1
q
1
) indeksin çəkisidir. Çəkilərin mütləq qiymətləri əvəzinə nisbi
kəmiyyət götürüldükdə orta kəmiyyətin qiyməti dəyişilməz qalır. Buna uyğun olaraq harmonik qiymət
indeksinin düsturunu aşağıdakı kimi də yazila bilər:
∑
W
İ
p
═ ────── ;
1
∑ ──W
i
p
Burada: W-ümumi əmtəə dövriyyəsində əmtəə qruplarının xüsusi çəkisidir.
Orta əmtəə dövriyyəsinin (məhsulun) fiziki həcm indekslə-rinin hesablanması. Əmtəə dövriyyəsinin
fiziki həcm indeksinin aqreqat düsturundan orta indekslərə keçmək ücün əvvəlcə fərdi həcm indeksi
düsturundan q
1
-in qiymətini müəyyən edib q
1
= i
q
q
o
aqreqat fiziki həcm indeksində yerinə yazsaq, hesabi
orta əmtəə dövriyyəsinin (məhsulun) fiziki həcm indeksi alınar:
∑ i
q
q
o
p
o
İ
q
═ ────── ;
∑ q
o
p
o
Bu indeksdə çəki rolunu əsas dövrün qiymətlərilə əsas dövr-də əmtəə dövriyyəsinin dəyəri (q
o
p
o
) ifadə
edir. Düsturun sürə-tində fərdi həcm indeksini əsas dövrdə əmtəə dövriyyəsinin dəyərinə vurduqda əsas
dövrün qiymətlərilə hesabat dövründə əmtəə dövriyyəsinin (məhsulun) həcmini (q
1
p
o
) müəyyən etmiş
olarıq. Deməli, hesabi orta fiziki həcm indeksində alınan nəticə aqreqat həcm indeksində alınan nəticənin
eyni olacaqdır. Təc-rübədə əmtəə dövriyyəsinin (məhsulun) fiziki həcminin dəyişil-məsi ən çox aqreqat
və hesabi orta həcm indeksi düsturları ilə müəyyən edilir.
Əmtəə dövriyyəsinin (məhsulun) fiziki həcminin dəyişilmə-sinin müəyyənləşdirilməsində hesabi orta
indeks düsturundan da istifadə edilir, çünki əsas dövrdə əsas dövrün qiymətlərilə əmtəə dövriyyəsi
haqqında (q
o
p
o
) məlumat və fərdi fiziki həcm in-deksləri üzrə məlumat əldə etmək çox asandır. Burada
q
o
p
o
va-riantın (i
q
) çəkisi rolunu ifadə edir. Ona görə də əmtəə dövriy-yəsinin mütləq qiymətləri əvəzinə
ümumi əmtəə dövriyyəsində ayrı-ayrı əmtəə qruplarının xüsusi çəkisindən də istifadə etsək indeksin
cavabı dəyişilməz. Belə halda əmtəə dövriyyəsinin fi-ziki həcm indeksinin düsturu aşağıdakı kimi yazıla
bilər:
∑ i
q
W
İ
q
═ ────── ;
∑ W
Müxtəlif müqayisə əsası ilə və müxtəlif çəkilərdə indekslər sırası. Yuxarıdakı hesablamalardan aydın
olur ki, indekslər iki dövrün məlumatının müqayisəsi nəticəsində iqtisadi hadisələrin dəyişilməsini
ölçməyə imkan verir. Bununla bərabər təcrübədə iqtisadi hadisələrin üç və daha çox dövrdə dəyişilməsini
57
müəy-yənləşdirmək tələb olunur. Hadisələr haqqında məlumat üç və daha çox dövrə verildikdə müqayisə
üçün hansı dövrün məlu-matının müqayisə üçün əsas olmasından asılı olaraq indekslər əsas və silsiləvı
indekslərə ayrılır. Fərdi indekslərdə əsas və sil-siləvi indekslər eyni prinsiplə hesablanır. Hər bir sonrakı
döv-rün məlumatı müqayisə üçün əsas götürülmüş dövrün məlumatı ilə müqayisə edildikdə əsas
indekslər, hər bir sonrakı dövrün məlumatı özündən qabaqkı dövrün məlumatı ilə müqayisə edil-dikdə isə
silsiləvi indekslər alınır.
Əsas indekslərlə silsiləvi indekslər arasında qarşılıqlı əlaqə vardır. Belə ki, fərdi silsiləvi indeksləri bir-
birinə vurduqda müvafiq dövrün fərdi əsas indeksini almaq mümkündür, əsas indeksləri bir-birinə
böldükdə iki müvafiq silsiləvi indeksi al-maq olar. Əsas indeksdən silsiləvi indeksə və silsiləvi indeks-
dən əsas indeksə keçmək bütün fərdi indekslərə xasdır. Bu za-man hesablanan indekslərin sayı məlumatı
götürülmüş dövrlə-rin sayından bir əskik olacaqdır.
Fərdi əsas və silsiləvi həcm indekslərinin hesablanmasını Azərbaycan Respublikasında 2006-2010-cu
illərdə fərdi sahib-karlar, ailə kəndli və ev təsərrüfatları tərəfindən taxılın ümumi yığımı misalında izah
edək (cəd. 5.15).
Silsiləvi fərdi həcm indekslər sistemini bir-birınə vurduqda 2008-cü ilin əsas fərdi həcm indeks
sistemini alırıq. Həqiqi qiy-mətləri yerinə yazaq:
Cədvəl 5.15. Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında taxılın ümumi yığımının dinamikası.
Illər
Ümumi taxıl
yığımı
Fərdi fiziki həcm indeksləri, %-lə
ə
sas indekslər
silsiləvi indekslər
2006
2102,6
-
-
2007
2068,1
2068 : 2103 = 98,3
2068 : 2103 = 98,3
2008
2029,4
2029 : 2103 = 96,4
2029 : 2068 = 93,7
2009
1951,1
1951 : 2103 = 92,7
1951 : 2029 = 91,7
2010
2411,8
2412 : 2103 = 114,6
2412 : 1951 =123,6
0,983 · 0,937 · 0,917 · 1,236 = 1,044 və ya 104,4%
Silsiləvi indeks sistemindən əsas indeks sisteminə və əksinə keçid mümkündür. Həmin keçid sabit
çəkilərlə ümumi indeks-lər sistemində də mümkündür.
Qarşıda qoyulan vəzifədən asılı olaraq sabıt və dəyişən çəki-lərlə indekslər sırası qurula bilər. Lakin
bilmək lazımdır ki, ümumi indekslərdə silsiləvi indeks sistemindən əsas indeks sis-teminə və əksinə
keçmək ancaq sabit çəkilərlə indekslər sistemi qurulduqda ola bilər.
Sabit çəkilərlə əsas indekslər sistemində indeksləşdirilən bir dövrün kəmiyyəti və çəkisi sabit
götürülür, dəyişən çəkilərlə əsas indekslər sistemində indeksləşdirilən bir dövrün kəmiyyəti sabit
götürülür, çəkilər isə dəyişir. Əsas indekslərdə hər bir sonrakı dövrün indeksləşdirilən kəmiyyəti
müqayisə üçün əsas götürülmüş dövrün indeksləşdirilən kəmiyyətə nisbəti müəyyən edilir. Sabit çəkilərlə
hesablanan silsiləvi indekslər sistemində hər sonrakı dövrün indeksləşdirilən kəmiyyəti özündən əvvəlki
dövrün indeksləşdirilən kəmiyyətilə müqayisə edilir, çəkilər dəyişir.
Fərdi indekslərdə olduğu kimi, ümumi indekslərin növləri olan əsas və silsiləvi indekslər arasında da
qarşılıqlı əlaqə var-dır. Bu əlaqədən istifadə edərək əsas indeksləri bir-birinə böl-dükdə silsiləvi indeksi,
silsiləvi indeksləri isə bir-birinə vur-duqda əsas indeksləri almaq mümkündür. Əsas indeksdən sil-siləvi
indeksə və əksinə keçmək yalnız sabit çəkilərlə hesab-lanılan ümumi indekslərdə ola bilər. Bu baxımdan
sabit çəki-lərlə hesablanan ümumi indekslər dəyişən çəkilərlə hesablanan indekslərə nisbətən üstünlüyə
malikdir. Çünki dəyişən çəkilərlə hesablanan ümumi indekslərdə silsiləvi indeks sistemindən əsas indeks
sisteminə və əksinə keçmək mümkün deyildir. Ümumi düstur şəklində fiziki həcm indeksində silsiləvi in-
deksdən əsas indeksə keçilmə qaydası aşağıdakı kimidir:
∑ q
2
p
1
∑ q
3
p
1
∑ q
4
p
1
∑ q
4
p
1
───── x ───── x ───── = ───── ;
∑ q
1
p
1
∑ q
2
p
1
∑ q
3
p
1
∑ q
1
p
1
Sabit çəkilərlə əsas indeksləri bir-birinə böldükdə müvafiq dövrün silsiləvi indeksini alırıq. Hesablanan
indekslərin iqti-sadi mahiyyətinə böyük əhəmiyyət verilməlidir. Bu məqsədlə indekslərdə çəkinin düzgün
seçilməsi mühüm əhəmiyyətə ma-likdir. İndekslərin hesablanmasında hansı dövrün kəmiyyətlə-rinin çəki
kimi götürülməsi tədqiqatın məqsəd və vəzifəsindən asılı olaraq müəyyənləşdirilməlidir. Əmtəə
dövriyyəsinin (məhsulun) fiziki həcm indeksində əsas dövrün qiymətləri (p
o
), qiymətlər indeksində
hesabat dövründə satılmış məhsulların miqdarı (q
1
) götürülməlidir. Ancaq bu halda satılmış və yaxud
istehsal edilmiş məhsulun həcminin dəyişilməsini və qiymət-lərin dəyişilməsi nəticəsində cari dövrdə
58
əhalinin əldə etdiyi qənaətin və ya israfın mütləq həcmini düzgün xarakterizə et-mək mümkündür.
Oiymətlər indeksində indeksləşdirilən kə-miyyətlər p
1
, p
2
, p
3
, p
n
ilə, onlara müvafiq çəkiləri q
1
, q
2
, q
3
, q
n
ilə işarə etsək o zaman əsas qaydada ümumi qiymətlər in-deksi sistemi sabit çəkilərlə aşağıdakı düsturlar
şəklində:
∑ p
2
q
1
∑ p
3
q
1
∑ p
n
q
1
İ
q(2/1)
═ ────── ; İ
q(3/1)
═ ────── ; İ
q(n/1)
═ ────── ;
∑ p
1
q
1
∑ p
1
q
1
∑ p
1
q
1
və ya
∑ p
2
q
n
∑ p
3
q
n
∑ p
n
q
n
İ
q(2/1)
═ ────── ; İ
q(3/1)
═ ────── ; İ
q(n/1)
═ ────── ;
∑ p
1
q
n
∑ p
1
q
n
∑ p
1
q
n
dəyişən çəkilərlə isə:
∑ p
2
q
2
∑ p
3
q
3
∑ p
n
q
n
İ
p(2/1)
═ ────── ; İ
p(3/1)
═ ────── ; İ
p(n/1)
═ ────── ;
∑ p
1
q
2
∑ p
1
q
3
∑ p
1
q
n
kimi yazılır.
Silsiləvi qaydada ümumi qiymətlər indeksi sistemi sabit çə-kilərlə:
∑ p
2
q
n
∑ p
3
q
n
∑ p
n
q
n
İ
p(2/1)
═ ────── ; İ
p(3/2)
═ ────── ; İ
p(n/n-1)
═ ────── ;
∑ p
1
q
n
∑ p
2
q
n
∑ p
n-1
q
n
dəyişən çəkilərlə kimi yazıla bilər.
Sosial-iqtisadi hadisələrin dəyişilməsini xarakterizə edən mühüm indekslər. Bu bölmədə məhsulun
fiziki həcm indeksi, qiy-mətlər, məhsulun maya dəyəri və əmək məhsuldarlığı indekslə-ri şərh
ediləcəkdir.
Məhsulun fiziki həcm indeksi statistikada hesablanan mühüm həcm indeksidir. Bu indeks proqnozların
yerinə yetirilməsinin, məhsulun həcminin dinamikada xarakterizə olunmasında geniş tətbiq edilir.
Məhsulun fiziki həcm indeksinin hesablanmasında çəki rolunda əsasən əsas dövrün qiymətləri götürülür.
Tədqiqa-tın qarşısında duran vəzifədən asılı olaraq cari dövrün qiymət-lərindən də istifadə edilə bilər.
Məhsulun fiziki həcm indeksinin hesablanmasında ən əlve-rişli ortaq ölçü (çəki) əsas dövrdə məhsul
vahidinə sərf edilən vaxt (t
o
) ola bilər. Lakin təcrübədə bütün məhsullar üzrə məh-sul vahidinə sərf edilən
vaxt haqqında məlumatın olmaması bu göstərici əsasında məhsulun fiziki həcm indeksini hesablamağa
imkan vermir. Məhsulun fiziki həcm indeksinin vaxt ölçü vahi-dinin əsasında da hesablanmasının
mühüm əhəmiyyəti vardır.
Sənaye və kənd təsərrüfatı müəssisələrinin verdikləri statis-tik hesabatlarında məhsulların həcmi dəyər
göstəricisində əsas və cari dövrün qiymətlərilə verilir, yəni müəssisənin ümumi məhsulu əsas və carı
dövrün qiymətlərində ifadə olunur. Bu-nunla əlaqədar olaraq məhsulun fiziki həcm indeksləri sistemi-nin
hansı qiymətlərdə hesablanmasının
düzgün müəyyən edil-məsinin mühüm əhəmiyyəti vardır. Hər bir
sənaye müəssisəsi həmişə öz ümumi məhsulunu həm cari, həm də əsas dövrün qiymətlərində verir. Çünki
məcmu sənaye məhsulunun həcmi üzrə plan
tapşırığı bu qiymətlərdə verilir. Statistikada belə hal-da
mühüm metodoloji məsələlərdən biri məhsul çeşidlərinin dəyişilməsi və asas dövrün qiymətlərinin
seçilməsi haqqında məsələ olmuşdur. Statistika uzun müddət, yəni 25 il məhsulun fiziki həcm indeksi
sisteminin qurulmasında çəki kimi 1926-1927-ci illərin qiymətlərindən istifadə etmişdir, yəni həmin
dövrün qiymətləri müqayisəli qiymət kimi götürülmüşdür. Sə-naye müəssisələrinin istehsal etdikləri
məhsulların çeşid sayı artdıqca,
yeni məhsul növləri istehsalı artdıqca həmin dövrün qiymətlərindən
müqayisəli qiymət kimi istifadə etmək qeyri-mümkün olurdu. Ona görə
də sənaye məhsulunun həcmini
di-namikada xarakterizə etmək üçün müqayisəli qiymət kimi 1951-ci ilin, sonra 1955, 1967, 1975, 1982,
1995, 2000-ci ilin qiymətlərindən istifadə edilmişdir. Beləliklə, sənaye məhsulla-rının çeşidlərinin
artması və qiymətlərin dəyişilməsi məhsulun həcminin dəyişilməsində yeni müqayisəli qiymətlərdən
istifadə edilməsinə səbəb olur.
Müasir iqtisadi şəraitdə sənaye məhsullarının fiziki həcm
in-deksləri əsas va hesabat dövrlərinin
qiymətləri asasında hesab-lana bilər. Hansı dövrün qiymətlərinin ortaq ölçü kimi götürül-məsi qarşiya
qoyulan
tədqiqatın vəzifəsindən asılı olaraq həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının fiziki həcm
indeksləri də yuxarıda göstərilən prinsiplər əsasında hesablanır. Lakin bil-mək lazımdır ki, sənayeyə
59
nisbətən kənd təsərrüfatında istehsal edilən məhsulların çeşidləri əhəmiyyətli dərəcədə azdır. Kənd
təsərrüfatı məhsulları müqayisəli qiymətlərlə DSK-da hesabla-nılır.
Sənayenin və kənd təsərrüfatının ümumi məhsulunun fiziki həcmini dinamikada öyrənərkən əsas və
silsiləvi indekslər sabit və dəyişən çəkilərlə hesablana bilər. Lakin bilmək lazımdır ki, silsiləvi indeksdən
əsas indeksə və əksinə keçmək ancaq sabit çəkilərlə hesablanılan indekslərdə mümkündür. Bu məqsədlə
məhsulun fiziki həcm indekslərini dinamikada müqayisəli qiy-mətlər əsasında hesablamaq lazımdır. Bir
müqayisəli qiymət-dən digərinə keçmək məhsulların qiymətlərinin dəyişməsi və yeni çeşidlərdə məhsul
istehsalı ilə əlaqədardır. Müqayisəli qiymətlər əsasında məhsulun fiziki həcm indekslərinin hesab-lanması
mürəkkəb hadisələrin dəyişməsini düzgün xarakterizə etməyə imkan verir.
Statistika işlərində hesablanan mühüm həcm indekslərindən biri milli gəlirin (ÜMM-in) fiziki həcm
indeksidir. Bu zaman milli gəlir ayrı-ayrı maddi istehsal sahələrində yaranmış xalis məhsul kimi
müqayisəli qiymətlərlə ifadə olunur. Xalis məh-sulu hesablamaq üçün ayrı-ayrı iqtisadi fəaliyyət
sahələrində yaranmış ümumi məhsuldan həmin sahələrdəki material xərc-lərini çıxmaq lazımdır. Bunun
üçün həm ümumi məhsul, həm də material xərcləri müqayisəli qiymətlərlə verilməlidir. Qeyd etmək
lazımdır ki, material xərcləri müssisələrdə müqayisəli qiymətlərlə müəyyən edilmir. Müqayisəli
qiymətlərlə material xərcləri DSK-da müəyyənləşdirilir.
Əmtəə dövriyyəsinin fiziki həcm indeksini hesablamaq üçün əmtəə dövriyyəsinin indeksini qiymətlər
indeksinə bölmək la-zımdır. Müasir dövrdə əmtəə dövriyyəsinin fiziki həcm indek-sinin hesablanmasında
müqayisəli qiymətlərdən istifadə edil-məsi nəzərdə tutulmur. Məhsulun fiziki həcm indeksinin aqre-qat
düsturu aşağıdakı kimi qeyd olunur:
∑ q
1
p
o
İ
q
═ ────── ;
∑ q
o
p
o
Burada, q
1
və q
o
- əsas və hesabat dövründə istehsal edilmiş məhsulun həcmi, p
o
- isə müqayisəli qiymətlərdir.
Aqreqat məhsulun fiziki həcm indeksi ilə bərabər, təcrübədə hesabi orta həcm indeksinin düsturundan
da istifadə olunur. Hesabi orta məhsulun fiziki həcm indeksinin düsturu belədir:
∑ i
q
q
o
p
o
İ
q
═ ────── ;
∑ q
o
p
o
Burada, i
q
- fərdi məhsulun fiziki həcm indeksi, q
o
p
o
- müqayisəli qiymətlərdə əsas dövrdə istehsal edilmiş məhsulun dəyəri
Bu indeks düsturları müqayisəli qiymətlərdə məhsulun fiziki həcminin dəyişməsini faizlə ifadə
etməklə bərabər məhsulun həcminin dəyişilməsinin mütləq kəmiyyətlə də ifadə etməyə imkan verir.
Bunun üçün həmin indeks düsturlarının sürətindən məxrəcini çıxmaq lazımdır. Mütləq artım və ya
azalma = ∑q
1
p
o
- ∑q
o
p
o
və ya ∑ i
q
q
o
p
o
-
∑ q
o
p
o
. Alınan cavab müsbət olduqda, artmanı, mənfi olduqda
isə azalmanı göstərir.
Əmtəə dövriyyəsinin fiziki həcm indeksi əmtəə kütləsinin dəyər indeksinin qiymətlər indeksinə nisbəti
kimi müəyyən edilir. Əmtəə dövriyyəsi statistikasının müasir təşkilində dövlət və kooperativ ticarətində
əmtəə dövriyyəsinin bilavasitə müqa-yisəli qiymətlərdə verilməsi nəzərdə tutulmur. Dövlət tənzim-
lənməsi şəraitində məhsulun fiziki həcminin plan tapşırığı in-deksinin aşağıdakı düsturla hesablanması
mümkündür:
∑ q
pl
p
o
İ
q
═ ────── ;
∑ q
o
p
o
Burada q
pl
- plan tapşırığı üzrə məhsul istehsalıdır.
Plan tapşırığının yerinə yetirilməsini xarakterizə edən məh-sulun fiziki həcm indeksinin düsturu
aşağıdakı kimidir:
∑ q
1
p
o
İ
q
═ ────── ;
∑ q
pl
p
o
Keyfiyyət indeksləri sistemində qiymətlər indeksi xüsusi yer tutur. Müasir dövrdə qiymətlərin
dəyişilməsi əhalinin maddi ri-fahına bilavasitə təsir göstərir. Bazar münasibətləri şəraitində qiymətlərin
dinamikasının tədqiqində aqreqat və harmonik qiy-mətlər indeksinin düsturlarından istifadə edilir.
Hazırda respublikamızin DSK-sında qiymətlər indeksi 380 çeşiddə geniş isteh-lak malları üzrə
hesablanır. Bazarda satılan əmtəələrin qiymətlərinin dəyişilməsi aqreqat qiymətlər indeksi vasitəsilə
60
öyrənilir. Pərakəndə qiymət indeksləri əhalinin həyat səviyyəsinin dəyişil-məsini müşahidə etmək üçün
mühüm rola malikdir. Bu məqsəd-lə əsas kimi aqreqat qiymətlər indeksi düsturundan istifadə edi-lir.
Lakin təcrübədə bu indeks düsturundan istifadə olunması bir sıra çətinliklərlə rastlaşır. Belə ki, pərakəndə
əmtəə dövriyyəsi-nin bir hissəsi dövlət və kooperativ ticarətində baş verir. Ticarə-tin bu sahələrində ilk
uçot kəmiyyət prinsipi üzrə deyil, dəyər prinsipi əsasında qurulmuşdur. Müxtəlif ticarət təşkilatları mü-
əyyən əmtəə qrupları üzrə dövriyyəni ancaq dəyər formasında verırlər. Belə halda qiymətlərin
dəyişilməsi cari çəkilərlə har-monik qiymətlər indeksi vasitəsilə öyrənilə bilər:
∑ p
1
q
1
İ
p
═ ────── ;
1
∑ ──
p
1
q
1
i
p
Harmonik qiymət indeksi aqreqat qiymət indeksinin fərdi indeks əsasında çevrilmiş forması olub, eyni
iqtisadi məzmuna malikdir. Satılmış əmtəələrin miqdarı haqda məlumat olmadıq-da bu indeks
düsturundan istifadə etmək daha əlverişlidir, çün-ki, ticarət təşkilatları əmtəə dövriyyəsi haqqında
müntəzəm ola-raq aylıq, rüblük və illik məlumat təqdim edir, eyni zamanda ayrı-ayrı əmtəə növləri üzrə
qiymətlər haqqında statistika or-qanlarında məlumat mövcud olur. Cari dövrdə əmtəə dövriyyə-sini fərdi
qiymət indeksinə böldükdə əsas dövrün qiymətlərilə cari dövrdə əmtəə dövriyyəsi alınır ki, bu da
qiymətlərin dəyi-şilməsini xarakterizə etməyə imkan verir.
Əhalinin maddi rifahının yaxşılaşdırılmasını xarakterizə edən mühüm göstərici- zəhmətkeşlərin real
əmək haqqıdır. Re-al əmək haqqının dinamikasını müəyyən etmək üçün qiymətlər indeksindən istifadə
edilir. Lakin bu halda təkcə ümumi pəra-kəndə qiymətlər indeksindən istifadə etmək kifayət deyildir,
büdcə tədqiqatı məlumatı əsasında əhalinin ayrı-ayrı qrupları-nın istehsalının əmtəə quruluşunu nəzərə
alan qiymətlər indek-sini hesablamaq tələb olunur. Bu indeksin hesablanmasını tək-milləşdirərkən onun
əhalinin ayrı-ayrı sosial qrupları üzrə nə-zərə alınmasını diqqətdən qaçırmaq olmaz.
Keyfiyyət indeksləri sistemində istehsal xərclərinin dəyişil-məsini xarakterizə edən məhsulun maya
dəyəri indeksi mühüm yer tutur. Məhsulun maya dəyəri indeksləri müəssisələrin təsər-rüfat
fəaliyyətlərinin nəticələrinin xarakterizə olunmasında mü-hüm əhəmiyyət kəsb edirlər. İstehsala çəkilən
xərclərin dəyişil-məsi müəssisələrin mənfəətinin, əmtəələrin topdansatış qiymət-lərinin dəyişilməsinə və
nəticədə əhalinin maddi rifahının də-yişilməsinə təsir edən mühüm amillərdən biridir. Məhsulun maya
dəyəri indekslərinin iqtisadi mənası ondan ibarətdir ki, onlar məhsul istehsalına çəkilən həqiqi xərcləri
normal xərc-lərlə müqayisə etmək yolu ilə müəssisələrin təsərrüfat fəaliyyə-tinin nəticələrini ifadə
etməyə imkan verirlər. Müasir şəraitdə müəssisələrdə aparılan daxili uçot hər bir məhsul vahidinin ma-ya
dəyərini müəyyən etməyə, maya dəyərinin səviyyəsini və dinamikasını statistik öyrənməyə imkan verir.
Məhsulun maya dəyəri indeksləri qiymətlər indeksinin qurulma prinsipinə uy-ğun həyata keçirilir.
Məhsulun maya dəyərinin aqreqat indeksi-nin düsturu aşağıdakı kimi yazılır:
∑ z
1
q
1
İ
z
═ ────── ;
∑ z
0
q
1
Burada z
Dostları ilə paylaş: |