Microsoft Word Ictimai sehiyyede monitorinq ve qiymetlendirme



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#3300
1   2   3   4   5   6   7   8   9   ...   28
sağlamlığını  və onda olan meyilləri  əks etdirən göstəricilərdir. 

Bunlara  əhalinin xəstələnmə, doğum və ölüm sayını  əks etdirən 

göstəricilər aiddir. Digər monitorinq sahəsi səhiyyə müəssisələrinin 

fəaliyyətidir. Başqa bir monitorinq sahəsi 

sano-ekoloji 

monitorinqdir. Monitorinqin bu növü əhalinin bəzi qruplarının 

sağlamlığı ilə  ətraf mühit arasında olan qarşılıqlı  əlaqələrin 

öyrənilməsinə yönəldilir. 

Monitorinq müntəzəm aparılmalıdır (sutkalıq, həftəlik, aylıq, 

rüblük, illik və ya bir neçə ildən bir).  

Səhiyyə göstəriciləri və xidmətlərinin monitorinqinin nəticələri 

səhiyyə sahəsində  qərarların qəbul edilməsi üçün vacibdir və  hər 

hansı problem yarandığı halda strateji qərarların təkmilləşdirilməsi

mövcud siyasətə düzəlişlərin edilməsinə imkan verir. Müsbət nəticə 

göstərən fəaliyyətlər yeni səhiyyə proqramlarında istifadə edilə bilər. 

Digər bir o qədər də  uğurlu olmayan fəaliyyətlərə isə  gələcəkdə 

yenidən baxıla bilər.  

İlk qiymətləndirməni monitorinq prosesinin ilkin mərhələsində 

aparmaq lazımdır. Bu qiymətləndirmə  məhdud büdcə  şəraitində 

arzuolunan nəticələrin  əldə edilməsi məqsədilə insan və maddi 

resursların daha səmərəli istifadəsinə şərait yaradır.  

Səhiyyədə qiymətləndirməyə  həyata keçirilən proqramın və ya 

rutin işinin kəmiyyət və keyfiyyət nəticələrini müəyyənləşdirən 

tədbirlər toplusu kimi baxmaq olar. Qiymətləndirmə son və aralıq 

nəticələr, həyata keçirilən fəaliyyətlər arasında qarşılıqlı  əlaqələrin 

müəyyənləşdirilməsini nəzərdə tutur.  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin