2. ĠLK ƏDƏBĠ TƏCRÜBƏLƏRĠ
Hüseyn Cavid şeir deməyə on beş yaşından başlamışdır.
1896-1900-cü illər arasında ―Məktəbi-tərbiyə‖də oxuduğu
illərdə o, ―Gülçin‖ təxəllüsü ilə azərbaycanca və farsca bir sıra
lirik şeirlər, qəzəllər yazmışdır. Bu ilk qələm təcrübələrindən
ikisi azərbaycanca və ikisi farsca yazılmış dörd qəzəl hazırda
58
Məhəmmədtağı Sidqinin arxivindədir. Bunlardan farsca
yazılmış qəzəldə şairin lirik qəhrəmanı gözəlliyə pərəstiş edən,
xəyalpərvər, sentimental bir gəncdir. O, Sənan kimi bir xristian
qızına aşiq olub, uğursuz məhəbbəti üçun iztirab keçirir, özünü
intəhasız qəmlər əlində həlak olan, qəfəsə salınmış, qanadı
yanmış bir bülbülə bənzədir:
Dili-mən bürd besəd eşvə Məsiha nəfəsi,
Çe künəm nist dərin şəhr məra dadrəsi!
Əz sərəm mehr bütan dur nə gərdəd hər giz,
Yek dəm aram nədarəd diləm əz bülhəvəsi.
Qəmi-dilra beke quyəm, şüdəm əz qüssə həlak,
Nə dili darəmü nə dilbəre fəryadrəsi.
Dadəəm del məni-biçarə betərsa nəfəsi,
Dil dərü dade dərin şəhr ziüşşaq bəsi.
Gər mələk guyəməş in eşvə nə başəd bemələk,
Həm dərin naz bəşər hiç nədidəst kəsi.
Yusife del şödə məhbus becahe zənəxəş,
Həm çü, yek bülbüle dil suxtə əndər qəfəsi.
Gu be ―Gülçine‖ bəlakeş ke, nəbaşəd Məcnun,
Nayəd əz məhvile Leylaye tö bange cərəsi
1
.
Tərcüməsi:
İsa nəfəsli bir gözəl min işvə ilə mənim qəlbimi fəth etmişdir
Nə edim ki, bu şəhərdə mənim bir dadrəsim yoxdur.
Gözəllərin məhəbbəti heç vaxt başımdan uzaq ola bilməz.
Bir dəqiqə də olsun ürəyim onun həvəsindən aram olmaz.
Ürəyimin dərdini kimə deyim? Qüssədən həlak oluram.
Nə ürəkdə tab-tavan var, nə də fəryadıma çatan bir gözəl.
Mən biçarə könlümü bir tərsa qızına vermişəm,
Ona bu şəhərdə çoxları aşiq olmuşlar.
Əgər onu mələk adlandırsam, səhv olar: mələkdə belə işvə ola
bilməz.
1
Rəf, arx. 7 Q-3 (309)
59
Bu gözəllikdə bəşər hələ görünməmişdir.
Ürəyimin Yusifi onun zənəxdanının quyusunda məhbusdur.
Qəfəsdə məhbus olan, qanadı yanmış bir bülbülə bənzərəm.
Başı bəlalı Gülçinə deyin ki, Məcnun olmaq fikrinə düşmə,
Sənin Leylanın kəcavəsindən zəng səsi gəlməz.
Yenə farsca yazılmış və ―Bazəm həvaye eşqe ruxe yar dər
sərəst‖ misrası ilə başlanan ikinci bir qəzəl də ruh, estetik zövq
cəhətindən eyni məzmundadır. Lakin burada, klassik fəlsəfi
qəzəllərdə olduğu kimi, gənc şair zahidliyə, tərkidünyalığa
istehza edir, həyat sevigsini, insan gözəlliyini behişt və huri-
qılman əfsanəsinə qarşı qoyur:
Bazəm həvaye eşqe ruxe yar dər sərəst,
Dər surətəş çü surəte Yusif müsəvvərəst.
Şəhbaze ovce təbe güşadəst balü pər,
Ta seyre rahe eşq nümayəd beşeşdərəst.
Yə’qubvar kəştə do çeşm zigiryə kur
Dər eşqe Yusifi ke ruxəş mehrə ənvərəst.
Əbrü hilal, sərvqədo mahtəl’əti
Kəz şoleye ruxəş dile aləm münəvvərəst.
Sərvəst qamətəş nə ke rəftar sərv nist,
Lə’ləş zimey xoşəst yaqute əhmərəst.
Çeşme xumaro rübudedu dil qərar səbr,
Ahuye del şikare do çeşmə sitəmgərəst.
Xəm gəşte qamətəm çü xəme zülfe on sənəm
İn dil əsire türreye pürçine dilbərəst.
Zahid! Nəsihəte tö nəyayəd bekar ma
Mara ləbe nigar xoş əz abe kövsərəst.
―Gülçin‖ra beheşt nəbayəd bövəsle yar,
Kuyəş behişt, həm xodəş əz hur xoştərəst.
1
Tərcüməsi:
1
Rəf. Arx, 1, Q-3 (409)
60
Yenə də yarın gözəl simasının sevdası başımdadır.
Onun üzü Yusifin üzündən gözəldir.
Təb’imin şahbazı qanad çalaraq eşq yolunda yüksəlir.
Aya bənzər Yusif üzünün eşqində
Yəqub kimi iki gözüm ağlamaqdan kor olmuşdur.
O, kaman qaşlı, ay üzlü, sərv qamətlidir.
Camalının şöləsi ilə dünyanı işıqlandırmışdır.
Rəftarı sərv kimi olmasa da, qaməti sərv kimidir,
Qırmızı yaquta bənzər dodaqları meydən xoşdur.
Onun xumar gözləri ürəyimin səbir-qərarını apardı.
Ürkək ahuya bənzəyən ürəyim onun gözəl gözlərinin şikarı
olmuşdur.
Qamətim o sənəmin zülfü kimi bükülmüşdür.
Bu bəlalı könül o dilbərin qıvrım saçlarının əsiridir.
Zahid! Sənin nəsihətlərin bizə xeyir verməz,
Bizcə nigarın dodaqları abi-kövsərdən xoşdur.
―Gülçin‖ üçün yarın visalı yanında behişt bir heçdir.
Bizim sevgilimiz behiştdəki hurilərdən qat-qat gözəldir.
İlk şeirlərini farsca yazan Cavid sonralar müəllimi
M.T.Sidqinin təsiri altında azərbaycanca da şeirlər yazmışdır.
Onun keçən fəsildə misal gətirdiyimiz ―Verdim o gün ki zülfi-
pərişanə könlümü‖ misrası ilə başlanan qəzəli və yenə Sidqinin
arxivində mühafizə olunan və üzərində ―Hüseyn Rasizadənin
şeirlərindən‖ qeydi olan aşağıdakı qəzəli də şairin
azərbaycanca yazdığı ilk qəzəllərdə Sidqinin qüvvətli təsiri
olduğunu göstərir:
Məndən fələk ayırdı vəfapişə yarımı,
Tar etdi zülfi-yar kimi ruzigarımı.
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,
Hicri-nigar əlimdən alıb ixtiyarımı.
Bir əhli-dərd yoxdu bu viranə şəhrdə,
Tainki şərh edəm ona mən qəlbi-zarımı.
61
Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş,
Ya rəb, tükətdi taqətü səbrü qərarımı.
Bəzmi-visalə məhrəm olan vaxtda bilmədim,
Məndən kənar edər fələk ol gülüzarımı.
Bir aşiqəm ki, laləsifət tuş qılmışam
Tiği-bəlayə mən bu dili-dağidarımı.
Ya rəb, əsib səmumi-cəfa bir dəqiqədə —
Qıldı əvəz xəzanə mənim növbaharımı...
Hər kəs ki, Salika, çəkib eşqin bəlasını —
Mən’ eyləməz görəndə mənim ah-zarımı.
1
Cavidin ilk şeirlərindən əlimizdə olan bu dörd qəzələ
əsasən, ehtimal şəklində olsa da, demək olar ki, onun ilk qələm
təcrübələrində kədər əsas motivdir. Lakin bu hələ ictimai kədər
səviyyəsinə
yüksələ bilməmiş, daha çox fərdi, intim hisslərdən
ibarət olmuşdur. İkinci tərəfdən, ilk qələm təcrübələrində şair
klassik məhəbbət lirikasının qüvvətli təsiri altındadır. Bədii
forma, surətlər nöqteyi-nəzərindən onlarda orijinallıq çox azdır.
Cənubi Azərbaycanda, Təbrizdə olduğu illərdə Cavidin şeir
yazıb-yazmadığı hələlik bizə məlum deyildir. İstanbulda
oxuduğu illərdə isə o, bir neçə şeir yazmışdır. Bunlar da
―Rəqs‖, ―Hər yer səfalı‖, ―Çəkinmə, gül‖, ―Pənbə çarşaf‖,
―Xuraman-xuraman‖, ―Uyuyur‖, ―Mən istərəm‖, ―Kiçik bir
lövhə‖, ―Şeir məftunu‖, ―Dəniz pərisi‖, ―Son baharda‖, ―Yadi-
mazi‖, ―Ah, yalnız sən!‖ və ―Hali-əsəfiştimalimi təsvirdə bir
ahi-məzlumanə‖ şeirlərindən ibarətdir.
İlk qəzəllərə görə üslub, bədii forma cəhətindən bu şeirlər
qismən yeni idi. Lakin məzmunca bunlarda da ciddi bir
orijinallıq, yenilik görünmürdü. Bu şeirlərin də çoxunun lirik
qəhrəmanı zamanın ictimai-siyasi həyatından uzaq düşmüş, öz
məhdud, şəxsi, həm də mücərrəd arzu və həsrətləri ilə əylənən,
təbiətə və gözəlliyə məftun olmuş, sadəlövh, xəyalpərvər,
1
Rəf, arx. 7 Q-3 (309)
62
sentimental bir gənc idi. Bu gənc lirik qəhrəman gah xəyalın
doğurduğu süni sevinclərə qərq olur, gah da yenə daxili, dəruni
hisslərin yaratdığı ağır kədərə, ümidsizliyə düçar olur, lakin
onun nədən razı və nədən narazı olduğu aydın olmur. ―Rəqs‖
şeirindən gətirdiyimiz aşağıdakı parça buna misal ola bilər:
Ruhim yenə ləbrizi-səadət...
Ya rəb, bu nə tufani-lətafət?!
Göydən yerə enmiş kimi cənnət,
Yer-yer saçılır nuri-məsərrət,
Həp qol-qola pürşövqü şətarət,
Rəqs etmədə azadeyi-sənət,
Ərvahi-lətifi-mələkiyyət.
...Əfsus ki, ömrüm kimi hər an,
Hər xətvədə bu leyli-zərəfşan
Bir heçliyə olmaqda şitaban,
Həsrətlə baxıb iştə uzaqdan
Dan ulduzu guya edər elan:
―Yaxlaşmada artıq dəmi-hicran.
Ey məsti-məhasin olan insan!
Al! İştə günəşdən sizə fərman!
1
Məzmun cəhətindən həyəcanlandırıcı xəyallar, fövqəladə,
mücərrəd mənəvi səadət həsrəti, forma cəhətindən isə süni
pafos, dəbdəbəli üslub, fars və ərəb sözləri, tərkibləri ilə
ağırlaşdırılmış qəliz dil bu şeirlərin çoxunun əsas xüsusiyyəti
idi.
Cavidin Türkiyədə oxuduğu illərdə belə şeirlər yazması
təsadüfi deyildi. Bu haman illər idi ki, türk ədəbiyyatının
parlaq dövrü sayılan tənzimat ədəbiyyatı son günlərini
yaşayırdı. Hələ əsrin əvvəllərində tənzimatçıların son ədəbi
orqanı olan ―Sərvəti-fünun‖ bağladılmışdı, Türkiyənin ən
qabaqcıl
yazıçıları
sultan
Əbdülhəmid
tərəfindən
1
Hüseyn Cavid. Seçilmiş əsərləri, Azərnəşr, Bakı, 1958, səh. 519-520.
63
amansızcasına təqib olunurdu. İrtica ədəbiyyata da öz mənfi
təsirini göstərmişdi. Tövfiq Fikrət və Məhəmməd Əmin kimi
tərəqqipərvər şairlər müstəsna olmaqla qalanları, hətta tənzimat
ədəbiyyatına mənsub olanlar da ―inzivaya‖ çəkilmişdilər.
Türkiyə ədəbiyyatında bədbinlik, xəyalpərvərlik, mübarizədən,
siyasətdən uzaqlaşmaq səciyyəvi bir hal almışdı. 1908-ci ildə
baş verən burjua inqilabı ədəbiyyatda bu düşkünlüyün qarşısını
ala bilməmişdi. Heç şübhəsiz ki, bu ədəbi mühitin, gənc Cavidə
də müəyyən mənfi təsiri olmuş, onun da şeirlərinə, ―Yadi-
mazi‖ şeirində olduğu kimi, bədbinlik, ümidsizlik motivləri
gətirmişdi.
Məhv etmədə şimdi məni alamü təhəssür;
Hər dəm qara xülyalar olub qəlbimə məhrəm,
Lərzan ediyor ruhimi min dürlü məzalim;
Əfsus ki, mazi ədəm, ati isə müzləm...
1
Bədbinlik, küskünlük motivləri gənc şairin İstanbuldan
Naxçıvana, qardaşlarından birinin məktubuna cavab olaraq
yazdığı ―Elmi-bəşər‖ şeirində daha qüvvətli idi:
―Kəsbi-ürfan için, fəzilət için —
Durma, yüksəl!‖ diyorsun... İştə mənim
Ən böyük, ən sevimli amalım,
Qayeyi-məqsədim budur, lakin
Nə için gizləmək gərək, yetişir...
Nə qədər pürümidü biaram –
Gecə-gündüz çalışsam, uğraşsam,
Yenə ən son nəticə, – heçlikdir
2
.
Cavidin belə ifrat bir bədbinliyə düçar olmasına o zaman
son dərəcə dindar bir mühit hesab olunan İstanbul darülfünunu
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 498.
2
H.Cavid. Seçilmiş əsərləri, səh. 504.
64
və xüsusən gənc şairə fəlsəfi axtarışlarda müəllimlik etmək
istəyən türk aqnostiki Rza Tövfiqin də təsiri olmuşdu. Rza
Tövfiq bu illərdə, yuxarıda deyildiyi kimi, Şərq ədəbiyyatında
sufi cərəyanlarını öyrənirdi; lakin o, sufizm tənqidi yanaşmaq
əvəzinə, özü də sufiyanə şeirlər yazmaqla məşğul idi.
Tələbəlik illərində yazılmış lirik şeirlər içərisində Cavidin
vətən, dost, əqrəba həsrətlərini ifadə edən, xüsusən qürbət
ellərdə çox darıxdığını, daima ―müztərib‖ olduğunu, ―acılar
duyduğunu‖ göstərən ―Ah!.. yalnız sən!‖, ―Son baharda‖ kimi
şeirlərə də rast gəlirik:
Ruhim, ey aşineyi-əsrarım!
Həp uzaq, bəzmi-vüslətindən uzaq,
Qürbət ellərdə təlxkam olaraq,
Səni özlər də sızlayıb yanarım.
Gecə-gündüz həyati-müztəribim
Sənin alami-həsrətinlə sönər;
Fikrə gəldikcə həp keçən günlər,
Daima çırpınıb durur qəlbim.
...İştə! həp növbaharə nəşə verən
Qönçələr, nəğmələr, təbəssümlər,
Al şəfəqlər, nəsimi-şuxi səhər,
Mana biganə... ah!.. Yalnız sən!..
1
1907-ci ildə Cavidin ―H.P.Naxçıvani‖ imzası ilə ―Füyuzat‖a
göndərdiyi ―Bir ahi-məzlumanə‖ şeiri məzmun etibarilə onun
Türkiyədə yazdığı başqa şeirlərdən fərqlənirdi (bu, Cavidin
―Füyuzat‖ məcmuəsinə göndərdiyi birinci və axırıncı şeiri idi).
Bu şeirdə görkəmli Azərbaycan romantiki Məhəmməd Hadinin
vətənpərvərlik ruhunda yazdığı şeirlərin qüvvətli təsiri
görünürdü. Qürbətdə yaşayan gənc şair bu şeirində,
əvvəlkilərdən fərqli olaraq, yalnız şəxsi dostlarını, tanışlarını,
əqrəbasını deyil, ―Ey vətən! Ey könül pərəstari!‖— deyə
1
Yenə orada, səh. 559.
65
vətənini xatırlayır, vətənin keçmişini, hazırını və gələcəyini
düşünürdü. Şair:
Mayeyi-iftixarı hər kişinin
Vətən uğrunda bəzli-himmətdir —
— deyə vətənə xidmət etmək haqqında xəyallar bəsləyir və:
Bana gəl, gəl bana, zavallı vətən!
Heç unutmam səni bu hal ilə bən —
— deyirdi. Bu şeirin yazıldığı dövrdə Cavid hələ öz doğma
vətəni Azərbaycan haqqında, onun keçmişi, gələcəyi haqqında
tam, düzgün real təsəvvürə malik deyildi. Vətənə o hələ çox
birtərəfli baxırdı. Vətən onun nəzərində ―zəvalə uğramış‖,
―böyük bəlalərə düçar olmuş‖, ―ayaq altında paymal olmuş‖,
―dərmansız dərdə giriftar olmuş‖, ―ürəyi, cismi yaralı bir xəstə‖
idi.
Məlumdur ki, bu şeirin yazılıb nəşr edildiyi illərdə birinci
rus inqilabının təsiri ilə Azərbaycanın hər iki hissəsi inqilab
ocağına çevrilmişdi. Cavid vətənin bu yeni həyatını, tarixini
görə bilmirdi; öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə
qalxan xalqın qüdrətini qiymətləndirə bilmirdi. Gənc şair
vətənin, vətəndaşların azadlıq uğrunda vuruşmalarda aldığı
yaraları deyil, ―ancaq tarixi əsarət və köləlikdən qalan köhnə
yaraları müşahidə edə bilirdi. O, vətənə çox uzaqdan baxırdı və
bəzən də ―vətən‖ dedikdə konkret olaraq doğma vətənini deyil,
ümumiyyətlə məzlum Şərqi nəzərdə tuturdu. Bu halında gənc
şair özü də hələ mübarizəyə qoşulmuş, aydın siyasi-ictimai
görüşə malik olan bir vətəndaş səviyyəsinə yüksələ bilməmişdi.
Buna görə də o, vətəninə sadəcə ―bir ―ahi-məzlumanə‖ ilə
müraciət
etməklə, uzaqdan vətənin halına acımaqla
kifayətlənirdi. Bununla belə, müəyyən dərəcə mücərrəd şəkildə
olsa da, özünün vətəndaşlıq borcunu dərk etməsi və:
66
Ey vətən, ey könül pərəstari!
Var ümidim qüsurə baxmayasan,
...Səni bu hala saldı qəflətimiz,
Daha əfv et, yetər nədamətimiz—
1
— deyə bir vətəndaş kimi uzun müddət qəflətdə‖ olduğu üçün
vətəndən üzr istəməsi, vətənin tarixi, siyasi-ictimai vəziyyəti
ilə maraqlanması o vaxta qədər daha çox ―sənət sənət üçündür‖
yolunu tutmuş olan 25 yaşlı şairin görüşlərində bir yenilik idi.
Xüsusən cəsarətlə müstəmləkə zülmü əleyhinə çıxması şairin
görüşlərində, sənətə münasibətində əmələ gəlmiş dəyişiklik
göstərən bir əlamət kimi səciyyəvi idi:
Daha məhv etdi artıq istibdad,
Yaxdı zülm atəşinə canımızı!
Olub hər bir hüququmuz bərbad,
Dinləməz kimsə əlamanımızı.
Cavidin 1909-1910-cu illərdə Naxçıvanda və Tiflisdə
yazdığı ―Məyus bir qəlbin fəryadı‖, ―Ey ruhi-pürsükun‖,
―Görmədim‖, ―Bilməm kimə‖, ―Neçin‖ kimi şeirləri onun
Türkiyədən çox pərişan xəyallı, ümidsiz bir şair kimi
qayıtdığını, görüşlərində mütərəddid olduğunu, daha çox
kədərə, qəmə, iztiraba mail olduğunu göstərirdi. Bu şeirlər
haqqında təsəvvür almaq üçün aşağıdakı bədbin ruhlu misraları
nəzərdən keçirmək kifayətdir:
Mən istəməm yaşamaq, hər ümidim oldu təbah,
Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah
2
Yaxud:
Mən neçin boylə dilfikar oldum?
1
―Füyuzat‖, 1907, № 15.
2
―Bilməm kimə‖, H. C a v i d . Seçilmiş əsərləri, səh. 557.
67
... Niyə bədbəxti-ruzigar oldum?
1
―Məyus bir qəlbin fəryadı‖ şeirində:
Bir dərbədərim, yox bir ənisim
2
.
Yenə həmin şeirdə:
Var bir quru hikmət, o da yanlış...
Ümmid ilə guya yaşanırmış!
Bir söz ki, yalan, saçma, xurafat...
Aldanmam o əfsanəyə, heyhat!..
... Ümmid ilə insanə gələn hiss,
Ya kizbü riyadır, ya təbəsbüs—
3
— deyə gözəl həyat, səadət haqqında ümidlə yaşamağı,
―qızdırmalı, xəstə bir xülya‖, əsası olmayan yalan, əfsanə
adlandırırdı.
Gənc şair sevinc, şadlıq, ümid və gözəl xəyallara mücərrəd
kədər fəlsəfəsini qarşı qoyurdu, o öz aləmində bəşərin ümidsiz
taleyini anıb kədərlənməyi xüsusi bir müdriklik hesab edir,
kədəri ―azad hüzn‖, ―sevgili dildar‖, ―rəhbəri-vicdan‖
adlandırıb, belə güman edirdi ki, insanı cəmiyyətin hər cür
əsarətindən, zülm və haqsızlıqdan, zamanın miskin
yaşayışından, səfalət və fəlakətdən xilas edəcək bir yol varsa, o
da
kədər, yə’s fəlsəfəsi, özünü bütün əlaqələrdən,
mübarizələrdən kənara çəkib ―dünyəvi kədərin‖ ağuşuna
atmaq, kədərlə həmdəm olmaq, onunla təsəlli tapmaqdır:
Ey yə’s! Sən ey hüzni-sərazad!
Ağuşimə gəl, qıl məni dilşad!
Gəl qəlbimə gir, ey sarı yıldız!
Ruhimlə bərabər yaşa yalnız.
1
―Neçin‖, yenə orada, səh. 560.
2
Yenə orada, səh. 564.
3
Yenə orada, səh. 563-564.
68
Yalnız mana ol munisü həmdəm!
Yalnız olayım mən sana məhrəm.
Sevdim səni, ey sevgili dilbər!
Gəl ağlayalım şimdi bərabər.
...Hürr olmaq üçün xeyli yoruldum,
Eş kəndimə yalnız səni buldum
1
.
Bu şeirlərin kədərli lirik qəhrəmanının gözündə bütün
dünya, kainat, aləm, bəşər həyatı başdan-başa bir əfsanədən,
müvəqqəti, cansıxıcı kölgələrdən ibarət idi:
Hər şey sənin gözündə bir əfsanə, bir yalan...
Bir aldanış demək, bütün alayişi-cahan.
... Hər lövhə bir həqiqəti söylər təranədir,
Hər kölgə hissi oxşayacaq bir bəhanədir.
Dünya nədir? O, iştə fərəhnakü münkəsir,
Bir aşiyani-zövqü səfa, bir xərabazar...
2
Bu lirik qəhrəmanın nəzərində insanın həyatında olan bütün
münasibətlər, əlaqələr, hətta sevgilər, məhəbbətlər, ümidlər,
xəyallar da saxta, mənasızdır. Dünyada insan üçün həqiqi
zövq-səfa deyilən şey yoxdur:
Görmədim əsla tikansız gül, qaranlıqsız işıq,
Hər visalı daima təqib edər bir ayrılıq,
Söyləyirlər: ―Daimi zevqü səadət var‖, yazıq!
Seyr edib boş iddiadan başqa bir şey görmədim.
...Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir,
Hər səadət ruhu oxşar pək sönük bir şölədir.
Bəlkə səhvim var? Fəqət gördüklərim həp boylədir,
Görmədim əsla bəladən başqa bir şey, görmədim.
3
1
―Məyus bir qəlbin fəryadı‖, H.Cavid. Seçilmiş, əsərləri, səh. 563-564.
2
―Ey ruhi-pürsükun‖, yenə orada, səh. 545-546.
3
―Görmədim‖ H. C a v i d, Seçilmiş əsərləri, səh. 528.
69
Əgər Türkiyədə yazdığı şeirlərdə Cavid qürbət ellərdə
darıxdığından bəhs edirdisə, bu şeirlərdə də öz doğma
yurdunda özünü qərib, əsir hesab edirdi:
Öz yurdumda bir qəribdən seçilməm,
Əsir kimi bir dost, bir yaxın bilməm,
Cahan cənnət olsa, bir ləhzə gülməm,
Yar-yar deyib gecə-gündüz ağlaram
1
.
Tərəddüdsüz demək olar ki, bütün bu bədbinlik, ümidsizlik
Cavidin Azərbaycan inqilabi varlığından uzaq olmasının və
onun Türkiyə ictimai-ədəbi mühitindən aldığı təsirlərin nəticəsi
idi. Hərçənd 1909-10-cu illər ümumiyyətlə 1905-ci il
inqilabının məğlubiyyətindən sonra gələn ağır irtica illəri idi və
bu irtica ədəbiyyata da öz mənfi təsirini göstərmişdi; bununla
belə Azərbaycanın xüsusi şəraiti, buradakı spesifik tarixi, siyasi
mühit fərqlənirdi. Bu elə bir dövr idi ki, Cənubi Azərbaycanda
milli azadlıq hərəkatı, silahlı mübarizə, şimalda isə çarizmə,
müstəmləkə əsarətinə və yerli hakim siniflərə qarşı vuruşlar
davam edirdi. Azərbaycandakı ədəbi mühitin də özünə görə
xüsusiyyətləri vardı. Burada inqilabi-demokratik ideyalar və
realist ədəbiyyat çox qüvvətli və nüfuzlu idi. Odur ki, Cavidin
haqqında bəhs etdiyimiz şeirlərində olan bədbinlik,
fərdiyyətçilik və laübalılıq belə bir ictimai və ədəbi mühitdən
gələ bilməzdi. Bunlar daha çox tənzimat ədəbiyyatından
sonrakı Türkiyə ədəbiyyatında güclənən bədbinlikdən gəlirdi.
* * *
Çox çəkmir ki, yeni şərait, Azərbaycanın xüsusi tarixi,
siyasi və ədəbi mühiti doğma vətənin havası ilə nəfəs alan
1
―Çoban türküsü‖, yenə orada. səh. 530.
70
Cavidə də öz təsirini göstərir. Şairdə həyatla qaynayıb
qarışmaq meylləri qüvvətlənir. Yeni şərait onun da qəlbində bir
ümid çırağı yandırır. Türkiyədə yazdığı şeirlərdən fərqli olaraq,
yeni şeirlərində Cavid bədbinliyi, ümidsizliyi pisləyir, onları
zəiflik, gücsüzlük əlaməti hesab edir. ―Otuz yaşında‖ şeirində,
şair taleyindən narazı olan anaları ümidlə yaşamağa, yeni,
nikbin bir nəslin tərbiyəçisi olmağa çağırır:
Bu gün sıxıntılı zənn etdiyin sürəkli həyat,
Həyat, ailə bilsən yarın nasıl sevilir?
Çoluq-çocuq sana ithaf edər də xoş nəğəmat,
O dəm gözündə cahan pərdə-pərdə cilvələnir?
1
Dostları ilə paylaş: |