2. Əyaniliyin əşyavi, təsviri və sözlü növlərini fərqləndirirlər. (Bax: sxem 25).
Əşyavi əyanilik təlim prosesində real əşyaların və ya hadisələrin nümayişidir. Psixologiyanın tədrisində əşyavi əyanilik növü o zaman tətbiq olunur ki, psixoloji təcrübələrin və eksperimentlərin gedişində baş beynin imkanlarından istifadə olunsun. Görmə illüziyalarından diqqətin dalğınlığını təyin etmək
üçün əşyavi əyanilik metod- larından istifadə edirlər. Psixologiyanın tədrisi prosesində müəllimin əsas məqsədi psixoloji fenomen və qanunauyğunluqları əyani şəkildə nümayiş etdirməkdir.
Bu materialın və ya hadisənin daha yaxşı başa düşülməsinə və onun yadda saxlanmasına kömək edir.
Atalar yaxşı deyib ki, “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.Ali təhsil müəssisələrində (kolleclərdə) əşyanın özünün göstərilməsi mühazirə üsulunda bir çox halda əlverişli olmur, bundan daha çox seminar və praktik məşğələlərdə istifadə etmək lazım gəlir. Təsviri əyanilik məşğələdə əşyanın və ya hadisənin
təsvirinin, habelə onlar haqqında nəzəri biliklərin nümayişidir. Təsviri əyaniliyin bədii, simvolik və mətn növlərini fərqləndirirlər. Bədii əyanilik təsvir olunan obyektdə və ya situasiyanın videofilmlər, televiziya və radio verilişləri, maqnitofonlar daxildir.
Şəkillər insanların mövcud situasiyalarda büruzə
verdikləri emosiyaları əks etdirə bilər. Auditoriyaya gətirilən şəkillərin hamısını birdən divardan asmaq lazım deyildir. Onların hər birini, mühazirə materialını ardıcıllıqla inkişaf etdirdikcə göstərmək və göstərə-göstərə də lazımi izahat vermək lazımdır. Lazım gəldikdə mühazirəçi müəllim tanınmış psixoloqların portretini
lövhədən asa bilər. Analoji situasiyada rəsmlərdən, əlyazmalardan da istifadə məqsədəuyğundur. Əyani vəsaiti göstərərkən tələbələrin diqqətini şəkillərə, həm də onun detallarına ayrılıqda yönəltmək lazımdır ki, qavrayış vaxtı analizlə sintez birləşsin. Böyük fizioloq və psixoloq İ.M.Seçenov analiz və
sintez qabiliyyətlərinin inkişafından bəhs edərək yazırdı ki, “göz gərək görülən əşyanın hər bir nöqtəsini o birindən ayrılıqda və eyni zamanda hamısını birdən qavrasın”.
Kino və videofilmlər təlim vasitəsidir. Təsviri əyaniliyin vasitəsi kimi filmlərin elmi, kütləvi və bədii tiplərini fərqləndirirlər. Elmi-kütləvi
filmlərdə klassik psixoloji tədqiqatlar nümayiş etdirilir. Bədii filmlər insanların münasibətlərində müxtəlif tiplərini psixoloji təhlil üçün situasiya faktlarla və şəkillərlə aydınlaşdırılmalıdır. Əyani vəsait kimi kinonun təlimdə tətbiq dairəsi genişdir. Kino hadisələri olduğu kimi dinamikada göstərməklə tələbələrə daha obyektiv
təsir bağışlayır.
Testli əyanilik sxematik əyanilik sayılır. Testli əyanilik adı altında lövhədə yazılan və ya mühazirənin tezisi, termini ilə ifadə olunan nümayişetdirici vasitə başa düşülür. Eşitmə və görmə paralel olaraq verilən informasiyanın müvəffəqiyyətlə həyata keçirilməsinə kömək edir.
Odur ki, tələbə nəyi görürsə onu da icmala qeyd etməlidir. Təcrübəli müəllimlər yaxşı bilirlər ki, müəllim nə qədər lövhədə yazsa da, informa- siyaların əksəriyyəti tələbənin dəftərində qalır.
Dostları ilə paylaş: |