Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   13   14   15   16   17   18   19   20   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

T
i.t
= ∑T
tex
+∑T
təb
+∑T
n
+∑T
nəq
+∑T
əa
+∑T
na 
 
Burada, ∑T
tex,
∑T
təb,
∑T
n
, ∑T
nəq
-müvafiq olaraq texnoloji, təbii, nəzarət və 
nəqletmə əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan vaxtlardır; 
∑T
əa
-əməliyyatlararası fasilə vaxtı; 
 ∑T
na-
növbələrarası fasilə vaxtı. 
İstehsal tsiklinin ayrı-ayrı vaxt ünsürlərinin onun ümumi uzunluğunda xüsusi 
çəkisi istehsal tsiklinin strukturunu əmələ gətirir.
İstehsal prosesləri nə qədər sürətlə baş verirsə, yəni istehsal tsikli nə qədər 
qısadırsa, dövriyyə fondlarının dövretmə sürəti bir o qədər yüksək olar. Nəticədə, 


müəyyən həcmdə dövriyyə fondu təsərrüfat dövriyyəsindən azad olur ki, bu da 
müəssisədə istehsalın genişləndirilməsi üçün istifadə edilə və eyni zamanda 
bitməmiş istehsalın həcmi azala bilər.
3. Firmada istehsal prosesinin təşkili istehsal amilindən: iş qüvvəsi, əmək 
predmetləri və əmək vasitələrindən səmərəli istifadəni təmin etmək məqsədilə 
onların zaman və məkan baxımından düzgün əlaqələndirilməsinə yönəldilmiş 
texniki-təşkilati tədbirlər kompleksi nəzərdə tutulur.
İstehsal prosesinin təşkili müəyyən prinsiplərə söykənir və onlar 
aşağıdakılardır: 
ixtisaslaşma prinsipi-müəssisənin ayrı-ayrı bölmələri və iş yerləri arasında 
əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir; 
- paralellik prinsipi-müəyyən məhsulun istehsalı ilə əlaqədar istehsal 
prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində həyata keçirilməsini 
nəzərdə tutulur; 
- mütənasiblik prinsipi-müəssisənin qarşılıqlı əlaqəli və biri-birindən asılı 
olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını 
nəzərdə tutur; 
- düzxətlilik prinsipi-xammal, material və ya yarımfabrikatın istehsala 
buraxılıb hazır məhsul alınana qədər onların ən qısa yolunun təmin edilməsinə 
əsaslanır; 
- fasiləsizlik prinsipi-əməliyyatlararası fasilələrin maksimum ixtisar 
edilməsini nəzərdə tutur; 
ahəngdarlıq prinsipi- müəyyən miqdar məhsulun hazırlanması üzrə istehsal 
prosesi və onu təşkil edən ayrı-ayrı tərkib hissələrinin eyni vaxtdan bir təkrar 
olunmasına əsaslanır.
Müəssisədə istehsalın səmərəli təşkilini müəyyən edən amillər içərisində 
prioritet göstəricilərdən biri də iş yerinin təşkilinin necəliyidir. Fəhlənin iş yeri elə 
təşkil olunmalıdır ki, o, (fəhlə) özünün əqli və fiziki imkanlarını tam gerçəkləşdirə 
bilsin. Bunun üçün, ilk əvvəl, fəhlənin növbə ərzində istifadə edəcəyi texniki 
vasitələr onun “əlinin altında” olmalıdır; fəhlənin işlədiyi mühit komfort 
səviyyəsinə çatdırılmalıdır, onun ətrafında səs, toz, isti, buxar, işıq, rütubət, qaz və 
s. bu kimi orqanizm üçün ziyanlı olan xarici təsirlər normanı keçməməli, minimum 
səviyyədə olmalıdır.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin