Depressiya ilə əlaqədar amillər
Sosial-demoqrafik amillər
İntihara dair fikirlərin,
qərar və planların
mövcudluğu
Anamnezdə əvvəl yaşanan
intihar cəhdləri
Alkoqol və narkotik
maddələrin qəbulu
Kəskin psixotik
simptomların mövcudluğu
(imperativ qarabasmalar,
özünü günahlandırma
sayıqlamaları)
İmkansızlıq-əlacsızlıq və ya
günah hissi ilə müşayiət
olunan ağır depressiya və
həmçinin ifadə olunmuş
həyəcan və təlaş
Depressiyanın ağır somatik
xəstəlik ilə yanaşı getməsi
İntiharı həyata keçirmək
üçün öldürücü maddələri
əldə etmək imkanı
İntihara irsi meyllilik və
digər insan tərəfindən icra
olunan intiharın
müşahidəsi
Yeniyetmə və ya ahıl yaş
dövrü
Arzuolunmaz həyat şəraiti
(tənhalıq, işsizlik, sosial
dəstəyin yoxluğu )
Uşaqlıqda yaşanan
psixoloji travmalar
(zorakılıq, valideyn itkisi)
Kişi cinsinə mənsubluq
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
15
7. İlkin səhiyyə sistemi həkimi müayinənin nəticələrinə əsasən
depressiv pozuntunun ilkin diaqnozunu qoya bilər. Ekspert
qərarlarının qəbulu və ya digər sosial-hüquqi məsələlərin
müəyyənləşdirilməsi üçün son diaqnoz həkim-psixiatr tərəfindən
təyin olunur.
8. Həkim, depressiyanın aşkarlanmasından, onun ağırlıq dərəcəsinin
və intihar təhlükəsinin müəyyənləşdirilməsindən sonra özündə
aşağıdakıları birləşdirən anamnestik məlumatları toplamalıdır:
Pasiyentin hazırkı vəziyyətinin dinamikasına dair məlumat
Öncədən yaşanan epizodların sayı və ağırlıq dərəcəsi
Öncəki müalicənin səmərəsi
9. Həkim pasiyentin fiziki halını qiymətləndirməli, keçmişdə olan
və ya indi də yaşanan somatik xəstəliklər və depressiya simptomları
yarada biləcək preparatların öncəki qəbuluna dair məlumatları
araşdırmalıdır.
Əlavə müayinə aşağıdakı hallarda təyin olunur:
Depressiv pozuntu üçün xarakterik olmayan simptomların
aşkarlanması
Yaşlı pasiyentlərə
40 yaşından sonra başlanan depressiya zamanı
Alkoqol və narkotik maddələrin qəbuluna dair şübhələrin
olduğu təqdirdə
10. Həkim pasiyentin həyatında mühüm rol oynayan və onun halına
və müalicəsinə təsir edə biləcək aşağıdakı psixososial faktorları
gözdən keçirməlidir:
Ailə və şəxsiyyətlərarası münasibətlər
Professional fəaliyyət/təhsil
İqtisadi durum
Ailə-məişət məsələləri
Sosial əhatə və qanunla münasibətlər
Tibbi yardımdan yararlanmaq imkanı
11. Həkim depressiv pozuntunun ilkin diaqnozunun qoyulmasından
sonra göstəriləcək yardımı işləyib hazırlamalı, onu rəsmi formada
sənədləşdirməli və pasiyentlə müzakirə etməlidir. Bu plan özündə
güman edilən müdaxilələrin xarakter və həcmini, pasiyentlə əlaqənin
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
16
vaxtını, böhran halları zamanı görüləcək tədbirləri, əlavə müayinə və
digər mütəxəssislərə təyinatı birləşdirməlidir. (Əlavə 3)
Cədvəl 2. Depressiyanın müxtəlif ağırlıq dərəcələrində həyata
keçirilən müdaxilələrin xarakteri və həcmi
Depressiyanın
ağırlıq
dərəcəsi
Müdaxilə Qeyd
yüngül
Müşahidə, psixi
maarifləndirmə,
məsləhətləşmə
2 həftədə 1 dəfədən az olmayaraq əlaqə
vaxtını təyin etmək.
Əvvəldə yaşanan daha ağır epizodların
mövcudluğu zamanı effektiv olmuş
antidepressantları təyin etmək.
Pasiyentdə intihar xarakterli davranış
qeydə aldıqda, onu həkim-psixiatrın
qəbuluna göndərmək.
orta ifadəli
Psixi
maarifləndirmə,
məsləhət vermə,
farmakoterapiya
və/və ya
psixoterapiya
Birinci həftə ərzində 1 dəfədən,
müalicəyə yaxşı həssaslıq zamanı isə 2
həftədə 1 dəfədən az olmayaraq əlaqə
vaxtı təyin etmək. İlkin seçim
antidepressantı ilə monoterapiya təyin
etmək. 4 həftə müddətində cüzi effektin
müşahidəsi və ya effektin yoxluğu
zamanı antidepressantı dəyişmək.
Pasiyentdə intihar xarakterli davranış (o
cümlədən anamnezdə) qeydə aldıqda ona
həkim-psixiatrın yanına göndəriş vermək.
ifadə olunmuş
Farmakoterapiya,
psixoterapiya
və/və ya
mütəxəssisin
cəlbedilməsi və
ya
ixtisaslaşdırılmış
müəssisəyə
göndəriş
Birinci həftə ərzində 1 dəfədən az
olmayaraq görüş vaxtı təyin etmək. İlkin
seçim antidepressantı ilə monoterapiya
təyin etmək. 4 həftə müddətində cüzi
səmərənin müşahidəsi və ya onun
yoxluğu zamanı antidepressantı
dəyişmək. Əhvalın kəskinləşməsi zamanı
həkim-psixiatrın konsultasiyasına
göndərmək və ya xüsusi müəssisəyə
göndərişi həyata keçirmək.
ağır
İxtisaslaşdırılmış
müəssisəyə
göndəriş
Xüsusi müəssisələrə göndəriş
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
Depressiyası olan xəstələrin müşahidə və aparılmasının
ümumi prinsipləri
1. Həkim müalicəyə məlumatlandırılmış razılığın alınması,
pasiyentin arzu və istəklərinin aydınlaşdırılması, ümumi
qərarların təkmilləşdirilməsi və gələcəkdə atılacaq addımların
planlaşdırılması yolu ilə pasiyentlə əməkdaşlıq yaratmalı və bu
əməkdaşlığı inkişaf etdirməlidir.
2. Həkim xəstənin ailə və yaxınlarını (tibbi etika və qanunvericilik
normalarına riayət etməklə) xəstəlik, potensial təhlükənin
minimallaşdırılması, pasiyentlə gündəlik işlərin icrasında necə
yardım etmək mövzularında məlumatlandırmaqla, onları
müalicəyə cəlb etməlidir. Xəstəlik müddətində birbaşa pasiyentə
və onun ailəsinə aid olan vacib fərdi və professional qərarların
qəbulunu təxirə salmağı tövsiyə etmək lazımdır [D].
3. Həkim yardım göstərilməsi zamanı özündə pasiyentin vəziyyət
dinamikasını, intihar tendensiyalarını, sosial vəziyyəti, tibbi
göstərişlərə riayət olunmanı, əlavə təsirləri və həmçinin
pasiyentin müalicəyə dair fikirlərini birləşdirən monitorinqi
həyata keçirməlidir. (monitorinqin həyata keçirilməsi müddəti Q7
bəndində göstərilmişdir) [B].
4. Həkim pasiyentin təkidi zamanı, diaqnozun doğruluğuna dair
şübhələrin olduğu, simptomların kəskin ifadəliliyi, pasiyentin
psixoaktiv maddələr qəbul etməsinə dair ehtimalın olduğu,
pasiyentdə intihar xarakterli davranışın aşkarlandığı (həmçinin
anamnezdə), həmçinin psixoterapiya, əlavə müayinə və ya
müalicə aparan mütəxəssisə inamın olmadığı təqdirdə mütəxəssis
məsləhətləşməsi təşkil etməlidir [A].
Qeyri-medikamentoz
müdaxilələr
1. Pasiyentin maarifləndirilməsi depressiyaya, onun müxtəlif
təzahürlərinə, müalicə metodları və profilaktikasına dair məlumat
verən həkimlə keçirilən mütəmadi görüşlər zamanı aparılır [C].
Pasiyentin diqqətinə çatdırılacaq
əsas məlumatlar:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
18
Depressiya iradə zəifliyi və əqli çatışmazlıq deyil, o tibbi
problemdir.
Sağalma – qaydadır, istisna hal deyil.
Müalicə demək olar ki, bütün pasiyentlərə kömək edir.
Müalicənin məqsədi sadəcə əhvalın yaxşılaşdırılması deyil,
tam sağalma və gələcəkdə emosional problemlərin
öhdəsindən gəlmək bacarığını daha da inkişaf etdirməkdir.
Depressiyanın birinci epizoddan sonra 50%, ikinci epizoddan
sonra 70%, üçüncü epizoddan sonra 90% təkrarlanmaq
ehtimalı olduğu üçün uzunmüddətli müalicəyə ehtiyac vardır.
Depressiyanın ilkin əlamətləri təzahür etdiyi təqdirdə
pasiyent və onun ailə üzvləri sayıqlıq göstərməli və yardım
üçün mümkün qədər tez müraciət etməlidirlər.
2. Sağlam həyat tərzi depressiv simptomların yaranma tezliyini və
ağırlıq dərəcəsini azaldır [C]. Sağlam həyat tərzinə dair əsas
tövsiyələr:
Stress yaradan situasiyalardan qaçmaq
Gündəlik vəzifələri düzgün bölmək
Alkoqol və narkotik maddələrin qəbulunu dayandırmaq
Düzgün yuxu rejiminə riayət etmək
Qida qəbulunun balanslaşdırılması
Fiziki məşqlər (idman, aerobika, üzgüçülük, qaçış)
Xoşagələn məşğuliyyətə ayrılan vaxtın artırılması (əyləncənin
planlaşdırılması, xoşagələn insanlarla ünsiyyət, mütaliə,
filmlərə baxmaq)
3. Problemin həllinə yönəldilmiş məsləhətləşmə ən sadə və səmərəli
müdaxilədir [B]. Bu növ məsləhətləşmənin məqsədi pasiyenti öz
resurslarından istifadə etməklə problemlərinin öhdəsindən necə
gəlməyə dair təlimləndirməkdir. Bura daxildir:
1)
Problemin müzakirəsi və müəyyənləşdirilməsi
2)
Onun həlli üçün aydın və əldə oluna bilən məqsədlərin
müəyyənləşdirilməsi
3)
Qərarın müxtəlif növ variantlarının işlənib hazırlanması və
bütün “lehinə” və “əleyhinə” variantların gözdən keçirilməsi
4)
Üstünlük verilən qərarın seçimi və mərhələli planın nəzərdən
keçirilməsi
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
5)
Bu planın həyata keçirilməsi
6)
Problemin həllinə dair nəticənin qiymətləndirilməsi
Medikamentoz
müalicə
1. Medikamentoz müalicə orta-ifadəli və ya ağır depressiya
diaqnozu qoyulan pasiyentlərə təyin edilməlidir. Depressiyanın
yüngül mərhələsində medikamentoz müalicənin faydasının onun
təhlükəsindən geridə qaldığını nəzərə alaraq, medikamentlərin
ilkin təyini tövsiyə edilmir. Belə hallarda həkim 2 həftə
pasiyentin halını diqqətlə müşahidə etməli və qeyri-
medikamentoz müdaxilə həyata keçirməlidir [C] (əvvəlki
bölməyə bax).
2.
Yüngül depressiya mərhələsində olan pasiyentlərə dərman
preparatları, qeyri-medikamentoz müdaxilələrin effektiv olmaması,
yaxud keçmişdə orta və ya ifadə olunmuş depressiya epizod-
larının yaşanması hallarında, depressiyanın psixososial faktor və
ya somatik patologiya ilə əlaqədar olduğu təqdirdə təyin olunur.
Belə hallarda yüngül depressiyanın medikamentoz müalicəsi
orta-ifadəli və ağır depressiyada olduğu kimi aparılır [C].
3. Antidepressantın seçimi pasiyentin xəstəlik tarixi, ailə anamnezi,
preparatın
əlavə
təsiri və
təhlükəsizlik profili ilə
müəyyənləşdirilir [B]. Məsələn: Əgər xəstə hər hansı bir
preparata “müsbət” reaksiya veribsə, bu preparatın gələn dəfə də
effektiv olacağı ehtimalı var. Əgər pasiyentin hər hansı bir
preparata həssas olan qohumu varsa, bu təqdirdə o həmin
preparata həssas ola bilər. Preparatın klinik profil özəllikləri də
seçimi müəyyənləşdirə bilər. Məsələn: Əsasən həyəcan
şikayətləri olan xəstələr böyük sedativ effekti olan
antidepressantlara, tormozlanma müşahidə edilən xəstələr isə
stimullaşdırıcı təsirə malik antidepressantlara müsbət reaksiya
verə bilərlər.
4. Depressiya zamanı ilkin seçilən preparatlara serotoninin
intraneyronal udulmasının seçici inhibitoru (SİUSİ_və_SNİUSİ'>SİUSİ) və
serotoninin və noradrenalinin intraneyronal udulmasının seçici
inhibitoru (SNİUSİ) aiddir [A]. Digər qrup antidepressantlarla
müqayisədə bu antidepressantların üstünlüyü daha təhlükəsiz
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
olması, qəbul rahatlığı (gün ərzində bir dəfə təyin edilə bilər) və
daimi nəzarət tələb etməyən standart terapevtik dozada təyin
olunma imkanının mövcudluğundan ibarətdir. SİUSİ və SNİUSİ
ənənəvi trisiklik antidepressantlardan heç də az effektli deyil.
SİUSİ və SNİUSİ-nin ilkin təyininə tam əks-göstəriş (zərərli
olması) bu preparatların keçmişdə qəbulunun mümkünsüzlüyünə
dair məlumatların olması ilə əlaqədar ola bilər [A].
5. SİUSİ və SNİUSİ-nin qəbulunun əlavə təsirlərinə görə
dayandırılması halı çox az ehtimalla xarakterizə olunur [A]. Bir
çox insanlar üçün SİUSİ və SNİUSİ-nin qəbulunda ən
xoşagəlməz əlavə təsir seksual disfunksiyadır (anorqazmiya,
libidonun azalması və ya erektil və eyakulyator disfunksiya).
Mədə-bağırsaq pozuntuları və çəkinin artması daha az təsadüf
olunan əlavə təsirlərdir. Dozanın azaldılması, dərmanların
qəbulunda fasilə və ya eyni sinfin digər preparatına keçid belə
effektləri azalda bilər. Dərmanlarla qarşılıqlı təsir, o cümlədən
qaraciyərin P450 sitoxrom fermentlərində olan dəyişikliklər
SİUSİ və SNİUSİ üçün hipotetikdir və bir çox hallarda onlar
digər preparatlarla eyni vaxtda istifadə oluna bilərlər. Eyni
zamanda SİUSİ və SNİUSİ ilə seratoninergik aktivliyə malik
olan preparatlar (tərkibində dekstrometorfin, tramodol olan
preparatlar) arasındakı qarşılıqlı əlaqə, özünü miokloniya,
diareya (ishal), hipomaniya, təlaş, hiperrefleksiya, fikri cəmləmə
pozuntusu, qızdırma, hiperqidroz, arterial təzyiqin dəyişməsi,
ürəkbulanması və qusma (Əlavə 5) kimi göstərən potensial
təhlükəli reaksiyanın – serotonin sindromunun inkişafına gətirib
çıxara bilər. Serotonin sindromu dozanın azaldılması və ya
preparatın qəbulunun dayandırılmasından sonra çox vaxt 24 saat
ərzində aradan qalxan, geri dönən haldır. Ağır hallarda
simptomatikanın ifadəliliyini azaltmaq üçün serotonin
reseptorlarının qeyri-spesifik antaqonistlərindən olan Metiserqid
və Siproheptadindən (peritol) və həmçinin də 5-HT1A
reseptorunun blokatoru hesab edilən Propranoldan istifadə
etmək tövsiyə edilir [D]. SİUSİ
və
SNİUSİ-nin
monoaminoksidazanın (MAO) dönən və dönməyən inhibitorları
ilə birgə istifadəsi yolverilməzdir. Pasiyentin MAOİ qəbul
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
etməsi zamanı SİUSİ və SNİUSİ-nin təyini, ilk növbədə
orqanizmin MAO inhibitorlarından təmizlənməsini tələb edir.
6. Antidepressantların terapevtik təsirinin dərhal üzə çıxmadığını
nəzərə alsaq, klinik ifadəli həyəcan və/ və ya təlaşla müşayiət
olunan depressiya yaşayan xəstələrə antidepressantlarla eyni
zamanda anksiolitiklərin (kiçik trankvilizator) təyini də
məqsədəuyğundur [A]. Tolerantlıq, asılılıq və ya dərman
qəbulunun dayandırılması sindromu yaratmayan həyəcana qarşı
preparatlara qeyri-benzodiazepin sırası anksiolitikləri
(Buspiron, Hidroksizin) aiddir [D]. Daha ifadə olunmuş sedativ
təsirə malik olan (Alprozolam, Lorazepam, Klonozepam)
benzodiazepin trankvilizatorlarının istifadəsinə böyük diqqətlə
yanaşmaq və onları qısa müddətə (2 həftədən çox olmayaraq)
təyin etmək lazımdır [C]. Trankvilizatorların əksəriyyəti
depressiya zamanı yuxuculluğu gücləndirə və fikri cəmləmə
qabiliyyətini zəiflədə bilər. Bu səbəbdən də xüsusilə nəqliyyat
vasitələrini idarə edən pasiyentlər bu effektlərə dair
məlumatlandırılmalıdırlar.
7. Müalicənin ilk ayında 2 həftədə 1 dəfədən az olmayaraq
terapevtik monitorinq həyata keçirmək lazımdır. Ağır depressiya
zamanı monitorinqlər daha tez-tez keçirilməlidir [C]. Monitorinq
zamanı ehtimal olunan əlavə təsirlərə, intihar cəhdlərinə, həyəcan
və təlaşın yaranması və güclənməsinə, həmçinin həkimin
göstərişlərinə xəstənin necə əməl etməsinə nəzarət etmək
lazımdır. Müalicə rejiminə və həkim göstərişlərinə riayət etmək
müalicədə əsas (aparıcı) faktordur [A]. Həkim göstərişlərinə
riayət etməyə, pasiyenti aşağıdakılara dair məlumatlandırmaqla
nail olmaq olar:
Terapiyanın ilkin hiss olunacaq nəticələri (səmərəsi) 2
həftədən tez olmayaraq meydana çıxa bilər. Lakin
depressiyanın öhdəsindən gəlmək üçün daha uzun müddət
tələb olunur.
Əlavə təsirlər terapiyanın müsbət təsirini qabaqlaya bilər və
onlar adətən əlavə tədbirlər aparılmadan keçib gedirlər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
Uğurlu müalicə dozanın dəyişdirilməsini və ya digər
antidepressantın təyinini tələb edə bilər.
Terapiya əhval-ruhiyyənin yaxşılaşmasından sonra 6 aydan
az olmayaraq hələ davam etdiriləcək.
Dərman preparatı həkimin göstərişinə əsasən ardıcıl formada
qəbul olunmalıdır. Müalicə rejiminə riayət edilməməsi
depressiv simptomların kəskinləşməsinə və ya yeni epizodun
inkişafına gətirib çıxara bilər.
Müalicə ilə bağlı bütün məsələlərə dair həkimlə
məsləhətləşmək lazımdır.
8. SİUSİ və SNİUSİ-nin standart dozasının terapevtik effektinin
kifayət qədər olmadığı təqdirdə və əlavə təsirlərin yoxluğu
zamanı preparatın ilkin dozası tədricən artırıla bilər [A].
Müalicənin başlanmasından sonra, 4 həftə ərzində terapevtik
effektin yoxluğu, terapiyanın əvvəlində olmayan və əhəmiyyətsiz
(cüzi) dərəcədə ifadə olunan depressiv simptomatikanın artması
və ya intihar tendensiyasının güclənməsi və ya əlavə təsirlərin
kəskinləşməsi zamanı başqa SİUSİ və ya SNİUSİ təyin etmək
lazımdır [C]. Əgər sonrakı 4 həftə ərzində də müsbət
dəyişikliklər nəzərə çarpmırsa, ikinci seçim preparatlarına
keçmək lazımdır [B].
9. İkinci seçim preparatlarına trisiklik antidepressantlar (TSA),
qarışıq təsirli antidepressantlar (QTA) və monoaminoksidazanın
dönən inhibitorları (MAO Dİ) aiddir [C]. TSA ilə müalicəyə
tədricən, terapevtik effektin və əlavə təsirlərin yaranmasına səbəb
olan kiçik dozalardan başlamaq lazımdır [C]. TSA-nın
Monoaminoksidazanın (MAO) dönən və dönməyən inhibitorları
ilə birlikdə
qəbulu yolverilməzdir. Pasiyentin MAO
inhibitorlarından istifadəsi faktının mövcud olduğu təqdirdə
TSA-nın təyin olunması ilk növbədə orqanizmin MAO
inhibitorlarından təmizlənməsini tələb edir. TSA-nın yüksək
dozası arzuolunmaz təsirlərin yaranması təhlükəsi ilə bağlıdır.
TSA ishal və yuxusuzluqdan əziyyət çəkən xəstələr üçün xeyirli
ola biləcək, sedasiya və ya qəbizlik kimi antixolinergik əlavə
təsirlərə malikdir [A]. TSA həmçinin çəki artımına və ya
nevroloji ağrıların yaranmasına da səbəb ola bilər. Antixolinergik
təsirlər özündə ağızda quruluq, görmə yayğınlığı, səmtləşmə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
23
proseslərinin pozulması, ortostatik təzyiqin enməsini birləşdirir
və müalicə sxeminə riayət olunmamasına gətirib çıxara bilər.
Müalicənin qeyri-effektivliyi kifayət qədər olmayan dərman
miqdarı və ya müalicə müddəti ilə əlaqədar ola bilər. TSA-nın
dozasını aşmağın ölüm hallarına səbəb olmasını nəzərə alsaq,
intihara şübhəli xəstələrə bu preparatları məhdud miqdarda
təyin etmək lazımdır [A].
10. İlkin səhiyyə sisteminin həkimləri MAO-nun dönməyən
inhibitorlarını, iki antidepressantla uyğunlaşdırılmış terapiyanı,
antidepressantla Neyroleptikin, antidepressantla Litium
duzlarının,
antidepressantla
əhval stabilizatorlarının
kombinasiyasını təyin etməməlidirlər [D]. Bu cür təyinatlar
yalnız mütəxəssis psixiatr tərəfindən verilə bilər.
11. Antidepressantlarla aparılan terapiyanın davamlılığı, birinci
epizodda remissiya əldə olunandan sonra altı aydan, ikinci
epizodda isə iki ildən az olmamalıdır [A]. Qeyri-məhdud zaman
kəsiyində istifadə olunan antidepressantlı, dəstəkləyici terapiya
üçüncü epizoddan və ya ifadə olunmuş ağırlıq dərəcəsi, intihar
cəhdləri, psixoz, uzunmüddətli depressiv epizodlarla müşayiət
olunan ikinci epizoddan və ya 60 yaşından sonra təyin
olunmalıdır [B]. Müalicənin fəal fazasından fərqli olaraq
dəstəkləyici terapiya zamanı antidepressantların daha az
terapevtik dozalarından istifadə etmək olar [D].
12. Dərman qəbulunun kəsilməsi sindromunun yaranma ehtimalı ilə
əlaqədar olaraq terapiyanın dayandırılması prosesi dozanın iki
həftə ərzində tədricən azaldılması yolu ilə aparılmalıdır [C].
Pasiyentlər dərman qəbulunun müstəqil formada (həkimlə
məsləhətləşmədən) dayandırılmasının yolverilməzliyinə dair
məlumatlandırılmalıdırlar. Həkim müalicənin dayandırılması
qərarını qəbul edərkən əvvəlcədən pasiyentin psixi halını
müayinə etməlidir.
Dostları ilə paylaş: |