Nazik bağırsaqlarda həzm prosesi
Nazik bağırsaq uzun boru şəklində olub (insanda bədənin
uzunluğundan 4-5 dəfə çox olur), mədədən başlayan hissəsi 48 mm,
yoğun bağırsağa açılan hissəsi isə 27 mm-ə qə-
Şəkil 13.
Nazik bağırsağın divarının quruluşu.
Qişalar:
I
- Selikli,
II
- Selikaltı,
III
- Əzələ,
IV
- Serroz. 1 - xovlar,
2
- çıxıntı,
3
- epiteli,
4
- selikli qişanın xüsusi qatı,
5
- əzələ qatı,
6
- damar toru,
7
- limfa toru, 8 - sinir lifi, 9-10 - selikaltı
və əzələ sinir kələfi.
253
downloaded from KitabYurdu.org
Nazik bağırsağı anatomik olaraq üç hissəyə bölürlər: 1)
onikibarmaq bağırsaq insanda 25-30 sm, 2) acı bağırsaq, bütün
nazik bağırsağın uzunluğunun 2/5-ni təşkil edir, 3) qalça bağırsaq
isə bağırsağın qalan 3/5-nü təşkil edir. Nazik bağırsaqların divarı
selikli, selikaltı, əzələ və seroz qişalardan ibarətdir. Nazik
bağırsaqların divarının quruluşu şəkil 9-da yerilmişdir. Uqolyevə
(1963, 1967, 1972) görə mikroxovlar nəinki bağırsağın sorma
səthini artırır, o həm də katalizator rolunu oynayır, həmin zona divar
önü (membran) həzmi və sorulma funksiyasını həyata keçirir. Nazik
bağırsağın sekretor funksiyası onun bütün şöbələri tərəfindən yerinə
yetirilir. Bağırsaq şirəsi, mədəaltı şirə və öd onikibarmaq
bağırsaqda mədədən oraya daxil olan himus ilə qarışır. Bağırsaq
şirəsinin tərkibinin yüz illər boyu öyrənilməsinə baxmayaraq, əsas
nəticə I.P.Pavlovun laboratoriyasında enteroginoza fermentinin
kəşfi ilə əldə edilmişdir. Brünner vəziləri onikibarmaq bağırsağın
proksimal hissəsində yerləşir. Brunner vəzilərinin ifraz etdiyi
şirənin tərkibində mutsin və turş mühitdə zülal maddəsini
parçalayan və südü çürüdən pepsinəoxşar ferment olur. Bu vəzin
ifraz etdiyi maddə onikibarmaq bağırsağın selikli qişasını örtməklə
qoruyucu funksiyanı yerinə yetirir.
Bütün nazik bağırsaq boyu, onun selikli qişasında li-
berkyun vəziləri yerləşir və bunların ifraz etdiyi şirə onikibarmaq
bağırsaqda qidanın həzmini asanlaşdırır.
13.36.
Bağırsaq
şirəsinin tərkibi və
xassələri
Təmiz bağırsaq şirəsini xüsusi operasiya olunmuş hey-
vandan almaq olar. Bu zaman Tri-Vella üsulu ilə heyvana narkoz
verilib onun qarın boşluğu açılır və kiçik bir hissəsi elə kəsilib
götürülür ki, müsariqə zədələnməmiş və qan təchizatı pozulmamış
olsun. Bağırsağın kəsilmiş uclarını bir-birinə tikirlər və bağırsağın
qidanı keçirmək qabiliyyəti bərpa olunur.
254
downloaded from KitabYurdu.org
Kəsilmiş bağırsağın uclarını xaricə çıxarıb dəriyə tikirlər, heyvanın
yarası sağaldıqdan sonra bağırsağın təcrid olunmuş hissəsindən
təmiz bağırsaq şirəsi yığmaq mümkün olur. Təmiz bağırsaq şirəsi
tutqun, rəngsiz maye olub duru hissədən və selik topalarından,
degenerasiya etmiş epitel hüceyrələrindən və xolisterin
kristallarından ibarətdir. Duru hissəni tədqiq etmək üçün intensiv
şirə ifrazına səbəb olan yerli mexaniki təsirdən istifadə edirlər. Duru
hissənin reaksiyası qələvidir. Bağırsağın selikli qişasının şirəsində
qida maddələrinin həzmində iştirak edən 22-yə qədər ferment
vardır.
1.
Enteroginaza - bu ferment çox miqdarda, nazik ba-
ğırsağın şöbələrində, xüsusilə, onikibarmaq bağırsaqda sintez
olunur. Yoğun bağırsaqda sintez olunmur.
O, mədəaltı vəzinin şirəsinin tərkibindəki təsirsiz tripsi-
nogeni fəal tripsinə çevirir.
2.
Peptidaza qrupu - digər proteolitik - əvvəllər erepsin
adlandırılan bu maddə böyük əhəmiyyətə malikdir. Onun əsas
nümayəndələrindən biri leysinoaminopeptidaza olub, xüsusən
zəncirin sonunda leysin, norleysin və norvalin qalığı olan pep-
tidləri daha böyük sürətlə parçalayır. Leysinoaminopeptidaza həm
bağırsağın selikli qişasında, həm də onun şirəsində çoxlu miqdarda
olur.
3.
Katepsinlər - zəif turş mühitdə zülal maddələrini par-
çalayır.
4.
Qələvi fosfataza - qələvi mühitdə orta fosfat turşusunun
monoefırlərini hidroliz edir.
5.
Turş fosfotaza - turş mühitdə qələvi fosfatazanm təsirinə
oxşar təsirə malik olur.
6.
Nukleaza turşuları depolimerizə edir.
7.
Lipaza - neytral yağları qliserin və yağ turşularına
parçalayan fermentdir.
8.
Müəyyən edilmişdir ki, xolisterin ancaq sərbəst halda
sorulur.
9.
Amilaza - nişastanı disaxaridlərə parçalayır. Bağırsaq
şirəsində çox az miqdarda olur. Belə hesab edirlər ki, buraya qanın
plazmasından keçir.
255
downloaded from KitabYurdu.org
10.
Laktaza - süd şəkərinin qlükoza və qalaktozaya qədər
parçalayır.
11.
Maltaza - maltozanı parçalayır.
Beləliklə, birbaşa bağırsağın selikli qişasına təsir edən
mexaniki və kimyəvi qıcıqlandırıcılar bağırsaq şirəsinin artmasına
səbəb olur.
Bağırsağın şirə ifrazı eyni zamanda qida maddələrinin
parçalanma məhsullarının təsiri ilə də əmələ gəlir. Məsələn, qida
maddələrindən süd şəkəri, sabun, duz turşusu, zülalın həzm
məhsulları və sair belə maddələrdəndir.
Nasset göstərmişdir ki, bağırsaq vəzilərinin şirə ifrazına
səbəb sekretin hormonundan da yaxşı təsirə malik olan və
bağırsağın selikli qişasında əmələ gələn enterokrin hormonunun
təsiridir.
13.37.Nazik bağırsaqların
hərəkətinin tipləri və motor
funksiyası
Bağırsaqların motor funksiyası iki qrup hərəkət sayəsində
yerinə yetirilir. Birinci - qida kütləsinin qarışmasını və sürtülməsini,
digəri qida kütləsinin bağırsaqda hərəkətini təmin edir. Birinci qrup
seqmentşəkilli, ikinci qrup isə - peris- taltik hərəkətdir. Bağırsaq
hərəkətlərinin bütün növləri dörd tipə bölünür: 1) ritmik
seqmentasiya, 2) kəfkirvarı hərəkət, 3) pe- ristaltik hərəkət, 4) anti-
peristaltik hərəkət.
Bağırsaqların divarları ikiqat saya əzələ təbəqəsindən
ibarətdir. Xarici qat uzununa əzələ liflərindən, daxili qat isə həlqəvi
əzələlərdən təşkil olunur. Əzələlərin yığılması qida horrasının
qarışmasına, həlqəvi əzələlərin yığılması qidanı yoğun bağırsaqlara
tərəf hərəkət etdirməyə xidmət edir.
iki növ əzələ yığılması: kəfkirvarı və peristaltik yığılma ilə
tanış olaq.
Bağırsaqların kəfkirvarı hərəkəti uzununa və həlqəvi əzə-
lələrin yığılması ilə əlaqədardır. Bağırsağın hər hansı bir hissəsinin
uzununa əzələləri yığıldıqda bu hissə qısalır və genişlənir. Bu
əzələlər boşaldıqda isə həmin hissə uzanır və daralır. Həlqəvi
256
downloaded from KitabYurdu.org
əzələlər yığıldıqda isə bir neçə dairəvi əzələ lifləri bir-birindən
müəyyən məsafədə yığılır. Qida horrası ayrı-ayrı hissələrə par-
çalanaraq bir sıra seqmentlər əmələ gətirir. Boylama və həlqəvi
əzələlərin yığılması bir-biri ilə əlaqədardır. Bunlar növbə və
müəyyən ritmlə yığılır və qida horrasının qarışmasına kömək edir.
Bu isə qidanın daha yaxşı və tez həzm olunmasına kömək edir.
1 1
Şəkil 14. Mədə-bağırsaq borusunun divarının köndələn kəsiyinin sxematik təsviri.
1. Müsariqə; 2. Serroz qat; 3. Birləşdirici serroz qatı; 4. Dairəvi əzələ qatı; 5. Göndəoən
əzələ qatı; 5. Auerbax kələfi; Meysner kələfi; 8. Dairəvi qat; 9. Selikaltı toxuma; 10. iri
vəzin axarlarının çıxarı; 11. Selikli vəz; 12. Selikaltı vəz.
Peristaltik və ya qurdabənzər hərəkət-bağırsağın bir
hissəsinin həlqəvi əzələləri yığılarkən ondan aşağıda olan hissənin
genişlənməsindən ibarətdir. Qida horrası bağırsaqların genişlənmiş
hissəsinə itələnir, sonra həmin bu hissə yığılaraq qida horrasını
bağırsaqların genişlənmiş digər hissəsinə qovur. Nazik
bağırsaqların peristallik yığılması və bir-birinin dalınca gələn belə
yığılmalar dalğası qida horrasının yoğun bağırsağa, oradan isə
yoğun bağırsaqların hərəkəti sayəsində onun son hissəsi olan düz
bağırsağa keçir.
Bağırsaq hərəkətinə təsir göstərən humoral qı-cıq-
landırıcılara nazik bağırsağın selikli qişasında əmələ gələn və
6
4
257
downloaded from KitabYurdu.org
həzm zamanı qana daxil olan xolin, serotonin, entrokrinini kimyəvi
maddələrə turşular, qələvilər, öd, sabunlar, duzlan göstərmək olar.
Bağırsaqlar avtomatik hərəkətə malikdir, yəni bir parça bağırsaq
kəsib qidalı məhlula daxil etsək, orqanizmlə heç bir əlaqəsi
olmamasına baxmayaraq onun vaxtaşırı yığılması davam edəcəkdir.
Şəkil 15. Azan (A) və Simpatik (B) sinirin qıcıqlandırılmasının nazik bağırsaqların
motor fəaliyyətinə təsiri.
Bağırsaq əzələlərinin hərəkətləri reflektorı və humoral
yollarla oyana və tormozlana bilər. Mərkəzi sinir impulsları
bağırsaq divarının əzələlərinə azan və simpatik sinirlərlə daxil olur.
Elektrik qıcığı ilə azan sinirin (n. vagus) qıcıqlandı- rılması əzələ
hərəkətini qüvvətləndirir və tonusunu artırır (şəkil 15A). Simpatik
sinirin {n. splachnius) qıcıqlandırılması bağırsaq hərəkətinin
tormozlanmasma və tonusun kəskin azalmasına səbəb olur (şəkil
15B). İnsanda və heyvanlarda emosional vəziyyət zamanı, məsələn,
qəzəb, qorxu, ağrı zamanı simpatik sinir sisteminin oyanması ilə
əlaqədar bağırsaq hərəkətləri zəifləyir.
Yoğun bağırsaqlarda qida kütləsi peristaltik və ya qur-
dabənzər hərəkətin təsiri altında qarışır, suyun sorulması nə-
ticəsində qatılaşır və bakteriyalarm təsiri altında sonrakı par
13.38.
Yoğun bağırsaqlar
258
downloaded from KitabYurdu.org
çalanmağa məruz qalır. Qidanın həzm olunmamış qalığı isə kal
(nəcis) kütləsi halında düzbağırsağa doğru hərəkət edir.
İnsanın yoğun bağırsağının uzunluğu 120-150 sm, onun
diametri isə korbağırsaq nahiyəsində 6-9 sm olub, distal hissəsində
azalır. Yoğun bağırsağın korbağırsaq nahiyəsində himus duru olub,
bakteriyaların təsirinə və sorulmaya daha çox məruz qalır. Bu
proses qalxan, köndələn və enən çənbərbağırsaqlarda da davam
edir. Siqmayabənzər (8-ə bənzər) və düzbağırsaq əsasən rezervuar
rolunu oynayır. Yoğun bağırsaq iki sfinekter vasitəsilə qurtarır.
Bunlardan proksimal hissədə olan - ileose- kal (bauqinov) sfinekter
və distal hissəsində olan anal sfinek- ter. Anal sfmekterin daxili
hissəsi saya əzələdən, xarici hissəsi isə eninəzolaqlı əzələdən əmələ
gəlib.
Yoğun bağırsaqların selikli qişasında mikroxovlar olmur.
Selikli qişa çoxlu selikli epitel və az miqdarda endokrin
hüceyrələrilə örtülmüş 0,7 mm qalınlığında büküşlər əmələ gətirir.
Hüceyrələr büküşlərin dərinliyindən zirvəsinə qədər qalxır və orada
ömrünü başa vurur. Nazik bağırsaqlarda bu prosesə 3-4 gün vaxt
sərf olunduğu halda, yoğun bağırsağda 5-7 gün çəkir. Yoğun
bağırsağın təqəllüsünün xarakteri onun saya əzələlərinin
potensialının dəyişməsi və s. onun fəaliyyət cərəyanının asta dalğası
və vegetativ sinir sisteminin modulyasiya təsirilə müəyyən edilir.
Parasimpatik siqnallar yoğun bağırsaqların təqəllüsünü fəallaşdırır.
Simpatik stimulyasiya, noradre- nalin isə əksinə, əzələ
hüceyrəsində parasimpatik (siqnallar) kimi fəaliyyət cərəyanının
depolyarizasiyasma deyil, hiper- polyarizasiyasma və bu, əzələnin
boşalmasına səbəb olur. Yoğun bağırsaqların təqəllüsü mədə-
bağırsaq polipeptidlərin- dən qastrin və xolesistokini gücləndirir,
sekretin və qlükaqon isə ləngidir. Yoğun bağırsaqlarda asta
dalğalanmanın tezliyi nazik bağırsaqlara nisbətən güclüdür.
Xolinerqiq və peptider- qiq neyronlarm mediatorları P maddəsi,
enkefolin və somoto- sitin stimulyasiyaedici təsir edir. İnkişaf etmiş
ölkələrin insanları ilə, Afrikanın kənd yerlərində yaşayan insanlarla
müqayisədə yoğun bağırsaqda ileosekal qapaqlardan düzbağırsağa
qədər himusun hərəkəti vaxta görə fərqlənir. Bu müddət inki-
259
downloaded from KitabYurdu.org
şaf etmiş ölkələrdə 2-3 gün, Afrikada isə, orta evakuasiya vaxtı 36
saat çəkir.
Daxilolan Tüpürcək Qida İdxal olan
Acı bağırsaq ES&
5000 ml
2000 ml
Acı bağırsaq
1000 ml
100 ml
Şəkil 16.
Mədə-bağırsaq traktında maye balansı. Ümumi mayenin miqdarında mədə-
bağırsaq sisteminə daxil olan qida ilə (2 1) və en- dogen sekret vasitəsilə (7 1).
Bundan nəcis vasitəsilə ancaq 100 ml xaric olur.
Yağlarla zəngin kalorili qidalar yoğun bağırsağın hərəkətini
qüvvətləndirir, sulu-karbonatlar və zülallar ona təsir etmir. Mədə-
bağırsaq refleksi yeməkdən 10 dəqiqə sonra baş
260
downloaded from KitabYurdu.org
layır. Gün ərzində korbağırsağa himusla birlikdə 1,5 1 qədər maye
daxil olur. Onun 90%-ə qədəri yoğun bağırsağa sorulur, 100 ml
qədəri isə nəcis ilə xaric olur (şəkil 16). Elektrolitlər və su yoğun
bağırsaqlarda hətta çox yüksək osmotik qradientə qarşı belə daha
effektli sorulur. Buna yoğun bağırsaqların epi- telinin yüksək
potensial fərqi hesabına yaranan sıxlığa kömək edir. İnsanın yoğun
bağırsağında potensiallar fərqi 30-40 mB, acı bağırsaqda isə 2-4
mB təşkil edir. Na
+
ionları sadə diffu- ziya yolu ilə hər gün yoğun
bağırsağa 5-10 mmol K
+
daxil olur. Nəcis kütləsi ilə isə 10-15
mmol xaric olur. Korbağırsa- qda 150 mmol Na
+
daxil olur, 2-4
mmol isə ekskretsiya olur. Xloridlər və bikarbonatlarda, yoğun
bağırsaqlarda fəal sorulur. Hər gün yoğun bağırsağa 60 mmol Ck
ionları daxil olur, nəcis vasitəsilə isə 2 mmol qədər xaric olur.
Su və mineral duzlardan başqa yoğun bağırsaqlara nazik
bağırsaqlarda sorulmamış üzvi maddələr də daxil olur. Belə
maddələrə bitki lifləri və digər bitki komponentləri- sellülo- za,
hemisellüloza və insan amilazası ilə parçalanmayan sulu
karbonatlar (pektin və liqnin). Onlar bağırsaq bakteriyaları
tərəfindən parçalanır. Bağırsaq bakteriyaları ileosekal qapaqlardan
sonra yoğun bağırsaqda acı bağırsağa nisbətən (10
6
- qarşı) 10
n
-ll
12
təşkil edir. Yoğun bağırsaqların bakteriyalarm çox hissəsi anaerob
bakteriyalardır. Bura Bifıdüs və Baktero- des aiddir (spor əmələ
gətirməyən qram müsbət və qram mənfi) Aerob bakteriyalar-E
coul. Entrokoki və Lakto bakteriya- lar yoğun bağırsağın
bakteriyalarının 1%-ə qədərini təşkil edir. Yoğun bağırsaqlarda
nəcisin quru kütləsinin 30-50%-ni təşkil edən 400-ə qədər bakteriya
növü mövcud olur. Anaerob bak- teriyalar bitki liflərini yağ
turşusuna qədər parçalayır.
Düzbağırsağa daxil olmuş nəcis kütləsi reflektoru olaraq
defekasiya aktına səbəb olur. Qərb ölkələrinin insanlarında
defekasiya aktının normal tezliyi gün ərzində 3 dəfədən, həftədə 3
dəfəyə qədər arasında tərədüd edir. Çoxlu miqdarda su yoğun
bağırsağa daxil olaraq diareyaya-ishala səbəb olur.
261
downloaded from KitabYurdu.org
13.39.
Yoğun bağırsaqlarda həzm
Qeyd etmək lazımdır ki, yoğun bağırsaqlarda ancaq az
miqdarda nazik bağırsaqlardan fermentlərlə hopdurulmuş qida
maddələrinin bir hissəsi qana keçir. Burada əsasən su sorulur.
Suyunu itirmiş həzm olunmayan qida qalıqları bağırsaqların
səthində qopan hüceyrələr, ifraz olunan selik bağırsaqların işini
başa çatdırmaqla yanaşı, həm də yoğun bağırsaq mikroflorasında
orqanizmin başqa fizioloji prosesləri üçün mühüm əhəmiyyəti olan
vitaminlər sintez olunur. Burada bakteriyaların fəaliyyəti
nəticəsində heç bir mexaniki, kimyəvi və fermentativ təsirə məruz
qalmayan hüceyrəsinin sellüloza yoğun bağırsağın öz şirəsi və
nazik bağırsaqdan az da olsa axan şirənin tərkibindəki fermentlərin
təsirilə parçalanır və qana sorulur.
Yoğun bağırsaqlar anatomik cəhətdən həzm sisteminin nazik
bağırsaqlardan sonra gələn şöbəsi olub, aşağıdakı hissələrdən
ibarətdir (şəkil 1):
1.
Korbağırsaq soxulcanabənzər çıxıntısı ilə birlikdə;
2.
Çənbərbağırsaq (bu öz növbəsində qalxan, köndələn,
enən, s-ə bənzər şöbələrindən təşkil olunur).
3.
Düzbağırsaq.
İnsanda yoğun bağırsaqların uzunluğu 1,5-2,0 m-ə qədər
olub, eni başlanğıc hissədə 7 sm, son hissəsində isə 4 sm-ə çatır.
Yoğun bağırsaqların da divarı nazik bağırsaqlarda olduğu
kimi selikli, selikaltı, əzələ və serroz qişalardan ibarətdir. Selikli
qişada xovlar olmur.
13.40.
Yoğun bağırsaqların sekretor fəaliyyəti
Aydın olmuşdur ki, yoğun bağırsaqların şirəsində nazik
bağırsaqlarda olduğu kimi duru və bərk hissələr vardır. Şirənin duru
hissəsi qələvi xassəyə malik şəffaf mayedir (pH 8,59,0).
262
downloaded from KitabYurdu.org
Orta hesabla duru hissənin 98,6 %-ni su, 0,63 %-ni üzvi
maddələr, 0,68 %-ni qeyri-üzvi maddələr təşkil edir.
Şirənin bərk hissəsi seliklə qarışıq olan qonur-sarı rəngli
kütlədən ibarətdir. Histoloji tədqiqatlardan müəyyən edilmişdir ki,
yoğun və həm də nazik bağırsaqların şirəsinin bərk hissəsini
bağırsaq divarlarının ölmüş epitelli hüceyrələri və az miqdarda
limfoid elementləri təşkil edir. Qeyd etmək lazımdır ki, şirənin bərk
hissəsində fermentlərin miqdarı duru hissəyə nisbətən 8-10 dəfə
çoxdur.
Yoğun bağırsaqların şirəsinin tərkibində enterokinaza və
saxaroza (alfoqlikozidaza) olmur. Lakin az miqdarda ka- tepsinlərə,
peptidozlara, lipaza, amilaza, nukleaza, ureazaya və s. təsadüf
olunur. Bunların içərisində daha yüksək təsirə malik olan qələvi
fosfatazanm aktivliyidir. Fosfatazaların sekresiyasının intensivliyi
nazik bağırsaqların yuxarı hissələrində- kinə nisbətən zəifdir.
Yoğun bağırsaqlarda şirə ifrazı nazik bağırsaqlara nisbətən
yerli xarakter daşıyır. Belə ki, mexaniki qıcıqlandırma əhəmiyyətli
dərəcədə yoğun bağırsaqlarda şirə ifrazını artırır.
13.41.
Yoğun bağırsaqların mikroflorasının əhəmiyyəti
Yoğun bağırsaq mikroflorası müxtəlif qrup bakteriya- larla
zəngindir. Bu bakteriyalar aşağıdakı funksiyaların yerinə
yetirilməsində yaxından iştirak edirlər:
1.
Müdafiə vəzisi daşıyan bakteriyalar.
2.
Həzm şirəsinin komponentlərinin parçalanmasında
iştirak edən bakteriyalar.
3.
Vitaminlərin, fermentlərin və digər fizioloji aktiv
maddələrin sintezində iştirak edən bakteriyalar.
Bağırsağın normal mikroflorası patogen mikroblara və
onların toksinlərinə qarşı kəskin antaqonist aktivliyə malik
olmaqla, həm də sahibin orqanizmini həmin patogen mikrob- ların
bədənə daxil olmasından və onların çoxalmasından qoruyur. Bir
çox xəstəliklər, məsələn, ishal, qarın yatalağı, bağır
263
downloaded from KitabYurdu.org
saq iltihablarında həm bağırsaq mikroflorasının tərkibi, həm də
antaqonist xassəsi dəyişə bilər. Xüsusilə, orqanizmə antibiotiklər
daxil olduqda bakteriyaların antaqonistik xassəsi kəskin zəifləyir.
Həzm şirələri və onların aktiv komponentləri (ferment- lər,
fosforlu birləşmələr, öd turşuları və s.) öz fizioloji vəzifələrini
yerinə yetirdikdən sonra bunların bir hissəsi nazik bağırsaqların
sonunda geriyə sorulur, digər qismi isə ximusla birlikdə yoğun
bağırsağa daxil olur. Bu şöbədə bəzi birləşmələr sorulur və ya
mikrofloranın müxtəlif təsirlərinə məruz qalır.
Yoğun bağırsaq florasının mikrob kütləsini parçalayan
digər şirələrdən biri də öd hesab olunur.
Öd turşusu qaraciyərdə sintez olunaraq qlikohol və ya
tauroal turşusu şəklində öd ilə birlikdə ifraz olunur. Lakin nəcisdə
öd turşusu sərbəst halda olur.
Dostları ilə paylaş: |