XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   ...   11   12   13   14   15   16   17   18   19

 
 
 
 

 
 
333 
 
 
 
Ədəbiyyat 
 
1.
 
 Rəsulzadədə  M.  Ə.  İstiqlal  məfkurəsi  və  genclik.  Istanbul, 
1342 (Baki, 1991) s. 5. 
2.
 
 Yenə orada.s.5 
3.
 
 Yenə orada, s. 6 
4.
 
 Efendizadə  M.  Ş.  Azərbaycan  və  inqilabı,  "Turk  dunyasi 
Arasdirmaları" (hazirlayan Fariz Şaşan), N-94, 1995. 
5.
 
 "İstiklar (Berlin) - 28. 05. 1933. 
6.
 
 "Kommunist" (Baki) - 09.01. 1920. 
7.
 
 
Erel Ş. Azarbaycan Politikaçılannın yanlişları, Istanbul, 1968, s. 46. 
8.
 
 Yenə orada. 
9.
 
 Hacıbəyli  C.  Manevi Pakt - "Qafqaz almanaxi", Istanbul, 1936, s. 11. 
10.
 
 İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Baki, 1996. 
11.
 
 Rəsulzadə M. Ə. Azarbaycan Cumhuriyyati. V., 1990, s. 10. 
12.
 
 Qurtuluş (Berlin) 1937, N 36 
13.
 
 Erel  Ş. Azarbaycan Politikacılannin yanlışları,  Istanbul, 1968, s. 45 
14.
 
 Rəsulzadə M. Ə. Əsrimizin Siyavusu - Istanbul, 1923, s. 59. 
15.
 
 Qurtuluş (Berlin), 1937, N-36. 
 
 
 
 
 
 
 
 
 

 
 
334 
 
 
 
 
 
 
Ə. M. Topçubaşi və Azərbaycan mühacirət 
 
Azərbaycan istiqlalı uğrunda fasiləsiz olaraq 50 il mübarizə   
aparan Ə. M. Topçubaşi   böyük F. Axundzadə, H. Zərdabi, İ. Qas-
pıralının əvəzsiz  xidmətləri ilə başlanan Azərbaycan milli "kültür 
hərəkatının",  "milli  qurtuluş"  hərəkatına  çevrilməsinin  əsasını 
qoyanlardan biridir. 
Ə. M. Topçubaşi ömrünün ahıl çağlarında  qürbətdə yaşamağa 
məcbur oldu. O, 14 illik muhacirət həyatında da bir an belə olsun 
milli  istiqlaliyyət  uğrunda  mübarizədən  əl  götürmədi.  Ə.  M. 
Topçubaşi  1920-ci  il  28  aprel  çevrilişindən  sonra  ADR-in  zorla 
devrilməsini,  RSFSR-in  beynəlxalq  hüquq  normalarını  kobud-
casına  pozmasını  dünya  birliyinə  çatdırmaq  üçün  məqsədyönlü 
fəaliyyətə başladı. 1920-ci il sentyabrın  8-də onun sədrlik etdiyi sülh 
heyəti  adından  Millətlər  Cəmiyyətinə  aşağıdakı  bəyanatla 
müraciət  olunur:  "Azərbaycan  milləti  Cenevrədə  birləşmiş  olan 
millətlər  təmsilçilərinə  müraciət  edərək  Azərbaycan  xalqının 
məruz qaldığı ələm və nəqabilə nəzəri diqqətinizi cəlb etmək istəyir. 
1920-ci ilin aprelində rus bolşevikləri Azərbaycanı istila etdi 
və qeyri-bərabər hərbdən sonra Qızıl Ordu məmləkəti əsgəri işğal 
altına aldı. O vaxtdan bəri Azərbaycanda üsyanlar davam edir. 
Biz, Millətlər Cəmiyyəti Ali Məclisinin Azərbaycan millətinə 
və  onun  haqlı  tələbatına  mənəvi  himayə  göstərəcəyinə    ümid 
edirik". 
Noyabr ayında Ə. M. Topçubaşi özü Millətlər Cəmiyyətinin 
Cenevrədəki toplantısında iştirak edib Azərbaycan istiqlalını dünya 
birliyinin  nəzər-diqqətinə  çatdırdı.  Bundan  sonra  o,  Lozanna, 
Genuya,  London  konfranslarında  iştirak  edərək  yeni  bolşevik 

 
 
335 
hökumətinin  Azərbaycan  adından  söz  söyləməyə  səlahiyyəti 
olmadığını bildirmişdi. 
Bu  dövrdə  Ə.  M.  Topçubaşi  faktiki  itirilmiş  Azərbaycan  
müstəqillyinin  hüquqi  cəhətdən  müdafiəsinə  və  öz  fəaliyyətini 
bütün Qafqaz mühacirlərinin fəaliyyəti ilə  əlaqələndirməyə  çalı-
şırdı.  1921-ci  il  mayın  8-də  Ə.  M.  Topçubaşinin  təşəbbüsü  ilə 
Qafqaz  mühacirləri  ADR-in  Parisdəki  nümayəndəliyində  top-
laşaraq  Qafqaz  Konfederasiyası  fikrini  müzakirə  etdilər.  Qeyd 
edək  ki,  hələ  Birinci  Dünya  müharibəsi  ərəfəsində  Ə.  M.  Top-
çubaşi Rusya imperiyasının milli intibaha, qurtuluş hərəkatlarına 
zərbə  vurmaq  üçün  Qafqaz  xalqları  arasına  düşmənçilik  salmaq 
cəhdlərinin qarşısını almağın ən effektli yolunu Konfederasiyanın 
yaranmasında  görürdü.  Bu  son  dərəcə  maraqlı  ideya  ömrünün 
axırına qədər onun siyasi fəaliyyət gündəliyində olmuşdur. 
1921-ci il iyunun 10-da Qafqaz respublikalarının səlahiyyətli 
təmsilçiləri ilk yığıncaqlarını keçirib (Ə. M. Topçubaşinin sədrliyi 
ilə)  qafqazlıların  "siyasi,  iqtisadi  ittifaqını  yaratmaq  qərarına 
gəldilər və bu barədə bir bəyannamə imzaladılar". 
Mövçud  qərarla  mühacirlər  Fransa  Nazirlər  Sovetinin  sədri 
Brianı tanış etmiş, o isə öz növbəsində nazir Lüşerə Qafqaz res-
publikaları  nümayəndələri  ilə  danışıqlar  aparmaq  səlahiyyəti  və 
tapşırığı vermişdi. 
Qafqaz respublikaları təmsilçilərinin 7 noyabr toplantısında  
Lüşerdən  Fransa  hökumətinin  Qafqaz  mühacirlərinin  apardığı 
milli  azadlıq  mübarizəsinə  maddi  və  mənəvi  dəstək  göstərməsi 
xahiş edildi. 
Qafqaz respublikaları öz aralarında ortaq fəaliyyət birliyi ilə 
bağlı ilkin razılığa gəldikdən sonra, ağ Rusiyanın təmsilçiləri ilə 
də bu istiqamətdə danışıqlar aparmağa təşəbbüs göstərdilər. Fransa 
hökuməti də Qafqaz və Rusiya   mühacirlərinin vahid antibolşevik 
cəbhədə birləşməsinin tərəfdarı idi və buna çalışırdı. 
1921-ci il 7 iyulda Parisin Məhkəmə palatasının iclas zalında 
Qafqaz  respublikaları  və  Rusiya  təmsilçilərinin  ilk  yığıncağı 
keçirildi.  Yığıncaqda  Azərbaycanı  Ə.  M.  Topçubaşi,  Gürcüstanı 

 
 
336 
Gegeçkori və Sabaxtaraşvili (sabiq xariçi işlər naziri), Ermənistanı 
Avetis  Aqoranyan,  Rusiyanı  Maklakov  (Kerenski  hökumətində 
Fransa səfiri) və Mandelştam (sabiq Türkiyə səfiri) təmsil edirdi. 
Fransa  tərəfindən  isə  sabiq  komissar  Şevalye  və  Sorbonna 
Universiteti hüquq fakültəsinin rektoru Verno iştirak edirdilər. 
Bu iclasda ilk dəfə Ə. M. Topçubaşi çıxış edərək Türkiyənin 
də  Qafqaz  Konfederasiyası  fikrinə  xoş  məramını  açıqladı.  O, 
müttəfiqləri  Türkiyəyə təzyiqi dayandırmağa çağırdı. Bu düzgün bir 
mövqe  idi.  Çünki  Türkiyəyə  Qərbin  təzyiqi,  onun  Pusiya  ilə 
yaxınlaşmasına  gətirib  çıxarırdı.  Ə.  M.  Topçubaşi  da  məhz  bu 
yaxınlaşmanı doğuran səbəblərə işarə edir, həm də göstərirdi ki, 
bolşevik  əxlaqı  ilə  islam  əxlaqı  bir-birlərinə  daban-dabana  zidd 
olduğundan  Sovetlərlə  Türkiyənin  yaxınlığı  məcburi  dostluqdur, 
özü  də  müvəqqətidir.  Ə.  M.  Topçubaşinin  Türkiyəni  müdafiə 
etməsi  Şevalyenin  xoşuna  gəlmədi.  O,  Gegeçkorini  Ə.  M. 
Topçubaşiyə çavab verməyə təhrik etdi. Lakin Gegeçkori təklifə 
razılıq  vermədi.  Belə  olduqda  Aqoranyan  söz  alıb  imperialist 
Türkiyəni və Rusiyanı Qafqazı, başlıcası isə Ermənistan torpaq-
larını  işğal  edərək  parçalamaqda  suçladı.  Qəzəblənən  Maklakov 
erməni nümayəndəsini nankorluqda tənbeh edərək, "Rusiya sabah 
yenə  ayağa  qalxacaq"  deyərək  zalı  tərk  etdi.  Lakin  Ə.  M. 
Topçubaşi ruhdan düşmür, Türkiyə haqqında Qərbdəki rəyin də-
yişməsinə çalışır, Qafqaz xalqları konfederasiyasının yaradılması  
ətrafında gərgin  iş aparırdı. 
1925-ci  ildən  sonra  mühacirət  təşkilatlarının  yaranması 
ətrafında mübahisələr, müəyyən fikir ayrılıqları meydana gəldi. Ə. 
M. Topçubaşi,  M. Ə. Rəsulzadə ilə bütün  mühacirləri vahid  bir 
təşkilatın  ətrafında  birləşdirməyə  çalışırdı.  Bu  dövrdə  Qafqaz 
respublikalarının  milli  mühacirləri  bir  deyil,  bir  neçə  təşkilat 
ətrafında cəmləşərək səlahiyyətli təmsilçilik uğrunda öz aralarında 
rəqabət  aparırdılar.  Ə.  M.  Topçubaşi  yaxşı  dərk  edirdi  ki,  belə 
vəziyət  Qafqaz  Konfederasiyasının  gerçəkləşməsinə  mane  olur. 
Ona  görə  Ə.  M.  Topçubaşi,  X.  Sultanova,  eləcə  də  gürcü 

 
 
337 
mühacirlərindən Aleksandr Asatianiyə yazdığı məktublarda səla-
hiyyətli  təmsilçilik məsələsi ilə bağlı ziddiyyətlərə yol verməməyə 
çağırırdı. 
Proseslərin  gedişi  göstərir  ki,  Ə.  M.  Topçubaşi  təkcə 
Azərbaycanın  deyil,    bütün  Qafqaz  və  Türküstan  mühacirlərinin 
ağsaqqalı olmuşdu. O, Paris sülh heyətinin bəzi narazı üzvlərinin 
də müqavimətini qıraraq, bütün Azərbaycan mühacirlərinin vahid 
bir təşkilat - AMM ətrafında sıx birləşməsinə nail ola bildi. AMM-
in Azərbaycanın əsas təmsilçi təşkilatına çevrilməsi M. Ə. Rəsul-
zadə ilə yanaşı, həm də Ə. M. Topçubaşinin tarixi xidmətidir. 
20-ci  illərdə  xaricdəki  Azərbaycan   tələbələrinin, mühacir 
təşkilatlarının, mətbuat orqanlarının maliyyələşməsində də Ə. M. 
Topçubaşinin  xüsusi  xidmətləri  olmuşdur.  Doğrudur,  sovet 
mənbəşünaslığında  Ə.  M.  Topçubaşinin  Fransa  hökumətindən 
aldığı maliyyə yardımının məbləği qəsdən şişirdilir, onun xarak-
teri isə təhrif edilir.   Məsələn,   arxiv   sənədlərində   göstərilir   ki, 
Ə.  M.  Topçubaşi  Bakı  neftini  Avropa  sahibkarlarına  sataraq, 
milyonlarla  frank  əldə  edirdi.  Əsl  həqiqət  isə  odur  ki,  Fransa 
hökumətinin,  ümumiyyətlə,  Qərbin  marağı  bolşevik  rejiminin 
məhv  edilməsi  idi,  elə  buna  görə  də  sovetlərdən  olan  bütün 
mühacir təşkilatlarına yardım göstərirdi.  
Ə. M. Topçubaşinin mühacirətdə ən böyük  xidməti Qafqaz 
Konfederasiyası  paktının  imzalanması  və  QKŞ-nin  yaradılması 
olmuşdur. 
1934-cu il iyulun 14-də Azərbaycan adından M. Ə. Rəsulzadə 
və  Ə.  M.  Topçubaşi,  Şimali  Qafqaz  adından  M.  Girey  Sunc, 
İbrahim Çulik, Tausultan Şakman, Gürcüstan adından N. Jordaniya, 
A.  Çxenkeli  Qafqaz  Konfederasiyası  Misaqını  (pakt)  imzaladılar. 
İmzalanan sənəddə Qafqaz  Konfederasiyasının  aşağıdakı  əsasları 
elan edilirdi: 
1.  QKŞ    xaricdə  tərkibinə  aldığı  cümhuriyyətlər  adından 
hərəkət  edəcək  və  müştərək    siyasi  gömrük  hüququna  malik 
olacaq. 

 
 
338 
2.  Konfederasiyaya  daxil  olan  cümhuriyyətlərin  xarici 
siyasəti  qurumun  səlahiyyətli  nümayındələri  tərəfindən  idarə 
ediləcək. 
3. QKŞ-nin hüdudları cümhuriyyətlərin ordularından təşkil 
olunan və vahid komandanlıq altına alınan Konfederasiya ordusu 
tərəfindən qorunacaq. 
4.  QKŞ  daxili  mübahisəli  məsələlər  Konfederasiya  məh-
kəməsinə veriləcək. 
14  iyun  paktının  məqsədləri  ilə  bağlı  bir  bəyannamə  də 
imzalanmışdır ki, burada yaxın vaxtlarda yeni konfrans çağırılacağı 
göstərilirdi.  Doğrudan  da,  1935-ci  il  fevralın  17-27-də  yeni 
konfrans çağırıldı və bu tarixi konfransda Qafqaz Konfederasiyası 
Şurası yaradıldı. 
Lakin  Ə.  M.  Topçubaşi  Qafqaz  Konfederasiyası  ilə  bağlı 
sonuncu arzusunun gerçəkləşməsini görmədən 1934-cü il noyabrın 
5-də Parisdə vəfat etdi. 
1935-ci  ildə  yaranan  QKŞ-yə  1940-cı  ildə  Ermənistan  da 
qoşulmağa məcbur oldu. 
 
Böyük diplomat və görkəmli siyasi xadim. 
 Elmi-nəzəri konfrans materialları. Bakı, 1998 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
339 
 
 
Elmşünaslıq haqqında 
Ümumi mülahizələr 
 
Professor  S.  Xəlilovun  mütaliə  və  polemikaya  sövq  edən 
“Elm haqqında elm” kitabı dünya elmşünaslığına böyük bir töh-
fədir. Bəri başdan onu qeyd edim ki, Azərbaycanda elmşünaslıq 
haqqında hələ bu miqyasda, bu qədər mükəmməl və sistemli, eyni 
zamanda faydalı bir əsər ortada yoxdur. Monoqrafiya sintetik və 
polifonik  təfəkkürün  məhsuludur.  Demək  olar  ki,  əksər  elm 
sahələri, müxtəlif elm xadimlərinin, mütəfəkkirlərin əsərləri, elm 
və  texnikanın,  elmlə  təbiətin  qarşılıqlı  əlaqələri,  elm  və  təhsillə 
bağlı  dünyada  və  Azərbaycandakı  mövcud  şərait,  potensial 
vəzifələr  təhlil  edilir,  aparılan  bütün  təhlillər  bir  məcraya-
elmşünaslığın  sistemləşdirilməsinə,  yeni  ideyalarla  zənginləş-
dirilərək daha mükəmməl hala gətirilməsinə  yönəldilir. Müxtəlif 
elm  sahələrinin  formalaşma  mexanizmini,  bir-birindən  ayrılma-
ları,  yenilərin  meydana  gəlməsini,  ayrı-ayrı  sahələrin  inteq-
rasiyasını, hansı xəttəsə qovuşmasını saf çürük edərək bir araya 
gətirmək-elmşünaslıq  çətirinin  altında  sistemləşdirərək  ipə-sapa 
düzmək çox çətin məsələdir. Bu baxımdan əsərin oxunması, qav-
ranılması, nəhayət onun haqqında fikir və mülahizə yürüdülməsi 
müəyyən bir elmi baza, polifonik elmi-nəzəri hazırlıq tələb edir. 
Tam əminliklə demək olar ki, dünyada elmşünaslığın inkişafında, 
sistem şəklinə düşməsində azərbaycanlı alim özünə layiqli, həm 
də  möhkəm  yer tuta biləcək.   Heç şübhəsiz, zaman keçdikcə  bu 
kitab  daha  böyük  maraq  hədəfinə  çevriləcək  və  onun  haqqında, 
onun mütaliəsi əsasında xeyli kitablar, elmi məqalələr yazılacaq.  
Biz  hər  zaman  Qərb  sivilizasiyasının  Şərq  sivilizasiyası 
üzərində qurulması barədə fikirlər eşitmiş, oxumuşuq. Lakin etiraf 
edək ki, konkret olaraq Şərqdəki hansı ideyadan Qərbdəki hansı 
ideyanın  törədiyi,  Şərqdəki  hansı  fikrin,  kəşfin  Qərb  adamının 
fikri,  kəşfi  kimi  təqdim  olunması  barədə  əsaslı  və  obyektiv 

 
 
340 
araşdırma  azdır.  Monoqrafiyanın,  demək  olar  ki,  hər  fəslində 
formasını dəyişərək Şərqdən Qərbə keçən ideyaların izlərini, bəzi 
hallarda  neçə  illər,  əsrlərdir  ki,  itirilmiş  müəlliflik  hüququnun 
bərpasını  görürük.  Eyni  fikri  Qərbə  qarşı  Şərqdəki  elmi 
ədəbiyyatda mövcud olan ədalətsizliyə də aid etmək mümkündür. 
Şərqin  də  Qərbdəki  bir  çox  ideyaları,  kəşfləri  tanımamaq, 
aidiyyatı  oldu-olmadı  əksər  elmi  müddəaları  öz  adına  çıxmaq 
cəhdləri,  istəkləri  az  olmayıb  və  monoqrafiyada  belə  əsassız 
mövqelərə  də  tənqidi  baxış  var.  Eyni  zamanda  ayrı-ayrılıqda 
Şərqin  və  Qərbin  ideallaşdırılmasının  da  əleyhinə  haqlı  mövqe 
ortaya qoyulur. Azərbaycan elmşünaslığında ilk dəfədir ki, Şərqlə 
Qərb elmi, bütövlükdə mədəniyyəti,  ümumilikdə isə az qala bütün 
dünya  elmləri,  elmi  fikirləri  arasında  müqayisələr,  paralellər 
aparılır  və  sanki  hər  şey  yerbəyer  edilir,  nizama  salınır; 
emosiyasız, ritorikadan uzaq şəkildə.  
Elm  və  dinin  qarşılıqlı  təsiri,  xristianlıqla  islamın  elmə 
münasibətdə  fərqli  cəhətləri,  belə  fərqliliklərin  zaman-zaman 
yaratdığı  pozitiv  və  neqativlər  haqqında  fikir  və  mülahizələr 
orijinal,  həm  də  yenidir.  Hətta  bu  orijinallıq  və  yenilik  dünya 
alimlərinin  marağını  çəkəcək  qədərdir.  Azərbaycanda  deyə 
bilmərəm, monoqrafiya əcnəbi dillərə  yaxşı tərcümə edilsə ciddi 
polemika  yaradacaq  və  beynəlxalq  miqyasda  Azərbaycan  elmi 
haqqında  qürur  doğuracaq  pozitiv  rəyin,  hətta  münasibətin 
yaranmasına əsaslı təsir göstərəcək. 
 
Fəlsəfədən tarixə və tarixdən tarixə baxış 
 
Monoqrafiyada  tarix  haqqında  mülahizələr,  ona  bir  elmi 
fəaliyyət  sahəsi kimi baxışlar sırf fəlsəfidir. Yəni daha çox Platon 
və Aristotel kimi qədim filosoflardan və nisbətən müasir Hegeldən 
iqtibaslar gətirilir. Daha qədim Platon və Aristotelin tarix barədə 
fikirlərinə  toxunmadan  Hegeldən  gətirilən  iqtibaslara  diqqət 
yetirək:  “Fəlsəfə  dəyişməz,  əbədi  olanı,  özlüyündə  mövcudatı 
dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə nə vaxtsa 
mövcud  olmuş,  başqa  bir  vaxtda  isə  sıradan  çıxmış  və  yeri 

 
 
341 
başqaları tərəfindən tutulmuş olanlardan ibarətdir” [1]. Öncə onu 
deyək  ki,  heç  nə  bütövlükdə  sıradan  çıxmır.  Fəlsəfədəki  kimi 
tarixdə də dialektikanın qanunları işləyir, var olanların böyük bir 
qismi bu gün də, sabah da var olur, əsasən forma və məzmununu, 
kəmiyyət  və  keyfiyyətini,  məkan  və  zamanını  dəyişərək.  Ağa 
Məhəmməd Şah Qacar yoxdur, amma qacarlar var. Bu məsələyə 
başqa aspektdən bir qədər aşağıda yenə qayıdacağıq. 
 İlk  baxışdan  da  belə  görünür  ki,  “tarix  artıq  baş  vermiş 
hadisələri “öyrənir”, daha doğrusu təsvir edir. Başqa sözlə, tarix 
hadisələrin gerçək gedişatının surəti, təsviridir. Əlbəttə tarixçi baş 
vermiş hadisələrin sadəcə şəklini çəkmir, çəkə də bilməz. Çünki 
tarix indi yaşadığımız həyatın deyil, nə vaxtsa keçmişdə yaşanmış 
bir həyatın restavrasiya cəhdidir” [2].  
Fəqət...  Tarixin  məqsədi  təkcə  baş  vermiş  hadisə  ilə  bağlı 
gerçəkliyi  üzə  çıxarmaq  olsaydı,  o  doğrudan  da  hadisələri  (tək-
cələri)  və  onlar  arasında  münasibətləri  öyrənməklə  sınırlanardı. 
Doğrudur  tarix  zamana  bağlıdır,  zaman  birvariantlı  olduğundan 
tarix  də  birvariantlı  yaranır.  Bir  tarixi  hadisənin  eyni  zamanda, 
eyni  məkanda  müxtəlif  variantlarda  yaranması  mümkün  deyil 
(yazılması  mümkündür).  Lakin  tarix  təkcə  bu  keyfiyyəti  ilə 
kifayətlənmir. Dünyada  müasir tarixçilər nəslinin  bir qismi  (özü 
də nəzərəçarpacaq sanballı qismi) tarixə təkcə keçmişdə baş verən 
hadisə kimi baxmır. Tarix təkcə yaddaş deyil, o həm də gələcəyi 
düzgün  planlamağı,  ümumiləşdirmələr  apararaq  insana  bütün 
fəaliyyət  sferalarında  doğru  qərar  qəbul  etməyi  öyrədən  elmdir. 
Bu  baxımdan  o,  əsaslı  şəkildə  fəlsəfənin  köməyinə  arxalanaraq 
sistemli və dərin təhlilə üz tutur. Əgər tarix  təkcə faktların təsbiti 
kimi  araşdırılsaydı,  yazılsaydı  statistika,  xronologiya,  yaxud 
stenoqrafiya  çərçivəsində  qalardı  (təxminən  sovet  tarixşünaslığı 
kimi)  və  bəşəriyyətin  inkişafına,  insanların,  hətta  xalqların  və 
dövlətlərin həlledici anlarda düzgün qərar qəbul  etməsinə (yenə 
bütün  fəaliyyət  sferalarında)  əsaslı  töhfə  verə  bilməzdi.  Müasir 
tarix  “tarix  və  onun  analizi”  yanaşmasının  köməyi  ilə  eyni 
zamanda keçmişdən gələcəyə körpü atır və beləliklə də təkcələrlə  

 
 
342 
ümumilər  arasında  münasibətləri  öyrənir.  Müasir  tarixə  “Tarix 
dəyişiklikləri, elm dəyişmənin qanunauyğunluqlarını, fəlsəfə sabit 
qalanları əks etdirir”, yaxud “Tarix olanı, elm ola biləni, fəlsəfə 
olmalı  olanı  öyrənir”  [3]  zehniyyəti  ilə  yanaşmaq,  tarixlə  elm 
arasına sınır çəkmək olmaz. İndiki gerçəklik budur ki, tarix olanla 
yanaşı, sistemli və dərin təhlilin köməyilə ola bilənlər haqqında da 
bilgilər  verməlidir  və  verir.  Məsələn,  Azərbaycanda  1918-ci  il 
mart soyqırımları yaxşı öyrənilsəydi, təhlil edilsəydi, 1992-ci ildə 
Xocalının  taleyi  ilə  bağlı  optimal  qərarlar  qəbul  edilərdi  və 
faciədən  qaçmaq,  ən  azı  onun  miqyasını  maksimum  azaltmaq 
mümkün olardı. Bu epizoda yaxın tarixdə baş verənlər unudulmuş, 
gələcəyə körpü qırılmış və aradan təxminən 70 il keçəndən sonra 
oxşar  faciə  təkrar  edilmişdi.  Yaxud  XX  əsrin  dünya  böhranları 
bütün  detalları  ilə  öyrənilsəydi  və  öyrənilənlər  yeni  addımlar 
atılan zaman nəzərə alınsaydı sonuncu dünya böhranının qarşısı 
alınardı, ən azı onun vurduğu zərbələrin təsirini azaltmaq mümkün 
olardı.  Görünür  iqtisadçılar  yaxın  keçmişdə  baş  verən  dünya 
böhranlarının hansısa vacib detallarını unudub, ya da ki, nələrəsə 
önəm verməyiblər.  
Tarixi  öyrənən  zaman  alternativləri  də  nəzərdən  keçirmək 
lazım gəlir. Əgər, “baş verən hadisə baş verməsəydi nələr olardı?” 
(Məsələn,  1920-ci  ildə  bolşevik  işğalı  ilə  Azərbaycanın  milli 
müstəqilliyi devrilməsəydi nələr olardı? Tarix keçmişlə bağlı bu 
suala  çoxvariantlı  cavab  axtaranda  gələcəklə  bağlı  ortaya  çıxan 
suallara,  variantlara  daha  tez  cavab  tapılır)  sualına  cavab 
axtarılmırsa, tarix sadəcə quru,  qaranlıq yaddaşdan başqa bir şey 
olmur  və  onu  öyrənməyin  gələcək  üçün  ciddi  bir  əhəmiyyəti, 
faydası  da  qalmır.    Məhz  buna  görə  də  təkrar  edirik,  dünyanın 
mütərəqqi xalqları tarixi “tarix və onun analizi” kimi öyrənir və 
öyrədirlər.  Gələcəkdə baş verəcək hadisəyə (o mütləq baş verir), 
bizi  gözləyənlərə  hazır  olmaq  üçün  keçmişdə  baş  verənlər 
öyrənilməlidir, həm də müxtəlif versiyalarda, variantlarda.  
Digər  tərəfdən,  tarix  təkcə  hadisələrin  tarixi  olmayıb  bə-
şəriyyətin keçib gəldiyi yolun bütöv şəkildə tarixidir; hər şeyin-

 
 
343 
iqtisadiyyatın,  siyasətin,  hərbin,  mədəniyyətin,  elmin  inkişaf 
mənzərəsini  yaratmağa,  təsvirini  verməyə,  mahiyyətini  təqdim 
etməyə can atır və deməli gələcək inkişaf (daha az qüsurlu, artıq 
təcrübəyə  dayanan  və  daha  mükəmməl)  üçün  təməl  hazırlayır. 
Belə  olmasaydı  elmlərin  özü  də,  o  cümlədən  fəlsəfə  də,  elm-
şünaslıq  da  öz  tarixini  öyrənməyə  maraq  göstərməzdi.    Heç  bir 
elmi  kəşf  keçmişə  ilişib  qalmır,  iddia  olunduğu  kimi  sıradan 
çıxmır, o eyni zamanda gələcəkdəki yeni elmi kəşflərin təməlini 
qoyur. Araba təkəri icad olunanda heç kəs onun nə vaxtsa təyyarə 
təkərinə  qədər  təkmilləşəcəyini  düşünmürdü.  Əgər  biz  araba 
təkərini  icad  edib  sonra  onu  unutsaydıq  (yəni,  təkərin  tarixi 
olmasaydı), təyyarə təkərinin düzəldilməsinə çatmaq üçün yenə də 
nə  vaxtsa  araba  təkəri  icad  etməliydik.  Deməli  tarix  həm 
keçmişdir, olandır (statistika, xronologiya və stenoqrafiya), həm 
də ola biləndir, gələcək üçündür (metatarix), elə bu səbəbdən də 
sintetik və ümumidir.  
Onu  da  qeyd  edək  ki,  Azərbaycanda  tarixə  daha  çox 
stenoqrafiya,  xronologiya,  statistika  hadisəsi  kimi  baxıldığından 
(bu  səbəbdən  də  orta  ümumtəhsil  məktəblərinin  tarix  dərslikləri 
rəqəmlərlə  o  qədər  yüklənir  ki,  nəticədə  məktəblilər  öz  vətən-
lərinin  tarixini  öyrənməkdən,  ən  yumşaq  ifadə  etsək,  sadəcə  üz 
döndərirlər), yeni münasibətə hələ diqqət yetirilmədiyindən, önəm 
verilmədiyindən tarixçi olmayanlar (hətta tarixçilərin əksəriyyəti 
də)  tarix  haqqında  yazanda  dünya  tarixçilərinin  mülahizələri  ilə 
tanış olmasalar araşdırılan məsələyə birtərəfli yanaşırlar.  
Tarixə ümumi elmi fəaliyyət sferası kimi başqa bir səmtdən 
–  didaktik  səmtdən    yanaşaq.  Dünya  tarixi  ardıcıl  mütaliə  edil-
dikdə  tərəqqi,  elmin,  texnikanın  davamlı  inkişafı aydın  görünür. 
Lakin hər şey inkişaf etsə də, yenə insanın kamilliyi məsələsində 
nə  isə  ciddi  bir  şey  çatışmır,  boşluq  görünür  və  haqlı  olaraq  bir 
sual  ortaya  çıxır:  insanı  daha  çox  nə  tərbiyə  edir?  Elm,  Sənət, 
Mühit? Heç şübhəsiz, tərbiyə etmə gücünə malik olan birinci və 
əsas sahə sənətdir (bütövlükdə ədəbiyyat da bura daxildir). Amma 
sənət emosional sferaya daxildir və insanı tərbiyə etməklə yanaşı, 

 
 
344 
bir çox hallarda onun neqativ emosiyalarının cilovlanmasına əngəl 
də  ola  bilmir.  Elm  isə  rasionaldır  və  birbaşa  tərbiyə  ilə  məşğul 
olmur, dolayısı ilə prosesə təsir göstərir,  yəni  bilgilərin beyində 
çəkisi  artdıqca,  qəlb,  ürək  də  mütənasib  olaraq  cilalanır.  (Eyni 
zamanda, görkəmli alim Xudu Məmmədovun yazdığı kimi elm və 
sənət  insanın  daxili  dünyasında  vəhdətdə  və  dəngəli  bərqərar 
olanda  qoşa  qanad  timsallıdır  [4].  Ələlxüsus  da  patriotizm 
tərbiyəsinə elmin təsir imkanları böyükdür. Heç şübhəsiz, mühitin 
də tərbiyə prosesinə təsiri az deyil (“İnsanlar valideynlərindən çox 
zəmanələrinə bənzərlər ”, Həzrət Əli). 
XIX əsrin insanlarına nisbətən XX əsrin insanları daha ağıllı 
idi, daha çox kitablar yazılıb oxunmuş, daha çox sənət nümunələri 
yaranmışdı. Bəs nədən dünyanın ən qanlı savaşlarını (1914-18 - 
birinci; 1939-45 - ikinci cahan savaşları) XX əsrin nisbətən ağıllı 
insanları  saldı.  Heç  kim  onu  da  deyə  bilməz  ki,  üçüncü  cahan 
savaşı olmayacaq. Dövlətlərin hərbi hazırlıqları belə deməyə tam 
əsas verir ki, üçüncü cahan savaşı olsa  yer üzü və insan qarışıq 
bütün canlı varlıq daha böyük fəlakətə məruz qalacaq. Elm, sənət, 
mühit  insanları  tərbiyə  edə  bilmir?  Çatışmayan  nədir?  Deyəsən 
bəşəriyyətin  son  zamanlara  qədər  elə  də  önəm  vermədiyi  bir 
məsələ  var,  ünsiyyət,  münasibət:  insanlararası,  millətlərarası, 
dövlətlərarası, sivilizasiyalararası, insan-təbiət və s. Münasibətlər 
o  deməkdir  ki,  fərdlər,  millətlər,  dövlətlər,  sivilizasiyalararası 
dialoq  qurulur,  razılaşmalar,  konsensuslar  əldə  edilir,  deməli 
münaqişələrə  az  yer  qalır,  yaxud  heç  imkan  verilmir.  II  Dünya 
müharibəsindən sonra Avropa dövlətləri Avropa Birləşmiş Ştatları 
halına  gəldi  -  Avropa  Şurası,  Avropa    Birliyi  kimi  qurumlar 
yarandı.  Bu  ilk  növbədə  dialoq,  sonrakı  mərhələdə  isə  razılıq, 
konsensus  mühitinin yaranması demək idi. Avropada tərəqqinin, 
stabilliyin,  istiqrarın,  vahid  valyuta,  gömrük,  iqtisadi,  siyasi, 
təhsil,  elm  məkanının  yaranmasında  və  hələ  ki,  inteqrasiya 
proseslərinin uğurla davam etməsində, heç şübhəsiz,  bu amilin, 
yəni  yeni  fəlsəfəyə  dayanan  münasibətlərin,  konsensusun  yeri 
əvəzsizdir.  

 
 
345 
Ünsiyyət  və  münasibət  məsələsindən  sonra  “tarix  və  onun 
analizi”nə, “metatarixə” bir də nəzər salanda maraqlı bir mənzərə 
açılır: tarix qarışıq bütün elmlər, elmi tədqiqatlar öncə kulturoloji 
hadisədir,  üzü  mədəniyyətə  tərəf  istiqamətlənib,  mədəniyyətin 
bətnində  bərqərar  olub.  İnsanlığın  ali    məqsədi  hər  zaman  daha 
kamil,  daha  mənəviyyatlı,  daha  mədəni  və  tərbiyəli  insan  yetiş-
dirmək olub. Milli yaradıcılıqların, mədəniyyətlərin ali məhsulları 
sayılan dövlətlər də buna görə qurulub, fəlsəfə də, ondan törəyən 
siyasət,  hüquq  və  digər  elmlər  də  daha  mükəmməl  insan,  siyasi 
sistem,  insan  haqq  və  azadlıqları  istiqamətində  axtarışları, 
mübarizəni    buna  görə  aparıb.  Hətta  böyük  müharibələrin  də 
böyük mədəniyyətlərin yayılmasını təmin etməkdən dolayı aparıl-
dığını təsdiq edən faktlar az deyil. Roma İmperiyasının, faşizm və 
kommunizmin yaranmasına və böyüməsinə impuls verən başlıca 
amil  “üstün  və  faydalı  mədəniyyətin”,  ideologiyanın  yayılması 
məsələsi idi.  
Müharibələrdən söz düşmüşkən onu da xatırladaq ki, onlar 
həm  də  elmi,  texnikanı,  texnologiyanı  inkişaf  etdirir.  Təbabət, 
kimya,  riyaziyyat,  fizika,  politologiya,  beynəlxalq  münasibətlər 
(geopolitika elmini də məhz müharibələr yaratdı)  və s. elm sahə-
lərində  XX  əsrdəki  böyük  kəşflərin  təkanvericisinin  iki  dünya 
müharibəsi olduğunu heç kim inkar edə bilməz. Bu müharibələr 
olmasaydı nüvə texnologiyası, atom fizikası bu qədər sürətlə in-
kişaf edə bilməzdi. Müharibə milli özünüdərk prosesinə də ağla-
gəlməz dərəcədə təkan verir. Rusiya filosofu N. Berdyayev “Ru-
siyanın  taleyi”  kitabında  yazırdı  ki,  müharibənin  zorakı  maarif-
ləndirmə  gücü  və  məntiqi  var,  onlar  bir  çox  hallarda  akade-
miyaların 20 ilə görə bilmədiyi işləri bir ilə görürlər [5]. Əlbəttə 
söhbət müharibənin təqdir olunmasından deyil, gerçəklikdən, yəni 
onların  elmin  inkişafına  şiddətli  təsirindən  gedir. Bu baxımdan 
elmdən,  elmşünaslıqdan  bəhs  edərkən  elmlərin  inkişafına  təkan 
verən, bir sıra hallarda yeni elm sahələri yaradan müharibə amilini 
də unutmaq olmaz.  

 
 
346 
İstər bəşər tarixinin keçib gəldiyi yola və insanlar tərəfindən  
yaradılanlara,  istərsə  də  konkret  olaraq  müharibələrə  bir  qədər 
fərqli rakursdan baxanda hökmən insan amili nəzər nöqtəsinə gəlir 
və  fəlsəfə  daxil  bütün  elmlərin,  bütün  zamanlarda  bir  məcraya 
yönəldiyi  görünür.  Bu  daha  ümumi,  hətta  daha  universal 
mədəniyyət məcrasıdır. 
 
Ezoterizm, ekzoterizm 
 
Qədim  Misirdə  elmlər  iki  qismə  bölünüb:  iç,  yəni  görün-
məyən dünya (ezoterizm); dış,  yəni görünən dünya (ekzoterizm) 
haqqında elmlər (bax: Eduard Şure “Böyük ziyalılar” [6]. Görünən 
dünya haqqında olan elmləri bir kənara qoyub, diqqəti ezoterizm 
üzərində cəmləyək. Adından da bəlli olduğu kimi burada söhbətin 
ruh, şüur, duyğu, hiss, fəhm, nəfs, psixika və s kimi məsələlərdən 
getdiyi  aydın  olur.  Elmi  bilgilərin  formalaşması  mexanizmi 
haqqında  elmşünaslıqdakı  populyar  yanaşma  belədir:  canlı 
seyrdən  mücərrəd  təfəkkürə,  oradan  da  praktikaya.  Bilgilər 
praktikada yoxlanıldıqdan sonra gerçək və yaxud ona yaxın olub-
olmamsı  barədə  öz  təsdiqini  tapır.  Lakin  parapsixologiya  və 
ekstrasensor  hadisələr  bu  ənənəvi  yanaşmadan  xeyli  dərəcədə 
fərqlidir.  Elə  bu  səbəbdən  də  elmi  bilgilərin  meydana  gəlməsi, 
elmin  yaranması mexanizmlərindən bəhs olunanda bu məsələlər 
də  müzakirəyə  və  diqqətə  layiq  məsələlər  kimi  nəzərdən 
keçirilməlidir.  Heç  kimə  sirr  deyil  ki,  cinayəti  kriminalist  elmi 
əsaslar və prinsiplərlə təhqiq edir. Bu zaman müxtəlif qurğuların 
və məntiqin köməyi ilə çoxsaylı müşahidələr, analizlər, labarator 
müayinələr aparılır, faktlar toplanılır, nəhayət yekun mülahizələr 
söylənilir,  qərar  verilir.  Lakin  ekstrasens  bunların  heç  birisini 
etmədən  (yaxud  bəzilərini  qismən  etməklə)  baş  vermiş  hadisə 
haqqında daha dəqiq informasiya, bilgi verir (iddia etdikləri kimi 
çox  vaxt  ilkin  qaynaqdan),  heç  məntiqin  köməyinə  də  əl  atmır. 
Canlı  seyr  olmadan  təfəkkürə  ilkin  məlumat  necə  və  nəyin 
vasitəsilə  daxil  olur,  praktik  əməliyyat  aparılmadan  bilginin 
həqiqiliyi  necə  sübuta  yetirilir.  Yaxud  Volf  Messinq  kəşfiyyatçı 

 
 
347 
kimi hazırlaşdırdığı rus gənclərinin hamısının müharibədə həlak 
olacağını,  Vanqa  “Kursk”  atom  sualtı  qayığının  okeanda 
batacağını xeyli əvvəl haradan, nəyin köməyi ilə bilirdi. Seyrsiz, 
təhlilsiz,  təcrübə  və  eksperiment  aparılmadan  bu  məlumatlar 
onlara  haradan  gəlir,  kim  tərəfindən  verilir.  Təsadüfən 
xatırlamadığımız ezoterizm deyir ki, bilgilər təkcə “canlı seyrdən 
mücərrəd  təfəkkürə,  oradan  da  praktikaya”  yolu  ilə  meydana 
gəlmir, eyni zamanda bizim çox vaxt qəbul edə bilmədiyimiz və 
bəzən bilərəkdən qəbul etmək istəmədiyimiz, dinlərin də o qədər 
xoşlanmadığı  fərqli  yol,  mexanizm  də  var.  Ona  görə  bilgilərin, 
paralel  şəkildə  canlı  seyrin,  məntiqin,  praktikanın    köməyi  ilə 
mərhələ-mərhələ  formalaşmasını  və  onların  heç  birinin  iştirakı 
olmadan  bilinməyən,  görünməyən,  axıra  qədər  dərk  olunmayan 
nəsnələrin vasitəsilə birbaşa formalaşmasını qəbul etmək,  yaxud 
bizim  bilmədiyimiz  daha  dərin  və  xeyli  dərəcədə  indikilərdən 
fərqli başqa bir mexanizmin olduğunu qəbul etmək, eyni zamanda 
ona vaqif olmaq üçün çalışmaq lazımdır. 
Elmi  öyrənmək,  onu  praktikaya  tətbiq  etməyi  bacarmaq 
üçün, heç şübhəsiz gərgin zəhmət çəkmək, intensiv mütaliə etmək, 
yeniliklərə  daim  bələd  olmaq  gərəkdir.  Lakin,  bir  suala  da  daha 
ciddi cavab axtarmaq tələb olunur: əsrdən-əsrə yazılan kitabların, 
edilən  elmi  kəşflərin,  mütaliənin  və  mütaliə  edənlərin,  mütaliə 
imkanlarının sayının böyük sürətlə artmasına baxmayaraq, nədən 
hələ  də  VII  əsrdə  ərsəyə  gələn  “Quran”dan  kamil  kitab  ortada 
yoxdur.  Doğrudanmı  mütaliə  belə  gərəksiz  bir  şeydir. 
Doğrudanmı məlumat, bilgi bizdən asılı olmayaraq haradasa, hər 
zaman mövcuddur, sadəcə “kosmosa çıxışı olanlar” bu bilgiləri ala 
bilir,  başqa  sözlə  kəşflər  onlara  verilir.  Elmi  biliklərin  əldə 
edilməsi,  zaman-zaman  toplanması,  elmlərin  yeni-yeni  kəşflərlə 
zənginləşməsi, yeni elm sahələrinin yaranması mexanizmi, yolları  
barədə, görünür hələ xeyli düşünməyə ehtiyac var. 
Dil və üslub 
 
Professor S. Xəlilovun əvvəlki kitabları nisbətən mürəkkəb, 
bəzi hallarda ağırlaşdırılmış akademik üslubda yazılıb. Amma bu 

 
 
348 
kitabda  türkcəmizin  gözəlliklərindən,  bölgə  dialektlərindən,  bir 
sıra  hallarda  şivələrdən  təcrübəli  bir  yazar  ustalığı  ilə  istifadə 
olunub. Hiss olunur ki, müəllif əsərin dilinə ayrıca diqqət yetirib.  
Dildən söhbət düşmüşkən, monoqrafiyanın maraqlı bölmə-
lərindən biri də dil, təfəkkür və üslubla bağlı olan bölmədir. Dil 
doğrudan mürəkkəb və sehrli, allahın möcüzələrindən sayılan bir 
məsələdir.  Hərf,  söz,  dil,  nitq,  təfəkkür,  məntiq  və  onların  bir-
birlərinə  bağlılığı  haqqında  nə  qədər  araşdırma  aparılsa  da 
qaranlıq  qalan  mətləblər  hələ  çoxdur.  Hərflərin,  sözlərin  tarixi 
(heç  şübhəsiz,  onların  hamısı  bir  gecədə  yaranmayıb),  hərf  və 
sözlərin eyni  zamanda verbal  və  vizual  olması, sözlərin şəkilsiz 
beyinə daxil ola bilməməsi  və s. kimi məsələlər, xeyli tədqiqatlar 
aparılsa  da  hələ  qaranlıq  qalır.  Hegel  “Estetika”  [7]  əsərində 
yazırdı  ki,  Mesner    dünyada  insanın  tanıdıqları  şeylərdən  elə 
birisini  tapmağa  çalışırdı  ki,  onun  adı  çəkiləndə  şəkli,  modeli 
şüurda əks olunmamış olsun.  Bu axtarışlar Mesneri dəli olmaq 
həddinə  çatdırdı  və  o  bir  daha  sözügedən  məsələ  barədə  düşün-
mədi. Doğrudan da, hətta insanın heç zaman görmədiyi, Allah, ruh 
haqqında  belə  vizual  təsəvvürü  var  və  hər  ikisi  haqqında 
insanlarda formalaşan təsəvvürlər demək olar ki, üst-üstə düşür. 
Məsələn,  filmlərdə  ruhun  görüntülərini  seyr  edən  insan  kinoya 
baxana  qədər  onun  məhz  belə  olduğu  qənaətinə  gəlir.  Yaxud, 
Hegelin  də  yazdığı  kimi  hamıda  allah  haqqında  təsəvvürlər 
eynidir:  o,  uca  boyludur,  sifəti  nurludur,  ağ  paltardadır,  kişidir, 
gənc  deyil  və  s.  Buradan  belə  bir  nəticə  çıxır  ki,  sözlər  verbal 
olduğu qədər də vizualdır, eyni zamanda söz, geniş mənada isə dil 
(orqan nəzərdə tutulmur) təkcə təfəkkürü ifadə etmir, həm də onu 
modelləşdirir.  Görünür  sözlər  beyində  eyni  vaxtda  iki  yaddaş 
kamerasında bərqərar olur: həm verbal, həm də vizual variantda. 
İnsan  ikinci  dili  öyrənəndə  də  paralel  şəkildə  birinci  öyrəndiyi 
dildəki  sözlərin həm  verbal  formasına, həm  də  vizual  formasına 
istinad  edir.  Heç  kim  almanca  alma  sözünü  öyrənəndə  öz  dili 
vasitəsilə  beynində  şəkli  cizilən  almanı  deyil,  gavalını  xəyalına 
gətirmir.  Hətta  bu  gerçəkliyi  nəzərə  alan  bir  sıra  mütəxəssislər 

 
 
349 
insana ilk növbədə öz ana dilinin öyrədilməsini məsləhət görürlər. 
Gələcəkdə  insanın  ümumi  tərbiyəsində,  mənəviyyatında, 
psixikasında hansı izlər buraxa biləcək bu problem də hələ kifayət 
qədər  yaxşı  öyrənilmədiyindən  linqvistləri,  psixolinqvistləri 
narahat edir.  
Digər bir məsələ elmi üslubla bağlıdır. Azərbaycanda hakim 
elmi  üslub  Rusiyadan  gələn,  rusların  da  almanlardan  aldığı  çox 
mürəkkəb akademik üslubdur. Sovet dövründə araşdırmaçılar bir 
qayda  olaraq  dissertasiyaları  mürəkkəb  akademik  üslubda 
yazmağa  çalışırdılar.  Bu  ənənə  indi  də  qalmaqdadır.  Fikri  ifadə 
etmək  üçün  onu  doğrudanmı  mürəkkəb  şəklə  salmaq  lazımdır? 
Akademik  üslub  sadə,  bir  qədər  bədii  və  obrazlı  ola  bilməzmi? 
Türk dili obrazlı, metaforaları, sadə, cümlə quruluşlarını sevən bir 
dildir.  Düşüncəmə  görə  elmi  dilimiz  də  elə  bu  cür  olmalıdır. 
Sadəcə,  başqa  ağıllı  xalqlar  kimi    biz  də  hər  zaman  dilimizin 
inkişafı qayğısına qalmalıyıq. Necə? Bizim nümunəmizdə başlıca 
yol  odur  ki,  dünyadakı  türk  dilli  xalqların  (həm  də  onların 
qonşuluğunda  yaşayan  etnosların)  dilində  olan,  hamının  anlaya 
bildiyi sözləri bütün türk dilli xalqlar öz leksikonuna daxil etsin. 
Bu yolla dilimizin xeyli dərəcədə yad sözlərdən təmizlənəcəyinə 
və zənginləşəcəyinə inanıram. Məsələn, bizim işlətdiyimiz alınma 
“sərnişin”  sözü  əksər  türk  dilli  xalqlarda  “yolçu”    kimi  işlənir. 
Niyə  bu  və  ya  bu  kimi  çoxsaylı  ortaq  türk  sözləri  tapılıb  ortaq 
orfoqrafiya lüğəti hazırlanmasın, türk dilinin söz ehtiyatı artmasın, 
türk dilli xalqların həm bədii ədəbiyyat, elmi ədəbiyyat alanında 
bir-birlərini  anlamaları  asanlaşmasın,  türk  dilinin  bədii  və  elmi 
meydanı genişlənməsin, dünya üzərində nüfuzu daha da artmasın? 
Hər  türk  dilli  xalqın  bir  dilçi  alimindən  ibarət  formalaşan 
komissiya bu işi həll edə bilməzmi? 
Məşhur  türkoloq  professor  Laszlo  Rasonyi  “Tarihde 
türklük” kitabında türk dilinin inkişaf tarixini 4 mərhələyə bölür 
və  sonuncu  mərhələdə  bu  dilin  təmizliyini  qoruya  bilmədiyinə 
təəssüflənirdi: “Türk edebi dili daha sonraları arılığını mühafaza 
ede  bilmemiştir.  Bir  sıra  lüzumsuz  Arapça  ve  Farsça  unsurlarla 

 
 
350 
dolduruldu. Buna rağmen yenileşme ümit ve imkanları mevcuttur” 
[8]. Son illər Türkiyədən bizim türkcəyə nə qədər söz daxil oldu 
(bizdən də onlara)? Onların hamısı indi rahatlıqla kütləvi şəkildə 
işlədilir. Dil hər zaman yeni sözlər alır, istər qohum dildən, istərsə 
də  uzaq  dildən  və  qısa  zaman  kəsiyində  insanlar  onu  işlətməyə 
vərdiş  edir.  Belə  olan  təqdirdə,  “ən  yaxşı  təzə  unudulmuş 
köhnədir” məsəlini də xatırlayaraq, nədən az qala bütün planetə 
yayılan sözlərimizi toplayıb dövriyyəyə buraxmayaq. Bu zaman 
istər elmi, istərsə də bədii fikri ifadə etmək asanlaşacaq,  yazı və 
dialoq  prosesində  əcnəbi  sözlərdən  istifadəyə  daha  az  ehtiyac 
qalacaq. O da doğrudur ki, özündə olmayanda başqa dildən gələn 
sözə də toxunmaq olmaz. Onsuz da bütün dillər başqa dildən söz 
alır. 
 
Elm və təhsil 
 
Monoqrafiyada  Azərbaycan  elmi  və  təhsili  haqqında  da 
dəyərli mülahizələr, tövsiyə və təkliflər az deyil.  
Hazırda  Azərbaycanda  36  dövlət,  14  özəl  olmaqla  50  ali 
təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali məktəblərdə təxminən 
140000  tələbə  təhsil  alır.  Əhalinin  sayına  nisbət  götürdükdə 
Azərbaycanda  universitet  sayı  da,  tələbə  sayı  da  pis  görünmür. 
Lakin dünyada təhsilin əlyetən olması üçün ciddi tədbirlər görülür 
və  bunun  hesabına  hər  il  ali  təhsil  almaq  istəyənlərin  sayı  xeyli 
artır.  Məsələn,  dinamik  inkişaf  edən  ölkələrdə  -  Argentina, 
Braziliya,  Misir,  Hindistan,  Zimbabve,  İndoneziya,  İordaniya, 
Çin,  Türkiyə,  Malayziya,  Paraqvay,  Peru,  Rusiya  Federasiyası, 
Tailand, Tunis, Uruqvay, Filippin, Çili, Şri-Lanka və Yamaykada  
YUNESCO-nun  2010-cu  il  təhlillərinə  əsasən  son  10  ildə 
tələbələrin  sayı  77%  artıb.  Bu  ciddi  artımdır.  Azərbaycanda  da 
belə  artıma  ehtiyac  var.  Lakin  ölkədəki  mövcud  alim  potensialı 
buna imkan verirmi?  Müqayisə üçün bir neçə ölkədəki vəziyyətə 
nəzər salaq: hazırda ABŞ-da  - 3100000 (hər 96 nəfərə 1 nəfər), 
Yaponiyada  –  700000  (hər  157  nəfərə  bir  nəfər),  Fransada  - 

 
 
351 
200000 (hər 350 nəfərə bir nəfər) alim yaşayıb yaradır [9]. Azər-
baycanda isə 9 minə yaxın elmlər namizədi, 1700 elmlər doktoru 
var, hər min nəfərə 1 elmlər namizədi, təxminən hər 5300 nəfərə 
1 elmlər doktoru düşür. Bu nəinki Rusiya Federasiyası, hətta digər 
MDB dövlətlərinin əksəriyyəti ilə müqayisədə aşağı göstəricidir. 
Onu  da  nəzərə  alaq  ki,  bu  alimlərin  bir  qismi  ölkədə  deyil,  bir 
qismi  isə,  ümumiyyətlə,  tədrisdən  uzaqdır,  ya  akademiya 
sistemində,  yaxud  da  müxtəlif  dövlət  və  qeyri-hökumət 
qurumlarında çalışır. 
Başqa bir paradoks da var: son zamanlar dövlət məmurları, 
millət vəkilləri elmi dərəcə almağa, müxtəlif ali məktəblərin elmi 
şuralarında təmsil olunmağa, ali məktəblərdə dərs keçməyə daha 
çox  can  atırlar.  Bu  pozitiv  tendensiya  kimi  görünsə  də  elm 
adamlarına münasibət dəyişmir. Əgər alim olmaq pisdirsə, onda 
məmurların    elmə  bu  meyli  nədir?  Yox  əgər  yaxşıdırsa,  onda 
məmurların  həmkarlarına  münasibəti  niyə  dəyişmir,  yəni  ancaq 
alimliyindən para qazananların  aldıqları cüzi  məvacib,  ümumiy-
yətlə elm adamına, alim həyatına mövcud ictimai münasibət onları 
nədən  rahatsız  etmir?    Məmur-alim  alim  həmkarına  ən  yaxşı 
halda,  sadəcə,  “alim  səbri”  (termin  son  vaxtlar  xeyli  popul-
yarlaşıb) arzulayır. 
İndi  isə  bir  neçə  dövlətin  elmlə  bağlı  maliyyə  siyasətinə 
diqqət  yetirək:  Rusiyada  elmə  ayırmalar  ÜDM-in  1%-i,  Qərb 
ölkələrində 2,3%-i, ABŞ-da təxminən 3%-i civarındadır. ABŞ-da 
mövcud elmə ayırmalar bütövlükdə Rusiya  Federasiyasının büd-
cəsindən  çoxdur  [10].  Son  zamanlar  Rusiya  ziyalıları  yaranmış 
acınacaqlı vəziyyətdən,  elmin  taleyindən dolayı  ciddi narahatlıq 
keçirir,  məsələ  ilə  bağlı  müxtəlif  elmi  araşdırmalar  aparır, 
məqalələr dərc etdirir, hökumət və dövlət strukturlarına müraciət-
lər edirlər. Professor S. Xəlilov  da monoqrafiyada məsələ ilə bağlı 
müqayisələr və paralellər apararaq Azərbaycanda vəziyyətin daha 
acınacaqlı olduğunu göstərir. O, irəli getmək, mövcud acınacaqlı 
vəziyyəti dəyişdirmək üçün alimlərin iştirakı ilə, elm sahələrinin 
spesifikası  nəzərə  alınmaqla  dövlət  siyasətinin  hazırlanmasını 

 
 
352 
tövsiyə edir: “... Mütəxəssislər dövlət üçün layihə hazırlamalı və 
öz  mövqelərini  əsaslandırmalıdırlar.  Burada  bir  tərəfdən,  elm 
təşkilatçılarının  fərasəti,  digər  tərəfdən  də  yüksək  rütbəli  dövlət 
məmurlarının, 
millət  vəkillərinin  dünyagörüşü,  ümumi 
intellektual səviyyəsi müəyyən rol oynayır” [11].  
Azərbaycanda dəyişməli olan mühüm məsələlərdən biri də 
elmə  və  bu  sahənin  insanlarına  münasibətdir.  İndiki  münasibət, 
ictimai rəy elmin inkişafı üçün əlverişsiz ab-hava yaradır. Əlbəttə, 
belə  münasibətin  formalaşmasına  ali  məktəblərdə  müəllimlə 
tələbə arasında uzun illərdən bəri yaranmış əyri (daha doğrusu çox 
eybəcər)  münasibətlər  əsaslı  təsir  göstərib.  Lakin,  obyektivlik 
naminə deyək ki, bu əyri münasibətlər bütün müəllimləri-alimləri 
ehtiva etmir. (Digər tərəfdən akademiya sistemində, ümumiyyətlə, 
tədris  fəaliyyəti  ilə  məşğul  olmayan,  yəni  tələbə  ilə  təmas 
tanımayan elm adamları da var). Tədris fəaliyyəti ilə məşğul olub, 
küncdə-bucaqda  ləyaqətinə  bürünüb  “salamat”  qalanlar  da  yox 
deyil.  Mətləbdən  uzaqlaşmamış  dərhal  onu  da  yada  salaq  ki, 
sözügedən  əyri  münasibətlərdən  əziyyət  çəkənlər  də  məhz 
onlardır.  Sanki  kimlərsə  onları  çirkaba  bulaşmadıqlarına  görə 
gizli-gizli cəzalandırıblar. Amma vəziyyət belə davam edə bilməz. 
Yəni  müəllimlər-elm  adamları  əvvəlki  qayda  ilə  çalışmamalı, 
cəmiyyətin isə onlara neqativ münasibəti dəyişməlidir. Professor 
S. Xəlilov həm də buna görə  bir çox məsələləri əhatə edən dövlət 
siyasətinin  hazırlanmasından  söhbət  açır  ki,  həmin  siyasətin 
tərkibində  cəmiyyətin  müəllimlərə,  elmə,  elm  adamlarına 
münasibətinin dəyişdirilməsi istiqamətində maarifləndirmə işinin 
aparılması da var.  
Cəmiyyət  münasibətinin  dəyişməsinin  tərkibində  iki  züm-
rənin  də  xüsusi çəkisini  qeyd etmək  gərəkdir.  Birinci  zümrə, ali 
məktəbi bitirən məzunlardır. Dünyanın inkişaf etmiş ölkələrində 
həyatda  uğurlar  qazanan  məzunlar  bitirdikləri  ali  məktəblərə 
davamlı yardım göstərir, onların inkişaf layihələrində fəal iştirak 
edirlər

Bill Qeyts daxil minlərlə bu cür məzunların bitirdikləri ali 
məktəblə xeyirxah əlaqələrini örnək göstərmək olar. İkinci zümrə 

 
 
353 
biznes  adamlarıdır.  Bu  sferada  fəaliyyət  göstərənlər  də  univer-
sitetlərin  həyatında  fəal  iştirak  edir,  yaxın  gələcəkdə  mütə-
xəssislərindən bəhrələnəcəyi ali təhsil müəssisələrinin inkişafında, 
müasirləşməsində maraqlı olurlar. Araşdırmalar göstərir ki, dövlət 
nə qədər güclü olsa da elm və təhsilə cəmiyyətdən dəstək olmasa, 
o ardıcıl və dinamik inkişaf edə bilməz. Örnəyi ABŞ. Bu deyilən 
rakurslardan  qayıdaq  Azərbaycana  nəzər  salaq.  Araşdırmaya, 
təhlilə, şərhə ehtiyac varmı? 
Digər  bir  məsələ  bizdə  elmlə  məşğul  olanların  (A.  Eynş-
teynin  və  S.  Xəlilovun  elm  adamları  ilə  bağlı  apardığı  qruplaş-
dırmaları heç xatırlamayaq) bir-birlərinə münasibətidir. Öncə, onu 
xatırladaq  ki,  məqsədli  şəkildə,  yaxud  ya  zəlzələdən,  ya  da  ki, 
vəlvələdən  elmə  gələnlər  bir  müddət  keçdikdən  sonra  pərişan 
olurlar. Başqa sözlə, əvvəlki nəsillər elmə gəlməkdə onlara kor-
peşman  olmağa  yardım  göstərir.  Əlbəttə,  dəyişmə  tələb  edən 
məsələlərdən biri də budur. 
 Digər bir məsələ elm adamları arasında elmi rəqabətdən çox 
intriqaların mövcudluğudur. Belə münasibətlərin nəticəsidir ki, ali 
məktəblərdə, yaxud akademiya sistemində hansısa məsul vəzifəni 
tutanlar, başqa sözlə “əlinə girəvə düşənlər” dərhal, bir zamanlar 
onu  “incidəndən  qisas”  almaq  haqqında  düşünür,  vəzifə 
səlahiyyətlərindən  sui-istifadə  etməyə  başlayır.  Bu  zaman  onlar 
elmi subordinasiyanı, hətta alim etikasını unudur, bir çox hallarda 
elmdə hələ öz sözünü deməmiş tabeliyində olan elmsiz və dərə-
cəsiz insanlardan,  heç olmasa ölkə  miqyasında tanınan, məhsul 
verən,  ən  əsası  ləyaqətini  qoruyub  saxlaya  bilmiş  alimlərə  qarşı 
alət kimi istifadə edirlər. Alimin alimə hörmət etmədiyini, dəyər 
vermədiyini görən cəmiyyət ikiqat neqativ münasibət göstərir. Bu 
ovqat  bəzən  elm  və  təhsillə  bağlı  qərar  vermək  iqtidarında  olan 
siyasilərə də sirayət edərək, “bunlardan bir şey çıxmaz, xaricə üz 
tutaq”  düşüncəsi  yaradır.  Amma,  artıq  xaricdəki  elmi  mühitin, 
elmi  ənənələrin,  ali  məktəblərin,  dövlət  siyasətinin,  cəmiyyətin, 
nəhayət  medianın  elmə,  təhsilə,  elm  adamlarına  münasibətinin 
ölkəyə gətirilməsi vaxtıdır.  

 
 
354 
Alimin  alimə  hörmətindən  söz  düşmüşkən,  son  zamanlar 
ayrı-ayrı  ixtisaslar  üzrə  alim  qrupları  (siyasi,  iqtisadi  termino-
logiya ilə ifadə etsək “monopolistlər”) dövriyyəyə çıxıb. AAK-da, 
müdafiə  şuralarında,  elm  və  təhsillə  bağlı  yaradılan  yeni 
qurumlardakı  ekspert  komissiyalarında,  dərc  edilən  dərgilərin 
redaksiya  heyətlərində,  mötəbər  elmi  konfranslarda  təmsil 
olunanlar təxminən eyni adamlardır – məşhur bir filmdə deyildiyi 
kimi dərsliklərə, dərs vəsaitlərinə qrifləri, nəşr üçün rəyləri onlar 
verir,  dissertasiyaların  taleyi  ilə  bağlı  onlar  təklif,  tövsiyə 
hazırlayır,  elmi  adların,  dərəcələrin  verilməsində  birbaşa  onlar 
iştirak edir və s. 
Bütün  digər  peşə,  sənət  insanlarına  hörmət  və  rəğbətimi 
ifadə edərək onu da xatırladım ki, alim əməyi iynə ilə gor qazmaq 
kimidir, ondan çox əziyyət çəkmək tələb edən ikinci bir fəaliyyət 
növü tanımıram. Belə olmasaydı dövlət başçıları başqa dövlətlərə 
səfər  edəndə  onlara  yüksək idman, sənət  adları,  yaxud ali hərbi, 
ruhani  rütbələr,  titullar  yox,  məhz  “Fəxri  doktor”  elmi  adı 
verməzdilər. Çünki elm hər şeydən yüksəkdədir, yüksək elmi ad 
ali  məqamdır.  Elmə,  elm  adamına  layiqli  dəyər  verilməyən 
cəmiyyətdə,  ölkədə  xeyir-bərəkət,  hörmət-izzət  olmaz.  Düşün-
cəmə  görə,  necə  və  nə  cür  elmə  gəlməsindən,  alim  olmasından, 
indiki  həyat  tərzinin  necəliyindən  asılı  olmayaraq  olan-qalan 
kimimiz varsa, hamısına cəmiyyət və dövlət münasibətinin dəyiş-
məsinə cəhd edilməlidir. Çünki söhbət şəxslərə yox elmə, təhsilə 
münasibətdən  gedir.  Paralel  şəkildə  elə  bir  mexanizm  forma-
laşdırılmalıdır ki, elmə, ali məktəblərə təsadüfü adamların gəlişini 
maksimum  səviyyədə  əngəlləmək  mümkün  olsun.  Elm,  təhsil, 
təhsil  müəssisələri,  elm  müəssisələri  arasında  optimal  qarşılıqlı 
əlaqələrin  qurulması,  ali  məktəblərin  reytinq  meyarlarının 
hazırlanması,  Bolonya  prinsiplərinin  təhrifsiz,  amma  yaradıcı 
tətbiq  olunması,  ali  təhsildə  keyfiyyət  təminatı,  ali  təhsil  müəs-
sisələrinin idarə edilməsi, akkredisayiların aparılması üçün zəruri 
işlərin  görülməsi,  bakalavriat,  magistratura  və  Ph.D  təhsilinin 

 
 
355 
dünya təhsili ilə unifikasiyası, müdafiə proseduralarının, qaydala-
rının  hazırlanması,  təşkili,  qocaman  AMEA-nın  taleyi,  mövcud 
olan nəyin qalması, nəyin ortadan qaldırılması haqqında isə dərin 
müzakirələr  aparmaq  zəruridir.  Bir  çox  məsələlər  də  var  ki, 
velosiped  icad  etməyə  heç  lüzum  yoxdur,  zəhmət  çəkib  bizdən 
əvvəl  dünyada  mütərəqqi  örnəklər  yaradıblar,  sadəcə  onlardan 
bəhrələnmək lazımdır. 
 
İpək Yolu jurnalı, N -3, 2011 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin