AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə6/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   2   3   4   5   6   7   8   9   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ядябиййат сийащысы



  1. Dr.Gustav Kruger History of Early Christian Literature. New York, 1969.

  2. Harry Y.Gamble Books and Readers in the early Church. A History of Early Christian Texts. Yale University Press. New Haven-London, 1995.

Erkən orta əsr şərq mənbələri

Erkən orta əsrlər dünya tarixində yeni bir mərhələnin, feodalizmin, başlanması və iki yeni dinin, xristianlığın və islamın, yayılması ilə xarakterizə olunur. Bu iki faktor dünya xalqlarının nəinki iqtisadi və mənəvi, eyni zamanda siyasi və sosial həyatında iniqilabi dəyişikliklərə səbəb oldu. Dünyanın siyasi xəritəsində yeni dövlətlər, dövlətlərin ərazisində yeni etnoslar və bu etnosların mənəvi-etik, mədəni normativlərini və sosial təfəkkürünü forma­laş­dıran kriteri­yalar yaranmağa başlandı. Dünya tarixinin ziddiy­yət­li, rənga­rəng və mürəkkəb hadisələri ilə zəngin olan bu mər­hə­lə­si­nin bərpası bilavasitə şərq mənbələrinə söykənir. Qədim tarixi ənə­nələrə malik farslar, albanlar, ermənilər, gürcülər, suriyalılar və sairələrinin yaratdıqları əsərlər erkən feodalizm dövrü reallıqlarının bərpasında mühüm əhəmiyyət kəsb edirlər. Erkən orta əsr şərq mənbələrinin özünəməxsus xüsu­siyyətləri ilk növbədə onların yarandığı tarixi şərait, onları yaradanların siyasi baxışları, maraq və məqsədləri priz­masından izah və təhlil olunmalıdır.


Alban mənbələri


Erkən orta əsr alban tarixi təfəkkürünün formalaşması alban dövlətçiliyinin bərpası və möhkəmləndirilməsi, alban yazısının tərtibi və Qafqaz Albaniyası ərazisində xristianlığın yayılması ilə bir dövrə təsadüf edir. Məhz bu dövrdə alban tarixi ənənələrinin dirçəldilməsi, alban çarlığı və alban kilsəsində irsilik və vərəsəlik prinsipinin qorunması fikrinin möhəmləndirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi fundamental tarixi əsərlərin yaradıl­ma­sı­nı zəruri edir. Bu məqsədlə Mehrani sülaləsinin ən nüfuzlu hökm­darı Cavanşir ölkəsinin ümumi tarixinin yazılmasını sifariş edir. Bütövlükdə Albaniyada yaradılmış tarixi mənbələri tarixi-təs­viri, dini, və qanunvericilik olmaq şərtilə üç qrupa bölmək olar. Bi­rin­ci qrupa Moisey Kalankaytuklunun «Alban tarixi», Mxitar Qo­şun «Alban salnaməsi», Kirakos Qanzakesinin «Tarix» adlı əsərlərini daxil etmək olar.


M.Kalankaytuklunun «Alban tarixi» əsəri VII əsr Azərbay­can tarixi üzrə yerli orijinal yazılı mənbədir. Mənbə döv­rü­mü­zə qrabar dilində gəlib çatmışdır. Əsər haqqında ilk mə­lu­matı X əsr erməni katolikosu Anani Monasi verir. «Alban tarixi»nin müəl­lifi haqqında ilk məlumata isə XII-XIII əsr müəllifi Mxitar Ayri­van­sinin əsərində rast gəlinir. M.Kalankaytuklunun əsərindən his­sə­lər ilk dəfə olaraq, 1848-ci ildə fransız tədqiqatçısı E.Borenin fran­sız dilinə tərcüməsində nəşr olunmuşdur. 1860-cı ildə əsər bü­tünlüklə qədim erməni dilində N.O.Emin tərəfindən Moskvada işıq üzü gör­müşdü. Əsərin rus dilində ilk nəşri 1861-ci ildə K.Pat­kan­yan tərəfindən həyata keçirilmişdir. XX əsrin 60-cı illərində əsər ing­­i­lis dilində Ç.Dovset tərəfindən Londonda nəşr etdirilmişdir. İndiyə qədər M.Kalankaytuklunun «Alban tarixi» əsərinin üç siya­hı­sı müəyyənləşdirilmişdir: 1) Eçmiadzin siyahısı iki redaksiyadan (1279-1311-ci illər redaksiyası və tarixi müəyyən edilməmiş bir redak­siya) ibarətdir; 2) Peterburq siyahısı 1829-cu il redak­siya­sın­dan ibarətdir; 3) Matenadaran siyahısı isə səkkiz, 1289, 1829, 1664, XVIII əsr, 1761, 1839, 1848, 1858-ci illər, redaksiyasından iba­rətdir. M.Kalankaytuklunun tarixi əsərinin tədqiqi erməni alimi T.İ.Ter-Qriqoryana və azərbaycanlı al­ban­şünas F.C.Məmmədovaya məxsusdur. T.Ter-Qriqoryan belə hesab edir ki, «Alban tarixi» əsəri iki müəllif tərəfindən yazılmışdır. Əsərin qədim dövrdən VII əsrə qədər olan dövrünü əhatə edən birinci iki kitabı Moisey Kalankaytkulunun, VII-X əsrləri əhatə edən üçüncü kitabı isə Moisey Dasxuransinin əməyinin məhsuludur. Bu fikirlə Azər­bay­can tarixşünaslığı da (Z.M.Bünyadov, F.C.Məmmədova) razılaşır.
«Alban tarixi» əsərinin dövrümüzə qrabar dilində gəlib çat­ma­sına baxmayaraq, onun orijinalının alban dilində yazılması eh­ti­mal olunur. Tədqiqatçıların fikrincə əsərin tərcüməsi ya alban, ya da erməni dilini yaxşı bilməyən şəxs tərəfindən həyata keçiril­miş­dir. Əsərin qrabar dilinə tər­cüməsi isə çox güman ki, siyasi-sosial faktorlarla, yəni Alba­niya əhalisinin bir qisminin erməniləşməsi və alban kilsəsinin qriqorianlaşması və erməni katolikosatlığının siya­səti ilə izah olunmalıdır.
M.Kalankaytuklunun «Alban tarixi» əsərinin mənbəşü­nas­lıq bazası olduqca geniş olmuş və əsər yerli yazılı və şifahi alban mə­n­bə­lərindən başqa, erməni, gürcü, yunan, roma, bizans və suryani mənbələr əsasında tərtib edilmişdir. Əsərdə kompilyativ (köçü­rül­mə) hissələrə rast gəlinsə də, bu hal kütləvi xarakter daşımır. Bun­dan başqa müəllif köçürülən faktlara özünəməxsus şərh və düzə­liş­lər etməklə onlara ta­mam başqa rakursdan yanaşır. «Alban tarixi» əsərinin müəllifinin ilkin informasiya mənbəsi erməni tarixi mək­tə­bi nümunələri, xüsusən də F.Buzandın «Tarix» əsəri olmuş­dur. Lakin erməni mənbələrindən fərqli olaraq, M.Kalankaytkulu əsə­rin­də Albaniya tarixinə aid olmayan hadisə və faktların şərhin­dən qaçır, ölkəsinin tarixini daha dərindən və hərtərəfli təhlil edir, er­mə­ni kilsəsi və erməni naxarar­larının mövqeyini müdafiə edən informasiyaya tənqidi ya­naşır. Əsərin quruluşu onun tərtibi zamanı iki xronoloji sis­tem­dən istifadə edildiyini söyləməyə əsas verir. Əsərdə daxili hadisələr Alban çarları və katolikoslarının hakimiy­yət illəri üzrə, xarici hadisələr isə İran və Bizans şahlarının haki­miy­yət illəri üzrə şərh olunur.
Qafqaz Albaniyası tarixi məktəbinin ikinci böyük si­ması XII-XIII əsr müəllifi Mxitar Qoş olmuşdur. Tovuzlu Vardapet Yoxa­ne­sin şagirdi olmuş Mxitar Qoş 1130-cu ildə Gən­cədə anadan olm­uş­dur. M.Kalankaytukludan fərqli olaraq, M.Qoşun milliyyəti mü­ba­hisə doğurur və bir qrup alim onun alban olduğunu qəbul etmir. Ənənəvi olaraq, erməni tarix­şünaslığı M.Qoşun erməni müəllifi olduğunu iddia edir. Lakin bu məsələdə Azərbaycan tarixşünas­lı­ğın­da da mübahisə var. Məs., Albaniya tarixinin tədqiqatçılarından biri T.M.Məmmədov M.Qoşun erməni olduğunu qəbul edir. Təh­si­lini Kilikiyada tamamlamış M.Qoş 1184-cü ildə alban katolikosu III Stepannosla münaqişədən sonra Xaçenə köçür və yerli knyaz Vaxtanqın köməyi ilə Yeni Qetik monastrını inşa edərək, ömrünün axırınadək orada yaşayır. Dövrünün görkəmli alimlərindən sayılan M.Qoş ensiklopedik biliyə malik olmuşdur. Onun «Alban salna­mə­si» əsəri XII əsrin sonlarında qələmə alınmış və əsasən səlcuq döv­rü tarixini, yəni 1130-1162-ci illərin tarixini, əhatə edir. Əsərin in­di­yə qədər iki redaksiyası: 1) Venesiyadakı mxitarçı San-Lassaro monastrında yerləşən 1237 saylı nüsxə və 2) unitar mo­nast­rında yerləşən 8 saylı nüsxə, müəyyən edilmişdir. Əsər ilk dəfə 1901-ci ildə erməni dilində F.Əlişanyan tərəfindən çap olunmuşdur. 1958-ci ildə əsərin ingilis variantı Ç.Dovset tərəfindən həyata keçirilib. Qələmə aldığı tarixi hadisələrin bilavasitə şahidi və müşahidəçisi olmuş alim tədqiqatçıların fikrincə M.Dasxuransinin əsərini davam etdirmək istəmiş, lakin ölkədə başlayan siyasi gərginlik üzündən bu işi başa çatdıra bilməmişdir.
Alban tarixi məktəbinin üçüncü tarixi-təsviri nümunəsi Ki­ra­kos Qanzakesi tərəfindən yaradılmışdır. K.Qanzakesi, XIII əsrin müəllifi, M.Qoşun şagirdi Vanakan Vardapetin tə­ləbəsi olmuşdur. M.Qoş K.Qanzakesinin xaç atası ol­muşdur. Olduqca maraqlı və zid­­diyyətli bir dövrün müasiri ol­muş K.Qanzakesinin tarixi salna­mə­si dini xarak­terli mənbə­lərə (Qeysəriyyəli Yevseviy, Sokrat Sxo­last və s.), müqəddəs kitab, alban, erməni mənbələrinə söy­kə­nir. Əsər ilk dəfə rus dilində Bakıda 1946-cı ildə T.İ.Ter-Qri­qory­a­nın redaktəsi altında «Tarix» adı ilə nəşr olunmuşdu. Maraqlıdır ki, 1976-cı ildə həyata keçrilən Moskva nəşrində kitab «Erməni tarixi» adı ilə çap olunmuşdu. Əsərdə Cənubi Qaf­qazın üç döv­lə­ti­nin tamamlanmış tarixi verilir. Erməni tarixi 22, alban tarixi 18, gür­cü tarixi isə 7 fəsildən ibarət­dir. Əsərin maraqlı xüsu­siy­yət­lə­rin­dən biri Qafqaz xalqla­rı­nın siyasi tarixinin qarşılıqlı əlaqəli şəikldə təs­vir edilməsidir. K.Qanzakesi «Tarix» əsərində Cənubi Qafqaz xalqlarının siyasi tarixindən başqa, dini məsələlər, beynəlxalq mü­nasi­bət­lər, Hülaki işğalları və bu işğalların adı çəkilən ərazidə do­­ğurduğu əks-sədanı təsvir edir. Albaniyanın tarixi ta qədim, əfsa­nəsi dövrdən, monqol işğallarına qədər təsvir edilir. Qeyd etmək lazımdır ki, K.Qanzakesinin əsərinin bu hissəsi kompilyativ xarak­ter daşıyır, erməni mənbələri və M.Kalankaytuklunun əsəri əsa­sın­da tərtib edilmişdir.
Alban mənbələrinin ikinci qrupunu qeyd edildiyi kimi dini mövzuda yazılmış əsərlər təşkil edir. Ermənistandan fərq­li olaraq, Albaniyada Sasani nüfuzunun uzun müddət sax­lanılması, atəşpə­rəst­­liyin böyük sosial bazası, xristianlığın isə əksinə, geniş yayıl­ma­ması tarixi-dini əsərlərin və aqioqrafik (müqəddəslərin həyatı) nümunələrin Cənubi Qafqazın digər regionları ilə müqayisədə nis­bə­tən zəif for­malaşmasına səbəb olmuşdur. Digər tərəfdən alban­l­a­r­ın yazılı mənbələrə loyal münasibəti də yazılı abidələrin qoru­nub saxlanılmasına mane olmuşdur. Nəticədə dövrümüzə alban dini ədə­biyyatından yalnız iki nümunə gəlib çatmışdır. Onlardan birin­ci­si Mehrani Cavanşirin ölümünə şair Dav­də­kin həsr etdiyi ele­gi­ya­dır. Mənbə VII əsr abidəsi hesab edi­lir. Əsərdə müəllif Cavanşirin ölümünün Albaniya üçün ağır itki olduğunu vurğulayır. İkinci mənbənin müəllifi artıq qeyd olunmuş Mxitar Qoşun «Xosrov Qan­zak­lının həyat və əzab­la­rı» adlı əsəridir. Əsər XII əsr nümunəsidir və iki hissədən iba­rət­dir. Əsərin giriş hissəsində səlcuq işğalları dövrü baş ver­miş ara müharibələri və feodal toqquşma­larının nəti­cə­­sin­də alban xalqının düşdüyü ağır və acınacaqlı vəziyyət təsvir olunur. Əsərin ikinci hissəsində isə müəllif bilavasitə qəh­rəmanın, yəni Xosrov Qanzaklının, faciəsindən bəhs edir.
Alban yazılı abidələrinin üçüncü qrupu qanunvericilik sənəd­lə­rini təşkil edir. Bu qrup bir neçə mənbə ilə təmsil olunmuşdur. On­lardan birincisini III Vaçaqanın hakimiyət dövrünə təsadüf edən Aquen kilsə məclisinin qəbul etdiyi qanunlar məcəlləsi təşkil edir. Mənbə V əsrin sonlarında yaradılmışdı və xristian albanların icti­mai-siyasi və sosail-iqtisadi həyatının tənzimlənməsi məqsədi daşı­yır­dı. Mənbə 21 maddədən ibarətdir ki, bunlar da şərti olaraq, dörd qrupa bölünürlər. Birinci qrupa din xadimlərinin status, vəzifə, hü­quq və səlahiyyətlərini müəyyənləşdirən maddələr daxil edil­miş­dir. İkinci qrup din xadimləri ilə ali təbəqənin münasi­bətlərini ni­zam­layan maddələrdən ibarətdir. Üçün­cü qrupa isə dini institut­larla sadə xalqın əlaqələrini nizamlayan maddələr aiddir. Nəhayət, dör­dün­cü qrup hüquqi xarakterli maddələrdən təşkil olunmuşdur. Al­ban qanunvericilik abidəsinin ikinci nümunəsini isə Partav kilsə məc­lisi qanunları təşkil edir. VIII əsrə təsadüf edən bu mənbə haq­qında çox təəssüf ki, olduqca səthi təsəvvürümüz var.
Nəhayət, alban qanunvericilik abidəsi nümunəsi kimi Mxitar Qoşun «Datastanaqirk» (Qanunnamə) əsərini göstərmək olar. Mən­bə 1954-cü ildə İrəvanda «Erməni qanunnaməsi» adı ilə nəşr olunsa da, onun məhz alban xalqına aid olduğunu göstərən bir neçə fakt mövcuddur. Albanşünas alim F.Məmmədovanın fikrincə Mxi­tar Qoşun «Qanunnamə»sinin yaranmasının bir neçə səbəbi ol­muş­du: 1) ərəb işğallarından sonra yaranmış tarixi şərait xristian alban­la­rın ictimai həyatını nizamlamaq üçün xüsusi hüquqi sənədə ehti­ya­cı olduğunu göstərdi. Xristian ermənilərin bu dövrə qədər isti­fa­də etdikləri Odznesinin «Kanonaqirk»i albanların tələbatını ödə­mədiyi üçün onlar öz qanunnamələrini yaratmalı idilər; 2) müxtəlif din və təriqətlərin gücləndiyi bir vaxtda yad dini-siyasi təzyiq­lərdən qorunmaq üçün belə bir sənədin yaradılması zəruri idi; 3) qonşu xristian kilsələrin təzyiqindən qorunmaq üçün albanlar öz qanunnamələrini yaratmalı idilər. Mxitar Qoşun qanunnaməsi er­mə­ni xalqı üçün yazılsaydı, bu qanunnamənin yaranmasından 100 il sonra yeni bir erməni qanunnaməsinə, yəni Smbat Sparpetin «Qanunnamə»sinə, heç bir ehtiyac olmazdı. Belə ki, tarixən erm­ə­ni­lər uzun əsrlər stabil olaraq, bir qanunnamənin müddəaları altında yaşamağa üstünlük vermişlər. VIII əsrdən XII əsrədək er­mə­nilər Odznesinin «Kanonaqirk»indən istifadə etmişlər. Mxitar Qoş öz qanunnaməsini yaradarkən Odznesinin qanunnaməsinə müraciət etmişdir. Bütün bu faktlar sübut edir ki, digər alban mənbələrinin acı taleyi, yəni süni şəkildə erməniləşdirilməsi, Mxi­tar Qoşun qanunnaməsindən də yan keçməmişdir.
Beləliklə, tarixi şərait və məlum səbəblər üzündən Qafqaz Albaniyası ərazisində yaradılmış alban dilli yazılı mənbələrin ha­mı­sı dövrümüzə qədim erməni dilində (qrabarda) gəlib çıxmış­dır. Bu mənbələrin təhlili və informasiya mənbəsinə çevrilməsi onlara tənqidi yanaşmanı tələb edir. Belə ki, alban mən­bələrinin böyük əksəriyyəti erməni tarixi məktəbinin nümu­nələrin əsasında yaradıl­mış­dır. Bu səbəbdən mənb­ələrdə qeyd olunan informasiya və şərh­lə­rin yoxlanılması və parallel, yəni sinxron mənbələrlə tutuşdurul­ma­sı zəruridir. Digər tərəfdən alban mənəbələrinin yaradıcılarının özləri də alban kilsəsinin apologeti kiimi çıxış edərək, bəzən informasiyanın obyek­tivliyi prinsipini pozmuşlar. Erkən orta əsr tarixi təfəkkürünün formalaşması dövrü üçün normal sayılan bu xüsusiyyətlər həmin dövrün mənbələrindən istifadə edilərkən nəzərə alınmalıdır.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin