Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
137
137
fəaliyyətə sıxışdırılan yerli kommunist partiyasının üzvlərinin
əlində hansı güc və səlahiyyət var idi ki, daşnak hökuməti
nümayəndələri onlara təklif etsin ki, kimisə tutub onlara təh-
vil versinlər və birgə bazar yaratsınlar. Onlar sonra da qeyd
edirlər ki, biz yerli kommunistlər daşnak hökumətinin bütün
təkliflərini rədd etdik.
Çingiz İldırımın himayə etdiyi bu yerli xainlər utanmadan
bildirirlər ki, yerli hakimiyyətin rəhbərləri olan bəylər daş-
nakların səsinə səs verdilər. Hansı ki, Çingiz İldırım və onun
himayə etdiyi yerli xainlər yaxşı bilirdilər ki, daşnak hökumə-
tinin dağıdılmasının hərbi planının müəllifi, yerli hakimiyyə-
tin və hərbi qüvvələrin başında duran məhz Aslan bəy
Sultanov olmuşdur və elə ona görə də mərkəz onun fəaliyyə-
tinə qiymət vermiş, onu qızıl medalla təltif etmişdi. Bundan
sonra isə ona daha böyük etimad göstərilmiş, o bütün
Qarabağın və Zəngəzurun fövqəladə komissarı vəzifəsinə irəli
çəkilmişdi. Bu vəzifədə olarkən də Aslan bəy mərkəzi Şuşa
olan Qarabağ və Zəngəzurun fövqəladə komissarı olmaqla 20-
yə qədər rayonun birbaşa rəhbəri olmuşdu.
Lakin onlar (yerli kommunistlər) ona görə heç nədən
çəkinmədən bu qarayaxma kompaniyasını aparırdılar ki,
Nəriman Nərimanovun onlara birbaşa dəstək verdiyindən
yaxşı xəbərdar idilər. Çingiz İldırım da Nəriman Nərimano-
vun xeyir-duası ilə öz əmisi oğlanlarına qarşı bu böhtan və
qarayaxma kompaniyasına başçılıq edirdi. Aslan bəy öz mə-
ruzəsində daşnak hökumətinin başçısı general Nijdenin bir-
ləşmək üçün ona müraciət etdiyini (Aqarak kəndində) və
onun bu müraciəti rədd etdiyi barədə mərkəzə məluimat
verdiyini göstərir.
Bir şeyi nəzərinizə çatdırmaq istəyirik ki, daşnak hökuməti
yerli hökumətin rəhbərlərini qoyub guya gizli fəaliyyət
göstərən və əllərində heç bir səlahiyyət olmayanlara müraciət
edir. Buradan da belə bir nəticə çıxır ki, bütün bu oyunların
arxasında sadəcə mərdləri qovaraq namərd etmək siyasəti
dayanırmış.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
138
Daha sonra Savalan Şirinov bildirir ki, bütün rəhbər vəzi-
fələri sovet maskası altında gizlənən keçmiş müsavatçılar tu-
tur. Məruzənin sonunda göstərir ki, qəza milis idarəsinin rəisi
Aslan bəy Sultanov Şuşadan aldığı bütün pulları öz yaxın
adamlarına paylayır. Çingiz İldırımın idarə etdiyi bu yerli
xainlər daha sonra mərkəzdən 200 qızıl ordu əsgərinin kömək
üçün göndərilməsini və qəzanın bütün rəhbər işçilərinin
gizlinə sıxışdırılan kommunistlərin təkidi ilə həbs edilməsini
tələb ediblər. Həmin sənədi isə aşağıdakılar imzalayıblar:
Savalan Şirinov, Nəzər Heydərov, Mirzə Muxtar Bayramov
və başqaları...
****
Nəriman Nərimanov Aslan bəyi və onun ətrafında olanları
yaxşı tanıdığı halda göndərilən donoslara və deyilən böhtan-
lara göz yumdu. Çünki Zəngəzurun verilməsi planının real-
laşması üçün yeganə bir yol vardı: Zəngəzurun o vaxtkı yerli
rəhbərlərini hakimiyyətdən uzaqlaşdırmaq.
Aslan bəy məruzəsində təkidlə bildirir ki, mənim haqqım-
da məlumatları mənimlə birlikdə daşnak hökumətinə qarşı
vuruşan və həmin döyüşdə başımdan aldığım yaranın şahid-
ləri olan qərəzsiz insanlardan soruşun. Başımdan yaralan-
mağım barədə 28-ci diviziyanın verdiyi arayış da var. O təklif
edir ki, yaxşısı budur ki, bu məlumatları 28-ci diviziyanın
komandiri general Semyonovdan və 28-ci diviziyanın
tərkibinə daxil olan alay komandirlərindən (alay komandirlə-
rinin adlarını çəkərək onları bir-bir sadalayır) xəbər alın.
Burada bir məntiqi sual yaranır. Nə üçün Nəriman
Nərimanov milliyətcə rus olan Semyonovdan və onun alay
komandirlərindən bu barədə soruşmur. Ona görə soruşmur ki,
artıq həqiqəti bilmək onun maraqlarına uyğun deyildir. Əgər
həqiqəti bilmək Nəriman Nərimanovun maraqlarına uyğun
olsaydı, o, qısa zamanda Semyonovla əlaqəyə girib, doğridan
da bu döyüşdə Aslan bəyin başından yaralanmağını və28-ci
diviziyadan bu barədə Aslan bəyə tibbi arayışın verildiyini
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
139
139
dəqiqləşdirərdi. Başqa bir tərəfdən sonradan ironiya ilə inqilab
komitəsi, yəni, indiki hökumətin sinfi düşmənlərindən ibarət
inqilab komitəsinin yaranmasına nə üçün xeyir-dua verdin?
Ən çox ikrah hissi doğuran odur ki, həmin mühari-
bədə Aslan bəy qızıl medalla təltif olunub. Bütün bunları da
Nəriman Nərimanov başqalarından daha yaxşı bilirdi. Çünki
daşnak hökumətinə qarşı bu müharibədə Aslan bəyin hərbi
planı sayəsində qələbə çalınmışdır. Bundan sonra da ona daha
böyük etimad göstərilmiş, bütün Qarabağın və Zəngəzurun
fövqəladə komissarı, yəni o dövr üçün general səlahiyyətli bir
vəzifəyə irəli çəkilmişdir.
Bundan başqa savalan şirinovun məruzəsində 1921-ci ilin
aprel ayında mərkəzdə çıxış elədiyi məruzəsində Aslan bəyin
və onun komandasının daşnaklarla əlbir olub sovet hökuməti-
nin yıxılmasına çalışdıqlarını göstərir və bu sənədin sonunda
isə imza edirlər Nəzər Heydərov, Savalan Şirinov, Mirzə
Muxtar Bayramov və qeyriləri. Çox nifrət hissi doğuran odur
ki, bir ay sonra Nəriman Nərimanovun göndərdiyi komissiya-
da göstərilir ki, Aslan bəy və onun komandası ermənilərin qatı
düşməni olduğuna görə çox böyük məmnuniyyətlə Qızıl
ordunun daşnak Ermənistanına hücum etməsinə bələdçilik
etmişdilər və bu sənəddə də Nəzər Heydərov bildirir ki, biz
partiya işçiləri məcburiyyət qarşısında qalaraq gizli fəaliyyət
göstəririk. Bir neçə dəfə hazırlaşmışıq ki, başqa qəzalara
köçək. Göründüyü kimi bir ay qabaq aprel ayındakı arxiv
sənədində daşnakların dostu, qatı əksinqilabçıların Aslan bəy
və onun komandasının mərkəzi hökumətdən həbs olunmasını
tələb edən Nəzər Heydərov və onun əqidə qardaşları bir ay
keçəndən sonra may ayında artıq Nərimanivun göndərditi
komissiyada Aslan bəyin erməni xalqının düşməni olduğunu
göstərirlər. Burada məntiqi sual yaranır. Həmin Nərimanovun
göndərdiyi komissiyanın məlumatında göstərilir ki, Aslan bəy
və onun komandası XI orduya daşnak Ermənistanına qarşı
vuruşmağa bələdçilik ediblər. Necə olur ki, Savalan Şirino-
vun məruzəsində göstərilir ki, daşnaklarla dostluq edirlər.
Başqa bir tərəfdən də 28-ci diviziyanın missiyası daçnak
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
140
hökumətini məhv etmək olub, bütün erməni xalqını deyil.
Buradan da açıq-aydın görünür ki, Nəzər Heydərov kimi
adamlar mərkəzə ötürülən məlumatların birində yazırlar ki,
Aslan bəy və onun komandası daşnaklarla dostluq edir,
əksinqilabçıdırlar. Başqa bir mərkəzə ötürülən məlumatda
göstərirlər ki, daşnakların deyil, bütün erməni xalqının düş-
mənidirlər. Buradan məbtiqi sual yaranır. Mərkəzi hakimiy-
yətdə oturan adamlar görəsən nəyə görə Nəzər Heydərov,
savalan Şirinov və başqa böhtançılardan soruşmurdular ki, bir
ay qabaq daşnakların dostu etdiyiniz insanları bir ay sonra isə
bütün erməni xalqının düşməni edirsiniz. Görəsən daşnak-
lar erməni xalqının üzvü deyillər? Bütün bu hadisələrin
məntiqi təhlili göstərir ki, mərkəzdə oturanlar bu çirkin oyun-
ları özləri təşkil etdikləri üçün bu böhtançıları etdikləri
cinayətə görə cəzalandırmamış və bu məsələlərə göz yum-
muşlar.
(Bu məruzə Azərbaycan Dövlət Milli arxiv idarəsində
fond 410, siyahı 1, iş 205 qrifi ilə saxlanılır).
Təssüf ki, Nərimanov bu barədə məlumatları Aslan bəyin
qeyd etdiyi qərəzsiz insanlardan deyil, Çingiz İldırımın və
erməni Mirzoyanın himayə etdiyi xainlərdən soruşur və on-
lara inanır. Çünki həqiqəti bilmək onun maraqları ilə uyğun
gəlmirdi, əslinə qalanda isə o həqiqəti hər kəsdən daha yaxşı
bilirdi. Ona görə də qərəzli kommunist partiyası üzvlərinin
göndərdiyi məlumatlar, erməni rəhbərlərinin göndərdiyi mə-
lumatlar və erməni məxfi işçilərinin göndərdiyi məlumatlar
əsasında qərar qəbul edir. Çünki onun özünün imza atdığı bu
tarixi xəyanəti (Zəngəzurun ermənilərə verilməsi) gerçəkləş-
dirmək üçün ona qarşı çıxa biləcək real qüvvələri aradan
götürmək onun qarşısında duran əsas məqsədlərdən biriydi.
Əgər belə olmasaydı o, Aslan bəyin kimliyi haqqında general
Semyonovdan da nəsə (XI Qızıl ordunun 28-ci diviziyasının
komandiri) soruşardı.
Aslan bəy bunu ironiya ilə Nərimanova xatırlatmaqla bir
daha onun yadına salmaq istəyirdi ki, 28-ci diviziyanı daşnak
tələsindən məhz mən xilas etmişəm və bu barədə mərkəzin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
141
141
xüsusi qərarı olub, mən qızıl medalla təltif olunmuşam. Heç
cürə ola bilməzdi ki, Zəngzurda və Qarabağda fövqəladə
komissar olan bir adamı, daşnak hökumətini darmadağın edən,
o hökumətin məhv edilməsi hərbi planının müəllifini
Nəriman Nərimanov tanımasın.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
142
Beşinci fəsil
****
Yuxarıda göstərilən arqumentləri əsaslandırmaq üçün digər
bir arxiv sənədinin təhlilinə keçərək, mərkəzdən Zəngəzura
ezam olunan məxfi işçilərin yerli qəza rəhbərlərinin
daşnaklarla əlbir olmaları, onlara hər cür kömək göstrəmələri
haqqında böhtan dolu məlumatları təkzib edən yeni bir arxiv
sənədi üzərində təhlil və müqayisələr aparaq. Kommunist
partiyasının qəzadakı üzvləri də məxfi erməni işçilərlə
həmrəy olduqlarını bildirir, onlar yerli rəhbərləri eyni
ittihamlarla suçlayırdılar.
Siyasi Sənədlər Arxivi fond 1, siyahı 2, iş 105, səhifə
48-51 qrifi ilə qorunan bu sənəddə Nəriman Nərimanovun
qəzaya göndərdiyi komissiya üzvlərinin qəzanı tamailə təftiş
etdikdən sonra mərkəzə ötürdükləri məlumatlar öz əksini
tapmışdır. Adı çəkilən komissiya yoxlamanın yekununda
göstərir ki, ümumazərbaycan sovetlər qurultayına seçkilər
keçirmək üçün mənə tapşırılan Şuşa, Qaryagin və Qubadlı
qəzalarında olduqdan sonra sovet və partiya quruculuğu
barədə məndə aşa-ğıdakı təəssürat yarandı: Qaryagin və Şuşa
qəzalarında azçox sovet hökumətinin varlığı hiss olunur.
Qubadlı qəzasına gəldikdə isə orada sovet hökumətinin izi-
tozu belə yoxdur. Qəzada olan hakimiyyətsizlik, vəziyyəti
tam hərc-mərcliyə gətirib çıxarmışdır. Belə bir şəraitdə qəza
əhalisi çaşbaş qalaraq nə edəcəklərini bilmir, onalara ağ gün
vəd edənlərin qucağına atılmağa hazır vəziyyətdədirlər.
Daşnaklar və İran xanları tərəfindən əhaliyə belə bir təkliflər
də olmuşdur. Yerli əhali daşnaklarla düşmən olduqlarından
belə bir təklifi rədd etmişlər. İran xanları ilə isə geniş ticarət
əlaqələrinə başlanılmışdır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
143
143
Aslan bəyin məruzəsində də göstərilirdi ki, Nijdenin mü-
səlmanlarla Aqarakda birləşmək təklifi rədd edilmişdir və bu
barədə mərkəzə ətraflı şəkildə yazılı məlumat verilmişdir.
Daha sonra Nəriman Nərimanovun komissiyası bildirir ki,
yerli bəylər və mülkədarlar qızıl ordu hissələrinə daşnak hö-
kumətinə qarşı vuruşmağa məmnuniyyətlə bələdçilik etməklə
özlərinə böyük nüfuz və təmiz işçi imici qazana biliblər.
Göstərilən insanlar rus dilini bilməklə bu nüfuzu asanlıqla
qazanmışdılar.
Bu yerdə bir məsələni qeyd etmək yerinə düşər ki, yerli
bəylər və mülkədarlar daşnak ermənistanına qarşı vuruşmağa
28-ci diviziyaya böyük məmnuniyyətlə bələdçilik ediblər.
Buradan da aydın olur ki, Mirzoyanın göndərdiyi məxfi işçilər
və yerli kommunistlərin mərkəzə ötürdükləri donoslar-
da olduğu kimi deyil, əslində həmin qüvvələr daşnak Ermə-
nistanına qarşı vurumuş və mübarizə aparmış qüvələr kimi
başa düşülməlidir. Çünki o zaman ermənistanda daşnak
hökuməti hökm sürürdü. Komissiya daha sonrakı məlumat-
larda hadisələri və həqiqəti təhrif etməyə başlayır. Yerli
hakimiyyət qüvvələrinin daşnaklara deyil, bütövlükdə ermə-
nilərə qarşı düşmən olduğunu qeyd edir və deyir ki, erməni-
lərə qarşı düşmən olan bu adamlar böyük məmnu-niyyətlə
qızıl orduya bələdçilik edirdilər. Təzada baxın: bayaqdan bəri
daşnak hökuməti, daşnak ermənisatnı deyib haray çəkən və
yerli bəylərin daşnak ermənistanına qarşı müharibədə
bələdçilik etməsini qeyd edənlər, indi də onalrın bütün ermə-
ni xalqına qarşı düşmən olduqlarını qeyd edirlər və buradan da
belə bir nəticə çıxır ki, guya qızıl ordu daşnak hökumətinə
qarşı deyil, ermənilərə qarşı vuruşub. Bu da mərkəzi azdır-
maq üçün düşünülmüş və qurulmuş bir oyundur. Çünki arxiv
sənədləri və tarixi faktlar bir daha sübut edir ki, qızıl ordu-
nun Zəngəzura göndərilən 28-ci diviziyasının missiyası daş-
nak hökumətini darmadağın etmək və yerində sovet hökumə-
tini (fəhlə-kəndli hökumətini) qurmaq olub. Bu sənədi təhlil
etdikcə komissiya üzvlərinin nə qədər böhtançı, qərəzçi və
riyakar olması sənədin hər cümləsində üzə çıxır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
144
Beləliklə, əvvəlki sənədlərdə Azərbaycan kommunist
partiyasının göndərdiyi erməni məxfi işçiləri və Çingiz İldı-
rımın himayə etdiyi yerli kommunist partiyası üzvlərinin
qəzanın rəhbərlərini daşnaklarla birgə fəaliyyətdə ittiham
edərək haray çəkirdilərsə, Nəriman Nərimanovun göndərdiyi
komissiya isə qəza rəhbərlərinin erməni xalqının düşməni
olduğunu bildirirdi. Komissiya üzvləri unudurdular ki, daş-
naklar da erməni xalqının bir hissəsidir, bu halda çətinlik
çəkmədən Aslan bəyin və onun silahdaşlarının daşnakların
düşməni olmasını başa düşmək olur. Bu faktları təhlil etdikcə
o donosçuların, böhtançıların hansı əxlaqa sahib olduqları bir
daha məlum olur. Onların nə məqsədlə Aslan bəyə və onun
silahdaşlarına qara yaxma kompaniyası aparmaqlarını dərk
etmək o qədər də çətin deyil. Çünki Aslan bəy və onun yaxın
silahdaşları o yerlərdə real güc və nüfuz sahibi olmaqla, mər-
kəzi hökumətin xəyanət planına qarşı çıxa biləcək ən radikal
qüvvə hesab edilirdi.
Nəriman Nərimanovun göndərdiyi komissiya hesabatında
bir fikir işlədir:- “ermənilərə düşmən olan bəylər”. Bu yerdə
Nəzər Heydərova, Savalan Şirinova və mərkəzdən Zəngəzura
ezam olunan məxfi işçilərə belə bir sual olunur ki: Əgər sizin
təbirinzcə desək, bəylər ermənilərə düşməndirlərsə, o zaman
onlar daşnaklarla necə birləşə, onları silah və ərzaqla necə
təhciz edə bilərdilər?
Göründüyü kimi onlar mərkəzə ötürdükləri donoslarda,
yazdıqları hesabatlarda, etdikləri çıxışlarda və məruzələrdə
Aslan bəyə və onun bölgədə rəhbər vəzifələrə təyin etdiyi
ziyalı, savadlı adamlara nə qədər böhtan atırlar. Aslan bəyin
hərbi fəaliyyətindən, onun 28-ci diviziya ilə birlikdə daşnak-
lara qarşı vuruşmasından, Aslan bəyin bu diviziyanın kəşfiy-
yatına və eyni zamanda bölgədəki partizan hərəkatına
rəhbərlik etməsindən bir kəlmə belə yazmır. Buna cəsarət-
ləri, bəlkə də qeyrətləri çatmırdı.
Aparılan analizlər onu göstərir ki, komissiya üzvləri
qəzaya gələrkən əvvəlcədən tam olaraq təlimatlandırılmış-
dılar və onlar dəqiq bilirdilər ki, onların missiyaları qəzadakı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
145
145
bütün rəhbərlərin fəaliyyətinə kölgə salmaq, onlara qara
yaxmaq və onlar haqqında mənfi imic yaratmaqdan ibarət idi.
Onlar bunu birmənalı olaraq qarşılarına məqsəd qoymuş-
dular. Ancaq nədənsə bu komissiya Aslan bəyin daha böyük
fəaliyyəti – XI Qızıl Ordunun 28-ci diviziyasını Ersevənnik
kəndində daşnak generalı Nijdenin mühasirəsindən çıxararaq
xilas etməsindən yazmırdı. Bu hadisədən sonra Aslan bəy
Sultanov 28-ci diviziyaya faktiki olaraq komandirlik etmiş,
bütün hərbi planları və taktikanı birbaşa tərtib edərək daşnak
hökumətini məhv etmə planını hazırlamışdı. Komissiya
nədənsə həmin plan əsasında Andronikin yaratdığı daşnak
hökumətinin məhv edilməsindən və bu işdə Aslan bəyin
xüsusi xidmətlərindən söz açmağa da özündə cəsarət tapmır.
Bunun üstündən qəsdən sükutla keçərək qarayaxma kom-
paniyasını davam etdirir.
Ona görə də komissiya hesabatında yazır ki: “...hesabatda
adları çəkilən yerli bəylər Qızıl Ordu hissələri Zəngəzurun
sərhədlərindən geri çağrıldıqdan sonra mərkəzdən gələn
vəzifəli şəxslərin və hərbi komissarların yanında nüfuz və
etibar qazanaraq qəzada mühüm rəhbər vəzifələri tutdular.
Onların bu məntiqi ağ yalandır! Faktiki olaraq Aslan bəy və
onun komanda üzvləri bu nüfuzu və inamı daşnak hökumətini
məhv etdiklərinə görə qazanmışdılar! Əgər onların xidmətlə-ri
adi bir bələdçiliklə bitsəydi o zaman Aslan bəyi bütün Qa-
rabağın və Zəngəzurun fövqəladə komissarı vəzifəsinə (gene-
ral səlahiyyətli bir vəzifəyə) təyin etməzdilər. Komissiya
hesabatında gizlədirdi ki, XI Qızıl Ordunun komandanlığı
Aslan bəyin birmənalı olaraq daşnakların ürəyinə xof sala
bilməsindən xəbərdardır, elə ona görə də ordu komandanlığı
bu fakta söykənərək Aslan bəyin (Kommunist partiyası üzvü
olmayan bir şəxsin) Qarabağda və Zəngəzurda fövqəladə
səlahiyyət sahibi olmasına nail ola bilmişdi. Nəriman Nəri-
manovun və bütünlükdə hakim kommunist partiyasının
iradəsinə zidd olaraq kommunist partiyası üzvü olmayan
Aslan bəy Sultanova Qarabağda da Andronikin göndərdiyi
daşnak quldurlarını məhv etmək missiyası tapşırılmışdı. Daha
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
146
sonra komissiya öz hesabatında göstərirdi: “Beləliklə də
qətiyyətlə demək olar ki, bu qəzada sovet hökuməti bəylər-
dən və mülkədarlardan təşkil olunmuşdur. Yəni bu bəylər
əvvəlki kimi hakimiyyəti müsavat hakimiyyəti dövründə
olduğu kimi idarə etməyə davam edirlər”. Bu yerdə belə bir
məntiqi sual çıxır ortalığa: doğrudanmı bu qədər mühüm və
taleyüklü vəzifələri və səlahiyyətləri daşıyan bir şəxs yalnız
bələdçilik etdiyi, rus dilini yaxşı bildiyi, ermənilərin düşməni
olduğu üçün irəli çəkilmişdi? Əsla yox! Həqiqətdə isə baş
verən hadisələr və qurulan oyunların məqsədi o idi ki, xalqın
qəhrəman oğullarını içimizdən olan xainlərin böhtan və şəri
ilə ləkələməyə, onların əldə etdikləri uğurların üstünü
pərdələməyə nail ola bilsinlər.
Nəriman Nərimanovun göndərdiyi komissiya hesabatında
daha sonra yazırdı: “... yerli kommunist partiyasının məsul
katibi Nəzər Heydərov bildirir ki, bütün yerli kommunistlər
başqa qəzalara köçməyə hazırlaşmaq məcburiyyəti qarşısında
qaldıqlarından gizli fəaliyyətə keçiblər”.
Nəzər Heydərov komissiya üzvlərinə ötürdüyü məlumatda
yenə də həmişə olduğu kimi hədəfə aldığı qəza milisinin
fəaliyyətinə toxunur və qeyd edir ki: “Milis sisteminə yalnız
bəylər və mülkədarlar qəbul olunmuşlar. Ona görə ki, bunun-
la onlar özlərini sudan quru çıxarmağa və sovet işçiləri kimi
göstərməyə çalışırlar”. Qəza milis idarəsinin rəisinə gəldikdə
isə hesabatda qeyd olunur ki: “O sərrast atıcı və erməni
xalqının düşmənidir. İnqilab komitəsinin sədri Xudabaxış bəy
Sultanova gəldikdə isə o ixtisasca məllimdir. Yerli partiya
işçilərinin dediyinə görə Mirzə Muxtar Bayramovun böhtanı
və şəri ilə həbs olunub. Belə ki, Xudabaxış Sultanov kəndə
ermənilərin gəldiyini eşitdikdə onların arasında daşnakların
da ola biləcəyindən şübhələndiyi üçün gələnləri saxlayıb,
onlardan mandat tələb edib, mandatları yoxladıqdan və
gələnlərin arasında daşnakların olmamasından tam əmin
olduqdan sonra onları azad edib. Xudabaxış bəyin günahsız-
lığı sübuta yetirildikdən ay yarım sonra Qubadlı kommunist-
lərinin tələbi ilə o, həbsdən azad edilib”.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Dostları ilə paylaş: |