“xocaliya ədaləT”


Pekində “Xocalıya ədalət” kampaniyasının və onun



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   2   3   4   5   6   7   8   9   ...   16

Pekində “Xocalıya ədalət” kampaniyasının və onun  
internet saytının təqdimatı olmuĢdur 
 
Bakı,  26  fevral  (AzərTAc).  Fevralın  26-da  Azərbaycanın  Çin  Xalq  Respublikasındakı  səfirliyinin 
nəzdində fəaliyyət göstərən “ġuĢa” Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 17-ci  ildönümünə  həsr olunmuĢ 
tədbir keçirilmiĢdir.  
Mərasimdə  Pekində  akkreditə  olunmuĢ  diplomatik  korpusun,  o  cümlədən  Türkiyə,  Gürcüstan 
səfirliklərinin  yüksək  səviyyəli  diplomatları,  soydaĢlarımız  və  burada  təhsil  alan  azərbaycanlı  tələbələr  iĢtirak 
etmiĢlər.  
Səfir  YaĢar  Əliyev  Xocalı  faciəsinin  tarixindən,  onun  baĢvermə  səbəblərindən,  eləcə  də  ermənilərin 
törətdikləri vəhĢiliklərdən söhbət açmıĢdır.  
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiĢ, Heydər Əliyev Fondunun Xocalı faciəsinə 
dair hazırladığı film nümayiĢ etdirilmiĢdir. Film disklərə köçürülərək mərasim iĢtirakçılarına paylanmıĢdır.  
Tədbirdə  Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  (DƏ-ĠKGF) 
mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə elan edilmiĢ “Xocalıya 
ədalət” (“Justice for Khojaly”) kampaniyasının və onun internet saytının təqdimatı da olmuĢdur.  
“Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası  çərçivəsində  səfirlik  tərəfindən  hazırlanmıĢ  mətbuat 
məlumatları, habelə, Azərbaycana qarĢı törədilmiĢ terror aktları haqqında materiallar Pekində fəaliyyət göstərən 
diplomatik  missiyalara,  beynəlxalq  təĢkilatların  nümayəndəliklərinə,  Çinin  elmi-tədqiqat  institutlarına  və 
kitabxanalarına təqdim olunmuĢdur.  
 
AzərTAc 
26  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
22 
 
Heydər Əliyev Fondu Xocalı faciəsini dünyaya XX əsrin  
ən qanlı soyqırımlarından biri kimi tanıdıb 
 
Leyla  Əliyevanın  təĢəbbüsü  ilə  Xocalı  faciəsinin  anım  günü  islam  ölkələrində  humanitar 
fəlakətlər qurbanlarının xatirəsi günü kimi qeyd olunur 
 
Ötən  əsrin  ən  ağır  faciəsi,  qəddarlığı,  amansızlığı  ilə  Naqasaki,  Xirosima,  Xatın  soyqırımları  ilə  bir 
sırada dayanan Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin ən dəhĢətli səhifəsidir. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ģəhərini zəbt etmiĢ erməni təcavüzkarları 613 dinc sakini, o 
cümlədən  106  qadını,  63  uĢağı  və  70  ahıl  insanı  amansızlıqla,  56  nəfəri  xüsusi  qəddarlıq  və  iĢgəncə  ilə  qətlə 
yetirdilər.  1275  nəfərin  əsir  götürülməsi  ilə  nəticələnən  azğın  erməni  hərbçilərinin  amansız  insan  "ovu"  150 
günahsız  insanın  itkin  düĢməsi,  76-sı  azyaĢlı  uĢaq  olmaqla  487  nəfərin  ömürlük  Ģikəst  olması  ilə  nəticələndi. 
Amansız  qətllərlə  dünya  tarixində  silinməz  izlər  buraxan  Xocalı  soyqırımı  əslində,  erməni  təcavüzkarlarının 
yalnız Azərbaycan xalqına deyil, bəĢəriyyətə qarĢı ən ağır cinayəti, insanlığa yönəldilmiĢ qəddarlıq təcəssümü 
idi. BəĢər tarixinin ən böyük faciələrindən biri olan bu soyqırımından 17 il ötməsinə baxmayaraq, bu faciənin 
ildönümü hər il daha geniĢ miqyasda qeyd olunur, humanitar fəlakət qurbanlarının xatirəsi əziz tutulur.  
Soyqırımı qurbanlarını daim yad edən, Ģəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 
1997-ci  il  fevralın  25-də  "Xocalı  soyqırımı  qurbanlarının  xatirəsinə  sükut  dəqiqəsi  elan  edilməsi  haqqında" 
fərman imzaladı. Ulu öndər qətliamı kəskin Ģəkildə pisləyərək bunu bəĢəriyyətə qarĢı ən ağır cinayət adlandırdı. 
Xocalı  həqiqətlərinin  dünyaya  çatdırılması,  bu  həqiqətlərin  beynəlxalq  aləmdə  yayılması,  qətliama  obyektiv 
qiymət verilməsi istiqamətində atılan addımları ulu öndərin adını daĢıyan Heydər Əliyev Fondu davam  etdirir. 
Bu  istiqamətdə  görülən  iĢlərdə  təĢkilatın  fəaliyyəti  özünəməxsus  yer  tutur.  Məhz  fondun  gərgin  əməyi 
nəticəsində əvvəlki illərdən fərqli  olaraq indi  dünya ölkələri  erməni  qəsbkarlarının insanlığa sığmayan  qətlləri 
haqqında  daha  dolğun  məlumatlandırılıb.  Bir  sıra  dövlətlər,  beynəlxalq  təĢkilatlar,  eyni  zamanda,  nüfuzlu 
qurumlar bəĢəriyyətə qarĢı yönəldilmiĢ bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin Ģəkildə pisləyir.  
Heydər  Əliyev  Fondunun  ayrı-ayrı  ölkələrdə  geniĢ  miqyasda  təĢkil  etdiyi  və  faciənin  həqiqətlərinin 
yayılmasına  yönəldilmiĢ  anım  tədbirləri  Rusiya  Federasiyasındakı  nümayəndəlik  tərəfindən  Ġslam  Konfransı 
TəĢkilatının (ĠKT) ƏməkdaĢlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində davam edir. ĠKT-nin Gənclər 
Forumunun  və  Ġslam,  Təhsil,  Elm  və  Mədəniyyət  TəĢkilatının  (ĠSESKO)  təĢkilatçılığı  ilə  ötən  il  keçirilmiĢ 
toplantıda Rusiya Federasiyası nümayəndəliyinin bu istiqamətdə daha səmərəli fəaliyyəti xüsusilə seçildi. Ġslam 
ölkələri birliyinin üzvləri olan dövlətlər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, onun rəhbəri Leyla 
Əliyevanın  təĢəbbüsünü  dəstəkləyərək  26  fevral  -  Xocalı  soyqırımı  gününün  ĠKT  ölkələrində  humanitar 
fəlakətlər  qurbanlarının  xatirəsini  anma  günü  kimi  qeyd  olunması  barədə  qərar  qəbul  ediblər.  Bu  ildən 
baĢlayaraq 26 fevral hər il islam ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi geniĢ 
miqyasda  qeyd  olunacaq,  Xocalı  həqiqətlərinə  dair  fotoĢəkillər,  filmlər  əks  etdiriləcək  və  qətliamın 
qurbanlarının  anım  mərasimləri  keçirilərək  soyqırımı  kəskin  Ģəkildə  pisləyən  Ģüarlar  səsləndiriləcəkdir. 
ƏməkdaĢlıq  və Dialoq  Uğrunda Gənclər Forumunun  mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baĢ 
əlaqələndiricisi Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniĢ miqyasda qeyd olunması təĢəbbüsü bir 
sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib. 
ĠKT-nin  humanitar  faciələr  üzrə  ekspertləri  XX  əsrdə  müsəlman  xalqlarına,  o  cümlədən 
soydaĢlarımıza qarĢı törədilən soyqırımı aktlarını  geniĢ müzakirə  edərək Xocalı soyqırımını  hüquqi  normalara 
qarĢı  ən  ağır  cinayət  hadisəsi  kimi  qiymətləndiriblər.  ƏməkdaĢlıq  və  Dialoq  Uğrunda  Gənclər  Forumunun 
mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  qətliama 
obyektiv qiymət verilməsi təĢəbbüsləri dünyanın sülhpərvər qüvvələri, demokratik ölkələri tərəfindən birmənalı 
dəstəklənib.  
Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri nümayəndələrinin, deputatların, islam ölkələri gənclər 
təĢkilatları  təmsilçilərinin  və  diplomatlarının  iĢtirakı  ilə  keçirilmiĢ  toplantıda  gənclər  forumunun 
mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə 
baĢlanmıĢ  "Xocalıya  ədalət  -  Qarabağa  azadlıq"  kampaniyası  çərçivəsində  keçirilən  müzakirələr  soyqırımı 
haqda  dolğun  təsəvvür  formalaĢdırdı.  Ermənilərin  xalqımıza  qarĢı  törətdikləri  vəhĢiliklərdən  bəhs  olunduğu 
müzakirələrdə  respublikamızda  və  digər  ölkələrdə  dinc  əhalinin,  günahsız  insanların  vəhĢicəsinə  qətlə 
yetirilməsinə  dair  sənədlər,  filmlər  və  fotoĢəkillərin  bütün  dünyada  daha  geniĢ  yayılması  vacibliyi  diqqət 
mərkəzində oldu.  
Ġslam  ölkələrində  vahid  soyqırımı  qurbanları  gününün  təsis  edilməsi  təklifi  də  müsəlmanlara  qarĢı 
qətliamların dünyaya bəyan edilməsi istiqamətində mühüm addımlardan biridir. Təklif ĠKT rəhbərliyinə təqdim 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
23 
 
olunub.  Beynəlxalq  təĢkilatın  ƏməkdaĢlıq  və  Dialoq  Uğrunda  Gənclər  Forumunun  mədəniyyətlərarası  və 
sivilizasiyalararası dialoq üzrə birinci baĢ əlaqələndiricisinin təĢəbbüsü ilə baĢlanmıĢ kampaniya artıq müsəlman 
dövlətlərinin  böyük  marağına  səbəb  olub.  Elə  bunun  nəticəsi  olaraq  Xocalı  qətliamının  islam  ölkələrində 
dərsliklərə  daxil  edilməsi  haqda  yeni  təkliflər  irəli  sürülərək  bir  sıra  ölkələr  tərəfindən  dəstəklənib.  Bu  isə  öz 
növbəsində  uĢaqların  hələ  orta  məktəb  illərindən  qətliam  barədə  məlumatlandırılmasına  və  nəticədə  gələcək 
nəsillərin ermənilərin etnik təmizləmə, iĢğalçılıq siyasətinin əsl mahiyyətini aydın Ģəkildə dərk etməsinə səbəb 
olacaqdır.  
Xocalı  faciəsinin  dünya  dövlətləri  tərəfindən  soyqırımı  kimi  tanınması,  qətliama  ayrı-ayrı  ölkələrin 
qanunverici  orqanları  tərəfindən  obyektiv  qiymət  verilməsi  tarixi  zərurət  olaraq  qalmaqdadır.  Artıq  bir  sıra 
dövlətlər  1992-ci  ilin  25-26  fevralında  soydaĢlarımıza  qarĢı  törədilmiĢ  etnik  təmizləmə  cinayətinin  əsl 
mahiyyətini  anlayır,  qətliama  siyasi  qiymət  verilməsinin  bəĢəri  borc  olduğunu  baĢa  düĢürlər.  Ġslam  Konfransı 
TəĢkilatının ƏməkdaĢlıq  və Dialoq  Uğrunda Gənclər Forumu  və ĠSESKO-nun təĢkilatçılığı  ilə keçirilmiĢ ĠKT 
ekspertlərinin  iclasında  qəbul  olunan  yekun  sənəd  bu  məsələdə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Sənəddə  Xocalı 
soyqırımının  Avropa,  Asiya  və  Afrika  ölkələri  regional  parlamentlərarası  assambleyasının  dialoqu  zamanı 
bəĢəriyyətə qarĢı kütləvi qətliam kimi tanınması barədə məsələnin qaldırılması əks olunub. 
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən iĢlər artıq daha ciddi 
nəticələr verməkdədir. Həyata keçirilən tədbirlərin səmərəsi kimi islam ölkələrinin ali təhsil və elm nazirlərinin 
IV  konfransı  və  Ġslam  Konfransı  Gənclər  Forumu  Xocalı  faciəsinin  beynəlxalq  səviyyədə  tanınması 
istiqamətində  yeni  təĢəbbüslə  çıxıĢ  edib.  Erməni  təcavüzkarlarının  soydaĢlarımıza  qarĢı  qətliamları  haqqında 
məlumatların ĠKT-yə üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması məsələsi gündəmdədir. Ġslam 
Konfransı  TəĢkilatının  ƏməkdaĢlıq  və  Dialoq  Uğrunda  Gənclər  Forumunun  mədəniyyətlərarası  və 
sivilizasiyalararası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  irəli  sürdüyü  "Xocalıya  ədalət  - 
Qarabağa  azadlıq"  beynəlxalq  kampaniyası  üzv  ölkələrdə  2009-2012-ci  illərdə  prioritet  Ģəkildə  həyata 
keçirilməsinin vacibliyini özündə ehtiva edir.  
Xocalı faciəsinin müsəlman dövlətlərinin ali təhsil məktəblərin dərsliklərinə salınması və qətliama aid 
həqiqətlərin  daha  geniĢ  miqyasda yayılması təklifləri  islam  ölkələrinin ali təhsil  və  elm  nazirlərinin  dördüncü 
konfransının yekun qətnaməsinə daxil edilib. Bu sənəd də ermənilərin Xocalıda törətdikəri qətliamlar haqqında 
əsl  faktların  ĠKT-yə  üzv  ölkələrin  ali  təhsil  müəssisələrinin  dərsliklərində  əks  olunmasını  dəstəkləyir  və 
"Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasının bu ildən baĢlayaraq bir neçə il ərzində davamlı 
və geniĢ miqyasda keçirilməsi zəruriliyini əks etdirir. Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi 
ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayiĢlər, o cümlədən aparıcı 
beynəlxalq təĢkilatların nümayəndələri ilə görüĢlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.  
Faciənin  soyqırımı  kimi  tanıdılması,  bəĢəriyyətə  qarĢı  bu  ən  ağır  cinayətə  siyasi  qiymət  verilməsi, 
soyqırımı  həqiqətlərinin  ĠKT  ölkələrində  yayılması  haqqında  siyasi  qərar,  Gənclər  Forumunun  təĢəbbüsü  və 
Azərbaycan Respublikası Xarici ĠĢlər Nazirliyinin dəstəyi ilə ĠKT-yə üzv ölkələrin xarici iĢlər nazirlərinin 35-ci 
sessiyasında və beynəlxalq təĢkilata üzv ölkələrin 11-ci zirvə görüĢündə qəbul edilən qətnamələrdə əksini tapıb. 
Ġslam  ölkələrinin  ali  təhsil  və  elm  nazirlərinin  "Elmdə  gənc  alimlərin  gücü  ilə  dəyiĢikliklərə  nail 
olunması" konfransının qətnaməsində beynəlxalq hüquq normalarına uyğun olaraq hər hansı dövlətin təcavüzkar 
siyasət  yürütməsinin  yolverilməz  olduğu  əks  etdirilib.  Sənəddə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqiĢəsi ilə bağlı bənd  də  öz əksini tapıb. Ġslam Konfransı TəĢkilatının Gənclər Forumu təhsil  nazirlərinin 
konfransında  quruma  üzv  ölkələrin  dərs  kitablarına  Xocalı  faciəsi  haqqında  fəslin  daxil  edilməsi  təĢəbbüsünü 
irəli sürüb.  
Soyqırımın  17-ci  ildönümü  ərəfəsində  bir  sıra  ölkələrdə  keçiriləcək  anım  tədbirləri  əvvəlki  illərlə 
müqayisədə  daha  geniĢ  miqyasda  təĢkil  olunacaq.  26  fevral  yalnız  Azərbaycanda  deyil,  digər  müsəlman 
ölkələrində  də  humanitar  fəlakətlər  qurbanlarının  xatirəsinin  anma  günü  kimi  tarixə  düĢdü.  Bu  isə  faciənin 
soyqırımı kimi tanıdılmasına yönəldilmiĢ addımların nəticəsiz qalmadığını sübut edir. 
 
Anar RASĠMOĞLU. 
“Azərbaycan”.-2009.-26 fevral.-N 45.-S.4. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
24 
 
Moskvada xatirə gecəsi keçirilmiĢdir 
 
Azərbaycanın  Rusiyadakı  Səfirliyində  Xocalı  faciəsinin  17-ci  ildönümü  qeyd  edilmiĢdir.  “Xocalı: 
iddia müddəti bitmir” xatirə gecəsi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin köməyi ilə səfirlik 
tərəfindən  təĢkil  edilmiĢdi.  Tədbirdə  Heydər  Əliyev  Fondunun  RF-dəki  nümayəndəliyinin  rəhbəri  Leyla 
Əliyeva,  Milli  Məclisin  deputatı  Dünyamin  Xəlilov,  Türkiyə,  Ġraq,  Özbəkistan,  Tacikistan,  Mali,  Sudan, 
Qırğızıstan səfirləri, Qazaxıstan, Misir, Fələstin səfirliklərinin əməkdaĢları, habelə Rusiya elmi ictimaiyyətinin, 
Azərbaycan diasporunun və gənclərin nümayəndələri, politoloqlar, mətbuat iĢçiləri iĢtirak edirdilər.  
Azərbaycanın  Rusiyadakı  səfiri  Polad  Bülbüloğlu  gecəni  açaraq,  keçən  əsrin  ən  dəhĢətli 
cinayətlərindən biri haqqında söhbət açmıĢ, Xocalıda azərbaycanlıların soyqırımını dünyamiqyaslı böyük faciə 
adlandırmıĢdır.  Diplomat  təəssüflə  vurğulamıĢdır  ki,  bu  gün  dünyada  yeni-yeni  münaqiĢələr  baĢ  verir  və 
beynəlxalq birlik öz diqqətini onlara yönəltməli olur. Lakin həlak olanların xatirəsi naminə biz əlimizdən gələni 
etməliyik ki, Xocalı faciəsindən mümkün qədər çox adam xəbər tutsun və onu unutmasın. Biz elə etməliyik ki, 
Azərbaycan xalqının dərdini və ağrısını bütün dünyada etiraf etsinlər. 
Səfir  Xocalı  faciəsi  haqqında  fevralın  26-da  “Nezavisimaya  qazeta”da  dərc  edilmiĢ  obyektiv 
məqalənin müəllifi, rusiyalı jurnalist və politoloq Aleksandr Karavayevə təĢəkkürünü bildirmiĢdir. O demiĢdir: 
“17 ildə ilk dəfədir Rusiyanın ”Nezavisimaya qazeta” nəĢrində bu barədə Aleksandr Karavayevin çox düzgün və 
gərəkli  məqaləsi  dərc  edilmiĢdir.  Rusiya,  rus  xalqı  və  Rusiyada  yaĢayan  xalqlar  tarixi  bilməli,  nələr  baĢ 
verdiyini və indi nələr baĢ verməsi haqqında bütün həqiqəti bilməlidir”.  
Səfir  Heydər  Əliyev  Fondunun  RF-dəki  nümayəndəliyinin  rəhbəri,  Ġslam  Konfransı  TəĢkilatının 
Gənclər  Forumunun  baĢ  əlaqələndiricisi  Leyla  Əliyevanın  təĢəbbüsünü  xüsusi  vurğulayaraq  demiĢdir  ki,  bu 
qurumun  gənclər  qanadı  Xocalı  faciəsi  və  Ermənistan  –  Azərbaycan  münaqiĢəsi  haqqında  həqiqəti  dünya 
ictimaiyyətinə çatdırmaq üçün eyni vaxtda dünyanın bir neçə iri ölkəsində aksiyalar keçirir. Bu, bir daha təsdiq 
edir  ki,  böyüməkdə  olan  nəsil  Azərbaycanı  bütün  dünyada  tanıdacaq  və  Azərbaycan  xalqımızın  üzləĢdiyi 
faciələrin unudulmasına imkan verməyəcəkdir.  
Heydər Əliyev Fondunun RF-dəki  nümayəndəliyinin rəhbəri Leyla Əliyeva öz çıxıĢında bildirmiĢdir 
ki,  artıq  17  ildir  Azərbaycan  xalqı  Xocalı  faciəsi  qurbanlarının  iĢıqlı  xatirəsini  bütün  dünyada  ehtiramla  yad 
edir. L. Əliyeva  demiĢdir: “Bu  faciə  Azərbaycan tarixinə  ən  dəhĢətli  və  qara səhifələrdən biri  kimi  həmiĢəlik 
yazılmıĢdır.  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  erməni  iĢğalçıları  Azərbaycanın  Xocalı  Ģəhərini 
tutmuĢdur.  Nəticədə,  Ģəhərin  613  nəfər  dinc  sakini,  o  cümlədən  106  qadın,  70  ahıl  yaĢlı  insan,  63  uĢaq 
amansızcasına öldürülmüĢ, 155 nəfər itkin düĢmüĢdür. Bu qəddarlığın, bu vəhĢiliyin səbəbi nə idi?” L. Əliyeva 
həmin  suala  özü  cavab  verərək  vurğulamıĢdır  ki,  bu,  qəsdən  törədilmiĢ  aksiya,  Azərbaycan  xalqına  qarĢı  əsl 
soyqırım, kütləvi vahimələndirmə aksiyası idi.  
L. Əliyeva daha sonra demiĢdir: “Lakin zaman göstərdi ki, Azərbaycan xalqının əzmi qırılmamıĢdır və 
heç  vaxt  qırıla  bilməz.  DəhĢətlisi  odur  ki,  belə  bir  faciə  XX  əsrin  axırlarında  törədilmiĢ  və  indiyə  qədər 
beynəlxalq birlik tərəfindən bu fakta siyasi-hüquqi və ən baĢlıcası, mənəvi qiymət verilməmiĢdir. Biz xalqımızın 
məruz  qaldığı  qəddarlığa  və  haqsızlığa  qarĢı  etiraz  səsini  ucaltmıĢ  bütün  insanlara,  o  cümlədən  rusiyalılara 
minnətdarıq.  Azərbaycan  torpaqları  20  ildən  çoxdur  ki,  iĢğal  altındadır,  ölkədə  1  milyon  qaçqın  və  məcburi 
köçkün  var.  Azərbaycan  hökuməti  bu  insanlara  çox  böyük  diqqət  yetirir.  Çətinliklərə  baxmayaraq, 
Azərbaycanda bir dənə də çadır Ģəhərciyi qalmamıĢdır, bütün qaçqın-köçkünlər üçün normal həyat Ģəraiti təmin 
edilmiĢdir”.  
L. Əliyeva sözünə davam edərək bildirmiĢdir ki, Heydər Əliyev Fondu bu problemə çox böyük diqqət 
yetirir, hər il bu mövzuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təĢkil edilir. Bu gün 
Fondumuz  dünyanın  50  ölkəsində  Xocalı  faciəsinin  ildönümünə  həsr  edilmiĢ  tədbirlər  keçirir.  Bu  tədbirlərə 
alimlər,  tarixçilər,  kulturoloqlar,  gənclər  və  kütləvi  informasiya  vasitələri  cəlb  olunur.  Ġslam  Konfransı 
TəĢkilatının  Mədəni  Dialoq  üzrə  Gənclər  Forumunun  baĢ  əlaqələndiricisi  kimi  mən  2008-ci  il  mayın  8-də 
“Xocalıya  ədalət”  aksiyası  keçirilməsi  təĢəbbüsünü  irəli  sürmüĢəm.  Bu  aksiyanın  məqsədi  faciə  haqqında 
məlumatı beynəlxalq birliyə çatdırmaqdır. Bu gün dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” veb-saytının 
təqdimat mərasimləri keçirilir. Bu saytda faciə haqqında mötəbər məlumatlar tapmaq mümkündür”.  
Leyla  Əliyeva  bu  kədərli  gündə  xatirə  gecəsinə  gələrək,  bizi  dəstəkləyənlərin  hər  birinə 
minnətdarlığını  bildirmiĢdir.  O,  faciənin  Ģahidləri,  gecənin  keçirildiyi  salonda  olan  Zaur  Əliyevə  və  Anar 
Yusubova  xüsusi  təĢəkkür  etmiĢdir.  Heydər  Əliyev  Fondunun  RF-dəki  nümayəndəliyinin  rəhbəri  çıxıĢının 
sonunda demiĢdir: “Doğma Ģəhərində bu faciə baĢ verəndə onlar lap uĢaq idilər. Mən əminəm ki, Ermənistan – 
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  tezliklə  ədalətli  yolla  həll  ediləcək,  Azərbaycanın  ərazi  bütövlüyü 
bərpa olunacaq və bu insanlar öz evlərinə, öz doğma torpaqlarına qayıda biləcəklər”.  

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
25 
 
Tədbirdə çıxıĢ edən Milli Məclisin deputatı Dünyamin Xəlilov bu hadisəni böyük faciə adlandırmıĢdır. 
O, ermənilərin Azərbaycan torpaqlarına iddia etmələri, 200 il müddətində onların Azərbaycan və türk xalqlarına 
qarĢı  törətdiyi  vəhĢiliklər  haqqında  arxiv  sənədlərini  təqdim  etmiĢdir.  Deputat  bildirmiĢdir  ki,  Azərbaycan 
parlamenti Xocalı ilə bağlı qanun layihəsi hazırlayır. 
Xatirə gecəsində Heydər Əliyev Fondunun köməyi ilə çəkilmiĢ, günahsız qurbanların iĢıqlı xatirəsinə 
həsr  olunmuĢ  sənədli  film  nümayiĢ  etdirilmiĢdir.  Səfirliyin  foyesində  fotosərgi  təĢkil  edilmiĢ,  Xocalı 
hadisələrinə dair müxtəlif nəĢrlər, “ĠRS-Naslediye” jurnalının nüsxələri paylanmıĢdır. Jurnalın bu nömrəsində o 
qanlı qırğını törətmiĢ hərbi canilərin adları ilk dəfə dərc edilmiĢdir.  
Axırda Xocalı qurbanlarının xatirəsinə ehsan verilmiĢdir.  
 
Asya HACIZADƏ. 
 AzərTAc-ın xüsusi müxbiri  
Moskva 
 
“Xalq qəzeti”.-2009.-27 fevral.-N 46.-S.2. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
26 
 
Dünya azərbaycanlıları Xocalı soyqırımı barədə həqiqətləri  
xarici ölkələrdə fəal yayırlar 
 
Heydər  Əliyev  Fondunun  bu  yönümdəki  fəaliyyəti  və  tövsiyələri  Dünya  Azərbaycanlıları 
Konqresinin əsas istinad mənbəyidir 
 
Ermənilərin  onilliklər  boyu  Azərbaycan  xalqına  qarĢı  həyata  keçirdiyi  etnik  təmizləmə  siyasətinin 
növbəti mərhələsi olan Xocalı soyqırımından 17 il ötür. 1992-ci il fevralın 26-da bütün dünya Xocalı Ģəhərində 
dəhĢətli bir vəhĢiliyin Ģahidi oldu. ġəhərdən çıxmağa çalıĢan mülki əhali məhz azərbaycanlı olduğu üçün erməni 
hərbi  birləĢmələri  tərəfindən  soyqırımına  məruz  qaldı.  Sovet  ordusunun  366-cı  hərbi  alayın  köməyindən 
yararlanan  ermənilər  körpələrə,  əlsiz-ayaqsız  qocalara,  qadınlara  belə  aman  vermədilər.  ġəhərin  özü  isə  yerlə 
yeksan edildi. 
 
Bu  gün  hər  birimizin  qarĢısında  duran  əsas  vəzifələrdən  biri  insanlığa  qarĢı  ən  böyük  cinayətlərdən 
olan  Xocalı  faciəsi  ilə  bağlı  əsl  həqiqətləri  dünyaya  çatdırmaq,  dinc  azərbaycanlılara  qarĢı  soyqırımı  törədən 
Ermənistanın bütün  dünya  miqyasında ifĢa  edilməsinə nail  olmaq,  Azərbaycan dövlətinin bu  məqsədlə  həyata 
keçirdiyi fəaliyyətə dəstək verməkdir. Çünki ideoloji təbliğatın mühüm əhəmiyyət kəsb etdiyi müasir zamanda 
əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.  
Bunları  nəzərə  alan  Heydər  Əliyev  Fondu  Ermənistanın  Azərbaycana  qarĢı  hərbi  təcavüzü, 
azərbaycanlıların  məruz qaldığı soyqırımı cinayətləri  ilə bağlı  həqiqətlərin  dünya ictimaiyyətinə çatdırılmasını 
ümdə məqsəd kimi öz fəaliyyətinin prioritet istiqaməti elan edib. Cəmi 5 ilə yaxındır ki, fəaliyyət göstərməsinə 
baxmayaraq, Heydər Əliyev Fondu ölkəmizin üzləĢdiyi ədalətsizliklə bağlı həqiqətlərin dünyaya çatdırılmasında 
xeyli  iĢ  görüb.  Fondun  bu  məqsədlə  apardığı  davamlı  iĢ  2005-ci  ildə  "Azərbaycan"  internet  portalının 
yaradılması  ilə  baĢlayıb.  Portalda  faktlarla  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  əsl 
mahiyyəti,  Ermənistanın  iĢğal  etdiyi  Azərbaycan  ərazilərində  dinc  əhaliyə  qarĢı  törətdiyi  azğınlıq,  ölkəmizin 
tarixini  əks  etdirən  memarlıq  abidələrinə  qarĢı  vandalizm  aktları  barədə  məlumatlar  yerləĢdirilmiĢdir. 
"Azərbaycan"  portalında  Xocalı  soyqırımı  ayrıca  bölmə  kimi  təqdim  olunur.  Burada  1992-ci  ilin  fevralında 
erməni  iĢğalçılarının  Xocalıda  törətdiyi  soyqırımı  haqqında  geniĢ  məlumatla  yanaĢı,  qanlı  faciəni  əks  etdirən 
fotoĢəkillər də yerləĢdirilib.  
Heydər  Əliyev  Fondunun  2006-cı  ildə  hazırladığı  "Qarabağ  həqiqətləri"  bukletlər  toplusu  da 
Ermənistanın  Azərbaycana  təcavüzü  barədə  obyektiv  məlumatları  daha  geniĢ  auditoriyaya  çatdırmaq  üçün 
həyata  keçirilən  davamlı  fəaliyyətin  tərkib  hissəsidir.  Fondun  prezidenti,  Milli  Məclisin  deputatı  Mehriban 
xanım  Əliyevanın  təĢəbbüsü  ilə  hazırlanan  bukletlər  toplusu  gerçəkləĢdirilən  layihələr  sırasında  xüsusi 
əhəmiyyətə  malikdir.  Qarabağın  tarixi,  münaqiĢənin  baĢlanması,  erməni  təcavüzünün  nəticələri,  erməni  terror 
təĢkilatlarının Azərbaycana qarĢı cinayətkar fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verən topluda 
Xocalı  soyqırımı  haqqında  həqiqətlər  yer  alıb.  Topludakı  bukletlərdən  biri  "Xocalı  soyqırımı"  adlanır.  Toplu 
müxtəlif dillərdə çap olunaraq xarici ölkələrdə yayılıb.  
Heydər  Əliyev  Fondunun  bu  silsilədən  olan  digər  nəĢrləri  -  "Azərbaycanın  qarĢılaĢdığı  müharibə: 
mədəni irsin hədəfə alınması" və "Pirlər və müharibələr" kitabları Qarabağ müharibəsinin faciələrindən, tarixi-
maddi abidələrimizin, müqəddəs dini yerlərimizin dağıdılmasından bəhs edir.  
Heydər  Əliyev  Fondu  Xocalı  faciəsinin  beynəlxalq  ictimaiyyətin  diqqətinə  çatdırılması 
istiqamətindəki  fəaliyyətinə  öz  xətti  ilə  xarici  ölkələrdə  anma  mərasimlərinin,  elmi-praktik  konfransların 
keçirilməsini  də  daxil  edib. Ötən illərdə olduğu kimi, Xocalı faciəsinin 17-ci ildönümündə  də xarici  ölkələrdə 
ziyalıların, elm adamlarının, tanınmıĢ insanların iĢtirakı ilə belə tədbirlər keçirilir. 
Xocalı  soyqırımının  dünya  ictimaiyyətinə  çatdırılması  ilə  bağlı  ölkəmizin  hüdudlarından  kənarda 
görülən iĢlər sırasında Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin həyata keçirdiyi tədbirlər də diqqəti 
cəlb edir. Hələ ötən il fevralın 27-də fondun Rusiya nümayəndəliyi tərəfindən Moskvada keçirilmiĢ "Xocalı. 16 
il sonra" mövzusunda elmi-praktik konfrans Xocalı soyqırımının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması 
yönündə keçirilən əhəmiyyətli tədbirlərdən biri olmuĢdur.  
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Ġslam Konfransı TəĢkilatının ƏməkdaĢlıq 
və  Dialoq  uğrunda  Gənclər  Forumunun  mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoq  üzrə  birinci  baĢ 
əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsü ilə ötən il "Xocalıya ədalət" kampaniyasına start verilmiĢdir. 2008-
ci  ilin  mayında  Ġstanbulda  Ġslam  Konfransı  TəĢkilatının  ƏməkdaĢlıq  və  Dialoq  uğrunda  Gənclər  Forumu  və 
ĠSESKO-nun  təĢkilatçılığı  ilə  keçirilmiĢ  ĠKT  ekspertlərinin  ikigünlük  iclasında  bu  kampaniya  ĠKT  ekspertləri 
tərəfindən  dəstəklənmiĢ  və  26  fevral  -  Xocalı  soyqırımı  gününün  ĠKT  ölkələrində  humanitar  fəlakətlər 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
27 
 
qurbanlarının  xatirəsini  anma  günü  kimi  qeyd  olunması  barədə  qərar  qəbul  olunmuĢdur.  Ġslam  Konfransı 
TəĢkilatının  üzvü  olan  ölkələrin  xarici  iĢlər  nazirlərinin  ötən  ilin  iyununda  Uqandada  keçirilmiĢ  konfransında 
Leyla Əliyevanın təĢəbbüsü təsdiq edilmiĢdir. 
"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində fevralın 22-də Hollandiyanın Haaqa Ģəhərində 
"Ana Vətən" Avropa Azərbaycanlı Qadınları Birliyi azərbaycanlı tələbələrin iĢtirakı ilə anma mərasimi və yürüĢ 
təĢkil  etmiĢdir.  Bu  tədbirlər  zamanı  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyasının  www.justiceforkhojaly.org 
ünvanlı internet saytının təqdimatı olmuĢdur. 
Xocalı  faciəsinin  ildönümündə  dünyanın  bir  çox  Ģəhərlərində  yaĢayan  azərbaycanlıların  diaspor 
təĢkilatları  tərəfindən  piketlər,  mitinqlər  keçirilir,  anma  mərasimləri  təĢkil  olunur.  Dünya  Azərbaycanlıları 
Konqresi də bu istiqamətdə üzərinə düĢən mənəvi borcunu layiqincə yerinə yetirir. Ulu öndər Heydər Əliyevin 
və  onun  siyasi  kursunun  davamçısı  cənab  Ġlham  Əliyevin  Azərbaycan  həqiqətlərinin  dünya  ictimaiyyətinə 
çatdırılması  yönündə  tövsiyələri  DAK-ın  keçirdiyi  bu  silsilədən  olan  bütün  tədbirlərinin  əsas  qayəsini  təĢkil 
edir. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO  və  ĠSESKO-nun  xoĢməramlı  səfiri,  Milli  Məclisin 
deputatı Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının mahiyyətinin dünyaya 
çatdırılması yönündə təĢəbbüslərini də DAK özü üçün örnək sayır. DAK-ın təĢkilatçılığı ilə bu il və ötən illərdə 
Xocalı  soyqırımı  ilə  bağlı  keçirilən  anma  mərasimlərində  Heydər  Əliyev  Fondunun  hazırladığı  "Xocalı 
soyqırımı" filmi nümayiĢ etdirilmiĢdir. Mərasimə dəvət olunanlar ermənilərin Xocalıda törətdikləri vəhĢilikləri 
əks etdirən foto-Ģəkillərin ekspozisiyası və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəĢrlərində yer alan Xocalı 
faciəsindən  bəhs  edən  materiallarla  tanıĢ  olmuĢlar.  "Qarabağ  həqiqətləri"  toplusunun  da  geniĢ  ictimaiyyət 
arasında yayımı təĢkil edilmiĢdir.  
Ġctimai rəyi formalaĢdırmağa  yönələn bu kimi bütün tədbirlər Xocalı soyqırımı  haqqında beynəlxalq 
ictimaiyyətin daha obyektiv  və  dürüst informasiya almasına  imkan  yaradır. DAK bu cür tədbirlərin  mütəmadi 
olaraq keçirilməsini diqqət mərkəzində saxlayır. 
 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin