∑ (y- y)
2
σ
t
2
═ ────── ;
n
Orta kvadratik uzaqlaşma aşağıdakı düsturla müəyyən edilir:
∑ (y- y
t
)
2
σ
t
═ ────── ;
n
Nəzəri səviyyələr şıranın həqiqi saviyyələrinə yaxınlaşdıqca variasiya əmsalının kəmiyyəti müvafiq
olaraq azalır. Sıranın həqiqi səviyyələrinin nəzəri səviyyələrdən uzaqlaşmalarının tə-sadüfiliyi haqqında
hipolezi yoxlamaq üçün çox uzun dövr üçün dinamika sırası götürmək lazımdır. Riyazi statistikada sü-
but edilmişdir ki, çox götürülmüş müşahidə məlumatı əsasında təsadüfi kəmiyyətlərin bölgüsü normal
bölgüyə yaxın olur. Təsadüfi kəmiyyətiər normal bölgü qanununa tabedirlər. Sıra-nın səviyyələrinin
tərəddüd göstəriciləri təsadüfi tərəddüdlərin kəmiyyətini qiymətləndirməyə və hamarlaşdırmanın hansı
tən-lik əsasında aparılmasını müəyyənləşdirməyə imkan verir.
Mövsümi tərəddüdlərin öyrənilməsi. Mövsümlərin dəyişməsi ilə əlaqədar il ərzində hadisələrdə az çox
sabit tərəddüdlər mövsümilik adlanır. İl daxilində məlumatlara nəzər yetirdikdə sosial-iqtisadi hadisələrin
səviyyələrinin müəyyən dövrdə art-masına, müəyyən dövrdə isə azalmasına təsadüf edilir. Belə tə-
rəddüdlərə insan fəaliyyətinin bütün sahələrində təsadüf olu-nur. Belə tərəddüdlər mövsümiliklə
əlaqədardır. Xalq təsərrüfa-tının bütün sahələrində, xüsusilə kənd təsərrüfatında və kənd təsərrüfatı
məhsullarının emalı ilə məşğul olan yüngül və ye-yinti sənaye sahələrində mövsümilik daha çox
müşahidə olu-nur. Əmtəələrə olan tələbatın ödənilməsində də mövsümi tərəd-düdlər baş verir. Mövsümi
tərəddüdlər müəssisələrin istehsal fəaliyyətinin nəticələrinə mənfi təsir edən amildir. Belə ki, mövsümi
tərəddüdlər əsas istehsal fondlarından və işçi qüvvə-lərindən optimal səviyyədə istifadə olunmasına
vermir. Bu da öz növbəsində işçi axınının artmasına, əmək məhsuldarlığının aşağı düşməsinə, məhsulun
maya dəyərinin yüksəlməsinə mən-fəətin azalmasına səbəb olur. Deməli, mövsümi tərəddüdlərin təsirinin
yumşaldılması və yaxud aradan qaldırılması istehsalın səmərəlliyinin yüksəldilməsinə təsir edən bir amil
kimi qiy-mətləndirilməlidir. Ona görə də dinamikanın xüsusi tipi olan mövsümi tərəddüdlərin ölçülməsi
və öyrənilməsinin mühüm əhəmiyyəti vardır. Mövsümi tərəddüdlərin ölçülməsi metodu aylıq və yaxud
həqiqi səviyyələrin orta kəmyyətlə, hamarlaşdı-rılmış səviyyələrə müqayisəsinə əsaslanır. Mövsümi
tərəddüd-lər xüsusi göstərici olan mövsümilik indekslərilə xarakterizə olunur. Mövsümilik indeksləri
69
eyni adlı ayların həqiqi səviyyə-lərinin orta səviyyəyə və yaxud hamarlaşdırılmış səviyyələrə nisbətən
faizlə ifadəsinə deyilir.
Mövsümi tərəddüdləri aşkar etmək üçün adətən aylar və rüb-lər üzrə bir neçə ilin məlumatı götürülür.
Ancaq bir neçə ilin məlumatı əsasında mövsümi tərəddüdlərin sabitliyi müəyyən edilə bilər. Bir neçə ilin
məlumatı əsasında hesablanmış möv-sümilik indeksləri ayrı-ayrı illərin təsadüfi şəraitini özündə əks
etdirmir. Mövsümilik indeksləri müxtəlif üsullarla hesablana bilər. Sosial-iqtisadi hadisələrin əsas inkişaf
qanunauyğunluğu orta kəmiyyətlə ifadə olunduğu halda (onların artma və azalma meylində əhəmiyyətli
sıçrayışlar olmadıqda), mövsümilik in-deksləri həqiqi səviyyələrin orta səviyyəsi ilə müqayisəsi əsa-sında
müəyyən edilir.
Movsümilik indeksləri bir neçə ilin məlumatı əsasında he-sablandıqda, vəziyyəti düzgün xarakterizə
etmək imkanı əldə edilir. Mövsümilik indekslərini bir neçə ilin məlumatı əsasında hesablamaq üçün hər
şeydən əvvəl, aylar üzrə verilmiş müvafiq illərin məlumatını cəmləmək lazımdır.
Dinamika sıralarının interpolyasiyası və ekstropolyasiyası haqqında anlayış. Sosial-iqtisadi hadisələ-
rin dinamikasının tədqiqində müəyyən dövr daxilində naməlum səviyyənin tapılması dinamika sirasının
interpolyasiyası adlanır. Dinamika sırasının səviyyələri sabit dəyişərsə sıranın interpolyasiyasını orta
mütləq artım və orta illik artım sürəti əsasında aparmaq olar. Bu göstəricilər eyni keyfiyyətli dövr üçün
hadisənin inkişaf qanunauyğunluğunu düzgün xarakterizə etmək imkanına malikdirlər.
Naməlum səviyyənin orta illik artım sürəti əsasında hesab-lanması həqiqi səviyyəni daha düzgün
xarakterizə etmək imka-nına malikdir. Sosial-iqtisadi hadisələrin dinamikasının tədqiqi və keçmiş sırada
onların əsas xüsusiyyətlərinin aşkar edilməsi sıranın proqnozlaşdırılması üçün əsas verir.
Proqnozlaşdırma sıranın məlum olmayan gələcək səviyyələrinin müəyyənləşdi-rilməsi əsasında aparılır.
Məlum olmayan keçmiş və gələcək səviyyələrin müəyyən edilməsi dinamika sıralarının ekstropol-
yasiyası adlanır. Dinamika sıralarının interpolyasiyası və eks-tropolyasiyası keyfiyyətcə eyni dairələr
əsasında aparılarsa, düzgün nəticə verə bilər. Uzun müddətə və müxtəlif inkişaf qa-nunauyğunluqlarına
malik olan dövrlər üçün dinamika sırala-rının ekstropolyasiyası həqiqi vəziyyəti düzgün xarakterizə edə
bilməz, çünki hadisələrin dəyişməsinə bütün amillərin təsirini uzun müddət üçün əvvəlcədən nəzərə
almaq qeyri-mümkündür. Ona görə də proqnozlaşdırma üçün istifadə edilən dinamika sı-ralarının
ekstropolyasiyasını qısa müddətə aparmaq məqsədə-uyğundur. Dinamika sıralarının interpolyasiyası və
ekstropol-yasiyası sıranın analitik metodla işlənilməsi əsasında aparıldıq-da daha düzgün nəticə verir.
Keçmiş dövrlərin inkişaf meyli əsasında gələcəyin proqno-zunu vermək mümkündür. Dinamika
sıralarının ekstropolya-siyası orta illik mütləq artım və orta ıllik artım sürəti əsasında da aparıla bilər.
İnkişafın zamanda müqayisəli təhlili. Ölkənin, ayri-ayrı ra-yonların sosial-iqtisadi göstəricilərinin
zaman etibarilə müqa-yisəsi dinamika sırasının müqayisəli təhlili adlanır. Müxtəlif öl-kələrdə və
rayonlarda istehsal olunmuş eyni növ məhsulların paralel müqayisəsi əsasında fərqli rayon və ölkədə
istehsalın inkişafının hansı səviyyədə olduğunu xarakterizə etmək müm-kündür.
Dinamika sıralarının təhlilində məlumatların müqayisəli olması mühüm əhəmiyyətə malikdir. Ona
görə də məlumatların nisbi kəmiyyətlər əsasında müqayisəli təhlilinin verilməsi məq-sədəuyğundur. Bu
üsula dinamika sıralarının eyni əsasa gətiril-məsi deyilir. Bu məqsədlə eyni növ hadisələr üzrə müxtəlif
ol-kələrin, rayonların mə-lumatları əsasında əsas qaydada artım sürəti hesablanır, yəni hər bir sonrakı
dövrün səviyyəsi 100-ə vurulur, müqayisə üçün əsas götürülmüş dövrün səviyyəsinə bölünür. Müxtəlif
ölkələrin iqtisadi inkişaf məlumatlarının pa-ralel müqayisəsini verərkən istehsalın ümumi həcmi ilə bəra-
bər, əhalinin hər nəfərinə düşən istehsalın həcmini müqayisə etmək daha məqsədəuyğundur. Ölkələr üzrə
orta illik artım sü-rətini və orta illik nisbi artım göstəricilərinin paralel müqayi-səsi vəziyyəti daha aydın
xarakterizə etməyə imkan verir.
Sosial-iqtisadi hadisələrin zamanda müqayisəli təhlilinin ve-rilməsində bir ölkə daxilində dinamika
sıralarının eyni əsasa gətirilməsinin də mühüm əhəmiyyəti vardır. Müvafiq göstəri-cilər üzrə müqayisə
üçün əsas götürülmüş dövrə görə artım sürətini hesablasaq dinamika sıralarını eyni əsasa gətirmiş olarıq.
III.Sosial-iqtisadi hadisələrin dinamikada əlaqəli təhlili proqnozlaşdırma işində mühüm əhəmiyyətə
malikdir. İki və daha çox dinamika sırasının paralel müqayisəsi bu sıraların səviyyələrinin dəyişdirilmə-
sindəki uyğunluğu xarakterizə etməyə imkan verir. Dinamika sıralarının dəyişilməsində bu uyğunluq ha-
disələrin yanaşı inkişafının nəticəsi kimi ola bilər, yaxud həmin sıralar arasında qarşılıqlı əlaqələrın
mövcud olması əsasında baş verə bilər. Dinamika sıralarında əks olunan hadisələr ara-sında əlaqələrin
tədqiqi nəzəri təhlil əsasında mümkündür. Korrelyasiya metodunun dinamika sıralarının təhlilinə tətbi-
70
qinin bir sıra xüsusiyyətləri vardır. Həmin xüsusiyyətlər nəzərə alınmadıqda di-namika sıraları arasında
əlaqəni düzgün qiymətləndirmək müm-kün deyil. Əlamətlərin qarşılıqlı əlaqələrinin öyrənilməsindən
məlumdur ki, hər bir əlamət bir çox səbəblərin təsiri nəticəsində dəyişir. Dinamika sıralarında bu
səbəblərə hər bir sırada vaxtın dəyişilməsi əlavə olunur. Dinamika
sıralarında sıranın səviyyə-lərinin
dəyişilməsinə digər amillərdən başqa vaxt amili də təsır gostərir. Vaxtın dəyişməsilə səviyyələrin
dəyişilməsi avtokor-relyasiyaya gətirib çıxarır. Ona görə də dinamika sıralarının sə-viyyələri arasındakı
korrelyasiya hadisələr arasındakı əlaqə sıx-lığını, onların hər birində
avtokorrelyasiya olmadıqda düzgün
göstərmək imkanına malik olur.
Dinamika sıralarının əlaqəli təhlilini Azərbaycan Respubli-kasında 2004-2008-ci illərdə bütün
təsərrüfat kateqoriyalarında bitkiçilik və heyvandarlığın ümumi məhsulu timsalında izah edək. Kənd
təsərrüfatının ümumi məhsulu bitkiçilik və heyvan-darlıq sahələrində yaranır. Heyvandarlığın inkişafı
bəlli səviy-yədə bitkiçiliyin inkisafından asılıdır. 2004-2008-ci illər ərzində Azərbaycan Respublikasının
bir rayonunun bitkiçilik və hey-vandarlıq məhsullarının istehsalı müqayisəli qıymətlərlə aşağı-dakı kimi
olmuşdur (cəd. 6.14).
Qarşılıqlı əlaqədə olan dinamika sıralarında avto-korrelyasiya mövcuddur. Dinamika sıraları arasında
qarşılıqlı əlaqəni öyrənmək üçün korrelyasiya təhlilinin tətbiqi dəyişən orta kəmiyyətlər arasında nisbətin
vaxtla sabitliyini nəzərdə tu-tur. Belə bir sabitliyi saxlamaq məqsədilə dinamika sıralarının səviyyələrini
analitik hamarlandırma metodunun köməyi ilə iki komponentə ayırmaq olar. Hər bir sıranın səviyyəsi
dəyişən or-ta kəmiyyətlə (y
t
) təsadüfi kəmiyyətin (E) cəminə bərabərdir. Bu o deməkdir ki,
y = y
t
+ E.
Təsadüfi kəmiyyəti ( E) avtokorrelyasiyaya məruz qalmadığı halda, sıranın ümumi meyli güclü
korrelyasiya olunur. Buradan aydındır ki, avtokorrelyasiya ilə tərtıb olunmuş təhrif olunma-yan dinamika
sıraları arasındakı əlaqəni düzgün xarakterizə et-mək üçün hər bir sıranın səviyyəsindən ümumi meyli əks
etdi-rən trendi kənarlaşdırmaq lazımdır. Heyvandarlıq və bitkiçilik üzrə xətti trendlər üçün istifadə
olunan düsturlar aşağıdakılar-dır:
X
t
= a
o
+ a
1
t.
y
t
= a
o
+ a
1
t.
Trendin qiymətləri müvafiq cədvəllərinin uyğun sütunlarına qeyd olunmalıdır. Hər iki sıra üzrə
trendlərin həqiqi səviyyə-lərindən uzaqlaşmalar aşağıdakı kimi müəyyən edilməlidir:
birinci sıra üzrə: β = X - X
t
ikinci şıra üçün: X = y - y
t
Müvafiq hesablamaları aparıldıqdan sonra korrelyasiya əmsalı aşağıdakı düsturla hesablanmalıdır:
∑ α · β
r ═ ──────────
∑α
2
· ∑β
2
Alınan nəticə qalıq kəmiyyətləri arasında sıx və tərs əlaqə ol-duğunu göstərəcəkdir. Bu o deməkdir ki,
vaxta görə bitkiçilik məhsulunun artımı heyvandarlıq məhsulunun artımı arasında düz olmayan nisbət
vardır.
Dinamika sıralarının korrelyasiyasının birinci xüsusiyyəti avtokorrelyasiyanın mövcud olmasıdır. Ona
görə də korrelyasiya əmsalının dinamika sıralarının səviyyələri əsasında deyil, onların ümumi meyldən
uzaqlaşmaları əsasında hesablamaq məqsədəuyğundur. Hər iki sıra üçün silsiləvi mütləq artım əsasında
∆
x
= X
i
– X
i+1
,
∆
y
= y
i
– y
i+1
korrelyasiya əmsalını hesablamaqla eyni nəticəni almaq mümkündür. Dina-
mika sırasının səviyyələrinin silsiləvi mütləq artımlarla əvəz etdikdə, hər bir dinamika sırasında avtokor-
relyasiyanın təsiri mexaniki olaraq aradan qaldırilir. Dinamika sıralarında vaxta görə dəyişilmə xəttı ol-
duqda birinci fərq qaydasında avtokorrelyasiyanın təsirini aradan qaldırmaq olar. Vaxta görə dinamika
sırasının səviyyəsinin dəyişməsi parabolanın ikinci qaydası üzrə baş verdikdə, avtokorrelyasiyanın təsiri-
ni ikinci fərq (birinci fərqlərin arasındakı fərq) korrelyasiyanın köməyilə aradan qaldırmaq mümkundur.
Birinci fərq korrelyasiya əmsalı aşağıdakı düsturla hesablanır:
∑∆
x
· ∆
y
r ═ ────────── ;
∑∆
2
x
· ∑∆
2
y
71
Dinamika sıralarının səviyyələrində avtokorrelyasiya olduğu kimi, avtoreqressiya da baş verir. Avto-
reqressiya dinamika sırası səviyyəsi kəmiyyətlərini özündən əvvəlki səviyyələrdən t-1, t-2, ...., t-p vaxt
anında asılılığını ifadə edir. Belə asılılıq aşağıdakı hesablama ilə müəyyən edilir:
y
t
= a
o
+ a
1
y
t-1
+ a
2
y
t-2
+ .....
+ a
p
y
t-p
Burada t - vaxt, p - dəyişən kəmiyyətlərin sayıdır.
Dəyişən kəmiyyət kimi əvvəlki dövrlərin səviyyələri y
t-1
, y
t-2
,....., y
t-p
götürülür. Hesablamalar üçün
avtoreqressiya modeli əlverişlidir. Lakin burada aradakı dövrləri nəzərə almadan gələcək dinamika sıra-
sının səviyyələrini hesablamaq olmaz. Avtoreqressiya modeli üzrə gələcək səviyyələrin hesablan-masını
ancaq ildən ilə tədricən keçmək yolu ilə aparmaq olar. Bu zaman avtoreqressiya modelinin parametrləri
yenilərinin alınması ilə əlaqədar fasiləsiz olaraq dəyişir. Avtoreqressiyanın təhrifedici təsirini aradan qal-
dırmaq üçün reqressiya tənliyinə vaxt göstəricisini daxil etmək lazımdır. Onun nəticəsində əlaqənin həqi-
qi vəziyyətini aşkar etmək mümkün olur.
IV.Sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqələri öyrənmək statistika elminin mühüm vəzifələ-
rindən biridir. Sosial-iqtisadi hadisələr arasındakı əlaqə və asılılıqları öyrənmək mühüm əhəmiyyətə ma-
likdir. Sosial-iqtisadi hadisələri qarşılıqlı əlaqədə tədqiq etmədən onu tam öyrənmək, dərk etmək müm-
kün deyildir. Hadisələrin dəyişilməsi və inkişafı əlaqə və asılılıq şəraitində baş verir. Ona görə də müasir
dövrdə sosial-iqtisadi hadisə və proseslərə elmi rəhbərliyin həyata keçirilməsi əlaqə və asılılıqları hərtə-
rəfli öyrənməyi tələb edir. Statistika qarşılıqlı əlaqələri öyrənərkən ictimai həyatdakı hadisələrin ümumi
və qarşılıqlı əlaqələri haqqında sosial fəlsəfənin müddəalarını rəhbər tutur. Bu əlaqə və asılılıqların öyrə-
nilməsində statistika mühüm rol oynayır.
Sosial fəlsəfə sosial-iqtisadi hadisələrin dərk edilməsini, öyrənilməsini onların qarşılıqlı əlaqədə və
inkişafda nəzərdən keçi-rilməsində görür. İctimai həyatda baş verən bütün hadisə və proseslər bu prinsipə
uyğun olaraq bir-birilə sıx əlaqadə və asılılıqdadır ki, onların belə qayda ilə öyrənilməsi müsbət nəticə-
lərə gətirib çıxarır. Tədqiqatçı əmək məhsuldarlığının dinamikasını məhsulun maya dəyərinin dinamikası
ilə, əmək haqqının dinamikasını əmək məhsuldarlığının dinamikası ilə, məhsulun maya dəyərinin dinami-
kasını məhsul istehsalına çəkilən xərclərin dinamikası ilə, məhsul istehsalının dinamikası onun bölgüsü
və islehlakının dinamikası ilə və s. qarşılıqlı əlaqədə öyrənməlidir.
Sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqələr və asılılıqlar mövcuddur. Ölkənin iqtisadi fəaliyyət
sahələri arasında, eyni zamanda ayrı-ayrı sahələr daxilində mövcud olan hadisələr arasında çox sıx əlaqə
vardır. Həmin hadisələrin göstəriciləri arasında da belə qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Sosial-
iqtisadi hadisələrin dəyişilməsinə səbəb olan əlamət- amil (faktor) əlaməti, amil əlamətlərinin təsiri əsa-
sında dəyişən əlamət isə nəticə əlaməti sayılır.
Əsas istehsal fondlarının dəyəri və məhsul istehsalının həcmi arasında əlaqə tədqiq edilərkən əsas is-
tehsal fondlarının dəyəri amil əlaməti, məhsul istehsalının həcmi isə nəticə əlaməti kimi götürülür. Statis-
tika tədqiqatının mühüm vəzifələrindən biri hadisələr va onların göstəriciləri arasındakı qarşılıqlı əlaqə və
asılılıqları müəyyən etmək və onların sıxlıq dərəcələrini ölçməkdən ibarətdir.
Xarakterinə, istiqamətinə, analitik ifadəyə və s. görə əlaqələ-rin müxtəlif forma və növləri mövcuddur.
Hadisələr va onların göstəriciləri arasındakı əlaqə və asılılıqların xarakterinə görə əlaqələr funksional və
korrelyasiya əlaqəsinə ayrılır. Məsələn, dairənin sahəsi radiusun kvadratı ilə düz mütənasibdir (S=πr
2
).
Burada radius amil əlaməti, dairənin sahəsi isə nəticə əlamətidir. Funksional alaqə dəqiq riyazi düsturla
ifadə olunur:
Y= f(x)
Sosial-iqtisadi hadisələrin əlamətləri arasında, funksional əlaqədə olduğu kimi, ciddi uyğunluq olmur.
Burada amil əla-mətinin eyni qiymətinə nəticə əlamətinin müxtəlif qiymətləri uyğun gələ bilər (məsələn:
eyni iş stajına və yaxud eyni ixtisas səviyyəsinə malik olan fəhlələrin müxtəlif əmək məhsuldar-lığı).
Korrelyasiya əlaqə formasında bir çox amil əlamətinin də-yişməsinin təsiri nəticəsində nəticə
əlamətinin orta qiyməti də-yişir. Lakin əlamətlərin dəyişməsi arasında möhkəm nisbət ol-mur. Məsələn,
torpağa verilən gübrənin miqdarı ilə bitkinin məhsuldarlığı arasında korrelyasiya əlaqəsi vardır. Eyni
miq-darda gübrə verilmiş müxtəlif sahələrdən müxtəlif miqdarda məhsuldarlıq götürülə bilər.
Deyilənlərdən belə nəticəyə gəl-mək olar ki, nəticə əlaməti olan buğdanın məhsuldarlığına (y) amil
əlaməti olan torpağa verilən gübrənin miqdarından (x) başqa, nəzərə alınmayan digər amillər də (səpin
müddəti, tor-pağın becərilməsi, yağıntının miqdarı, yığım müddəti və s.) tə-sir göstərir. Ona görə də
korrelyasiya əlaqəsi az götürülmüş iki-üç əlamətin qiyməti əsasında deyil, çox götürülmüş müşahidə
məlumatı əsasında özünü aydın büruzə verir.
72
Onu da qeyd etmək lazımdır ki, korrelyasiya əlaqəsi tam ol-mayan əlaqədir. Ona görə də təhlil zamanı
məlumat çox gö-türülsə, həmin amillərin bir çoxu nəzərdən keçirildiyinə görə əlaqə tam olmayacaqdır.
Bu korrelyasiya əlaqəsinin ikinci mü-hüm xüsusiyyətidir. Əlaqələr istiqamətlərinə görə düz və tərs
əlaqəyə ayrılır. Düz əlaqədə həm amil, həm də nəticə əlamətləri eyni istiqamətdə dəyişir. Düz əlaqədə
amil əlamətinin qiyməti artdıqca və yaxud azaldıqca nəticə əlamətinin də qiyməti artır, yaxud azalır.
Amil əlamətinin qiyməti artdıqca və ya azaldıqça nəticə əlamətinin qiyməti müvafıq olaraq azalarsa və ya
artarsa, belə əlaqə tərs əlaqə adlanır. Düz və tərs əlaqə həm funksional, həm də korrelyasiya əlaqələrində
mövcuddur. Deməli, düz əlaqə formasında amil əlamətinin qiymətinin artması əsasında nəticə əlamətinin
fərdi və orta qiymətlərinin artması meyli müşahidə olunur, tərs əlaqədə isə amil əlamətinin qiymətinin
artması nəti-cə əlamətinin qiymətinin azalmasına və ya artmasına doğru meyl etməsinə səbəb olur.
Analitik ifadəyə görə əlaqə düzxətli və əyrixətli əlaqəyə ay-rılır. Amil əlamətinin kəmiyyətinin
artması və ya azalması nəti-cəsində nəticə əlamətinin kəmiyyəti müntəzəm olaraq artarsa, yaxud azalarsa,
belə asılılıq düzxətli korrelyasiya asılılığı və ya xətti əlaqə adlanır. Belə asılılıq riyazi cəhətdən düzxətli
tənliklə ifadə olunur:
y
x
=a
o
+a
1
x
Düzxətli əlaqənin koordinat sistemində qrafiklə təsviri düz xəttə yaxın olan birxətlə ifadə oluna bilər.
Əgər amil əlamətinin qiyməti artdıqca və ya azaldıqca nəticə əlamətinin qiyməti mü-əyyən nisbətdə
azalarsa və ya artarsa belə korrelyasiya asılılı-ğına əyrixətli əlaqə deyilir. Belə əlaqənin qrafiklə təsviri
əyri xəttə yaxın olan hər hansı qırıq xətlərlə ifadə oluna bilər. Ancaq funksional əlaqə analitik tənliklə də-
qiq ifadə oluna bilər, korrelyasiya əlaqəsi isə təqribi ifadə olu-nur. Korrelyasiya təhlilində əgər bir amil
əlamətilə nəticə əla-məti arasında əlaqə öyrənilərsə, belə əlaqə qoşa korrelyasiya, nəticə əlamətinə bir
neçə amil əlamətinin təsiri öyrənildikdə isə belə asılılıq çoxamilli korreyasiya adlanır.
Sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və asılılıqların müəyyənləşdirilməsi nəzəri təhlilə
əsaslanmalıdır. Nəzəri təhlil əsasında əmək məhsuldarlığı ilə məhsulun maya dəyəri, əməyin əsas istehsal
fondları ilə silahlanması və əmək məhsuldarlığı, fəhlələrin iş stajları və əməyin ödənişi, əmək məhsul-
darlığı və məhsul istehsalı arasında əlaqə olduğunu müəyyən etmək çətin deyildir. Məntiqi olaraq, əmək
məhsuldarlığı artdıqca məhsul vahidinin maya dəyəri azalır. Əməyin kəmiyyət və keyfiyyətinə uyğun
ödənildiyini nəzərə alsaq, onda aydın olar ki, əmək məhsuldarlığı artdıqca əmək haqqı üzrə məhsul va-
hidinə çəkilən xərclər azalacaqdır. Beləliklə, bu iki göstərici arasında əlaqə olduğunu nəzəri cəhətdən sü-
but etdik. Bununla bərabər ictimai həyatda elə hadisələrə rast gəlmək olur ki, onların arasındakı əlaqəni
nəzəri təhlil əsasında müəyyən etmək mümkün deyildir. Belə halda statistikanın köməyindən istifadə et-
mək lazımdır.
Dostları ilə paylaş: |