Vergi qanunvericiliyi


XI FƏSİL. ƏLAVƏ DƏYƏR VERGİSİ



Yüklə 0,64 Mb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#43485
1   2   3   4   5   6   7   8   9   ...   16
9 movzu EDV

XI FƏSİL. ƏLAVƏ DƏYƏR VERGİSİ


  1. Əlavə dəyər vergisi anlayışı. Vergi ödəyiciləri


Əlavə dəyər vergisi anlayışı VM maddə 153

 


Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 
Vergi ödəyiciləri VM maddə 154

 


Misal. Hüquqi şəxsin mart ayında ƏDV ödəyicisi kimi qeydiyyata alınmaq öhdəliyi yaranmışdır. Lakin o, bu barədə vergi orqanına ərizəni avqust ayının 23-də vermişdir. Buna baxmayaraq həmin vergi ödəyicisi aprel ayının 1-dən ƏDV ödəyicisi hesab olunur.


Misal. ƏDV ödəyicisi kimi qeydiyyata alınmamış şəxs AR-na mal idxal edir. Həmin mal AR-nın gömrük sərhəddini keçərkən ona ƏDV hesablanır. İdxal edən şəxsin ƏDV ödəyicisi kimi qeydiyyatda olub-olmamasından asılı olmayaraq idxal zamanı hesablanmış ƏDV vergi ödəyicisi tərəfindən ödənilməlidir.



Misal. AR-da daimi nümayəndəliyi olmayan Türkiyə şirkəti AR-ın rezidenti olan müəssisəyə mühasibat proqramı işləyib hazırlamışdır. Bunun müqabilində rezident müəssisə Türkiyə şirkətinə 10.000 ABŞ dolları ödəmişdir. Bu halda rezident müəssisə 10.000 ABŞ dollarının Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğinə ƏDV hesablamalı və təyinatı üzrə köçürməlidir. 



Misal. Tutaq ki,  A və B şirkətləri hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti göstərirlər. Bu şirkətlərdən heç biri ƏDV ödəyicisi kimi qeydiyyata alınmayıbsa və onların birgə fəaliyyətinin həcmi 200.000 manatdan  artıqdırsa və ya bu şirkətlərdən biri ƏDV ödəyicisi kimi qeydiyyata alınıbsa, onda birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.



Misal. Dövriyəsindən asılı olmayaraq Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və  bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır .





  1. Yüklə 0,64 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin