BİTKİLƏRİN QORUNMASI – bitki növlərinin populyasiya növ
tərkibini və sayını qoruyub saxlamaq üzrə kompleks beynəlxalq, dövlət
və regional, inzibati-təsərrüfatı və ictimai tədbirlər kompleksi.
BİTKİNİN MÜHAFİZƏ METODLARI – xəstəliklərə və
zərərvericilərə qarşı mübarizədə bioloji, aqrotexniki, kimyəvi və
mexaniki üsullardan istifadə olunur. Bioloji üsulla bitki mühafizəsi
zamanı faydalı quş, cücü, göbələk, bakteriya və s. canlıların köməyi ilə
zərərvericilər və xəstəlik törədicilər məhv edilir. Aqrotexniki tədbirlər
sisteminə düzgün növbəli əkin dövriyyəsi, alaq otlarının məhv edilməsi,
mineral və üzvi gübrələrin tətbiqi, bitki qalıqlarının məhv edilməsi,
zərərvericilər və xəstəliklərə qarşı davamlı sortlardan, sağlam əkin
materialından istifadə zamanı müxtəlif pestisidlər vasitəsilə
zərərvericilər və xəstəlik törədicilər məhv edilir. Mexaniki üsulla bitki
mühafizəsi zamanı zərərvericilər tutucu tor, tutucu kəmər və müxtəlif
mexaniki vasitələrlə məhv edilir.
BİTKİÇİLİK – 1) Kənd təsərrüfatının əsas sahələrindən biri;
insanları qida məhsulları, heyvanları yem, sənayenin bir çox sahələrini
(yeyinti, qarışıq yem, toxuculuq, əczaçılıq, ətriyyat və s.) bitki mənşəli
xammalla təmin etmək üçün mədəni bitkiləri hərtərəfli öyrənməklə məş-
ğul olur. B.-in tarlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri və s. bura
aiddir), tərəvəzçilik, meyvəçilik, üzümçülük, çəmənçilik, meşəçilik, gül-
çülük və s. kimi sahələri də var.
2) Az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni
bitkilər və onların becərilmə üsulları haqqında elm.
BİTKİLİK – Bax bitki örtüyü.
BİTKİNİN “AĞLAMASI” – ekskresiya, bitkinin yaralı hissədən
(kəsilən və ya zədələnən) köklərin təzyiqi ilə floem və ksilem şirəsinin
axması. Floem şirəsi ksilem şirəsinə nisbətən üzvi maddələrlə (şəkər,
amin turşuları, zülallar) daha zəngindir. Ağac bitkilərində yaz şirəaxını
zamanı, ot bitkilərində isə bütün vegetasiya dövründə baş verir.
Maksimum B.a. günorta çağı, minimum B.a. isə səhərlər müşahidə
olunur. Bir neçə gündən bir neçə aya kimi davam edir. Bitkini süni yolla
«ağladaraq»” ondan şərab (palma, aqava), şəkər (şəkər ağcaqayını) və
içməli şirə (tozağacı) alınır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
69
BİTKİNİN “APOPLEKSİYASI” – ziyanvericilər, xəstəliklər,
daşqın suyunun basması nəticəsində ağacların qəflətən quruması.
BİTKİNİN DONMASI – aşağı temperatur şəraitində hüceyrələrin
protoplazmasında maddələr mübadiləsinin pozulması və buz
kristallarının əmələ gəlməsi nəticəsində bitkinin məhv olması.
BİTKİNİN HƏCMİ – bitki qruplaşmalarında üzvi kütlənin
ehtiyatını və ya artımını öyrənərkən təyin olunur. Meşə taksasiyasında
model ağaclarının və meşənin həcmini təyin etmək üçün bir sıra
düsturlar mövcuddur. Ot bitkisi qruplaşmalarında bitkinin həcmi çox
nadir hallarda öyrənilir.
BİTKİNİN QAZA DÖZÜMLÜYÜ – zərərli qazlarla çirklənmiş
hava mühiti şəraitində bitkinin yaşama qabiliyyətini saxlaması (onlardan
ən təhlükəlisi ftor, xloridlər, kükürdlü anhidrid, azot iki oksiddir).
BİTKİNİN SOLMASI – su balansının pozulması nəticəsində
bitkinin turqoru itirməsi (yarpaqlarda suyun transpirasiyası onun hü-
ceyrələrə daxil olmasını keçir). Bu zaman yarpaq və budaqlar sallaq
vəziyyət alır. Belə hal müvəqqəti və uzunmüddətli ola bilər. Müvəqqəti
solma zamanı torpaqdan daxil olan su bitkinin istifadəsi ilə
kompensasiya olunmağa macal tapır, transpirasiya zəiflədikdə isə su
balansı və bitkinin normal vəziyyəti bərpa olunur. Uzun müddətli solma
bitkinin istifadəsi mümkün olan suyun torpaqda olduqca azalması
zamanı baş verir, bu zaman hətta gecə vaxtı su defisiti bərpa olunmur.
Uzun müddətli solma nəticəsində böyümə dayanır, həyat üçün mühüm
proseslər sayılan fotosintez, tənəffüs və s. pozulur, hüceyrələr ölür və
bitki məhv olmağa başlayır. B.s.-nın qarşısını almaq üçün suvarma
aparılır, bitkinin mineral qidalanması yaxşılaşdırılır, quraqlığa dözümlü
sortlardan istifadə olunur.
BİTKİNİN SORTU – mədəni bitkinin bir növünün fərdlərinin
məcmusu; konkret şəraitdə becərildikdə müəyyən davamlı morfoloji,
fizioloji və təsərrüfat əlamətlərilə səciyyələnir. Mədəni bitkilərin aşağı
təsnifat vahidi.
BİTKİNİN SOYUĞA DAVAMLILIĞI – vegetasiya keçirən
bitkinin aşağı müsbət temperaturun (1-5
°C) təsirinə dözmək və əlverişli
şəraitdə öz böyüməsini bərpa etmək qabiliyyəti. Soyuğa davamlı
bitkilər, (arpa, vələmir, çöl noxudu, kətan, çuğundur) aşağı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
70
temperaturun təsiri ilə öz hüceyrələrinin quruluş və funksiyasının
təşkilini dəyişdirmək qabiliyyətinə malik olub, bununla da böyüməni
ləngidir və zülalın, amin turşularının, xüsusilə şəkərin miqdarının
çoxalmasına imkan yaradır. İstisevər bitkilərdə bu xüsusiyyət
olmadığından aşağı temperaturda zədələnir və məhv olur.
BİTKİNİN SÜKUTLUĞU – fizioloji vəziyyət olub bitkinin həyat
fəaliyyəti (əsasən metabolizm və böyümə) aşağı düşür, bunun
nəticəsində tumurcuqların açması, toxumun, kökümsovun cücərməsi
gecikir. B.s. mühüm adaptasiya prosesi olub əlverişsiz şəraitdə bitkinin
məhv olmasının qarşısını alır.
BİÇƏNƏK – quru ot, silos, yaşıl yem, ot unu hazırlığı üçün ayrılmış
otla örtülü sahələr. Təbii və mədəni (səpilən) B.-lər ayrılır.
BİÇƏNƏK DÖVRİYYƏSİ – biçənəklərin səmərəli istifadə
olunması sistemi: müəyyən plan üzrə sahələrdə ot biçini vaxtının
dəyişdirilməsi. B.d. qiymətli yem bitkiləri olan yaxşı otlu biçənək
sahələrində tətbiq edilir. Müxtəlif tərkibli sahələrdə bir neçə B.d.-
istifadə olunur, bu zaman oxşar tərkibli massivlər 4-5 sahəyə bölünür və
ilbəil onların biçilmə növbələşməsi dəyişilir. Adətən 4 və ya 5 illik B.d.-
dən istifadə edilir. B.d. bitki örtüyünün botaniki tərkibini yaxşılaşdırır,
alaq otlarının məhv olmasına şərait yaradır və yem sahələrinin uzun
müddətli məhsuldarlığını təmin edir.
BİÇƏNƏK TİPİ – Ot örtüyünün tərkibi və keyfiyyəti eyni olan
biçənəklərin birliyi.
BİTLƏR (Anoplura) – qansoran həşərat dəstəsi. İnsan və məməli
heyvanlarda təsadüf edilir. İnsanda baş biti, paltar biti, pəncəli bit
parazitlik edir. Təmizliyə və sanitariya qaydalarına riayət etmək ən yaxşı
mübarizə vasitəsidir.
BİTMƏ ŞƏRAİTİ – fərd, populyasiya və ya növün məskunlaşdığı
yer və həyat şəraiti. Mühitin abiotik amillər kompleksindən ibarət olub
ekotopda (fitosenozun mühit rejimi – hava, su, mineral qida, temperatur-
radiasiya), biotik amillərin kompleksində (fitosenoz üçün heyvan və
mikroorqanizmlərin fəaliyyəti) birləşir. İlkin və törəmə bitmə şəraiti
ayrılır.
BİTUMLAMA – qumların bitum emulsiyası ilə bərkidilməsi.
BİVOLTİNLİK – ayrı-ayrı heyvanların, adətən həşəratların il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
71
ərzində iki nəsil verməsi.
BOĞAZ – dünya okeanında hər hansı iki quru sahəni (materikləri,
adaları, ada ilə materiki) bir-birindən ayıran və ya iki su hövzəsini
birləşdirən dar su zolağı. Məs. Magellan B.zı, Dardanel B.zı.
BOFORT ŞKALASI – yer səthindəki müxtəlif cisimlərə və
dənizdəki dalğaya təsirinə əsasən küləyin gücünü (sürətini) balla ifadə
etmək üçün istifadə edilən şkala. B.ş.-na görə sıfır bal – küləksiz hava; 4
bal mülayim külək; 7 bal qasırğadır.
BOLLUQ – vahid sahədə və ya həcmdə növün və ya qruplaşmanın
fərdlərinin miqdarı (sayı).
BOLLUQ (SIXLIQ) ŞKALALARI – proyektiv örtmə dərəcəsi
nəzərə alınmaqla hər hansı bir populyasiya fərdlərinin sayının gözəyarı
ballarla qiymətləndirilməsi. O.Drude (1890), E.Rubel (1992),
B.A.Keller (1936), A.K.Tapsle 1926), İ.Braun-Blanke (1951),
H.S.Hanson (1936) şkalaları
məlumdur.
Ballar A.K.Tansle
(1926)
Braun-Blanke (1951)
N.S.Hanson
(1930)
O.Drude
(1890)
1 Seyrək o-olduqca,
seyrək, örtmə
dərəcəsi xeyli aşağı
I-çoxlu, örtmə dərəcəsi
aşağı və ya seyrək, örtmə
dərəcəsi bir qədər yüksək
Çox seyrək Sol
2 Təsadüf 2-çoxlu,
-
sahənin örtmə
dərəcəsi
20
1
Seyrək Sp
3 Tez-tez 3-sahəni örtmə dərəcəsi
2
1
4
1 −
Hərdən Cop1
4 Bol
4-sahəni örtmə dərəcəsi
4
3
2
1 −
Tez-tez Cop2
5 Bolluqca
5-sahəni örtmə dərəcəsi
4
3 Bol Cjp2-Soc
BONİTETLƏŞDİRMƏ – ayrı-ayrı təbii sərvətlərin (su, torpaq,
meşə, heyvanat aləmi və s.) və onların ərazicə birləşmələrinin
(biogeosenoz, landşaft, təsərrüfat sahəsi və s.) bal hesabı ilə keyfiyyət
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
72
qiyməti. Yüksək bal müəyyən obyektin yüksək keyfiyyətinə uyğun
gəlir.
BOSTAN BİTKİLƏRİ – qabaqkimilər fəsiləsindən becərilən bitki
növləri (qovun, qarpız, qabaq və s.).
BOTANİKA – bitkilər haqqında elm, biologiyanın əsas
bölmələrindən biri. B. bitkilərin quruluşunu, həyat fəaliyyətini, tarixi
inkişafını, təbiətini və insanın həyatında onların əhəmiyyətini öyrənir.
Bitkilər haqqında məlumat artdıqca B.-dan bitki sistematikası, bitki
morfologiyası, bitki fiziologiyası, bitki coğrafiyası, geobotanika, bitki
ekologiyası, paleobotanika, bitki genetikası, fitosenologiya və s. kimi bir
sıra ixtisaslaşmış sahələr ayrılmışdır.
Respublikamızda B. sahəsində tədqiqat işləri Azərb. MEA Botanika
institutunda genetika və seleksiya, əkinçilik və s. elmi tədqiqat
institutlarında, ali məktəblərin botanika və fiziologiya kafedralarında
aparılır.
BOTANİKA BAĞI – yerli və başqa ölkələrin bitkilərini becərən və
öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif
müəssisəsi, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək
məqsədi ilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün
qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, B.b.
bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları
toplamaqla məşğul olur.
Azərb. respub.-da B.b. 1934 ildə Bakının dığlıq hissəsində
salınmışdır. Mərdəkanda filialı var.
BOTANİKİ SİSTEMATİKA – botanikanın bir sahəsi olub bitki
aləmində növ və digər taksonomik vahidlər arasında filogenetik əlaqəni,
taksonomik qrupların əmələ gəlməsi yollarını tədqiq edir.
BOTANİKİ COĞRAFİYA – bax-bitki coğrafiyası.
BOYALAR – maye maddələr olub rəngini dəyişmək üçün əşyaların
səthinə çəkilərək hopdurulur. Qədimdə işlədilən təbii boyalar toksik
olmamışdır. Hazırda işlədilən sintetik boyaların tərkibində ağır metallar
(arsen, civə, qurğuşun, kadmium, xrom, uran) olub zəhərli hesab olunur.
Bütün sintetik boyalar və həlledicilər insanın sağlamlığı üçün təhlükəli
sayılır, odur ki, ondan istifadə edərkən ehtiyatlı davranmaq lazımdır.
Boya kistlərini təmizləmək üçün işlədilən vasitələri kanalizasiyaya
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
73
tökmək məsləhət görülmür. Çünki bütün toksik boyalar və həlledicilər
canlı orqanizmləri məhv edir, bununla da məişət axıntılarının
təmizlənməsi çətinləşir.
BOYAQ BİTKİLƏRİ – kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək,
meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və
pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər,
M.Qasımova (1980) görə respublikamızda rast gəlinən boyaq bitkiləri
110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-in
təşkil edir. Boyaqçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan
bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon
saforası, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac,
çaytikanı, zəfəran, əvəlik, dazıotu, gəndalaş, ətirşah, söyüd, andız,
qaraqınıq, yemişan, heyva və s.-ni göstərmək olar.
M.Qasımov (1980) qeyd edir ki, bir boyaq bitkisindən alınan boyaq
məhluluna istənilən metalın (alüminium, mis, xrom, dəmir, kobalt,
qalay, qurğuşun, sink, natrium, kalium və s.) müxtəlif duzlarını əlavə
etməklə 10-dan 100-ə qədər, hətta 3000-4000-ə qədər rəng və çalar
almaq mümkündür.
BOZ TORPAQLAR – səhra və bozqır zonalarının açıq-boz rəngli
torpaq tipi. Afrika, Şimali və Cənubi Amerika, Avstraliya, Orta Asiya
və qismən Azərbaycanda yayılmışdır. Respublikamızın B.t.-ında
pambıq, qismən taxıl, tərəvəz və s. əkilir. Resp-nın qışlaqları əsasən boz
torpaqlar zonasındadır.
BOZQIR (çöl) EKOSİSTEMLƏRİ – arid kontinental iqlim
şəraitində əsasən kserofil taxıl bitkilərinin dominantlığı ilə formalaşan
ekosistemlər. Azərbaycan Respublikasında bozqır ekosistemlərinə
Böyük Qafqazda – Bozqır yaylada və Kiçik Qafqazın dağətəyi
zonasında rast gəlinir. Burada yarımsəhra – bozqır bitkiləri (yovşan,
ziyilotu, tonqalotu, bozqır pişikquyruğu, çobantoxmağı) yayılmışdır.
Ağac və kol növlərindən qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq
armud, gürcü ağcaqayını və badama rast gəlinir. Qəhvəyi bozqırlaşmış,
boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayılmışdır. Biçənək və ya otlaq
kimi, bəzən isə kənd təsərrüfatı bitkiləri altında istifadə olunur.
Tədqiqatçıların (Qrosheym, Qulisaşvili, Prilipko) fikrincə Cənubi
Qafqazda, o cümlədən Azərbaycanda ilkin bozqır yoxdur və müasir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
74
bozqır ekosistemləri meşə örtüyünün yox edilməsilə əlaqədardır.
BOZ-QONUR TORPAQLAR – quru kontinental iqlimi olan
səhralarda efemerlər və şoran bitkiləri altında əmələ gələn torpaq tipi.
Müxtəlif dərəcədə şorakətli, şoranvarı, yüksək karbonatlı və gipslidir.
Orta Asiya səhralarında (Qaraqum, Qızılqum), qismən də Abşeronda
yayılmışdır. Tərkibində qida maddələri azdır, əsasən otlaq kimi istifadə
olunur.
BÖCƏKLƏR, sərtqanadlılar-həşəratlar sinfinin ən böyük dəstəsi.
Qidalanma xüsusiyyətlərinə görə B. bitki yeyənlər (fitofaqlar),
çürüntüyeyənlər (saprofaqlar) və yırtıcılara bölünür. Təqr. 140 fəsiləyə
mənsub 300 minə qədər növü var. Azərbaycanda 5 minə yaxın növü
məlumdur.
BÖYÜMƏ MADDƏLƏRİ – böyümə stimulyatorların orqanizmin
böyümə və inkişafına kiçik konsentrasiyada təsir göstərən üzvi
birləşmələr.
BÖYÜMƏ SƏDDİ – populyasiyanın yuxarı böyümə səddi. Mühitin
həcmi ilə təyin olunur.
BÖYÜMƏNİN İNQİBİTORU – orqanizmin böyüməsinə mane
olan maddə. Məs. antibiotiklər.
BRAKONYERLİK – qadağan olunmuş ov tutmaqla, yaxud meşə
qırmaqla məşğul olan, təbii sərvəti qanunsuz istifadə edilməsi, ovetmə,
balıqtutma qaydalırını və heyvanlar aləminin mühafizəsi haqqında digər
tələbləri pozmaqla vəhşi heyvanların ovlanması. Qanunvericilik B.-ə
görə məsuliyyət (inzibati, cinayət və mülki) nəzərdə tutulur.
BROBİONT – mamırlar arasında məskunlaşan orqanizm.
BRİOLOGİYA – Botanikanın mamırları tədqiq edən sahəsi.
BRİZ – (frans. brises) – dənizlərin, böyük göl və çayların
sahillərində əsas yerli külək. Quru və su səthinin müxtəlif dərəcədə
qızması nəticəsində əmələ gəlir.
BUFER ZOLAQLARI – meylli və dik yamaclarda səthi su
axınlarının birləşərək böyük axın əmələ gətirməsinin qarşısını almaq
məqsədilə yamacın eni istiqamətində ot bitkiləri və ya kollardan ibarət
zolaqlar. B.z. düzəldilərkən onların eni yamacın meylliyindən,
uzunluğundan və eroziya prosesinin intensivliyindən asılı olaraq təyin
edilir. Yamac çox dik olduqda B.z.-nın eni 2,5-10 m və daha çox,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
75
zolaqlar arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər
10-15 m-dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) B.z.
yaratmaq olar.
BUFER ZONASI (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq,
milli park və s.) ətrafında müəyyən sahədə (B.z) təsərrüfat fəaliyyəti
məhdudlaşdırılır. B.z. saxlamaqda məqsəd əsas qorunan ərazinin
mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini
saxlamaqdır.
BUFERLİK QABİLİYYƏTİ – mühitin öz parametrlərinin
dəyişməsinin qarşısını almaq xüsusiyyəti.
BUXARLANMA – maddənin maye və bərk haldan qaz halına
keçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi,
onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsində
rütubətin atmosferə keçməsi. Adətən buxarlanma dedikdə suyun buxara
çevrilməsi başa düşülür. Temperatur yüksəldikcə buxarlanma artır.
Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın
nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır.
Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtı
və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin
quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur.
BUXARLANMA DƏRƏCƏSİ – hər hansı bir regionda potensial
buxarlanmanın göstəricisi, su səthindən və ya izafi rütubətlənmiş
torpaqdan xüsusi buxarlandırıcı cihazla ölçülür.
BULAQ – yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır.
Temperaturu 20
°-yə qədər olan B. soyuq B-lar hesab olunur, 20-37°
olan subtermal B-lar, 37-42
° olan termal B.-lar, 42°-dən yuxarı olan isə
isti B-lar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi
elementlər və qazlar olan B-a mineral B.-lar deyilir. B-ın əhalinin və
sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük
əhəmiyyəti var. Bəzi çaylar B-lardan qidalanır.
BULUD – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun
toplantısı. B. diametri bir neçə mikron olan su damcılarından, buz
kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. B. başlıca
olaraq troposferdə toplanır. B.-u təşkil edən elementlər iriləşdikcə
ağırlaşır və yağıntı əmələ gəlir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
76
BULUDLUQ – Səmanın buludlarla ötürülmə dərəcəsi, 10 ballıq
şkala ilə müəyyən edilir. B.sıfır bal olduqda göy buludsuz, 10 bal
olduqda isə tam buludlu olur. B. hava və iqlimi xarakterizə edən mühüm
amillərdən biridir.
BURAĞAN – Burula-burula əsən şiddətli qarlı və yağışlı külək.
BUZLAQ – Dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri
altında yavaş-yavaş hərəkət edən buz kütləsi. B. bərk yağıntıdan
(qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən
və buxarlanan sudan xeyli çox olur, daha doğrusu B. iqlim qar
sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının
əlverişli olduğu yerdə əmələ gəlir. Adətən hər B. qar sərhədi ilə iki
hissəyə bölünür: bu sərhəddən yuxarıda B.-ın qidalanma sahəsi yerləşir,
burada qar yığılır və o, buza çevrilir. Qar sərhədindən aşağıda isə
ablyasiya sahəsi, yəni B-ın əridiyi və buxarlandığı sahə yerləşir.
BUZLAQ EROZİYASI – yüksək dağlıq zonası buz kütlələrinin
qravitasiya qüvvəsinin təsiri altında tədricən aşağı sürüşərək yolunda
rastlaşdığı dağ süxurlarını parçalaması, relyefdə olan kələ-kötürlükləri
qismən hamarlaması prosesi.
Buzlağın hərəkəti nəticəsində onun yatağı tədricən dərinləşir və troq
(«təknə» deməkdir) dərələrinin yaranmasına səbəb olur.
Respublikamızda B.e. Böyük və Kiçik Qafqaz dağlarında 3500-m-
dən yüksək olan ərazilərdə müşahidə olunur.
BUZLAQ GÖLÜ
– buzlağın fəaliyyəti ilə bağlı göllər (məs.
Skandinaviyadakı göllərin çoxu).
BUZLAQLARARASI EPOXALAR – Yerin geoloji tarixində
antropogendə buzlaq epoxaları arasında isti iqlimlə xarakterizə edilən
epoxalar. Antropogendə 4 buzlaq epoxası (GENS, MİNDEL, RİSS və
VURM) və üçüncü buzlaqlararası epoxa (GÜNS-Mindel, Mindel-Riss,
Riss-VURM) ayırd edilir. Güns-Mindel buzlaqlararası epoxası təqr. 75 min
il bundan əvvəl olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
77
C
CALAQ – hər hansı bitkinin budağının bir hissəsini (qələmini) və ya
tumurcuğunu (gözcüyünü) başqa bitkiyə calamaq. C.-dan şaxtaya,
xəstəlik və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəverməni
tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə də istifadə olunur.
Meyvəçilikdə və dekorativ bağçılıqda göz və qələm C.-ından istifadə
olunur.
Dostları ilə paylaş: |