AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə7/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   2   3   4   5   6   7   8   9   10   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ядябиййат сийащысы



  1. Азярбайъан тарихи цзря гайнаглар. Бакы, 1989.

  2. Ганзакеци Киракос. История Армении. М., 1976.

  3. Гош Мхитар. Албанская хроника. Баку, 1960.

  4. Каланкатуйский М. История Агван. Баку, 1960.

  5. Моисей Каланкатуклу. Албанийа тарихи. Мхитар Гош. Албан салнамяси. Бакы, 1993.

  6. Мхитар Гош. Армянский судебник. Ереван, 1954.

Türk mənşəli mənbələr


Türkdilli xalqlarda dövlətçilik ənənələrinin olduqca qə­dim ta­rixə malik olmasına baxmayaraq, türk tarixi təfək­kürünün for­ma­laş­ması və ilk türk yazılı abidələrin yaranması erkən orta əsrlərə tə­sa­düf edir. Bu mənbələr türkdilli xalqların tarixi keçmişini izləmək, adət-ənənəsini, dövlətçilik və mənəvi dünyasını tədqiq etmək ba­xı­mından qiymətli tarixi abidələrdir. Qədim türkdilli mənbələr aşa­ğı­dakı kimi qruplaşdırılır:



  1. Orxon abidələri, bunlar iyirmidən çox yazılı mənbələri (Ongin, Kültikin, Bilgə kaqan, Tonyu­kuk və s. abidələri) əhatə edir. Tədqiqatçıların fik­rincə bu mənbələr VII-VIII əsrə aiddir.

  2. Yenisey abidələri təxminən 145 yazılı mənbəni birləşdi­rir. Onlar Yenisey çayının yuxarı hissəsində, Tuva, Xakas respub­li­ka­larında, Rusiyanın Krasno­yarsk vilayətinin Minusinsk rayonunda tapılmışdı. Yazılma tarixinə görə Orxon abidələrindən daha qədim hesab edilən Yenisey abidələri P.M.Melioranskinin fikrincə V-VI əsrlərdə yara­dılmışdı.

  3. Şərqi Avropa ərazisində tapılmış türk abidələri; bunlar şərti olaraq, iki yarımqrupa bölünürlər: 1) Donetsk abidələri. Bu abi­dələr Rusiyanın Novo­çerkask şəhərində iki su qabı üzərində olan yazıdan və Sarkeldən tapılan kərpic üzərində olan işarə­lərdən ibarətdir; və 2) Dunay əlyazmaları. Bunlara «Attilanın xəzinəsi» ad­lanan və Macarıstanın Nad­sen­tmikloş kəndi yaxınlığında tapılan qızıl qablar üzərində olan yazılar, metal lövhə üzərində olan kiçik yazılar aiddir.

  4. Şərqi Türküstan abidələri. Bunlar Mərkəzi Asiya, əsasən də Qırğızıstanda tapılan və Talas adlandırılan abi­dələrdir. Bu qrup abi­dələri də şərti olaraq, iki yerə bölünürlər: 1) çubuq üzərində ya­zı­lan 12 abidədən ibarət Talas mənbələri və 2) keramika və metal üzə­rində qısa yazılardan ibarət olan Fərqanə abidələri.

Türkologiyada türk yazılı abidələrinin tarixi-siyasi (və ya etnik) və janr-məzmun təsnifatı mövcuddur. Siyasi mənşəyinə görə türk yazılı mənbələrini aşağıdakı qruplara bölürlər: Şərqi Türk xaqanlığına (VII-VIII əsrləri əhatə edən Orxon-Yenisey və Altay yazıları) aid abidələr, qədim Qırğız dövlətinə aid abidələr, Kurıkan qəbilələri ittifaqına (VIII-IX əsrlər) aid yazılar, Qərbi Türk xaqan­lı­ğına (VI-VIII əsrlərə aid Talas və Fərqanə abidələri) aid mən­bə­lər, Monqolustandakı Uyğur xa­qan­lığına (VIII əsrin II yarısı-IX əsrin əvvəlləri) aid abidələr, Şərqi Türküstandakı Uyğur dövlətinə (IX-X əsrlər) aid abidələr, Xəzər xaqanlığına və Peçeneq qəbilə ittifaqına aid olan abidələr. Məz­munca türk yazılı abidələri tarixi-bio­qrafik, epitafi, cadu­gərlik və dini, hüquqi olmaqla bir neçə qru­pa bölünürlər.
Qədim türk yazılı abidələri haqqında ilk məlumat ərəb alimi Alaəddin Ata Məlik Cuveyni tərəfindən qeydə alın­mışdı. XIII əsr­də iki dəfə Monqolustana səyahət etmiş alim ilk dəfə 1260-cı ildə yazmış olduğu «Dünya fatehinin tarixi» adlı əsərində türk ya­zı­lı abidələri haqqnıda məlumat verir. Avropada türk yazıları haq­qın­da ilk məlumat isə Nider­landın Amsterdam şəhərinin bur­qo­mistri Ni­ko­las Vitzem tərəfindən yayılmışdı. Sibirə səyahətindən sonra 1692-ci ildə «Şimali və Şərqi Tatarıstan» adlı kitab nəşr et­dir­­miş N.Vit­zem «elm aləminə məlum olmayan yazılar» haq­qın­da mə­lu­mat verir.
İlk dövrlərdə runik yazı adlandırılan türk yazılı abidə­lərin göy­türk əlifbası ilə yazılması artıq təsdiqlənmiş elmi faktdır. Lakin elm aləmində bu əlifbanın nə zaman və harada yaranması haqqında dəqiq məlumat yoxdur. Bu əlifbanın oxunması və türk yazılı abi­də­lərin tədqiqində Rusiya, Fin­lan­diya, Monqolustan və s. ölkə­lə­rin alimlərinin xüsusi xidmətləri olmuşdu. Türk yazılı abidələri yarı- siyasi, yarı-hərbi, yarı-tarixi əsərlər olub, qədim türk xalqlarının etno­­qrafiyası, tarixi, mədəniyyəti, hərbi sənəti, daxili və xarici si­ya­­səti haqqnıda məlumat verən əvəzolunmaz mənbələr sayılır.
Türk xalqlarının qədim və erkən orta əsrlər dövrü tarixinin bərpası üçün digər mənbə məşhur «Kitabi Dədə-Qorqud» dastan­lar toplusudur. «Kitabi Dədə Qorqud» abi­də­sinin ilk nüsxəsi Almaniyanın Drezden şəhərində kral kitabxanasında aşkar edilmiş 154 səhifədən ibarət azərbaycan dilində yazılmış əsərdir. Bu əsər ilk dəfə alman şərqşünas alimi Dits tərəfindən 1815-ci ildə aşkar edilmişdi. Bu toplunun ikinci nüsxəsi Vatikanda aşkar edilmiş 109 səhifəlik əsərdir. 6 boydan ibarət olan Vatikan nüsxəsi XVI əsr türkcəsinə yaxın dildə yazılmışdı. Bu tarixi abidə ilk dəfə olaraq, 1950-cı ildə Bakıda məşhur alimlər H.Araslı və M.Təhmasib tərə­fin­dən nəşr etdirilmişdi. «Kitabi Dədə-Qorqud» dastanlar top­lu­su­nun yarandığı dövrün və yerinin müəyyənləşdirilməsi tədqiqatçı alim­lər arasında müəyyən mübahisələr doğurmuşdu. Məs., məşhur şərqşünas alim V.V.Bartold belə hesab edirdi ki, bu abidə türk­mən­lərə aiddir. A.Yakubovski əksinə dastanların XV əsrdə Azərbay­can ərazisində yarandığını söyləyirdi. Tədqiqat­çıların fikrin­cə epik janrda yazılmış «Kitabi Dədə-Qorqud» dastanlar toplusunun qəhrə­­manı X-XI əsrlərdə yaşamış tarixi şəxsiyyət, dövlət xadimi və dip­lo­mat hesab edilir. Bu dövr əsasən oğuzların Yenikənddə hökm­ranlığı dövrünü əhatə edir. Bu tarixi abidə qədim teoloji və mifoloji janrın real tarixi hadisələrlə birləşdirilməsi nümunəsidir. Dastanlar toplusunun ən qədim hissələri b.e.ə. III-IV əsrlərə aiddir. Abidənin mərkəzi mövzusu VI-VIII əsrlərldə cərəyan etmiş tarixi hadisələri əhatə edir. «Kitabi Dədə-Qorqud»un ilk hissələri şifahi şəkildə formalaşmış, yazılı hissələr isə X-XI əsrlərə aiddir. Bu tarixi abidənin məlumatlarından ilk dəfə yazılı şəkildə XIV əsr alimi Əbubəkr ibn Abdullah ibn Aybək-əd-Dəvadari istifadə etmişdi.
«Kitabi Dədə-Qorqud» dastanlar toplusu qədim türk­dilli xalq­ların, xüsusən də oğuzların dini-mifoloji baxışla­rının, sosial-iq­ti­sadi həyatının, təsərrüfat və mədəniyyətinin öyrənilməsi, VI-VIII əsr siyasi və tarixi hadisələrin bərpası baxımından olduqca qiymətli mənbədir.
Türkdilli xalqların tarixinin tədqiqi baxımından XI əsr müəl­lifi, görkəmli alim Mahmud Qaşqarlının ərəb dilində yazılmış üç cild­lik «Divanu-luqatat-türk» (Türk dialektlərinin/ləhcələrinin lü­ğə­ti) adlı əsəri mühüm əhəmiyyət kəsb edir. Kitab ilk dəfə 1912-ci ildə Türkiyənin xalq təhsili nazirliyi tərəfindən nəşr etdirilmişdi. Əsərində türkdilli xalqların folklor və ədəbi irsini ümumiləşdirən alim olduqca maraqlı məsələlərə – IX-XI əsrlərdə Ərəb xilafatında yaranmış ictimai-siyasi vəziyyət, xilafatda türkdilli xalqların mövqeyi, türk dilinin əhəmiyyəti, türklərlə ərəblər arasında ədəbi-mədəni yaxınlığın kökləri və s.toxunur.
XI əsrin digər böyük mütəfəkkiri, şair və filosofu Yusif Bala­sa­quninin yazdığı «Kutaqlu bilik» (Səadət gətirən bilik) adlı əsəri də türkdilli xalqların tarixi, ictimai-siyasi həyatı və mənəvi dün­ya­sının tədqiq etmək üçün mühüm əhəmiyyət kəsb edir.
Türkdilli xalqların tarixi üzrə bir qrup abidələr də epistolyar xarakter daşıyır. Onların içərisində ən məşhuru Yəhudi-Xəzər yazışmalarıdır. X əsrə aid bu məktublarda türk xalqlarının mənşəyi, qədim tarixi, etik dəyərləri və s. haqqında maraqlı məlumatlar top­lan­mışdır. Məs., Xəzər xaqanı İosifin yəhudi elmi məclisinin rəh­bə­ri İsaakın oğlu Xasdaya yazdığı cavabda onun «Yafet oğul­lar­ın­dan, Toqarma nəslindən» olduğu vurğulanır. «Mən öz əcdadlarımın şə­cərə kitabından bilirəm ki, Toqarmanın 10 oğlu vardı; onların ad­ları budur: ilk-Aviyor, ikinci-Turis, üçüncü-Avaz, dördüncü-Uquz, beşinci-Biz-l, altıncı-T-r-na, yeddinci-xəzər, səkkizinci-Ya­nur, doq­quzuncu-B-lq-r, onuncu-Savir. Mən Xəzərin oğullarından, yed­din­ci oğuldan törəməyəm», deyə xaqan davam edir (4).
Türkdilli tarixi yazılı abidələrin öyrənilməsinə ilk cəhtlər ke­çən əsrin əvvəllərində edilmişdi. Çox təəssüf ki, sonralar bu sahə­də aparılan tədqiqatlar müəyyən səbəblər üzündən məhdud­laş­dı­rıl­mış­dır. Məhz buna görə müasir dövrümüzdə erkən orta əsr türkdilli abidələrin yenidən tədqiqi və araşdırılmasına böyük ehtiyac du­yu­lur. Bu sahədə əldə ediləcək nailiyyətlər Azərbaycan ərazisində məskunlaşmış bir çox etnosların keçmişinin aydınlaşdıırlmasına yardımçı ola bilər.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin