Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə15/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   11   12   13   14   15   16   17   18   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Keçidlər (fazalar)-istehsal prosesinin texnoloji baxımdan həmcins, təşkilati 
baxımdan ayrılmaz hissəsi olub, əmək predmetinin emalı üçün istifadə olunan 
istehsal komponentlərinin və avadanlıqların tərkibcə və habelə sonuncuların iş 
rejimlərinin sabitliyi ilə səciyyələnir.
Əməliyyatlar fəhlə əməyinin strukturu baxımından həm də fəndlərə və 
əməllərə bölünür. 
Fənd, fəhlənin əməl fəndi-müəyyən məqsədli təyinatı olan və fəhlə tərəfindən 
yerinə yetirilən bitkin, tamamlanmış hərəkətlərin məcmusudur. 
Əməl-fəndin bir hissəsi olmaqla fəhlənin özünün bir neçə fiziki hərəkətinin 
(bədən, əl, barmaq vəs.) və ya hərəkətlər kompleksinin hər hansı 
predmetingötürülməsi və ya onun yerinin dəyişdirilməsi ilə bağlı görülən işdir.
Məhsulun hazırlanması üzrə istehsal prosesi texnoloji (əsas) və köməkçi 
əməliyyatların və təbii proseslərin məcmusundan ibarətdir. 
Əməliyyatların tempi və taktı istehsal prosesinin əsas parametrlərindəndir. 
Əməliyyatın tempi vaxt vahidi ərzində əməliyyata daxil olan (və ya əməliyyatdan 
çıxan) detalların sayını, takt isə materialın və ya materiallar partiyasının 
əməliyyatda qaldığı vaxtı özündə əks etdirir. 
Məhsulun hazırlanmasındakı roluna görə də istehsal özü də əsas, köməkçi və 
xidmətedici istehsal proseslərinə ayrılır. Lakin xammal və materialın hazır məhsula 
çevrilməsi işində onların rolu eyni olmur.


Əsas (texnoloji) istehsal prosesi emal edilən məmulatın formasının, 
ölçülərinin və daxili strukturunun dəyişdirilməsi ilə bilavasitə əlaqədardır. 
Köməkçi və xidmətedici istehsal prosesləri məhsulun hazırlanmasında bilavasitə 
iştirak etmirlər, lakin əsas (texnoloji) prosesin yerinə yetirilməsinə şəraitin 
yaradılması onlar tərəfindən həyata keçirilir. 
İstehsal prosesləri əmək predmetlərinə edilən təsirə görə mexaniki, fiziki, 
kimyəvi proseslərə bölünürlər. Mexaniki istehsal prosesləri zamanı əmək 
predmetinin forma və ölçüsünün dəyişməsi mexaniki güc vasitəsilə, fiziki və 
kimyəvi proseslər zamanı isə əmək predmetinin daxili quruluşundakı dəyişikliklər 
isə istiliyin, kimyəvi reaksiyaların və elektrik enerjisinin təsirləri altında baş verir.
Fəhlələrin istehsal prosesində iştirakı miqyasından asılı olaraq onlar sırf əl 
əməyinə əsaslanan, qismən və tam mexanikləşdirilmiş və avtomatlaşdırılmış 
proseslərə ayrılır. Əl əməyinə əsaslanan istehsalda işlər maşın və mexanizmlərin 
köməyi olmadan yerinə yetirilir; qismən mexanikləşdirilmiş istehsallarda ayrı-ayrı 
əməliyyatlar, xüsusilə əsas istehsal proseslərində əl əməyi maşın və mexanizmlərlə 
əvəz olunur; tam mexanikləşdirilmiş istehsallarda maşın və mexanizmlərin idarə 
edilməsi istisna olunmaqla-bütün istehsal əməliyyatları qarşılıqlı şəkildə 
əlaqələndirilmiş 
maşın 
və 
mexanizmlər 
vasitəsilə 
yerinə 
yetirilir; 
avtomatlaşdırılmış istehsallarda bütün istehsal prosesinin, o cümlədən maşın və 
mexanizmlərinin idarə edilməsi işçilərin bilavasitə iştirakı olmadan, lakin onların 
nəzarəti ilə maşınlar tərəfindən yerinə yetirilir. Burada maşınları maşınlar idarə 
edir.
İstehsalın təşkili tipinə görə istehsal prosesləri fərdi, seriyalı və kütləvi 
istehsal proseslərinə bölünürlər. İstehsal proseslərinin bu və ya digər tipə aid 
olunması məhsul buraxılışının kütləvilik dərəcəsi göstəricisi vasitəsilə müəyyən 
edilir. İstehsalın tipini xarakterizə edən əsas göstərici əməliyyatların təhkim 
olunma əmsalıdır. Bu göstərici müəyyən vaxt vahidi ərzində yerinə yetirilən və ya 
yetirilməli olan müxtəlif texnoloji əməliyyatların iş yerlərinin sayına nisbəti kimi 
müəyyən edilir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin