“xocaliya ədaləT”


çərçivəsində təĢkil edilmiĢdir



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   2   3   4   5   6   7   8   9   10   ...   16

çərçivəsində təĢkil edilmiĢdir.  
 
Aksiyalar ərəfəsində “Xocalıya ədalət” beynəlxalq məlumat və təĢviqat kampaniyasının Kolumbiya üzrə 
milli  əlaqələndiricisi  Xulian  Riqo  Mendezin  təĢkilatçılığı  ilə  yerli  könüllülər  tərəfindən  Ģəhərin  mərkəzi 
küçələrində  divarlara  posterlər  yapıĢdırılmıĢ  və  küçələrdə  kampaniya  haqqında  məlumat  bukletləri 
paylanmıĢdır.  
Ġki  min  beĢ  yüzdən  çox  gəncin  iĢtirak  etdiyi  festivalda  “Ədalətsizliyə  qarĢı  min  Ģəxs”  devizi  altında 
insanlıq əleyhinə törədilən Xocalı  qətliamını  və  faciənin qurbanlarına qarĢı törədilmiĢ qeyri-insani  davranıĢları 
pisləyən bəyannaməyə imzatoplama kampaniyası həyata keçirilmiĢdir.  
Aksiyanın  sonuncu  günü  Kartahena  Universitetində  tələbələrlə  görüĢlər  keçirilmiĢ,  qarĢıdan  gələn  10 
dekabr  -  Beynəlxalq  Ġnsan  Hüquqları  Günü  ilə  bağlı  Xocalı  qətliamı  haqqında  “dəyirmi  masa”lar  və 
diskussiyalar  təĢkil  edilmiĢ  və  gələcəkdə  belə  faciələrin  təkrarlanmaması  üçün  oxĢar  sülhməramlı  aksiyaların 
davam etdirilməsi planlaĢdırılmıĢdır.  
“Xocalıya  ədalət”  kampaniyasına  dəstək  tədbirləri  Ġsveçrənin  Cenevrə,  Almaniyanın  Berlin, 
Hollandiyanın  Haaqa  Ģəhərlərində  Beynəlxalq  Ġnsan  Hüquqları  Günü  ilə  əlaqədar  keçiriləcək  konfranslarla 
davam edəcəkdir. 
Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq məlumat və təĢviqat kampaniyası Ġslam Konfransı TəĢkilatına 
üzv  olan Dialoq  və ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun  mədəniyyətlərarası dialoq üzrə 
baĢ əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsü ilə 2008-ci  il  mayın 8-də  elan  edilmiĢdir. Kampaniyanın əsas 
məqsədi  1992-ci  il  fevralın  26-da  Xocalı  Ģəhərində  insanlığa  qarĢı  törədilmiĢ  cinayətin  dünya  ictimaiyyətinə 
çatdırılması, faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaqdır. 
 
AzərTAc   
  
Xalq qəzeti”.-2009.-9 dekabr.-N 273-S.5. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
45 
 
BMT-nin Millətlər Sarayında Xocalı faciəsi müzakirə olunub 
 
Ermənistanın BMT-nin Cenevrə ofisindəki nümayəndəliyi tədbirin iĢini poza bilməyib 
 
Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  (DƏ-ĠKGF)  təĢəbbüsü  ilə  Ġnsan 
Haqları Günü - dekabrın 10-da BMT-nin Cenevrə ofisinin Millətlər Sarayında silahlı münaqiĢələr zamanı insan 
hüquqlarının  kütləvi pozulması problemlərinə  həsr olunmuĢ beynəlxalq  konfrans keçirilib. Forumdan  APA-ya 
verilən məlumata görə, konfrans bir saat gec baĢlayıb. Buna səbəb Ermənistanın BMT-nin Cenevrə ofisindəki 
daimi  nümayəndəliyinin  tədbirin  iĢini  pozmaq  cəhdləri  olub.  Onlar  konfransın  formatının  guya  BMT-nin 
qaydalarına zidd olduğu arqumentini səsləndiriblər. TəĢkilatçıların verdiyi izahatdan sonra mötəbər qonaqların 
konfransda  iĢtirakı  da  nəzərə  alınmaqla  tədbir  planlaĢdırıldığı  kimi  BMT-nin  Millətlər  Sarayında  öz  iĢinə 
baĢlayıb.  
DƏ-ĠKGF  baĢ  katibi  ElĢad  Ġsgəndərov  məruzəsində  Ruanda  və  Serebrenitsa  (Bosniya)  faciələri  ilə 
yanaĢı, Xocalı  qətliamının  da Ġslam Konfransı TəĢkilatının (ĠKT) sənədlərində tanındığını  deyib  və bu  məsələ 
ilə  bağlı  mədəniyyətlərarası  dialoq  çərçivəsində  ĠKT  və  Avropa  strukturlarının  əməkdaĢlığının  vacibliyini 
vurğulayıb.  
"Xocalıya ədalət" kampaniyasının Litvadan olan koordinatoru Yeva Lukosevite Qarabağ müharibəsinin 
qanlı  səhifəsi  olan  bu  faciə  haqqında  kampaniya  fəallarının  hazırladığı  multimedia  təqdimatı  ilə  çıxıĢ  edib. 
Ermənistan  nümayəndələri  bir  neçə  dəfə  konfransı  pozmağa  cəhd  ediblər.  Ermənistanın  BMT-dəki 
nümayəndəliyində çalıĢan diplomat V. Gevorqyan Ermənistan ordusunun bu kütləvi qətldə iĢtirakını inkar edib. 
E.  Ġsgəndərov  isə  cavab  olaraq  Ermənistan  rəsmilərinin  hələ  də  beynəlxalq  ictimaiyyəti  aldatmaqda  davam 
etdiyini  söyləyib:  "Ermənistanda  bu  cinayətdə  öz  liderlərinin  hansı  rol  oynadıqlarını  yaxĢı  bilirlər.  Məhz  o 
zaman Dağlıq Qarabağdakı  erməni silahlı  qüvvələrinin  komandirlərindən  olan, indi sizin  ölkəyə baĢçılıq  edən 
prezident Böyük Britaniyadan olan jurnalist Tomas De Vaala müsahibəsində etiraf etmiĢdi ki, Xocalıda erməni 
silahlılarının əsas məqsədi azərbaycanlılarda dinc əhalinin öldürülməsinin yolverilməzliyi ilə bağlı formalaĢmıĢ 
"stereotipi" məhv etmək olub". Forumun baĢ katibi çıxıĢında adı çəkilən kitabdan iqtibas gətirib.  
Azərbaycanın  BMT-nin  Cenevrədə  yerləĢən  qərargahındakı  daimi  nümayəndəliyinin  rəhbəri  Elçin 
Əmirbəyov  isə  erməni  diplomatlarını  BMT-də  insan  hüquqları  ilə  bağlı  müzakirə  olunan  məsələləri 
siyasiləĢdirməyə  cəhd  göstərməkdə  ittiham  edib:  "Erməni  diplomatiyasının  qeyri-hökumət  təĢkilatlarının 
təĢəbbüslərinə  mane  olmaq,  bu  tipli  tədbirləri  pozmaq  praktikasına  tez-tez  rast  gəlinir.  Bu  konfransda 
Ermənistan  nümayəndəsinin  çıxıĢı  müxtəlif  ölkələrdən  olan  iĢtirakçıların  Xocalı  qırğını  qurbanlarının 
hüquqlarının bərpa olunmasının zəruriliyi ilə bağlı söylədikləri mülahizələrlə tam uyğunsuzluq təĢkil edir. Lakin 
onlar  "Xocalıya  ədalət"  kampaniyası  təĢkilatçılarının  irəli  sürdüyü  əsaslandırılmıĢ  arqumentlərlə  rastlaĢdılar. 
Son illər Azərbaycanın aktiv xarici siyasətinin nəticələrindən olan bu kampaniya öncədən perspektivsiz mövqe 
seçən rəsmi Ġrəvanı narahat etməkdədir".  
Konfransın  sonunda  qəbul  edilmiĢ  xüsusi  məruzə  BMT-nin  Nyu-York  və  Cenevrədəki  ofislərinə,  o 
cümlədən digər beynəlxalq təĢkilatlara göndəriləcək. 
 
“Kaspi”.-2009.-12-14 dekabr.-N.222.-S.1. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
46 
 
Berlində Xocalı qətliamı mövzusunda keçirilən konfrans baĢa çatıb 
 
Berlində Beynəlxalq Ġnsan Hüquqları gününə həsr olunmuĢ "UnudulmuĢ qurbanlar  - Qafqazda yəhudilər 
və  azərbaycanlılar"  mövzusunda  keçirilən  3  günlük  konfrans  baĢa  çatıb.  Bu  barədə  APA-ya  Dialoq  və 
ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  Media  Departamentindən  bildirilib.  Tədbirin  əsas 
təĢkilatçısı,  "Xocalıya  Ədalət"  beynəlxalq  kampaniyasının  Almaniya  üzrə  koordinatoru,  Almaniya 
Azərbaycanlıları  Koordinasiya  Mərkəzinin  icraçı  direktoru  Samira  Patzer-Ġsmayılovanın  verdiyi  məlumata 
əsasən, konfrans Xocalı qətliamına və azərbaycanlılara qarĢı 1918-ci ildə Qubada erməni daĢnakları tərəfindən 
törədilmiĢ  soyqırımına  həsr  edilib.  Tədbir  100-dən  artıq  qonağın  iĢtirakı  ilə  Alman-Azərbaycan 
Münasibətlərinin  ĠnkiĢafı  Mərkəzində  keçirilib.  Tədbir  zamanı  Avropa  Parlamentinin  üzvü  Eduard  Lintner 
Azərbaycana qarĢı yeridilən  iĢğalçı siyasəti tənqid  edib, Avropanın Dağlıq Qarabağ məsələsinin  həllində  daha 
fəal iĢtirakının labüd olduğunu bildirib.  
Azərbaycanın  Almaniyadakı  səfiri  Pərviz  ġahbazov  Azərbaycanda  ermənilər  tərəfindən  tarixən  (Quba, 
ġamaxı və s.) və yaxın keçmiĢdə (Xocalı və s.) törədilən cinayətlər haqqında məlumat verib. 
Konafransda  Potsdam  Universitetinin  professoru  Dr.  Vilfrid  Furman,  Avropa  Azərbaycan  Cəmiyyətinin 
direktoru  ġahin  Namati-Nasab  da  çıxıĢ  ediblər.  Avroqafqaz  Cəmiyyətinin  sədri,  Bonn  və  Berlin 
Universitetlərinin professoru xanım Dr. Eva Maria Aux "Azərbaycan yəhudiləri-unudulmuĢ icma" mövzusunda 
məruzə  edərək,  yəhudilərin  Azərbaycanda  tarixən  məskunlaĢması  və  indiyə  qədər  milli  azlıq  kimi  tam  əmin-
amanlıqda yaĢamalarını tarixi faktlarla əsaslandırıb.  
Tədbirin  bədii  hissəsi  zamanı  mərhum  professor  RövĢən  Mustafayevin  sonuncu  -  "Ölüm  marĢları" 
kitabının təqdimatı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Ġnsan Hüquqları Ġnstitutunun  direktoru 
Aytən Mustafayeva həmin kitabın yeni - alman dilində olan nüsxəsini təqdim edib. 
AAKM-nin  icraçı  direktoru  Samira  Patzer-Ġsmayılova  Xocalı  qətliamının  dünya  ictimaiyyəti  tərəfindən 
hüquqi-siyasi cəhətdən tanınmasına çağıraraq, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının labüd 
olduğunu qeyd edib. 
Tədbirdə  Ġslam  Konfransı  Gənclər  Forumunun  baĢ  koordinatoru  Leyla  Əliyevanın  təĢəbbüsü  ilə  həyata 
keçirilən  "Xocalıya  ədalət"  beynəlxalq  məlumat  kampaniyasının  alman  dilində  təqdimatı  Fariz  Qasımlı 
tərəfindən edilib. 
Qeyd  edək  ki,  "Xocalıya  Ədalət"  beynəlxalq  məlumat  və  təĢviqat  kampaniyası  ĠKT-yə  üzv  qurum  olan 
Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  Mədəniyyətlərarası  Dialoq  üzrə  baĢ 
koordinatoru Leyla Əliyevanın təĢəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib.   
 
“Kaspi”.-2009.-15 dekabr.-N.223.-S.4. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
47 
 
Xocalı qətliamı Ġsveçdə yaradılmıĢ “Beynəlxalq Müharibə 
Qurbanları Memorialı” layihəsinə daxil edilmiĢdir 
 
Ġslam Konfransı TəĢkilatı Gənclər Forumunun  mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi 
Leyla Əliyevanın təĢəbbüsü ilə elan edilmiĢ “Xocalıya ədalət” kampaniyasının səyi ilə Xocalı qətliamının 
adı Ġsveçdə yaradılmıĢ və virtual aləmdə geniĢ vüsət almıĢ mükəmməl “Beynəlxalq Müharibə Qurbanları 
Memorialı” arxiv layihəsinə daxil edilmiĢdir.  
 
Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı 
qüvvələri  tərəfindən  Xocalı  Ģəhərində  xüsusi  amansızlıqla  öldürülən  qurbanların  siyahısı  yerləĢdirilmiĢ,  faciə 
saytın istifadəçilərinə XX əsrin ən dəhĢətli qətliamı kimi təqdim edilmiĢdir (http://war-memorial.net/Victims-of- 
the-Khojali-Massacre-1.224 http://war-memorial.net/Victims-of- the-Khojali-Massacre-1.224).  
Saytda istifadə edilmiĢ ədəbiyyat və resurslar içərisində “Xocalıya ədalət” kampaniyasının rəsmi internet 
saytından  (www.justiceforkhojaly.org  http://www.justiceforkhojaly.org)  istifadə  edilmiĢ  və  sayt  kampaniyanın 
rəsmi  saytına  yönləndirilmiĢdir.  Xocalı  qətliamının  adı  Əlcəzair,  Srebrenitsa,  Darfur,  Madaqaskar,  Nigeriya, 
Ruanda, Vyetnam və baĢqa yerlərdə törədilmiĢ soyqırımları və qətliamlarla bir sırada çəkilmiĢdir. 
“Beynəlxalq  Müharibə  Qurbanları  Memorialı”  layihəsi  II  Dünya  müharibəsindən  sonra  dünyada  baĢ 
vermiĢ  müharibələr, soyqırımları və qətliamların  qurbanları olmuĢ  insanların siyahısını  ehtiva  edir, Ģəkillər  və 
faktlarla  birlikdə  hadisələrin  xülasəsini  əks  etdirir.  XX  əsrin  ikinci  yarısından  bu  günədək  soyqırımı  və 
qətliamlarda həlak olmuĢ insanların siyahıyaalma prosesində insan hüquqları ilə məĢğul olan institutlar, alimlər, 
beynəlxaq  və  qeyri-hökumət  təĢkilatları,  bu  sahə  ilə  məĢğul  olan  araĢdırmaçılar  iĢtirak  edirlər.  Layihə 
çərçivəsində  dünyanın  müxtəlif  ölkələrində  məlumatlandırma  üçün  sərgilər,  seminarlar  həyata  keçirilir  və 
məqalələr çap edilir.  
Faciələrlə  bağlı  qurbanların  xatirəsini  əbədiləĢdirmək  üçün  Stokholm  Ģəhərində  özündə  universitet, 
muzey, kitabxana, arxiv, xatirə parkları və baĢqa komponentləri birləĢdirən “Memorial” kompleksinin tikilməsi 
planlaĢdırılır.  “Xocalıya  ədalət”  kampaniyası  kompleksdə  Xocalı  soyqırımı  bölməsinin  açılması  ilə  bağlı 
təkliflərini layihənin təĢkilatçılarına təqdim etmiĢdir.  
“Xocalıya  ədalət”  kampaniyası  çərçivəsində  fevralın  26-da  dünyanın  30-dan  artıq  ölkəsində  sərgilərin, 
konfransların  və  dinc  aksiyaların  təĢkili  planlaĢdırılır.  Xocalıda  törədilmiĢ  insanlığa  qarĢı  cinayətin  dünya 
ictimaiyyətinə  çatdırılması,  bu  faciəyə  hüquqi-siyasi  və  mənəvi  qiymətin  verilməsi  üçün  səmərəli  təĢviqat 
davam etdirilir. 
 
Xalq qəzeti”.-2010.-12 yanvar.-N 7.-S.2. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
48 
 
Küveytdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində  
tədbir keçirilmiĢdir 
 
Bakı, 18 fevral (AzərTAc). Ġslam Konfransı TəĢkilatının Gənclər Forumundan bildirmiĢlər  ki, Küveytin 
ən  böyük  gənclər  təĢkilatlarından  biri  olan  LoYAC-ın  ofisində  “Xocalıya  Ədalət”  beynəlxalq  kampaniyasının 
təqdimatı keçirilmiĢdir.  
Tədbirdə  iĢtirak  edən  gənclər  təĢkilatlarının  nümayəndələrinə  və  qonaqlara  Xocalı  faciəsi  haqqında 
məlumat  verilmiĢ,  kampaniyanın  internet  səhifəsi  (www.justiceforkhojaly.org)  və  “Xocalı  uĢaqların  gözü  ilə” 
adlı fotosərgi nümayiĢ etdirilmiĢdir.  
Xocalı  qətliamına  beynəlxalq  səviyyədə  hüquqi-siyasi  qiymət  verilməsi  üçün  dünya  liderlərinə 
ünvanlanan Petisiya iĢtirakçılara təqdim edilmiĢ və imzalar toplanmıĢdır.  
Təqdimatda  iĢtirak  edən  Azərbaycanın  Küveytdəki  səfiri  ġahin  Abdullayev  gənclərə  Xocalı  faciəsi 
haqqında  həqiqətlərin  Küveyt  ictimaiyyətinə  çatdırılması  üçün  göstərdikləri  təĢəbbüsə  və  fəaliyyətə  görə 
təĢəkkür etmiĢdir.  
 
AzərTAc 
18 yanvar 2010-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
49 
 
Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə 
əlaqədar tədbirlər planlaĢdırır 
 
Layihələr il ərzində davam edəcək 
 
Heydər  Əliyev  Fondu  Xocalı  soyqırımının  18-ci  ildönümü  ilə  əlaqədar  tədbirlər  planlaĢdırır.  Bu  barədə 
qəzetimizə açıqlamasında millət vəkili Qənirə PaĢayeva məlumat verib. O bildirib ki, fondun prezidenti, millət 
vəkili Mehriban Əliyevanın təĢəbbüsü ilə Xocalı soyqırımının tanıdılması, dünyaya  çatdırılması  istiqamətində 
çox böyük layihələr var. Bu layihələr bu il ərzində də davam edəcək. Q. PaĢayeva bildirib ki, fondun Rusiyadakı 
nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın uzun müddətdən bəri baĢlatdığı "Xocalıya ədalət!" kampaniyası da 
davam  edir.  Dünyada  bu  kampaniyaya  qoĢulan  insanların  sayı  günü-gündən  çoxalır.  Bu  istiqamətdə  görülən 
iĢlər bundan sonra da davam edəcək. 
Q. PaĢayeva bildirib ki, Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, 
beynəlxalq aləmə çatdırılması istiqamətində həddindən artıq böyük iĢlər görüb. Millət vəkilinin sözlərinə  görə, 
ümumiyyətlə,  Xocalı  soyqırımının,  Azərbaycan  həqiqətlərinin  tanıdılması  istiqamətində  sözügedən  fondun 
rəhbəri,  millət  vəkili  Mehriban  Əliyevanın  təĢəbbüsü  ilə  çox  böyük  iĢlər  həyata  keçirilib:  "Ġndiyə  qədər 
Avropanın  onlarla  ölkəsində  Xocalı  soyqırımının  ildönümlərində  tədbirlərin,  sərgilərin  keçirilməsi,  filmlərin 
nümayiĢ  olunması  və  sair  bu  qəbildəndir.  Fond  tərəfindən  Xocalı  soyqırımına  dair  müxtəlif  dillərdə  filmlər 
hazırlanıb. Həmçinin Xocalı soyqırımı ilə bağlı foto-sərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib. 
Bununla  yanaĢı,  "Xocalı uĢaqların  gözü  ilə" rəsm sərgisi  və sair böyük tədbirlər təĢkil  olunub. Bunlar hamısı 
Fondun və ələlxüsus Mehriban xanımın Xocalı soyqırımının tanıdılması istiqamətində çox böyük xidmətləridir: 
"Bizim  hər  birimiz  harada  yaĢamağından  asılı  olmayaraq,  bu  kampaniyalara  dəstək  verməliyik.  Hərənin  gücü 
nəyə  çatırsa,  Azərbaycan  həqiqətlərinin,  Azərbaycan  xalqının  baĢına  gətirilən  bütün  müsibətlərin  təbliğ 
edilməsi,  erməni  yalanlarının  qarĢısının  alınması  istiqamətində  öz  fəaliyyətini  ortaya  qoymalıdır.  Burada  hər 
kəsin üzərinə düĢən bir məsuliyyət payı var. Hamı o məsuliyyəti baĢa düĢməlidir. Heç kəs gözləməməlidir ki, 
bunu kimsə baĢqaları etməlidir".  
Onu  da qeyd  edək  ki, Xocalı soyqırımının  növbəti  ildönümü  yaxınlaĢan ərəfədə hər zaman bu  məsələ  - 
sözügedən faciənin soyqırımı aktı kimi Türkiyə Böyük Millət Məclisində (TBMM) tanınması məsələsi gündəmə 
gəlir. Görəsən, nəhayət, TBMM Xocalı qətliamını soyqırımı kimi tanıya bilərmi? 
Q. PaĢayevanın qeyd etdiyinə görə, Xocalı soyqırımının ildönümlərində bir neçə dəfə Türkiyədə, TBMM-
də  olub.  Burada  bir  neçə  millət  vəkili  Xocalı  soyqırımı  ilə  bağlı  çıxıĢlar  edir,  bu  qətliamın  baiskarlarının, 
günahkarlarının pislənməsi, məsuliyyətə cəlb olunması tələbləri irəli sürülür. Bununla belə, hər bir Azərbaycan 
vətəndaĢının, hamımızın arzusu odur ki, TBMM-də Xocalı soyqırımı ilə bağlı geniĢ dinləmələr təĢkil olunsun və 
bu  dinləmələrin  yekun  olaraq  Xocalı  qətliamının  soyqırımı  aktı  kimi  tanınması  ilə  bağlı  sənəd  qəbul  edilsin: 
"Bilirsiniz, bir atalar məsəlində deyildiyi kimi, uman yerdən küsərlər. Türkiyə bizim ən yaxın dostumuz, qardaĢ 
dövlətimizdir. Biz iki dövlət, bir millətik. Eyni zamanda, onu  da qeyd  edim ki, Türkiyə xalqı və dövləti  daim 
Qarabağ  məsələsində  Azərbaycanın  yanındadır. Bununla belə,  hamının  könlündə  olan istək budur  ki, Türkiyə 
parlamenti də Xocalı faciəsini soyqırımı aktı kimi tanısın". 
Millət  vəkili  əlavə  edib  ki,  Xocalı  faciəsinin  soyqırımı  aktı  kimi  TBMM  tərəfindən  indiyənədək 
tanınmamasının  müəyyən  səbəbləri  var:  "Türkiyəli  dostlarımızla,  siyasətçilərlə  bu  yöndə  söhbətlər  apararkən 
onlar bildirirlər ki, bu məsələ onların da ürəyindən keçir. Onlar vurğulayırlar ki, biz də istəyirik elə günü sabah 
Xocalı  faciəsini  müzakirə  edək  və  onu  soyqırımı  kimi  tanıyaq.  Ancaq  onlar  Türkiyənin  dünyanın  müəyyən 
reallıqları ilə üz-üzə  qaldığını  qeyd  edərək, TBMM-in Xocalı faciəsini rəsmən soyqırımı aktı  kimi tanımasına 
çətinlik  çəkdiyini  dilə  gətirirlər.  Hesab  edirəm  ki,  burada  Türkiyə  dövlətini  də,  parlamentini  də,  türkiyəli 
dostlarımızı  da  baĢa  düĢmək  olar.  Ancaq  biz  istərdik  ki,  Türkiyə  Xocalı  faciəsini  soyqırımı  kimi  tanıyan  ilk 
dövlət olsun".  
Millət vəkili onu da bildirib ki, bu məsələdə təkcə Türkiyə ilə kifayətlənmək olmaz. Azərbaycan Xocalı 
soyqırımının  tanınmasını  təkcə  Türkiyədən  ummamalıdır.  Bunun  üçün  dünyanın  ən  müxtəlif  ölkələrində  iĢ 
aparmalıdır.  Bu  iĢdə  diplomatik  korpuslarımızla,  səfirliklərimizlə  yanaĢı,  həmin  ölkələrdəki  diaspor 
təĢkilatlarımızın, əlaqələndirici rolunu oynayan dövlət qurumlarının üzərinə çox böyük iĢlər düĢür. Millət vəkili 
bildirib  ki,  hazırda  xaricdəki  Azərbaycan  diaspor  təĢkilatlarının  vəziyyəti  heç  də  arzuolunan  səviyyədə  deyil: 
"Onların  özlərində  də  bir  sıra  problemlər  var.  Yəni  diaspor  təĢkilatlarımızın  özündə  də  milli  məsələlərə 
sahiblənmək  prosesi  hələ  yeni-yeni  baĢlamaqdadır.  Əgər  xaricdəki  diaspor  təĢkilatlarımız  milli  məsələlərə 
tezliklə  sahiblənsə,  eyni  zamanda,  fəaliyyətimizi  geniĢləndirməyə,  iĢlərimizi  sürətləndirməyə  nail  ola  bilsək, 
onda təbii ki, Xocalı qətliamının soyqırımı aktı kimi tanınmasına nail ola bilərik. Onu da qeyd edim ki, bu iĢləri 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
50 
 
həyata  keçirmək  üçün  xeyli  vaxt  tələb  olunur.  Bunlara  bir-iki  ilin  içində  nail  olmaq  qeyri-mümkündür. 
Ermənilər  də  öz  uydurma  soyqırımlarını  tanıtmaq  üçün  uzun  illərdən  bəri  fəaliyyət  göstəriblər  və  bu  fitnəkar 
əməllərini bu gün də davam etdirməkdədirlər. Yəni Xocalı qətliamının soyqırımı kimi tanınması bir-iki günün 
məsələsi deyil. Bunun üçün hələ çox çalıĢmalıyıq, əlimizdən gələnləri və gəlməyənləri əsirgəməməliyik".  
 
Ġlham QULĠYEV   
 
“Kaspi”.-2010.-19 yanvar.-N.10.-S.4. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
51 
 
"Xocalıya ədalət" 
 
Amerikanın populyar rep ustası belə adda mahnı yazıb 
 
"Xocalıya ədalət" beynəlxalq məlumat və təbliğat kampaniyası çərçivəsində "Xocalıya ədalət" adlı rep 
üslubunda  mahnı  yazılıb.  APA-nın  məlumatına  görə,  bununla  bağlı  mahnının  müəllifləri  mətbuat  konfransı 
keçiriblər. Kampaniyanın  koordinatoru ElĢad  Ġsgəndərov bildirib  ki, rep üslublu  mahnının  müəllifi, rep ifaçısı 
Toni Bləkməndir, aranjiman isə Qordon Vilyamsa məxsusdur. Mahnı T. Bləkmən və Azərbaycanın "Dəyirman" 
rep qrupu tərəfindən ifa edilir.  
Qeyd  olunub  ki,  mahnı  Xocalı  soyqırımı  haqqında  həqiqətləri  özündə  əks  etdirməklə  dünya 
ictimaiyyətini  bu  faciəyə  qiymət  və  Azərbaycanın  haqq  səsinə  dəstək  verməyə  çağırır.  Mahnıda  müasir  rep 
ritmləri  ilə  yanaĢı  muğam  və  balaban  musiqisindən  də  istifadə  edilib.  E.  Ġsgəndərov  bildirib  ki,  hazırda 
mahnının  klipi  çəkilir.  Klipin  çəkiliĢləri  studiya  Ģəraitində,  həmçinin  ġəhidlər  Xiyabanı  və  məcburi  köçkün 
Ģəhərciklərində aparılacaq. Mahnı  və  klipin təqdimatı fevral ayının sonuna planlaĢdırılıb. E. Ġsgəndərov klipin 
dünyanın bir sıra ölkələrində yayılacağını da qeyd edib. 
Toni  Bləkmən  mətbuat  konfransında  bildirib  ki,  o  Xocalı  barədə  əvvəllər  də  eĢidib,  amma  detallı 
məlumatları  olmayıb:  "Bu barədə  mən  ötən  ilin  noyabrında Bakıya səfər  edəndə daha dərindən  maraqlandım. 
Musiqi ilə hansısa mesajları çatdırmaq daha asandır və mən bu faciəni dünyaya çatdırmaq iĢini məmnuniyyətlə 
edirəm. Mən yaxĢı bir iĢ gördüyümə əminəm".  
T.  Bləkmən  Xocalı  faciəsi  ilə  yaxından  tanıĢ  olanda  Ģok  keçirdiyini  də  qeyd  edib:  "Afrikada  belə 
hadisələrin olduğunu bilirdim, amma bu regionda birinci dəfə idi belə hadisə ilə qarĢılaĢırdım". 
Qordon Vilyam isə bildirib ki, Xocalı faciəsinin mahiyyətini dünyaya çatdırmaq vacib məsələdir.  
Mətbuat  konfransının  sonunda  tədbir  iĢtirakçıları  "Xocalıya  ədalət"  kampaniyası  çərçivəsində  ABġ 
prezidenti  və  Konqresinə  ünvanlanmıĢ,  Xocalı  faciəsinin  insanlığa  qarĢı  cinayət  kimi  tanınmasını  tələb  edən 
müraciətə imza atıblar. 
Qeyd  edək ki, "Xocalıya ədalət" kampaniyası 2008-ci ilin  mayında Ġslam Konfransı TəĢkilatı Gənclər 
Forumunun  Mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  koordinatoru  Leyla  Əliyevanın  təĢəbbüsü  ilə  elan  edilib. 
Kampaniya  ötən  ilin  fevral  ayında  dünyanın  20-dən  artıq  ölkəsinin  paytaxtında  təqdim  edilib  və  il  ərzində 
davam edib.   
 
“ġərq”.-2010.-19 yanvar.-N.10.-S.7. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
52 
 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin