4. ―ġEYX SƏNAN‖ FACĠƏSĠ
―Şeyx Sənan‖, hər şeydən əvvəl, dini təəssübkeşliyə qarşı
yazılmış qiymətli bir əsər idi. Əsərin məhz 12-14-cü illərdə
qələmə alınması təsadüfi deyildir. Çünki, yuxarıda dediyimiz
kimi, millətçilik və dini təəssübkeşlik xüsusən Zaqafqaziyada
çox fəlakətlər törətmişdi. Bu mənfur təbliğat ―parçala və hökm
sür!‖ siyasəti yeridən, Zaqafqaziya zəhmətkeşlərini daimi
əsarətdə saxlamağa və onların azadlıq uğrunda mübarizəsini
boğmağa çalışan çar hökumətinin və yerli istismarçıların əlində
əlverişli bir silaha çevrilmişdi. Əsərin ortaya çıxdığı illərdə, bi-
rinci dünya müharibəsinin yenicə alovlandığı dövrdə bu
təbliğat beynəlxalq irtica ilə, imperialist müharibəsi ideyaları
ilə də çox yaxından səsləşirdi.
Zaqafqaziya bolşevikləri başda olmaqla cəmiyyətin bütün
mütərəqqi qüvvələri millətçilik və dini təəssübkeşlik təbliğatına
qarşı geniş mübarizə cəbhəsi açmalı olmuşdular.
Zaqafqaziyanın, o cümlədən Azərbaycanın bütün qabaqcıl
yazıçıları bu mübarizlər sırasında idilər. Nərimanovun hələ
1900-cü ildə nəşr etdirdiyi ―Bahadır və Sona‖, Cəlil
100
Məmmədquluzadənin, Sabirin, Hadinin, Şaiqin, Səhhətin, Üze-
yir Hacıbəyovun və bir çox başqalarının beynəlmiləlçilik
ideyalarını təbliğ edən əsərləri həmin bu mübarizənin məhsulu
idi.
Məlumdur ki, bu yazıçıların hamısı eyni bir ideyanın
yolçusu deyildir. Həmçinin dini təəssübkeşlik və millətçilik
təbliğatına qarşı da hərə özünə məxsus ideya cəbhəsindən çıxış
edirdi. Hüseyn Cavid də, demək olar ki, ilk əsərlərində öz
sənətinə, üslubuna məxsus və öz görüşlərinə uyğun bir yol ilə
dini təəssübkeşliyi pisləyirdi. ―Şeyx Sənan‖ faciəsi də bu
əhvali-ruhiyyə ilə yaradılmışdı.
Bu cəhəti H.Cavid yaradıcılığı ilə ciddi məşğul olan sovet
tənqidçisi H.Zeynallı düzgün qiymətləndirib, 1926-cı ildə nəşr
etdirdiyi ―Şeyx Sənan‖ haqqında mülahizələrim‖ adlı
məqaləsində əsərin yazıldığı dövrdə oxuculara təsirindən bəhs
edərək yazırdı: ―Bütün dini, imanı təbii duyğular yolunda fəda
edən Sənan... Azərbaycan ziyalılarına xoş gəlməkdə idi.
Burada əski dindarlığa qarşı olan nifrətlər Şeyx Sənanın dili ilə,
Cavid qələmi ilə vətəndaşlıq hüququ almaqda idi. Ona görə də
cəmiyyət tərəfindən sevilmişdi... Müəllif ruhanilik içində olan
çürüntü və yıprıntıları tamamilə meydana atmaqla mollalığa və
ümumiyyətlə dinə olan ikrahı bir az da qüvvətləndirilmiş və bir
az daha irəli gedərək... dinin kütlə üzərində hakimiyyətini
itirdiyini və dinçilər arasında ―şübhə‖ və ―vəsvəsə‖ əmələ
gəldiyini və bütün bunların sağlam və təbii həyat qarşısında nə
qədər sönük, nə qədər gücsüz olduğunu göstərmişdi...
1
‖.
Beləliklə, əsərin əhəmiyyəti, hər şeydən əvvəl, müasir
məfkurə mübarizələrinin mühüm bir cəhəti ilə məhz dini
təəssübkeşliyə qarşı mübarizə ideyaları ilə səsləşməsində idi.
Birinci imperialist müharibəsi ərəfəsində və müharibə
dövründə bütün əksinqilabçı burjua nəzəriyyəçilərinin
―islamlaşmaq‖ şüarını ortalığa atıb, inadla bu çürük fikri
müdafiə etdikləri bir şəraitdə Cavidin ―Şeyx Sənan‖ kimi bir
1
―Maarif və mədəniyyət‖ məcmuəsi, Bakı, 1926, № 12.
101
əsəri qələmə alması onun yaradıcılığında müsbət bir hadisə idi.
―Şeyx Sənan‖, eyni zamanda, çox incə tellərlə ümumiyyətlə
Şərq, xüsusən Azərbaycan ictimai fikrində və klassik
ədəbiyyatında dini təəssübkeşliyə qarşı çevrilmiş tarixi
mübarizə ənənələri ilə də sıx bağlı olan bir əsər idi. Əsərdəki
ideyanın, müasirliyini, eləcə də onun milli ədəbi və fəlsəfi irsin
mütərəqqi cəhətləri ilə məzmunca əlaqədar olduğunu
aydınlaşdırmaq üçün Şeyx Sənan surətini ətraflı öyrənmək
kifayət edər.
Faciənin ilk səhnələrində şair öz tiplərini, onların
səciyyəsini də dünyagörüşünün iki cəbhədə qruplaşdırmağa
çalışır:
Birinci cəbhədə ―fəzilət və ürfanı‖ ilə ağsaqqal bir mürşüd
sayılan, yarısufi, yarıpanteist Şeyx Kəbir, onun tələbəsi, hələ
gənc yaşlarında ―kəsbi-ictihad‖ edən, yəni özünün yeni, xüsusi
görüşləri olan Şeyx Sənan və bu müəllim-tələbəyə rəğbət
bəsləyən Şeyx Hadi, Şeyx Sədra və Əbülüla durur.
İkinci cəbhədə isə sadəcə dindar fanatiklərdən ibarət olan
Şeyx Mərvan, Şeyx Nəim, Şeyx Əbülləhyə, Şeyx Cəfər və
başqa şeyxlər, müridlər durur ki, birincilərin əksinə olaraq,
bunlar avam, zahid-məslək adamlardır.
Şeyx Kəbir islam dininin bir çox ehkamlarına və Quranın
bəzi hökmlərinə, rəvayətlərinə şübhə ilə yanaşan, allahı
təbiətdən kənarda, göylərdə deyil, təbiətin özündə axtaran
panteist bir mürşüddür. O, tələbəsi Şeyx Sənanı da bu ruhda
tərbiyə etmişdir. Sənan dini şübhəçilikdə öz mürşüdündən daha
irəli getmişdir. Onun xüsusi qənaətləri, kor-koranə etiqaddan
uzaq olması, hər işdə ağlın dəlillərinə istinad etməyə can
atması müəllimini heç də təəccübləndirmir, əksinə,
fərəhləndirir. Şeyx Sənan fanatik şeyxlər arasında yeni fikirlər
təbliğ edir, Quran və şəriətin bəzi hökmlərinin ağıldan,
idrakdan uzaq və həqiqətə uyğun olmadığını söyləyir, merac
məsələsinə, yəni peyğəmbərin guya göylərə çıxması
haqqındakı rəvayətə istehza edir. Belə mənasız rəvayətlərə
102
asanlıqla inanan fanatik şeyxlərdən Şeyx Mərvan Sənanı dinsiz
adlandırıb, az qala ona ölüm fitvası tələb edərək Şeyx Kəbirə
deyir:
Möhtərəm şeyx! Altı gün əvvəl
Vardı Sənanla bir mübahisəmiz,
Bağırıb söyləyirdi pərvasız:
―Olsa merac, olur da ruhani.
Həp yalandır əruci-cismani
1
.
Bir bəşərdir, — deyirdi — peyğəmbər.
Heç görülmüşmü çıxsın ərşə bəşər?
2
Sənanın bu fikrinə və şübhələrinə haqq qazandıran Şeyx
Kəbir, eyni zamanda, özünün də belə boş rəvayətlərə
inanmadığını söyləyir; allah təbiətin özündə olduğu halda onu
görmək üçün göyə çıxmağın nə mənası varmış — deyə o da
fanatiklərə istehza edir:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan,
Çünki hər kəscə bəllidir: yaradan —
Hər zaman, hər tərəfdə nurəfşan,
Fərqsiz onca həp zamanü məkan...
Ona məxsus yoxsa bir məva,
Ərşə çıxmaqda varmı bir məna?
3
Yenə bir başqa fanatik — Şeyx Nəim Sənanın tövhid
məsələsinə, yəni allahın birliyinə, varlığına da şübhə etdiyini
Şeyx Kəbirə danışır:
1
Əruci-cismani – insanın cismən göylərə, allahın yanına uçması.
2
H.Cavid. Seçilmiş əsərləri, səh. 161.
3
H.Cavid. Seçilmiş əsərləri, səh. 161.
103
Sadə meracı etmiyor inkar,
Hələ tövhid için də şübhəsi var.
Söyliyor: ―Görməyincə xaliqi mən
İctinab eylərim pərəstişdən‖.
1
Şeyx Kəbir tələbəsinin bu şübhəsinə də haqq qazandırır.
Yenə eyni fikrini başqa şəkildə təkrar edib deyir ki, allahı
təbiətdən kənarda axtarmaq nahaq işdir; allahı tanımaq üçün,
görmək üçün təmiz ürəyə, yüksək əxlaqa sahib olmaq
kifayətdir:
Şübhə artarsa, həm yəqin artar,
Mərifət nuri şübhədən parlar.
Zənn edərsəm yanılmıyor Sənan;
Çünki xəllaq üçün şərəfli məkan
Eyi, parlaq könüllər olsa gərək
2
.
Məlumdur ki, Şeyx Kəbirin bu panteizmi ―Şeyx Sənan‖
müəllifi tərəfindən uydurulmamışdır. Həm də bu təkcə Şeyx
Kəbirlə Sənana istinad edilən bir görüş olmayıb, çox qədim
tarixi kökləri olan Şərq, eləcə də Azərbaycan fəlsəfi fikrindən
gəlir. Bu haman panteizmdir ki, Azərbaycanın Nəsimi, Füzuli,
Şeyx Mahmud Şəbüstəri kimi bir çox böyük mütəfəkkir və
şairlərinin dünyagörüşündə xüsusi yer tutmuşdur. Bu fikri
əyaniləşdirmək üçün təkcə Nəsiminin bir neçə şeirini
xatırlamaq kifayətdir. Məşhur ―Bahar oldu‖ şeirinin bir
beytində Nəsimi belə bir fikir irəli sürür ki, canlı təbiətin bütün
hadisələrində, hər bir sünbüldə, hər bir çiçəkdə belə allahı
görmək mümkündür. Lakin bu sirri, bu mənanı dördayaqlılar
nə başa düşür? Əgər sən dünyanın əmələ gəlməsi sirrini
anlamaq istəyirsənsə, təkcə bir reyhanın ətrini iyləmək kifayət
edər:
1
Yenə orada, səh. 162
2
Yenə orada.
104
Əgər ki sünbülü nərgiz bəyani-kənti kənz eylər,
Qaçan bülhəm əzəl bilsin işaratın bu əsrarın?
Bu gün kor aləmi-qeybin vücudun görmək istərsən
Riyahın uş, bəyan eylər zühurun çərxi-səyyarın.
1
Yaxud aşağıdakı parçaya diqqət edək:
Hər nəyə baxdınsa, onda sən allahı gör,
Qancaru kim, əzm qılsan, səmmü vəchullahı gör.
Zatinin eynidir allahın süfatı, ey bəşər!
Lakin ol bildi bu rəmzi kim, irişdi zatinə.
Yaxud:
Adəmdə təcəlli qıldı allah,
Qıl adəmə səcdə, olma gümrah.
2
Cavidin yaratdığı Şeyx Kəbir surətinin görüşlərindəki
panteizm də bu mənbə ilə bağlıdır, onun davamıdır.
Kim ki allahı istəyir görmək
Arasın qəlbi-tabnakində,
3
Arasın kəndi ruhi-pakində.
Şübhəsiz ki, nə Nəsiminin, nə də Cavidin Şeyx Kəbirinin bu
fikirləri, yəni onların panteizmi materialist və ateist mahiyyətdə
deyildir; bu, tam etiqadsızlıq da deyildir; lakin hər halda
müəyyən dini ehkama, fanatizmə qarşı çevrilmiş bir fəlsəfi gö-
rüşdür. ―Şeyx Sənan‖dakı dini təəssübkeşliyə qarşı qoyulan
panteist ideyalar, eyni zamanda, Azərbaycanın fəlsəfi və ədəbi
irsi ilə əlaqədardır dedikdə — biz bu həqiqəti nəzərdə tuturuq.
Cavidin əsərində bu ənənəvi ideyalara daha çox bağlı olan
1
S ə l m a n M ü m t a z. ―İmadəddin Nəsimi‖, Bakı, Azərnəşr, səh. 46.
2
Yenə orada.
3
Qəlbi-tabnak— parlaq, təmiz qəlb.
105
surət Şeyx Sənandır. Ondakı dini şübhəçilik də bu ideyalara
əsaslanır. Sənan Turanda anadan olmuş bir türk, ―kimsəsiz bir
zavallıdır‖. O, aşağı təbəqədən çıxmışdır. ―Elm-ürfan‖ kəsb
etmək məqsədi ilə bir müddət İranda olmuş, sonra Ərəbistana
getmiş, ruhani təhsil görmüş, dini-sxolastik elmləri öyrənmiş,
lakin çox çəkmədən islam ehkamı, şəriət onda dərin şübhələr
doğurmuşdur. Sənan dindarlıqdan bir çox cəhətdən kəskin
surətdə fərqlənən ―filosofanə bir ruha‖ malik olmuşdur və otuz
yaşında ikən ―kəsbi-ictihad‖ etmiş, yəni islam dini və şəriət
hökmləri haqqında, eləcə də fəlsəfi idrak məsələlərində
müstəqil fikirləri və mühakimələri ilə tanınmışdır. Sənan həm
gözəl bir insan, həm də elm-kamal sahibidir. İndi o, şəqqül-
qəmər (ayın parçalanması) hekayəsinə istehza edir, meraca
inanmır, allahı görməyincə tanımaq və sitayiş etmək istəmir və
sairə... Cavid Sənanı, faciənin qəhrəmanını belə göstərir.
Bu xüsusi fikirləri, görüşləri ilə Sənan onu əhatə edən şeyx
mərvanlar mühitinə sığmır, mümkün qədər onlardan uzaq
olmağa, tək-tənha yaşamağa çalışır, cəmiyyətdən qaçır,
günlərini səhralarda keçirir. Şeyx Əbuzər Sənanın bu
mərdümgirizliyi haqqında Zəhraya deyir:
Qonşular söyliyor ki, həp gecələr
Uyumaq bilmiyor sabaha qədər.
Qoşuyor hər səhər biyabanə,
Həm də əsla qarışmaz insanə.
Halı pəjmürdə, sanki bir məcnun,
Anlaşılmaz nədir məramı onun?!
1
Əgər Şeyx Sənanın bu etiqad süstlüyü, islam ehkamına və
şəriətə şübhə ilə yanaşması bizə bir sıra klassik şair və
mütəfəkkirlərimizin panteist ideyalarını xatırladırsa, onun
fanatiklər mühitindən qaçması, tənhalığı sevməsi, biyabanlara
üz tutması da bizə ədəbiyyatımızın məşhur aşiq surətlərini,
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 154.
106
Fərhad və məcnunlarını xatırladır.
Beləliklə, Sənan surəti həm fikirləri, həm də qəlbi, eşqi,
zövqü etibarı ilə möhkəm surətdə ənənəyə bağlıdır. Ənənəvi
aşiqlər kimi, Sənan da məhəbbəti ideallaşdırır. Altı il eşqi ilə
yaşadığı və özünə əsir etdiyi Şeyx Kəbirin gözəl qızı Zəhradan
qaçır, Zəhranın həyat, səadət eşqi ilə çırpınan qəlbi, coşqun,
odlu məhəbbəti artıq onu cəlb etmir, xəyali bir əfsanəyə uyub,
―eşqi-ruhani ilə‖ yaşamaq istəyir, yuxuda gördüyü və ―ideal
ilahi gözəlliyin‖, ―mütləq əbədi gözəlliyin‖ timsalı, təzahürü
hesab etdiyi ―altun qanadlı mələklər‖ əhatəsində olan Xumarın
sorağına düşür.
Cavid Sənanın yuxusunu göstərirkən də yenə ədəbi ənənəyə
əsaslanır. Sənanın yuxusu
və bu yuxu ilə əlaqədar olan arzuları
bir çox Azərbaycan nağıl və dastanlarında sevgilisini əvvəlcə
yuxuda görüb, sonra onun sorağına düşən aşiqlərin yuxusuna
bənzəyir. Lakin dastanlardakı aşiqlərdən fərqli olaraq, Sənanın
Xumara meyli canlı, real gözəlliyə meyldən daha çox, mistik,
ideal, ruhani gözəlliyə olan bir meyldir.
Yuxuda Sənan nağıl və dastanlarda olan aşiqlər kimi real
həyat səhnələrini və canlı insanları, gözəlləri deyil, behişti və
məlakələri görür: ―Olduqca şairanə, cazibədar, behişti bir
mənzərə... Altun qanadlı mələklər əl-ələ, qol-qola olaraq incə
qəhqəhələrlə gülüşüb gəzirlər. Mələk qiyafəsində olan Xumar
da onların içərisindədir‖. Xumar Sənanı başqa bir mühitə,
fövqəltəbii, ideyalar aləminə çağırır:
Şeyx, gəl, gəl! Sevimli Sənan, gəl!
Sənə layiq deyil o yer, yüksəl!
...Oxunur gözlərində nuri-düha,
Yüksəl, ey şeyx, gəl, düşünmə daha!
1
Sənanı daha çox cəzb edən, onu yerindən oynadan da, hər
şeydən əvvəl, bu ―sənə layiq deyil o yer, yüksəl‖ sözləri olur.
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 157.
107
Əslində bu yuxu həm Şeyx Kəbirin, həm də onun
tələbəsinin gözündə mənasız bir şeydir. Odur ki, Şeyx Kəbir bu
yuxunu sadəcə əfsanə adlandırır və tələbəsinə təsəlli verərək,
―bir həqiqət deyil bu, röyadır‖ — deyir.
Şeyx Sənan da yuxunun həqiqət olmadığını bilir, lakin
yuxudan ona görə sarsılır ki, bütün bunlar hamısı onun şəxsi
fikirlərinin, xəyallarının və arzularının nəqşidir. Bu xəyalların,
nəqşlərin arxasında isə, fanatiklər mühitindən xilas olmaq, əsil
həqiqət aləmini dərk etmək arzusu durur. Sənan bu xəyali
nəqşlərdə çoxdan bəri axtardığı əsil həqiqətin, dumanlı şəkildə
olsa da, nə isə bir izini görür. Dramaturq ənənəvi üsuldan
istifadə etsə də, bu yuxu səhnəsi ilə gənc ruhani Sənanın
xəyallarının romantik mənzərəsini vermək istəmişdir.
Şeyx Kəbirin ölümündən sonra Sənan on il onu əvəz edir. O,
qırx yaşında ikən uzun bir səfərə çıxır. Bu səfərdə biz yenə
Sənanı özünün əvvəlki fikirlərini təbliğ edən görürük. Sənanı
əhatə edən fanatik şeyxlər yenə ondan narazıdırlar. Onların fik-
rincə əsil müsəlmançılıq dünyadan əl çəkmək, bütün ömrü
allaha ibadətdə keçirməkdir. Sənan isə uzun səfərləri ilə buna
mane olur, əsil dindarları ―doğru yoldan‖ ayırır:
Ş e y x M ə r v a n
Nə səfərdir, bu, anlamam ki?!.
Ş e y x N ə i m
Əvət, heç də mənası yox bunun, əlbət.
Ş e y x Ə b ü l l ə h y ə
Nə çıxar boylə boş siyahətdən?
Xalqı məhrum edər ibadətdən.
Ş e y x C ə f ə r
Məncə heç şübhə yox ki, ins ilə cin
Yaradılmış fəqət ibadət için
1
.
Şeyx Sənan isə onları əhli-ibadət yox, hər şeydən əvvəl
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 176.
108
―əhli-mərifət‖ olmağa çağırır.
S ə n a n
Quru, boş səcdənin yox aqibəti,
Haq sevər yalnız əhli-mərifəti
1
Sənana səmimi rəğbət bəsləyən Şeyx Hadi də ancaq ibadət
üçün yarandıqlarını güman edən avam şeyxlərə istehza edib,
mürşidinin fikirlərini təsdiq edir:
Əyilib qalxacaq, yeyib içəcək,
Sonra qıl körpüdən qolay keçəcək.
2
Oxucu yaxşı bilir ki, bu fikir Xəyyamdan, Xaqanidən,
Nizamidən başlamış Füzuli və Sədiyə qədər fanatizmə,
mövhumata, dünyadan mümkün qədər tez köçmək fəlsəfəsinə,
zahidliyə əsaslanan hər cür mövhumata qarşı Şərqin bütün
böyük mütəfəkkirlərinin söylədikləri ən kəskin fikirlərdir ki,
biz onu burada, ―Şeyx Sənan‖ faciəsində Sənanın və Şeyx
Hadinin dilindən eşidirik.
Burada heç olmazsa Xaqaninin aşağıdakı misralarını
xatırlatmaq olar:
Zahidliyə, riyayə bir misqal ehtiyac yox,
Dinin aparmayacaq çünki səni cənnətə.
Və ya Nəsiminin aşağıdakı misralarını xatırlamaq olar:
Xəlvəti-ərbəin ilə kimsə irişmədi həqə,
Zöhdü səlatə meyl edən fikri-məhalə düşməsin!
Korlarla olan söhbətində biz yenə Sənanın dini ehkama və
rəvayətlərə, xüsusən islamda əsas məsələlərdən biri olan
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 180.
2
Yenə orada.
109
imamət məsələsinə, imamların və islam ruhanilərinin guya
fövqəlbəşər insanlar olması məsələsinə nifrətlə yanaşdığını,
onu yalan, iftira deyə damğaladığını görürük:
B i r i n c i k o r
Bizə imdad edib şəfa veriniz!
Görmiyor kainatı gözlərimiz.
S ə n a n
Boylə ecazkar bir insan,
Xayır, əsla yaratmamış yaradan
Bir qulum mən də pək fəqir, aciz
Bu yalan iftirayə uymayınız
1
.
Bu səhnədə Şeyx Sənanın ümumiyyətlə içərisində yaşadığı
cəmiyyətdən, dolaşdığı mühitdən, insanların yer üzündəki
əmrlərindən də narazı olduğu aydın görünür. Onun korlara
dediyi sözlər bu fikri təsdiq edir:
Nəyi görmək dilərsiniz, bilməm?
Yanıyor zülm içində həp aləm!
Görməməkçin bu çirkin işləri siz
Yalvarıb haqqa, həmdü şükr ediniz
2
.
Get-gedə Sənan fanatiklərindən nəinki sadəcə qaçır,
uzaqlaşır, bəlkə onların simasında özünün, öz görüşlərinin ən
qəddar əleyhdarlarını görür. Onun şeyxlərə, papasa etdiyi
hücumları bunu aydın təsdiq edir. O, papasa deyir:
Arif ol, arif... Atma vicdanı,
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 180.
2
Yenə orada, səh. 182.
110
Ara qəlbində dini, imanı.
...Zahirin pək gözəl, fəqət nə çıxar?
Oynayır batinində şeytanlar
1
.
Eyni ruhda Sənan fanatik şeyxlərə nifrət edir:
Gediniz, gərçi hiylə ya təzvir
Sizcə xoş, məncə eşq yüksəkdir
2
.
Başqa bir yerdə Sənan otardığı donuzlarla dindar fanatiklər
arasında heç bir fərq görmədiyini söylədiyi zaman fanatizmə
qarşı nifrəti artıq son həddə çatmış olur:
O donuzlar ki, otladır Sənan
Şübhəsiz fərqi yoxdur onlardan
3
.
Hələ çox uzaqlara getməsək, XIX əsrin Azərbaycan şairi
Nəbatinin aşağıdakı misraları Sənanın dindar şeyxlərə,
zahidlərə qarşı mütəfəkkir aşiq adından etdiyi bu hücumları
bizə xatırlatmırmı?
Zahid az danış, get gözümdən, it,
Eşqdən məni çox da danlama.
Məndən əl götür, ey uzunqulaq!
Vəz satma çox, hey himari-məst!
Beləliklə, yenə də ənənəyə bağlılıq faciənin bu səhnəsində
də özünü aydın göstərməkdədir.
İkinci pərdədə, Dərvişlə görüş səhnəsində Sənandakı dini
şübhəçilik daha da qüvvətlənir. Hərçənd o, sonralar Dərvişdən,
onun qəribə fəlsəfəsindən ayrılıb, Dərvişin fikirlərini
1
Yenə orada, səh. 244.
2
Yenə orada, səh. 210.
3
Yenə orada, səh. 142.
111
mövhumat adlandırır, lakin Sənan eyni zamanda, öz şübhələri,
fikirləri ilə Dərvişin görüşləri arasında çox yaxın bir
münasibət, bənzəyiş görür.
Dərviş simasında Cavid bütün dini ehkama şübhə ilə
yanaşan, səhranişin, təriqətçi mütəfəkkir surətini yaratmışdır.
Bu nöqteyi-nəzərdən Dərviş də görüşləri etibarı ilə həm Şeyx
Kəbirə, həm də Şeyx Sənana yaxındır; lakin onlardan fərqli
olaraq, Dərviş dinə qarşı fikirlərində daha ciddi, daha
kəskindir.
Şeyx Sənan Dərvişin nə kimi dünyagörüşünə sahib
olduğunu duyur. O, Dərvişi danışdırandan sonra başa düşür ki,
sadə adamların dəli Dərviş, avam şeyxlərin isə sehrkar, dinsiz
adlandırdıqları bu şəxs bütün mənasızlığını dərk etmiş və varlıq
haqqında özünə məxsus mülahizələri olan ―ənəlhəqq‖, yəni
―mənəm allah‖ deyib çırpınan təriqətçi bir səyyahdır.
Dərvişin yaşadığı məsləkin yalnız bir nəfərə aid olmayıb,
Şərqdə çox geniş yayıldığını, digər tərəfdən ―ənəlhəqq‖
dediyinə görə dara çəkilən Mənsurun adı ilə bağlı olduğunu da
Şeyx Sənan başa düşür:
Ş e y x M ə r v a n
— Dəlidir, şeyx, o həm də bir dinsiz.
Ş e y x S ə n a n
— Dinsiz olmaq da bir təriqətdir.
...O deyil gərçi zahirən Mənsur,
Həp ənəlhəqq deyib də çırpınıyor.
1
Dostları ilə paylaş: |