Xəbər bülleteni №22


Bədbəxt iqtisadiyyatlar reytinqi



Yüklə 458,92 Kb.
səhifə17/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   ...   14   15   16   17   18   19   20   21   22

Bədbəxt iqtisadiyyatlar reytinqi


05.02.2016

inflyasiya 1Bloomberg.com 2016-cı il üzrə bədbəxt iqtisadiyyatlar reytinqi tərtib edib. Reytinq işsizlik və inflyasiya göstəricilərinə əsaslanır.

63 ölkəni əhatə edən reytinq cədvəlinə görə, bu il iqtisadi cəhətdən ən bədbəxt ölkə Venesueladır. 2016-cı ildə bu ölkədə işsizliyin 7,7%, inflyasiyanın 152% olacağı ehtimal edilir.

Novator.az xəbər verir ki, işsizlik və inflyasiya baxımından bədbəxt iqtisadiyyatlar reytinqinin ilk onluğunda Argentina, Cənubi Afrika Respublikası, Yunanıstan, Ukrayna, İspaniya, Serbiya, Türkiyə, Braziliya və Qazaxıstan da yer alır.

Rusiya reytinq cədvəlinin 14-cü pilləsində gəlir. Keçmiş SSRİ məkanından Litva 63 ölkə arasında 23-cü, Latviya 24-cü, Estoniya 40-cı yerdədir.

Bloomberg.com-un reytinq cədvəlinə görə, işsizlik və inflyasiya göstəriciləri sarıdan ən yaxşı vəziyyət Tailand, Sinqapur və İsveçrədədir.

Əmanətlərin böyük qismi xarici valyutadadır


05.02.2016

valyuta 1Fevralın 5-də Azərbaycan Mərkəzi Bankı fiziki şəxslərin əmanətlərinin strukturunu açıqlayıb. Transparency.az xəbər verir ki, 2016-cı ilin ilk gününə əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti olub. Bunun 1 milyard 420,2 milyonu milli valyuta ilə əmanətlərin, 8 milyard 53,7 milyonu xarici valyuta ilə olan əmanətlərin payına düşüb.

Əmanətlərin 5 milyard 929 milyon manatını qısamüddətli əmanətlər təşkil edib.

Mərkəzi Bank regionlar üzrə əmanətlərlə bağlı da məlumat yayıb. Statistikaya görə, 2016-cı il yanvarın 1-nə əmanətlərin 8 milyard 867,2 milyon manatı Bakı şəhərinin payına düşür. Abşeron iqtisadi rayonu üzrə əmanətlərin məbləği 198 milyon 516,4 min manatdır.

Aran iqtisadi rayonunda əhali banklara 85 milyon 418,4 min manat, Dağlıq Şirvanda 14 milyon 620,2 min manat, Gəncə-Qazaxda 145 milyon 762,8 min manat, Quba-Xaçmazda 40 milyon 795,9 min manat, Lənkəranda 41 milyon 802,4 min manat, Şəki-Zaqatalada 36 milyon 870,7 min manat, Naxçıvanda 23 milyon manat yatırıb.

Rəsmi açıqlamaya görə, əmanətlər üzrə orta faiz dərəcəsi 7,4% olub.

Ötən il 13 nəfər dövlət qulluğundan azad edilmə cəzası alıb


05.02.2016

komissiyaÖtən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib (Qanun dövlət qulluqçusuna nələri yasaqlayır?). APA-nın xəbərinə görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub: “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 404 intizam tənbeh tədbirindən 357-si töhmət, 27-si vəzifə maaşının azaldılması, 13-ü dövlət qulluğundan azad edilmə, 7-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı vəzifəyə keçirilmə olub”.


Qanun dövlət qulluqçusuna nələri yasaqlayır?


30.07.2015

Azərbaycan qanunvericiliyi dövlət qulluqçuna hansı yasaqlar qoyur? Transparency.az bu suala “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanundan çıxarışlarla aydınlıq gətirir.

2007-ci il mayın 31-də imzalanmış, sonralar üç dəyişiklik və əlavəyə məruz qalmış qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Tənqidə məhdudiyyət var

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna görə, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

Tərəf tutmaq olmaz

Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

Qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.

Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

Hədiyyədən çəkinməli

Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Şəxsi maraq arxa planda

Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

Yalnız qanuni göstərişlər

Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

İntizam məsuliyyəti

Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

- qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

- kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.


Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin