―Qadın‖ sərlövhəli başqa bir şeirində Cavid Şərq qadınını
hüquq, azadlıq uğrunda mübarizəyə çağırır, çadranı zülmət
pərdəsi adlandırır:
Qadın, ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalx! — Uyuyan —
Daima mövt ilə həmduş oluyor,
Zillü möhnətlə həmağuş oluyor.
...Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içindən sıyrıl!
Qəhrəmanlar kimi qovğaya atıl!
2
Bu yeni şeirlərdə artıq əvvəlki bədbin, ümidsiz şair yavaş-
yavaş başqalaşır, yavaş-yavaş aradan çıxır, onu artıq məhdud,
qaranlıq şəxsi mənəvi aləmindən kənara çıxan, tədriclə həyat
həqiqəti ilə, gerçəkliklə hesablaşan başqa tipli bir şair əvəz
edirdi.
Vətənə qayıtdıqdan sonra yeni ictimai-siyasi həyat və yeni
1
―Otuz yaşında‖ H.Cavid. Seçilmiş əsərləri, səh. 500.
2
―Qadın‖, yenə orada, səh. 506-507
71
ədəbi mühit, hətta ayrı-ayrı qabaqcıl yazıçılar da Cavidin
mənəvi inkişafına müsbət təsir edirlər. Bu yazıçılar, şairin
yaradıcılığında və görüşlərində olan zəif cəhətləri tənqid edir,
ona doğru yol göstərirdilər. Bu həqiqəti təsdiq etmək üçün
təkcə bir faktı göstərmək kifayətdir. Cavid Türkiyədə təhsil
aldığı illərdə ―Pənbə çarşaf‖ adlı bir şeir də yazmış və burada
qadına olan köhnə, mürtəce baxışları əks etdirmişdi. Bu şeirdə
Cavid qadınların örtünməsində, çadraya bürünməsində xüsusi
bir cazibə, incəlik, lətafət görür, çadranı ulduzları saran
şəfəqlərə, gülə başqa bir gözəllik verən yarpağa, gözəl rəsm
əsərini bəzəyən kölgələrə bənzədirdi.
... O vücudi-lətifi qoy sarsın
Nurdən işlənən ipək tellər,
Məncə məğrurü möhtəris baxışın
Ruhi təltif için kifayət edər...
Müəllif şeirin sonunda:
Örtün! Örtün, fəqət unutma, saqın!
Sənin açmaq zamanın: iştə yarın
1
—
— deyə gələcəkdə çadranın aradan qaldırılacağına şübhə
etmədiyini bildirirdisə də, bu heç də qadına olan köhnəlmiş,
mürtəce baxışı ört-basdır edə bilmirdi. Qeyd etmək lazımdır ki,
bu, Cavidin çadranı, örtünməyi müdafiə edən ilk və son şeiri
olmuşdur. Şair vətənə qayıtdıqdan sonra özü yeni şeirlərində
bu fikrin əleyhinə çıxmışdır. Bununla belə ―Pənbə çarşaf‖
şeirinin mətbuatda nəşr olunması Azərbaycanın qabaqcıl
yazıçılarını çox qəzəbləndirmişdi. Şair Məhəmməd Hadinin bu
şeir münasibətilə yazdığı ―Əlvahi-nəfasət‖ adlı məşhur şeiri
bunu aydın təsdiq edir. M.Hadi qəzəb və kinayə ilə dolu olan
bu şeirində çadranı müdafiə etməyi cəhalət, nadanlıq,
1
―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 21-22.
72
düşüncəsizlik adlandırır, bu mürtəce fikri azadlıq, mədəniyyət,
tərəqqi və inkişaf əleyhinə çevrilmiş bir görüş hesab edir,
qadınlara ―örtün!‖ deyə məsləhət verməyi həyatdan geri
qalmaq, müasir həyatın ruhunu, tələbini anlamamaq əlaməti
kimi qiymətləndirirdi. Cavidin əksinə olaraq, M.Hadi qadını
zülmət içində boğulan nura, çadranı gülüzlü səhərin üzünü
tutan qaranlıq gecəyə bənzədir, sənət yollarında bu qaranlıq
gecəni əridən bir ildırım olmaq lazım gəldiyindən danışırdı.
Şeir aşağıdakı beytlə başlanırdı:
Bir yıldırım olsam da, əritsəm gecələrdən,
Bir parça olan örtüyü gülüzlü səhərdən!
M.Hadi ―Pənbə çarşaf‖ şeirinin, demək olar, hər misrasına
cavab verir, qüvvətli bir məntiqlə Cavidin bütun fikirlərini alt-
üst edirdi:
Mən istəməm də öpsün o cinsi-lətifi, ah, o məlun niqablər!
Nurdan hörülsə də üzü tutmuş olan siyah, yerə keçsin hicablər!
... ―Örtün‖ deyirsən.
Mən istəməm bu örtüyü, ey şair, istəməm!
... Mən pənbə çarşafın da ədüvvi-həyatıyam, ölsün niqablər!
... ―Çarşaf!‖ Bunu qovmalıyız həp lüğatdən, yaşasın
ləfzi-inkişaf!
...Doğmaz zəmini-Şərqdə ruhi-tərəqqiyat, doğmazsa inqilab!
... Ey canlı kölgələr, baxın ülvi cahanlara!
Sizi yüksəlmiş istərəm.
Mən ölmədən siz dirilin, kamyab olun!
Görsün bu gözlərim.
Yüksəklənin, işıq yaradan afitab olun!
Parlaqmı sözlərim?
Parlaq düşüncə istər işıqla qaranlığı
Ayırsın və anlasın!
73
Lazım təbib kim, bilə bilsin də sağlığı, həyatı qucaqlasın!
1
Məhəmməd Hadi ―Əlvahi-nəfasət‖ şeirini Cavidə ithaf etmiş
və sərlövhənin altında ―Şairi-nəsihətpərvər Hüseyn Cavid
bəradərimə‖ sözlərini yazmışdı. Lakin o öz şair qardaşına
mədhiyyələr oxumamış, onu tənqid etmiş, ―işıqla qaranlığı
fərqləndirməyi‖ bacaran parlaq düşüncəyə malik olmağa,
qabaqcıl sənət yolu ilə getməyə çağırmışdı.
Cavidin vətənə qayıtdığı 1909-cu ildə və ondan sonrakı
illərdə 1905-ci il inqilabı ideyaları və bolşevizm ideyalarından
ruhlanan mollanəsrəddinçilər mürtəce, əksinqilabi fikirlərə,
millətçiliyə, istismara, burjua-mülkədar əxlaqına və imperi-
alist burjua fitnəkarlığına qarşı geniş bir mübarizə cəbhəsi aç-
mışdılar. Cavid vətənə qayıtdıqdan sonra belə bir yeni tələbkar
ədəbi mühitlə əhatə olunmuşdu. Bu da onun yaradıcılığına və
görüşlərinə öz müsbət təsirini göstərirdi.
1910-1911-ci illərdə yazılmış ―Öksüz Ənvər‖, ―Kiçik
sərsəri‖, ―Vərəmli bir qız‖, ―Bir qızın son fəryadı‖ və
―Gecəydi‖ şeirlərində Caviddəki mənəvi təbəddülat daha aydın
hiss olunurdu. Bu şeirlər artıq fərdi, intim hisslərdən uzaq idi.
Ədalətsiz ictimai mühitin bədbəxt etdiyi vətəndaşların həyat
faciəsi, küçələrə atılmış kimsəsiz, yetim uşaqların dərdi,
iniltisi, köhnə adət-ənənələrin, feodal əxlaq normalarının
qurbanı olan, dərdi başından aşmış, kimsəyə açılmamış gizli
qəmlərin əlində vərəm almış Şərq qadınının, Azərbaycan
qızları və gəlinlərinin fəryadı, ―altun və dəbdəbə‖ əsiri olan
yüksək cəmiyyət gözəllərinin vəfasızlığı ucundan həyat və
səadətdən əbədilik əlini üzmüş gənclərin məhv olmuş əməlləri
bu şeirlərin əsas məzmununu təşkil edirdi.
Budur: oxuduğu sinifdə həmişə dərsdə və əxlaqda bi-
rinciliyi qazanan doqquz yaşlı balaca Ənvər neçə gündür ki,
susur, dinib-danışmır; dindirəndə də sel kimi göz yaşları tökür,
hıçqırıqlarla boğulur. Ənvər çoxdandır ki, atadan yetim
1
M.Hadi. Seçilmiş əsərləri, ADU nəşriyyatı, Bakı, 1957, səh. 269-270.
74
qalmışdır. İndi bir neçə gündür ki, yeganə ümidi, təsəllisi olan
kimsəsiz, əqrəbasız anasını da itirmişdir. Ata yox, ana yox,
cəmiyyətdə də kimsəsiz uşaqların tərbiyəsi qeydinə qalan bir
müəssisə, bir qanun yoxdur. Bəs bu yurdsuz, kimsəsiz
istedadların axırı, bu zavallıların taleyi nə olacaqdır? (―Öksüz
Ənvər‖).
Yaxud həyatın başqa bir lövhəsi: hər bir hüququ tap-
dalanmış, bütün arzuları gözündə qalmış, əsarətdə yaşayan
gənc Azərbaycan qızı öz dərdlərini yaxın bir adama demək
imkanından məhrumdur. O, qəmli ürəyini ancaq təbiətə, aya,
ulduza aça bilir. Bəxtiyar səyyarələr isə nə bilirlər ki, yer
üzündə əsarətdə yaşayan şərqli qızlar nə çəkirlər?
Ürəkdə qaldı məramım, duyulmaz oldu səsim!
Gözümdə qalmadı nur, ah, iştə son nəfəsim!..
Məzalim atəşi yaxdıqca qovrulur bədənim,
Nə hali-müdhiş! Aman, son günüm bumuydu mənim?!
Solub bahari-şəbabım, dəyişdi hər halım;
Bu surətim, bu vücudum, bu dönmüş iqbalım...
1
Başqa bir qəmli hadisə: gecədir, milyonerlərə məxsus
böyük, təntənəli bir binanın balkonu qarşısında solğun çöhrəli
bir gənc ziyalı dayanmışdır. İçəridəkilər kef-nəşəyə dalıb, şən
qəhqəhələrlə gülürlər. Onlardan biri də vaxtilə bu gəncə könül
verən, sonra isə ―altun və dəbdəbəyə‖ aldanıb vəfasız çıxan
―əski sevgilidir‖. Solğun baxışlı gənc kədərli, yorğun, xəstə bir
halda balkonun qarşısında çətin nəfəs ala-ala məcnun kimi
inləyib fəryad edir:
Nə oldu? Söylə, neçin, böylə bivəfa çıxdın?
Şikəstə könlümü bilməm neçin yaxıb-yıxdın?
Neçin ümidimi məhv eylədin? Nədən bıkdın?
2
1
―Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs‖, H.Cavid. Seçilmiş əsərləri, səh. 550.
2
―Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs‖, H.Cavid. Seçilmiş əsərləri, səh. 501.
75
Gənc romantik aşiq təntənəli salon gözəllərindən əhd-
peyman, sədaqət, vəfa, mehribanlıq umur. İnsana məxsus olan
bütün bu gözəl sifətləri isə altun və dəbdəbə hərisliyi çoxdan
ayaqlayıb keçmişdir. Gəncin ah-fəryadına içəridən istehzalı,
―sitəmli qəhqəhələr‖ cavab verir. O isə təhqir edildiyini,
aldandığını görüb, revolverini çıxarır, dərdlər, ələmlərlə dolu
olan ürəyini nişan alır.
Əlbəttə, bu şeirlər də həyat dəyişmək qüvvəsinə malik olan,
tam, mübariz sənət nümunələri sayıla bilməzdi. Bununla belə
Türkiyədə yazılmış şeirlərə görə bunlar müəyyən ictimai
məzmunu olan əsərlər idi. Bu şeirlərdə şair artıq öz məhdud
şəxsi hissləri ilə deyil, məhkum insanların taleyi ilə məşğul idi;
o, zalım mühitin bədbəxt etdiyi insanlar haqqında düşünürdü.
Yeni şəraitin və ədəbi mühitin Cavid yaradıcılığına təsiri
onun ―Bakıda‖, yaxud ―Bakıda-Balaxanı neft mədənlərinə
gedirkən Məsud ilə Şəfiqə arasında bir müsahibə‖
1
şeirində
özünü daha aydın göstərmişdi. Şeirdə Bakı fəhlələrinin ağır
həyatından, sahibkarlar tərəfindən onların amansız istismar
edilməsindən bəhs olunur.
İki ziyalı gənc
—
Şəfiqə və Məsud Balaxanı
neft
mədənlərini
gəzməyə çıxmışlar. Şəfiqə ağıllı,
mər
həmətli, həssas bir qızdır.
Ancaq onun hələ həyat təcrübəsi yoxdur, üstəlik bir az da
romantik, xəyalpərvərdir. Gənc qız neft mədənlərində çalışan
Bakı fəhlələrinin həyatı, məişəti haqqında aydın təsəvvürə
malik deyildir. Odur ki, Balaxanı neft buruqları uzaqdan ona
yaşıl bir meşə, şairanə bir sərvlik, buruqlarda çalışan fəhlələr
isə sərvlikdə gəzən şən, qayğısız insanlar kimi görünür. Məsud
isə fəhlələrin həyatı və acınacaqlı taleyi ilə yaxından tanışdır.
O, Şəfiqəyə fəhlələrin nə qədər çətin zəhmət şəraitində
işlədiklərini, yaşamaq üçün nə qədər ağır məşəqqətlərə
dözdüklərini başa salır:
Yığın-yığın bəşəriyyət o müzlim ormanda
1
Bu şeirin ilk variantı 1909-cu ildə nəşr edilmişdir.
76
Yaşar, qoşar, çalışar, zift içində, hər yanda,
Həyatı güldürəcək bir ümidə bağlanaraq,
İş arxasınca qoşuşmaqda həpsi çırpınaraq.
Bir az da yaxlaşalım, gör zavallı insanlar
Nələr çəkir yaşamaqçın? Nasıl yaşar onlar?
Görüncə tab edəməzsin, acırsın, ağlarsın,
Nədir bəlayi-məişət, duyarsın, anlarsın
1
.
İndi artıq Şəfiqə üçün aydın olur ki, uzaqdan ona şairanə bir
sərvistan kimi görünən mədənlərdə minlərcə insanlar bir parça
çörək üçün gecə-gündüz qan-tər içində çalışırlar. Həm də onlar
həyatın bütün gözəl nemətlərindən məhrumdurlar. Neft
quyuları onların ―əcəl qapısı‖ olmuşdur. İndi yaxınlaşmaqda
olduqları buruqlar Şəfiqəyə qəbir daşları kimi görünür. Şəfiqə
geri dönmək, bu ―cansıxıcı mühitdən‖ ayrılmaq istəyir.
Şəfiqənin neft mədənlərini ―cansıxıcı kədərli bir mühit‖
adlandırması Məsuda toxunur. Çünki Şəfiqə əsas həqiqəti başa
düşmür ki, şəhərlərdə varlılar mühitində gördüyü bütün
təntənələr, dəbdəbələr bu kədərli mühitdə qan-tər içərisində
işləyən fəhlələrin zəhməti nəticəsində başa gəlir. O, Şəfiqəyə
deyir:
Fəqət çox aldanıyorsun, mənim gözəl mələyim,
Düşündüyün gözəl, amma yanılma, sevdiciyim.
Bu nəşəsiz, kədərəfza, bu müzlim aləmdən —
Ziyalanır bütün evlər, cahan olur rövşən.
O zift axan quyular mənbeyi-səadətdir,
Axıb gedən sular altundur, eyni, sərvətdir.
Bax, iştə, həp o buruqlar birər böyük bütdür
Ki, pişigahinə çox kimsə varmadan bükülür.
Bu şəhr içində görüb, duyduğun o hissi-nəşat,
Bütün o dəbdəbələr, həp o anlı-şanlı həyat,
Bütün o təntənələr, həp o süslü heykəllər
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 494.
77
Bu sisli, hisli buruqlarla iftixar eylər
1
.
Bu həqiqəti biləndən sonra Şəfiqəni artıq mühüm ictimai
məsələlər düşündürməyə başlayır. O, fikirləşir ki, nə üçün bu
ağır zəhmət şəraitində yaşayan fəhlələr hər şeydən məhrum
olsun, onların yaratdığı sərvət isə bir yığın müftəxora məxsus
olsun? Nə üçün gərək sərvətin, dövlətin, səadətin yaradıcısı
olan bu insanlar zəhərli qazları udmalı, nəmli yerlərdə yaşama-
lı olsunlar, bir ovuc varlılar isə onların zəhməti hesabına bollu
sərvət içərisində, kədər, qayğı nə olduğunu bilmədən mənasız
həyatlarını eyş-işrət içərisində keçirsinlər?
Məsud da Şəfiqənin fikrinə şərik olur, lakin bu ədalətsizliyin
aradan qaldırılmasını hələlik çox çətin hesab edir, onun ancaq
gələcəkdə mümkün olacağını söyləyir.
Bu mükalimədən aydın olur ki, Şəfiqə və Məsud hakim
istismarçı siniflərlə zəhmətkeşlər arasındakı ziddiyyəti
görürlər. Onlar fəhlə sinfinə dərin məhəbbət, rəğbət bəsləyir,
dünyanın bütün sərvətini yaradan bu insanların hər növ maddi
və mənəvi hüquqdan məhrum edilməsini böyük ədalətsizlik
hesab edirlər, ancaq bu ədalətsizliyin aradan qaldırılması
yollarını bilmirlər.
―Məsud və Şəfiqə‖ bu illərdə H.Cavidin Bakı fəhlələrinin
həyatı ilə maraqlandığını, zəhmətkeşlərə dərin rəğbət
bəslədiyini, fəhlə sinfinin azad gələcəyi haqqında arzular
bəslədiyini göstərən bir əsər idi. Doğrudur, bu əsərdə şairin
fəhlə həyatına münasibəti bir liberal xırda burjua ziyalısının
münasibəti idi, Cavid proletar məfkurəsindən uzaq idi; bununla
belə fəhlə sinfinin həyatı və taleyi ilə məşğul olması onun
yaradıcılığında və görüşlərində bir yenilik idi, müsbət bir
hadisə idi.
―Məsud və Şəfiqə‖ təbii, şairanə bir pafosla yazılmışdı. Bu
pafos, hər şeydən əvvəl, Məsud ilə Şəfiqənin xarakterində,
onları düşündürən ictimai fikirlərdə, neft Bakısı və fəhlə
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 495.
78
sinfinin həyatı, taleyi və gələcəyi haqqında bəslədikləri gözəl
arzularda özünü göstərirdi. Bu surətlərdə həm kəskin ağıl, həm
də zəngin hissiyyat, zəhmətkeş insanın səadəti üçün döyünən
nəcib bir ürək vardır. Əsərdəki şeiriyyət də bu iki xüsusiyyətin
birləşməsindən doğurdu. Müəllif hər iki gəncin fərdi
xarakterini verməyə xüsusi səy göstərmişdir. Mühüm ictimai
məsələlərdə eyni fikirdə olan gənclər xaraktercə fərqlənirlər:
Şəfiqə xəyalpərvər olduğu halda, Məsud canlı, həyat
müşahidələrinə malik bir realistdir. Şəfiqənin fəhlə sinfi və
onun parlaq gələcəyi haqqında bəslədiyi gözəl arzuları
Məsudun canlı həyat müşahidələri, başqa sözlə romantik
xəyallarla real mühakimə bir-birini tamamlayır və şeirin əsas
ideyasının bədii bir şəkildə ifadəsinə kömək edirdi.
Cavidin 1913-cü ildə Bakı mətbəə işçilərinin həyatından
―Rəmzi‖ adlı dram yazmasını da nəzərə alsaq (bu əsər sonradan
işlənib ―Şeyda‖ adı ilə nəşr edilmişdir), yeni şəraitin şairə nə
qədər dərin təsir göstərdiyi daha da aydınlaşmış olur.
* * *
1911-1912-ci illərdən başlayaraq Hüseyn Cavid öz
əsərlərində bir moralist, mütəfəkkir şair kimi çıxış edirdi. Lakin
bu illərdə onun fəlsəfi və əxlaqi görüşləri çox ziddiyyətli olub,
müəyyən müsbət meyllərinə baxmayaraq, əsasən idealist,
eklektik mahiyyət daşıyırdı. Bunu biz şairin 1912-ci ildə 30
yaşında ikən yazdığı və 330 misradan ibarət ―Bir xatirə‖ yaxud
―Sən nəsən? Kimsən?‖ deyən ariflərə!‖ şeirində çox aydın
görürük.
Şeir, sərlövhəsinə uyğun olaraq, doğrudan da, öz müəllifini
tanıtdırmaq məqsədilə yazılmışdı. Ancaq şair sözün müstəqim
mənasında tərcümeyi-halını yox, öz görüşləri, müxtəlif dinlər,
dini təriqətlər, o vaxtadək tanış ola bildiyi siyasi-fəlsəfi
sistemlər haqqında və bir sıra daha başqa məsələlər: müasir
cəmiyyət, insan, bəşərin hal-hazırı və gələcəyi haqqında öz
79
xüsusi qənaətlərindən və demək olar ki, o zaman hələ şairin
özü üçün də tamamilə aydın olmayan məsələlərdən də bəhs
etmişdi. Həqiqətən şairə belə bir sual verən olmuşdumu? Bu
xüsusda heç nə bilmirik. Əslində bunu bilib-bilməməyin bir o
qədər də əhəmiyyəti yoxdur. Ancaq onu demək olar ki, belə bir
sualı qoyub, ona cavab axtarmaq bir idealist, romantik şair
olaraq Cavid yaradıcılığının təbiətindən doğurdu.
Bu dövrdə və bir müddət ondan sonra da Cavid hələ
―dünyanı ideyalar idarə edir‖ anlayışına çox bağlı idi. Başqa
sözlə şairi bir sənətkar kimi birinci növbədə real varlığın
tədqiqi deyil, daha çox ideal həqiqət axtarıcılığı məşğul edirdi.
Buna görə də az-çox tanış olduğu köhnə və təzə ideyalara öz
münasibətini bildirməyə xüsusi meyl və səy göstərirdi.
Şeirdə barışmaz, narahat və narazı bir ruh, kəskin bir
inkarçılıq ruhu var idi. Şair bu narazı ruhla, hər şeydən əvvəl,
xalqları, millətləri bir-birindən ayrı salan, insanlar arasında
fitnə-fəsad törədən ―bir yığın əfsanə, yalan, uydurmadan ibarət
olan‖ dini etiqadları qamçılayırdı:
Bir yığın əfsanə, min lafü kəzaf
Uydurub hər kəs çıxarmış ixtilaf.
Hər biri boş bir xəyal almış ələ,
Uğraşıb dünyaya salmış vəlvələ...
...Eyləmiş hər kəs təsəvvür qayəsiz
Başqa yol, bir başqa xaliq, başqa iz.
...Hər kəsin ruhunda bir xaliq gülər,
Eylə bir xaliq ki, xəlq etmiş bəşər...
1
Oxucuya məlumdur ki, bu illər yalnız Azərbaycanda deyil,
ümumiyyətlə Zaqafqaziyada, həmçinin Türkiyə və İran kimi
Yaxın Şərq ölkələrində inqilabi ideyalara qarşı dini
təəssübkeşliyin çox qızğın şəkildə təbliğ edildiyi illər idi. Bu
işdə ruhanilər xüsusi canfəşanlıq göstərirdilər. Dini təbliğatdan
müstəmləkəçi dövlətlərin və yerli millətçilərin çox əlverişli bir
1
H.Cavid. Seçilmiş əsərləri. səh. 541-542
80
vasitə kimi istifadə edib, dost və qardaş xalqlar arasında milli
ədavət toxumu səpməyə müvəffəq olduqları da oxucuya bəlli
olan tarixi bir həqiqətdir. Belə bir şəraitdə Cavidin dini
təəssübkeşliyi kəskin, qəzəbli şəkildə qamçılamasının və
mücərrəd humanizm ruhunda olsa da, millətləri sülhə,
qardaşlığa çağırmasının, şübhəsiz ki, dövrünə görə xüsusi
əhəmiyyəti var idi.
Cavidin sonrakı əsərləri, xüsusən ―Şeyx Sənan‖ faciəsi
aydın göstərir ki, onun bu şeirində ümumiyyətlə dinə şübhəli
baxışı, dini təfriqəyə, ayrılığa qarşı çıxması təsadüfi olmayıb,
onu həmişə düşündürən, onun yaradıcılığında həmişə öz həllini
tələb edən və şairin dünyagörüşünün formalaşmasına da
qüvvətli təsir göstərən məsələlərdən biri olmuşdur. Lakin
Cavid idealist idi, dinin mənşəyi, tarixi kökləri haqqında onun
mülahizələri idealist mahiyyətdə idi. Onun dini şübhəçiliyi isə,
yeni bir ideya olmayıb, hələ XX əsrdən çox-çox qabaqlar
Azərbaycan ictimai fikrinin və ədəbiyyatının başlıca qüvvətli
cəhətlərindən biri idi. Din bu dövrdə şairin düşündüyü kimi
xalqlar, millətlər arasındakı münaqişələrin və ictimai
ziddiyyətlərin başlıca, yeganə səbəbi də deyildi. Bütün bunlara
baxmayaraq, bu ideyanı yeni şəraitdə öz sənətinə, üslubuna xas
olan xüsusi şairanə bir qüvvətlə və inadla təbliğ etməsi Cavidin
müvəffəqiyyəti idi. İkinci tərəfdən, bu, Cavid romantizminin
müəyyən real zəminəyə malik olduğunu göstərirdi. Belə ki, din
və dini təəssübkeşlik tarixdə çox fitnə-fəsad törətdiyi kimi, indi
də şairin doğma vətənində və onunla qonşu olan xalqlar
arasında yenicə canlanmış olan ictimai və milli azadlıq hərəkatı
əleyhinə çevrilmişdi. Cavid bir insanpərvər şair kimi bu açıq
fitnəkarlığa qarşı susa bilmir, dözə bilmirdi; həyatın suallarına
cavab verməyə çalışır, ziddiyyətləri həll etmək haqqında
düşünürdü.
Şairin bütün yaradıcılıq yolunu diqqətlə izlədikdə aydın olur
ki, onun dinə münasibəti həmişə eyni şəkildə olmamışdır. Hər
halda haqqında bəhs etdiyimiz dövrdə şairin dini təəssübkeşliyi
81
nifrətlə qarşıladığı əsərlərindən aydındır.
Şeirdə müəllifin oxucularına çatdırmaq istədiyi ikinci fikir
müasir insan, müasir cəmiyyət, bəşəriyyətin keçmişi, hazırı və
gələcəyi haqqında onun mülahizələri, başqa sözlə bir növ tarixə
olan baxışı idi. Bu mülahizələrdə narazı ruh daha kəskin idi.
Şairin nəzərində bəşəriyyətin tarixi guya bir yığın mənasız
əxlaq, adət və ənənələr, yersiz ixtilaflar, ziddiyyətlər,
keşməkeşlər tarixindən ibarət idi. Onun fikrincə bu tarix ―bir
bölük miskin, hədyançı, xülyapərvər, əxlaq, etiqad dəllalarının‖
və öz mənafeyini güdən ―tülkü siyasilərin‖ milyonları zorla öz
iradələrinə tabe etdirmələri tarixindən, bunun nəticəsində də
millətlərin, xalqların, tayfaların, dövlət və hökumətlərin bir-
birinə düşmən kəsilməsi, bir-birinə nifrət etməsi tarixindən
ibarət idi; hal-hazır isə keçmişin əsiri, haman mənfur
köhnəliyin ayrı bir donda təkrarından başqa bir şey deyildi:
Hökm edər ―mazi‖ bütün vicdanlara,
―Əskilik‖ eylər nüfuz iz’anlara.
Əski adətlər birər zəncir olub,
Dəmbədəm etməkdə təsxiri-qülub!
Sorsalar: dünyada kimdir hökmdar?
Mən derim: ölmüşlər, ölmüş duyğular
1
.
Şair insanlığın yeganə səadət yolunu bu qaranlıq keçmişdən,
bu ―ölmüşlər və ölmüş duyğular‖ aləmindən ayrılmaqda görür
və bu köhnəliyə qarşı mübarizəni əsrin ən böyük qəhrəmanlığı
hesab edirdi.
Hər nə yad etmişsiniz dün ya bu gün,
Qəlbinizdən həp silin bir-bir bütün.
Valideyn ağuşu, məktəb, mədrəsə,
Qorxu, ümmid, təvəkkül, vəsvəsə,
Etiqad, əxlaqü adət hər nə var,
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 542.
82
Həp kökündən qaldırın divanəvar...
...İştə bir meydan ki, istər qəhrəman,
Hər kimin var meyli, etsin imtəhan.
1
Dostları ilə paylaş: |