1. Avtomobil haqqında ümumi məlumat


Avtomobilin idarəetmə sistemlərinə



Yüklə 494,32 Kb.
səhifə3/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   2   3   4   5   6   7   8   9   ...   13
NVK cavablar

Avtomobilin idarəetmə sistemlərinə aşağıdakılar daxildir: sükan idarəsi, tormoz sistemləri, avtomobilin digər sistemlərinin (mühərrik, transmissiya, kabinədə temperatur və sairə) idarə edilməsi.
Sükan idarəsi hərəkət istiqamətini dəyişir və avtomobilin dönməsini təmin edir.
Tormoz sistemləri avtomobilin hərəkət sürətini azaldır, onu dayandırır və yerində saxlayaraq hərəkət zamanı və dayanacaqlarda təhlükəsizliyi təmin edir. Avtomobil ümumilikdə tormoz idarəsi adlanan bir neçə tormoz sistemi ilə təmin edilir.


4. Avtomobil hərəkət tərkiblərinin təsnifatı ?

Yük avtomobilləri, qoşqu və yarımqoşqular təyinatına (universal, xüsusiləşdirilmiş və xüsusi) və tam kütləsinə görə təsnif olunur. Universal təyinatlı avtomobillər, qoşqular və yarımqoşqular aşmayan bortlu kuzova malik olub bütün növlü yüklərin (maye olmayan) tarasız daşınması üçün istifadə edilir.


İxtisaslaşdırılmış hərəkət tərkibinə müəyyən növ yüklərin daşınması üçün nəzərdə tutulan avtomobillər, qoşqular və yarımqoşqular aiddir. Xüsusi hərəkət tərkibinə nəqliyyat işi üçün deyil, texnoloji əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunan avtomobillər, qoşqular və yarımqoşqular aiddir. Bu avtomobillərdə təyinatına görə xüsusi avadanlıqlar – yanğın söndürmə avadanlığı, avtokran, təmir edən emalatxanalar və sairə yerləşdirilir.

Avtomobil hərəkət tərkibi ümumi şəbəkəli yollarda hərəkət üçün nəzərdə tutulan yol avtomobillərinə, ümumi şəbəkəli yollarda işləmək üçün nəzərdə tutulmayan – yolsuzluq avtomobillərinə bölünür. Müxtəlif yol şəraitlərində işləməyə uyğunlaşma dərəcəsinə görə yol avtomobil nəqliyyatı adətən abad yollarda işləmək üçün nəzərdə tutulan məhdud intiqallı (adi keçicilik qabiliyyətli) və sistematik olaraq abadlaşdırılmamış şəraitdə və ayrı-ayrı hallarda yolsuzluq şəraitində işləmək üçün nəzərdə tutulan tam intiqallı (artırılmış keçicilik qabiliyyətli) avtomobillərə bölünür.


Bütün avtomobillər təkərlərinin ümumi sayına və aparan təkərlərinin sayına görə düsturla qeyd olunur, haradakı birinci rəqəm – avtomobilin təkərlərinin sayı, ikinci isə – aparan təkərlərin sayı. Məsələn 6×2 – bir oxu aparan ikioxlu avtomobil, 6×2 – iki oxu aparan üçoxlu avtomobildir.
Avtomobilin təchiz olunmuş tam kütləsi – doldurulmuş avtomobilin səmərəli yük, əlavə təchizatlar, kabinədə sürücü və sərnişinlərlə birlikdə kütləsidir. Yedəkçi avtomobillər tam kütləsinə və əlavə olaraq yəhərə düşən buraxıla bilən yükə görə təsnif olunur. Bir oxlu yedəkçi avtomobillər – öz kütləsinə və yarımqoşqunun tam kütləsinə görə təsnif olunur. Avtomobilin tam kütləsi 1-ci və 2-ci siniflər üçün 0,25ton həddində, yerdə qalan siniflər üçün isə 1,0 ton artıq və ya əskik olarsa onun sinfi saxlanılır.



Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin