Mövzu 12. Psixologiyada əyani TƏLİm metodlari plan: 1



Yüklə 7,81 Kb.
səhifə3/4
tarix08.11.2022
ölçüsü7,81 Kb.
#68002
1   2   3   4
Notes 221029 220740

Sözlü əyanilik nitqli formada obrazların təsvir edilməsidir. Belə əyanilik növündən o zaman istifadə

olunur ki, əşyavi və ya təsviri əyaniliyin bu və ya digər səbəblər üzündən tətbiqi mümkün deyildir. Belə hallarda müəllim psixoloji eksperiment situasiyasını əyani olaraq təsvir edir, bədii ədəbiyyatdan nümunələr gətirir və müəyyən psixoloji fenomenləri, eləcə də ictimai hadisələri səciyyələndirir. Əyanilik




metodlarını mühazirədə nümayiş etdirmək, laborator və praktik məşğələlərdə test materiallarından istifadə kimi tətbiq olunur. Əyanilik psixologiyanın tədrisi prosesində tədrisin effektivliyini müəyyən şəraitdə yüksəldir:

Ø Nümayiş etdirilən əyanilik tədris materialının məzmununu əhatə etməlidir;


Ø Əyanilik məşğələdə zəruri hallarda müntəzəm aparılmalıdır;

Ø Nümayiş etdirmə elə təşkil olunmalıdır ki, tələbələr obyekti yaxşı görə bilsinlər;


Ø Nümayiş zamanı sxemdə, diaqramda əsas və vacib olanları ayırmaq lazımdır;


Ø Nümayiş zamanı izahetmə və şərhetmənin detalları qabaqcadan düşünülməlidir.


3. Tədris prosesində daha çox istifadə edilən öyrədici proqramlara aşağıdakılar aiddir:


1. Məşqedici proqramlar. Bu proqramlar tələbələr

tərəfindən mövzunun əsas hissəsi öyrənildikdən sonra tətbiq olunur. Onlardan istifadə etməkdə əsas məqsəd tələbələrə vərdiş və bacarıqları mənimsətməkdən və möhkəmləndirməkdən ibarətdir. Bu növ proqramlar daha çox öyrənilir və tətbiq olunur.




2. Məsləhətverici


proqramlar. Proqramlaşdırılmış mətndə istifadə olunan üsul, məzmunun ardıcıl və kiçik hissələrlə öyrədilməsi ilə səciyyələnir. Bu proqramlar tələbələr tərəfindən materialların mənimsənilməsinə və başa düşülməsinə qiymət verir.


3. Modelləşdirici proqramlar. Ekranda

alınmış model nəzəri materialın mənimsə- nilməsinə kömək edir. Tələbə bu proqramın köməyi ilə öz modellərini də yarada bilər.





Yüklə 7,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin