Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
157
157
kar bundan sonra qəzada milis rəisi olaraq cinayətkarlara qarşı
mübarizə aparacadı.
Sonra Xudabaxış bəyin əmri ilə Xanlıq sahə inqilab komi-
təsinin sədr Yusif Yusifov da bir sıra cinayətlərdə ittiham
olunaraq həbs olunur. O eyni zamanda fırıldaqçı, cinayətkar
Mirzə Muxtar Bayramovun cinayətlərinin izinə düşərək onu
həbs etmək istəyir, hansı ki, yalandan özünü partiya üzvü kimi
göstərmişdir. Onun partiya üzvü olmaması barədə yerli
kommunist partiyasından arayış da var.
Sonra onu törətdiyi cinayətlərə görə həbs etmək istəyərkən
qaçıb hakimiyyətdən və qanundan gizlənə bilmişdir. Həmin
bu Mirzə Muxtar Bayramovun partiya üzvü olmadığını Nəri-
manovun göndərdiyi komissiya da təsdiq edir. Diqqət edin,
Savalan Şirinov mərkəzdə etdiyi məruzədə hansı ki, axırda
200 qızıl ordu əsgəri tələb edirlər ki, yerli rəhbərləri həbs et-
sinlər. Özlərinin dediyi kimi gizlinə sıxışdırlmış kommunist
partiyası üzvlərinin tələbi ilə. İmza edirlər Savalan Şirinov,
Nəzər Heydərov, Mirzə Muxtar Bayramov və qeyriləri.
Erməni rəhbərlərinin dəyirmanına su tökən, Zəngəzurun er-
mənilərə verilməsinə imza atan bu xainlər növbəti olaraq
qəhrəmanlarının həbs olunmasına imza atdılar. 200 əsgər ça-
ğırmaq onları fiziki cəhətdən məhv etmək məqsədi daşıyırdı.
Nərimanov ona görə rəsmi olaraq heç nə bildirmirdi. Guya
yerli insanlar özləri 200 əsgər tələb edirlər. Ancaq Nərima-
novun gizli planını Aslan bəy məruzəsində ona bildirir. Nəri-
manova bildirir ki, bu günlərdə mənə məlum olub ki, qəza
hökuməti (yəni Aslan bəyin qurduğu yerli hökumət) yenidən
mərkəz tərəfindən təşkil olunub və mən də tutduğum vəzifə-
dən azad olunmuşam. Nə üçün mənə bu barədə rəsmi məlu-
mat verilmir. Bu mesaj ilə Aslan bəy əslində Nərimanova
onun gizlində qurduğu oyunlarından xəbərdar olduğunu bil-
dirmək istəyirdi. Aslan bəyə bu məlumatları ötürənlər quru-
lan məkrli planların arxasında nəyin durduğunu da bildirmiş-
dilər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
158
Həqiqət gün kimi aydın idi. Sadəcə həqiqəti bilmək Nəri-
manovun və onun ətrafındakıların xəyanətkar niyyətlərinin
həyata keçməsinə mane olardı. Çünki qarşıda Zəngəzurun və
Qarabağın ermənilərə verilməsi kimi tarixi bir xəyanət sse-
narisi dururdu. Buna görə də bu ssenariyə qarşı çıxa biləcək
insanları ləkələmək və məhv etmək, əksinə onların cinayətkar
planlarına dəstək verənləri isə mükafatlandırmaq lazım idi.
Ona görə də həqiqəti bilmək onlara sərf etmirdi. Bu cür
adamlar üçün həqiqət nəyin bahasına olursa-olsun kariyera
əldə etmək və onu qoruyub saxlamaqdır. Onunçün də belə
anlarda insan müdrik qərar qəbul etməlidir, ya kariyerasını
mənəviyyatına qurban verməli, ya da əksinə mənəviyyatını
kariyerasına qurban verməlidir. Çox təəssüflər olsun ki, Nəri-
man Nərimanov müdrik qərar qəbul edə bilmədi. Ona görə də
xalqın qəhrəman oğullarına qarşı qurulmuş böhtan kompani-
yasına nəinki göz yumdu, hətta Zəngəzurun və onun qəhrə-
man insanlarının taleyini öz kariyerasına qurban verdi. Bu an-
da Aslan bəy Sultanovun öz məruzəsində göstərdiyi bir
məqama nəzər salaq; Məruzəsində yazır ki, bugünlərdə mənə
məlum oldu ki, qəza hakimiyyəti mərkəzdən qurulub. Bu nə
demək idi? Yəni ən çətin, mürəkkəb tarixi şəraitdə, qarşıda
daşnak hökumətinə qarşı ağır müharibə dayanırdı, o zaman
mərkəz öz seçimini etmişdi və yerli sərkədə Aslan bəyə bütün
ümidlərini bağlamışdı elə ona görə də o zonada bütün
fövqəladə səlahiyyət ona verilmiş, o da öz növbəsində
inandığı sədaqətli insanlardan ibarət yerli hakimiyyəti təşkil
etmişdi. Hadisələrin sonrakı inkişafı bu seçimin nə qədər
doğru olduğunu sübut etmişdi. Ancaq Nərimanov özünü elə
qələmə verməyə çalışırdı ki, guya hakimiyyətin nə məqsədlə
kommunist partiyasının üzvü olmayan Sultanovların sima-
sında təmsil olunmağının hansı tarixi zərurətdən yarandığını
bilmir.
Yerli hökumətdə təmsil olunan Sultanovlar Aslan bəy Sul-
tanovun ən yaxın qohumları olmaqla ən ağır sınaq dövründə
daşnak hökuməti ilə ağır müharibələrdə sınaqdan çıxan insan-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
159
159
lar idilər. Onlar öz sədaqətlərinin sübut etmişdilər. Təsadüfi
deyil ki, daşnaklarla müharibədə qələbə çalındıqdan sonra
Aslan bəyə yeni böyük etimad göstərilir və onu bütün
Qarabağın və Zəngəzurun fövqəladə komissarı təyin edirlər.
Bu yerdə bir məsələyə diqqət yetirək, əgər onun yaratdığı
yerli hökumət doğrudan da özünü doğrultmasaydı Aslan bəyi
general səlahiyyətli bir vəzifəyə irəli çəkməzdilər. Nərimnov
və onun əlaltıları Aslan bəy Sultanovu da, onun çiyindaşlarını
da, yaratdığı yerli hökumətin üzvlərinin kimliyini də çox yaxşı
bilirdi. Araşdırmalarımız zamanı bir şeyi də yəqinləş-
dirdik ki, fövqəladə komissar vəzifəsi tabeçiliynə daxil olan
bütün ərazilərdə Ali Hakimiyyət, onun fövqəaladə komissarı
isə ali hakimiyytəin başında dayanan şəxs hesab edilirdi. Artıq
Qarabağda da missiyasını şərəflə başa vuran Aslan bəy
mərkəzə daha böyük vəzifəyə çağırılır. Aslan bəy kimi ayıq,
tükü-tükdən seçən, hətta erməni keşişini özünə işlədən bir
sərkərdə yaxşı başa düşürdü ki, bu təklif ancaq onun üçün
hazırlanan bir tələdir. Onu mərkəzə dəvət edən şəxslər onun
xarakterini çox gözəl bilirdilər. Bilirdilər ki, o heç vaxt
partiya üzvü olmayacaq, bununla da həm bəy nəslindən
olması, həm də kommunist partiyasının üzvlüyünü qəbul
etməyən bir insanın böyük dövlər vəzifəsinə təyin olunması
sual altında qalacaq. Ən başlıcası da onu ona sadiq hərbi
qüvvələrdən uzaqlaşdırmaq, sonra da həbs edərək “ermə-
nilərin düşməni” adı altında ermənilərə təhvil vermək idi. Bu
da Şaumyanların rəğbətinin qazanmaq üçün Nəriman Nəri-
manovların, Çingiz İldırımların, Əliheydər Qarayevlərin bö-
yük şans əldə etməsi sayılardı. Aslan bəyin kəşfiyyatı mər-
kəzdən ona qarşı hansı tələnin qurulması barədə məlumat
vermişdi. Ona görə də mərkəzin ona daha böyük etimad gös-
tərməsinin arxasında hansı məkrli planın dayandığını Aslan
bəy çox gözəl bilirdi.
Artıq mərkəzdə Aslan bəyin yaratdığı yerli qəza hökumə-
tinə ironiya ilə bəylərdən ibarət olan inqilab komitəsi deyirdi-
lər. Axı bəylər Sovet hökuməti üçün sinfi düşmən sayılırdı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
160
Ona görə də ən tutarlı damğalardan biri də “bəy” damğası idi.
Əvvəl bu bəylərin gücündən, nüfuzundan istifadə edib daşnak
müharibəsini qələbə ilə başa çatdırmaq, sonra isə onları bəy,
əksinqilabçı damğası ilə aradan götürmək. Ataların dediyi
kimi mərdi qova-qova namərd etmək.
Aslan bəy mərkəzdəkilərə kommunist partiyasına keçmə-
yəcəyini və heç bir böyük vəzifə iddiasında olmadığını, öz
yerinə qayıdaraq qəzanın milis idarəsinə rəhbərlik etməklə
cinayətkarlığa qarşı mübarizə aparacağnı bildirmişdi. Əslində
özünün yaratdığı qəza hökumətinə rəhbərlik etmişdi. Görün-
düyü kimi mərkəzi hakimiyyətin hiyləsi baş tutmur. Qəzada
işləyərkən onu işdən azad etməsini və ona rəsmi olaraq heç bir
məlumat bildirilməməsini məruzəsində yazır. Diqqət edin
qəzada otura-otura mərkəzdə Nərimanovun kabinetində quru-
lan bütün gizli oyunları bilir. Hadisələrin gələcək inkişafı da
onun tamamilə haqlı olduğunu sübut etdi. Yəni Aslan bəy
1929-cu ildə xaincəsinə öldürüldükdən sonra onun qəhrəman
dəstə rəhbərləri Lətiflə Kərim aldadıldılar. Onlara yalandan
deyildi ki, guya məhkəmə onlara bəraət verəcək, qaçaqlıq
damğası üzərlərindən götürüləcək və onlar bu xalqın qəhrə-
man oğulları olmaqla tarixdə qalacaqlar. Düzdü, onlar tarixdə
xalqın qəhrəman oğulları kimi qaldılar və bu gün də ürəklər-
də yaşayırlar. Lakin çox təəssüf ki, Lətiflə Kərim də növbəti
xəyanətin qurbanları oldular. İçimizdə olan xainlər onları
aldadaraq ermənilərə təhvil verdilər və onların sonrakı talelə-
rindən heç bir məlumat olmadı. Çox güman ki, illər boyu
daşnaklara qan udduran bu qəhrəman xalq oğulları erməni
qəsbkarlarının əlində olmazın işgəncələrə məruz qalıblar.
Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Zaman bizə
bir həqiqəti də sübut etdi ki, qəhrəmanlar ölmür, onlar öz
xalqının tarixində, yaddaşlarında daim yaşayır və yaşayacaq.
Onların ruhları o zaman rahatlıq tapır ki, arzuları, ideyaları və
tapdanmış haqları gerçəkləşir və qiymətini alır. Yəqin ki, bu
anlarda Aslan bəyin, onun yaxın silahdaşlarının və əqidə qar-
daşlarının, Lətiflə Kərim kimi mərd oğulların ruhları dinclik
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
161
161
tapır, şad olur. Amma çox güman ki, bu anlarda əzab çəkən,
rahatlıq tapmayan xain ruhlar da var və o ruhlar zamanın gər-
dişindən, həqiqətlərin üzə çıxmasından çox narahatdırlar!
Nəriman Nərimanovun komissiyasının heç bir arqumet
gətirmədən və heç bir ittiham sübuta yetirilmədən Aslan bəyi
ittiham etməsi və bu ittihamlar əsassız olduğuna görə ictimai
rəy tərəfindən rədd edildikdən sonra Aslan bəyə qarşı yeganə
və gülüş doğuran bir ittiham tapılır: (Lixoy strelok, vraq
armyan! yəni Sərrast atıcı və erməni xalqının düşməni!)
Düzdü, bu ittihamların hər ikisi Aslan bəyə yaraşır. O, doğru-
dan da səsə güllə ata bilən, düşmənlərinin alnının ortasında
imza qoymağı bacaran, xalqının düşmənləri olan daşnaklar-
dan layiqincə qisas alan bir sərkərdə və el qəhrəma-nı olub.
“Vraq armyan” deməklə yəni Andronikin, Nijdenin, Dronun,
Sumbatın, Manukun düşməni və ən başlıcası isə Nəriman
Nərimanovun itaət etdiyi bir daşnak lideri, türk düşməni,
Bakıda və Azərbaycanın müxtəlif yerlərində kütləvi qırğınla-
rın təşkilatçısı olan Şaumyanın düşməni olmaq deməkdir.
Nəriman Nərimanovun mərkəzi Qubadlı rayonunun Xan-
lıq kəndində yaratdığı inqilab komitəsi (yerli hakimiyyət) isə
1920-ci ildə Zəngəzurun ermənilərə verilməsinin zəruriliyini
boş-boş, iyrənc arqumentlər gətirməklə təkid edən və imzala-
yan yerli xainlərin hakimiyyəti idi. Hansı ki, arxiv sənədləri
də bunu təsdiq edir ki, siyahını Nəriman Nərimanova erməni
rəhbərləri göndərmişdi. Bu da Nəriman Nərimanovun və onun
komandasının ermənilərlə əlbir olmasını sübut edir. Nə-
riman Nərimanovun düşüncəsinə görə bu adamların hakimiy-
yətdə təmsil olunması onun gələcəkdə xəyanətdə iştirakının
məsuliyyətini azaldır. Yəni bu onun təşəbbüsü ilə olmayıb,
həmin tələbi yerli insanlar özləri irəli sürüblər. Hansı ki, Sa-
valan Şirinov öz məruzəsində yazır ki, aran Zəngəzur öz
münbit torpaqları ilə seçilir, müsəlmanlar orada yaxşı əkin-
biçin edirlər, taxıl bol olur. Buradan da belə bir nəticə çıxar-
maq olur ki, Zəngəzurun ən münbit torpaqlarını ermənilərə
hədiyyə ediblər. Beləliklə də bu hakimiyyət Zəngəzurun ve-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
162
rilməsini reallaşdırmaq missiyasını, öhdəliyini öz üzərinə
götürmüşdü.
Gəlin qısa bir müqayisə aparaq; Aslan bəyin yaratdığı in-
qilab komitəsi üzvləri ilə Nəriman Nərimanovun yaratdığı in-
qilab komitəsi üzvlərinin siyahısını bir də nəzərdən keçirək.
Əvvəlki bölmələrdən də bizə məlumdur ki, Aslan bəyin ya-
ratdığı yerli hökumət heç bir təmənna güdməyən, yalnız öz
xalqının mənafeyi uğrunda barışmaz mübarizə aparan, bir
əqidəsi, bir amalı olan savadlı, ziyalı insanlardan ibarət idi,
Nəriman Nərimanovun yaratdığı yerli hakimiyyət üzvləri isə
cinayətləri tam sübuta yetirilmiş, xəyanətlərdə əli olan, təmiz
və namuslu insanlara qara yaxmaq, şər atmaq yolunu tutan və
törətdiyi cinayətlərə görə Aslan bəyin komandası tərəfindən
cəzalandırılan adamlardan ibarət idi.
Nəriman Nərimanov nədən birincilərə deyil, ikincilərə –
cinayətkarlara üstünlük verir, onlara etimad göstərirdi? Çünki
onun özü də o əqidənin sahibi, karyera xəstəliyinə tutulmuş
bir kommunist idi. Nəriman Nərimanovun komissiyası bir də
onu qeyd edirdi ki, yerli hakimiyyətdə olan bəylər hökuməti
əvvəlki kimi müsavatsayağı idarə edirlər. Onlara sual vermək
lazım idi ki, müsavatsayağı idarəçilik nə deməkdir ki? Bizim
düşüncələrimizə görə daha ədalətli idarə etmək, daha demok-
ratik formada üsul-idarə yaratmaq. Əgər o idarəçilk ədalətsiz
idisə bəs onda bu gün nə üçün fəxr edirik ki, indiki müstəqil
Azərbaycanımız 1918-1920-ci illərdə Şərqdə ilk dəfə qurul-
muş demokratik dövlətin (hakim partiyası müsavat olan)
varisidir. Aslan bəy də ittihamedici məruzəsinin sonunda ya-
zır ki, əgər biz bütün gücümüzü, səylərimizi, enerjimizi bu
quruluşun saxlanmasına sərfediriksə bunu yalnız o düşüncə ilə
edirik ki, bu quruluş xalqı xoşbəxtliyə və xilasa aparır.
Buradan da açıq-aydın göründüyü kimi, Aslan bəy aldandı-
ğını etiraf edir və sətiraltı mənada bildirir ki, bu quruluş
demokratiya, bərabərlik, ədalət maskası altında qurulan
fırıldaqçı və riyakar bir quruluşdur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
163
163
Eyni zamanda onu da bildirir ki, həmin Qızıl Ordunun
28-ci diviziyası ilə birlikdə daşnaklara qarşı vuruşub və həmin
diviziyanı ölümdən qurtarıb. İndi Nərimanov onun üzərinə
qızıl ordu əsgərlərini göndərir. Aslan bəy bildirir ki,
Xudabaxış bəyin azad olunması barədə kommunist partiyası
rəy verib. Onun azad edilməsi haqqında qəzanın bütün məsul
işçiləri Şuşa siyasi bürosu qarşısında tələb qoyublar. Az keç-
dikdən sonra Xudabaxış bəy azad olunur və onun günahsız
olduğu sübuta yetirilir. Buradan nə nəticə çıxarmaq olar? Bu
günahsız insanın tutulmasına imza atmış yerli kommunistlər-
Savalan Şirinov, Nəzər Heydərov, Mirzə Muxtar Bayramov
və qeyriləri özləri cinayətkar deyillərmi? Vəzifə tutmaqdan
ötəri hər cür xəyanətlərə əl atmış bu elementlər nə vaxtsa
arxivlərin açılacağını, həqiqətin bir gün üzə çıxacağını və on-
ların ifşa olunacaqlarını ağıllarına belə gətirməzdilər.
Zaman ən böyük hakimdir! O qəhrəmanları ittiham edən-
ləri bu gün zaman özü ittiham edir. Ən ədalətli ittiham isə
zamanın ittihamıdır. Təkcə onu demək kifayətdir ki, Aslan
bəyin əvvəlcədən məruzəsində söylədiklərinin hamısını za-
man təsdiq etdi. Aslan bəy sonra bildirir ki, o ki qaldı mənim
xidmətlərim haqqında bu barədə xahiş edirəm ki, məlumatları
qərəzsiz insanlardan alasınız. Mənimlə birgə vuruşmuş insan-
lardan. 28-ci diviziyanın komandanı general Semyonov baş-
da olmaqla ardıcıl olaraq alay komandirlərinin adlarını sada-
layır. Bundan sonra göstərir ki, 15-i iyuldan 20-si noyabra
qədər mən bu yoldaşlarla birlikdə daşnaklara qarşı fədakar-
lıqla, canımı belə əsirgəmədən vuruşmuşam. Dəfələrlə həya-
tımı risqə ataraq ölüm təhlükəsi ilə üzləşmişəm. Qafandakı
mis zavodunu alarkən isə başımdan yaralanmışam və Gorus-
da hərbi xəstəxanada yatmışam. Bu barədə 28-ci diviziya
komandanlığından arayışım var”.
Bu yerdə bir məsələyə diqqət yetirək. Başından yara almış
Aslan bəy heç nədən çəkinmədən daşnak yuvasının mərkəzi
sayılan Gorusdakı hərbi xəstəxanada müalicə alır. Ona xəbər-
darlıq edilsə də ki, sənin həyatın üçün burada təhlükə ola bilər,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
164
o bunlara əhəmiyyət vermədən məhz Gorusda müalicə alır. O
zaman bu hərəkət böyük cəsarət tələb edirdi.
Qızıl ordu Zəngəzurun sərhədlərindən geriyə çağırıldıq-
dam sonra mənim fəaliyyətimə yüksək qiymət verildi və mənə
böyük etimad göstərildi. Mən Qarabağın və Zəngəzu-run
fövqəladə komissarı təyin edildim.
“O zamandan bəri mənim fəaliyyətim və səylərim
nəticəsində qəzada tam inqilabi qayda-qanun hökm sürürdü.
Mən olmasaydım ərzaq payını və əmək haqqını ala bilməyən
milis əməkdaşları çoxdan vəzifələrindən imtina edərdilər.
Mən onlara maaş əvəzinə xoş vədlər verirəm. Sanki bütün
bunları etmək onların alın yazısı imiş.
Mən onları ordunun gələcəyi və hər şeyin tezliklə yaxşı
olacağı ilə ruhlandıraraq bu yolla onları xidməti davam et-
mələri üçün saxlayıram. Bir tərəfdən də Fars-İran xanları,
daşnaklar və daxili zərərli elemenlərə qarşı rahatlıq və dinc-
lik bilmədən mübarizə aparıram”.
Bu məsələni təhlil etməyə çalışaq. Aslan bəy bu fikirləri ilə
mərkəzdə oturanların diqqətinə çatdırır ki, yuxarıda saydıq-
larımı (ərzaq, filan) siz etməliydiniz, sizin yerinizə də bunları
mən etdim.
Aslan bəyin bu ittihamedici bəyənatı mərkəzi hökumətdə,
Azərbaycan İnqilab Komitəsində Nəriman Nərimanovun işti-
rakı ilə oxunsa da bu məsələlərə ədalətli qiymət verilməmişdi.
Sonra Aslan bəy bildirir ki, nəticədə mən təxribat və yalan
məlumatlar əsasında vəzifəmdən uzaqlaşdırılmışam.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
165
165
“Mərkəzə verilən yalan və böhtan dolu məlumatlar
əsasında mən haqsız, ədalətsiz olaraq tutduğum vəzifədən
azad edilmişəm.
Mərkəzi hakimiyətin mənə qarşı etdiyi bu haqsızlıqdan
özümü son dərəcə incimiş hesab edirəm və bütün bunların
müqabilində yalnız bircə xahişim var: mənim fəaliyyətimi
araşdırmaq üçün qərəzsiz komissiya təşkil edilsin. Qoy həmin
komissiya mənim fəaliyyətim haqqında mərkəzə ötürülən
məlumatların nə qədər yalan və böhtan olduğunu müəyyən-
ləşdirsin. Eyni zamanda qeyd edim ki, bizim fəaliyyətimiz
Sovet hakimiyyəti üçün də dəyərli olub. Biz bu hökumətin
mərkəzdən gələn nümayəndələrinin bizi inandırdığına, ən
əsası da xalqımızın ən qatı düşməni olan daşnaklara qarşı
birgə müharibə aparmağı təklif etdikləri üçün bu hakimiy-
yətin fəhlə-kəndli hökuməti olduğunu və demokratik olduğu-
na bizi inandırmaq üçün yerli hökuməti qurmağı da qəzanın
insanlarının özlərinə həvalə olunması bu quruluşun tam de-
mokratik bir quruluş olmasına inam yaratmışdı. Hansı ki,
müsavat hakimiyyəti dövründə yerli hökumət mərkəzdən
təyin edilirdi. Bütün bunlardan sonra heç bir silahlı müqavi-
mət göstərmədən razılığa gəldik və yerli qəza hökumətini
qurduq. Bu gün də biz bütün gücümüzü və enerjimizi yeni
quruluşun saxlanması üçün yalnız ona görə sərf edirik ki, bu
quruluş bizimçün əlverişlidir və milləti xoşbəxtliyə və xilasa
aparır. Elə olmasaydı xalq asanlıqla ona az qala qızıl dağlar
vəd edən daşnak hökumətinə etimad göstərədi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
166
Ona görə də Mərkəz bizim fəaliyyətimizi qiymətləndir-
məli və dəyər verməlidir. Dəqiqləşdirmə aparmadan suyu
bulandırdıqdan sonra bulanıq suda balıq tutmaq istəyənlərin
məkrli və qərəzli fikirlərinə əsaslanıb bizim fəaliyyətimizə
ləkə salmaq o qədər də asan deyil.
Xahiş edirəm ki, mənim faktlara əsalanan məlumatlarımı
Azərbaycan Mərkəzi İnqilab Komitəsinin Ümumi iclasında
oxuyub müzakirə edəsiniz.
Qəza Milis İdarəsinin rəisi A. Sultanov.”
****
Bir məsələni də qeyd etmək lazımdır ki, fövqəladə komissar
Qarabağ və Zəngəzurun bütün orqanlarına rəhbər-
lik edən şəxs sayılırdı. Aslan bəy məruzəsində göstərir ki, mən
bütün Qarabağın və Zəngəzurun fövqəladə komissarı tə-
yin edildim. Eyni zamanda Qubadlı qəzasının və aran
Zəngəzurun da milis rəisi oldum. Qarabağ və Zəngəzurun ali
hakimiyyətinə rəhbərlik etməklə bütün bu orqanlara rəhbər-
lik edir. Ancaq Zəngəzur qəzası düşmənlə sərhəddə olduğuna
görə daşnak hökumətinə qarşı birbaşa üz-üzə dayandığına
görə milis də o vaxtın əsas hərbi gücü hesab edildiyindən
Zəngəzur qəza milis idarəsini o heç kəsə etibar etməmiş və
özü birbaşa idarə etmişdi.
Bir dəfə Əli Şərifova etibar olunmuş, amma onun fəaliyyə-
tində cinayətləri və xəyanətləri üzə çıxmışdır. O hadisədən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Dostları ilə paylaş: |