Vİlayət bağçası beşİncİ cİld


İslam oyanışı və gənclər24



Yüklə 356,08 Kb.
səhifə17/22
tarix03.02.2017
ölçüsü356,08 Kb.
#7376
1   ...   14   15   16   17   18   19   20   21   22

İslam oyanışı və gənclər24

Bismillahir-Rəhmanir-Rəhim.


Əvvəla, siz əziz gənclərə - elmi, inqilabi, mənəvi və dini fəaliyyətin gözəl və təsirli bir görünüş yaratdığı nurlu insanlara xoşgəldin deyir, təşəkkür edirəm. Həmçinin möhtərəm müəllimlərə, bu elmi və mənəvi layihəni hazırlayanlara xoşgəldin deyirəm. Mən bu layihənin və bu kursların müəllimlərinə demək istəyirəm ki, bizim dövrümüzdə ən gözəl işlərdən biri məhz sizin öhdənizə götürdüyünüz və bir neçə ildir əziyyətini çəkdiyiniz bu işdir.
Əmirəlmöminin - əzəmətin zirvəsi

Əmirəlmömininin doğum günü münasibətilə təbrik, əslində, bəşər tarixinin möhtəşəm bir hadisəsi münasibətilə təbrikdir. O əzəməti və böyük zirvəni əsrlər arxasından məchul şəkildə olsa belə, müşahidə və hiss edən hər bir insanı belə böyük hadisə münasibətilə təbrik etmək lazımdır. Bu gün də azad, ağıllı, insan məqamının və insan dəyərlərinin tərəfdarı olanlar doğrudan da bir-birini təbrik etməlidirlər ki, bu böyük tarixdə Əli ibn Əbu Talib (ə) kimi bir insan yaşamışdır.


İmam Əlinin məqbərəsinin mənəviyyatının ABŞ-a qeyzi

Mən hiss edirəm ki, bu il Əmirəlmömininin doğum gününün sevinci digər zamanlardan daha həyəcanlı və daha fəal keçir. Bunun səbəbi işğalçıların o həzrətin nurlu məqbərəsinə qarşı etdikləri mənfur hörmətsizlikdir. Əslində, bu parlaq simanın tarixi məzlumluğu bu həftələrdə və son ayda bir daha əyan oldu. Mənəvi və uca insani dəyərlər baxımından tamamilə başsız-ayaqsız olanlar Əmirəlmömininin məqbərəsinə tökülüşüb o həzrətin pak məqbərəsini və Nəcəf-əşrəf qalasını öz ədəbsizlikləri və qanmazlıqları ilə tapdadılar və əlbəttə ki, məğlub oldular. Bu da bizim dövrümüzün qəribə hadisələrindən biridir. Hərbi qüvvə, zirehli tanklar, modern hərbi texnikalar bu məkanın mənəviyyatına məğlub oldular. Bu, bir həqiqətdir; istər amerikalılar etiraf etsinlər, istər etməsinlər. Onlar şəxslərə məğlub olmadılar, böyük mənəvi heybətə məğlub oldular və bir iş görə bilmədilər. Hər halda, günlər, dövrlər, zamanlar ötür, lakin əsl dəyərlər cəmiyyətdə möhkəm qalır, tarixdə yaşayır. Bunların biri Əmirəlmöminindir.


Əmirəlmöminini tanımaq

Bu gün gənclərin bu elm mənbəyi ilə əlaqələrini daha da artırmaları yaxşı olar. Təkcə mənəvi təvəssül baxımından yox, həm də elmi görüş və məlumat baxımından Əmirəlmöminin bizim cəmiyyətimizdə bir haqsevər, xalqdan olan, qorxmaz, təvazökar, güclü və məzlum hakim kimi tanınmışdır. Lakin bunlar tarixin bu qocaman və böyük insanının həyatının son beş ilinə aiddir. Əmirəlmömininin həyatının əsas dövrü onun gənclik çağıdır. Bu dövrün hər anı və hər günü bizim gənclərimiz üçün örnək ola bilər.


Əmirəlmömininin fəzilətləri

Ucqar bir nöqtədə, cahiliyyət Məkkəsi kimi kiçik və əkinçiliyə yararsız bir cəmiyyətdə güclü qlobal dəyişikliyin başlanğıcı olan böyük bir inqilab baş verir. Bu sözün və bu hərəkatın dərinliyini dərk edən kimdir? Bəziləri iman gətirirlər, çünki bu risalətin sözü onların ürəyinin sözüdür. Qullar və məzlumlar görürlər ki, bu xilaskar hərəkat onların ürək sözlərini, qəm-qüssələri və boğazlarında qalmış qəhərləri tərcümə edir. Onlar iman gətirirlər. Allah-Taala da onlara yardım edir və mənəviyyat nurunu onların qəlbinə saçır. Peyğəmbərin dəvətinin əvvəllərində iman gətirənlərin əksəriyyəti belə idi. Lakin nübüvvət məntiqinin mənəvi damlalarının, işığının və möhkəmliyinin cəlb etdiyi azsaylı insanlar da vardı. Onların birincisi Əmirəlmöminindir. Bu yeniyetmə sözün haqq olduğunu dərk edir və Peyğəmbərə iman gətirir; hələ heç kəsin və heç bir kişinin bu sözü eşitmədəyi, tanımadığı və iman gətirmədiyi bir zamanda. Həqiqəti tanımaqda bu öncüllük, bu müqəddəs varlığın Allaha və İslama imanında birinci gözəllikdir. O bütün vücudi ilə bu imanın arxasında dayanır. Döyülmək, yaxud çətinliklərə dözmək və ya mübarizə aparmaq hərtərəfli bir cihadın mühüm sahələri deyil, daha mühüm sahələri məhəbbətdən məhrum olmaq, xalqın gözündə hörmətdən düşmək, təhqirə məruz qalmaqdır. Çoxları cihada gedir, vurur, vurulur və bəzən də bu yolda canlarını verirlər, lakin təhqir olunmağa taqətləri çatmır. Bu onların zəif cəhətləridir. Əziz peyğəmbərin özü və ikinci növbədə Əmirəlmöminin bu sahədə də öncüllüyün son həddini göstərən şəxslər idilər. Təhqir olundular, amma geri çəkilmədilər; inkar olundular, amma inkarlar onların möhkəm iradəsini əsla sarsıda bilmədi, müqavimət göstərdilər. Nəhayət, çox ağır zəhmətlərə ehtiyacı olan bu yeni ağac kök atdı, inkişaf etdi. Bütün bu hadisələr Əmirəlmömininin gənclik dövründə baş vermişdir.


Dəyərli gənclik fürsəti

Məkkədə mötəbər bir ailəyə mənsub olan, hörmətli atası, babası və əmiləri olan, fiziki cəhətdən güclü və qorxmaz olan bu gənc çox yüksək mövqe əldə edə bilərdi, lakin bütün bu imtiyazlara göz yumdu, hərəkata qoşuldu, bu yeni təfəkkürün, yeni yolun inkişafına kömək göstərdi, Peyğəmbər məktəbinin nurlu elm bulağında öz vücudunu zərrə-zərrə suvardı. Allah-Taala da buna görə ona yardım etdi, lütf etdi və oldu Əli ibn Əbu Talib (ə). Bu gün uzun əsrlər arxasından, hər yerdən o uca zirvəni müşahidə etmək mümkündür. Əmirəlmöminin nə etdisə, öz yeniyetməlik və gənclik dövründə etdi. Sizə deyim ki, hamı belədir. Öz insani və düşüncə şəxsiyyətinizin, kimliyinizin əzəməti və ucalığı üçün görəcəyiniz hər bir işi gənclikdə görməlisiniz. Gənclikdə elm, ibadət, təfəkkür, mücahidlik, təqva və zahidlik, uçurumlardan uzaqlaşmaq bir insanın şəxsiyyətini ucaldır, kamala çatdırır və ömür boyu onu çoxlu dəyərlərin və qiymətli fikirlərin mənşəyi edir. Gənclik dövrünün belə bir xüsusiyyəti var. Peyğəmbərlə dəvət etdi, Peyğəmbərlə cihad etdi, Peyğəmbərlə təhqir və hörmətsizlik gördü, Peyğəmbərlə müqavimət göstərdi və ən çətin zamanlarda öz canını, varlığını, hörmətini, qüvvəsini və fiziki gücünü bu təfəkkür və bu yeni yola xidmətə sərf etdi. Beləliklə oldu Əmirəlmöminin. Bu yol bütün gənclərə açıqdır. Belə deyil ki, bütün gənclər Əmirəlmöminin ola bilərlər. Xeyr, başqa şərtlər də toplaşmalıdır ki, bəşər tarixində belə bir insan meydana çıxsın. O, zirvədir. Bu zirvəyə sarı yol hamının üzünə açıqdır.


Hegemonizm modeli

İslam ədalət yaratmaq üçün gəldi və bu gün də İslam Respublikasının hərəkəti və məqsədi ədalətdən ötrüdür. Bu gün bizim siyasi leksikonumuzda və onun ardınca dünyanın siyasi leksikonunda mövcud olan hegemonizm sözü nə deməkdir? Hegemonizm - tarix boyu bəşərin yaxasını tutmuş bəladır. Yəni güclü və qüdrətli olan məqsədsiz bir qrup insanların yaxasını tutur, onlara hökmranlıq edir, onların varlığını, sərvətini və təbii hüququnu görməzdən gəlir və onlardan öz maraqları üçün istifadə edir.


İslam oyanışı

Bu gün dünyada hegemon quruluşun qeyri-bərabər üstünlüyündən əziyyət çəkən hər bir xalq sizin nə üçün mübarizə apardığınızı və İslam Respublikasının sözünün nə olduğunu bilsə, potensial, bəziləri də aktual olaraq İslam Respublikasının əsgərlərindən biriniə çevriləcək. Bu bir həqiqətdir ki, dünyada İslam oyanışı başlanmışdır, bunu inkar etmək olmaz. İslam dünyasında, elm adamları və hətta bəzən adi xalq arasında İslam kimliyinə və İslam təfəkkürünə yeni baxış, İslam izzətinə təmayül, xalqların və insanların hüququnun bərpa edilməsi üçün İslam təlimlərinə diqqət yaranmışdır. Bu hərəkət elə hərəkətlərdən deyil ki, bir xalqda yarandıqda onu asanlıqla məhv etmək olsun. Xeyr, bu, xalqlarda günbəgün dərinləşəcək. Xalqların arasında bu oyanışı, bu yenilik istəyini və İslam şəxsiyyəti ilə başucalığı hissini məhv etmək hegemonizm üçün çox çətindir.


Oyanışın mənbəyi

Bu gün İslam dünyasında yaranmış bu hərəkatın mənbəyi İranda böyük İslam hərəkatı və İslam Respublikası dövlətinin qurulmasıdır. Bunun aşkar həqiqətləri imamın sözləri, onun xətti və yolu idi. Bu sözlər dünyada haraya getdisə, deyənin kimliyi bilinmədən haqsevər insanların könlünü oxşadı. Bu söz və şüarların ardınca imamın adı xalqın ürəyində yer açdı. Nəhayət, imamın sayəsində bu hərəkat hər yerdə tanındı.

Biz zaman dünyanın hegemon gücləri - ABŞ, İngiltərə, Keçmiş Sovetlər, onlardan da öncə Fransa, Hollandiya, Portuqaliya və digər ölkələr İslam ölkələrinə girmək istəyəndə İslam kimliyi, İslam ümməti və İslam şəxsiyyəti adlı bir şey onların qarşısını almırdı. Bu gün İslam Respublikası quruluşu sayəsində İslam müsəlmanları təcavüzkarlara qarşı qaldırmış və onların ürəklərində ümid yaratmışdır.
İslam oyanışının dinamikliyinin simvolu

Bir gün vardı, müsəlmanlara “oyanın, iş görün, hərəkət edin və özünüzü bu zəncirlərdən xilas edin” deyəndə çoxları bu işin yaxşı olduğunu qəbul edirdilər, amma deyirdilər ki, mümkün deyil, alınmayacaq. Lakin bu gün bu həqiqətin İslam Respublikasında həyata keçməsi ilə bu "olmaz"lar və ümidsizliklər ümidə çevrilmişdir. Buna görə siz görürsünüz ki, sionistlərin möhkəm, zalımcasına və qəddar mühasirəsində qalmış Fələstinin əli hər yerdən üzülmüş silahsız bir qrup insanı bir neçə ildir müqavimət göstərir. Onları ayaq üstə saxlayan ümiddir. Bu xalq, bu gün Fələstində müqavimət göstərənlər başqa yerdən gəlməmişlər. Bunlar əlli ildir sionistlərin hegemonluğuna, təkəbbürlülüyünə və hökmranlığına dözən və bir iş görməyən insanlardır. Onların ən böyük işi bu idi ki, gənclərinin bir qədəri getsinlər başqa ölkəyə və bir müddətdən sonra qayıbıb bir zərbə vursunlar və sonra yenidən qaçsınlar. Eşitdiyiniz bu hərəkatların, Fələstin Azadlıq Təşkilatının və digərlərinin hünəri bu idi. Bir xalq sionistlərin divarları daxilində bu şəkildə müqavimət göstərir; ev və məscidlərini uçururlar, şəxsiyyətlərini öldürürlər, uşaqlarına işgəncə verirlər, minlərlə insanı həbsxanada saxlayırlar, evlərini qarət edirlər, özlərini blokadaya salırlar, əkin sahələrini məhv edirlər, ağaclarını kəsirlər. Elə cinayətlər törədirlər ki, onun onda biri də bayırda əks olunmur, amma bu xalq yenə müqavimət göstərir. Onları saxlayan ümiddən başqa bir şey deyil. Bütün bu illər boyunca Fələstin mübarizlərinin özləri İslam Respiblikasına gəlir və deyirdilər ki, bizə ümid bəxş edən imamın və İran xalqının hərəkətidir. Doğrudan da elədir.


İraqda İslam oyanışı

Bu məsələ eynilə İraqda da mövcuddur. Bu məsələ sizin İslam hərəkatını müşahidə etdiyiniz hər bir yerdə mövcuddur. Bu məsələ az-çox təxminən bütün İslam dünyasında mövcuddur, amma zirvə buradır. Ümid, məlumat və məqsəd bulağı buradan çağlayıb İslam ümmətinə sarı axır. Təbii ki, hegemon cəbhənin ən çox təzyiqləri də buraya olacaq.


Mədəni və siyasi müharibə

Bu gün hamı hərbi müharibədən söhbət edir. Biri deyir ehtimal var, biri deyir yoxdur. Biri o tərəfdən təhdid edir, biri bu tərəfdən cavab verir. Halbuki biz bu gün müharibənin ortasındayıq, amma hərbi müharibənin yox, ondan qat-qat ağır bir müharibənin. Bu müharibədə nə mina qoyulub, nə də pusqu var. Bu gün bizim ölkəmizdə belə bir müharibə gedir. Hegemon cəbhənin bütün səyi ümidi məyusluğa, İslam təlimlərindən qaynaqlanan məqsədi məqsədsizliyə və müxalif məqsədə çevirməkdir. İslamın müəyyən etdiyi yol və xətlərin – fədakarlıq, cihad və şəhadət xəttinin aydınlığından qaynaqlanan müqaviməti və dirənişi müqavimətsizliyə, təslimçiliyə və əlləri qaldırmağa çevirsin. Bu gün bizim ölkəmizdə buna çalışırlar. Bu gün belə bir müharibə yaşanır. Raket və təyyarələrin də müharibəsi olsun, yaxud olmasın – mühüm deyil. Əhəmiyyətli olan budur. Əlbəttə, bu müharibə inqilabın birinci günündən başlandı. Lakin o zaman düşmənimiz qəmgin, ümidsiz və pərt olduğundan, zərbə gördüyündən çox da fəal deyildi. Bir neçə il ötəndən sonra yavaş-yavaş özünə gəldi. Mənim irəli sürdüyüm mədəni hücum məsələsi düşmənin bayraqlarını görməkdən irəli gəldi. Mən düşmənin bayraqlarının irəlilədiyini gördüm. Bu şəraitdə ən pis hal odur ki, insan düşmənin hücumunu anlamasın və bilməsin. Siz düşmənin hücumunu anlayanda hələ gedib düşmənin taktikalarını öyrənməlisiniz ki, onun əleyhinə bir iş görəsiniz. Lakin hücumun özünü inkar etsəniz, daha taktika öyrənmək mənasızdır. Bu gün bu müharibə aydın görünür.


İctimai ədalət

Əgər biz ictimai ədalətdən danışırıqsa, bizim sözümüz bütün mənası ilə qlobal bir məsələdir. Biz ictimai ədalət sahəsində kiçik məsələlərlə kifayətlənmirik. Biz ictimai ədaləti özümüz üçün, cəmiyyətimiz üçün və bütün bəşəriyyət üçün tələb edir və istəyirik. Biz əgər insan məqamının ucalığı məsələsini ortaya qoyuruqsa, onun bütün cəhətlərini, bütün dərəcələrini və mərhələlərini nəzərdə tuturuq. İnsan məqamına ən böyük hörmətsizlik dünyadakı müstəmləkə quruluşudur, bu gün bərqərar olan siyasi və iqtisadi istismarçılıqdır.


Liberal-demokratiyanın böyük yalanları

Dünyada liberal-demokratiya mövzusunu və məktəbini ortaya atıb insana və insaniyyətə hörmət göstərdiklərini bildirmək istəyənlər çox rüsvayçı və biabırçı bir yalan danışırlar. Müstəmləkəçiliyin əsasını qoyub insanlara ən böyük hörmətsizliyi, özü də ümumi bir formada ölkələrə və xalqlara hörmətsizlik edən və bu gün də etməkdə olan bu liberal-demokratiyadır. Bunu isbatlamaq çətin deyil. Hegemon quruluşun insan məqamına və insan hüquqlarına hörmətdən kilometrlərlə uzaqda olduğunu sübut etmək üçün atdıqları bu bombalardan, istehsal etdikləri bu silahlardan və törətdikləri bu cinayətlərdən daha yaxşı hansı dəlili göstərəcəklər?! Hansı dəlil Fələstindən, Nəcəfdən, Fəllucədən, ondan qabaq Əfqanıstandan, ondan da qabaq Şərqi Avropadan, balkanlardan və ondan da qabaq Afrikadan və sizin gördüyünüz digər yerlərdən üstün ola bilər?! Bu iddiaçı təfəkkürün insani dəyərlərdən kilometrlərlə uzaq olmasına dair daha aydın hansı dəlil lazımdır?! İndi bəziləri özlərini aldadıb otursunlar Qərbin, ABŞ-ın insan hüquqları, Qərbdə və Amerikada qadın hüquqları barədə yazsınlar, danışsınlar. Bu məsələlər müsəlman tələbənin, mömin, ayıq, istedadlı və inqilabçı qız və oğlanın bilməli olduğu məsələlərdir. O, iradə ilə çalışıb elmi çevrəsində, universitetdə, mədəni mühitdə, cəmiyyətdə və ailədə təsir buraxmalıdır. Siz əziz gənclərdən gözlənilən budur.


Mübarizə və gənclərin rolu

Biz bir mübarizə dövründəyik. Biz heç bir dövrdə özümüzə zəfər çalmış qalib bir toplum gözü ilə baxmamalıyıq. İnqilab qələbə çaldı, hegemonizm və düşmən cəbhəsi vuruldu. Ondan sonra da bizim inqilabımız tərəfindən müntəzəm olaraq zərbə gördü. Bundan sonra da Allahın lütfü ilə zərbə görəcək, lakin bunların heç biri o demək deyil ki, biz işin bitdiyini düşünək, rahat oturub bəhrə görməklə və istifadə etməklə məşğul olaq. Xeyr, biz mübarizənin içindəyik. Bu meydanda sizin gənc və fəal ruhunuz düşmənin taktikalarını öyrənməli, özünü mübarizə və müqavimət üçün hazırlamalıdır. Bir gün gələcək ki, sizin bu işləriniz bu xalqın və bəlkə də digər xalqların da ətrafında elə uca sədlər və elə möhkəm və təhlükəsiz qalalar yaradacaq ki, düşmən heç bir texnika və silahla onu qıra bilməyəcək. Bu, qarşıdadır və bilin ki, qeyri-mümkün deyil, lakin bizim fəaliyyətimiz, işimiz və sayıqlığımız ilkin və qəti şərtdir.

Allah-Taaladan istəyirəm ki, sizin hamınızı müvəffəq etsin. Bizim dünya miqyasında ən seçilmiş və ən yaxşılarımız olan siz əziz, mömin, nurlu müsəlman və iranlı gənclər yaxın gələcəkdə bəşəriyyətin xilası üçün güclü qüvvələr olasınız.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 356,08 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin