Vergi qanunvericiliyi



Yüklə 0,64 Mb.
səhifə6/16
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#43485
1   2   3   4   5   6   7   8   9   ...   16
9 movzu EDV

Azadolma və verginin sıfır dərəcəsi ilə tutulması. Vergi tutulan əməliyyat-ların aparıldığı vaxt. Malların təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstə-rildiyi yer.


Vergi ödəməkdən azad edilmə VM maddə 164

 

 Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:



  • özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi;

Misal. İqtisadiyyat Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən dövlət müəssisəsinin binasının bir hissəsi şirkətə ƏDV-ilə birlikdə ayda 1.000 manata icarəyə verilmişdir. Müqavilənin şərtlərinə əsasən icarə haqqının 70 faizi müəssisəyə, 30 faizi isə İqtisadiyyat Nazirliyinin xüsusi büdcə hesabına köçürülməlidir.

İcarə haqqının İqtisadiyyat Nazirliyinin xüsusi büdcə hesabına köçürülməli olan hissəsinə ƏDV hesablanmır. Bu halda icarə haqqının dövlət müəssisəsinə köçürülən hissəsindən ƏDV tutulur:

700 x 15,25% = 106,75 manat.

Bu zaman dövlət müəssisəsi tərəfindən büdcəyə 106,75 manat ƏDV hesablanmalıdır.



  • maliyyə xidmətlərinin göstərilməsi;

Misal 1. Şirkət öz əmlakını sığorta şirkətində 40.000 manat məbləğində sığortalamış və bunun müqabilində sığorta şirkətinə 2.000  manat vəsait ödəmişdir. Sığorta əməliyyatı maliyyə xidməti hesab olunduğundan sığorta şirkətinə ödənilmiş 2.000  manat ƏDV-dən azaddır.

  • milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;

  • AR-nın Mərkəzi Bankının və AR-nın Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə AR-nın Mərkəzi Bankının valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş AR pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətlilərin idxalı;

  • idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda);

Misal. Təsisçi şirkətin nizamnamə fonduna pay şəklində 2.000 manat dəyərində əmlak qoyur. Bu halda pay şəklində qoyulan əmlakın dəyəri ƏDV-dən azaddır.

  • tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, maliyyə bazarlarına nəzarət, yerli özünüidarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər;

Misal. Ev alqı-satqısı əməliyyatının rəsmiləşdirilməsinə görə notariat kontoruna 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödənilmiş bu rüsum ƏDV-dən azaddır.

  • kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);

Misal. Qəzet nəşr edən şirkətin həmin qəzetin satışı ilə bağlı aylıq dövriyyəsi 30.000 manat təşkil etmişdir. Bu məbləğin 10.000 manatını qəzetin səhifələrində yerləşdirilən reklamlara görə müxtəlif şirkətlərdən alınan vəsaitlər təşkil edir. Bu halda 10.000 manat ƏDV-yə cəlb edilir, 20.000 manat isə ƏDV-dən azaddır.

  • ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti;

  • dəfn və qəbiristanlığın mərasim xidmətləri;

  • AR Mərkəzi Bankının və AR-nın Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi üzrə əməliyyatlar.


  • Yüklə 0,64 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin