Xəbər bülleteni №22



Yüklə 458,92 Kb.
səhifə21/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   ...   14   15   16   17   18   19   20   21   22

Neft yenə ucuzlaşdı


09.02.2016

neft 1AZƏRTAC-ın 9 fevral məlumatına görə, dünya birjalarında neft yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 29,97 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 32,89 dollara düşüb.

“AzəriLayt” markalı neftin bir barreli bu gün 34,26 dollara satılır.

Transparency.az bildirir ki, 2015-ci ilin eyni günündə Nyu-York birjasında neft 51,69 dollara, London birjasında 57,80 dollara idi. 2015-ci il fevralın 9-da “AzəriLayt” markalı neftin bir barreli London birjasında 60,07 dollara təklif olunurdu.

2014-cü ilin fevralında isə “AzəriLayt” 109,71 dollara satılırdı. İki ildə 75 dollar 45 sent ucuzlaşma var.


İcbari tibbi müayinə statistikası açıqlanıb


09.02.2016

tibb 1Səhiyyə Nazirliyinin mətbuat xidməti bəyan edib ki, 1 iyun 2015-ci ildən bu il fevralın əvvəlinədək nikaha daxil olmaq istəyən 94400 nəfər icbari tibbi müayinədən keçib. 31 dekabr 2015-ci ilədək müayinələrdən keçmiş 84600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar üzə çıxıb. Keçən il müayinədən keçmiş 5534 nəfərin talassemiya daşıyıcısı olduğu bilinib, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkar olunub.

Bu ilin yanvar ayı ərzində 9800 nəfər tibbi müayinədən keçib. 246 nəfərin talassemiya daşıyıcısı olduğu üzə çıxıb, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkarlanıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Ailə Məcəlləsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.

Nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

DSMF-də qeydiyyat: ilin əvvəlindən 0,33 faiz artım var


09.02.2016

dsmf bina2016-cı il fevralın 1-nə olan statistikaya əsasən, yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu 10 514 sığortaolunana fərdi şəxsi hesab açıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olanların sayı 0,33 faiz artıb, 3 milyon 190 min 668 nəfərə yüksəlib.

Dövlət Sosial Müdafiə Fondunun rəsmi hesabatına görə, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22 faizi kişi, 40,78 faizi qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir: 801 289 nəfər.

Ömürlük prezident referendumu mayın 22-də olacaq


09.02.2016

imameli rehmanTacikistan parlamentinin aşağı palatası konstitusiyaya dəyişikliklər referendumunun keçirilməsi haqda qanun qəbul edib. Referendum bu il mayın 22-də olacaq.

Novator.az xəbər verir ki, ana qanunda dəyişikliklər indiki dövlət başçısı İmaməli Rəhmana qeyri-məhdud sayda prezident seçilmək imkanı yaradır.

Parlamentin aşağı palatası konstitusiyaya düzəlişlər layihəsini yanvarın 22-də təsdiqləyib. Layihə fevralın 4-də Konstitusiya Məhkəməsindən keçib.

Konstitusiya yeniliyi təsdiqlənərsə, İmaməli Rəhman 2020-ci ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürə biləcək.

İmaməli Rəhman Tacikistana 1992-ci ildən rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur.

Lisenziyaları asanlaşdıran, zərərli idxalı cilovlayan qanunlar qəbul olunur


09.02.2016

mm 1Fevralın 9-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Lisenziyalar və icazələr haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihələri müzakirə olunub.

Komitə sədri Ziyad Səmədzadə “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi haqqında danışaraq deyib ki, layihə Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin ayrı-ayrı fəaliyyət növlərini və hərəkətlərini (tədbirlərini) həyata keçirməsi üçün xüsusi razılıq (lisenziya) və icazə verilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, qanun layihəsi sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması, qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanaraq Milli Məclisə təqdim olunub.

Qanun layihəsi ikinci oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi zərərvurma təhlükəsi yaradan dempinqli və yaxud subsidiyalaşdırılan idxala, həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və yaxud ciddi zərərvurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyir.

Beş fəsil, 31 maddədən ibarət qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Nazirin məhkəməyə çağırılması barədə vəsatət keçmədi


09.02.2016

rasim eliyevBakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin mühakiməsini davam etdirir. Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev fevralın 9-da keçirilən prosesdə deyib ki, tibbi ekspertizanın rəyində ziddiyyət var. O, səhiyyə naziri Oqtay Şirəliyevin məhkəməyə dəvət olunmasını istəyib. Hakimlər vəsatəti təmin etməyib.

APA-nın məlumatına görə, təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev həkimlərin və əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Bu vəsatət də keçməyib. İlkin ekspertizanı keçirən Hadi Hüseynov və komisyon ekspertizanı keçirən Ziyafəddin Məmmədovun prosesə çağırılıb dindirilməsi barədə vəsatət isə təmin olunub.

Proses fevralın 16-da davam etdiriləcək.

ANN.TV-nin reportyoru olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.



Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin