Azər Nəzərov Fərrux Qrup 630



Yüklə 0,55 Mb.
tarix09.04.2023
ölçüsü0,55 Mb.
#95343
Mehmandarovların malikanə kompleksi



Azər Nəzərov Fərrux
Qrup 630
Kurs III
Fakültə Mühəndislik
Tel: +994 70 375 53 53
+994 55 375 53 53

Mehmandarovların malikanə kompleksi


Azərbaycan Respublikası qədim və zəngin tarixə malikdir. Uzun əsrlər ölkəmizin torpaqlarında Manna, Albaniya, Şirvanşahlar, Səfəvilər, Xanlıqlar, Çar Rusiyası və bu kimi bir çox güclü dövlət qurumları fəaliyyət göstərmişdir.
Tarixi keçmişi ilə yanaşı, ərazimizin təbii və mədəni sərvətlərinin bolluğu əsrlərboyu digər ölkələrin diqqət mərkəzində olmuşdur. Məhz bununla da Azərbaycan yadelli düşmənlərin başlıca hədəfinə çevrilmişdir. Xüsusən də, ermənilərin. Mənfur düşmənin Qarabağa qarşı etdiyi işğalçı münasibət səbəbilə minlərlə günahsız insan həlak olmuşdur. Sakinlərimizə edilən qəddar rəftarla yanaşı, təbii sərvətlərimizə, habelə tarixi və mədəni abidələrimizə qarşı da acımasız davranmışlar. Təqdim etdiyimiz məqalədə də bu abidələrdən biri barədə bəhs edilir - Mehmandarovların malikanə kompleksindən. Tədqiqatın əsas məqsədi kompleksin əsasında ermənilərin ölkəmizə qarşı törətdiyi haqsız rəftarı göstərməkdir. Obyekt isə Mehmandarovların malikanə kompleksidir. Məqalənin yeniliyi qəhrəman Azərbaycan ordusunun qələbəsi ilə ölkəmizin geri aldığı abidənin tarixinə və hazırkı vəziyyətinə nəzər salmaqdır.
Saray tipli olan bu yaşayış kompleksi Şuşa şəhərində yerləşir. Tikinti Azərbaycan xanlıqlarının, habelə, Qarabağ xanlığının idarəetmə işində müxtəlif mülki və hərbi vəzifələrdə çalışmış Mehmandarov nəslinin nümayəndələri tərəfindən inşa edilmişdir. Həmin mülki memarlıq nümunəsi XVIII əsrdə tikilmişdir. Kompleksin tərkibinə böyük və kiçik yaşayış evləri, ailə məscidi kimi tikililər daxildir. Sonrakı zamanlarda məscidə tərəf gedən istiqamətdə yolun üstündə bulaq yaradılmışdır.
Sovet hakimiyyəti illəri ərzində malikanənin yerinə yetirdiyi mədəni funksiyasına ciddi ziyan vurulmuşdur və bura Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir. Azərbaycan SSR Mədəniyyət Nazirliyi 1977-1978-ci illərdə mülkü qeydiyyata alaraq pasportlaşdırmışdır. 19 may 1987-ci il tarixindən etibarən isə abidədə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyət göstərməyə başlamışdır (2).
Yaşayış kompleksinin kompozisiya həllinə gəldikdə isə, bina planda kvadrat formaya malikdir. O, daş divarlarla əhatə olunmuşdur. İkinci mərtəbədə yerləşən dörd otaqdan üçü verandaya açılır. Qonaq otağı böyük ölçülüdür və əsas fasada tərəf açılır. Həmin zalın dekor tərtibatında bəzəkdən çox istifadə edilmişdir. Pəncərələr genişdir. Mülkün inşası zamanı erkerdən istifadə edilməsi və portalın yaxşı işlənməsi fasadın ümumi görünüşü zənginləşdirir. Yan fasaddakı pilləkən və taxta veranda isə malikanənin dekorunu daha da gözəlləşdirir (3, s.172).
Erməni silahlı qüvvələri 1992-ci ildən etibarən Qarabağa qarşı yetirdiyi işğalçı siyasət nəticəsində tarixi mülk çox ağır dağıntılara məruz qalmışdır. Mülkdə olan əksər tikililər yerlə-yeksan edilmişdir. Bununla belə, filialda yerləşən və daşınması mümkün olan eksponatlar təxliyyə olunaraq, Bakı şəhərinə gətirilmişdir. Belə ki, ən azından ekponantların bir qismi dəhşətli qırğından xilas ola bilmişdir (2).
İşğaldan sonra mülkün böyük yaşayış binası ümumiyyətlə, yerlə-yeksan olmuşdur. Kompleksin kiçik binasını isə həmin ərəfədə işğalçılar Şuşa Tarix muzeyi, ətrafında yerləşən məscid isə Geologiya Muzeyi olaraq istifadəyə verdi.
Nəhayət, 2020-ci ildə Mehmandarovların malikanə kompleksi erməni işğalçılarından xilas olundu. Bu isə bizim igid oğullarımızın birgə göstərdiyi qəhrəman mübarizənin nəticəsindədir. Rəşadətli ordumuz yadelli düşmənlə 44 günlük apardığı mübarizədən qalib gəlmişdir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və güclü ordumuzun apardığı mübarizə nəticəsində Qarabağ azadlığa qovuşmuşdur. Bundan sonra isə ölkə Prezidentinin dövlət siyasətində Qarabağın yenidənbərpası əsas yer tutmuşdur. Məhz Mehmandarovların yaşayış kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Burda Heydər Əliyev Fondu tərəfindən aparılan güclü bərpa-quruculuq işləri nəticəsində məscidin uçmuş günbəzləri, damı, mehrabı, həyətdəki bulaq yenidən təmir edilmişdir. Həmçinin, ərazidə landşaft işləri də aparılmışdır (1, s.3).
Belə ki, malikanə illər sonra yenidən dirçəlməyə başladı və artıq tarixi və mədəni abidə kimi öz statusunda fəaliyyətinə davam edəcəkdir.

Ədəbiyyat siyahısı:



  1. Abbas G. Heydər Əliyev Fondunun bərpa etdiyi daha bir abidə - Mehmandarovlar malikanə kompleksi // Yeni Azərbaycan. – 2022, 12 iyun. – s.3.

  2. Mehmandarovların malikanə kompleksi ilə bağlı Mədəniyyət Nazirliyinin məlumatı [Elektron resurs]. 23.09.2022.

URL: https://culture.gov.az/az/umumi-xeberler/13761

  1. Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку / А.В. Саламзаде. – Баку: Изд. АН Азерб.ССР, – 1964. – 253 с. .




Şəkil 1. Mehmandarovlar mülkü (2).



Şəkil 2. 11 mart 1965-ci il tarixində Mehmandarovların malikanə kompleksinin kiçik yaşayış evinə Mehmandarov adına Şuşa Şəhər Xəstəxanası adının verilməsi haqqında sənəd (2).
Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin