəmiyyəti  bu  məsələdə  ciddi  təĢkilatlanmalıdır  Qeyd  etmək  lazımdır  ki, 
sözügedən  məsələdə  cəmiyyətin  mobil  hala  gətirilməsi  üçün  vətəndaĢ  cəmiyyəti  institutlarının  üzərinə  böyük 
öhdəlik düĢür. Bu sıradan xüsusilə, Xocalı soyqırımı, Azərbaycan həqiqətləri sahəsi üzrə ixtisaslaĢmıĢ təĢkilatlar 
təĢəbbüslərini  intensiv  reallaĢdırmağın  daha  səmərəli  yollarını,  metodlarını  tapmalıdırlar.  Bu  barədə  Xocalı 
Soyqırımını  Tanıtma  Ġctimai  Birliyinin  təsisçisi  ġamil  Ələkbərlinin  fikirlərini  qeyd  edək:  “Xocalı  soyqırımı 
qurbanlarının sayı əslində  ən azı  min  nəfərlə ölçülür, amma rəsmi  məlumatlarda bu rəqəm çox  vaxt 613 kimi 
qeyd  olunur.  Xocalı  Soyqırımını  Tanıtma  Ġctimai  Birliyi  2007-ci  ildə  yaradılıb  və  əsas  qayəsi  soyqırımın 
dünyaya,  beynəlxalq  təĢkilatlara  tanıdılması  və  qəbul  etdirilməsində  Azərbaycan  xalqına  yardımçı  olmaqdan 
ibarətdir.  Bu  sahədə  qarĢıda  duran  əsas  məsələlərdən  biri  Xocalı  soyqırımına  hüquq-mühafizə  orqanları 
tərəfindən  hüquqi  qiymət  verilməsinə  nail  olmaqdır.  Ümumiyyətlə  isə  dövlət  orqanları  qarĢısında  5  tələbimiz 
var. Bu tələblərin yerinə yetirilməsi ona görə lazımdır ki, beynəlxalq arenaya çıxanda əlimizdə soyqırımla bağlı 
hüquqi  əsasımız  olsun.  Ġndiki  halda,  beynəlxalq  təĢkilatlar  bildirirlər  ki,  sizin  dövlətiniz  tərəfindən  Xocalı 
faciəsinə  soyqırım  kimi  hüquqi  qiymət  verilməyib.  Deyirlər  ki,  Xocalıya  verilən  qiymət  yalnız  siyasi 
xarakterlidir. Ona görə də çox istərdik ki, bizdə Xocalı soyqırımına hüquqi qiymət verilsin. Ġkincisi, 26 fevral 
Milli  Matəm  Günü  elan  edilməli  və  qeyri-iĢ  günü  sayılmalıdır.  Üçüncüsü,  xocalıların  statusu 
dəqiqləĢdirilməlidir. Dördüncüsü, Bakıdakı ġəhidlər xiyabanında və düĢmən tapdağından azad olunacaq Xocalı 
Ģəhərində  soyqırımı  muzeyləri  yaradılmalıdır.  Nəhayət,  beĢincisi,  baĢda  Robert  Köçəryan,  Serj  Sərkisyan, 
Seyran  Ohanyan  olmaqla  Xocalı  soyqırımını  törədənlər  barədə  Azərbaycan  Respublikasının  Prokurorluğunda 
toplanmıĢ  sənədlər  Haaqa  Beynəlxalq  Hərbi  Tribunalına  və  Avropa  Ġnsan  Hüquqları  Məhkəməsinə 
göndərilməlidir.  Daha  bir  məqamı  qeyd  edim.  Biz  beynəlxalq  tədbirlərdə  iĢtirak  edəndə  yetərincə  dolğun  və 
dəqiq məlumatlara ehtiyac olur, amma soyqırımla bağlı bəzi məlumatlar və sənədlər hələ də dəqiqləĢdirilməyib. 
Ötən  il  Haaqada  Türklərin  Soyqırımlarını  AraĢdırma  TəĢkilatı  ilə  Xocalı  Soyqırımını  Tanıtma  Ġctimai  Birliyi 
arasında  bir  anlaĢma  protokolu  imzalandı.  18  maddədən  ibarət  bu  anlaĢma  protokolu  Ermənistanın  Qarabağ-
Türk  Soyqırımı  adlanır.  Burada  müxtəlif  sahələr  üzrə  əməkdaĢlıq  nəzərdə  tutulub.  Amma  bu  tədbirlərdən  ən 
vacibi bu il Haaqa Ģəhərində birgə ictimai məhkəmənin keçirilməsidir. Bu cür məhkəmələrin ictimai rəyə təsiri 
çox  effektlidir  və  cəmiyyətdə  ciddi  rezonans  doğurur.  Bu  məhkəməyə  bir  çox  ölkələrdən  nüfuzlu,  tanınmıĢ 
Ģəxslər dəvət olunacaq. Eyni zamanda erməni tərəfini də məhkəməyə dəvət edəcəyik. Bu ictimai məhkəmənin 
keçirilməsi Azərbaycan və Türkiyəyə soyqırımı məsələsində və ümumiyyətlə informasiya savaĢında çox böyük 
divident  gətirəcək.  Amma  təbii  ki,  bu  cür  ciddi  məsələlərdə  dövlətin  dəstəyinə  arxalanırıq.  Əlimizdə  kifayət 
qədər  faktlar  var  ki,  erməniləri  beynəlxalq  arenada  diz  üstə  çökdürək.  Amma  bu  faktlardan  maksimum 
yararlanılmalıdır. Məsələn,  mən Xocalı faciəsi  qurbanlarının Ģəkillərini çəkən fotoçulardan biriyəm,  həm  də o 
vaxt  “Səhər”  qəzetində  soyqırımla  bağlı  yazı  yazan  ilk  jurnalistəm.  Amma  indiyə  qədər  soyqırım  faktını 
nümayiĢ  etdirən  fotolarımın  sərgisini  təĢkil  edə  bilməmiĢəm.  Əslində  bu  sahədə  effektli  nailiyyət  əldə  etmək 
üçün  maliyyə  təminatı  da  yetərli  səviyyədə  olmalıdır.  Dövlət  strukturlarından  əlavə,  imkanlı  Ģəxslərimiz  və 
nüfuzlu  Ģirkətlərin  nümayəndələri,  rəhbərləri  olan  soydaĢlarımız  bu  iĢdə  maraqlı  olmalıdır.  Təəssüf  ki,  belə 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
60 
 
soydaĢlarımız  və  təĢkilatlarımız  bizə  maliyyə  baxımından  yardım  etmirlər.  Bu  baxımdan  bizim  layihələrimizi 
maliyyələĢdirən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət TəĢkilatlarına Dövlət Dəstəyi ġurasıdır. Amma 
bütün iĢləri Ģuranın öhdəsinə qoymaq olmaz. Bununla belə, hazırda www.xocali.info saytımız açılıb və üç dildə 
fəaliyyət  göstərir.  Eyni  zamanda  planlaĢdırırıq  ki,  Almaniyada  soyqırımla  bağlı  beynəlxalq  konfrans  keçirək. 
Daha sonra soyqırımla bağlı 15  dəqiqəlik  film hazırlamaq  istəyirik. Filmi BMT-nin 5 iĢçi  dilində  hazırlamağı 
planlaĢdırırıq.  Amma  bu,  arzu  olaraq  qalır.  Çünki  dəstəyə  ehtiyacımız  var.  Bütün  çətinliklərə  baxmayaraq, 
məqsədlərimizin  reallaĢmasında  qərarlı,  ümidli  və  əzmliyik”.  Qeyd  edək  ki,  Azərbaycan  Prezidenti  yanında 
Qeyri-Hökumət  TəĢkilatlarına(QHT)  Dövlət  Dəstəyi  ġurası  fəaliyyətə  baĢlayandan,  iki  il  ərzində  keçirilmiĢ 
müsabiqələr nəticəsində QHT-lər Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqiĢəsi və sair milli problemlərlə 
bağlı  effektli  layihələr  həyata  keçirməyə  nail  oldular.  Halbuki  əvvəllər  xarici  donorların  bu  məsələlərə 
marağının  olmaması  üzündən  belə  bir  tendensiya  yox  idi.  Ona  görə  də  məsələ  ilə  bağlı  milli  donorçuluğun 
formalaĢması  müvafiq  sahə  üzrə  ixtisaslaĢmıĢ  QHT-lər  üçün  yaĢıl  iĢıqdır.  Həmçinin  bu  cür  QHT-lər  Ģuranın 
müsabiqə istiqamətlərinin formalaĢmasında da konkret təĢəbbüslərlə çıxıĢ edə bilərlər. Məlumat üçün xatırladaq 
ki, Ģura bu ildən müsabiqə istiqamətlərinin müəyyənləĢdirilməsini QHT-lərin müzakirəsinə buraxıb. Bu isə çox 
müsbət  məqamdır  və  QHT-lərin  qeyd  edilən  sahədə  təĢəbbüslərini  reallaĢdırmaq  üçün  əlveriĢlidir.  Həmçinin 
belə  QHT-lərin  təĢəbbüs  və  təklifləri  nəticəsində  müsabiqə  istiqamətləri  içərisində  Xocalı  soyqırımı  ilə  bağlı 
ayrıca istiqamət və ya mövzu əksini tapa bilər. Bundan baĢqa, bu sahədə geniĢmiqyaslı və mütəmadi layihələrin 
həyata  keçirilməsində  Ģuranın  digər  maliyyə  qurumları,  ölkədə  fəaliyyət  göstərən  Ģirkət  və  korporasiyalarla 
əməkdaĢlığı ciddi rol oynaya bilər. 
 Eləcə  də  gənclər  təĢkilatlarının  bu  sahəyə  diqqətini  artırmaq  üçün  müvafiq  qurum  olan  Gənclər  və 
Ġdman Nazirliyi  əlavə stimullaĢdırmalardan istifadə  edə bilər. Qeyd  edək ki, sözügedən sahədə “Ġrəli” Ġctimai 
Birliyinin böyük təcrübəsi və icra edilmiĢ uğurlu layihələri var ki, bunlardan gənclər təĢkilatları səmərəli Ģəkildə 
bəhrələnə  bilərlər.  Ġctimai  təĢkilatların  təĢəbbüslərinin  bu  sahədə  daha  bir  uğuru  odur  ki,  Ġslam  Konfransı 
TəĢkilatının Parlament Birliyi “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə 
qəbul  edib.  Uqandanın  paytaxtı  Kampalada  keçirilən  6-cı  sessiyaya  51  dövlətin  parlament  rəhbərləri  və 
nümayəndə heyətləri qatılıb. Konfransda qurumun Gənclər Forumunun (ĠKGF) təĢəbbüsü ilə “ĠKGF ilə ĠKT PB 
arasında  əməkdaĢlıq”  haqqında  qətnamə  qəbul  olunub.  ĠKGF-nin  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ 
koordinatoru, Heydər Əliyev Fondunun Moskva Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təĢəbbüsü ilə 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin