Vergi qanunvericiliyi



Yüklə 0,64 Mb.
səhifə8/16
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#43485
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
9 movzu EDV

lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı;

  • investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;

  • buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə;

  • Qaradağ sənaye parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 5 il müddətinə;

  • damazlıq heyvanların idxalı və satışı;

  • toxum və tinglərin idxalı və satışı;

  • mineral gübrələrin, pestisidlərin idxalı və satışı;

  • toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı;

  • kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı;

  • bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı AR Prezidenti tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı;

  • siyahısı AR-nın Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalı;

  • ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə;

  • heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;

  • mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları;

  • sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı – 2020-ci il yanvarın 1-dən 5 il müddətinə;

  • KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;

  • yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı;

  • Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin bu məqsədlə yaratdığı hüquqi şəxs tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işçi qüvvəsinin təqdim edilməsi üzrə əməliyyatlar;

  • kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə;

  • AR Prezidentinin müəyyən etdiyi qaydada Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı;

  • AR Prezidentinin müəyyən etdiyi qaydada Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı.


  • Yüklə 0,64 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   16




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin