BİOLOJİ AŞINMA – orqanizmlərin həyat fəaliyyəti nəticəsində
süxurların, eləcə də mineralların mexaniki parçalanması və kimyəvi
dəyişməsi prosesi. B.a. zamanı orqanizmlər süxurlardan mineral
maddələri ayıraraq üst qata toplayır və torpaq əmələ gəlməsinə şərait
yaradır. Bitki köklərinin buraxdığı karbon qazı və mikroorqanizmlərin
xarici mühitə ifraz etdiyi müxtəlif turşular suxur və mineralların
parçalanmasına səbəb olur. Torpaqda yaşayan heyvanların ifrazatı
süxurları mexaniki aşındırır.
BİOLOJİ BARYER (MANEƏ, SƏDD) – növ və ya qrupun
yayılmasına maneçilik göstərən istənilən təbii bioloji sədd. Məs., meşə
bozqırın yayılmasına maneçilik göstərir; tozlayıcı cücülərin olmaması
entofil bitkilərin yayılmasına mane olur və s.
BİOLOJİ ÇİRKLƏNMƏ – istismar edilən ekosistemlərə və ya
texnoloji qurğulara təsadüfi və insan fəaliyyəti nəticəsində həmin
qruplaşma və qurğu üçün yad olan, arzu olunmayan bitki və heyvanat
növünün müdaxiləsi.
BİOLOJİ DÖVRAN, KİÇİK MADDƏLƏR DÖVRANI – Yer
üzərində həyat başlanan vaxtdan orqanizmlərin həyat fəaliyyəti ilə
yerinə yetirilən kimyəvi elementlərin və maddələrin dövranı. B.-d.-da
əsas rolu ilkin produsentlər (yaşıl bitkilər və xemosintez edən
mikroorqanizmlər), konsumentlər (heyvanlar) və redusentlər (saprofit
orqanizmlər, ən çox bakteriyalar) oynayır.
BİOLOJİ DÖVRANIN SÜRƏTİ – vahid zamanda yaranan və
parçalanan canlı maddənin maksimum miqdarı.
BİOLOJİ DÖVRANIN TUTUMU – kimyəvi elementlərin canlı
orqanizmlərin tərkibində eyni vaxtda maksimum miqdarı.
BİOLOJİ FAKTORLAR – canlı orqanizmlərin mühitə bilavasitə
və vasitəli təsiri ilə əlaqəsi olan faktorlar qrupu.
BİOLOJİ İNDİQATORLAR – öz iştirakı və ya özünün olmaması
ilə ətraf mühitin xarici görünüşünü, kimyəvi tərkibini və davranışını
dəyişməklə reaksiya göstərən orqanizmlər.
BİOLOJİ KADASTR – müəyyən ərazinin (akvatoriyanın) fauna və
florasının sistemləşdirilmiş məlumat toplusu.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
53
BİOLOJİ MELİORASİYA (su obyektlərinin) – bioloji tədbirlərin
köməyi ilə su obyektlərinin vəziyyətini yaxşılaşdırmaq.
BİOLOJİ MƏHSULDARLIQ – ekoloji sistemə daxil olan bitki,
heyvan və mikroorqanizm biokütləsinin artımını ifadə edən bioloji
anlayış. B.m. ayrı-ayrılıqda bitki və heyvan növü və populyasiyalarının
miqdarı ilə müəyyən edilib vahid zamanda sahə, yaxud həcmə düşən
məhsulla ölçülür. Orqanizmlərin bütün populyasiyalarının vahid sahəyə
düşən məhsuldarlığı B.m.-ğı xarakterizə edir. B.m. kəmiyyətcə onun
nəticəsinə əsasən, quru halda üzvi maddənin illik bioloji
məhsuldarlığına görə qiymətləndirilir. (t/ha, il, q/m
2
-il). İki cür B.m.
ayırırlar: İlk və ikinci B.m. Avtotrof orqanizmlərin məhsulu ilk
məhsuldarlıq, özü isə produsentlər (məhsul yaradanlar) adlanır.
Heterotrof orqanizmlərin məhsulu ikinci məhsuldarlıq, özləri isə
konsumentlər (ehtiyacı olanlar) adlanır.
BİOLOJİ MƏSKUNLAŞMA – müəyyən sahədə məskunlaşan bir
və ya bir neçə növ bitki və heyvan orqanizmlərinin məcmusu.
BİOLOJİ MÜHİT – orqanizm qruplaşmaları ilə yaradılan və
dəyişdirilən mühit.
BİOLOJİ NƏZARƏT – insandan və ya digər bioloji obyektlərdən
çirkləndiricilərin konsentrasiyasını, qida mübadiləsini və
biotransformasiyasını analiz etmək məqsədilə sistematik şəkildə
nümunələrin götürülməsi. Analiz və onun nəticələri, adətən, nümunə
götürülən gündən başlayaraq bir həftə davam etdirilir.
BİOLOJİ NOHUR (SÜNİ GÖL) – kiçik yaşayış məntəqələrinin,
sənaye müəssisələrinin (əsasən yeyinti) və s.-nin çirkab sularını
təmizləmək məqsədilə yaradılan süni nohur.
BİOLOJİ OPTİMUM – bax: ekoloji optimum.
BİOLOJİ ÖZÜNÜTƏMİZLƏMƏ – biosenozun çirkləndirici
maddələrin zərərli təsirini neytrallaşdırma qabiliyyəti. Biosenozun bu
xassəsindən çirkab və içməli suların təmizlənməsində geniş istifadə
olunur.
BİOLOJİ PREPARATLAR, BİOPREPARATLAR –Kənd
təsərrüfatında istifadə olunan bioloji mənşəli vasitələr (dərmanlar).
Heyvanlarda parazitar və infeksiya xəstəliklərinin diaqnostikası,
profilaktikası və müalicəsi, heyvanların artımı və məhsuldarlığını
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
54
yüksəltmək, həmçinin bitkilər ziyanverici və xəstəliklərdən mühafizə
etmək məqsədilə işlədilir. B.p.-ra mikrobioloji maddələr (antibiotiklər,
hormonlar və s.) daxildir.
BİOLOJİ REKULTİVASİYA – torpaqların münbitliyinin bərpası
üzrə tədbirləri özündə birləşdirən və texniki rekultivasiyadan sonra
həyata keçirilən rekultivasiya mərhələsi. Bura fauna və floranın
fəaliyyətinin dirçəldilməsinə və torpaqların təsərrüfat baxımından
məhsuldarlığının bərpasına aid kompleks aqrotexniki və fitomeliorativ
tədbirlər daxil edilir. Rekultivasiyanın bütün istiqamətləri bioloji
mərhələdə başa çatdırılır.
BİOLOJİ RESURSLAR, BİORESURSLAR – sənaye obyekti olan
və sayıla bilən orqanizmlər. Tükənən, bərpa oluna bilən təbii resurs
kateqoriyasına aiddir. B.r. ın mühafizə olunmasının əsas prinsipi onların
səmərəli istifadəsi üçün təbii şəraitinin optimal saxlanması və süni
istehsalına şərait yaratmaqdır.
BİOLOJİ SƏDD – rəqabət, yırtıcılıq və digər bioloji faktorlarla
əlaqədar orqanizmlərin yayılması yolunda kənar edilə bilməyən
müqavimət.
BİOLOJİ SİSTEMLƏR – canlı sistemlərin quruluş prinsipinə görə
təkmilləşmə dərəcəsi: molekul, hüceyrə, toxuma, orqan, orqanizm,
populyasiya, növ, biosenoz, ekosistem, biosfer.
BİOLOJİ SPEKTR – hər hansı bir sahədə bitki biomorflarının
tərkibi (faizlə). Keçmiş Sovetlər İttifaqında dominant və
subdominantların B.s.-ri aşağıdakı kimidir:
Ağaclar Kollar
Otlar
Yarpağını
tökən
Həmişə
yaşıl
Yarpağını
tökən
Həmiş
ə yaşıl
Yarım
kollar
Çoxillik Birillik
11 3 14 2
7
57 6
BİOLOJİ TARAZLIQ – təbii komplekslərin (biogeosenozların)
dinamiki stabilliyini saxlamaq.
BİOLOJİ TƏKAMÜL – orqanizmin ən aşağı inkişaf pillələrdən
hazırkı yüksək təşkil olunmuş formalara kimi inkişafı; növ
populyasiyalarının növmüxtəlifliklərinin bərpa olunmaz dəyişikliyi və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
53
adaptasiyası; ardıcıl genetik çevrilmələrin (dəyişikliklərin) ifadəsi; canlı
təbiətin bərpa olunmayan və müəyyən qədər istiqamət almış inkişafı; bu
inkişaf populyasiyaların genetik tərkibinin dəyişməsi, adaptasiyanın
formalaşması, növlərin əmələ gəlməsi və ölməsı, biogeosenozların və
bütövlüklə biosferin yenidən dəyişməsi ilə müşayiət olunur (nəticələnir).
B.t. paleontoloji, fizioloji, biokimyəvi və genetik məlumatlarla təsdiq
edilir. B.t. nəzəriyyənin ilk elementlərinə Herakl, Demokritin
əsərlərində rast gəlinir. B.t.-ün ilk daha mükəmməl nəzəriyyəsini J.B.
Lamark (1809) hazırlamışdır. Sintetik nəzəriyyəyə əsasən B.t. mutasiya
və təbii seçmənin nəticəsidir. B.t. nəzəriyyəsi (darvinizm) ekologiya ilə
sıx bığlıdır. B.t. terminini biologiyada ilk dəfə olaraq Fransa təbiətşünası
Ş.Bone (1762) işlətmişdir.
BİOLOJİ TƏMİZLƏMƏ – su və torpaqdan kənar və ya zərərli
agentlərin canlı orqanizmlərin köməyilə təmizlənməsi, onlar bu
qarışıqların süzülməsinə və ya dığıdılmasına səbəb olaraq mühitin ilkin
xassələrini bərpa edir.
BİOLOJİ TƏNƏZZÜL – üzvi aləmin təkamülündə ikinci əsas
istiqamət. B.t. keçirən hər hansı bir növün və ya sistematika qrupun
(cins, fəsilə, dəstə və i.a.) fərdləri mühitə uyğunlaşa bilmədiyinə və
yaşamaq uğrunda mübarizədə məğlub olduğuna görə, yayıldıqları sahə
getdikcə məhdudlaşır, növün fərdləri və sistematik qrupun miqdarı
azalır, nəhayət yoxa çıxır.
BİOLOJİ TƏRƏQQİ – üzvi aləmin təkamülündə iki əsas
istiqamətdən birincisi. B.t. keçirən hər hansı bir növün və ya sistematika
qrupunun (cins, fəsilə, dəstə və s.) fərdləri getdikcə çoxalır, onların
yayılma sahəsi genişlənir; növ daxilində müxtəliflik artır.
BİOLOJİ TOPLANTI (YIĞINTI) ƏMSALI – orqanizmdə
toplanan maddələrin (radionuklid, pestisid, dərman, mikroelementlər və
s.) miqdarının ətraf mühitdəki miqdarına nisbəti.
BİOLOKASİYA – heyvanların ətraf mühitdə öz mövqeyi, və öz
vəziyyətinə nəzərən hər hansı bir obyektin mövqeyini (istiqamətini,
məsafəsini və s.) müəyyənləşdirməsi.
BİOLÜMİNESSENSİYA – canlı orqanizmlərin işıq verməsi.
BİOM – biosferin müəyyən iqlim və digər şəraitinə uyğunlaşan
müəyyən flora və fauna ilə səciyyələnən böyük bir ərazisi. Məs. tundra
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
54
B.-u, arid zona B.-u, çöl B.-u və s. Dağlıq ərazidə B.lar şaquli zonallığa
görə dəyişilir. (əvəz olunur).
BİOMETEOROLOGİYA – Yer atmosferində meteoroloji və
kimyəvi proses və hadisələrlə canlı orqanizmlər arasındakı qarşılıqlı
əlaqədən bəhs edən elm. B.-da hava və iqlimin bioloji təsirinə xüsusi
diqqət verilir.
BİOMETRİYA –biologiyanın bir bölməsi. Heyvan, bitki
populyasiyalarının, bakteriyaların, virusların və s. orqanizmlərin
əlamətlərini, keyfiyyət və kəmiyyət dəyişkənliklərini riyazi (variasiya)
statistika üsulları ilə təhlil edir.
BİOMORFLAR – növlərin sistematik vəziyyəti, onların böyümə
formaları və bioloji ritmləri ilə müəyyənləşdirilən həyatilik formaları.
Şibyələr, mamırlar, ayıdöşəyilər, qatır quyruğulular, plaunlar B-ın
xüsusi qrupuna aid edilir. Ali bitkilər arasında əsas biomorflara ağaclar,
kollar, kolcuqlar, yarımkollar, otlar və yarımotlar daxildir.
Heyvanat aləmi üçün B-ın təsnifatı az işlənib. Məs. quşlar, balıqlar,
otyeyənlər və s. B.
BİOMORFOGENEZ – filogenez və ya ontogenezdə həyat şəraiti
ilə əlaqədar orqanizmlərin bioloji və morfoloji xüsusiyyətlərinin inkişafı
prosesi.
BİONOMİYA – Ekologiyanın sinonimi. E.Hekkel tərəfindən
«Yestestvennaya istoriya mirotvoreniya”» (1868) əsərində irəli sürül-
müşdür.
BİOPOLİMERLƏR – canlı orqanizmlərin əsası olan yüksək
molekulyar təbii birləşmələr (zülallar, nuklein turşuları və s.)
BİOPOLYAR YAYILMA, BİOPOLYARLIQ
– canlı
orqanizmlərin coğrafi yayılması – hər iki yarım kürənin soyuq və
mülayim enliklərində hər hansı eyni növün (cinsin) məskunlaşması,
tropik qurşaqda isə onun olmaması (məs., dişsiz kitlər, qulaqlı tülenlər
və s.).
BİOPOLYARLIQ NƏZƏRİYYƏSİ – bu nəzəriyyəyə əsasən
arktika və antarktida vilayətlərinin biotaları oxşardırlar (ekvivalentdir-
lər), hər ikisi üçüncü dövr flora və faunasının derivatları sayılır. B.N.
L.S. Berq tərəfindən geniş hazırlanmışdır.
BİORİTMOLOGİYA, XRONOBİOLOGİYA – Biologiyanın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
55
orqanizmlərin ritm, bioloji proseslər, o cümlədən miqrasiya, böyümə,
qidalanma proseslərini öyrənən bölməsi.
BİOSENOLOGİYA – biosenozlar haqqında elm. Biosenozları,
onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını,
mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı əlaqəsini və növlər
arasındakı münasibəti öyrənir.
BİOSENOLOJİ MÜHİT – orqanizmlərin xarici mühitə birgə
təsirilə əsasən maddələr mübadiləsi vasitəsilə yaranan, biosenozun
daxili mühiti. B.m.-in əsasını xarici mühitin (hava, mineral, su)
xüsusiyyətləri təşkil edir. İki hissəyə bölmək olar: humusu, ölü kütləsi
və digər üzvi maddələri ilə birlikdə torpaq (polipedon) və günəş
radiasiyasının tərkibi, xüsusi aerozol (tozcuq, biolin, spor), qaz tərkibi
ilə birlikdə hava (klimatop) dəyişir.
Dəniz biosenozlarında B.m. öz xüsusiyyətlərilə ayrılır: suda həll olan
üzvi maddələrin və metobolizmin məhsullarının (zülallar, polisaxaridlər,
nuklein turşuları, fermentlər) olması biolin rolunu oynayır.
B.m. biosenozun ayrılmaz hissəsi olub onu senoekosistemə
(biogeosenoza) çevirir.
BİOSENOTİK (SENOTİK) AMİL – mənbəyi yalnız ayrıca
orqanizm, populyasiya, növ deyil, biosenoz orqanizmlərinin birgə
fəaliyyətilə bilavasitə və vasitəli mühitə təsiridir.
BİOSENOTİK REAKSİYA – ekosistemin suksessiyasının
sonuncudan əvvəlki mərhələsi.
BİOSENOTOP – 1) ekosistemin abiotik tərkibi: biosenozların
biotopu; ekotopun sinonimi 2) B.Q.İoqanzenə (1966) görə ekosistemin
sinonimidir.
BİOSENOZ – Quru və su hövzəsinin müəyyən, nisbətən eyni
(oxşar) sahəsini tutan (yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən
əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusu.
Bioloji dövranda iştirakına görə B.-da əsas üç orqanizmlər qrupu
ayırırlar: 1. avtotrof orqanizmlər (produsentlər)-qeyri-üzvi maddədən
üzvi maddə əmələ gətirir. 2. Heterotrof orqanizmlər (konsumentlər). 3.
redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər.
Yerüstü biosenozların biokütləsini əsasən ali bitkilər (produsentlər)
təşkil edir. Heyvanat aləminin (konsumentlər) biokütləsi yalnız 0,010-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
56
0,001%-dir. Mikroqanizmlər və göbələklərin (redusentlər) biokütləsi bir
qədər çox olur.
BİOSENOZ VƏ SENOEKOSİSTEMİN
İNKİŞAFINDA
PROQRESSİV VƏ REQRESSİV ƏLAMƏTLƏR – senoekosistemin
inkişafını və qismən onun demutasiyasını göstərən əlamətlər proqressiv,
onun əks mənası isə reqressiv əlamətlər sayılır. Proqressiv əlamətlər:
– Senoekosistemin ümumi quruluşunun və biohorizontlarının
mürəkkəbləşməsi;
– biokütlə və ölükütlənin, həmçinin onların ehtiyat enerjisinin
artması;
– fitosenozun məhsulunun biosenozun tənəffüsünə nisbətinin vahidə
yaxınlaşması;
– sinoekosistemlərdə məhsulun onun ehtiyatına nisbətinin azalması;
– xarici mühitin səthindən və ehtiyatlarından maksimum istifadə
olunması;
– Daxili sistem və maddələr mübadiləsinin rolunun artması;
– Senopopulyasiyaların, biosenozların və senoekosistemlərin
davamlılığının artması.
BİOSENOZ VƏ SENOEKOSİSTEMLƏRİN SƏRHƏDİ – ayrı-
ayrı biosenoz qrupları arasında xətt və ya keçid zolaq.
Kəsgin, mozaik (bir-birilə sərhədlənən qrupların fraqment
kompleksləri ilə), haşiyəli (bir və ya bir neçə keçid zolaqlarla və diffuz
(qarışmış) sərhədlər ayırırlar. Sərhədlərin dəyişməsi ekoton suksessiya
yolu ilə gedir. Bu zaman sərhədin dəyişməsi diffuz (keçid zolaq toxumla
məskən salır) və ya frontal (vegetativ yolla artan dominantın sürünərək
yayılması yolu ilə gedir). Bir çox biosenoz qrupların sərhədi insan
fəaliyyətinin təsirilə pozulmuşdur. (antropogen sərhədlər).
BİOSENOZDA BİTKİNİN SIXLIĞI – Bitkinin boşluğu örtmə
dərəcəsi. Yarus və biohorizontlarda çətirlərin və kök sisteminin həm
üfiqi sıxlığı, həm də şaquli sıxlığı təyin olunur. Faizlə ifadə olunur.
Meşəlikdə bu termin çətirlərin birləşmə dərəcəsi adlanır.
BİOSENOZLARIN AKUSTİKASI – havanın hərəkəti vaxtı
(küləkli havada) yarpaq və budaqların əsməsi və ya tez-tez bir-birinə
toxunması nəticəsində əmələ gələn səslərin dəyişməsi. Dominantlıq
edən növün morfologiyası ilə sıx əlaqədardır. Məs. küləyin sürəti 3 m/s
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
57
olduqda palıd ağacının orta səs tezliyi 250-400, titrəkyarpaq qovağınki
630-1200 qs təşkil edir. Tozağacı meşəliyində küləyin sürəti 2 m/s
olduqda maksimum səsin spektri 166-250 qs, küləyin sürəti 4 m/s
qalxdıqda bu rəqəm 1000-2500 qs təşkil edir. Bura həmçinin müxtəlif
heyvanların səsi, o cümlədən quşların oxuması daxil olur. B.a.
maqnitofon və akustik analizatorların köməyi ilə tədqiq edilir.
BİOSENOZLARIN DİNAMİKASI – bax: sindinamika.
BİOSENOZLARIN QURULMASI (YARADILMASI) – yüksək
məhsuldar biosenozların yaradılması. Onların dominantları və
subdominantları məhsuldarlığına, bəzən dekorativliyinə və gigiyena
nöqteyi nəzərincə daha effektli olmalıdır. Fitofaqlardan bura ən öncə
qiymətli məhsul verənlər (məs. maral, meşə, ev heyvanları) daxil edilir.
Bütün daxil edilən yeni növlər ekotopun şəraitinə və formalaşacaq
biosenotik mühitə qarşı yüksək tolerantlığa (adaptasiyaya) malik
olmalıdır.
BİOSENOZUN DOLULUĞU – Senotopun dominant növlərdən
istifadə etmə ölçüsü. Dolu ağaclıq, məsələn (meşə dominantının
müəyyən yaş sinfində) o ağaclığa deyilir ki, o vahid sahədə ən yüksək
oduncaq ehtiyata malik olsun. Bu rəqəm vahid (1) qəbul olunur. Ondan
aşağı doluluqlu meşələr onda bir vahidlərlə (0,9, 08, 07, 06, 05, 04, 03)
göstərilir. Meşənin doluluğu hər hansı bir sahədəki ağacların döş hün-
dürlüyündə (1,3 m) en kəsik sahələri və oduncaq ehtiyatı ilə təyin
olunur.
BİOSENOZUN HOMOTONLUĞU – biosenoz daxilində
qruplaşmaların oxşarlıq dərəcəsi. B.h. homotonluq indekslərinə görə
təyin edilir.
BİOSENOZUN
İSTİFADƏSİNİN
İSTEHSALAT
EFFEKTİVLİYİ – İstismar olunan biosenozun istismarından alınan
illik gəlir. Aşağıdakı düsturla hesablanır: Nr(%-lə) =
c
c
B
−
. 100, B -
əldə olunan məhsulun qiyməti, C - biosenozu (otlaq, biçənək, meşə)
saxlamaq və onun məhsuldarlığını yüksəltməyə sərf olunan xərci nəzərə
almaqla maya dəyəri.
BİOSENOZUN KONEKSİ – biosenozun strukturu və ya
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
58
proyeksiyası. Termini Q.Tişler (1955) irəli sürmüşdür.
BİOSENOZUN MƏHSULDARLIĞI – Vahid zamanda (gün, ay,
il) biosenozun hasil etdiyi biokütlə. Biosenozun bioloji məhsuldarlığının
(avtotrofların ilk məhsulunu, heterotrofların ikinci məhsulunu və
mikroorqanizmlərin biokütləsinin artımını), həcminin məhsulun dəyərli
hissəsinin təyin olunması xüsusilə mühümdür. Məsələn, 20-30 yaşlı şam
meşəsi bir ildə 37,8 t/ha quru maddə hasil edir. İkinci məhsul tamamilə
ilk məhsuldan asılıdır.
BİOSENOZUN MƏHSULU – biosenozun ishal etdiyi biokütlənin
miqdarı. Biosenozun aşağıdakı məhsul növlərini ayırırlar: ilk ümumi
məhsul (brutto-məhsul)-fotosintez və xemosintez yolu ilə produsentlərlə
senoz sisteminə daxil edilən üzvi maddələrin miqdarı, təmiz ilk məhsul
(netto məhsul)-tənəffüsə və fitotrofun istifadə etdiyi maddəni çıxdıqdan
sonra qalan ilk məhsul; ümumi ikinci məhsul-fitotrof və zootrofların
yeni konsumentlərin yaratdığı üzvi maddənin miqdarı; təmiz ikinci
məhsul-tənəffüsə və konsumentlərin sərf etdiyi maddələr çıxıldıqdan
sonra ikinci məhsul; məhsulun ehtiyatı. Təsərrüfat nöqteyi nəzərincə
aşağıdakı B.m. ayırırlar: qiymətli bitki maddə miqdarının ümumi
məhsulu: yararlı məhsul, yəni ümumi məhsulun səmərəli istifadə olunan
hissəsi (məs. istifadə əmsalı çıxılmağı nəzərə alaraq yem məhsulu) və
yararlı məhsulun ehtiyatı.
BİOSENOZUN NİZAMLANMASI (TƏNZİMLƏNMƏSİ) –
biosenoz qruplarına məqsədyönlü təsirin istiqamətləri:
1) Biosenozları məhsuldar vəziyyətdə saxlamaq (qulluq, səmərəli
istifadə); 2) məhsuldarlığını artırmaq və ya insanın məskən saldığı
mühiti yaxşılaşdırmaq: a) Sindinamik dəyişilməyə təsir etmək
(demutasiya prosesini sürətləndirmək), b) tərkibini dəyişmək (yeni növ
daxil etmək, məs. bitki səpini və ya əkini, qiymətli heyvanların
gətirilməsi, az məhsuldar, zərərli və ziyanlı bitkilərin və heyvanların
məhv edilməsi), biosenotik mühiti yaxşılaşdırmaq (gübrələmə, suvarma,
yandırma, meşədə xidməti qırma aparmaq).
BİOSENOZUN SƏRHƏDLƏRİ – bir növün və ya bir növ
qrupunun dominantlığı qurtaran, digər növlərin dominantlığı başlandığı
xətt və ya zolaq.
BİOSENOZUN TİPİ – bax: assosiasiya.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
59
BİOSFER (bio və yun. Spharia -kürə) (Vernadskiy), ekosfer (bir
sıra qərb tədqiqatçıları), biosfer (Dılis) – yer kürəsində canlı həyatın
yayıldığı sahə. B-ə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km),
litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km)
və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin
ümumi qalınlığı 40 km-ə çata bilər. B. digər geosferlərdən ən yüksək
kimyəvi çevrilmələr getməsilə fərqlənir. B. haqda təlimin banisi
V.İ.Vernadskinin fikrincə B.-in maddəsi müxtəlif, lakin geoloji
cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə,
radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil
və biatil maddə) ibarətdir. Müasir B. planetimizdə həyat yaranandan
sonra uzun müddətli təkamülün nəticəsidir.
Dostları ilə paylaş: |