KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
11
maddi və mənəvi sərvətlər haqqında elmi, fəlsəfi, tarixi, ədəbi-bədii fikirləri
öz səhifələrində qoruyub saxlayan, bütün mənəvi fikirlərin, ideyaların, əqi-
dələrin, inacların ölməzliyini təmin edən, dahilərin ruhunu yaşadan vasitə
kimi böyük əhəmiyyət kəsb edir. Dövürlər, zamanlar, nəsillər arasında əlaqə
yaradır. Xalq arasında belə bir fikir var, ruh ölmür. Bəli, insanlar ölür, ancaq
onların yaratmış olduğu kitablar yaşayır, deməli ruh kitablarda yaşayır. Kitab-
ın şifahi informasiyalardan fərqi odur ki, kitab məkan və zaman sərhədlərini
aşa bilir. Kitab vasitəsi ilə insan min il ondan əvvəl yaşamış adamdan
informasiya qəbul edə bilir. Keçmiş, dünyasını dəyişmiş müəlliflərlə ünsiy-
yətdə ola bilir. Keçmiş nəslin gələcək nəsillərə vəsiyyəti olan kitabları zamanı
birləşdirən əfsanəvi əsərlər adlandırmaq yerinə düşərdi.
Beləliklə, bəşəriyyətə xidmət edən kommunikasiya vasitələri icərisində
kitab, kitab vasitəsi ilə informasiyanı qəbul etmək xüsusi, əvəzsiz bir vasitə
kimi böyük əhəmiyyət kəsb edir. Məhz bəşəriyyət kitabın bu xüsusi əvəz-
edilməz rolunu, bu möcüzəli sənədsiz keçinməyin mümkünsüzlüyünü nəzərə
alaraq, onun gələcək nəsillərə qorunub saxlanması üçün kitabxanaları yaratdı.
Kitabları qoruyub saxlamaq, nəsillərdən-nəsillərə ötürmək, insanlara infor-
masiya daşıyıcısı kimi xidmət etmək üçün yaranan kitabxanalar məhz ən
zəruri kommunikasiya vasitəsi kimi formalaşmışdır.
Böyük sosial funkisiyaları yerinə yetirməyə borclu olan kitabxanalar
şəxsiyyətin kommunikasiyasının daşıyıcıları kimi də diqqət mərkəzinə çevril-
mişdi. Şəxsiyyət kommunikasiyası fərdiləşmiş xarakter daşıyır. Kitabxanaya
gələn fərd (oxucu) özünə lazım olan sənədi seçmək üçün kitabxana fondundan
istədiyi məlumatı əldə edir. Ayrı-ayrı fərdlər (oxucular) bu məlumatları əldə
etmək üçün kitabxanadaxili kommunikasiya formalarından və kanallarından
öz intellekt səviyyəsindən asılı olaraq ya bilavasitə ya da bilvasitə istifadə
edirlər. Bu mühüm mürəkkəb prosesdə kitabxanaların da yaxından iştirakı
oxucu və kitabxanaçı arasında ünsiyyətin - birliyin kommunikasiyanın yaran-
masını fəallaşdırır.
Zaman keçdikcə, cəmiyyətdə təhsil, mədəniyyət, elmi tərəqqiyə nail
olduqca, təhsilli, elmli insanların miqdarı əhəmiyyətli dərəcədə artmış, kitab-
xana oxucularının sayı çoxlamışdı. Oxucuların artması ilə kitabxanada gedən
proseslər kütləvi xarakter almağa başlayır. Ancaq bu prosesə dərindən diqqət
yetirdikdə məlum olur ki, kitabxanaya çoxlu insanların gəlməsinə baxmayaraq
onu kütləvi kommunikasiya orqanı hesab etmək olmaz. Çünki bu insanların
hamısı kütləvi informasiya vasitələrində olduğu kimi eyni məlumat almır və
həm də həmin insanlar eyni məlumat üçün kitabxanaya gəlmirlər. Əksinə hər
bir oxucu fərdi qaydada onun tələbatına və marağına cavab verən infor-
masiyanı axtarır. Üstəlik oxucu ehtiyac duyarsa eyni məlumata bir necə dəfə
müraciət edə bilər.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
12
Bəşər mədəniyyətinə xidmət edən kitabxanaların dinamik inkişaf tarixi
bir daha sübut etmişdir ki, onlar həmişə demokratikləşmə prinsiplərinə və
təcrübəsinə sadiq qalmış, demokratiya kitabxana işinin mahiyyətinə hop-
muşdur. Belə sədaqət kitabxananın yarandığı gündən yaranmış ənənələrin
yeniləşməsi ilə nəticələnmişdir. Kitabxana yarandığı ilk dövrlərdən elita, elmi
nüfuzu, yaxud elmi marağı olan intellektual səviyyəli şəxslər üçün nəzərdə tu-
tulmuşdur. Bunun nəticəsində də onun oxucu kontingenti nisbətən az olmuş-
dur.
Lakin demokratiyanın kitabxanalara yol tapması ilə kitabxanaların geniş
oxucu kütləsi dairəsi meydana gəlmişdir. Yeni oxucu kütləsinin marağı ol-
duqca müxtəlif və qeyri müəyyən olduğundan bu maraqları öyrənmək və
ödəmək xeyli çətinliklər ortaya çıxartdı. Kitabxanaların qarşısına çıxan bu
problemlər kitabxana işinin məzmununda və formasında yeni dəyişikliklərin,
yeni kommunikasiya formalarının və kanallarının yaranmasını və daha da tək-
milləşməsini tələb edirdi.
Cəmiyyətdə kitabxanaların sosial rolu artdıqca onların strukturunun və
əsas elementlərinin öyrənilməsinə ciddi təlabat əmələ gəlmişdir.
“Struktur” latın sözüdür, hərfi mənası “quruluş” deməkdir. Struktur
sistemin təşkilinin ünsürləri arasındakı qarşılıqlı əlaqələri və bu əlaqələrin
qanunauyğunluqlarını aşkara çıxarır. Məhz buna görədir ki, son zamanlar dün-
ya kitabxanaşünaslığında “Kitabxana” ayrı-ayrı hissələrdən təşkil olunmuş
sistem (bütöv, tam) kimi tədqiq edilir
7
.
Dünay kitabxanaşünasları genetik təhlil metoduna əsaslanaraq belə bir
nəticəyə gəlmişdilər ki, kitabxana quruluşca dörd elementdən ibarətdir. Bu
elementlərsiz hec bir kitabxananın mövcudluğu və faəliyyəti mümkün deyil-
dir. Bu elementlər aşağdakılardır:
1.
Sənəd (kitab və digər nəşrlər, o cümlədən elektron vasitələr).
2.
Oxucu (istifadəçi).
3.
Kitabxanaçı.
4.
Maddi-texniki baza.
Kitabxananın əsas elementlərinin müəyyən edilməsində görkəmli
Amerikan alimi D.X.Şiranın mühüm xidmətləri vardır. O, 1970-ci ildə nəşr
etdirdiyi “Kitabxana işinin sosioloji əsasları” adlı əsərində yazır: “Əgər bir
kitabxananın modelini üçbucaq formasında təsəvvür etsək üçbucağın bir tərəfi
kitab (sənəd), ümumiyyətlə, qrafik yazılar
*
, başqa tərəfi insan, oturaçağı isə
kitab (sənəd) qrafik yazı, və insan (kitabxanaçı) olaraq”
8
.
*
Müasir şəraitdə elektron vasitələrini də buraya əlavə etmək olar
7
Xələfov Abuzər. Kitabxanaşünaslığa giriş. Bakı: 2001, 266 s.
8
Шира Д.Ж.. Социологические основы библиотечного дела. М.: 1973, с.7
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
13
kitab
insan
kitab və insan
Bu üçbucaqdan görünür ki, kitabxana-kitab (sənəd, insan (oxucu)) və
kitabxanaçı elementlərinin birgə fəaliyyəti sayəsində yaranır və faəliyyət
göstərir. Dünya kitabxanaşünaslığının da kitabxanaların strukturu haqqında
tədqiqatları XX əsrin 80-90-cı illərində daha da intensivləşmiş və bir sıra yeni
elmi fikrilər irəli sürülmüşdür. Öz elmi əhəmiyyəti, orijinallığı ilə fərqlənən
yeni fikir görkəmli rus kitabxanaşünası Y.N.Stolyarovun 1981-ci ildə nəşr
etdirdiyi “Библиотека: структурно-функсиональный падход”
9
əsərində
belə bir qənaətə gəlmişdir ki, kitabxananın strukturuna daxil olan element-
lərdən biri də “Kitabxananın maddi-texniki bazasıdır”. Maddi-texniki baza
olmadan heç bir kitabxana öz işini müvəffəqiyyətlə apara bilməz. O göstərir
ki, fondun, oxucunun və kitabxanaçının dialektik birliyi həmişə müəyyən
maddi-texniki baza mühitində mövcud olur
10
. Bina, təchizat, mexanizm,
texniki vasitələr, kitabxana-informasiya texnologiyası, kompyuterlər və s.
bərabərhüquqlu elementlər kimi kitabxana elementləri sırasına artıq elə daxil
olmuşdur ki, bunu ayırmaq olmaz.
Sistem halında kitabxananın 4 elementli modeli aşağdakı kimidir.
S O
K MTB
Bu modeldən göründüyü kimi, kitabxana biri-biri ilə əlaqədar olan, biri-
birinə qarşılıqlı təsir edən, biri digəri üçün şərt olan, biri-birindən ayrılmaz
dörd elementdən ibarətdir ki, bu da kitabxananın bütövlüyünü təmin edir. Nə
sənəd (S), nə oxucu (O), nə kitabxanaçı (K), nə də maddi-texniki baza (MTB)
özü özlüyündə, nə də onların əlaqəsi biri digərindən ayırldıqda (götürüldükdə)
kitabxananın bütövlüyünü təmin etmir.
9
Столяров Ю.Н.. Библиотека: структурно-функциональный подход. М.:1981.
10
Yenə orada:
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
14
Yuxarda kitabxanaların struktur quruluşu haqqında verdiyimiz qısaca
məlumatdan aşkar oldu ki, göstərilən elementlərin özlərinin biri-biri ilə daxili
üzvü əlaqəsi olmadan kitabxananın struktur bütövlüyü, yəni kitabxananın özü
belə bir müəssisə kimi mövcud ola bilməz.
Beləliklə, kommunikasiya vasitəsi olan kitabxananın struktur quruluşu
və bilavasitə onun elementləri arasında canlı kommunikasiya sistemi fəaliyyət
göstərir. Kitabxananın strukturunda baş verən kommunikasiya prosesi: (sə-
nədlə-oxucu, oxucu ilə-kitabxanaçı, sənəd-oxucu və kitabxanaçı ilə maddi-
texniki baza ilə əlaqələr) kitabxananın bir sosial institutut kimi kitabxananın
elm, informasiya, təhsil, tərbiyə funkisiyalarının yerinə yetirilməsi vəzifələri
də kommunikasiya sistemindən, bütövlüklə, onun müxtlif növlərindən, ayrı-
ayrılıqda səmərəli istifadə edilməsindən asılıdır. Beləliklə, kommunikasiyasız
bütöv struktura malik kitabxana yoxdur.
Kitabxanaların faəliyyət sahəsi olan kitabxana işi bilavasitə kom-
munikasiya prosesləri ilə əlaqədar olduğundan kitabxananın bütün fəaliyyəti
xüsusi ilə oxuculara xidmət işi bu prosesin mühüm tərkib hissəsidir.
Kitabxana işi bir fəaliyyət sahəsi kimi elm, informasiya mədəniyyət, təhsil,
tərbiyə sahəsində, həmçinin kitabxana şəbəkələrinin təşkil və inkişafını, kitab-
xana fondlarının formalaşdırılmasını, kitabxana-informasiya xidmətinin
təşkili, kitabxanaların elmi-maddi təminatı sistemlərini tənzimləyən bir proses
kimi həmişə kommunikasiya və onun forma və kanalları ilə sıx əlaqədə
olmuşdur. Hələ çox qədim kitabxanalarda kitabxana işi bir fəaliyyət sahəsi
kimi formalaşarkən kommunikasiya bu prosesin təminatçısı kimi kitabxana
faəliyyəti sisteminin ayrı-ayrı komponenetlərinin əlaqəlandirilməsində, kor-
dinasiya edilməsində, təcrübə mübadiləsində yaxından iştirak etmişdir. Kitab-
xana kommunikasiya münasibətləri demək olar ki, kitabxana fəaliyyətinin
bütün sahələrində, xüsusi ilə oxucu ilə kitabxanaçı arasında, kitabxananın
məlumat axtarış sistemləri ilə oxucu arasında, İnternet şəbəkəsinə qoşulmuş
kitabxana, kitabxanaçı ilə oxucu arasında daha geniş baş verir.
Bu proseslərdə kitabxanaçı ilə oxucu arasında baş verən kommunikasiya
növləri icərisində ən çox istifadə edilən ünsiyyət, söhbət və məsləhət for-
malarıdır. Kitabxanaçı ilə oxucu arasında baş verən ünsiyyət kom-
munikasiyanın bilavasitə fərdlə üzbə-üz aparılan canlı təsiri növü kimi olduq-
ca böyük əhəmiyyət kəsb edir. Ünsiyyət vaxtı oxucu ilə kitabxanaçı arasında
baş verən kommunikasiya oxucu haqqında kitabxanaçının geniş məlumat
almasını, oxucunun maraq dairəsini, şəxsiyyətini, sənətini, öyrənməsini və
oxucu marağının gələcəkdə ödənilməsini müəyyənləşdirmək imkanı verir.
Məlumdur ki, “Maraq” kateqoriyası elmi kateqoriya kimi bir çox elmlərin
tədqiqat obyektidir. Kitabxanaşünaslıqda maraq subyektin-oxucunun sənətini,
intellektual səviyyəsini, həyat şəraitini, sorğusunu, kitaba münasibətini öy-
rənmək kimi başa düşülür. Məlumdur ki, kitabxana oxucu münasibətləri həmi-
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
15
şə kitabxanaların əsas problemi hesab edilmiş, informasiya cəmiyyəti şərai-
tində bu münasibətlər daha ciddi xarakter almışdır. Müasir şəraitdə kom-
munikasiya sistemləri və kanallarından hərtərəfli istifadə etmədən bu
problemi həll etmək olduqca çətindir. Kommunikasiya, həmçinin kitabxana-
İnternet-oxucu münasibətlərinin həllində, xüsusilə İnternetdən istifadə, ən
zəruri ədəbiyyatın, sənədin seçilməsi audiovizual və elektron vasitələrdən
istifadənin təşkilində mühüm əhəmiyyət kəsb edir.
Məqalədə şərh və təhlil edilmiş elmi araşdırmalara əsaslanaraq, yekun
demək olar ki, sosial institut kimi formalaşmış müasir kitabxana kom-
munikasiyasız keçinə bilməz.
Beləliklə, yeni informasiya texnologiyası əsasında yaradılan kom-
munikasiya sistemləri və kanallarından istifadə müasir kitabxananın əsas
vəzifəsidir.
ƏDƏBİYYAT
1.
Бобылева Н.В. Библиотекoведение: Cоциокультурный подход.
М.: 2002, 313 с
2.
Гениева Е.Ю. Библиотека как центр межкультурной
коммуникации М.: 2008, 207 с.
3.
Qolenkova Z.F, Akulic M.M, Kuznetsov V.N. Ümumi sosiologiya.
Bakı: 2007, 492 s.
4.
Məhərrəmli Q.M. Mediada işlənən alınma sözlər.- İzahlı lüğət. Bakı:
2008, 254 s.
5.
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. I-II hissə. Bakı: 2001, 398 s.
6.
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. III hissə. Bakı: 2003, 314 s.
7.
Шира Д.Ж. Ведение в библиотековедение. М.: 1983, 256 с
8.
Шира Д.Ж. Социологические основы библиотечного дела. М.:
1973, 53 c.
LIBRARY AND COMMUNICATION
A.A.KHALAFOV
SUMMARY
The author investigates the problem of library and communication
within the scope of modern informational society in the article. The role of
library as the key establishment in the collection, retention and transmission
of information and its participation as a means of communication in the
processes of information exchange and knowledge management are analyzed
in the article.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
16
БИБЛИОТЕКА И КОММУНИКАЦИЯ
А.А.ХАЛАФОВ
РЕЗЮМЕ
Автор статьи старался исследовать проблему библиотеки и
коммуникации в условиях современного информационного общества. В
статье так же анализированы роль библиотеки, которая является
основным учреждением в собрании, сохранении и передачи информации
и участие ее как коммуникационного обмена и управления знании.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
17
PROFESSOR ABUZƏR XƏLƏFOVUN ƏSƏRLƏRİNDƏ
KİTAB, KİTABXANA VƏ MÜTALİƏ MƏSƏLƏLƏRİ
(Əməkdar elm xadimi, professor Abuzər Xələfovun
80 illik yubileyi qarşısında)
Knyаz АSLАN
Bаkı Dövlət Univеrsitеti
Məqalədə Аzərbаycаndа milli kitаbхаnаşünаslıq еlminin bаnisi, аli
kitаbхаnаçılıq təhsilinin təşkilаtçısı, müstəqil Kitаbхаnаçılıq fаkültəsinin
yаrаdıcısı olan Əməkdar elm xadimi, professor Abuzər Xələfovun əsərlərinin
araşdırılması əsasında onun kitab, mütaliə, kitabxasna və s. haqqında
söylədiyi dəyərli fikir və mülahizələri təhlil olunmuşdur. Burada eləcə də
alimin Azərbaycan milli kitab və kitabxana mədəniyyətinə verdiyi töhfələr də
öz əksini tapmışdır.
Аzərbаycаn Rеspublikаsının Əməkdаr еlm хаdimi, Əməkdаr mədəniy-
yət işçisi, Birləşmiş Millətlər Təşkilаtı yаnındа Bеynəlхаlq İnfоrmаsiyа-
lаşdırmа Аkаdеmiyаsının аkаdеmiki, Prezident təqaüdçüsü, «Şöhrət» оrdеnli,
Аzərbаycаn Kitаbхаnаçılаr Cəmiyyətinin prеzidеnti, Bаkı Dövlət Univеrsitеti
Ağsaqqallar Şurasının sədri, BDU Nəşriyyat Şurasının sədri, BDU Kitаb-
хаnаşünаslıq kаfеdrаsının müdiri, tаriх еlmləri dоktоru, prоfеssоr Аbuzər
Хələfоvun adı rеspublikаmızdа və ölkəmizin sərhədlərindən uzаqlаrdа çох
yахşı tаnınır.
Аzərbаycаndа milli kitаbхаnаşünаslıq еlminin bаnisi, аli kitаbхаnаçılıq
təhsilinin təşkilаtçılаrındаn və müstəqil Kitаbхаnаçılıq fаkültəsinin yаrаdıcı-
lаrındаn biri, görkəmli еlm, təhsil və mədəniyyət хаdimi kimi böyük şöhrət
qazanmış Аbuzər müəllimin həyatı gənc nəsil üçün sözün həqiqi mənаsındа
ibrət məktəbidir.
Professor Аbuzər Хələfоvun Аzərbаycаn хаlqı qаrşısındа ən dəyərli tаri-
хi хidmətlərindən biri rеspublikа аli məktəblərinin bаyrаqdаrı оlаn Bаkı Döv-
lət Univеrsitеtində müstəqil Kitаbхаnаçılıq fаkültəsinin yаrаdılmаsı ilə bаğ-
lıdır.
Qеyd еdək ki, Kitаbхаnаçılıq fаkültəsinin yаrаdılmаsındа və inkişаfındа
аkаdеmiklər Аbdullа Qаrаyеvin, Şəfаət Mеhdiyеvin və bаşqаlаrının çох önə-
mli хidməti оlmuşdur. Оnlаr kitаb mədəniyyətinə və kitаbхаnа işinə yüksək
qiymət vеrir, kitаbхаnаçı kаdrlаrın hаzırlаnmаsınа rеspublikаmızın mədəni
tərəqqinin əsаs аmillərindən biri kimi bахır, kitаbхаnаşünаslıq və bibliоq-
rаfiyаnın inkişаf еtdirilməsinə, bu sаhədə еlmlər nаmizədləri və еlmlər dоk-
tоrlаrının yеtişdirilməsinə böyük qаyğı göstərirdilər.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
18
Bütövlükdə 25 il Kitаbхаnаçılıq fаkültəsinin dеkаnı vəzifəsində işləyən
А.Хələfоv özünün təşəbbüskаrlıq fəаliyyəti, təşkilаtçılıq bаcаrığı və idаrəçilik
mеtоdlаrı ilə təkcə univеrsitеtimizdə və respublikamızda dеyil, hаbеlə Sоvеt-
lər Birliyi miqyаsındа böyük nüfuz qаzаnmış, yüksək iхtisаslı milli kitаb-
хаnаşünаslıq-bibliоqrаf kаdrlаrın hаzırlаnmаsı istiqаmətində səmərəli iş аpаr-
mışdır.
Kitаbхаnаçılıq fаkültəsinin yеni tədris plаnının yаrаdılmаsındа, kаfеdrа
və lаbоrаtоriyаlаrın mаddi-tехniki bаzаlаrının yахşılаşdırımаsındа, dərslərin
kеyfiyyətinin yüksəldilməsində, kаdrlаrın düzgün sеçilib yеrləşdirilməsində
professor А.Хələfоvun хüsusi rоlu оlmuşdur.
1963-cü ildə isə Kitаbхаnаçılıq fаkültəsinin dеkаnı, tаriх еlmləri nаmi-
zədi, bаş müəllim А.Хələfоv еyni zаmаndа Kitаbхаnаşünаslıq və bibliоq-
rаfiyа kаfеdrаsının müdiri vəzifəsinə sеçilmişdir. Аrtıq bu dövrdən sоnrа о,
pаrаlеl оlаrаq dеkаnlığın və kаfеdrаnın işinə nəzаrət еtməli, оnlаrın fəаliy-
yətini əlаqələndirməli və istiqаmətləndirməli, bаşqа sözlə, idаrəеtmə funk-
siyаsı ilə еlmi tədqiqаtçılıq prоsеsini bir-biri ilə sıх şəkildə uzlаşdırmаlı
оlmuşdur ki, bu dа həm fаkültənin, həm də kаfеdrаnın müаsir еlmi əsаslаr
üzərində düzgün istiqаmətdə inkişаfınа ciddi kömək göstərmişdir.
Professor Аbuzər Хələfоvun başçılıq etdiyi Kitаbхаnаşünаslıq kаfеd-
rаsının əməkdаşlаrı bu dövrdən bаşlаyаrаq əsаsən kitаbхаnа işinin tаriхi,
kitаbхаnаşünаslığın nəzəriyyəsi, təşkili və mеtоdik məsələləri, охuculаrа
kitаbхаnа-infоrmаsiyа хidmətinin mühüm prоblеmləri istiqаmətində еlmi
tədqiqаtlаr аpаrır, еyni zаmаndа kitаbхаnа prоsеslərinin mехаnikləşdirilməsi
və аvtоmаtlаşdırılmаsı sаhəsində uğurlu nəticələr qаzаnmаğа çаlışırdılаr.
Kitаbхаnаşünаslıq kаfеdrаsı rеspublikаmızdа cəmiyyətin infоrmаsiyа
təminаtı sistеmində mühüm yеr tutаn sоsiаl institutlаr içərisində kitаb-
хаnаlаrın yеrini müəyyən еtmək, kitаbхаnа işinin inkişаf mеyl və qаnunа-
uyğunluqlаrını tədqiq еtmək və ümumiləşdirmək, infоrmаsiyа-ахtаrış sistеm-
lərinin vəziyyətini və оnlаrın оptimаllаşdırılmаsı yоllаrını, ölkəmizdə kitаb-
хаnа quruculuğunun аktuаl prоblеmlərini öyrənmək bахımındаn bir çох
nаiliyyətlər qаzаnmışdır.
Kаfеdrаnın əməkdаşlаrının аpаrdıqlаrı еlmi tədqiqаt işlərinin mühüm
nəticələri Bаkı Dövlət Univеrsitеtinin еlmi əsərlərində, fаkültədə nəşr оlunаn
“Kitаbхаnаşünаslıq və bibliоqrаfiyа” еlmi-nəzəri və təcrübi-mеtоdik jur-
nаlındа, rеspublikаmızdа çıхаn müхtəlif еlmi-kütləvi nəşrlərdə və digər mət-
buаt оrqаnlаrındа dərc оlunur. Bununlа yаnаşı, kitаbхаnаşünаs mütəхəssislər
öz еlmi-tədqiqаt işlərinin yеkunlаrı ilə bаğlı еlmi-nəzəri və təcrübi kоnfrаns-
lаrdа məruzələr охuyur, çıхışlаr еdir və оnlаrı gеniş kitаbхаnа ictimаiyyətinin
müzаkirəsinə vеrirlər. Bu isə Аzərbаycаnın müstəqilliyi şərаitində gələcək
müvəffəqiyyətlər üçün əsаslı zəmin yаrаdır.
|