§2. Elmi-
texniki tərəqqinin xüsusi istiqamətləri
282
Texniki tərəqqinin xüsusi istiqamətləri sənayenin ayrı-ayrı
sahələrində daha çox nəzərə çarpır. Bu istiqamətlər adətən sahənin baş
elmi-
tədqiqat institutları, aparıcı elm xadimləri, aparıcı kompaniyaları,
birlikləri tərəfindən təyin edilir və əsaslandırılır.
Elmi-
texniki tərəqqinin xüsusi istiqamətləri içərisində sahə
məhsulu kefiyyətinin yüksəldilməsi, assortimentinin (çeşidinin)
genişləndirilməsi, məmulatların davamlılığının və etibarlığının
yüksəldilməsi məsələsi böyük əhəmiyyətə malikdir. Əlbəttə, ümumi
şəkildə götürdükdə məhsulun keyfiyyətinin yüksəldilməsi bütün sənaye
sahələri üçün vacib hesab edilən bir məsələdir. Lakin birincisi bu
məsələnin həlli yolları müxtəlif sahələrdə müxtəlifdir və ikincisi, sahə
məhsullarının keyfiyyətinin yüksəlməsi ictimai istehsalın səmərəliliyinə
müxtəlif səviyyədə təsir göstərir. Buna görə də problemin - məhsulun
keyfiyyətinin yüksəldilməsi – (onun rəqabət dözümlülüyünün
artırılması) sənayenin müxtəlif sahələrində mövcud olduğuna
baxmayaraq biz onu elmi-
texniki tərəqqinin sahəvi istiqaməti hesab
etməyi məqsədyönlü sayırıq.
Əsas konstruksiya materialları və xalq istehlakı malları istehsalı
üçü
n ilkin materiallar istehsal edən sənaye sahələrində məhsulun
keyfiyyətinin yüksəldilməsinin xalq təsərrüfatı üçün daha çox
əhəmiyyəti vardır. Belə sahələrə qara və əlvan metallurgiya, kimya
sənayesi, meşə və ağac emalı sənayesi sahələri ilk növbədə daxil
edilməlidir. Məsələ burasındadır ki, elmi-texniki tərəqqinin
göstərdiyimiz ümumi və müasir istiqa-mətləri ən yüksək dərəcədə
inkişaf etdirilərsə belə (məsələn: əməyin elektriklə silahlanması ən
yüksək səviyyəyə çatdırılsa belə) əgər metallurgiya sənayesi istehsal
etdiyi məhsulun profillik səviyyəsini yüksəltməsə, çox nazik və
davamlı metal təbəqələri istehsalını artırmırsa, leqirləşdirilmiş çox
yüksək texniki-iqtisadi göstəricilərə malik polad istehsal etmirsə, ictimai
istehsalın səmərəliliyini köklü surətdə yüksəltmək mümkün olmur.
Məlumdur ki, keçmiş SSRİ polad istehsalının həcminə görə dünyada
283
birinci yeri tuturdu. Lakin məhsul istehsalının hər vahidinə düşən metal
xərcləri bu ölkədə ABŞ-da çəkilən metal xərclərindən çox idi.
Metallurgiya sənayesində istehsal edilən yaymaların keyfiyyətinin pis
və çeşidinin dar olması nəticəsində sənaye məhsulunun metal tutumu
yüksək idi. Bir qayda olaraq metallurgiya sənayesi məhsulunun
keyfiyyəti yüksələndə, çeşidi genişlənəndə maşınqayırmada emal
zamanı əmələ gələn yonqarın miqdarı azalır.
Metallurgiyada məhsulun keyfiyyətini yüksəltmək üçün ilk
növbədə bu məsələnin həllinə yönələn texniki tərəqqinin sahəvi
istiqamətlərindən geniş istifadə edilməlidir. Belə istiqamətlərə metalla-
rın termiki emalının təkmilləşdirilməsi, növlərinin, profillərinin
nomenklatura və çeşidlərinin çoxaldılması, yüksək keyfiyyətli, nazik
təbəqəli metalın xüsusi çəkisinin artırılması daxildir. Texniki tərəqqinin
metallurgiyaya məxsus olan bu cür istiqamətləri çoxlu miqdarda
material-enerji
və əmək resurslarına qənaət etməyə imkan verir.
Məhsulun keyfiyyətinin yüksəldilməsi maşınqayırmada mühüm
əhəmiyyət kəsb edir. Bu həm maşınqayırmanın özü üçün və həm də
bütövlükdə ictimai istehsalın səmərəliliyini yüksəltmək üçün başlıca
şərtdir. Maşınqayırmanın istehsal etdiyi məhsullar sənayenin və
iqtisadiyyatının bütün sahələrində əmək aləti kimi istifadə edilir. Buna
görə də maşınqayırma məhsulunun davamlılığı, etibarlılığı,
uzunömürlülüyü, qənaətcilliyi, məhsuldarlığı ictimai istehsalın bütün
sahələrində səmərəliliyə ciddi şəkildə təsir göstərir. Buna görə də
maşınqayırmada elmi-texniki tərəqqinin sahəvi istiqamətlərinə maşın və
mexanizmlərin
məhsuldarlığının
yüksəldilməsi,
etibarlılığının
artırılması, avtomatlılıq səviyyəsinin yüksəldilməsi və s. bu kimi
məsələlərin həllinə yönələn tədbirlər daxildir. Maşınqayırma daim öz
məhsulunu yeniləşdirməli, istər özündə və istərsə də iqtisadiyyatın digər
sahələrində istehsal proseslərini kompleks avtomatlaşdırmağa imkan
verən, dünya standartlarına cavab verən əmək alətləri istehsal etməlidir.
Maşınqayırma istehsalı uyuşqanlı olmalıdır ki, prinsipcə yeni məhsul
isteh
salına az vaxt sərf etməklə keçmək mümkün olsun. Deməli,
284
uyuşqanlı avtomatlaşdırılmış sistemlərin yaradılması və istehsala tətbiqi
həm maşınqayırmanın özündə və həm də digər sahələrdə elmi-texniki
tərəqqinin sahəvi istiqaməti kimi özünü göstərir. Doğrudan da texniki
tərəqqinin ümumi istiqamətləri olan elektrikləşdirmə, mexanikləşdirmə,
avtomatlaşdırma və kimyalaşdırma yüksək səviyyədə inkişaf etdirilsə
belə, əgər istehsalın uyuşqanlığı, dinamikliyi təmin edilməyibsə, rəqabə-
tə dözümlü maşınqayırma məhsulu istehsal oluna bilməz. Bu, bir daha
sübut edir ki, elmi-
texniki tərəqqinin ümumi və müasir istiqamətləri ilə
yanaşı konkret istehsal üçün spesifik xarakterə malik sahəvi
istiqamətlərinə də diqqət artırılmalıdır.
İqtisadiyyatın konkret sahəsində istehsal edilən məhsulun və
göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi böyük iqtisadi səmərə
verməklə yanaşı texniki tərəqqinin sürətləndirilməsinə də kömək edir.
Məsələn, kimya sənayesində fenolun və formalinin keyfiyyətinin
yüksəldilməsi fenol-formaldehid qətranın alınması əməliyyatının
təxminən iki dəfə qısaldılmasına səbəb olur. Bu da öz növbəsində
avtomat xətlərdən istifadə edilməsi yolu ilə məmulatın istehsal prosesini
tamamilə avtomatlaşdırmağa imkan verir. Göründüyü kimi, burada
elmi-
texniki tərəqqinin sahəvi istiqaməti (kimya sənayesində), fenolun
və formalinin keyfiyyətinin yüksəldilməsi onun ümumi istiqaməti olan
avtomatlaşdırma üçün şərait yaratmış olur. Buradan belə bir mühüm
nəticə çıxarmaq olar: elmi-texniki tərəqqinin sahəvi istiqamətləri onun
digər istiqamətlərinə güclü təsir göstərir. Elə buna görə də elmi-texniki
tərəqqinin ümumi istiqamətləri məqsədyönlü inkişaf etdirilməlidir.
Başqa sözlə desək, məsələn, elektrikləşdirmə xatirinə yox, konkret
sənaye sahəsinin texniki-iqtisadi probleminin elektrikləşmə həllinə,
texniki tərəqqinin sahəvi istiqamətlərinin inkişafına uyğun hə-yata
keçirilməlidir.
Elmi-
texniki tərəqqinin ictimai istehsalın səmərəliliyini yüksəldən
mühüm sahəvi istiqamətlərindən biri də istehsal proseslərinin
intensivləşdirilməsidir. Məsələn, metallurgiya və kimya sənayelərində
xammalın dərin saflaşdırılması, dəqiq növləşdirilməsi, xammal və
285
materialların faydalı komponentlərinin artırılması üçün onların ilkin
emal edilməsi, bu baxımdan böyük əhəmiyyət kəsb edir. Metallurgiyada
oksigen və təbii qazdan, kimya sənayesində isə müxtəlif
katalizatorlardan geniş istifadə edilməsi bu sahələr üçün elmi-texniki
tərəqqinin sahəvi istiqaməti sayıla bilər. Bunlar texnoloji prosesi
intensivləşdirirlər.
Hazırda
texnoloji
proseslərin
intensivləşdirilməsinin
maşınqayırmda böyük əhəmiyyəti vardır. Lakin təcrübə göstərir ki.
planlaşdırma və idarəetmədə elmi-texniki tərəqqinin bu sahəvi
istiqamətinə zəif inkişaf etmiş ölkələrdə az fikir verilir. Buna görə də
istehsalın
avtomatlaşdırılması,
kimyalaşdırılması,
elektrikləşdirilməsindən əldə edilən iqtisadi səmərə istehsal
proseslərinin müvafiq səviyyədə intensivləşdirilməməsi nəticəsində
azala bilər. İnkişaf etmiş bütün ölkələrdə bu məsələyə ciddi fikir verilir.
Bir sıra istehsallarda ilkin xammal və materialların digərləri ilə əvəz
edilməsi texniki-tərəqqini sahəvi istiqaməti kimi çıxış edir. Bu da böyük
iqtisadi səmərə verir. Məsələn, kimya sənayesinin bəzi sahələrində ilkin
xammal kimi işlədilən kömürün neftlə və qazla əvəz edilməsi bir neçə
texnoloji pillələri ixtisara saldığı üçün istehsalın intensivliyi artır,
məhsulun maya dəyəri aşağı düşür.
Tədqiqat göstərdi ki, elmi-texniki tərəqqinin sahəvi istiqamətləri
onun ümumi istiqamətləri olan avtomatlaşdırma, mexanikləşdirmə,
kimyalaşdırma və elektrikləşdirmədən heç də az iqtisadi səmərə vermir.
Onlar ictimai tələbatların ödənilməsində mühüm rol oynayırlar.
Məsələn, sintetik spirtin, yuyucu vasitələrin və digər kimya
məmulatlarının alınmasında neft və qazdan istifadə edilməsi yeyinti
məhsullarından texniki məqsədlər üçün istifadə edilməsinin qarşısını
alır və əhalinin yeyinti məhsullarına olan tələbatının daha dolğun
ödənilməsinə şərait yaradır.
Yüngül və əlvan metallurgiyada, kimya sənayesində, istehsal
aparatlarında, qurğularında, aqreqatlarında təzyiqin və hərarətin
yüksəldilməsi elmi-texniki tərəqqinin sahəvi istiqamətlərindəndir.
286
Ovuntu metallurgiyasının inkişafı və hissə, qovşaqların getdikcə daha
çox hissəsinin metal ovuntulardan hazırlanması böyük iqtisadi və sosial
əhəmiyyətə malikdir və maşınqayırma və metallurgiya üçün elmi-
texniki tərəqqinin xüsusi istiqamətlərindəndir.
Maşınqayırmada elmi-texniki tərəqqinin mühüm xüsusi
istiqaməti, metalların elektroqığılcım ilə emal edilməsi, elektrosəs və
lazer şüaları ilə metalların qaynaq edilməsi kimi mütərəqqi emal
üsullarının geniş tətbiq edilməsidir.
Sənayenin bir sıra istehsallarında texnoloji proseslərin
arasıkəsilməməzliyinin təmin edilməsi elmi-texniki tərəqqinin sahəvi
istiqaməti rolunu oynayır. Maşınqayırmada, metallur-giyada, meşə və
yüngül sənayelərdə proseslərin arasıkəsilməməzliyi istehsala getdikcə
daha çox və geniş miqyasda fasiləsiz işləyən aqreqatların, kompleks
texnoloji xətlərin tətbiqi nəticəsində təmin edilir ki, bu da onların
məhsuldarlığının
yüksəldilməsinə,
məhsulun
keyfiyyətinin
yaxışlaşdırılmasına və ən başlıcası isə elmi-texniki tərəqqinin ümumi
istiqaməti olan, avtomatlaşdırmanın inkişaf etdirilməsinə səbəb olur.
Təmiz və ifrat təmiz materialların (metalların) əldə edilməsi və
istehsala tətbiqi texniki tərəqqinin sahəvi istiqamətlərindəndir. Getdikcə
bu istiqamətin əhəmiyyəti artır. Məsələ burasındadır ki, təmiz və ifrat
təmiz materiallar yarımkeçiricilərin, atom enerjisinin, lazer texnikasının
istehsalı ilə məşğul olan yeni mühüm sahələrin inkişafını təmin edirlər.
Digər tərəfdən belə materiallar ənənəvi sənaye sahələri olan metallur-
giyada, maşınqayırmada, kimya və yüngül sənayedə də geniş tətbiq
edilir.
Elmi-
texniki tərəqqinin sahəvi istiqamətləri arasında material
resurslarından tam və səmərəli istifadə edilməsi çox mühüm əhəmiyyətə
malikdir. Bu istiqamət bütün sənaye sahələrində böyük əhəmiyyətə
malikdir. Lakin ağac və ağac emalı sənayesində, neft və filizçıxarma
sahələrində texniki tərəqqinin bu istiqamətinin daha çox əhəmiyyəti
vardır. Texniki tərəqqinin sahəvi istiqaməti elə inkişaf etdirilməlidir ki,
287
təbii resurslar yerin atında tam çıxarılsın, kompleks emal edilsin, tullantı
(itkilər) olmasın.
Hər bir sənaye sahəsində elmi-texniki tərəqqinin sahəvi
istiqamətlərini üzə çıxarıb onları məqsədyönlü şəkildə inkişaf etdirmək
onun ümumi və ən müasir istiqamətlərinin inkişafına kömək edir və
bütövlükdə elmi-texniki tərəqqinin sürətləndirilməsinə səbəb olur. Əgər
elmi-
texniki tərəqqinin ümumi istiqamətləri onun sahəvi
istiqamətlərinin inkişafı ilə paralel aparılmırsa, onda istehsalın
səmərəliliyi mümkün olan yüksək səviyyəyə çatmır. ETT-nin ümumi
istiqamətlərinin inkişaf etdirilməsi nəticəsində əldə edilən səmərə, onun
sahəvi istiqamətlərinin zəif inikşafının təsiri nəticəsində azalır. Məsələn,
elektrikləşdirmə
və
mexanikləşdirmə,
avtomatlaşdırma
və
kimyalaşdırma meşə sənayesinin və meşə emalı sənayesinin sürətlə
inkişaf etdirməyə imkan verir. Lakin ETT-nin sahəvi istiqaməti -
xammalın kompleks istifadəsi məsələsi lazımi səviyyədə həll
edilməzsə, emal müəssisələrində tədarük olunmuş ağacın yarısına qədəri
istehsal tullantısına çevrilə bilər.
ETT-
nin sahəvi istiqamətlərini nəzərə almaq müvafiq
kompaniy
alardan böyük səy və bacarıq tələb edir. Hansı ölkədə
sahibkarlar bu cəhətləri vaxtında görə bilirlərsə, onlar da azad bazar
sferasında özlərinə uyğun yer tuta bilirlər.
§3. Elmi-
texniki tərəqqi və istehsalın səmərəliliyi
Elmi-
texniki tərəqqi istehsalın səmərəliliyinə güclü təsir göstərir.
Ən başlıcası isə ondan ibarətdir ki, elmi-texniki tərəqqi istehsalın
inetnsiv yolla inkişafını təmin edir. Bu da səmərənin daha yüksək
olması üçün zəmin yaradır.
Elmi-
texniki tərəqqinin istehsalın intensivləşdirilməsində və
səmərəliliyinin yüksəldilməsindəki rolu çox şaxəlidir. Qeyd etmək
288
lazımdır ki, ETT-i istehsalın səməəliliyinə özünün ümumi, xüsusi və
baxılan dövr üçün ən yeni istiqamətləri üzrə təsir göstərir. Elmi-texniki
tərəqqi istehsalın bütün ünsürlərinə - əmək vasitələrinə, əmək cisminə
və əməyin özünə müsbət təsir göstərir, onları təkmilləşdirir və səmərəli
və tam istifadə olunmaları üçün şərait yaradır. Bir qayda olaraq elmi-
texniki tərəqqinin sürətləndirilməsi nəticəsində istehsal edilən məhsul
vahidinin
əmək, fond və material tutumları aşağı düşür, elm tutumu isə
artır. Bu da istehsalın səmərəliliyinin yüksəldilməsi ilə nəticələnir.
İstehsalın səmərəliliyinə elmi-texniki tərəqqi müxtəlif istiqamətlər
və formada təsir göstərir. Bu imkan verir ki, təcrübədə yaranmış konkret
şəraiti nəzərə alaraq elmi-texniki tərəqqinin bu və ya digər istiqaməti və
ya forması daha üstün inkişaf etdirilsin.
Dünya iqtisadiyyatı elmində elmi-texniki tərəqqinin bir neçə
inkişaf forması fərqləndirilir. İstehsalın hansı elementinə daha çox təsir
etməsi baxımından elmi-texniki tərəqqinin əməyə qənaət, fonda qənaət,
materiala qənaət və yaxud da fond tutumlu, material tutumlu və əmək
tutumlu formaları fərqləndirilir. Çox vaxt konkret istehsallarda yaranmış
şəraiti nəzərə alaraq elmi-texniki tərəqqinin göstərdiyimiz formalarının
əlaqələndirilməsindən əmələ gələn formalarından da istifadə edilir.
Elmi-
texniki tərəqqinin belə əlaqələndirilmiş formlarına əmək tutumlu -
fond qoruyucu, fondtutumlu - material qoruyucu, material tutumlu -
əmək qoruyucu, əmək tutumlu - fond qoruyucu və s. formaları daxildir.
Formalar üzrə elmi-texniki tərəqqinin sürətəndirilməsinin
mahiyyəti istehsalın səmərəliliyinin məqsədyönlü yüksəldilməsidir.
Əgər sənaye müəssisəsi işçi qüvvəsinin çox olduğu regionda yerləşirsə,
müəyyən dövrdə elmi-texniki tərəqqinin əmək tutumlu formasının
inkişafı məqsədəuyğun hesab olunur. Digər regionlarda deyək ki, əgər
fondlara qənaət etmək daha sərfəlidirsə, onda elmi-texniki tərəqqinin
əməktutumlu - fond qoruyucu forması, materiallara qənaət daha
sərfəlidirsə, onun əmək tutumlu - material qoruyucu forması daha üstün
inkişaf etdirilir. Əgər müəssisənin yerləşdiyi ərazidə əmək ehtiyatları
289
çatışmırsa, onda elmi-texniki tərəqqinin əməyə qənaət formasını inkişaf
etdirmək lazımdır.
Qeyd edək ki, elmi-texniki tərəqqinin bu və ya digər formasının
konkret istehsal üçün seçilməsi vaxt etibarı ilə müvəqqəti xarakter
daşımalıdır. Məsələn, işçi qüvvəsi artıqlığı aradan götürüldükdən sonra
elmi-
texniki tərəqqinin forması da dəyişilməlidir. Ümumiyyətlə
götürdükdə isə elmi-texniki tərəqqinin daha çox səmərə verən istiqamət
və formasına üstünlük vermək lazımdır.
Elmi-
texniki tərəqqi istehsalın intensivləşdirilməsinə güclü təsir
göstərir. Ümumiyyətlə götürdükdə isə elmi-texniki tərəqqi,
intensivləşmə və istehsalın iqtisadi səmərəliliyi qarşılıqlı əlaqədə
olurlar. Burada istehsalın səmərəliliyi elmi-texniki tərəqqinin və istehsal
proseslərinin intensivləşmənin son nəticəsidir. Elmi-texniki tərəqqi bu
nəticənin əldə edilməsində hərəkətverici qüvvə, yəni amil rolunu
oynayır. İntensivlşəmə isə yüksək son nəticənin əldə edilməsi üçün
şərait, məhsuldar istehsal mühiti yaradır. İntensivləşmənin səviyyəsi
yüksəldikcə elmi-texniki tərəqqinin inkişafı üçün, elmi-texniki tərəqqi
inkişaf etdikcə intensivləşmənin yüksəlməsi üçün şərait yaranır. Bunun
nəticəsində də istehsalın iqtisadi səmərəliliyi yüksəlir.
Qeyd edək ki, intesnviləşmə ilə elmi-texniki tərəqqi arasında sıx
və qarşılıqlı əlaqə vardır. Lakin onları eyniləşdirmək olmaz. Çünki
onların inkişaf istiqamətləri, yolları bir çox cəhətdən eyni deyildir, bir-
birinin üzərinə düşmür.
Elmi-
texniki tərəqqi iqtisadiyyatın bütün sahələrini əhatə edən
çoxcəhətli və qanunauyğun bir prosesdir. Sənayedə bu proses öz əksini
istifadə edilən maşın və mexanizmlərin, ötürücü qurğuların, alət və
tərtibatların, ölçü və tənzimləyici vasitələrin hər cür mexanizmlərin
sistemdə işləyən maşın mexanizmlərlə əvəz olunmasında, istehsalın
robotlaşmasında, uyuşqanlı istehsalların əmələ gəlməsində və s. tapır.
Texniki-
tərəqqi texnikanın daim irəliyə doğru hərəkəti prosesi kimi
özünün elmə məlum olan ümumi və xüsusi istiqamətləri, forma və
istiqamətləri üzrə inkişaf edir. Elmi-texniki tərəqqi sürətləndikcə söz
290
yox ki, istehsalın intensivləşməsi səviyyəsi yüksəlir. Lakin bu o demək
deyildir ki,
istehsalın intensivləşməsi elmi-texniki tərəqqinin inkişaf
qanunları altında avtomatik, özü-özünə formalaşır. İntensivləşdirmənin
ETT-
nin istiqamətləri ilə üst-üstə düşən istiqamətləri ilə yanaşı təşkilati-
iqtisadi və sosioloji amillərlə şərtləşən öz istiqamətləri, elmi-texniki
tərəqqi nəticəsində əldə edilmiş istehsal aparatından vaxta və gücə görə
tam istifadə edilməsinə və onların vaxtında təzələşdirilməsinə yönələn
istiqamətlər və bunun həyata keçirilməsi üçün görülən tədbirlərlə təyin
olunur. İntensivləşdirmənin, (səviyyəsinin yüksəlməsinin) öz fərdi
istiqamətləri əldə olan material, əmək, enerji və resurslardan daha
səmərəli, daha məqsədyönlü, daha qənaətlə istifadə edilməsinə yönəlir.
Real həyatda elmi-texniki tərəqqi öz əksini əmək alətlərində və
əmək cismində baş verən dərin və çoxcəhətli dəyişikliklərdə tapır.
İstehsalın səmərəliliyini yüksəltmək üçün bu nailiyyətləri geçikmədən
istehsala tətbiq etmək lazımdır. Son nəticədə işçi kollektivin sosial-
iqtisadi inkişafı bu prosesin intensivliyindən bilavasitə asılı olur. Elmi-
texniki tərəqqinin nailiyyətlərini istehsala daha tez tətbiq edənlər yüksək
səmərəlilik əldə edirlər. Buna görə də fərdi əmək fəaliyyətinin vüsal
tapdığı və ümumiyyətlə, mülkiyyətin dövlətsizləşdirildiyi indiki dövrdə
elmin və texnikanın, onların əsas elmentlərinin tərəqqisinin əsas
istiqamətlərini və formalarını təyin etməyin zəruriliyi artmışdır.
Müəssisəni arendaya götürən və öz istehsal-təsərrüfat fəaliyyətinin son
nəticələri üçün tam məsuliyyət daşıyan əməkçi kollektiv hər hansı
konkret bir dövr üçün özünün texniki siyasətinin əsas cəhətlərini dərk
etməlidir. Ancaq belə olan halda icarəyə götürülən müəssisə rəqabətə
dözümlü məhsul istehsal etmək imkanına malik ola bilər.
İlk növbədə ETT-nin hansı istiqamətlər üzrə istehsala və yaxud da
idarə edilən hər hansı bir digər obyektə təsir etdiyini araşdırmaq
lazımdır. Uzun illərin təcrübəsi sübut etmişdir ki, elmi-texniki
tərəqqinin istiqamətlərini üç yerə ayırmaq onun nailiyyətlərinin
istehsala tətbiqini sürətləndirir.
291
Birinci qrupa
ümumi istiqamətlər daxildir. Bu istiqamətlərə
istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, elektrikləşdirilməsi
və kimyalaşdırılması aid edilir. Görüdüyü kimi bu istiqamətlər
sənayenin bütün sahələrinə aid ola bilər. Elə buna görə də onlar texniki
tərəqqinin ümumi istiqamətləri adlanır.
İkinci qrupa müəyyən dövr üçün həlledici sayılan istiqamətlər aid
edilməlidir. Texniki tərəqqinin bu istiqamətləri yuxarıda göstərdiyimiz
ümumi istiqamətlərlə əlaqədar olsalar da konkret bir dövr üçün prioritet
isti
qamət sayılır və istehsalda inqilabi dəyişikliklərə səbəb olur. Bu
istiqamətlərə hazırkı dövr-də prinsipcə yeni texnikanın və
texnologiyanın yaradılması və istehsala tətbiqi, istehsalın elektronlaşdı-
rılması, kompüterləşdirilməsi, kompleks avtomatlaşdırılması, yeni
materialların yaradılması və istehsala tətbiq edilməsi və s. daxildir.
Elmi-
texniki tərəqqinin üçüncü istiqamətləri sahəvi xarakter
daşıyır. Başqa sözlə desək, bura elə istiqamətlər daxil edilməlidir ki,
onlar əsasən konkret sənaye sahəsinə aid olsun. Aydın məsələdir ki, belə
istiqamətlər ayrı-ayrı sahələrdə müxtəlif göstəricilərlə xarakterizə
olunurlar. Məsələn, sənayenin aparıcı sahəsi olan maşınqayırmada elmi-
texniki tərəqqinin xüsusi, yəni bilavasitə ona məxsus istiqamətləri
məhsulun təzələnməsinin intensivliyi, istehal edilən ümumi məhsulun
həllində müasir texnika və texnologiyanın tələblərinə, dünya
(beynəlxalq) standartlarına cavab verən məhsulların xüsusi çəkisinin
artması, uyuşqanlı istehsallar yaratmaq üçün istehsal olunan maşın və
avadanlıqlar komplekslərinin, emal mərkəzlə-rinin sayı və onların artım
tempi göstəricilərin səviyyəsi ilə xarakterizə olunur.
ETT-
ni sürətləndirmək, elmi nailiyyətləri gecikmədən istehsala
tətbiq etmək, prinsipial yeni məhsulun kütləvi istehsalını təşkil etmək
ölkələrdən çoxlu vəsait tələb edir. Artıq qeyd etdiyimiz kimi dərc
olunmuş materiallara görə 1996-cı ildə elmin inkişafına ABŞ 185,
Yaponiya 82, Avropa Birliyi ölkələri 76 milyard dollar vəsait
xərcləmişlər. Buradan qanunauyğun bir sual meydana çıxır. Bu qədər
vəsait sonralar ölkələrə hansı səmərəni verir? Bu xərclər özünü
292
ödəyirmi? Bu suala cavab vermək üçün istehsala, ölkələrin
iqtisadiyyatının strukturuna, məhsulların keyfiyyətinə diqqətlə nəzər
yetirmək lazımdır. Təhlil göstərir ki, elmi-tədqiqat və layihə-təcrübə
işlərinə çoxlu vəsait qoyan ölkələrdə bir qayda olaraq istehsalın texniki
səviyyəsi yüksək, istehsalın özü isə çevik (yeni məhsullar istehsalına
qısa müddətdə uyğunlaşa bilən) olur, iqtisadiyyatın strukturu
maksimum optimal (sosial
tələbatları tam və minimum ictimai zəruri
xərclərlə ödəyə bilən), məhsul və xidmətlərin keyfiyyəti yüksək olur.
Bu deyilənlərin Amerikanın timsalında aydın görmək olur. Texnikanın,
elmin inkişafına çoxlu vəsait yönəldə bilən Amerika firmaları istehsal
et
dikləri məhsulların nomenklaturasını və çeşidini sürətlə dəyişməyə
imkan əldə edirlər ki, bu da şirkətlərin istər daxili və istərsə də xarici
bazarda möhkəm yer tutması üçün əsas şərtdir. Konkret növ məhsul
nümunəsi üçün ETT və onun sürətləndirilməsinə çəkilən xərclər
firmalara iki istiqamətdə xeyir götürməyə imkan verir: birincisi bu
məhsulun yeni nümunələrinin istehsalını mənimsəməklə, ikincisi
istehsal edilən nümunələrin keyfiyyətini yüksəltməklə. Təhilil göstərdi
ki, Amerika müəssisələri bu yolla hər il öz daxili bazarlarına ümumi
kontekstdə milyonlarla yeni, modernizə olunmuş və yaxud da keyfiyyəti
yaxşılaşdırılmış məhsul növləri çıxarırlar. Doğrudur, bazara çıxarılan
külli miq-
darda yeni və modifikasiya olunmuş məhsulların hamısı özünə
şərəfli yer tuta bilmir: tələb və təklifə görə və azad rəqabət nəticəsində
onların bir hissəsi istehsaldan çıxarılır. Lakin buna baxmayaraq
bazarların intensiv şəkildə yeni məhsullarla zən-ginləşdirilməsi son
nəticədə iqtisadiyyatın aparıcı sahəsi olan sənayedə istehsalın
təzələnməsi, texnologiyanın intensivləşməsi, firma və şirkətlərin
profillərinin mütərəqqi yeniləşməsi, istehsal tsiklinin qısalması baş
verir. Bu yollar və üsullardan bacarıqla istifadə edən TMK- isə öz
ölkələri sərhədlərindən çox-çox uzaqlarda yüksək sahibkarlıq gəlirləri
əldə edə bilirlər və Amerikanın “ikinci” iqtisadiyyatını daha da
gücləndirirlər.
293
ETT-
nin sürətləndirilməsinə çəkilən xərclər yüksək səmərə
verdiyinə görə, bu xərci çəkən ölkələrə rezenanas səmərə almaq imkanı
yaradır. İmkan verir ki, innovasiyalar (yeniləşmə) daha qısa müddətə
istehsala tətbiq edilsin və rəqabətdözümlü məhsulun kütləvi istehsalı
təşkil olunsun. Belə olan halda yeniləşmənin (innovasiya) verdiyi
sosial-
iqtisadi səmərə ilə kütləvi istehsalın verdiyi səmərə üst-üstə düşür
və rezenans səmərə əldə edilir. ETT-nin birbaşa sosial səmərəsi də olur:
bunun nəticəsində yeni iş yerləri yaradılır, işlərin cazibədarlığı yüksəlir,
yoruculuğu isə azalır, əmək haqqı yüksəlir.
Bütün bunları nəzərə alaraq ölkələr arasında əslində yeni rəqabət
sferası meydana gəlib inkişaf etməkdədir. Buna görə də hazırkı dövrdə
həm firmalar və həm də ölkələr arasında gedən əsas mübarizə elmi-
texniki tərəqqi uğrunda gedən mübarizədir. Rəqabətin bu sferası
getdikcə genişlənir, özünə yeni-yeni ölkələr cəlb edir. Onu da qeyd edək
ki, bu yarışda itirənlər də olur: bunlar inkişafda olan və çox zəif inkişaf
səviyyəsini saxlayan ölkələrdir. Onların ABŞ, Yaponiya, Almaniya
Federativ Respublikası kimi nəhənglərlə rəqabətə girib elmi-texniki
tərəqqi sahəsində qalib gəlmək üçün nə iqtisadi və nə də siyasi gücləri
istənilən səviyyədə deyildir. Bu ölkələrə ilk növbədə Afrika kontingenti
ölkələri, xüsusən də Mərkəzi, Qərbi və Şərqi Afrika ölkələri daxildir.
Onlar indiyə qədər optimal iqtisadi inkişaf modeli tapa bilməyiblər və
ixtisassız əməkdən necə gəldi istifadə etmək, dövlətin güc üsulları ilə
istehsala “yuxarıdan” təzyiq etmək, əmək münasibətləri və demokrati-
yanı inkişaf etdirməmək, korrupsiyaya imkan yaratmaq yolunu
seçməklə özlərini tamamilə inkişaf etmiş ölkələrdən asılı vəziyyətə
salıblar. Onlar ETT-nin sürətləndirilməsi sahəsində passivdirlər. Dövlət
başçıları bu ölkələrdə potensial imkanlarını işə sala bilən sosial-
psixoloji mühüt formalaşdıra bilməmişdir.
Dostları ilə paylaş: |