Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

222 

downloaded from KitabYurdu.org



Simpatik  sinir  uclarından  da  adrenalinin  təsirinə  oxşar 

simpatik maddəsi ifraz olunur. 

Sekretor  sinirlər  tüpürcək  vəzilərinə  və  tüpürcək  ifrazına 

təsir  göstərdiyi  kimi  bu  sinirlərin  tərkibində  gələn  sinir  lifləri 

hüceyrə  və  toxumalarda  gedən  maddələr  mübadiləsinə  təsir  gös-

tərir, hüceyrədaxili maddələr mübadiləsini nizama salır. 

Hüceyrədaxili maddələr mübadiləsinin sabitliyini mühafizə 

edən bu sinirlərə trofık sinirlər deyilir. 

Yuxarıda  qeyd  olunduğu  kimi  tüpürcək  ifrazı  mürəkkəb 

fizioloji hadisə olub, reflektor təbiətə malikdir. 

Ağıza  qidanın  qoyulması  ilə  tüpürcəyin  ifraz  olunmasına 

şərtsiz tüpürcək ifrazı refleksi deyilir. 

Adi  həyat  təcrübəsindən  məlumdur  ki,  qidanın  görünüşü, 

onun adının çəkilməsi qida ağıza düşmədən belə tüpürcək ifrazına 

səbəb olur. Bu yolla tüpürcək ifrazına şərti tüpürcək ifrazı refleksi 

deyilir. 

İ.İ.Pavlov və onun əməkdaşları öyrənmişlər ki, beyin qabığı 

orqanizmin  bütün  üzvlərinə  təsir  etməklə  həmin  üzvlərin 

fəaliyyətini dəyişdirdiyi kimi, tüpürcək vəzilərinin də fəaliyyətinə 

təsir göstərir. 

İ.İ.Pavlov  şərti  refleks  yolu  ilə  tüpürcək  ifrazının  mexa-

nizmini  aydınlaşdırmışdır.  Pavlov  itə  qida  verməzdən  əvvəl  şərti 

qıcıqlardan  istifadə  etmişdir.  Belə  ki,  hər  dəfə  qida  verməzdən 

əvvəl zəng çalmış, sonra qida vermiş və hər dəfə tüpürcək ifrazına 

səbəb olmuşdur. Təcrübəni bir yerdə bir neçə dəfə təkrar etdikdən 

sonra  qida  vermədən  zəngin  səsinə  tüpürcək  ifraz  olunur.  Buna 

səbəb  iki  qıcığın  (şərtsiz  və  şərti)  eyni  vaxtda  mərkəzi  sinir 

sisteminin  müxtəlif  nahiyələrinə,  xüsusən  bu  qıcıqlarda,  şərti 

qıcığın  beyin  qabığına  düşməsi  lazımdır.  Təkrar  nəticəsində 

müxtəlif  mərkəzlər  arasında:  yəni  uzunsov  beyindəki  tüpürcək 

ifrazı  mərkəzinə  beyin  qabığındakı  nümayəndəliyi  ilə  eşitmə 

mərkəzi  arasında  müvəqqəti  əlaqə  yaranır,  bu  əlaqə 

möhkəmləndikdən sonra heyvana qida vermədən belə səs qıcığının 

təsirindən  eşitmə  mərkəzinin  oyanması  uzunsov  beyindəki 

tüpürcək  ifrazı  mərkəzinə  təsir  edir  və  bununla  tüpürcək  ifrazına 

səbəb olur. 



223 

downloaded from KitabYurdu.org



Qidalanma ilə əlaqəsi olmayan qıcıqların (zəng, işıq və s.) 

təsirinə  qarşı  yaradıla  bilən  şərti  reflekslərə  süni  şərti  reflekslər 

deyilir. 

Təbii  qıcıqlandırıcıların  təsiri  altında  yaradıla  bilən  və 

yaranmış şərti reflekslərə təbii şərti reflekslər deyilir. 

13.15.

 

Tüpürcək ifrazı mexanizmi 

Tüpürcək  vəzilərində  tüpürcəyin  əmələ  gəlməsini  uzun 

müddət  K.Lüdviqin  filtrasiya  nəzəriyyəsi  kimi  izah  edirdilər. 

Lüdviqə görə tüpürcək vəzilərinə gələn arteriyalarda qan təzyiqinin 

yüksək olması sayəsində qanın duru hissəsi vəzilərə diffuz edir və 

tüpürcək əmələ gəlir. 

 

Şəkil 

7. Udmanın ağız-udlaq və qida borusu fazası. A. Dil şərt dammara sıxılır. B. Burun-

udlaq yumşaq damaqla bağlanır. V. Qırtlaq qalxır və qırtlaq qapağı trofeyanın girişini bağlayır. Q. 

Udlağın əzələsi yığılmağa başlayır. D. reflekto- ru olaraq qida borusu sfenikteri açılır. Əyri udlaq da 

qida  borusunun  yuxarı  sfenik-  terində,  qida  borusunun  cismində  və  qida  borusunun  aşağı 

sfenikterində təzyiqin dəyişməsini göstərir. 

224 

downloaded from KitabYurdu.org



Sonradan aparılan tədqiqatlar fıltrasiya yolu ilə tüpürcəyin 

əmələ  gəlməsinin  doğru  olmadığında  Lüdviq  özü  də  yəqin  etdi. 

Məlum  oldu  ki,  tüpürcək  vəziləri  fəaliyyətdə  olduğu  zaman  vəzi 

axarının təzyiqi, vəzə gələn qan damarlarının təzyiqindən iki dəfə 

artıq  olur.  Bundan  əlavə  tüpürcək  əgər  fıl-  trasiya  yolu  ilə  əmələ 

gəlsəydi qanın tərkibində olan üzvi maddələr və duzlar tüpürcəyin 

tərkibindəki maddələrə uyğun olardı. Lakin bunlar biri digərindən 

fərqləndikləri  üçün  tüpürcəyin  sadəcə  fıltrasiya  yolu  ilə  əmələ 

gəlməsi ehtimalının düzgün olmadığını göstərir. 

Aparılan  təcrübələrdən  aydın  olmuşdur  ki,  tüpürcək 

vəzilərin həyat fəaliyyəti sayəsində əmələ gəlir. 

Hüceyrələrin həyat fəaliyyəti onların oksigenə olan tələbatı 

ilə əlaqədardır. Ona görə də fəaliyyətdə olan vəzilərin oksigenə eh-

tiyacı sakit halda olduqlarına nisbətən 2-3 dəfə artır. 



Udma. Formalaşmış qida kütləsinin ağızın üç şöbəsindən - 

ağız  boşluğu,  udlaq  və  qida  borusundan  keçəndən  sonra  udulur. 

Beləliklə,  udma  prosesi  üç  fazanı  -  ağız,  udlaq  və  qida  borusu 

özündə birləşdirir. Onlardan ancaq birinci iradi xarakterə malikdir. 

Ağız  boşluğu  və  udlağm  eninəzolaqlı  əzələsi  mərkəzi  sinir 

sistemindən daxil olan sinir impulslarının təsiri altında yığılır, onlar 

olmadıqda isə boşalmış vəziyyətdə olur. 

Ağız  və  udlaq  fazası.  Udmanın  birinci  fazasında  dilin  ucu 

qalxır və qida kütləsinin bir hissəsini ağız boşluğunun ortasına, yəni 

dilin kökü ilə sərt damağın arasına itələyir (şəkil 7A). Dodaqlar və 

çənələr birləşir yumşaq damaq qalxır və dilin ön tərəfi qida kütləsini 

udlağm  yuxarı  hissəsinə  itələyir  (şəkil  7B).  Yumşaq  damaq  və 

udlağm  yığılan  əzələsi,  burun  udlağı  ağız  boşluğundan  ayıran 

arakəsmə əmələ gətirir. Dil qidanı arxaya itələyən zaman, tənəffüs 

reflektorı qısa müddətdə dayanır, qırt- laq qapağı yuxarı qalxır və 

bu  zaman  tənəffüs  yolunun  ağzını  bağlayır  (şəkil  7B).  Qida 

kütləsinin təzyiqi ilə qırtlaq qapağı qırtlağın girişini örtür və qida 

hissəciyinin  ora  düşməsinin  qarşısını  alır.  Udlağm  və  dilin 

əzələlərinin köməyilə itələnən qida kütləsi sürüşərək qida borusuna 

düşür (şəkil 7Q). 

225 

downloaded from KitabYurdu.org



Beləliklə, ağız fazası iradi xarakter daşıyır, qida kütlə- 

sinin udlağa daxil olması ağız boşluğu və udlağın reseptorları- 

nın qıcıqlanması hesabına şərtsiz refleksə səbəb olur. Afferent 

impulslar udlağı innervasiya edən hərəki neyronlara dil-udlaq 

siniri və azan sinirin yuxarı qırtlaq lifləri vasitəsilə verilir. 

Normada yaşlı adam sutkada 600 qədər udma hərəkətləri ye- 

rinə yetirir. Bunlardan 200-ü yemək vaxtı, 350-si ayıqlıq, 50-si 

isə yuxuda yerinə yetirilir. 



Qida borusu fazası. Qida kütləsi 25-35 sm uzunluğunda 

olan qida borusunun yuxarıda olan sfmkterin keçdikdən so- 

nra əzələvi qida borusuna daxil olur. Qida borusu xaricdən 

uzunsov, daxildən isə sirkulyar (dairəvi və həlqəvi) əzələdən 

ibarətdir. Qida borusunun yuxarı üçdə biri eninəzolaqlı əzələ- 

dən, aşağı üçdə ikisi isə saya əzələdən təşkil olunub. Qida bo- 

rusu əsasən azan sinir vasitəsilə innervasiya olunur. Qida bo- 

rusunun yuxarı hissəsinin eninəzolaqlı əzələləri somatik lifləri 

innervasiya olur, aşağı hissəsinin saya əzələləri isə mədə- 

bağırsaq traktı üçün tipik olan avtonom innervasiyaya malik- 

dir (şəkil 2). Qida borusunun yuxarı şöbəsində udma prosesi 

zamanı davam edən yığılma birinci peristaltika adlanır (şəkil 

7). İkinci peristaltika qida kütləsi 

qalığın təsirindən yaranan və qi- 

da borusunun özündən daxil olan 

afferent impulsların təsirindən 

yaranır. Udma zamanı qida bo- 

rusu ilə su 1 san., selik kütlə 5 

san., bərk hissəciklər isə 9-10 san. 

Mədəyə çatır. Qida borusunun 

aşağı hissəsinin sfınkteri açılaraq 

qidanı mədəyə buraxır. Bu bo- 

şalma, yəni sfmkterin açılması 

reflektorı xarakter daşıyır və 

azan sinirin təsiri altında yerinə 

yetirilir. 

Beləliklə, yuxarıda qeyd 

olunanlara əsaslanaraq, demək 

 

Şəkil 8.

 İnsanın qidanı udma aktı. 

226 

downloaded from KitabYurdu.org



olar  ki,  udma  reflektoru  bir  hadisədir.  Bu  hadisə  dilin  kökündən 

başlayır (şəkil 

8

). 


Udma mərkəzi uzunsov beyində, tənəffüs mərkəzindən bir 

qədər yuxarı, IV mədəciyin dibində yerləşir. 

Ağız boşluğuna düşən qida dişlər vasitəsilə mexaniki işdən 

çıxır, tüpürcək vasitəsilə islanıb sürüşkən hala düşür. 

Bu  işdə  dilin  böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  dil  öz 

hərəkəti  vasitəsilə  qidanı  dişlərin  arasına  verir,  ağız  boşluğunda 

çeynənmiş  qidanı  çevirir,  qida  qırıntılarını  bir  yerə  toplayır  və 

qidanın udulmasında iştirak edir. Loxma halına düşmüş qida dilin 

üst səthinə doğru yönəlir, bu zaman çeynəmə hərəkətlərində pauza 

yaranır,  tənəffüs  müvəqqəti  təxirə  salınır,  dil  qalxıb  yumşaq 

damağa söykənir, qidanı dilin kökünə itələyir. Bu hadisədə çənəaltı 

və eləcə də dilaltı əzələnin yığılması dilin geriyə çəkilməsinə səbəb 

olur və qidanın geri qayıtmasına imkan vermir. Bu zaman qida ağız 

boşluğundan ud- lağa keçir. 

Dil  kökünün  qıcıqlandırılması  yumşaq  damağın  və  dil 

kökünün  əzələlərinin  təqəllüsü  sayəsində  yumşaq  damaq  yuxarı 

qalxıb  burun  dəliklərini  qapayır,  qidanın  burun  boşluğuna 

düşməsinin qarşısını alır. Dil hərəkət etməklə qidanın udlağa doğru 

hərəkəti  üçün  şərait  yaradır.  Elə  bu  vaxt  dilin  kökü  aşağı  enir, 

qırtlaq qapağını aşağı basıb qırtlaq dəliyini qapayır. Beləliklə, qida 

udlaqdan yemək borusuna keçir. 

13.16.

 

Qidanın yemək borusu ilə hərəkəti 

Yemək  borusunun  vəzifəsi  qidanı  udlaqdan  mədəyə  öt-

ürməkdir.  Orta  yaşlı  şəxslərdə  22-25  sm  uzunluqda  olub,  daxili 

selikli,  orta-əzələ,  xarici  birləşdirici  toxuma  qişasından  təşkil 

olunmuşdur. 

Yemək  borusunun  aşağı  2/3  hissəsi  saya  əzələ  toxuma-

sından;  yüxarı  1/3  hissəsi  eninəzolaqlı  əzələ  toxumasından  təşkil 

olunmuşdur (şəkil 

1

). 


Qeyd etdiyimiz kimi, yemək borusu ilə qidanın hərəkəti 

227 

downloaded from KitabYurdu.org



reflektoru hadisə olub, mərkəzi uzunsov beyində yerləşir. 

Yemək  borusu  azan  siniri  və  simpatik  sinirlərlə  inner- 

vasiya  olunur.  Azan  siniri  yemək  borusunun  hərəkətlərini 

sürətləndirir, simpatik sinirlər əksinə, bu hərəkətləri tormoz- layır. 

Azan sinirin gətirdiyi impulsların təsirindən həlqəvi əzələlər yığılır, 

boylama  əzələlərin  boşalması  sayəsində  qida  yemək  borusunun 

daralmış  hissəsindən  aşağıya  düşür.  Qida  həmin  nahiyəyə  düşən 

kimi, yaranan refleks sayəsində yuxarı yemək borusunun daralması 

qidanı aşağıya doğru itələyir. Belə reflekslər ardıcıl olub, biri digəri 

üçün  refleks  yaradaraq  zəncir  təşkil  edir.  Nəhayət,  yemək 

borusunun  qarın  hissəsi  boşalır,  qida  yemək  borusundan  mədəyə 

düşür. 


Bərk  qidalar  duru  qidalara  nisbətən  ağız  boşluğundan 

mədəyə  nisbətən  gec  keçir.  Orta  hesabla  bərk  qidalar  8-10,  duru 

qidalar 

1-2


 saniyə müddətində mədəyə keçir. 

Yemək borusunda nəinki bərk qida, həm də su kimi duru 

maddələr də yemək borusunda qala bilər. Su qurtum- qurtum içilsə 

də yemək borusundan arası kəsilməz maye sütunu şəklində mədəyə 

axır.  Mayelər  içildiyi  zaman  yemək  borusu  peristaltik  hərəkət 

etmir. Bu içməni ani dayandırıb, sonra da içdikdə içilən su yemək 

borusunda ilişib qalır. Buna səbəb maye su sütununun qırılmasıdır. 

Bu  zaman  bərk  qidalar  qəbulunda  olduğu  kimi  mayedən  yuxarı 

yemək borusu daralır, sonradan içilən su daralmış hissədə qalır və 

ağrı hissi törədir. Belə vəziyyətdən bir qədər keçdikdən sonra udma 

refleksləri bərpa olur və adi vəziyyət yaranır. 

13.17.

 

Mədədə həzm 

Mədə  qarın  boşluğunun  sol  tərəfində,  diafraqmanın  sol 

günbəzi altında yerləşir. Nazik bağırsağın genişlənməsindən əmələ 

gəlmişdir. Forması onun dolu və boş olmasından asılı olaraq dəyişir 

(şəkil 

1

). 



Mədənin 5/6 hissəsi solda, 1/6 hissəsi sağda yerləşir. Mə-

dənin sol tərəfdə dibi, dibinin üst-daralmış hissəsi onun kürəci- yin, 

sağ tərəfə çevrilmiş çıxacağı-pilorisi, aşağı çıxıq hissəsi - 

228 

downloaded from KitabYurdu.org



böyük  əyriliyi,  yüxarı  kiçik  basıq  hissəsi  -  kiçik  əyriliyi  vardır. 

Mədənin divarı dörd qişadan təşkil olunmuşdur (şəkil 

8

). 


1.  Daxili  -  selikli  qişa,  şilindir  formalı  epitel  hüceyrələ-

rindən əmələ gəlmişdir və büküşlərlə zəngindir. 

Selikli  qişada  saysız-hesabsız  boruşəkilli  vəziləri  vardır. 

Bunların axacaqları mədənin selikli qişasında yerləşən bü- küşlərin 

arasına açılır. Mədənin selikli qişasında 3 növ hüceyrələrə təsadüf 

edilir: (

1

) əsas-baş hüceyrələr (



2

) əlavə və yaxud örtük hüceyrələri 

(3)  selik  hüceyrələri.  Örtük  hüceyrələr  xlorid  turşusu,  baş 

hüceyrələr  ferment  ifraz  edir.  Selik  hüceyrələri  isə  selik 

hazırlayırlar.  Mədənin  dibində  həm  turşu,  həm  də  fermentlər 

hazırlayan hüceyrələrə təsadüf edilir. Çıxacağında baş hüceyrələr 

daha çoxdur. 

II

 



selikaltı qişa boş birləşdirici toxumadan təşkil olunmuş, 

qan  damarları  və  sinirlərlə  zəngindir.  Selikaltı  qişamn  hesabına 

selikli qişa üzərində külli miqdarda büküşlər əmələ gəlir. 

III


 

əzələ qişası ən qalın qişa olub 3 istiqamətdə - həlqəvi, 

çəp və böyləmə gedən əzələ liflərindən təşkil olunmuşdur. 

Bu  əzələlərin  yığılması  sayəsində  mədənin  hərəkətləri 

peristaltik, rəqqası şəkildə təzahür edir. 

IV

 



xarici-seroz  qişa  mədəni  xaricdən  əhatə  edib  xüsusi 

bağlar  əmələ  gətirir  və  mədəni  qarının  arxa  divarına  və  qonşu 

üzvlərə fıksə edir. 

Mədə qidaların toplanması  üçün  bir anbar vəzifəsi  görür. 

Məsələn,  atın  mədəsi  6-15  litrə,  gövşəyən  heyvanlarınkı  50-100 

litrə qədər qida tutur. 



13.18.

 

Mədə vəzilərinin sekresiyasının 

tədqiqolunma üsulları 

Hələ qədim vaxtlardan alimlər mədə şirəsi almağa və mədə 

vəzilərinin  fəaliyyətini  öyrənməyə  çalışmışlar.  Heyvanlara  ipə 

bağlanmış  süngər  uddurub  həmin  süngəri  mədədən  geri  çəkib 

süngəri  sıxmaqla  mədə  şirəsi  əldə  etmişlər.  Eləcə  də  heyvanları 

yedirtdikdən sonra, onları öldürüb mədəsini çıxararaq onun selikli 

qişasından şirə almışlar. Lakin əldə edilən mədə 

229 

downloaded from KitabYurdu.org



şirəsi  nə  təmiz  olmuş,  nə  də  mədə  vəzilərinin  fəaliyyətini 

görünməyə imkan vermişdir. 

1825-1833-cü  illərdə  Amerika  həkimi  Bouman  öz  gülləsi 

ilə  özünü  yaralayan  Kanada  ovçusu  Sen  Martinin  yaralanmış 

mədəsini müalicə etmiş, yara bir müddətdən sonra sağalmış, lakin 

yaranın  ağzı  bitişməmişdir  dəlik  və  ya  fıstula  şəklində  açıq 

qalmışdır.  7  il  müddətində  xəstədən  ac  qarma  mədə  şirəsi  almış, 

lakin onu təmiz halda əldə edə bilməmişdir. 

İnsan  üzərində  belə  təcrübənin  aparılmasının  mümkün 

olmadığını görən alimlər itlər üzərində təcrübə aparmağa başladılar. 

Bununla əlaqədar olaraq itlər üzərində aparılan təcrübələrin 

nəticələri insanda mədə vəzilərinin fəaliyyətini tam aydınlaşdırmaq 

üçün böyük əhəmiyyət kəsb edir. 

1842-ci  ildə  rus  həkimi  Basov,  1843-cü  ildə  fransız  alimi 

Blondulo  biri  digərindən  xəbərsiz  itlər  üzərində  narkoz  altında 

təcrübələr  apararaq  itin  qarın  boşluğunu  açıb  mədəyə  metaldan 

düzəldilmiş fıstula borusunun bir ucu mədəyə keçirdilməklə oraya 

tikilmiş,  digər  ucu  xaricə  çıxardılmış  qarının  dərisinə  tikilmişdir. 

Yara sağaldıqdan sonra  heyvanlar uzun illər  yaşamış və istənilən 

vaxt mədə şirəsi almaq mümkün olmuşdur. 

Belə  operasiya  olunmuş  itlərə  qastrotomirə  edilmiş  itlər 

deyilir.  Yəni  qastro  -  mədə,  tomiyə  isə  dəlik  deməkdir.  Belə 

heyvanların  yarası  sağaldıqdan  sonra  heyvanı  ac  saxlamaqla 

bərabər  fıstul  vasitəsilə  mədə  bir  neçə  dəfə  ilıq  su  ilə  yuyulur. 

Bundan sonra heyvandan mədə şirəsi əldə edilir. Alınan mədə şirəsi 

tüpürcək ilə qarışdığı üçün təmiz olmur. 

1889-cu  ildə  İ.P.Pavlov,  E.O.Şumova-Simanovskaya 

birlikdə  külli  miqdarda  təmiz  mədə  şirəsi  alınması  üsulunu  kəşf 

edirlər.  Mədə  fıstulası  olan  itin  üzərində  ikinci  dəfə  cərra-  hi 

əməliyyat aparılır. Heyvanın boyun nahiyəsi orta xətt üzrə kəsilir, 

boyun əzələləri ayrıldıqdan sonra yemək borusu tapılır və kəsilir. 

Kəsilmiş yemək borusunun hər iki ucu xaricə çıxar- dılaraq boynun 

dərisinə tikilir. Belə əməliyyata qastroezofaqo- tomiya deyilir. Yara 

sağaldıqdan sonra belə heyvanları saat- 



230 

downloaded from KitabYurdu.org



larla yedizdirdikdə belə nə qida, nə də qida ilə qarışmış tü- 

pürcək mədəyə keçmir, kəsilmiş yemək borusundan xaricə tö- 

külür. Belə qidalandırmaya yalançı qidalandırma deyilir (şəkil 

9). Belə heyvanlar 

illərlə yaşayır və 

bunları 


qida- 

landırmaq lazım gəl- 

dikdə ya fıstula vasi- 

təsilə mədəyə qida 

daxil edilir, yaxud da 

kəsilmiş yemək bo- 

rusunun mədəyə tə- 

rəf olan ucundan 

zond vasitəsilə qida 

daxil edilir. 

Qastroezofaqotomirə edilmiş heyvanlar üzərində aparı- 

lan tədqiqatlar qidanın ağız boşluğuna düşməsilə mədə vəzilə- 

rinin şirə ifrazı mexanizmini aydınlaşdırmışdır. 

Məlum olduğu kimi, qidalar mədədə saatlarla qalır. 

Normal həzm zamanı mədəyə düşən qidaların mədə vəzilərinin 

şirə ifrazı mexanizminə təsiri- 

ni qastroezofaqotomiyə edil- 

miş itlər üzərində öyrənmək 

mümkün olmadığını nəzərə 

alıb İ.P.Pavlov, eləcə də Hay- 

den-Hayn kiçik mədə əldə 

etməklə mədə vəzilərinin şirə 

ifrazı mexanizmini öyrənməyə 

nail olmuşlar. 

1878-ci ildə Hayden- 

Haynın təklifi ilə itlər üzərin- 

də əməliyyat aparılır. O, heyvanın qarın boşluğunu açıb mə- 

dənin böyük əyriliyi nahiyəsində 3 bucaq şəklində kəsik aparır 

və böyük mədədən kiçik mədə ayırır. 

Hayden-Haynın ayırdığı kiçik mədə əsas mədədə gedən 

normal həzm prosesini tamamilə əks etdirə bilmir. Hayden- 

 

Ş»kU  10.

  İ.P.  Pavlov  üsulu  ilə  təcrid  edilmiş  kiçik 

mədəciyin sxemi. 

1. Selikli qişa, 2. Əzələ qişa, 3. Serroz qişa, 4-5-6- 

fistula borusu, 7. Qarının divarının dərisi. 

Kiçik  mədəciyin  boşluğunu(a),  böyük  mədəcik 

boşluğundan (A) ayıran ikiqat selikli qişa. 

B - mədəyə giriş. C - mədənin piloris şöbəsi. 

 

Şəkil  9.



  Pavlovun  təcrübəsi  qida  borusu  və  mədəsində 

fıstula  olan  itdə  mərkəzi  sinir  sisteminin  mədə 

şirəsi ifrazına təsirini nümayiş edir. 

231 

downloaded from KitabYurdu.org



Hayn kiçik sinir liflərini kəsir, bu zaman kiçik mədənin inner- 

vasiyası pozulur. Bu üsul ilə əldə edilən kiçik mədə reflektoru 

şirə ifrazı mexanizmini aydınlaşdıra bilmədiyi kimi, sinir liflə- 

rindən təcrid olunmuş kiçik mədə vəziləri atrofıləşir, uzun 

müddət mədə şirəsi əldə etmək mümkün olmur. 

1894-cü ildə İ.P.Pavlov Hayden-Haynın kiçik mədəsin- 

dən fərqli olaraq, kiçik mədəyə gələn sinir liflərini mühafizə 

etmək şətrtilə xüsusi təcrid olunmuş mədəcik operasiya üsulu- 

nu təklif etmişdir (şəkil 9 və 11). Bu üsul ilə mədə və kiçik mə- 

dəciyin normal innervasiyası mühafizə olunmaqla mədə vəzilə- 

rinin sekretor fəaliyyətini fizioloji şəraitə mümkün qədər yaxın 

tərzdə müşahidə etməyə imkan yaratdı. 

İ.P.Pavlov üsulu ilə əldə edilmiş kiçik mədəcik təxmi- 

nən mədənin 

hissəsini təşkil edir. Heyvan qidalandığı 

zaman qida mədəyə düşür, lakin kiçik mədəciyə keçə bilmir. 

Bu zaman mədəcikdən mə- 

də şirəsi ifraz olunur. Bu sa- 

hədə aparılan bir çox təcrü- 

bələrin nəticələrindən aydın 

olmuşdur ki, kiçik mədəcik 

mədənin fəaliyyətini dəqiq 

halda olduğu kimi əks etdi- 

rir. Xəstəyə ət suyu, kələm 

şirəsi, kofein və ya 5 faizli 

spirt məhsulu verdikdən 2-3 saat sonra zond vasitəsilə şirə alı- 

nır. Eləcə də yuxarıda qeyd olunan maddələri vermədən belə 

alim Kurtsinin təklifi ilə ikiqat zonddan istifadə edilir. 

Zondun bir qatı xaricdə rezin havaverici balon ilə birləşir. 

Bunun mədədə qurtaran o biri ucu rezin kisə ilə əlaqələnir. Buna 

söykənmiş zondun ikinci qatının ağzı açıq olur. Rezin kisəyə hava 

vurduqca şişir, bu, mədənin mexanoreseptorlarını qıcıqlandırır və 

ifraz olunan mədə şirəsi zondun ikinci qatı ilə xaricə verilir. 

Bu  üsul  ilə  təxminən  2  saat  müddətində  200-1000  ml-ə 

qədər mədə şirəsi almaq mümkündür. 

 

232 

downloaded from KitabYurdu.org


Qeyd  etmək  lazımdır  ki,  bu  üsulla  alman  mədə  şirəsi  xəs-

tələrdən zond vasitəsilə alman mədə şirəsinə nisbətən təmiz olur. 

Son  illər  radioelektronikanın  inkişafı  ilə  əlaqədar  olaraq 

mədə  vəzilərinin  fəaliyyətini  öyrənmək  üçün  radiotelemet-  rik 

üsuldan  istifadə  edilir.  Bu  məqsədlə  xəstəyə  diametri 

8

  mm, 



uzunluğu 15 mm olan radio həb uddurulur. Bu həb elektromaqnit 

dalğaları  verən  generatordan  və  çeviricidən  ibarətdir.  Çevirici 

vasitəsilə mədə şirəsinin tərkibindəki  hidrogen ionlarının qatılığı, 

mədə  daxili  təzyiqi,  hərarətin  dəyişməsi  qəbul  olunub  generatora 

verilir. Bu zaman əmələ gələn dalğalanmalar xəstə ilə birləşdirilmiş 

antenaya verilir və nəhayət radioqəbuledici tərəfindən əks olunur. 



13.19.

 

Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin