Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   9   10   11   12   13   14   15   16   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

5. Müəssisə (firma) əmlak mülkiyyətçisinin, yaxud onun vəkil etdiyi orqanın, 
müəssisənin, təşkilatın qərarı ilə yaradıla bilər. Firmanın təsisçisi aşağıdakılar ola 
bilər: 
1. Dövlət əmlakını idarəetməyə vəkil edilmiş dövlət orqanları; 
2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri; 
3. Xarici dövlətlər; 
4. Əcnəbi ölkələrin vətəndaşları; 
5. Beynəlxalq təşkilatlar. 
Fərdi və dövlət müəssisələri təsis edilərkən təsis müqaviləsi tərtib edilmir. 
Təşkilati-iqtisadi və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün 
müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsi 
təsisçisi bir fiziki və ya hüquqi şəxs olduqda onun özü tərəfindən, müəssisənin 
təsisçiləri iki və daha çox olduqda isə təsisçilərin ümumi yığıncağı tərəfindən qəbul 
edilir.
Ölkə prezidenti İlham Əliyevin “Sahibkarlıq fəaliyyəti subyektlərinin 
fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında” 
sərəncamına qədər Azərbaycan Respublikasında müəssisələrin yaradılması 
aşağıdakı qaydalar əsasında həyata keçirilirdi: 
Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra firma və ya müəssisə 
yaradılmış hesab olunurdu. Sahibkarlıq fəaliyyətinin inkişafını sürətləndirmək 
üçün 2008-ci ilin yanvarından “bir pəncərə” prinsipi tətbiq olunmağa başladı. “Bir 
pəncərə”-vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər 
Nazirliyi müəyyən olunmuşdur. Müəssisənin dövlət qeydiyyatına alınması barədə 
ərizə onun təsisçisi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər) tərəfindən və ya 
onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat 
qaydasında təsdiq olunduqdan sonra onun (onların) və yaxud vəkil edilmiş şəxs 


tərəfindən müvafiq vergi orqanına təqdim olunur. Ərizə ilə birlikdə dövlət 
rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) təqdim edilməlidir. Rüsum 
məbləğləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyənləşdirilir. Müəssisənin dövlət qeydiyyatına alınması “Kommersiya hüquqi 
şəxsin dövlət qeydiyyatı haqqında ərizə” əsasında aparılır. Ərizəyə aşağıdakılar 
əlavə edilir: 
- firmanın təsisçisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq 
edilmiş 2 nüsxədə nizamnaməsi; 
- firmanın yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi 
tərəfindən imzalanmış qərar; 
- “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilər 
barədə əlavəsi; 
- dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cəmiyyətin 
müşahidə şurası seçilmişdirsə, onun üzvləri barədə məlumatlar “Kommersiya 
hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim 
olunur.
- təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan 
qanuni təmsiçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti; 
- hüquqi şəxs status almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən 
sənəd; 
- məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta 
təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank 
qəbzi, daşınmaz əmlakın ipotekası); 
- firma xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat 
“Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”sinin müvafiq 
əlavəsi ilə təqdim olunur; 
- ərizə təsisçinin müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda 
vəkalətnamə ərizə ilə birlikdə təqdim edilir. 
Müəssisə aşağıdakı hallarda ləğv edilə bilər: 
- onun təsisçilərinin və ya müəssisənin nizamnamə ilə vəkil edilmiş orqanın 
qərarı ilə, o cümlədən müəssisənin mövcudluğu üçün nəzərdə tutulmuş müddətin 
qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə 
əlaqədar olaraq; 
- müəssisənin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə 
əlaqədar onun qeydiyyatının məhkəmə tərərfindən etibarsız sayıldığı halda; 
- lazimi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan 
edilmiş fəaliyyət həyata keçirdikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və 
ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə 
məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda məhkəmənin qərarı ilə.


Müəssisənin ləğvi qaydaları aşağıdakı kimidir: 
1. Ləğvetmə kommisiyası müəssisənin dövlət qeydiyyatı haqqında məlumatın 
dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının 
tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu 
müddət, ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən, iki aydan az 
ola bilməz.Ləğvetmə kommisiyası kreditorları aşkar etmək və debitor borcları 
almaq üçün tədbirlər görür, habelə müəssisənin ləğvi haqqında kreditorlara bildiriş 
göndərir. 
2. Kreditorların tələblərinin irəli sürülməsi müddət qurtardıqdan sonra 
ləğvetmə komissiyası artıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən 
müəssisənin əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, 
habelə bu tələblərə baxılması nəticələri haqqında məlumatlar daxil edilir. Aralıq 
ləğvetmə balansını müəssisənin ləğvi haqqında qərar qəbul etmiş müəssisənin 
təsisçiləri və ya nizamnamə ilə buna vəkil olunmuş orqanı təsdiq edir. 
3. Əgər ləğv edilən müəssisədə olan pul vəsaiti kreditorların tələblərini 
ödəmək üçün yetərli deyildirsə, ləğvetmə komissiyası müəssisənin əmlakını açıq 
hərracda satır. 
4. Ləğv edilən müəssisənin kreditorlarına pul vəsaitini ləğvetmə kommisiyası 
aşağıda qeyd olunan növbəlik qaydasında, aralıq ləğvetmə balansına uyğun olaraq, 
onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin