1. Avtomobil haqqında ümumi məlumat


Porşenli benzin mühərriklərinin mexanizm və sistemləri ?



Yüklə 494,32 Kb.
səhifə5/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   2   3   4   5   6   7   8   9   ...   13
NVK cavablar

6. Porşenli benzin mühərriklərinin mexanizm və sistemləri ?
Porşenli benzin mühərriklərinin əsas mexanizm və sistemlərinə aşağıdakılar aiddir:
-çarxqolu-sürgüqolu mexanizmi;
-qazpaylama mexanizmi;
-qida sistemi;
-işlənmiş qazların çıxış sistemi;
-alışdırma sistemi;
-soyutma sistemi;
-yağlama sistemi.
Başlanğıc kimi dörd taktlı sikl üzrə işləyən bir silindrli sadə benzin mühərrikinə baxaq (şəkil 7) və onun iş prinsipini aydınlaşdıraq. Bir silindrli benzin mühərrikinin əsas hissəsi silindr 1 və onun başlığıdır 2. Silindr başlığı üstdən silindri örtür və sancaqlarla ona birləşdirilir. Silindrin içərisində porşen 4 yerləşir. Porşendə, xüsusi oyuqlarda porşen üzükləri yerləşdirilir. Mühərrikdə kompressiya və yağ sıyırıcı üzüklər olur. Kompressiya üzükləri silindrin daxili səthinin güzgüsü boyu sürüşərək mühərrikin işi zamanı yaranan qazların aşağı - karterə keçməsinin qarşısını alır, yağ sıyırıcı üzüklər isə silindr divarlarından yağları siyirərək işçi taktda onların silindrdə yanmasının qarşısını alır.


7. Mühərrikin işçi sikli (işləmə qaydası) ?
Daxili yanma mühərriklərinin işi bir-birindən işçi sikli ilə fərqlənir. İşçi sikl – mühərrikin silindrlərində periodik təkrarlanan ardıcıl işçi proseslərin (taktların) cəmidir
. Porşenin bir gedişində silindrdə baş verən işçi proses takt adlanır. İşçi sikli təşkil edən taktların sayına görə mühərriklər iki növə bölünür:
•dörd taktlı – işçi sikl porşenin dörd gedişi ərzində baş verir
• iki taktlı – işçi sikl porşenin iki gedişi ərzində baş verir.
Yüngül minik avtomobillərində dördtaktlı, motosiklet və mühərrikli qayıqlarda – ikitaktlı mühərriklər istifadə olunur.
Dörd taktlı benzin mühərriklərində işçi sikl aşağıdakı taktlardan ibarətdir: • daxilolma-yanıcıqarışığındaxilolması;
• sıxma-işçiqarışığınsıxılması;
•işçigediş;
•xaricetmə-işlənmişqazlarınxaricedilməsi.
8. Avtomobilin mühərrikinin vəzifəsi və növləri.
Avtomobillərdə güc qurğusu kimi əsasən daxili yanma mühərrikləri istifadə olunur. Porşenli mühərriklərdə yanacağın yanması zamanı qazlar porşeni hərəkət etdirir və porşenin irəli-geri hərəkəti dirsəkli valın fırlanma hərəkətinə çevrilir.
Daxili yanma mühərrikləri aşağıdakı əlamətlərinə görə təsnif olunur:
-konstruksiyasına görə: porşenli və rotorlu;
-yanıcı qarışığın hazırlanma üsuluna görə: xarici yanacaq qarışdırma və
daxili yanacaq qarışdırma;
-işçi qarışığın alışdırılma üsuluna görə: məcburi alışdırılan və öz-özünə
alışdırılan;
- istifadə olunan yanacağın növünə görə: benzin, dizel və qaz mühərrikləri
mövcuddur.
Benzin mühərrikləri – duru yanacaqla (benzin) işləyir və məcburi alışdırmalıdır. Benzin mühərriklərinin karbüratorlu və püskürmə (injektor) tipləri var. Karbüratorlu mühərriklərdə yanacaq karbürator adlanan xüsusi qurğuda hava ilə qarışdırılaraq silindrlərə verilir. Benzin püskürmə mühərriklərində yanacaq giriş kollektoruna və ya birbaşa silindrin daxilinə püskürülür.
Dizel mühərrikləri – maye yanacaqla (dizel yanacağı) işləyir və sıxılma nəticəsində öz-özünə alışır. Yanacaq verilişi forsunka vasitəsi ilə püskürmə ilə həyata keçirilir. Hava ilə qarışma silindrin daxilində baş verir.
Qaz mühərrikləri – mayeləşmiş və sıxılmış qazla işləyir. Mayeləşmiş qaz propan – butan qarışığından, təbii qaz isə əsasən təbii metan qazından ibarətdir. Mayeləşmiş qaz neft ayırma zavodlarında neftin emalı prosesində alınır. Qaz mühərrikin silindrlərinə veriləndən qabaq, qaz qarışdırıcısında hava ilə qarışdırılır. İş prinsipinə görə belə mühərriklər karbüratorlu və ya benzin püskürmə mühərriklərinə oxşardır. Qaz-dizel rejimində işləyən mühərriklər də mövcuddur.
Daxili yanma mühərriki işlədikdə istifadə olunan yanacağın yalnız bir
hissəsi səmərəli işə çevrilir, qalan hissə ətraf mühitin «qızdırılmasına» sərf olunur. Hazırda buraxılan mühərriklərin faydalı iş əmsalı 40 − 50% təşkil edir. Daxili yanma mühərriklərinin f.i.ə.-nın artırılması sahəsində son zamanlar çox ciddi tədqiqatlar aparılır və yaxşı nailiyyətlər əldə edilib, bu iş hazırda da davam etdirilir.

Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin