1. Avtomobil haqqında ümumi məlumat


 Avtomobilin texniki xarakteristikası və markalanması ?



Yüklə 494,32 Kb.
səhifə4/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   2   3   4   5   6   7   8   9   ...   13
NVK cavablar

5. Avtomobilin texniki xarakteristikası və markalanması ?

AVTOMOBİLİN TEXNİKİ XARAKTERİSTİKASI


İstehsalçı zavod hər model avtomobil üçün əsas texniki parametrlərin siyahısını hazırlayır. Belə siyahı texniki xarakteristika adlanır, sorğu kitablarında verilir, istismar üzrə təlimat istehlakçıda konkret modelin imkanları haqqında təsəvvür yaratmağa imkan verir. Məsələn, minik avtomobilinin texniki xarakteristikasında göstərilir:
-sərnişin tutumu – bu avtomobildə daşına bilən sərnişinlərin (sürücüsüz) maksimal sayıdır;
-təchiz edilmiş kütlə – istismar mayeləri ilə doldurulmuş komplektləşdirilmiş avtomobilin sürücüsüz, sərnişinsiz və baqajsız kütləsidir;
-istehsalçı zavod tərəfindən maksimal buraxıla bilən kütlə (tam kütlə) – avtomobilin sürücü, sərnişinlər, baqaj, yüklə birlikdə kütləsinin istehsalçı zavod tərəfindən nəzərdə tutulan maksimal qiymətidir;
-təkər düsturu - A×B şəklində yazılır, burada A – avtomobilin təkərlərinin ümumi sayı, B – aparan təkərlərin sayıdır;
-qabarit ölçülər – uzununa, eninə, hündürlüynə;
-baza – qabaq və arxa oxlar arasında məsafə;
-mühərrikin əsas parametrləri – tipi (benzin, dizel), silindrlərin sayı, işçi
həcmi, maksimal gücü, maksimal burucu momenti, maksimal gücdə və
burucu momentdə dirsəkli valın dövrlər sayı;
-ötürmələr qutusunun əsas parametrləri – tipi, pillələrin sayı;
-maksimal sürət – tam kütləli avtomobilin üfüqi yolda əldə edə biləcəyi
maksimal sürət.
AVTOMOBİLLƏRİN MARKALANMASI
Hazırda çox ölkələr öz avtomobil sənayesinə malikdir. Hər il dünyada on milyonlarla avtomobil istehsal olunur. Avtomobil istehsalı və satışı beynəlxalq xarakter daşıyır. Nəhəng avtomobil parkına nəzarəti sərtləşdirmək üçün beynəlxalq cəmiyyət avtomobilin identifikasiya nömrəsi və ya VİN-in (Vehicle Identification Number) köməyi ilə avtomobillərin vahid ümumdünya markalanma sisteminin tətbiqi haqqında qərar çıxardı.
VIN nömrəsi 17 işarədən ibarətdir, onun üç tərkib hissəsi var:
İlk üç mövqe – istehsalçının beynəlxalq kodu (WMI) – üç hərfin və ya hərf və rəqəmlərin birləşməsi, avtomobil istehsalçısının hər biri üçün fərdidir.
Sonrakı altı mövqe nömrənin təsviri hissəsidir (VDS), burada avtomobilin bu və ya digər modelinin (modifikasiyasının) işarəsi kodlaşdırılır.
10-dan 17-yə qədər mövqelər nömrənin göstərici hissəsidir (VIS) və burada adətən istehsal ili (10-cu mövqe) və konkret avtomobilin sıra nömrəsi işarə edilir.
VIN nömrəsi məcburi qaydada, avtomobilin istehsalı zamanı onun üzərinə vurulur və qeydiyyat sənədlərində qeyd olunur.
Rusiya istehsalı olan avtomobillər dörddən altıya qədər rəqəmdən ibarət işarə ilə qeyd olunur. Birinci rəqəm texniki parametrlərdən birinə görə (mühərrikin işçi həcmi – minik avtomobilləri üçün, qabarit uzunluğu – avtobuslar üçün, tam kütlə – yük avtomobilləri üçün), ikinci rəqəm onun təyinatının indeksi və ya kuzovun tipini (1 – minik avtomobili, 2 – avtobus, 3 – 7 – müxtəlif kuzovlu yük avtomobili, 8 – qoşqu, 9 – yarımqoşqu) göstərir. Üçüncü və dördüncü rəqəmlər avtomobilin modelini göstərir və istehsalçı zavod tərəfindən verilir. Beşinci rəqəmin olması (və ya beşinci və altıncı), söhbətin baza modelin modifikasiyasından getdiyini göstərir.
Modifikasiya dedikdə baza modeli ilə müqayisədə konstruksiyasına kiçik dəyişikliklər edilmiş avtomobil başa düşülür. Məsələn «Jiquli» avtomobilinin ВАЗ-21099 modifikasiyası, ВАЗ-2109 baza modelindən yalnız kuzovun arxa hissəsinin forması ilə fərqlənir.



Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin