Cədvəl məlumatlarından aydın olur ki, 2009-cü ilin sentyabr ayına nisbətən dekabr ayında satılmış
kələmin qiyməti 3 dəfə artmış, miqdarı ısə 54,2% azalmışdır. Həmin dövrdə kartofun qiyməti 3 dəfə,
südün qiyməti 1,6 dəfə artmış, onların satış miqdarları isə müvafiq olaraq 13,3% və 8,3% azalmışdır.
Bazar münasibətlərinə keçidin müasir dövründə qiymətlərin sürətli mövsümi artması, əhalinin alıcılıq
qabiliyyətinin azal-ması, istehsalın həcminin aşağı düşməsı əhalinin sosial-iqtisadi vəziyyətinin
ağırlaşmasına gətirib çıxaran amillərdəndir.
Mühüm keyfiyyət indekslərindən biri də məhsulun maya də-yərının indeksidir. Məhsulun maya dəyəri
“Z” ilə işarə edilər-sə, fərdi maya dəyəri indeksinin düsturunu aşağıdakı kimı yaz-maq olar:
Z
1
i
Z
═
── ;
Z
o
Burada, i
Z
-məhsulun fərdi maya dəyəri indeksi,
Z
1
-əsas dövrdə məhsul vahidinin maya dəyəri,
Z
o
-hesabat dövründə məhsul vahidinin maya dəyəridir.
Hesablama xüsusiyyətlərinə görə fərdi indekslər nisbi kə-miyyətlərdən fərqlənmir. İndeksləri nisbi
kəmiyyətlərdən fərq-ləndirən cəhət ümumi indeksləri hesabladıqda özünü aydın bi-rüzə verir. Belə ki,
ümumi indekslər bilavasitə cəmlənilə bil-məyən mürəkkəb hadisələrin dəyişilməsini xarakterizə edirlər.
İstehlak xüsusiyyətlərinə görə müxtəlif əmtəələrin qiymətləri-nin, həcmlərinin birlikdə dəyişilməsini
müəyyən etmək üçün ümumi indeksi hesablamaq lazımdır. Müxtəlif istehlak xüsu-siyyətlərinə malik olan
əmtəələrin qiymətlərini, həcmlərini bi-lavasitə cəmləmək olmaz.
Hələ 1752-ci ildə fransız iqtisadçısı Dyuma təklif etmişdir ki, müxtəlif xüsusiyyətli əmtəələrin
qiymətlərinin dəyişilməsini müəyyən etmək üçün hesabat dövründə əmtəələrin qiymətlərini cəmləyib
əsas dövrdəki əmtəələrin qiymətlərinin cəminə böl-mək lazımdır. Yəni aşağıdakı düsturdan istifadə
edilməsi məs-ləhət görülmüşdür:
∑ p
1
i
p
═
── ;
∑ p
o
Bu üsulla qiymət indeksinin hesablanmasının ciddi nöqsan-lara malik olması sonradan ondan istifadə
edilməməsinə gətirib çıxarır. Qiymətlərin eyni ölçü vahidində ifadə olunmalarına baxmayaraq, onlar
əmtəənin natural forması ilə sıx əlaqədardır. Bundan başqa, bu üsul ümumi əmtəə dövriyyəsində ayrı-ayrı
əmtəələrin xüsusi çəkilərini əks etdirmir. Məhz ona göra də italyan iqtisadçısı Karli 1766-cı ildə təklif
53
etmişdir ki, əvvəlcə fərdi qiymət indekslərini hesablamaq lazımdır, sonra fərdi in-dekslərdən hesabi orta
qiymət indeksinin hesablanması məqsə-dəuyğun hesab olunmuşdur.
İtalyan iqtisadçısı Karlinin təklif etdiyi qiymət indeksinin düsturu aşağıdakı kimidir:
∑ i
p
i
p
═
── ;
n
Deməli, ümumi qiymət indeksini hesablamaq üçün fərdi qiy-mət indekslərini cəm edib, onların sayına
bölmək lazımdır. Əv-vəlki üsula nisbətən bu üsulla qiymət indeksinin hesablanma-sının müsbət cəhəti
ondan ibarətdir ki, burada müqayisəlilik məsələsi gözlənilir, yəni orta kəmiyyət eyni kəmiyyətli nisbi
kəmiyyətlər əsasında hesablanir. Lakin bu üsul da ciddi nöqsa-na malik olduğuna görə onun tətbiqini
məhdudlaşdırır. Belə ki, bu üsul ümumi əmtəə dövriyyəsində ayrı-ayrı əmtəələrin xüsu-si çəkilərini
nəzərə almır.
Umumı indekslərın hesablanmasında göstərilən hər iki üsu-lun məntiqi cəhətlərinə baxmayaraq, onlar
mürəkkəb indekslə-rin qurulması metodlarının əsasını qoydular. Müasir ümumi in-dekslər iki növə:
aqreqat və orta indekslərə ayrılır. Aqreqat in-dekslər bilavasitə cəmlənə bilməyən mürəkkəb hadisələrin
elementlərinin cəminin müqayisəsinə əsaslanır. Belə indekslə-rin qurulmasının əsas çətinliyi müxtəlif
əmtəələr üçün ortaq öl-çünün müəyyən edilməsidir. Belə ortaq ölçü əmtəənin dəyəri-dir. Dəyər
göstəricisi əmtəələrin müxtəlif natura formasında ol-masına baxmayaraq, onları müqayisə etməyə imkan
verir. Deməli, müxtəlif istehlak dəyərinə malik olan müxtəlif ölçü vahidlərində ifadə olunan məhsulları
dəyər, pul ifadəsində ver-dikdə onları müqayisə etmək olar. Məhsul vahidinin qiymətini satılmış
məhsulun miqdarına vurduqda müvafiq dövrün qiy-mətlərində əmtəə dövriyyəsini alarıq. Hesabat
dövründə olan əmtəə dövriyyəsini əsas dövrdəki əmtəə dövriyyəsınə böldükdə əmtəə dövriyyəsinin necə
dəyişildiyini xarakterizə etmiş olarıq. Bu göstəriciyə əmtəə dövriyyəsi indeksi deyilir. Ümumi in-deksləri
böyük “İ” hərfilə işarə etsək, onda əmtəə dövriyyəsi indeksinin düsturunu aşağıdakı kimi yazmaq olar:
∑ q
1
p
1
İ
pq
═ ────── ;
∑ q
0
p
0
Burada q
1
p
1
- əsas dövrdə əmtəə dövriyyəsi, q
o
p
o
- hesabat dövründə əmtəə dövriyyəsi.
Bu indeks ayrılıqda əmtəələrin miqdarının və qiymətlərinin dəyişilməsi haqqında təsəvvür əldə
etməyə imkan vermir, o an-caq ümumi əmtəə dövriyyəsinin və yaxud ümumi əmtəə kütlə-sinin dəyərinin
necə dəyişildiyini xarakterizə edir. Əmtəə küt-ləsinin dəyərlə ifadə olunması ayrı-ayrı məhsul növlərinin
mü-qayisə edilməsini təmin edir. Lakin əmtəə kütləsinin dəyərinin belə bir müqayisəliliyi qiymətlərin və
satılmış əmtəələrin həc-minin necə dəyişildiyini müəyyən etməyə imkan vermir. Azər-baycan
Respublikasında bazar iqtisadiyyatı şəraitində satılan və istehsal edilən əmtəələrin qiymətlərinin çox
sürətlə artması döv-ründə qiymətlərin dəyişilməsinin əhalinin sosial-iqtisadi vəziy-yətinə təsirinin
nəticələrini müəyyənləşdirmək üçün ümumi qiy-mətlər indeksinin hesablanmasının mühüm əhəmiyyəti
vardır.
Məlumdur ki, qiymətlərin dəyişilməsi xalq təsərrüfatı üçün bütövlükdə ümumi iqtisadi səmərəliliklə
əlaqədardır. Belə ki, Respublikamızda müasir şəraitində qiymətlərin sürətlə artması eyni miqdarda alınan
əmtəələrə çəkilən xərclərin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Daxili ticarətdə əmtəələrin qiy-
mətlərinin azalması qiymətlərin dəyişilməsi nəticəsində əhali-nin qənaətinin həcmini göstərir. Mədaxil və
məxaric üçün qiy-mətlər indeksi qiymətlərin artması və yaxud azalması nəticə-sində cari dövrdə xarici
ticarətdən əldə edilən qazanc və yaxud ziyanın həcmini müəyyən edir. Ümumi qiymətlər indeksini he-
sablamaq üçün əmtəə kütləsinin həcminin indeksə təsirini ara-dan qaldırmaq lazımdır. Bu halda ümumi
qiymətlər indeksinin aqreqat düsturu aşağıdakı kimi yazıla bilər:
∑ p
1
q
1
İ
p
═ ────── ;
∑ p
0
q
1
Burada, p
1
q
1
- hesabat dövründə əmtəə dövriyyəsi, p
o
q
1
- əsas dövrün qiymətləri ilə hesabat dövründəki əmtəə dövriyyəsi
Düsturda ifadə edildiyi kimi, ümumı qiymətlər indeksində hesabat dövründə satılmış və ya istehsal
edilmiş əmtəənin həc-mi çəki kimi götürülür. Ümumi qiymətlər indeksini hesabat dövründə satılmış
əmtəənin həcmi əsasında hesabladıqda qiy-mətlərin dəyişilməsi nəticəsində əhalinin əldə etdiyi qənaətin
54
və ya artıq xərcin mütləq məbləğini müəyyən etmək mümkündür. Əhalinin qənaətinin və ya xərcinin
mütləq məbləğini müəyyən etmək üçün yuxarıdakı düsturun sürətindən məxrəcini çıxmaq lazımdır ( ∑p
1
q
1
- ∑p
o
q
1
). Cavab mənfi olarsa qənaəti, müsbət olarsa artıq xərci göstərir.
İqtisadi mahiyyəti olan bu indeksdən Azərbaycan Respubli-kasının iqtisadi-statistik tədqiqatında geniş
istifadə edilir. İn-kişaf etmiş kapitalist ölkələrində, adətən, alman iqtisadçısı E. Laspeyresin təklif etdiyi
əsas dövrün çəkiləri ilə hesablanılan ümumi qiymətlər indeksindən istifadə edilir. Əsas dövrün çəki-ləri
ilə ümumi qiymətlər indeksinin aqreqat düsturu aşağıdakı kimi ifadə olunur:
∑ p
1
q
0
İ
pq
═ ────── ;
∑ p
0
q
0
Burada p
1
q
o
- əsas dövrün çəkiləri ilə cari dövrdə şərti əmtəə dövriyyəsi, p
o
q
o
- əsas dövrdə əmtəə dövriyyəsidir.
Adı çəkilən ölkələrdə bu indeks düsturundan istifadə edil-məsinə üstünlük verilir, çünki, təcrübi
cəhətdən o daha fayda-lıdır. Belə ki, cari dövrün çəkilərilə qiymətlər indeksinin hesab-lanmasında hər
dəfə cari dövrdə satılmış əmtəələrin miqdarı haqqında məlumat olmasını tələb edir. Laspeyresin
düsturunda indeksin çəkisi müəyyən dövr üçün verilmişdir, yəni çəki eyni olaraq qalmaqdadır. Onu da
qeyd etmək lazımdır ki, kapitalist ölkələrində, adətən, əmtəələrin qiymətlərinin qeydə alınması la-zımi
səviyyədə təşkil edilmişdir. Bu indeksin hesablanmasının təcrübı faydalı olmasına baxmayaraq,
göstəricilərin iqtisadi ma-hiyyəti indekslərin hesablanmasında da əsas götürülməlidir. Ca-ri dövrün
çəkilərilə hesablanan qiymətlər indeksinin iqtisadi ma-hiyyəti ondan ibarətdir ki, hesabat dövründə
qiymətlərin dəyişil-məsi nəticəsində əhalinin qənaətinin və yaxud artıq xərcinin mütləq məbləğini
müəyyən etmək mümkündür. Bundan başqa, cari dövrün çəkilərilə hesablanan ümumi qiymət indeksi
düstu-runun sürəti (p
1
q
1
) cari dövrdə real iqtisadi kəmiyyətdir, yəni əmtəə dövriyyəsidir.
Ümumi qiymətlər indeksi əvvəlki indeksin tələblərini ödə-məsinə baxmayaraq, burada düsturun sürəti
şərti əmləə dövriy-yəsi olub real iqtisadi mahiyyətə malik deyildir.
Beləliklə, natura formasında müxtəlif elementlərdən olan məcmunun dəyişilməsini xarakterizə edən
nisbi kəmiyyətə ümu-mi indeks deyilir. Ümumi qiymətlər indeksinin hesab-lanmasına dair söylənilən
nəzəri müddəalar istehsal edilmiş məhsulun fiziki həcm indeksinə də aiddir.Əmtəə dövriyyəsinin
(istehsal edilmiş məhsulun) ümumi həcm indeksinin hesablan-masında əmtəə dövriyyəsi indeksində
qiymətlərin təsirini kənarlaşdır-maq lazımdır.Əmtəə dövriyyəsinin ümumi fiziki həcm indeksini düzgün
qurmaq üçün əsas dövrdə satılmış və ya istehsal edilmiş məhsulların qiymətlərini çəki götürmək lazımdır.
Yalnız sabit götürülmüş çəki əsasında satılmış və ya istehsal edilmiş məhsul-ların miqdarının
dəyişilməsini düzgün xarakterizə etmək müm-kündür. Əmtəə dövriyyəsinin fiziki həcm indeksində əsas
dövr-də satılmış (istehsal edilmiş) əmtəələrin qiyməti sabit çəkidə gö-türüldükdə, qiymətlərin təsirini
aradan qaldırmaq və həcmin dəyişilməsini xarakterizə etmək mümkündür.
Əmtəə dövriyyəsinin fiziki həcm indeksini cari dövrün qiy-mətləri əsasında da hesablamaq olar. Belə
halda hər dəfə yeni dövrün qiymətləri götürülməlidir. Bu da hər bir ilin fiziki həcm indeksində
qiymətlərin hərəkətinin təsirini özündə əks etdir-məli olacaqdır. Ona görə də fiziki həcm indeksini hər
hansı bır dövrün qiymətlərini əsas çəki götürməklə hesablamaq daha düz-gün nəticə verə bilər.
Qiymətlərin kəskin şəkildə dəyişildiyi dövrdə çəki sabit ölçü kimi cari dövrün qiymətlərini götürmək
əlverişli deyildir, çünki belə halda əmtəələrin qiymətləri onların dəyərindən kəskin sürətdə fərqlənə bilər.
Bunları nəzərə alaraq fiziki həcm indeksini çəki kimi götürülən əsas dövrün qiymət-ləri əsasında
hesablamaq lazımdır. Deyilənləri nəzərə alaraq əmtəə dövriyyəsinin ümumi fiziki həcm indeksinin
düsturu aşa-ğıdakı kimi olmalıdır:
∑ q
1
p
0
İ
q
═ ────── ;
∑ q
0
p
0
Burada: q
1
p
o
- əsas dövrün qiymətləri ilə hesabat dövründə əmtəə dövriyyəsi (ümumi məhsulu),
q
o
p
o
- əsas dövrdə faktiki əmtəə dövriyyəsidir (ümumi məhsulu).
Fiziki həcm indeksi sənayedə sənaye məhsulları, kənd təsər-rüfatı məhsulları üzrə, ticarətdə əmtəə
dövriyyəsi üçün hesab-lana bilər. Fiziki həcm indeksi müxtəlif iş növləri üçün də he-sablanır. Fiziki
həcm indeksinin hesablanmasında ümumi dəyər (pul) əvəzinə vaxt da götürülə bilər. Məsələn, qiymət
əvəzinə vaxt norması götürülürsə, o zaman ümumi fiziki həcm indek-sinin düsturu aşağıdakı kimi yazıla
bilər:
∑ q
1
t
o
55
İ
q
═ ────── ;
∑ q
o
t
o
Burada: t
o
- əsas dövrdə əmtəə (məhsul) vahidinə norma üzrə sərf edilən vaxtdır
.
Bu indeksdən ən çox kənd təsərrüfatında ayrı-ayrı işlərin (şumlama, səpın, becərmə və s.) fiziki
həcminin dəyişilməsini müəyyən etmək üçün istifadə edilir.
Ümumi indeksin formaları. Ümumi indekslər aqreqat və orta indekslərə ayrılır. Orta indekslər hesabi
orta və harmonik orta indeksə ayrılır.
Ümumi indekslərin əsas forması aqreqat indeksidir. Aqreqat dedikdə müxtəlif məhsulların birlikdə
qiymətlərinin, həcmləri-nin dəyişilməsinin öyrənilməsi nəzərdə tutulur. Natura şəklində cəmlənilə
bilməyən müxtəlif hadisələrin birlikdə dəyişilməsi ümumi indekslər vasitəsilə öyrənilir. Ümumi indeksi
hesabla-maq üçün, ilk öncə dəyişilməsi öyrənilən hadisənin cəmlənmə-sini təmin etmək lazımdır. Buna
nail olmaq üçün düstura in-deksləşdirilən göstəricilər sıx iqtisadi əlaqəsi olan və sabit gö-türülən göstərici
əlavə etmək lazımdır. Qiymətlərin indeksləş-dirilməsində belə göstərici əvvəlki bölmədə əsaslandırıldığı
ki-mi hesabat dövründə satılmış (istehsal edilmiş) əmtəənin miq-darı ola bilər. Deməli, ümumi qiymət
indeksində ortaq ölçü, çə-ki kimi hesabat dövründə satılmış malların miqdarı götürülür. Buradan aydın
görünür ki, müxtəlif məhsulların qiyməti və miqdarı ayrılıqda götürüldükdə cəmlənə bilməz. Müxtəlif
ele-mentlərdən ibarət olan məcmunu dəyər (pul) şəklində və sabit çəkilərlə ifadə etdikdə onları cəmləmək
və müqayisə etmək mümkündür. Yalnız bu halda qiymətlərin səviyyəsinin dəyişil-məsini düzgün
xarakterizə etmək mümkündür.
Satılmış (istehsal edilmiş) əmtəənin miqdarı indeksləşdiril-dikdə müxtəlif əmtəələri sabit götürülmüş
əsas dövrün qiy-mətlərində dəyər formasında ifadə etmək lazımdır. Bu zaman çəki rolunu ifadə edən əsas
dövrdə satılmış (istehsal edilmiş) əmtəənin qiyməti onun həcminin necə dəyişildiyini müəyyən etməyə
imkan verir. Beləliklə, müxtəlif elementlərdən ibarət olan məcmunun cəmlənilə bilməməsini aradan
qaldırmaq bütün iqtisadi indekslərin əsas forması olan aqreqat indekslərin hesab-lanmasına gətirib
çıxarır. Hər bir iqtisadi indekslərin əsas for-ması aqreqat indeksidir. Bu qaydanın nəticəsi kimi fərdi
indeks-lərdən hesablanan orta indekslərin nəticəsi aqreqat indeksinin nəticəsinin eynidir, yəni orta
indekslər aqreqat indeksin çevril-miş formasıdır. Aqreqat indeksləri ancaq hesabi orta və harmo-nik orta
indekslərə çevirmək mümkündür. Ona görə də orta in-dekslərin ancaq iki formasından- hesabi orta və
harmonik orta formalarından istifadə etmək olar. Bir sıra hallarda mövcud olan statistika məlumatı
aqreqat indeksi hesablamağa imkan vermir. Belə hallarda hesabi orta və harmonik orta indekslərdən
istifadə edilir.
Orta qiymətlər indeksinin hesablanması. Yuxarıda qeyd edil-diyi kimi, orta indekslər aqreqat
indekslərin çevrilmiş forması-dır. Məlum olduğu kimi, aqreqat qiymət indeksinin düsturu aşağıdakı
şəkildə yazılır:
∑ p
1
q
1
İ
p
═ ────── ;
∑ p
o
q
1
Hesabat dövründə ayrı-ayrı əmtəələrin qiymətinin satılmış (istehsal edilmiş) əmtəənin miqdarına
vurub cəm edib, əsas dövrdə əmtəə vahidinin qiymətini hesabat dövründə satılmış (is-tehsal edilmiş)
əmtəənin miqdarına vurub cəm edib alınan məb-ləğlərin nisbəti müəyyən edilir. Bu o vaxt mümkündür
ki, satıl-mış (istehsal edilmiş) əmtəənin hər iki dövrdə qiyməti və miq-darı haqqında məlumat olsun.
Təcrübədə bir sıra hallarda belə məlumat olmur. Ona görə orta indekslərdən istifadə edilir. Fərdi qiymət
indeksi düsturunda (i
p
) p
1
-in qiymətini tapıb (p
1
= i
p
· p
o
) onu aqreqat qiymət indeksi düsturunda yerinə
yazsaq hesabi orta qiymətlər indeksinin düsturunu alırıq:
∑ i
p
p
0
q
1
İ
p
═ ────── ;
∑ p
0
q
1
Düsturdan aydın olur ki, hesabi orta qiymət indeksində əsas dövrün qiymətlərilə hesabat dövründə
əmtəə dövriyyəsidir, in-deksləşdirilən kəmiyyət, variant ( x) isə fərdi qiymət indeksidir ( i
p
), hesabı orta
qiymət indeksinin nəticəsi aqreqat qiymət in-deksinin nəticəsilə eyni olmalıdır. Fərdi qiymət indeksində
(i
p
) p
o
-ın qiymətini tapıb aqreqat qiymət indeksi düsturunda yerinə yazsaq orta harmonik qiymət
indeksinin düsturunu alarıq:
∑ p
1
q
1
56
İ
p
═ ────── ;
1
∑ ── p
1
q
1
i
p
Burada i
p
- variantdir, çəki isə hesabat dövründə olan əmtəə dövriyyəsidir.
Yuxarıda verilmiş hər iki düsturda indeksin cavabı eynidir, çünki bu indekslər fərdi qiymət indeksi
əsasında aqreqat qiy-mət indeksinin çevrilmiş formasıdır.
Bazar iqtisadiyyatı şəraitində qiymətlər indeksinin aqreqat və harmonik orta qiymətlər indeksi
düsturlarından istifadə edi-lir. Aqreqat və harmonik qiymətlər indekslərinin sürəti real kə-miyyət
olduqlarına görə onlardan istifadə olunması məqsədə-uyğundur. Aqreqat və harmonik qiymətlər
indekslərinin sürə-tində hesabat dövründəki əmtəə dövriyyəsi haqqında məlumat verilir. Bazar
iqtisadiyyatı şəraitində harmonik qiymət indek-sinin daha geniş tətbiqi bu məlumatın olması ilə
əlaqədardır. Aqreqat qiymət indeksində hər iki dövrdə qiymətlər və əmtəə-lərin miqdarı haqqında
məlumatın olmasını tələb edirsə, har-monik qiymət indeksində hesabat dövründə əmtəə dövriyyəsi və
əmtəə qrupları üzrə fərdi qiymət indekslərinin hesablanma-sını tələb edir. Belə bir məlumat ticarət
təşkilatlarında həmişə vardır. Deməli, əmtəə qrupları üzrə hesabat dövründə əmtəə sə-viyyəsini həmin
əmtəə qrupları üzrə fərdi qiymətlər indeksinə böldükdə harmonik qiymət indeksinin məxrəcində əsas
dövrün qiymətlərilə hesabat dövründə əmtəə dövriyyəsi müəyyən edi-lir. Buna görə aqreqat qiymət
indeksinə nisbətən harmonik qiy-mət indeksindən daha çox istifadə edilir. Harmonik qiymət in-deksində
hesabat dövründə əmtəə dövriyyəsi (∑p
Dostları ilə paylaş: |